Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Soru
Soru — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Soru kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, "çay kənarındakı təsərrüfat" mənasındadır. Digər tədqiqatçılar isə hesab edirlər ki, oykonim talış dilində sə və ros sözlərindən yaranmışdır, mənası "başıuca" deməkdir, "düz dik yer" mənası da verir. Əslində oykonim türkdilli xalqların toponimiyasında geniş yayılmış soru (bataqlıq, dərə, çeyillik) sözündəndir. Altayda Soru (çay), Soruqlu (şəhər, qəsəbə), Soruqlu-Ayn (şəhər), Sorulu göl və s. qeydə alınmışdır. == Əhalisi == Əhalisi 1388 nəfərdir. 1859-1864-cü ilə olan məlumata əsasən Alaşa çayı sahilində yerləşən Soru kəndində 23 evdə 97 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 155 nəfər şiə talışlar yaşayırdı. Soru kəndi Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücüm" (SAH) Xüsusi Təyinatlı Qüvvərinin miçmanı "Qarabağ orden"li Elvin Səfərovun kəndidir.
Soviru (Sərdəşt)
Soviru (fars. ‎سويرو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 284 nəfər yaşayır (47 ailə).
Sevi-Sorru-Çinarka
Sevi-Sorru-Çinarka (kors. Sevi-Sorru-Cinarca) — Cənubi Korsika departamentinin, Korsika reionunun 11 kantonlarından biri. INSEE kanton kodu - 2A10. Kanton Ayaçço rayonunda yerləşir . Kanton 2015-ci ildə yaradıldı. Sevi-Sorru-Çınarka, departamentin ən böyük sahəsi olan, lakin ən az məskunlaşmış kantonudur. == Tarixi == 17 may 2013 tarixli qanuna və 14 fevral 2014 tarixli qərarına görə, Cənubi Korsika departamentində kantonların sayı 22-dən 11-ə endirildi. 2015-ci il seçkilərində bölmələrin kantonlara yeni bölgə bölgüsü qüvvəyə girdi. Beləliklə, Sevi-Sorru-Çınarkanın kantonu 2015-ci il martın 22-də formalaşmışdır. De-Sevi (9 kommun), Kruzini-Çınarka (13 kommun) və De-Sorru (11 kommun).
Şovri
Şovri (fr. Chauvry) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Taverni. Əhalisi — 278 nəfər (1999).Bələdiyyə Paris şəhərinin təxminən 23 km şimalında, Serji bələdiyyəsinin 15 km şərqində yerləşir.
Cahiliyyət dövrü
Cahiliyyə (ərəb. جاهلية‎) - müsəlman ənənəsinə görə, islamaqədərki tarixdə insanların peyğəmbərsiz yaşadığı dövr. Tarixdə ilk və son Cahiliyyə dövrləri fərqləndirilir. İslam dövründə meydana gələn Cahiliyyə termini islamdanəvvəlki ərəblərin yanlış inancları və həyat tərzini xarakterizə etmək üçün işlədilmiş və müəyyən zaman kəsiyinə şamil olunmuşdur. Məhəmməd peyğəmbər cahiliyyəni dövr kimi deyil, həyat tərzi kimi səciyyələndirmişdir. Əvvəllər bilgisizlik dövrü kimi anlaşılan cahiliyyəni müasir alimlər elmin deyil, helmin (mehribanlıq, səbir, kamal) əksi kimi xarakterizə edirlər. Quranda 4 dəfə xatırlanan cahiliyyə termini İslamdan əvvəlki ərəblərin elmsizliyinə deyil, yalnız Allaha inanmamasına, təkəbbür, çılğınlıq və s. kimi mənfi xüsusiyyətlərinə işarədir. Peyğəmbər həmin dövrə xas müsbət adətlərin saxlanmasının tərəfdarı idi. Zəngin mifik düşüncəyə malik olmuş Cahiliyyə dövrü ərəbləri astronomiya, təbabət, qiyafət (fizioqnomika) elmlərdə uğurlar qazanmış, dövrün yüksək bədii-estetik xüsusiyyətləri ilə seçilən poeziyasını yaratmışdılar.
Caz Dövrü
Caz dövrü 1920–1930-cu illər dövrü olub ki, caz musiqisi və rəqs üslubları Birləşmiş Ştatlarda tez bir zamanda ümummilli populyarlıq qazanıb. Caz dövrünün mədəni nəticələri, ilk növbədə, Birləşmiş Ştatlarda, cazın vətənində hiss olunurdu. Caz Yeni Orleanda, əsasən də diaspor mədəniyyətindən yaranaraq, bu dövrdə daha geniş mədəni dəyişikliklərdə əhəmiyyətli rol oynamış və onun populyar mədəniyyətə təsiri hələ uzun müddət davam etmişdir. Caz əsri tez-tez Coşqun iyirminci əsrlərlə birlikdə xatırlanır və Birləşmiş Ştatlarda o, quru qanun dövrü ilə əhəmiyyətli dərəcədə kəsişirdi. Bütün ölkə üzrə radiostansiyaların tətbiqi hərəkətə əhəmiyyətli dərəcədə təsir göstərib. Bu zaman caz dövrü inkişaf etməkdə olan gənclər mədəniyyəti ilə sıx əlaqədə olmuşdur. Bu hərəkat, həmçinin Avropa caz hərəkatına start verilməsinə kömək etdi. == Fon == "Caz dövrü" termini 1920-ci ilə qədər geniş yayılmışdır. 1922-ci ildə amerikalı yazıçı F. Skott Fitscerald bu termini daha da populyarlaşdıraraq "caz dövrünün nağılları"adlı hekayələr toplusunu dərc etmişdir. === Caz Musiqisi === Caz-19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Yeni Orlean, Luiziana ştatının qaradərili Amerika icmalarında yaranmış və blüz və rqtaymdan inkişaf etmiş musiqi janrıdır.
Daş dövrü
Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur. Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. == Paleolit == Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.
Devon dövrü
Devon dövrü - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövr. Davametmə müddəti ~50 mln. ildir. Əvvəlində kaledon qırışıqlığı nəticəsində yer qabığının geniş sahələrində qalxmalar baş vermiş və onlarda qədim qırmızı qumdaşı formasiyasının böyük qalınlıqlı qırmızı-rəngli laqun-kontinental çöküntüləri toplanmışdır. Orta və gec devonda isə platforma və geosinklinallarda çökəlmə və geniş dəniz transqressiyaları qeyd olunur, bütün dövr ərzində aktiv maqmatik (xüsülə effuziv) fəaliyyət baş vermiş və bəzi regionlarda isə halogen çöküntülər toplanmışdır. Dəniz hövzələrində tünd qırmızı yosunlar, habelə stromatoporatlar və mərcanlar (tabulatideyalar və dördşüalı mərcanlar) rif qurumları əmələ gətirmişdir. Devon dövrü braxiopodların inkişafı geniş vüsət almışdır. Bundan əlavə, qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nəhəng xərçəngəbənzərlər, balıqların bütün sinifləri də geniş yayılmışlar. Gec devonda suda-quruda yaşayanlar meydana gəlmişdir. Bitkilərdən psilofitlər inkişaf etmişdir.
Durğunluq dövrü
Durğunluq dövrü (rus. Период застоя) — SSRİ tarixində L.İ.Brejnevin hakimiyyətə gəlməsindən (1964) Sov.İKP-in XVII qurultayına (fevral 1986), daha dəqiq — 1987-ci ilin yanvar plenumuna qədər olan dövrü əhatə edən, ondan sonra cəmiyyətin bütün sferalarında keçirilən irimiqyaslı islahatlarla nəticələnən siyasi ifadə. == Durğunluq dövründə mədəniyyət == === Ədəbiyyat === Müharibə mövzusunda yazan yazıçılar arasında ən məşhuru əvvəlki kimi Konstantin Simonov qalır, o "Dirilər və ölülər" trilogiyasını yazmaqda davam edir. Romanın ikinci və üçüncü hissələri – "Heç kim əsgər doğulmur" (1964) və "Son yay" (1970) işıq üzü görür. Müharibə haqqında ədəbiyyatda Y.V.Bondarevin ("Hərarətli qar" 1969), B.L.Vasilyevin ("Burada üfüqlər sakitdir" 1969) böyük əməyi olmuşdur. Lakin heç də yazıçıların hamısı əsərlərini maneəsiz şəkildə nəşr etdirmək imkanına malik deyildi. "durğunluq" dövründə yazılmış əsərlərin əksəriyyəti yalnız "Yenidənqurma" illərində işıq üzü gördü. Durğunluq illərində sovet mətbuatı artıq Aleksandr Soljenitsının əsərlərini çap etmişdi. Onun əsərləri xaricdə çap edilir. Bu, sovet rəhbərliyini olduqca əsəbiləşdirirdi.
Dövrü alqoritm
Dövrü alqoritm - hesablama prosesində tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə olunur. Dövrlər sadə və mürəkkəb olur. Sadə dövrlü alqoritmin bir dövrü olur. Əgər hər hansı bir alqoritmdə bir neçə daxili dövr iştirak edirsə, onda belə dövrlərə mürəkkəb dövr deyilir.DÖVRİ ALQORİTİM BLOK SİXEM ŞƏKLİNDƏDƏ OLA BİLƏR. == Mənbə == AMEA İnformasiya Texnologiyaları İnstitutu, "", tex.f.d.
Dəmir dövrü
(İlk) Dəmir dövrü — e.ə XI–VIII əsrləri əhatə edir. Tunca nisbətən daha möhkəm, keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahlar yeni yüksəlişə səbəb oldu. At və dəvədən minik vasitəsi kimi istifadəyə başlanmışdır. Süni suvarmanın yaranması ilə bağçılıq və bostançılıq inkişaf etmişdir. Son Tunc və Erkən Dəmir dövründə Azərbaycanda müdafiə tikililəri, siklopik qalalar inşa edilmişdir. E.ə. 7-ci əsrdən etibarən dəmirdən geniş istifadə edilməyə başlanmışdır.Bu dövrdə yazı meydana gəldi.Yazını papirus,gil lövhələr,daş,dəri və başqa materiallar üzərində yazırdılar. E.ə.II minilliyin I yarısını əhatə edir.Bu dövrdə 3-cü ictimai əmək bölgüsü yaranmışdır.Bu əmək bölgüsündə sənətkarlıqla əkinçilik birləşir. == Qədim Yaxın Şərq == Qədim Yaxın Şərqdə dəmir dövrünün eramızdan əvvəl 2-ci minilliyin sonlarında (e.ə. 1300-cü il) Anadoluda və ya Qafqaz və Balkanlarda dəmir əritmə və dəmirçilik texnikasının kəşfi ilə başladığı güman edilir.
Edo dövrü
Edo dövrü (江戸時代, Edo jidai) və ya Tokuqava dövrü (徳川時代, Tokuqava jidai) — Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən dövr. Yapon cəmiyyətinin Tokuqava şoqunatınin və 300 regional daymyonun hakimiyyəti altında olması ilə səciyyələnir. Bu dövr iqtisadi inkişaf, ciddi sosial qaydalar, xarici siyasətdə özünütəcrid, sabit əhali, incəsənət və mədəniyyətə qarşı isti münasibət, materialların təkrar istehsalı və davamlı meşə idarəetməsi ilə xarakterizə olunur. Bu, məhdud ehtiyatların tam istifadəsinə əsaslanan davamlı və özü-özünü təmin edən cəmiyyət idi. Şoqunat, rəsmi olaraq, 24 mart 1603-cü ildə Edoda Tokuqava İeyasu tərəfindən yaradılmışdır. Bu dövr 3 may 1868-ci ildə Meydzi islahatının başlaması və Edonun ələ keçirilməsi ilə sona çatdı. == Hadisələr == 1600: Sekiqahara döyüşü. Tokuqava İeyasu daymyoların ordularını məğlub edərək Yaponiyanın böyük hissəsi üzərində hakimiyyətini qurur. 1603: İmperator Tokuqava İeyasunu şoqun təyin edir və o öz hökumətini Edoya (indiki Tokio) köçürərək Tokuqava şoqunlar sülaləsinin əsasını qoyur. 1605: Tokuqava İeyasu şoqunluqdan gedir və yerini oğlu Tokuqava Hidetadaya verir.
Ektaz dövrü
Ektaz dövrü və ya Ektaz — (yun. ἔκτασις (éktasis) - "uzadılmaq" deməkdir) Mezoproterozoy erasında ikinci geoloji dövrdür və 1400 milyon il əvvəldən 1200 milyon il əvvələ qədər davam etmişdir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Geoloji olaraq bu dövr platforma örtüklərinin davamlı genişlənməsi ilə xarakterikdir. Cinsi çoxalmanın ilk dəlilləri bu dövrə aid edilir. Kanadanın Somerset adasında tapılmış 1.2 milyard illik ov formalaşmalası Ektaz dövrünün sonundan başlayır. Bu, ilk taksonomik olaraq həll edilmiş eukariot olan Bangiomorpha pubescens (qırmızı yosunların növü) çox hüceyrəli filamentlərinin mikrofosillərini ehtiva edir. Bu mürəkkəb bir çoxhüceyrəli orqanizm üçün vacib bir xüsusiyyət olan cinsi çoxalma nümayiş etdirən ilk orqanizm idi. Mürəkkəb çoxhüceyrəlilər orqanizmlərin koloniyaları şəklində yaşayan "sadə" çoxhüceyrəlilərdəndən fərqlənir. Həqiqi çoxhüceyrəli orqanizmlər müxtəlif funksiyalar üçün ixtisaslaşdırılmış hüceyrələrə sahibdirlər.
Eneolit dövrü
Mis dövrü, mis-daş dövrü, xalkolit (yun. χαλκός — mis + λίθος — daş kəliməsindən), eneolit (lat. aeneus — mis + yun. λίθος — daş kəliməsindən) — bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsi. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu;Bəşəriyyət daş dövründən mis dövrünə,qədəm qoyraq inkişaf etmişdir.Alimlərin əksəriyyəti metal dövrünün e.ə IV minilliyin əvvəlində başladiğını ehtimal etsə də, ayrı-ayrı ərazilərdə bu mərhələ xeyli sonra başlamışdır.Lakin harda baş verməsindən aslı olmayaraq,istənilən halda metal əmək alətlərinin meydana gəlməsi Qobustanda olduğu kimi,həyat tərzinin ciddi surətdə dəyişməsinə səbəb olurdu.İnsanlar artıq darısqallaşmış beşiyə siğmayan körpə kimi,minilliklər boyu sığındıqları qayaları daha fəal surətdə tərk etməyə başlayırdı.Arxeoloqların fikrincə,insanın mislə ilk tanışlığı külçələr vasitəsilə baş verib.Onların emalı prosesində insanlar zərbə nəticəsində parçalanmayan külçələrin deformasiyaya uğramasına diqqət yetirmişlər.Yəni müəyyən bacarıq olduqda onlara zəruri şəkil vermənin mümkünlüyü,eyni zamanda materialın möhkəmliyinin artdığı dərk edildi.Mis kifayət qədər yumşaq material olsa da,ondan hazırlanan məmulatlar asanlıqla təmir edilir və onların istifadə muddəti xeyli uzanirdi.Üstəlik misdən düzəldilən silah və əmak alətləri daha kəskin və iş prosesində rahat,ovda və düşmənlə çapışmada daha öldürücü idi. Azərbaycan ərazində tunc dövrünün başlanğıcı adətən e.ə V minilliyin sonlarına aid edilir.
Fırlanma dövrü
Fırlanma periodu — Planetlərin, peyklərin və digər səma cisimlərinin hər hansı bir nöqtəsinin həmin cismin mərkəzi oxlarının ətrafında dönməsi nəticəsində ərtaf-mühitə nəzərən yenidən eyni yerdə olmasına qədər sərf olunan zaman müddəti. Yer kürəsinin fırlanma periodu 1 sideral gün, yəni 23 saat 56 dəqiqə təşkil edir. == Dönmənin növləri == Sideral dönmə — Ayın Yer ətrafında fırlanaraq müəyyən müddət sonra Yerin mərkəzində duran müşahidəçiyə nəzərən ikinci dəfə eyni nöqtəyə gəlməsi onun sideral dönməsi olub, 27.3 günə bərabərdir. Sinodal dönmə — Ayın fırlanaraq müəyyən müddət sonra Günəşlə Yer arasında yenidən eyni bucaqda olmasıdır, 29.5 gün təşkil edir.
Himiko dövrü
Himiko (yaponcaː 卑弥呼; bilinmir – 247, Yaponiya) — Yaponiyanın erkən dövlət qurumlarından birinin hakimi (173-250). == Haqqında == Himiko barədə məlumat verən yeganə etibarlı yazılı mənbə Çin tarixi salnaməsi "3 şahlığın yazıları" əsərdir. Bu əsərin xüsusilə "Şərq varvarları haqqında bölməsi"ni qeyd etmək olar. Həmin əsər təxminən 297-ci ildə yazılmışdır. Bu əsərdə Yaponiya arxipelaqının sakinlərinin - "Va insanları"nın (倭人 — «karlik insanlar) sosial təşkili, həmçinin "Qadın hökmdar Himikonun hakimiyyəti dövrü təsvir olunur. O, çin mənbələrində Yamatay ölkəsinin şaman və Yaponiyanın asılı ölkələrinin hakimi kimi xatırlanır. Çin salnamələri qeyd edir ki, 239-cu ildə Himikonun Çin sülaləsi - Veyə (220-265) hədiyyələr göndərməsi barədə məlumat verilir. 243-cü ildə Himikonun ikinci dəfə hədiyyələrlə öz nümayəndəsini Loyana göndərməsi barədə məlumat verilir. Sonuncu dəfə isə 248-ci ildə Çinə Himiko tərəfindən hədiyyələr göndərilməsindən bəhs edilir. Eramızın əvvəllərində Yaponiya adaları ərazisində yaşayan kumaso (xayato) (Şikoku adasında və Kyüsyü adasının cənubunda), tenson (Kyüsyü adasının şimalında), icumo (Xonsyu adasında, Noto yarımadasının mərkəzində) və emişi (eco) (Xonsyu adasının şimal-şərqində) tayfalarını göstərmək olar.
Həyat dövrü
Həyat dövrü (İnsan) — insanın doğulandan ölənə qədərki yaşadığı dövr. uşaqlıq, yeniyetməlik, gənclik orta yaş dövrü və qocaliq mərhələrinə ayrılır. İnsanın dünyada ortalama ömrü 78-82 ildir. Uşaqlıq (0-11 yaş), yeniyetməlik (11-16 yaş), erkən gənclik (16-18 yaş). gənclik (18-21 yaş), orta yaş dövrü (35-65 yaş) bəzən 35, Qocaliq (65+) Ahıllıq dövrü isə 70 yaşdan sonrakı dövr sayılır. Yeniyetməlik dövrü: Yeniyetməlik dövründə psixoloji böhranı anlamaq üçün yeniyetməlik dövrünü və bu zamana qədər olan dövürlərin normal inkişafını bilmək vacibdir. İnsan hələ ana bətnində ikən bir çox xarici mühit təsirlərinə reaksiya verməkdədir. Beləki, ananın yaşadığı kədər zamanı doğulmamış körpənin hərəkətlərinin azalmasına, ananın yaşadığı sevinc anlarında isə hərəkətliyində artmanın olması ən bariz misallardan biridir.
Kalim dövrü
Kalim və ya Kalim dövrü (yun. μμα (kálymma) - "örtük" deməkdir) — Mezoproterozoy erasında ilk geoloji dövrdür və 1600 milyon il əvvəl ilə 1400 milyon il əvvəl arasında davam edir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Dövr, mövcud platforma örtüklərinin genişlənməsi və ya yeni platformalar ilə xarakterizə olunur. Supercontinent Kolumbiya Kalim dövrü zamanı, 1500 milyon il əvvəl parçalanmağa başladı. == Mənbə == "Calymmian Period". GeoWhen Database. May 12, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 5, 2006. James G. Ogg.
Karbon dövrü
Daş kömür dövrü və ya Karbon dövrü (C) — Paleozoy erasının beşinci geoloji dövrü. 354-290 milyon il bundan əvvəl mövcud olmuş Daş kömür dövrünün ən səciyyəvi xüsusiyyəti və ən məlum əlaməti külli miqdarda - dünya ehtiyatının 30%-dən çox daş kömür yataqlarının əmələ gəlməsidir. Karbon adını ilk dəfə 1822-ci ildə Viliyam Koniber və Viliyam Filips təklif etmişdir.Ümumi qəbul olunmuş bölgüsü yox­dur. Qərbi Av­ropa 2 şöbəyə bölünür: alt (dinant) şöbəyə turne və vize mərtəbələri; üst (silez) şöbəyə namyur, vestfal və stefan mərtəbələri daxildir. Şimali Amerikada yaşca daş kömür dövrünə müvafiq gələn çöküntülər iki sistemə ayrılır: təxminən alt şöbəyə uyğun gələn hissəsini Missisipi və üst şöbəyə uyğun gələn Pensilvaniya sistemləri. 1960-cı ildə Şimali Amerika sxeminin sistemləri Daş kömür sistemi şöbələri kimi qəbul edilmişdir. Keçmiş SSRİ-də 3 şöbəyə bö­lünürdü: turne, vize və namyur mərtəbələrini əhatə edən alt şöbə; başqır və moskva mərtəbələri - orta şöbə; qjel və orenburq mərtəbələri - üst şöbə. == Paleocoğrafiyası == Daş- kömür dövrünün başlanğıcında şimal yarım kürəsində olan qitələr və kontinental bloklar yaxınlaşmağa başladı. Bu bloklar birləşərək Lavraziya materikinə çevrildi. Cənub supermateriki Qondvana hələ də çox nəhəng vahid kontinet olaraq qalırdı.
Kembri dövrü
Kembri dövrü - davamiyyəti 85 mln. ilə yaxındır. Bu dövrdə karbonat, silisium, fosfat mineral sekresiyalı skeletli heyvanların kütləvi şəkildə meydana gəlməsi müşahidə edilir ki, bu da kembri biotunu vend biotundan kəskin fərqləndirir. Kembridən başlayaraq foraminiferlərin aqqlütiniv skeletləri rast gəlinir. Kembri dövrü ərzində demək olar ki, hazırda mövcud olan heyvanların bütün tipləri, o cümlədən xordalılar meydana gəlmiş, arxeosiatlar isə yalnız bu dövrdə yaşamışdır. Onlarla bir yerdə hidrokonozoa, trilobitlər, xırda qastropodalar, hiolitlər, qıfılsız braxiopodalar, dərisitikanlılar, sianobiontlar və bəzi yosunlar, həmçinin sistematik vəziyyəti aydın olmayan qruplar, xüsusən akritarxilər geniş yayılmışdır. Orta kembridə ilk qraptolitlər (stereostolonatlar) və konodontlar meydana gəlmişdir. Arxiosiatlar kembriyəqədərki rifquran sianobiontları (stromatolitlər) əvəz etmiş ilk rifquran heyvanlar olmuşdur. Kembri biotunun əksəriyyəti dəniz və sahil-dəniz hövzələrində məskunlaşmışdır. Bu zaman ilk yerüstü onurğasız heyvanlar (qurdlar və çoxayaqlılar) meydana gəlmiş, onlarla birlikdə yerüstü süxur qatlarında bakteriyalar və göbələklər yaşamaqda davam etmişdir.
Keçid dövrü
=== Keçid dövrünün mahiyyəti və zəruriliyi === İnsan cəmiyyəti meydana gəldiyi vaxtdan etibarən tədriclə inkişaf edir. Inkişafın bir mərhələsindən, digərinə keçir, cəmiyyətin bir forması başqasını, daha mütərəqqi formasını əvəz edir. Bu zaman cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə mövcud sosial-iqtisadi münasibətlər sistemi də dəyişir və yeniləri ilə əvəz olunur. Bu dəyişikliklər prosesi həm tədriclə, təkamül yolu ilə, həm də sıçrayışla, inqilabi yolla baş verir. Iqtisadi münasibətlər sisteminin əsasında xüsusi mülkiyyətin durduğu cəmiyyətlərin birinin digərini əvəz etməsi təkamül yolu ilə baş verir. Buna misal olaraq, feodalizmdən kapitalizmə keçilməsi prosesini gostərmək olar. Hər iki cəmiyyət xüsusi mülkiyyətə əsaslanır və bu da imkan verdi ki, kapitalist təsərrüfat formaları, kapitalist münasibətləri feodalizmin içərilərində yaransın və feodal təsərrüfat formaları ilə eyni vaxtda mövcud olsun. Hər iki təsərrüfat formasının eyni vaxta mövcud olduğu bir şəraitdə iqtisadiyyat, qarışıq iqtisadiyyat kimi fəaliyyət göstərsə də getdikcə feodal münasibətləri sistemi zəifləyir, kapitalist münasibətləri sistemi genişlənərək hakim uklad forması alır. Belə bir şəraitdə iqtisadiyyat keçid vəziyyətində olur və tədriclə kapitalist təsərrüfat formasına keçid baş verir və yeni iqtisadi sistem bərqərar olur. ==== Keçid iqtisadiyyatı ==== Keçid vəziyyətində olan iqtisadiyyatı iqtisadçı alimlər “Keçid iqtisadiyyatı” adlandırırlar.
Kofun dövrü
Kofun dövrü (yaponca 古墳時代 kofun dziday, hərfən. "kurqanlar dövrü") — Kurqanlar mədəniyyəti ("Kofun") dövrü. 250 (300) — 538-ci illər. Yamato dövrünün ilk yarımdövrü. Bu dövrün əsas xüsusiyyəti kurqanlar mədəniyyətinin Yamato ərazisində meydana çıxmasıdır. == Haqqında == Kofun dövrü (古墳 — qədim kurqan) Yaponiyada 5 əsr ərzində yayılan kurqanlara görə belə adlanır. Bu kurqanların bir neçə tipi var. Kofun kurqanları 400 metr dərinlikdədir. Daş və ağac məzardan ibarətdir. Şaquli (縦穴 — tateana) və ya üfuqi (横穴 — yokoana) vəziyyətdə yerləşirlər.
Komanda dövrü
Komanda dövrü ( ing. instruction cycle ~ ru. командный цикл ~ tr. komut çevrimi) – mikroprosessorun aşağıdakı əməliyyatları yerinə yetirdiyi proses: komandanı yaddaşdan götürür, dekodlaşdırır və icra edir. Komanda dövrü iki hissədən ibarətdir: komandanın yaddaşdan götürülmə zamanı və çalışdırma (translyasiya və icra olunma) zamanı; komanda dövrü bütün əməliyyatların baş verdiyi takların (kompüterin sistem saatının impulslarının) sayı ilə ölçülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kriogen dövrü
Kriogen (yun. κρύος (krýos)- soyuq və γένεσις (génesis) - doğum) və ya Kriogen dövrü — 720-635 milyon il əvvəlləri əhatə edən geoloji dövr. Neoproterozoy erasının ikinci dövrüdür. Kriogen dövrü 1990-cı ildə Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən təsdiq edilmişdir. Əksər dövrlərdən fərqli olaraq Kriogenin başlanğıcı qlobal miqyasda müşahidə olunan və sənədləşdirilmiş bir hadisə ilə əlaqələndirilmir. == İqlim == Geoloji dövrün adı Kriogenin çox soyuq qlobal iqlimə malik olması ilə bağlıdır. Geoloji dəlillər Yerin bu dövrdə tarixin ən ağır buz dövrlərini yaşadığını göstərir. Kriogen dövründə ümumiyyətlə iki böyük buz dövrünün: 720-660 milyon il əvvəlləri əhətə edən Sturt buz dövrü və təxminən 635 milyon il əvvəl Kriogen dövrü ilə başa çatmış Marino buz dövrü; olduğu təxmin edilir. Bu dövrdə buz aşağı enliklərə qədər bütün dünyanı əhatə etdiyi üçün bu model "qartopu dünya" adlanır. == Coğrafiya == Kriogen dövrü başlamazdan əvvəl, təxminən 750 milyon il əvvəl, Rodiniyanı parçalanmağa başladı.
Lalə Dövrü
Lalə Dövrü (Osmanlı türkcəsi: لاله دورى) — Osmanlı imperiyasında, 1718-ci ildə Avstriya ilə imzalanan Pojarevatsk sülhü ilə başlayıb, 1730-ci ildəki Patrona Xəlil üsyanı ilə sona çatan dövrdür. "Eyş-işrət və əyləncə" dövrü olaraq bilinən bu dövrün padşahı III. Əhməd, sədrəzəmi isə Nevşəhərli Kürəkən İbrahim Paşadır.Osmanlı xronologiyasında Lalə dövrü anlayışı yoxdur. 1718-ci ildə Avstriya və müttəfiqi Venesiya ilə imzalanan Pojarevatsk sülhünün ardından başlayan uzun sülh dövründə, Haliç və Boğaziçi səmtləri başda olmaqla paytaxtın əksər yerlərində israfa çatacaq dərəcədə lalə bağçaları qurulmuş, bu səbəblə tarixdə ilk dəfə bu dövr tarixçi Yəhya Kamal Bəyatlı tərəfindən Lalə dövrü adlanmışdır. Tarixçi Əhməd Rəfiq Altınayın 1913-cü ildə İkdam qəzetində dərc olunan məqaləsində və iki il sonra eyni adla nəşr olunan kitabında bu dövr Osmanlı tarixinin əyləncə, sülh, yeniliklər və ictimai reformasiya dövrü olaraq anılır.Nevşəhərli Kürəkən İbrahim Paşanın sədarət dövrünü əhatə edən və 1730-cu ildə Patrona Xəlil üsyanı ilə başa çatan bu dövr qərb dünyası ilə siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması ilə səciyyələnir. Belə ki, Parisə, Vyanaya və Moskvaya göndərilən elçilərdən yalnız diplomatik və ticarət əlaqələrinin tənzimlənməsi yox, eyni zamanda Avropa diplomatiyası və hərbi gücü barədə informasiya toplamaq da tələb olunurdu. XV Lüdoviq dövründə Parisə elçi olaraq göndərilən İyirmisəkkiz Çələbi Mehmed Əfəndi buradakı təhsil səviyyəsini eynilə İstanbula daşımağa cəhd göstərmişdir. Bu əsnada ticarət əlaqələri genişlənmiş, iki ölkə arasında ildə 500 ticarət gəmisi səyahət etmişdir. Yenilikçilik siyasətinin ən önəmli nümunəsi isə Çələbi Mehmed Əfəndinin oğlu Mehmed Səid Əfəndi və İbrahim Mütəfərrikanın səyləri ilə 1727-ci ildə qurulan mətbəədir. Fransız zabiti olan və Osmanlı hökumətinə sığınan de Rochefort bəzi hərbi reformasiyalar aparmağa cəhd etsə də, yeniçərilərin hədə-qorxusu ilə bu proses yarım qaldı. Əslən fransız olan bir digər reformist isə Davud ağa idi.
Novruz
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez.) – Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Şovu
Şovu — Azərbaycan Respublikasının Lənkəran rayonunda inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1158 nəfərdir. == Toponimiyası == Oykonim 1917—ci ildə Şout, 1933-cü ildə Şüvid variantında qeydə alınmışdır. XDC əsrə aid məlumata görə, kəndin digər adı Culut olmuşdur. Culut monqol işğallarında (XIII əsr) iştirak etmiş sunnit tayfasının adının təhrifə uğramış formasıdır. Şovut toponimi talış dilində müxtəlif variantlarda “şadlıq bəxş edən yer”, “pöhrələnən yer”, “geniş ön” kimi izah edilir. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İqtisadiyyatı == Kənd təsərrüfatı, maldarlıq, sitrusçuluq. == Din == Kənddə Şovu kənd məscidi dini icması fəaliyyət göstərir.
Maarifçilik Dövrü
Maarifçilik dövrü (fr. siècle des lumières, alm. Aufklärung) XVII- XVIII əsrlərdə Avropa mədəniyyətində mənəvi durum. Maarifçiliyin incəsənətdə proyeksiyaları: barokko, rokoko və klassizm, fəlsəfədə isə – deizm və mexanisizm olmuşdur. Maarfçilik İntibahı əvəz edib romantizm dövrünü qabaqlayır. == Ümumi xarakteristikası == Dində Allah Böyük Yaradan kimi kainatı yeddi günə yaradır. Xristianlıq inanaclarına görə Allah insanlara iki kitab – İncil və təbiət kitabları verib. Deməli dinin özündə də ruhani təbəqsi ilə birgə alimlər təbəqəsi mövcduddur. Buradan da dini və dünyəvi mədəniyyətin paralelizmi doğur ki, bu da dindəki riyakarlıq və fanatizmi tədricən diskreditasiyasına gətirib çıxarır. Dünyanı dərk etməyimizin yeganə vasitəsi azad idrakdır.
Aşıq Novruz
Aşıq Novruz (tam adı:Şairov Novruz Süleyman oğlu) (24 aprel 1929, Daşkənd, Yeni Bəyazid qəzası – 3 noyabr 2000, Yeni Daşkənd, Bərdə rayonu) — aşıq, şair, sazbənd. == Həyatı == Şairov Novruz Süleyman oğlu 24 aprel 1929-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, Daşkəndli məşhur şair Məmmədhüseynin nəticəsidir.Hələ uşaqlıqdan saza-sözə çox böyük marağı olan Novruzun ustadı böyük qardaşı Aşıq Abbasəli olmuşdur. Aşıq Novruz ailəsi ilə birlikdə 1941-ci ildə Gədəbəy rayonuna köçmüş və bir müddət burada yaşadıqdan sonra Şəmkirin Dağ Tatarı kəndinə köçmüşdür. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları departasiya olunduqdan sonra 1954-cü ildə o da Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. 1955-ci ildə ailə həyatı quran Aşıq Novruz dörd oğul və dörd qız atası olmuşdur. 1956-cı ildən ömrünün axırına qədər Bərdə rayonunda Mədəniyyət Evinin üzvü olmuşdur. Aşıq Novruz dəfələrlə radio və teliviziyada çıxışlar etmişdir. Bu gün də onun lent yazılarından Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda saxlanılır. 1985-ci ildə belə çəkilişlərin birində Aşıq Novruz xalq şairi Xəlil Rza Uluturk ilə görüşmüşdür.
Cabir Novruz
Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) (12 mart 1933, Upa, Xızı rayonu – 12 dekabr 2002, Bakı) — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq şairi (1999). == Həyatı == Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.(2002ci il12 dekabrda vəfat etmişdir) == Yaradıcılığı == Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cavidan Novruz
Cavidan Novruz (Cavidan Ramiz oğlu Novruz; 12 fevral 1987, Bakı, Azərbaycan SSR) — aktyor, müğənni, bəstəkar. == Həyatı == Cavidan Novruz 12 fevral 1987-ci ildə Bakı şəhərində xalq artisti Ramiz Novruzun ailəsində anadan olub.Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirmişdir. == Ailəsi == Cavidan Novruz xalq artisti Ramiz Novruzun oğlu, stilist Şəfəq Novruzovanın qardaşıdır. Ailəlidir. Turan adında bir oğlu var. == Fəaliyyəti == === Musiqi === Aktyorluqla bərabər vokalla da məşğul olub. Azər Zeynalovdan təhsil alıb. Cavidan Novruz müğənnidir. O ifaçı kimidə Türkdilli dövlətlərdə Azərbaycanı layiqincə təmsil edib.
Novruz (ad)
Novruz — Azərbaycan kişi adı və təxəllüs. Novruz Rizayev — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Qurbanov — Azərbaycanın Milli Qəhrəmanı. Novruz ağa Oyrot — Elxanlı sərkərdəsi. Novruz Qartal — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). Novruz Axundov — Azərbaycan aktyoru və rejissoru. Novruz Ağayev — biblioqraf, tədqiqatçı, şair.Bu təxəllüsü olan tanınmış şəxslər Cabir Novruz — Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi.
Novruz Allahverdi
Allahverdiyev Novruz Muxtar oğlu (Novruz Allahverdi) — texnika elmləri namizədi; kompüter mühəndisliyi üzrə fəlsəfə doktoru, professor, KTO Karatay Universiteti (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü. == Həyatı == Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır.1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək (1979) texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Hazırda KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürüdür. == Elmi fəaliyyəti == Novruz Allahverdi 10 kitabın və beynəlxalq miqyasda yüksək səviyyəli elmi jurnallarda (əsasən SCI sistemində olan) yayınlanmış bir çox məqalənin müəllifidir. Onun ümumilikdə 200-ə yaxın elmi məqaləsi yayınlanmışdır. Azərbaycanda kompüter teknikası ilə bağlı 2 dərslik, bir neçə dərs vəsaiti və digər kitabların müəllifidir.
Novruz Allahverdiyev
Allahverdiyev Novruz Muxtar oğlu (Novruz Allahverdi) — texnika elmləri namizədi; kompüter mühəndisliyi üzrə fəlsəfə doktoru, professor, KTO Karatay Universiteti (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü. == Həyatı == Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır.1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək (1979) texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Hazırda KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürüdür. == Elmi fəaliyyəti == Novruz Allahverdi 10 kitabın və beynəlxalq miqyasda yüksək səviyyəli elmi jurnallarda (əsasən SCI sistemində olan) yayınlanmış bir çox məqalənin müəllifidir. Onun ümumilikdə 200-ə yaxın elmi məqaləsi yayınlanmışdır. Azərbaycanda kompüter teknikası ilə bağlı 2 dərslik, bir neçə dərs vəsaiti və digər kitabların müəllifidir.
Novruz Aslanov
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. == Həyatı == Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. == İkinci dünya müharibəsi == 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
Novruz Axundov
Novruz Ağa oğlu Axundov (9 may 1938, Naxçıvan) — Azərbaycan aktyoru və rejissoru. == Həyatı == Novruz Ağa oğlu Axundov 1938-ci il may ayının 29-da Naxçıvanda doğulub. Anası Qərbi Azərbaycanın Dərələyəz mahalından, atası Şərurdandır. Uşaq ikən ailəsi Bakıya köçüb. Ailə əvvəl Kürdəxanı, sonra Pirşağıda yaşayıb. Novruz Axundov 1955-ci ildə Kürdəxanı orta məktəbini bitirib. 1962-ci ildə İncəsənət İnstitutunun "Kino və dram aktyorluğu" fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun tələbəsi olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib.Novruz Axundov "Əhməd haradadır" filmində "Uzunduraz Oqtay" rolunu oynayıb. Film aktyorun kinoda ilk işidir.
Novruz Azərbaycanda
Azərbaycanda Novruz bayramı və ya Milli yeni il bayramı — Azərbaycanda baharın və Yeni ilin gəlişinin qeyd edilməsi. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. == Etimologiya == == Tarixi == Ədəbiyyatşünas Əzizə Cəfərzadə "Xıdır Nəbi" bayramı haqqında yazırdı: Tədqiqatçı "Unudulmuş əziz günlərimizdən" adlı məqaləsində bu bayramı xüsusi araşdırır, mahiyyəti, mənası haqqında ətraflı məlumat verirdi. Novruz bayramı ərəfəsində qeyd edilən çillə çıxarma bayramı haqqında isə yazırdı: Əzizə Cəfərzadə çillə çıxarmaq bayramının ağrılı-acılı Kiçik çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevinc bayramı olduğunu vurğulayırdı. Bu bayramın daha çox qadınlar arasında və hansısa bir işinin düzəlməsini əhd edənlərin keçirdiyini bildirirdi: XX əsrin 1920-ci illərinə qədər Azərbaycanda Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər.Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi. 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi. "Kommunist" qəzeti 1921-ci il 24 mart tarixli nömrəsində yazırdı ki, "Novruz bayramı" günlərində məktəblərdə tətillər başlanır, küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil edilir.
Novruz Ağayev
Ağayev Novruz Ağagül oğlu (1870 (Bakı)—1948 (Bakı)) — biblioqraf, araşdırmaçı, şair N.Ağayev şəxsi mütaliə yolu ilə fars dilini, Yaxın və Orta Şərq xalqlarının tarixi və ədəbiyyatını yaxşı öyrənmişdir. Xüsusilə Məhəmməd Füzuli, Ömər Xəyyam, Əlişir Nəvai kimi klassikləri gözəl bilirdi. O, Bakıdakı "Məcməüş-şüəra" ("Şairlər məclisi") ilə təmasda olmuş, bu məclisin ən görkəmli iştirakçılarından olan Mirzə Abdülxalıq Cənnəti ilə dostluq etmişdir. == Həyatı == XX əsrdə Azərbaycan bibliofil və biblioqrafları arasında bir kitab aşiqi kimi tanınan Novruz Ağayev Bakının Saray kəndində doğulmuşdur. Doqquz yaşında olanda ailələri Bakı şəhərinə köçür, o burada bir neçə il mollaxanada oxuyur; ailə vəziyyətlərinin ağırlığına görə gənc Novruz təhsilini yarımçıq qoymalı olur. Bir müddət baqqal, sonra daşyonan şagirdi işləyir. 1905-ci ildən Bakıda, Rusiya şəhərlərində ticarətlə məşğul olur. 1917-1920-ci illər arasında "Musavat" partiyasının üzvü olub siyasi fəaliyyət göstərir. Sovet hakimiyyəti illərində təsərrüfat idarələrində işləmişdir. == Fəaliyyəti == Hələ cavan vaxtlarından kitab, qəzet, jurnal, əlyazma toplamağa və onları öyrənməyə böyük həvəsi olmuşdur.
Novruz Bayramı
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez.) – Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Novruz Cəfərov
Novruz Adil oğlu Cəfərov (d. 13 mart 1953) — Azərbaycan aktyoru. Azərbaycanın əməkdar artisti (2013), Ağdam Dövlət Dram Teatrının baş rejissoru (2017-ci ildən). == Həyatı == Novruz Cəfərov 13 mart 1953-cü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olmuşdur. 1970-ci ildə Könüllü kənd orta məktəbini bitirib. 1971-ci ildə Azərbaycan Dİ institutunun “dram-kino aktyor”- u fakültəsinə qəbul olub. Professorlar; M.Məmmədov, F.Sultanov, Ə.Quliyev və xalq artisti aktyor H.Salayevdən dərs almışdır. 1975-ci ildə Azərbaycan Dİ institutunu bitirib; Şəki DD teatrına təyinat almışdır. 1975- ci ildən -1997-ci ilə qədər, tam 21 il Şəki DD teatrında aktyor işləmişdir. 1997- ci ildən aktyor kimi Gəncə DD teatrında çalışır.
Novruz Gəncəli
Novruz Gəncəli (azərb. Novruz Sadıqov İsmayıl oğlu‎; 12 sentyabr 1921, Maştağa, Bakı qəzası – 19 oktyabr 1995, Bakı) — Azərbaycan sovet yazıçısı. == Həyatı == Novruz Gəncəli 12 sentyabr 1921-ci ildə Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olmuşdur. Səkkiz yaşında olarkən atasını itirən Novruz Gəncəli böyük qardaşı Qulamhüseyn Sadıqovun himayəsində yaşamışdır. Qardaşı Qulamhüseyn Sadıqov və anası H.Z. Tağıyev adına Toxuculuq fabrikində işə düzəlmiş, Novruz Gəncəli isə həmin fabrikin nəznində olan 63 saylı orta məktəbdə ibtidai təhsil almışdır.Bir müddət sonra Qulamhüseyn Sadıqovun təcrübəsi nəzərə alınaraq Gəncədəki fabrikə gönədrilir. O, orada baş mühəndis vəzifəsini icra edir. Beləliklə, Sadıqovlar ailəsi 1929-cu ildə Gəncəyə köçür. Novruz Gəncəli Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbində təhsilini davam etdirir. Lakin 1938-ci ildə qardaşı Qulamhüseyn Sadıqov vəfat edir və ailənin bütün qayğıları Novruz Gəncəlinin üzərinə düşür. Buna baxmayaraq, Novruz Gəncəli məktəbi bitirdikdən sonra 1939-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur.
Novruz Haxverdiyev
Novruz Əli oğlu Haxverdiyev (25 mart 1996; Alunitdağ, Daşkəsən rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Novruz Haxverdiyev 25 mart 1996-cı ildə Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində Əli Haxverdiyevin dörduşaqlı ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə Daşkəsən rayon Alunitdağ qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Novruz Haxverdiyev 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Novruz Haxverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Novruz Haxverdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Novruz Həmzəyev
Novruz Bəkir oğlu Həmzəyev (21 mart 1992; İsmayıllı, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Novruz Həmzəyev 1992-ci il martın 21-də İsmayıllı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Novruz Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Novruz Həmzəyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Həmzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Novruz Həsənov
Novruz Cumalı oğlu Həsənov (20 fevral 1996, Gədəbəy – 9 noyabr 2020) - Şəhid (2020) == Həyatı == Həsənov Novruz Cumalı oğlu 20 fevral 1996-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 2002-2013-cü illərdə Milli Qəhrəman İlham Əliyev adina 1 sayli Gədəbəy şəhər tam orta məktəbində təhsil almışdir. Həsənov Novruz 6 yaşindan etibaran cüdo va sərbəst güləş idman növləri ilə məşğul olmuşdur. Bir çox yarişlarda qalib gəldiyi üçün 15-dən çox medal, diplom və fəxri fərmanları vardır . 23 sentyabr 2013-cü ildə Baki Dövlət Iqtisadiyyat və Humanitar kollecinin "Bank işi" ixtisasina daxil olub. 25 iyun 2018-ci ildə Baki Dövlət Iqtisadiyyat və Humanitar kollecində təhsilini başa vurmuşdur. == Hərbi xidməti == 2014-2016-ci illərdə Azərbaycan Respublikasinin Mingəçevir şəhərində N sayli hərbi hissədə "Minaatan" batareyasinda həqiqi hərbi xidmətdə olmuşdur. 27 sentyabr 2020- ci ildə başlayan ikinci vətən müharibəsinə könüllü gedən Novruz qəhərmanlıqlar göstərir, əlbəyaxa döyüşlərdə 6 ermənini məhv edib, lakin ayağından və kürəyindən yaralanıb. Müharibənin qurtarmasına 2 gün qalmış şəhidlik zirvəsinə ucalır.
Novruz Məmmədov
Novruz İsmayıl oğlu Məmmədov (15 mart 1947, Şıxmahmud, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının 9-cu baş naziri (2018–2019), ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi (2017–2018), Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini (2012–2017), Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri (1997 – 1 iyun 2017) və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri (1 iyun 2017 – 21 aprel 2018). == Həyatı == Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib. Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir. Evlidir. Üç övladı və nəvələri var. == Siyasi fəaliyyəti == Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Novruz Məmmədov 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993–1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir. 12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olmuşdur.
Novruz Novruzlu
Novruz Novruzlu (12 may 1960, Ordubad – 20 noyabr 2018, Bakı) — müğənni, aktyor, Savalan qrupunun bədii rəhbəri və Akademik Opera və Balet Teatrının solisti. == Həyatı və fəaliyyəti == Novruz Novruzlu 12 may 1960-cı ildə Ordubad şəhərində anadan olub. 5 yaşında ikən atasını itirib. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. Oxuduğu müddətdə "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. Universiteti bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib. Ömrünün sonunadək Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.
Novruz Novruzov
Novruzov Novruz Nəcəf oğlu (2 may 1954, Lerik rayonu) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Novruz Novruzov 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1971-ci ildə Lerik rayonundakı Səməd Vurğun adına Kolxozda kolxozçu kimi başlamışdır. 1971-ci ildən kolxozçu, fəhlə, Lerik rayonu Züvüc kənd orta məktəbində pioner baş dəstə rəhbəri, 1974–1976-cı illərdə isə hərbi xidmətdə olmuşdur. 1976-cı ildən sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən LKGİ Lerik Rayon Komitəsinin ikinci katibi, 1982-ci ildən Lerik Rayon Partiya Komitəsində təlimatçı, 1983-cü ildən LKGİ Lerik Rayon Komitəsinin birinci katibi, 1985-ci ildən Lerik Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1987–1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəsis, Lerik Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləmişdir. Bir neçə çağırış rayon XD Sovetinin deputatı seçilmişdir. 1995–2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.
Novruz Qartal
Novruz Yaqub oğlu Əliyev (3 mart 1947, Bakı – 8 yanvar 2022, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). == Həyatı == Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən N.Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yarandı: "92 dəqiqə gülüş"də Xəstə, "On min dollarlıq keyf"də Dayıoğlu, "Hərənin öz ulduzu"nda Kələntər, "Dəli dünya"da tın-tın Əsəd, "O olmasın, bu olsun"da Məşədi Qəzənfər, "Bankir adaxlıda dilənçilər padşahı, "Əlin cibində olsun"da Dilənçi, "Məhəbbət oyunu"nda Daşdəmirov, "Volqalı canan"da Müqəddəsov, "Aldın payını, çağır dayını"da Əhmədi Biqəm, "Şeytanın yubileyi"də Şirvan, "Kələkbazlar"da Əlipaşa və s.
Novruz Quliyev
Novruz Məhəmməd oğlu Quliyev (22 mart 1952, Əmirvarlı, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin keçmiş müavini. Biologiya üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). == Həyatı == Novruz Quliyev 1952-ci il martın 22-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1977-сi ildə SSRİ EA-nın Biokimya İnstitutunun aspiranturasını bitirib. 1978-сi ildə biologiya elmləri namizədi və 1992-ci ildə biologiya elmləri doktoru alimlik dərəсələrini alıb. 2001-сi ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilb. 1974-cü ildə əmək fəaliyyətinə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda başlayıb. 1981-ci ilin may ayından AMEA-da böyük, aparıcı elmi işçi vəzifələrində çalışmışdır və hal-hazırda Botanika İnstitutunda laboratoriya müdiri vəzifəsində işləyir. 1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
Novruz Qurbanov
Novruz Qurbanov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == 1975-ci il 2 iyun tarixində Ağstafa rayonunun Göycəli (Yuxarı Göycəli) kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissədə xidmət edən Novruz atəşkəs imzalananadək döyüşlərdə iştirak etmişdir. 1995-ci il Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda döyüşən gənc əsgər Novruz Qurbanov qəhrəmancasına həlak oldu. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra "Azərbayvcanın Milli Qəhrəmanı" adı verilmişdir. Ağstafa rayonu Göycəli kəndində dəfn edilmişdir. Göycəli kəndində büstü qoyulmuşdur.
Novruz Rizayev
Novruz Kərim oğlu Rizayev (1883 və ya 1886, Ordubad, Naxçıvan qəzası – 30 iyul 1941) — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. == Həyatı == Novruz Rizayev 1886-cı ildə Azərbaycanın Naxçıvan vilayətinin Ordubad şəhərində qulluqçu ailəsində anadan olub. 1905-ci ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb. == Siyasi fəaliyyəti == 1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rizayev həmin ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb, məhz bu dövrdə İran Azərbaycanında baş verən proseslərdə iştirak edib və həm də çar rejiminin təqibləri ilə üzləşib. Novruz Rizayev 1927-ci il mayın 22-dən Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə başçılıq etmişdi. O, 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır. Novruz Rizayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir. 30-cu ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının razılığı ilə Rizayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə Sverdlovsk şəhərində trest müdiri təyin edilir. 1933-cü ilin fevralında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilir.
Dövri cədvəl dövrü
Dövri cədvəl dövrü - Dövr elementlərin üfüqi istiqamətdə dövri sistemdə yerləşməsidir. Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtarır.
Dövrus
Dövrus — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dovruz kimi qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm də Tovruz kimi göstərilir. Toponim türk mənşəli xəzər tayfasına mənsub tavris etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 11 nəfər, 1873 - cü ildə 74 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 303 nəfər, 1904 - cü ildə 268 nəfər, 1914 - cü ildə 297 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 144 nəfər, 1931-ci ildə 171 nəfər azərbaycanlı yaşamışdır.