Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yan Svub
Yan Svub (20 fevral 1990) — Çexiyalı peşəkar kişi BMX velosipedçisi. Yan Svub Çexiyanı beynəlxalq yarışlarda təmsil edir. Yan Svub 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.338 saniyəlik nəticəsi ilə 61-ci yeri tutdu.
Snob effekti
Snob effekti — mikroiqtisadiyyatda bir fenomen, digər istehlakçıların tələbinin miqdarının dəyişməsinə cavab olaraq bir istehlakçı tərəfindən mallara olan tələbin miqdarının əks istiqamətdə dəyişməsini əks etdirir. Gəlir səviyyəsi daha yüksək olan snob, aşağı gəlir səviyyəsi olan başqalarının almadığını almağa çalışır. Onun vəzifəsi kütlədən fərqlənmək, özünəməxsusluğunu vurğulamaqdır. Hər hansı bir məhsul kateqoriyasına tələbat nə qədər çox olarsa, belə bir alıcının onu almaq ehtimalı bir o qədər azdır. Snob effekti digər mikroiqtisadi modellərin əksəriyyəti ilə ziddiyyət təşkil edir, çünki tələb əyrisi adi malların tipik mənfi yamacından daha çox müsbət meylə malik ola bilər. Öz mənasında bu təsir “imitasiya effektinin” əksidir. Belə istehlakçıların (snobların) zövqləri digər insanların bu kütləvi mallara olan tələbindən tərs asılıdır. Snoblar istehlak mallarından istifadə etmək istəmirlər, lakin qeyri-adi, bahalı və ya unikal mallara sahib olmaq istəyirlər. Bu məhsullar adətən yüksək iqtisadi dəyərə malikdir, lakin praktiki dəyəri azdır. Məhsul nə qədər az olsa, onun snob dəyəri bir o qədər yüksək olar.
Nub Saybot
Nub Saybot (ing. Noob Saibot) – "Mortal Kombat" oyun seriyasında personaj. Nub onun adı, Saybot isə onun kölgəsidir. Bi Han Skorpion tərəfindən öldürüldükdən sonra Yeraltı dünyaya düşür. Bir müddət sonra Şinnok ilə qarşılaşır və ona döyüşçüləri sırasına qatılır. Bu müddətdə xarici görünüşü dəyişir və "Nub Saybot" adı ilə tanınmağa başlayır. Şao Kannın döyüşçüləri məğlub olduqdan sonra Nub Saybot Şinnoka çalışmaqdan imtina edərək Yeraltı dünyaya geri qayıdır.
Sub rosa
"Sub rosa" (azərb. Qızılgül altında‎) — latın dilində məxfiliyi və ya gizliliyi ifadə edən kəlmə. Qızılgülün gizlilik simvolu kimi istifadə olunduğu qədim tarixdən məlumdur. Əfsanəyə görə Erot anası məhəbbət ilahəsi Veneradan alaraq onu Qədim Misir tanrısı Horusa həsr edir ki, aşiqlər öz məhəbbətlərinin sirrini ələ verməsinlər.
Sub Pop
Sub Pop — 1986-cı ildə Brüs Pevit və Conatan Ponman tərəfindən təsis edilmiş səsyazma leyblı. Şirkət 1990-cı illərin əvvəllərində Nirvana, Soundgarden və Mudhoney kimi məşhur qruplara müqavilə bağlatdıraraq öz nüfuzunu qazanıb.
Lisenziyalaşdırma sub-indeksi
Lisenziyalaşdırma sub-indeksi – Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir. == Metodologiya == Lisenziyalaşdırma sub-indeksinin hesablanması zamanı dörd parametri nəzərə almaq lazımdır: a) lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı; b) lisenziyalaşdırılan fəaliyyət növlərinin çeşidi; c) lisenziyaların keçərlilik müddəti; ç) lisenziyaların verilmə qaydaları. Bu göstəricilər iş sahibləri üçün nə qədər əlverişlidirsə (yəni say azdırsa, çeşid məhduddursa, müddət uzundursa və qaydalar sadədirsə), iqtisadiyyat bir o qədər daha sağdadır. Lakin bu göstəricilərin heç biri üzrə elmi tutarlılığı şübhə doğurmayan dövlətlərarası müqayisə aparmaq mümkün deyil. Ona görə də Lisenziyalaşdırma sub-indeksi Dünya Bankının metodologiyası əsasında – modelləşdirilmiş müəssisənin hipotetik bir tikinti üçün aldığı lisenziyalara sərf etdiyi vaxt və xərc göstəricilərinin indeksləşdirilməsi əsasında (Doing Business 2015: Dealing with Construction Permits),* bu alt-indekslərin hesabi ortası kimi hesablanmışdır. Dünya Bankının istifadə etdiyi üçüncü göstərici – prosedurların sayı ümumi mənzərəni təhrif etdiyi üçün nəzərə alınmamışdır. Vaxt alt-indeksi üçün Vmin = 0, Vmax = 1000, Xərc alt-indeksi üçün isə Vmin =0, Vmax =100 götürülmüşdür. == Sub-indeks üzrə nəticələr == Sinqapur bu sub-indeks üzrə də 62 dövlət arasında ən sağçı iqtisadiyyata malik ölkədir (0,015), ən solçu iqtisadiyyat isə Kiprin iqtisadiyyatıdır (0,345). Azərbaycan iqtisadiyyatı (0,096) 29 ölkəninkindən sağda, 32 ölkəninkindənsə solda yerləşir və nisbi mərkəzdən sağa düşməsi onunla əlaqədardır ki, sağ qütbdəki iqtisadiyyatlarla müqayisədə sol qütbdəki iqtisadiyyatlar nisbi mərkəzdən daha aralıdır (2014-cü il üçün 37 ölkə üzrə hazırlanmış Hesabatda Azərbaycan iqtisadiyyatı nisbi mərkəzdən solda yer alırdı).
MƏH sub-indeksi
Minimum əmək haqqı sub-indeksi– Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq illik dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ-nin sub-indeksidir. Dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının (AQP ilə) adambaşına ÜDM-ə (AQP ilə) nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosiallaşmasını ifadə edir.
Məşğulluğun tənzimlənməsi sub-indeksi
Məşğulluğun tənzimlənməsi sub-indeksi iş sahibi ilə muzdlu işçi arasında əmək prosesinin təşkili ilə bağlı münasibətlərə dövlətin nə dərəcədə müdaxilə etməsini ölçür. Ənənəvi sosial proqramlardan fərqli olaraq, bu müdaxilə birbaşa sosial müdafiə məqsədləri güdür. İşçinin birbaşa sosial müdafiəsinin gücləndirilməsi, bir qayda olaraq, iş sahibinin sərbəstliyini məhdudlaşdırmaq hesabına başa gəlir. İki alt-indeks – Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi və İşdənçıxarma xərcləri alt-indeksi əsasında hesablanmışdır. Bunların birincisi, öz növbəsində, üç göstərici – işəgötürmənin asanlığı (çətinliyi), iş vaxtının tənzimlənməsinin sərtliyi və işdənçıxarmanın asanlığı (çətinliyi) əsasında sayılır. Birinci alt-indeksin 3 komponentdən ibarət olduğu və məşğulluğun tənzimlənməsində bunların toplam rolunun daha yüksək olduğu nəzərə alınaraq, ona 0,75, ikinci alt-indeksə isə 0,25 çəkiləri verilmişdir. Statistik mənbə Dünya İqtisadi Forumunun 2015-ci il üçün məlumat bazasıdır.* Dünya Bankı biznes mühitini qiymətləndirərkən ölkələri bir növ “yaxşıdan pisə” doğru, iş adamlarına daha rahat şərait yaradanlardan onun işini tənzimləyici qaydalarla çətinləşdirənlərə doğru sıralayır. İqtisadiyyatın sağlığı-solluğu üzrə təhlillərdə “pis” və “yaxşı” ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var. Birincilər üçün şirkətlərin operativ sərbəstliyi, ikincilər üçünsə işçilərin sosial müdafiəsi daha yüksək prioritetdir. Hər iki alt-indeks üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.
Nub Saybot (Mortal Kombat)
Nub Saybot (ing. Noob Saibot) – "Mortal Kombat" oyun seriyasında personaj. Nub onun adı, Saybot isə onun kölgəsidir. Bi Han Skorpion tərəfindən öldürüldükdən sonra Yeraltı dünyaya düşür. Bir müddət sonra Şinnok ilə qarşılaşır və ona döyüşçüləri sırasına qatılır. Bu müddətdə xarici görünüşü dəyişir və "Nub Saybot" adı ilə tanınmağa başlayır. Şao Kannın döyüşçüləri məğlub olduqdan sonra Nub Saybot Şinnoka çalışmaqdan imtina edərək Yeraltı dünyaya geri qayıdır.
Sosial xərclər sub-indeksi
Sosial Xərclər sub-indeksi — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir. Solçu siyasi-iqtisadi dünyagörüşünə görə, iqtisadiyyatın sosialyönlüyünü gücləndirmək üçün milli gəlirin büdcə vasitəsilə yenidən bölüşdürülən hissəsi daha böyük olmalıdır, yəni büdcənin böyüklüyü iqtisadiyyatın sosialyönlüyü üçün şərtdir. Sağçılara görə isə, kiçik büdcə ictimai rifahı yüksəltmək üçün daha effektivdir və bu halda iqtisadiyyat daha sosialyönlü ola bilər. Sosial proqramlara yönəldilən büdcə vəsaitlərinin xüsusi çəkisi nə qədər böyükdürsə, büdcə (və deməli, həm də iqtisadiyyat) bir o qədər daha soldadır. Ənənəvi siyasi-iqtisadi leksikonda bunu büdcənin sosialyönlüyü adlandırırlar. Sosial proqramlara ayrılan vəsaitin payı ötən ildəkindən artıqdırsa, hesab edilir ki, bu ilin büdcəsi daha sosialyönlüdür. Bu sub-indeks iqtisadiyyatın solluğunu-sağlığını dövlət büdcəsinin xərc maddələri arasındakı tənasüb əsasında ölçür. Cədvəldəki göstərici – sosial xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi əsasında hesablanmışdır. Həmin göstərici (Vi — 5,5) / 63,5 (sub-indeksin qiymətlərini 0,1–0,9 aralığına "sıxmaq" üçün Vmax və Vmin qiymətlərinin yerinə, uyğun olaraq, 69 və 5,5 qoyulmuşdur) düsturu ilə indeksləşdirilmişdir. Alınmış nəticələr Şkalada əks olunmuşdur.
Xarici ticarət sub-indeksi
Xarici ticarət sub-indeksi — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir. Xarici ticarət sub-indeksi xarici ticarətin liberallıq səviyyəsini (sağ qütb) və dövlətin bu sahədəki tənzimləmə tədbirlərinin sərtliyini (sol qütb) ölçür. Sub-indeksin sıfıra yaxınlaşması şirkətlərin xarici ticarət sərbəstliyinin artmasını, birə yaxınlaşması isə bu sahədə dövlət tənzimlənməsinin sərtləşməsini ifadə edir. Üç konseptual müddəa üzərində qurulmuşdur. Birincisi, xarici ticarət azadlığını ixracın yox, idxalın sərbəstliyi ilə ölçmək lazımdır. İkincisi, idxalın sərbəstliyi yüksəldikdə daxili bazarın qorunması, bir qayda olaraq, zəifləyir. Üçüncüsü, təbii resurs ixracının iqtisadiyyatda əhəmiyyətli paya malik olduğu ölkələrdə xarici ticarət azadlığını ixrac-idxal əməliyyatlarının mütləq və nisbi həcm göstəriciləri ilə (məsələn, ixrac və idxal həcminin ÜDM-ə nisbəti ilə) ölçmək olmaz. Xarici ticarət sub-indeksi üç alt-indeksin – Xarici ticarət azadlığı alt-indeksinin, İdxalın iqtisadi qiyməti alt-indeksinin və Ticarətin azadlığı alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdır. Xarici ticarət azadlığı alt-indeksi Freyzer İnstitutunun eyniadlı göstəriciləri əsasında (Economic Freedom of the World 2014), İdxalın iqtisadi qiyməti alt-indeksi Dünya İqtisadi Forumunun (İsveçrə) "Beynəlxalq ticarətdə iştirak" hesabatının materialları əsasında (World Economic Forum – The Global Enabling Trade Report 2014), Ticarətin azadlığı alt-indeksi isə Heritage Fondu ilə The Wall Street Journal’ın birlikdə hazırladığı "İqtisadi Azadlıq İndeksi" hesabatındakı eyniadlı göstəricilər əsasında (2015 Economic Freedom İndex) hesablanmışdır. Xarici ticarət azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 10, İdxalın iqtisadi qiyməti alt-indeksi üçün Vmin = 1, Vmax = 7, Ticarətin azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.
Mortal Kombat Mythologies: Sub-Zero
Mythologies: Sub-Zero — "Midway Games" oyun şirkəti tərəfindən 1997-ci ildə yaradılan, döyüş oyunudur. Sab-Ziro, Lin Kuey klanına mənsub döyüşçüdür. Kuan Çi, onu Şaolin məbədindən xəritəni götürməsi üçün vəzifələndirir. Sab-Ziro xəritəni götürmək üçün məbədə yola düşür. Döyüşlərin birində Şiray Ryu klanına mənsub olan döyüşçü Skorpionla qarşılaşır. Kuan Çi planının müvəffəqiyyətlə həyata keçməsi üçün Skorpionu da xəritəni götürmək üçün vəzifələndirmişdir. Lakin Sab-Ziro onu özünə rəqib olaraq düşünür. Bu zaman Sab-Ziro onunla döyüşür və onu öldürür. Sab-Ziro xəritəni tapandan sonra onu Kuan Çiyə təqdim edir. Kuan Çi isə mükafat olaraq Lin Kuey klanının əsas rəqibi olan Şiray Ryu klanının bütün heyətini işdən azad edir.
Mythologies: Sub-Zero (oyun, 1997)
Mythologies: Sub-Zero — "Midway Games" oyun şirkəti tərəfindən 1997-ci ildə yaradılan, döyüş oyunudur. Sab-Ziro, Lin Kuey klanına mənsub döyüşçüdür. Kuan Çi, onu Şaolin məbədindən xəritəni götürməsi üçün vəzifələndirir. Sab-Ziro xəritəni götürmək üçün məbədə yola düşür. Döyüşlərin birində Şiray Ryu klanına mənsub olan döyüşçü Skorpionla qarşılaşır. Kuan Çi planının müvəffəqiyyətlə həyata keçməsi üçün Skorpionu da xəritəni götürmək üçün vəzifələndirmişdir. Lakin Sab-Ziro onu özünə rəqib olaraq düşünür. Bu zaman Sab-Ziro onunla döyüşür və onu öldürür. Sab-Ziro xəritəni tapandan sonra onu Kuan Çiyə təqdim edir. Kuan Çi isə mükafat olaraq Lin Kuey klanının əsas rəqibi olan Şiray Ryu klanının bütün heyətini işdən azad edir.
Yulius Şaub
Yulius Şaub (alm. Julius Schaub‎;20 avqust 1898, Münxen – 27 dekabr 1967, Münxen) — 30 aprel 1945-ci ildə intihar edənə qədər alman diktatoru Adolf Hitlerin baş köməkçisi və adyutantı olub. 1898-ci ildə Münhendə (Bavariya) anadan olan Şaub Birinci Dünya Müharibəsi zamanı səhra həkimi kimi xidmət edib və bu döyüş zamanı hər iki ayağını yaralayıb. Müharibədən sonrakı çətin dövrlərdə Şaub Nasist Partiyasına qoşuldu. Üzvlüyünə görə işini itirən Hitler onu şəxsi köməkçisi kimi işə götürdü və bu vəzifədə 25 il çalışdı. Şaub-a 1945-ci ilin aprel ayının sonlarında Fürerbunkeri tərk etmək və Hitlerin bütün şəxsi əşyalarını və sənədlərini məhv etmək əmri verildi. O, 8 may 1945-ci ildə amerikalılar tərəfindən həbs edilib. Şaub 27 dekabr 1967-ci ildə Münhendə vəfat edib. Bu insanın tərcümeyi-halı gənc yaşlarında Birinci Dünya Müharibəsi cəbhəsinə gedən və sonradan " itirilmiş nəslin " məğlubiyyətinin və alçaldılmasının bütün acılarını yaşayan almanlar üçün olduqca ümumi idi. Şaub 20 avqust 1898-ci ildə Münhendə anadan olub.
Esfir Şub
Esfir İlyiniçna Şub (rus. Эсфирь Ильинична Шуб; 16 mart 1894, Suraj[d], Çerniqov quberniyası[d] – 21 sentyabr 1959[…], Moskva) — Rus-sovet kinorejissoru, kinossenarist, kinomontajçı, kinotənqidçi, RSFSR-in Əməkdar artisti (1935). == Həyatı == Esfir Şub 1910–1917-ci illərdə Moskvada Ali qadın kurslarında ədəbiyyat təhsili almış, 1919-cu ildən kinoda fəaliyyət göstərmişdir. 1922-ci ildən "Dövlətkino" kinostudiyasında xarici və kinostudiya filmlərinin montajçısı işləmişdir. Rejissor fəaliyyətinə 1926-cı ildə "Mosfilm" kinostudiyasında başlamış, 1942–1953-cü illər ərzində isə Mərkəzi Sənədli Filmlər Studiyasının rejissoru olmuşdur. == Filmoqrafiya == Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə (film, 1919) (tammetrajlı sənədli film) Arazın o tayında (film, 1947) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Kristian Süb
Kristian Süb (28 iyul 1985) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kristian Süb Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub.
Anuk
Anuk — 8 aprel 1975-ci ildə anadan olan Niderlandlı müğənni. Anuk 2013 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Birds" mahnısı ilə təmsil edib və Niderlanda 9-cu yeri qazandırıb. == Həyatı == Anası da özü kimi müğənnidir.
Anus
Anal dəlik və ya anus (Lat. Anus; Mənası: "Halqa", "çevrə" [1]) — həzm sisteminin sonunda yer alan və defekasiya prosesini yerinə yetirən dəlik. Əsas vəzifəsi defekasiya olan anal dəliyin açılması və qapanmasını daxili və xarici büzüşmüş əzələlər (sfinkter) nəzarət edir. Daxili anal sfinkter iradi, xarici anal sfinkter isə qeyri-iradi şəkildə hərəkət edir. Anus, qadınlarda uşaqlıq yolunun, kişilərdə isə testis kisəsinin arxasında yer alır.
Cənub
Cənub və ya Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Cənub qütbünə işarə edir və "S"-lə işarələnir.
Klub
Klub — vahid maraqlara görə cəmiyyətdə birləşən insanlar birliyi. Maraqlara görə idman, istirahət, siyasi, dini klublar olur. Adətən müəyyən bir otağı tutur və onun iştirakçılarının müntəzəm görüşləri və ünsiyyəti üçün xidmət edir. Virtual klublar da var. Hər kəs klubun üzvü (açıq giriş) və ya məhdud dairəyə aid olan şəxs (qapalı klub, giriş yalnız tövsiyə ilə əldə edilə bilər) ola bilər. Bəzi klublara giriş giriş biletinin alınmasını tələb edir, digərləri pulsuz fəaliyyət göstərir (dövlət və ya fərdi şəxslərin sponsorluğu hesabına). == İdman klubu == Müasir idman klubları adı, loqosu, idmançılar komandası, infrastrukturu, idarəetmə sistemi, işçi heyəti olan peşəkar və ya həvəskar təşkilatlardır. Misal üçün: Futbol klubu; hokkey klubu; Basketbol klubları. == İstirahət klubları == Əyləncəli xarakterli müəyyən maraqlarla bağlı insanları bir araya gətirməyə xidmət edir: musiqi klubları (rok klubları daxil olmaqla: Leninqrad rok klubuna baxın); rəqs klubları (bu, həm də "gecə klubları" və adında "klub" sözünün bu mənaya malik olmaya biləcəyi digər müəssisələrdən fərqli olaraq məhdud və daimi üzvü olan insanlar qruplarına aiddir). == Gecə klubları == Gecə klubu - adətən 21:00-dan sonra işləyən, asudə vaxt üçün nəzərdə tutulmuş (adətən gənclər üçün) ictimai qurumdur.
Knud
Knud (994, Danimarka – 12 noyabr 1035) – Danimarka şahzadəsi I Sven Çəngəlsaqqalən oğlu. O, I Haroldun oğlu və varisi. Beləliklə, Danimarkanın birləşməsində rolu olan Skandinaviya hökmdarlarından biridir. Harthacnut I 10-cu əsrin əvvəllərində Danimarka kral evinin yarı əfsanəvi qurucusu idi və onun oğlu Qoca Qorm nəsildə birinci kral oldu (adındakı "Qoca" bunu göstərir). Qormun oğlu və Knutun babası Harald Bluetooth, Danimarkanın xristianlaşması zamanı Danimarka kralı idi; Xristianlığı qəbul edən ilk Skandinaviya krallarından biridir.
Saab
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Saue
Saue (est. Saue) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Şəhər statusunu 1993-cü ildə alıb. Əhalisi 6,0 min nəfər, onların 93% estonlar təşkil edir. Saue Tallinin çox əlverişli mövqeyində yerləşdiyindən, həmçinin bu kiçik şəhərdə təmiz iqlimi olduğundan, varlı insanların istirahət yerlərindəndir. Saue təbiətə çox yaxınlıqda olmasına baxmayaraq, burada əyləncə növləri, iş və digər böyük şəhər şəraiti təklif olunur.
Sebu
Sebu (Cebú) — Filippinin ərazisinin böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın mərkəzi. Şəhərin əsası 1565-ci ildə qoyulub. Adanın kəşfi 1521-ci ildə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır.
Serb
Serblər — Avropada xalq.
Seul
Seul rəsmi olaraq Seul Xüsusi Şəhəri (kor. 서울)— Cənubi Koreyanın ən böyük metropolu və paytaxtıdır. Seul 9,7 milyon nəfər əhaliyə sahibdir və ətrafdakı İnçon metropolu və Gyeonggi vilayəti ilə Seul Paytaxt Bölgəsinin mərkəzini təşkil edir. Qlobal şəhər olaraq qəbul edilən Seul, 2014-cü ildə dünyanın ən böyük metropoliten iqtisadiyyatı olan Tokio, Nyu York və Los Angelesdən sonra 4-cü oldu. 2017-ci ildə Seulda yaşayış dəyəri dünya miqyasında 6-cı sırada yer aldı. Qannam və Digital Medya Şəhəri mərkəzli böyük texnologiya mərkəzləri ilə Seul Paytaxt Ərazisi, Samsung, LG və Hyundai daxil olmaqla 14 Fortune Global 500 şirkətinin qərargahına ev sahibliyi edir. Metropolis, qlobal konfransların aparıcı beş ev sahibliyindən biri olaraq qlobal işlərdə böyük təsir göstərir. Seul 1986 Asiya Oyunlarına, 1988 Yay Olimpiya Oyunlarına, 2002 FIFA Dünya Kubokuna (Yaponiya ilə) və 2010 G-20 Seul sammitinə ev sahibliyi etdi. Seul, Bekçe, Çoson, Koreya İmperiyası, Qoryo (ikinci dərəcəli paytaxt olaraq) və hal-hazırda Cənubi Koreya da daxil olmaqla müxtəlif Koreya əyalətlərinin paytaxtı idi. Strateji olaraq Han çayı boyunca yerləşən Seulun tarixi, e.ə.
İcub
ICub — humanoid robot konsorsiumu tərəfindən hazırlanmış ing. The RobotCub Project. Əsas elmi məqsədlər kimi, idrak (öyrənilmiş) manipulyasiya (jest, hərəkət simulyasiyası, jest qarşılıqlı təsir), ətraf mühitin, hərəkətin, insan danışmasının birləşmə qavrayışının öyrənilməsi seçilmişdir. Bu roboton yaradılma məqsədi olaraq bütün elm ictimaiyyəti üçün ümumi bir humanoid platformanın yaradılması təklif edilmişdir. Avropa ölkələri, ABŞ, Türkiyə və Yaponiya kimi ölkələrin hər birində müxtəlif laboratoriyalarda təxminən iyirmi iCub var. Hər bir robotun dəyəri versiyaya görə təxminən 250.000 avrodur. ICub'un hündürlüyü 104 santimetrdir və çəkisi 22 kiloqramdır. Son versiyada robotun 53 dərəcə azadlıq hüququ vardır: Hər əlində 7 ədəd; Hər biləkdə 9; Başında 6; Gövdədə 3; Hər ayağında 6 ədəd.
Sium
Sukərəvizi (lat. Sium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Skuba
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Saab Saab Automobile
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Fight Club
Döyüş Klubu (ing. Fight Club) — Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi triller. Film 1999-cu ildə ABŞ-də çəkilib. "IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən "Döyüş klubu" siyahıda dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur. Film həmçinin "Ölməzdən əvvəl baxılmalı 50 film" siyahısına daxildir. İlk əvvəl filmi çəkən şirkətə Finçerin əsəri xoş gəlmir və marketinq kampaniyası üçün ayrılmış büdcə, mümkün itkilər studiyaya güclü zərbə endirməsin deyə kəsilir. "Döyüş Klubu" studiyanın ümidlərini doğrultmur və tənqidçilər tərəfindən polyar rəylər qazanır. Buna baxmayaraq film 1999-cu ilin ən mübahisəli və ən çox müzakirə edilən filminə çevrilir. Bir çoxları filmin ABŞ siyasi həyatında baş verən dəyişikliklər dövründə meydana çıxdığını və güclü novator stilinə malik olduğunu qeyd edirlər. İlk əvvəl gəlir gözləniləndən çox aşağı olmasına baxmayaraq, Döyüş Klubu sonrakı illərdə buraxılan DVD relizlər hesabına ən uğurlu kommersiya filmlərindən birinə çevrilir.
Jan Anuy
Jan Anuyl (fr. Jean Anouilh, 23 iyun 1910[…], Bordo – 3 oktyabr 1987[…], Lozanna) — fransız dramaturqu. == Həyatı == Sorbonna Universitenin hüquq fakültəsini bitirmiş, reklam agentliyində işləmişdir. "Çamadansız müsafir" (1937) pyesi ilə məşhurlaşmışdır. "Çəhrayı pyeslər" (istehzalı-lirik komediyalar: "Oğruların rəqs gecəsi", 1938; "Sanlisdə görüş", 1941), "tikanlı pyeslər" ("Zavallı Bitos", 1956) və s. silsilə dramları var. "Ürkək qız" (1938), "Antiqona" (1943), "Torağay" (1953), "Dəlisov və ya məftun irticaçı" (1959), "Mağara" (1961) pyeslərində insani ləyaqətləri və əxlaqi görüşləri uğrunda mübarizə aparan insanlardan bəhs etmişdir. Dövrünün sosial-fəlsəfi problemlərini dərindən dərk edən Anuyl pyesləri süjet təbiiliyi, emosionallığı, yumoru ilə seçilir. "Medeya" əsəri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.
Klub 27
Klub 27 (ing. 27 Club) - rok və blüz musiqisinə böyük təsir edən və 27 yaşında müxtəlif, çox zaman qəribə şəraitlərdə vəfat edən musiqiçilərin ümumi adıdır. == 27 yaşında ölən ən məşhur musiqiçilər == Lakin bu siyahı bu cədvəllə bitmir. Bura bir çox digər musiqiçiləri də əlavə edirlər.
Klub Libertad
Klub Libertad — Paraqvayın Asunsyon şəhərini təmsil edən Paraqvay futbol klubudur. Klub 1905-ci ildə təsis edilib və Paraqvay Primyera Divizionunda mübarizə aparır.
Şabu-şabu
Şabu-şabu (yap. しゃぶしゃぶ şabu-şabu) - hoqonun yapon növü. Yemək sukuyakiyə çox oxşayır. Hər ikisinə ət və tərəvəz gedir. Bununla yanaşı onlara makaniya sousu əlavə edilir. Şabu-şabu ət dadın verir ancaq sukiyaki kimi şirin deyil. Bu yemək qış yeməyidir, ancaq demək olar bütün il boyu bişirilir. Şabu-şabu ilk dəfə XX əsrdə Yaponiyada "Suehiro" restoranında bişirilməyə başlanılıb. Belə bir fərziyyə var ki bu yemək Çinlilərin "şuan yang rou" yeməyinə oxşar bişirilib. Bu yeməyin Çin növü həmin yeməyə çox bənzəyir.
Nübl
Nübl (ərəb. نبل‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 3.817 ailədə 10.836 nəfəri kişi və 10.203 nəfəri qadın olmaqla 21.039 nəfərdir.
Sənəb
Sənəb - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Şamb
Şamb, Şamkəndi, Şamkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şamkəndi kimi qeyd edilmişdir. Toponimin ilkin forması "Şam"dır. Toponimin sonundakı "b" samiti sonradan artırılaraq erməni dilində "qarğı, qamış" mənasını verən şamb formasına uyğunlaşdırılmışdır. Toponim "ağac" mənasında işlənən şam sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Qurluşca sadə toponimdir.
Şanus
Şanus (fr. Chanousse, oks. Chanossa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05033. 2008-ci ildə əhalinin sayı 48 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 27 nəfər (15-64 yaş) arasında 19 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 60.9%). Fəal 19 nəfərdən 17 nəfər (8 kişi və 9 qadın) çalışdı, 2 qadın işsizdi.
Səlb
Səlb (lat. Platycladus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.