[Xortdan:] Səhranın günbatan tərəfindən, gördüm, bir şölə asimanə bülənd olub.
Qaraca qızın sevgili şəlaləsi Günəşin qırmızı şöləsindən parlayırdı.
Aslanın gözlərində ani bir şölə parıldayıb söndü.
□ Şölə çəkmək – alovla yanmaq, zəbanə çəkmək, alovlanmaq; işıq saçmaq.
Gəldi həm növ-növ şərbətlər; Şəmlər asimanə şölə çəkər.
[Qızıl qayada] yer altından çıxan qaz, kim bilir, nə zaman bir yolçunun, bir ovçunun ya bir çobanın çaxmaq daşından od alıb gecəgündüz şölə çəkib yanır.
// Məc. mənada.
Alışıb şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-niyran dedilər, gərçək imiş.
Şölə vermək (saçmaq) – qızarmaq, allanmaq; parıldamaq, işıldamaq, şölələnmək, işıq saçmaq.
Başına dönüm, ay saqi; Doldur piyalədən yaxşı; Yanaqların şölə verir; Qırmızı lalədən yaxşı.
Yer üzündə şölə saçır neçə min çıraq; Şəfəqlərin ağ sütunu ərşə toxunur.