SEYDGAH
SEYİD
OBASTAN VİKİ
Seyf əl-Ərəb əl-Qəzzafi
Seyf əl-Ərəb əl-Qəddafi (21 iyul 1982, Tərabülüs əl-Qərb – 30 aprel 2011, Tərabülüs əl-Qərb) — Müəmmər əl-Qəddafinin yeddi oğlundan altıncısı. Liviya rəhbərinin bu oğlu haqda geniş məlumat yoxdur. Onun Almaniyanın Münhen Texniki Universitetində təhsil aldığı məlumdur. 2011-ci il Liviya iğtişaşları zamanı atası tərəfindən Benqazidəki üsyanı yatırtmaq üçün göndərildiyi, lakin burada üsyançıların tərəfinə keçdiyi bildirilir. 2011-ci il aprel ayının 30-da NATO qüvvələrinin bombardmanı nəticəsində 3 övladı ilə birgə həlak olmuşdur.
Seyf əl-İslam Müəmmər əl-Qəddafi
Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي‎, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb, Liviya Ərəb Respublikası[d]) — Liviyanın dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb. Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var. Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır. 2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi.
Seyf əl-İslam Müəmmər əl-Qəzzafi
Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي‎, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb, Liviya Ərəb Respublikası[d]) — Liviyanın dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb. Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var. Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır. 2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi.
Seyf kassa
Seyf, genəlliklə daha iri bir seyf və ya bank kasasında qorunan şəxsi əşyaların saxlandığı depozit qutusu kimi bilinir. Seyf qutuları əsasən bank filiallarında, poçt şöbələrində və ya digər müəssisələrdə mövcuddur. Bu qutular, qiymətli daşlar, qiymətli metallar, valyuta, satıla bilən qiymətli kağızlar, dəbdəbəli mallar, vəsiyyətnamələr, əmlak aktları və ya doğum haqqında şəhadətnamələr kimi əhəmiyyətli əşyaların saxlanması üçün istifadə olunur. Seyf qutuları, hırsızlıq, yanğın, müdaxilə və ya digər təhlükələrdən qorunmaq üçün təyin olunmuşdur.
Seyf ibn əl-Haris əl-Həmdani
Seyf ibn əl-Haris əl-Həmdani — Aşura günü Kərbəla döyüşündə şəhid. Seyf ibn Haris (Haras) ibn Surey ibn Cabir əl-Həmdani əl-Cabiri əslən Yəməndən olan və Kufədə yaşayan Həmdan qəbiləsinin bir qolu olan Bəni Cabirdən idi. Seyf ibn Haris ibn Surey və Malik ibn Abdullah əmioğlu idilər. Kərbəlaya getdilər və Hüseyn ibn Əlinin səhabələrinə qoşuldular. Aşura günü Hüseynin düşmən qoşunu ilə qarşılaşdığını gördükdə ağlaya-ağlaya onun yanına getdilər. Hüseyn onlara dedi: "Ey əmioğlular! Niyə ağlayırsınız? Vallah, inşallah gözləriniz tezliklə (cənnətə) nurlanar." Cavab verdilər: “Allah bizi sənə qurban eləsin, Allaha and olsun ki, biz özümüz üçün ağlamırıq, lakin ağlamağımız, sizin mühasirəyə düşündüyünüzü görüb müdafiə edə bilməməyimizə görədir." Hüseyn dedi: “Allah sizə müttəqilərə verdiyi mükafatın ən gözəlini sizin səhabəliyiniz və müdafiəniz üçün versin." Hənzələ ibn Əsəd əl-Şibami şəhid olduqdan sonra Seyf və Malik Hüseynə salam verdilər. Hüseyn onların salamına cavab verdi və onlar düşmənə tərəf hərəkət etdilər. Onlar hər ikisi şəhid olana qədər bir-birinə dəstək olaraq vuruşdular.
Fərid Seyfullayev
Hacı Seyfəddin Bayat
Hacı Seyfəddin Bayat (?-?) — Nadir şah Qırxlı-Avşarın sərkərdəsi, Nişapur əmirlərindən. == Həyatı == Hacı Seyfəddin Bayat Nişapur şəhərində anadan olmuşdu. Şah Sultan Hüseyn Səfəviyə xidmət etmişdi. Əfqanlar paytaxt İsfahanı aldıqdan sonra Nadir şah Qırxlı-Avşara qoşulmuşdu. Əfqanlara, osmanlılara və Böyük Moğollar imperiyasına qarşı vuruşmuşdu. "Aləm Ara-ye Naderi"yə görə, Osman paşa ilə Fərrux paşa arasında olan söhbətdən Nadir çox qəzəbləndi və böyük bir qətiyyətlə osmanlılarla döyüşməyə üz tutdu. Onun düşərgəsi Borucərddə qaldı və adlı-sanlı sərkərdələri olan Təhmasib xan Cəlayiri, Həsən xanı, Hacı Seyfəddin xan Bayatı və başqalarını düşərgənin mühafizəsinə təyin etdi. Osmanlı qoşunları yaxınlaşanda Nadir onu əhatə etməyi tapşırdı. Osmanlı qoşunları qısa zaman ərzində əhatəyə alındı. Cəzayirçilərin və tüfəngdarların atəşi osmanlılara ilk itkiləri yetirdi.
I Seyfəddin Qazi
I Seyfəddin Qazi (1100 - 1149)—Zəngilər sülaləsindən Mosul atabəyi, hökmdar. == Həyatı == 1146-cı ildə Caber qalasının fəthi zamanı İmadəddin Zəngi öldürüldü. Atabəyin öldürülməsi böyük Zəngilər dövlətinin də parçalanması demək idi. Onun ölümündən sonra dövlət iki oğlu - Nurəddin Mahmud Zəngi və Seyfəddin Qazi arasında bölüşdürüldü. Nurəddin Mahmud Suriyanın idarəçiliyini öz üzərinə götürdü və Hələb şəhərini də özünün paytaxtı elan etdi. Seyfəddin Qazi isə Əl-Cəzirə bölgəsinə sahiblənib Mosula da başşəhər statusu verdi. Beləliklə, yaranması böyük tarixi bir hadisə olan Zəngilər dövləti iki yerə parçalandı. Bəziləri bu parçalanmadan istifadə edib bu torpaqları öz hakimiyyətləri altına almağa çalışdı. O cümlədən, Səlcuq şahzadələrindən Alp Arslan ibn Mahmud atabəyliyin idarəsini ələ keçirmək məqsədilə yürüş etdi. Amma Seyfəddin Qazi bu yürüşün qarşısını almağa nail oldu.
Kamran Seyfullazadə
Mehmed Seyfəddin Əfəndi
Mehmed Seyfəddin Əfəndi (22 sentyabr 1874 və ya 21 sentyabr 1874, Beşiktaş, İstanbul ili – 19 noyabr 1927 və ya 1927, Nitsa) — 33. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Seyfəddin Əfəndi 1874-cü ildə atası Sultan Əbdüləzizin səltənəti əsnasında Dolmabağça sarayında dünyaya gəldi. Anası isə onun beşinci xanımı Gövhəri xanım idi. 2 yaşında atasının taxtdan endirilməsi və şübhəli ölümünün ardından anası ilə birlikdə Fəriyə sarayında gözaltına alındı. Gənclik illəri bu sarayda nəzarət altında keçən Seyfəddin Əfəndi ilk təhsilini 1879-cu ildə qardaşı Şövkət Əfəndi və bacısı Əsma Sultan, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. Anasının 1894-cü ildə vəfatından sonra Sultan Əbdülhəmidin himayəsinə girdi. Donanmada hərbi təlim keçdi və yüksək rütbəyə gəldi. Digər yandan saray musiqisi ilə də yaxından məşğul olurdu və III Səlimdən sonra Osmanlı sülaləsinin ən məşhur ikinci bəstəkarı idi. Tamburi Cəmil bəy müəllimlərindən biri idi.
Mirzə Məhəmmədhüseyn Seyfi
Mirzə Məhəmmədhüseyn Seyfi (1868, Qəzvin – 1935, Tehran) — İran Məşrutə hərəkatının və Mücazat təşkilatının üzvü, xəttat. Mirzə Məhəmmədhüseyn Seyfi 1868-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ustad yanında xəttatlığı öyrənmişdi. Mirzə Məhəmmədhüseyn Seyfi nəstəliq xəttinin ustadı idi. O, məşhur "Şahnamə"ni, Nəsrəddin Tusinin "Övsafül-əşraf"ını öz xəttilə köçürmüşdü. İmadülküttab ləqəbini daşıyırdı. Mirzə Məhəmmədhüseyn Seyfi Məşrutə hərəkatına qoşulmuşdu. Mirzə Məhəmmədhüseyn Seyfi 1916-cı ildə Mirzə İbrahim xan Münşizadənin və Əsədulla xan Əbülfətzadənin təşkilatçılığı ilə Tehranda yaranmış "Komiteyi-Mücazat" (Cəza komitəsi" daxil olmuşdu.
Məhəmmədhüseyn Seyfi Qəzvini
Mirzə Məhəmmədhüseyn Seyfi (1868, Qəzvin – 1935, Tehran) — İran Məşrutə hərəkatının və Mücazat təşkilatının üzvü, xəttat. Mirzə Məhəmmədhüseyn Seyfi 1868-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ustad yanında xəttatlığı öyrənmişdi. Mirzə Məhəmmədhüseyn Seyfi nəstəliq xəttinin ustadı idi. O, məşhur "Şahnamə"ni, Nəsrəddin Tusinin "Övsafül-əşraf"ını öz xəttilə köçürmüşdü. İmadülküttab ləqəbini daşıyırdı. Mirzə Məhəmmədhüseyn Seyfi Məşrutə hərəkatına qoşulmuşdu. Mirzə Məhəmmədhüseyn Seyfi 1916-cı ildə Mirzə İbrahim xan Münşizadənin və Əsədulla xan Əbülfətzadənin təşkilatçılığı ilə Tehranda yaranmış "Komiteyi-Mücazat" (Cəza komitəsi" daxil olmuşdu.
Orxan Seyfi Orxon
Orxan Seyfi Orxon (türk. Orhan Seyfi Orhon; d. 23 oktyabr 1890, İstanbul - ö. 22 avqust 1972, İstanbul) — türkiyəli şair, jurnalist, yazıçı, naşir, siyasətçi. Türk ədəbiyyatı tarixinə "Beş Hecaçılar" olaraq keçmiş ədəbi cərəyanın şairlərindən biridir. İyirmidən çox şeirinə müxtəlif bəstəkarlar tərəfindən musiqi bəstələnib. "Akbaba" yumoristik jurnalının və "Çinaraltı" fikir və sənət jurnalı daxil olmaqla, bir çox jurnalların naşiridir. Orxan Seyfi Orxon 1890-cı ildə İstanbul, Çengelköydə anadan olub. Orta təhsilini 1905-ci ildə Beylerbeyi Rüşdiyesi və 1909-cu ildə Mercan İdadisinde aldı. Təhsil aldığı müddətdə şeirlə maraqlanırdı.
Qışlaq-i Seyfxanlı-i Do (Pərsabad)
Qışlaq-i Seyfxanlı-i Do (fars. قشلاق سيف خانلو2‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (7 ailə).
Qışlaq-i Seyfxanlı-i Yek (Pərsabad)
Qışlaq-i Seyfxanlı-i Yek (fars. قشلاق سيف خانلو1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 249 nəfər yaşayır (45 ailə).
Qışlaq-i Seyfəddin (Miyanə)
Qışlaq-i Seyfəddin (fars. قشلاق سيف الدين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 306 nəfər yaşayır (54 ailə).
Qışlaq-i Seyidlər-i Seyfullah (Biləsuvar)
Qışlaq-i Seyidlər-i Seyfullah (fars. قشلاق سيدلرسيف اله‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).
Rəhim Seyfullayev
Rəhim Seyfullayev — Azərbaycan Respublikasının əməkdar memarı (19.04.2000), SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü, Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu (1999) Rəhim Seyfullayev 16 fevral 1944-cü ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik universitetində memarlıq təhsili almışdır. 1970-ci illərdə Norilsk şəhərinə köçür və 10 il orada həyat yoldaşı Nailə Seyfullayeva ilə birgə memarlıq və interyer sahəsində fəaliyyət göstərir. SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü olur. 1982-ci ildə vətənə qayıdan memar Bakının baş rəssamı vəzifəsinə dəvət olunur. 1999-cu ildə R.Seyfullayev Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu seçilir. 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülmüşdür. Fəvvarələr meydanı — 1980-ci illər Gənc Tamaşaçılar Teatrı — 1986-cı il (Sənan Salamzadə ilə birgə) Nizami 10 ünvanında yerləşən ofis binası — 1998–2000 illər İçəri Şəhərdəki ofis binası — 2000–2003 illər İçərişəhərdə mehmanxana layihəsi — 2000–2003 illər Memarlıq yüksəldən, endirən, coşduran, süstləşdirən, qızdıran və üşüdəndir, nəvazişli və iyrəncdir. Memar boşluğun sehrbazıdır. Memarın başlıca ifadə vasitələri – Forma, işıq, rəng, material və onun fakturasıdır.
Saken Seyfullin adına Qazaxıstan Aqrotexnika Universiteti
Saken Seyfullin adına Qazaxıstan Aqrotexnika Universiteti (QazATU) (qaz. С. Сейфуллин атындағы Қазақ агротехникалық университеті (ҚазАТУ)) — Orta və Şimali Qazaxıstanın ən böyük əkinçilik universiteti, Astana şəhərindəki ilk ali təhsil müəssisəsi. Müasir qazax ədəbiyyatının banisi Saken Seyfullinin adını daşıyır. 3 oktyabr 1957-ci ildə SSRİ Nazirlər Soveti Akmolinsk şəhərində kənd təsərrüfatı institutunun təşkili barədə qərar qəbul etdi. Akmolinskdə ilk ali təhsil ocağının açılması qərarı, qaldırılmış bakirə torpaqda kənd təsərrüfatı istehsalının təşkili zərurətindən qaynaqlandı. Müvəqqəti baza olaraq instituta 4 saylı dəmir yolu məktəbinin (şəhər mərkəzi ilə stansiya arasında yerləşən) ərazisi, keçmiş üç illik kənd təsərrüfatı məktəbinə aid və iki kilometrdən 4,5 km məsafədə yerləşən binalar verildi. yataqxana üçün institutun əsas ərazisi ayrılmışdı . Universitetin həqiqi fəaliyyəti 22 fevral 1958-ci ildə Akmola Kənd Təsərrüfatı İnstitutunun ilk direktoru T.Q. Duxovun vəzifələrini icra etməsi ilə başladı. İnstituta 4.1 min kvadratmetr təhsil sahəsi və tələbələr üçün əsaslı təmir tələb olunan narahat binalar ayrıldı. Buna görə əsaslı təmirlə yanaşı, əsaslı santexnika və abadlıq işləri də aparıldı: istilik magistralları çəkildi və bütün binalar buxar isitmə sisteminə verildi, su təchizatı və yerli kanalizasiya xətti çəkildi, ərazi yaşıllaşdırıldı və əsas yollar asfaltlandı .
Seyfabad
Seyfabad (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Seyfabad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Seyfabad (Bicar)
Seyfabad (fars. سيف آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Seyfabad (Nəmin)
Seyfabad (fars. سيف اباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 28 nəfər yaşayır (6 ailə).
Seyfe gölü
Seyfe gölü — Türkiyənin Kırşəhər vilayətində yerləşən tektonik göl. Ramsar ərazisidir. Göl Kırşəhərdən 16 km şimal-şərqdə Mucur rayonunda yerləşir. Gölün uzunluğu 10 km, eni 5 km, çevrəsi 26 km-dir. Gölün dərinliyi 200 metr içəriyə doğru irəlilədikcə 4–5 metrə çatır. Ən dərin yeri 10–12 metrdir. Uzunluğu 10 km, genişliyi 5 km, çevrəsi 26 km-dir. Yayda sulu azalan Seyfe gölünün qış aylarında bol yağış səbəbiylə qabardığı və ətrafının bataqlığa çevrildiyi müşahidə olunur. Qapalı hövzə olduğu üçün suyu duzludur. Bu səbəblə ətrafdakı torpaqlara şoranlaşdırıcı təsir göstərir.
Seyfi Dursunoğlu
Seyfi Dursunoğlu (1 oktyabr 1932, Trabzon – 17 iyul 2020, İstanbul) — tanınmış səhnə adı Huysuz Virjin, türkiyəli ing. drag queen (dreq kvin), müğənni və aparıcıdır. 1970-ci illərdən 2000-ci illərə qədər davam edən əyləncə proqramları ilə Türkiyədə məşhur bir əyləncə simasına çevrilmişdi. Seyfi Dursunoğlu 1932-ci ildə Trabzonda anadan olub. Bir müddət Trabzonun Yenicuma rayonunda yaşayıb 1938-ci ildə ailəsi ilə birlikdə İstanbula gəlmişdir. Orta məktəbi bitirdikdən sonra İstanbul Universitetində İngilis dili Filologiyası fakültəsinə daxil olub. Atası müflis olandan sonra orada təhsilini yarımçıq qoyub hərbi xidmətə getməli olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Sosial Sığorta Müəssisəsində dövlət qulluqçusu kimi fəaliyyətə başladı və 18 il dövlət qulluqçusu işlədikdən sonra işini tərk etmişdir. 1970-ci ildə Huysuz Virjin kimi kiçik klublarda çıxış etməyə başladı. Şöhrəti ağızdan-ağıza yayıldıqca daha böyük klublardan təkliflər almağa başladı.
Seyfi Düzgörən
Seyfi Düzgörən (1880, Konstantinopol – 27 dekabr 1948, Ankara) — Türk əsgəri və siyasətçisi. Seyfi Dözgörən 1880-ci ildə İstanbulda anadan olmuşdur. 1990-ci ildə Hərbi Akademiyaya daxil olmuş, 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Lakin daha sonra isə 1905-ci ildə təhsilini davam edərək kapitan rütbəsinə yüksəlmişdir. Minaatan bölük komandirliyi, Divân-ı Harb-î Örfî İdare-i Mahsusa Tövsiyə komissiyası üzvü, Hüdeydə firqəsi ərkan rəisliyi, Mürəttəp ordu komandirliyi ərkan rəisliyi, Türkiyə-Bolqarıstan Təhdid Komissiyasının rəisi, Hərbi Nəzarət Kəşfiyyat Şöbəsinin zabiti, Yeniköy Firqəsi Qurmay Rəhbərliyi, Ümumi Qərargah Kəşfiyyat Şöbəsinin rəhbəri, Danimarka Üsera Mübadilə Konqresində türk nümayəndəsi, Şərq cəbbhəsi komandirliyi, 13-cü Qafqaz Tümən Komandirliyi, Şərq Cəbhəsi Qurmay Rəhbərliyi, Milli Müdafiə Nazirliyində ordu dairəsi rəhbəri, Gömrük-mühafizə Xidməti Ümumi komandirliyi və s. vəzifələrdə xidmət etmişdir. Türkiyə Böyük Millət Məclisinin VI, VII Və VIII çağırışlarında Mardinin millətvəkili seçilmiş və IV, VII və VIII çağırışlarında Gömrük və Monopoliya Komissiyasının sədri kimi xidmət etmişdir. Məcidiyyə ordeni, Almaniyanın Dəmir xaç ordeni, Dəmir xaç ordeni ilə Gümüş Ləyaqət və İstiqlal Medalı ilə təltif edilmişdir. 20 fevral 1923-cü ildə təqaüdə çıxmışdır. İtaliya-Osmanlı müharibəsi Birinci Dünya müharibəsi Balkan müharibələri Türkiyə İstiqlaliyyət müharibəsi T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s.
Seyfi Mehrəliyev
Seyfi Seyid oğlu Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı. 1900-cü ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur. 1931-ci ildən 1971-ci ilədək Dəli Quşçu kəndində, o vaxtkı "Bakı fəhləsi" kolxozunda sıravi kolxozçu, çoban və briqadir işləmişdir. 1941–1945-ci illər müharibəsi dövründə gecə-gündüz çöllərdə çalışmış, faşizm üzərində qələbə naminə hər cür əziyyət çəkmiş, fədakarlıqlar göstərmiş, döyüşən ordunun ərzaq və geyimlə təchiz olunmasına böyük töhfələr vermişdir. 1977-ci il martın 8-də Dəli Quşçu kəndində vəfat etmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində qazandığı çox yüksək nəticələrə və heyvandarlıq sahəsində göstərdiyi bacarıq və qabiliyyətə görə Seyfi Mehrəliyev 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. O, əmək cəbhəsində fədakarlığına görə Lenin ordeni və çoxlu medallarla da təltif edilmişdir. 1971-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur.
Seyfuddin Əzizi
Seyfuddin Əzizi (Uyğurca:سەيپىدىن ئەزىزى, 12 mart 1915, Çöçek[d], Çin Respublikası – 24 noyabr 2003, Pekin) — Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin ilk prezidenti. 12 mart 1915-ci ildə Çöçəkdə nüfuzlu Uyğur tacir ailəsinin uşağı olaraq anadan olub. İlk təhsilini Sincanda alan Əzizi sonra SSRİ-yə köçərək, Sovet İttifaqı Kommunist Partiyasına üzv oldu və Daşkənddəki Orta Asiya Siyasi İnstitutunda təhsil almağa başladı. Sincana sovet agenti olaraq qayıdan Seyfuddin Sincanın şimal-qərbindəki Çin hökumətinə qarşı Sovet tərəfindən dəstəklənən İli üsyanını təhrik etdi. 24 noyabr 2003-cü ildə 88 yaşında dünyasını dəyişmişdir. 1945–1948-ci illər aralığında İkinci Şərqi Türkistan Respublikasının Təhsil naziri və Zhang Zhizhong Ili Rebel-Kuomintang koalisiya hökumətinin Təhsil Komissarı vəzifəsində çalışmışdır. 1949-cu ilin sentyabrında Seyfuddin, Çin Kommunist Partiyasının (TBM) dəstəklədiyi Çin Xalq Siyasi Müşavirə konfransında iştirak etdi və yeni Kommunist hökumətinin üzvü oldu. 1949-cu ilin oktyabr ayında Çin İnqilabı Sincanda və daha çox Çində kommunistləri hakimiyyətə gətirdi; Bu nöqtədə, Seyfuddin Millətlər və Siyasi və Qanuni İşlər üzrə yeni hökumət üçün müxtəlif vəzifələr tutdu. 1949-cu ilin dekabrından 1950-ci ilin yanvarına qədər o, Çin-Sovet Dostluq müqaviləsi üçün danışıqlar aparmaq üçün Moskvaya gedən Mao Zedong'u müşayiət etdi və 27 dekabr 1949-cu ildə Sov. İKP-dən ayrıldı və Maonun məsləhətinə görə O iştirak etdi.

Digər lüğətlərdə