Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spam
Spam — kütləvi olaraq yayılan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumatdır. İlk növbədə spam termini elektron məktublara şamil olunur. Başqa sözlə, spam – tələb edilməmiş məlumatların kütləvi və anonim göndərilməsidir. Burada anonim yayma dedikdə məlumatların gizli və ya saxta əks ünvanla avtomatik yayılması başa düşülür. Hazırda elə spam göndərən yoxdur ki, o öz ünvanını və göndərmə yerini gizlətməsin. SPAM sözünün yaranma tarixi 1937-ci ilə təsadüf edir. SPAM – Hornel Foods şirkətinin məhsulu olan donuz konservlərinin adıdır. Spam – 1920-30-cu illərdə çox məşhur olan ət konservlərinin adıdır. Spam ingiliscə SPices hAM – "istiotlu vetçina" (qaxac edilmiş donuz əti) kimi izah edilir. Kütləvi reklam kampaniyaları və məhsulun ucuzluğu onu qısa zamanda bütün Amerikada istehlak edilən məhsula çevirmişdir.
Spas rayonu
Spas rayonu (tatar. Спас районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın cənub-qərbində yerləşir. Respublikanın Alekseyevsk, Əlki rayonları və Ulyanovsk vilayəti ilə (Staromainski və Melekesski rayonları) quru sərhədi var. Volqa (Kuybışev su anbarı) sahili boyunca Təteş və Kama Tamaqı rayonları ilə, Kama (Kuybışev su anbarı) hövzəsi ilə Layiş rayonu ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Bolqar şəhəridir. Kuybışev su anbarının yaranması nəticəsində rayon torpaqlarının xeyli hissəsi su altında qalmışdır. Ən böyük çayları: Volqa, Kama, Bezdna və Aktay. Rayonun ərazisi 1920-ci ilə qədər Spas qəzasının bir hissəsi idi. 1920-1930-cu illərdə Spas kantonunda daxil olur.
GPass
GPass (tam adı: Global Pass) – internet senzura əleyhinə proqramdır, "SOCKS" tunnellərindən istifadə etməklə internetdə məlumat əldə edərkən istifadəçilərin kimliyini qoruyur və işlədilən ərazidə adi halda bloklanmış məzmuna giriş əldə etməyə imkan yaradır. "GPass"-in quraşdırılması kifayət qədər asandır, onu sadəcə endirmək tələb olunur. GPass-ın istifadəsi pulsuzdur. == Skype və GPass == GPass həmçinin ani mesajlaşma və İP üzərindən zəng etmə proqramı Skype-dan istifadə zamanı daha geniş tətbiq olunur. Belə ki, daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər tərəfindən müzakirə olunduğundan Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Space
Space (azərb. Fəza‎) — Monteneqronun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Slavko Kaleziç "Space" mahnısı ilə Monteneqronu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 217-də təmsil etmişdir. Mahnı Monteneqrolu bəstəkarlar Adis Eminiç, İva Borşiç və Momçila Zekoviç tərəfindən bəstələnmişdir.
Spahi
Spahi — Fransa ordusunun tərkibində olan yüngül süvarilə növü. Xidmətə cəlb olunanlar əsasən Əlcəzair, Tunis və Mərakeşin yerli əhalisindən idi. Termin Osmanlı süvarilərindən olan "sipahi" adının fransızca transkripsiyasıdır. Məğrib spahi alaylarına əlavə olaraq, Fransa Qərbi Afrikasında iki spahi eskadronu yaradılmışdır. Sıravilər Seneqal və Fransa Sudanının (indiki Mali) yerli əhalisindən, zabitlər isə Şimali Afrika spahi bölmələrindən ezam olunmuşlar. 1928-ci ildə Seneqal spahiləri Atlı Jandarma olaraq yenidən təşkil edilmişdir. Seneqal Respublikasının müasir Milli Jandarmeriyası ənənələri və forması müstəmləkə dövrünün Seneqal spahilərinə aid olan mərasim eskadronu daxildir. 1912–1942-ci illərdə Liviyadakı İtaliya müstəmləkə rejimi Fransa–Əlcəzair modelinə uyğun olaraq, kəndlərdə və səhrada patrul etmək üçün istifadə edilən bir neçə spahi süvari birliklərini xidmətə götürmüşdür. Zabitlərinin italyan olmasına baxmayaraq, bu dəstələr yerli Liviya süvari birləşmələrindən daha az nizamlı idi. Spahi forması onların cəlb olunduğu tayfaların ənənəvi geyimləri əsasında işlənib hazırlanmışdır.
Spark
Spark və ya Sumqayıt Park — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir. Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub. Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir. Emin Əfəndiyev - vokal Kamal Xudiyev - gitara Dmitri Strekalov (Damien) - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elşən Hacıyev - piano Elvin Bəşirov - zərb alətləri Viktor Medyakov - vokal Dmitri Strekalov (Damien) - gitara Eldəniz Mirzoyev - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elvin Bəşirov - zərb alətləri Səid Qəniyev - klaviş (sintezator, orqan) Oqtay Abdullayev - gitara Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə.
Spassk
Spassk — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir
Sperm
Sperma — kişilərə xas qamet. Xayada olan bu hüceyrələrin yaranması yetkinlik dövründə başlayır. Üst hissəsində və döllənmə əsnasında yumurtaya irsi məlumat (DNT) köçürür. Quyruqlu və hərəkətlidir. İnsanlarda cütləşmə əsnasında təxminən 150-200 milyon sperma atılır. Lakin yumurtanı təkcə bir sperma hüceyrəsi dölləyə bilər. Bir sperma bir yumurta hüceyrəsinə çatanda, yumurtaya girmək üçün quyruğunu çöldə qoyub, yumurta zərindən keçərək irsi məlumatları yumurtaya çatdırmış olur. Spermalar sıx konsistensiyada bir mayenin içində olurlar. Bu mayenin adına meni və ya daha geniş yayılmış adı ilə sperma deyilir. Spermanın içində irsi məlumatlar olur.
Stasi
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı "Schild und Schwert der Partei" ("Partiyanın Qalxanı və Qılıncı") idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi. Stasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi. Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur.
SPAR
SPAR — Niderlandda yaranmış, pərakəndə ticarətlə məşğul olan şirkət. 1932-ci ildə Niderlandda Adrian van Vell tərəfindən təsis edilib və 2021-ci ildə 48 ölkədə 13.623 satış nöqtəsinə sahibdir. O, 1932-ci ildə Adrian van Well tərəfindən "De SPAR" adlı könüllü baqqal şəbəkəsi kimi təsis edilib. Əsas məqsəd Avropada böyük pərakəndə satış şəbəkələrinin yaranmasına cavab olaraq müstəqil topdansatışçılar və pərakəndə satıcılar arasında əməkdaşlığı davam etdirmək olur. Şəbəkənin adı şüarın ilk hərflərindən yaranıb: "Door Eendrachtig Samenwerken Profiteren Allen Regelmatig", yəni "Biz hamımız əməkdaşlıqdan faydalanırıq" deməkdir. Holland dilində spar sözü "Şam ağacı" deməkdir, bu ağac şirkətin loqosunda təsvir edilib. SPAR konsepsiyası 1940-cı illərin sonlarında Niderlanddan kənara çıxır və Belçika "SPAR"ın fəaliyyət göstərdiyi ikinci ölkə olur. Almaniya şəbəkəyə 1952-ci ildə qoşulur. 1950-ci illərdə SPAR konsepsiyası sürətlə bütün Qərbi Avropaya yayılır. 1953-cü ildə ilk prezidenti Adrian van Vell "SPAR İnternational"l təsis edir və 1957-ci ildə ilk SPAR Beynəlxalq Konqresi Hollandiyada keçirilir.
SPSS
SPSS Statistics-("Sosial elmlər üçün statistik paket"-"Statistical Package for the Social Sciences")-Verilənlərin statistik emalı üçün kompüter proqramı. Sosial elmlərdə tətbiqi araşdırmaların aparılması üçün nəzərdə tutulub. İlk versiyası 1968-ci ildə Norman H. Nie, Dale H. Bent və C. Hadlai Hull tərəfindən işlənib hazırlanıb. 2009–2010-cu illərdə SPSS adı PASW (Predictive Analytics SoftWare) Statistics ilə əvəz olunub, ancaq sonra ilkin adına qaytarılıb. SPSS proqramı hazırda IBM şirkəti tərəfindən inkişaf etdirilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sass
Sass (Syntactically Awesome Stylesheets) — CSS kod abstraksiyasının səviyyəsini artırmaq və stilin kaskad cədvəlləri sənədlərini asanlaşdırmaq üçün hazırlanmış bir CSS əsaslı metadil. Sass-ın iki sintaksisi var: sass — burada əyri mötərizələrdən istifadə edilmir və abzas, boşluqlar vasitəsilə yuvalaşma aparılır. SCSS (Sassy CSS) — CSS-dəki əyri mötərizələrdən istifadə prinsipini saxlayır və yuvalaşma aparılır. Sass-ın əsas xüsusiyyətlərindən biri iç-içə olan selektorları yaratmağı və redaktə etməyi asanlaşdıran yuvalaşdırma qaydasıdır. Aşağıdakı sintaksislə CSS-ə çevrilir: Sass-ın daxilinə dəyişən və bir sıra parametri eyni dəyişənə çevirə bilən "miksin"-ləri (ing. mixin) daxil etmək mümkündür. Bu, böyük fayllarla işləyən zaman kodun davamlılığını, çevikliyini və daha rahat anlaşılmasını təmin edir. Aşağıdakı sintaksislə CSS-ə çevrilir: Miksinlərdən istifadə nümunəsi:Aşağıdakı sintaksislə CSS-ə çevrilir: Alex Libby. Instant SASS CSS How-to. Packt.
PaLM
PaLM (Pathways Language Model) — Google AI tərəfindən hazırlanmış 540 milyard parametrli transformator əsaslı böyük dil modeli. Tədqiqatçılar həmçinin model miqyasının təsirlərini yoxlamaq üçün PaLM-in daha kiçik versiyalarını, 8 və 62 milyard parametrli modellərini yaradıblar. PaLM, sağlam düşüncə, arifmetik əsaslandırma, zarafat izahı, kod yaratmaq və tərcümə də daxil olmaqla, geniş spektrli tapşırıqları yerinə yetirməyə qadirdir. Düşüncə zənciri ilə birləşdirildikdə, PaLM söz problemləri və məntiqə əsaslanan suallar kimi çoxsaylı addımların əsaslandırılmasını tələb edən verilənlər bazasında əhəmiyyətli dərəcədə yaxşı performans əldə edib. Model ilk dəfə 2022-ci ilin aprelində elan edildi və Google PaLM və bir sıra digər texnologiyalar üçün API təqdim edənə qədər 2023-cü ilin martına qədər gizli qaldı. API ictimaiyyətə təqdim edilməzdən əvvəl gözləmə siyahısına qoşulmuş məhdud sayda tərtibatçılar üçün əlçatan idi. Google və DeepMind PaLM 540B-nin Med-PaLM adlı tibbi məlumatlar əsasında dəqiq tənzimlənmiş və tibbi sual-cavab meyarları üzrə əvvəlki modelləri üstələyən versiyasını hazırlayıblar. Med-PaLM ABŞ tibbi lisenziyalaşdırma sualları üzrə keçid balını keçən ilk şirkət olub və həm qapalı, həm də açıq suallara dəqiq cavab verməklə yanaşı, həm də əsaslandırma təqdim edir və cavablarını qiymətləndirə bilir. Google həmçinin robot manipulyasiyası üçün istifadə edilə bilən ən müasir görmə dili modeli olan PaLM-E yaratmaq üçün görmə transformatorundan istifadə edərək PaLM-i genişləndirib. Model robototexnika sahəsindəki tapşırıqları təkrar təlimə və ya incə sazlamaya ehtiyac olmadan rəqabətli şəkildə yerinə yetirə bilər.
SaaS
Xidmət kimi proqram təminatı (ing. Software as a service; SaaS) — proqram təminatının abunə əsasında lisenziyalaşdırıldığı və mərkəzləşdirilmiş şəkildə yerləşdiyi lisenziyalaşdırma və çatdırılma modeli. SaaS həmçinin tələb olunan proqram təminatı, veb-əsaslı proqram təminatı və ya veb-host proqram təminatı kimi də tanınır. SaaS, xidmət kimi infrastruktur (IaaS) və xidmət kimi platforma (PaaS) ilə birlikdə bulud hesablamalarına xas biznes modelidir. SaaS proqramlarına adətən veb brauzer istifadəçiləri ("incə" müştəri) daxil olurlar. SaaS ofis proqramı, mesajlaşma proqramı, əmək haqqı emal proqramı, DBMS proqramı, idarəetmə proqramı, CAD proqramı, inkişaf proqramı, oyunlaşdırma, virtuallaşdırma, mühasibatlıq, əməkdaşlıq, müştəri münasibətlərinin idarə edilməsi (CRM), idarəetmə məlumat sistemləri (MIS), müəssisə resurslarının planlaşdırılması (ERP), faktura, sahə xidmətinin idarə edilməsi, insan resurslarının idarə edilməsi (HRM), istedadların əldə edilməsi, öyrənmə idarəetmə sistemləri, məzmunun idarə edilməsi (CM), coğrafi informasiya sistemləri (GIS) və xidmət masasının idarə edilməsi daxil olmaqla bir çox iş proqramları üçün ümumi çatdırılma modelidir. SaaS demək olar ki, bütün korporativ proqram təminatı şirkətlərinin strategiyalarına daxil edilmişdir. Biznes proqramlarının mərkəzləşdirilmiş hostinqi 1960-cı illərə təsadüf edir. Həmin illərdən başlayaraq, IBM və digər əsas kompüter provayderləri tez-tez vaxt mübadiləsi və ya kommunal hesablama kimi adlandırılan bir xidmət bürosu işi aparmağa başladılar. Bu cür xidmətlərə hesablama gücü və verilənlər bazası saxlanması, banklara və digər böyük təşkilatlara öz ümumdünya məlumat mərkəzlərindən təklif etmək daxildir.
Muriyel Spark
Dam Muriyel Spark DBE- (1 fevral 1918[…], Edinburq – 13 aprel 2006[…], Florensiya) ödüllü bir Şotlandiyalı romançı(roman yazıçısı) idi. 2008-ci ildə Tayms qəzetinin "1945-ci ildən bu yana 50 böyük britaniyalı yazıçı" siyahısında yeraldı. Muriel Sarah Camberg 1918-ci ildə Edinburqda doğulub. Atası şotland, anası ingilis idi. Ceyms Cillespi kollecində oxuyub. İstedadli tələbə olan Muriel 12 yaşında ikən "Out of a Book" başlıqlı şeirinə görə Volter Skot mükafatı alıb 1937-ci ildə Muriel Camberg Sydney Oswald Spark ilə evlənmişdir. Evliliyinin ilk illərində Afrikada yaşayır, 1938-ci ildə oğlu Robin kimi tanınan Samuel doğulur, amma Murielin evliliyi tezliklə boşanma ilə sona yetir. 1944-cü ildə ərindən ayrılıb oğlu ilə Londona qayıdır. Əsərlərini elmi və bədii olmaqla 2 qrupa bölmək olar. Elmi əsərlərinə tənqidi məqalə və bioqrafiyalar, bədii əsərlərinə isə şeirlər, romanlar, pyeslər və qısa hekayələr daxildir.
Peter Stamm
Peter Stamm (18 yanvar 1963, Münsterlingen[d], Turgau[d]) — yazıçı, jurnalist. 1963-cü ildə İsveçrədə anadan olmuşdur. Ticarət təhsildən sonra ingiliscə öyrənməyə başlasa da, sonra bir neçə semestr psixologiya, psixopatologiya və iqtisadi informatika üzrə oxumuşdur. Paris, Nyu-York və Skandinaviya ölkələrinə uzunmüddətli səfərləri olmuşdur. 1990-cı ildən isə sərbəst yazar və jurnalist olaraq çalışır. İsveçrə alman radiosu, Bremen radiosu və qərbi alman radiosu üçün çoxlu proqramlar hazırlamışdır. Bir teatr tamaşası, müxtəlif kitablara resenziyalar yazmışdır. 1997-ci ildən isə "Ədəbiyyat naminə məzəmmət" ədəbi jurnalının redaktorudur. "Agnes" (1998) adlı romanına görə 1999-cu ildə Rauris Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2018-ci ildə "Dünyanın sakin biganəliyi" kitabıyla yenidən mükafat qazandı.
Space Invaders
Space Invaders (スペースインベーダー Supēsu Inbēdā) — Tomohiro Nishikado tərəfindən hazırlanmış və 1978-ci ildə buraxılmış arcade oyunu. Yaponiyada Taito, ABŞ-də isə Bally Technologies-in törəmə şirkəti olan Midway tərəfindən istehsal edilmiş və satılmışdır. Oyunun məqsədi lazer silahı ilə yadplanetliləri məğlub etməkdir. Space Invaders yapon dizayneri Tomohiro Nishikado tərəfindən hazırlanmışdır, o, bir il ərzində oyunu və onu istehsal etmək üçün lazımi avadanlıqları inkişaf etdirmişdir. Oyun Atari arcade oyununa cavab idi Breakout (1976). Oyun üçün ilk düşmən dizaynları arasında tanklar, döyüş təyyarələri və döyüş gəmiləri var idi. Nişikado isə düşmənin hərəkətləri ilə kifayətlənmirdi; texniki məhdudiyyətlər uçuş simulyasiyasını çətinləşdirdi. İnsanları təqlid etmək daha asan olardı, lakin dizayner onları lentə almağın əxlaqsızlıq olacağını düşünürdü. 1974-cü ildə Yaponiyada Yamato Kosmik Döyüş Gemisi animesinin buraxılışından sonra və Ulduz Döyüşləri jurnalında (1977) bir məqalə gördükdən sonra o, kosmik mövzudan istifadə etməyi düşündü. Nishikado yadplanetlilərin yaradılması üçün ilham aldı.
Space Radio
Space Radio — 12 oktyabr 2001-ci ildə Azərbaycanda fəaliyyətə başlamış özəl radio kanalı. 104.0 MHz dalğasında yayımlanır. Yayım 24 saatdır. Space 104 FM dalğasında hər saat xəbərlər informasiya buraxılışı yayımlanır. Space Radiosu dəfələrlə beynəlxalq tenderlər qalibi olub. Həmçinin beynəlxalq Avrasiya fondunun tenderi də bu siyahıdadır.
Space TV
Space TV — 12 oktyabr 1997-ci ildə fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci ildə Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Space Televiziyası
Space TV — 12 oktyabr 1997-ci ildə fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci ildə Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Spassk-Tatarski
Bolqar (tatar. Bolğar, Болгар; rus. Болгар) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. (BSE 13. c. s. 570) Tarixin uzaq keçmişində Volqa çayınını yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi.
Spaun (personaj)
Spaun (ing. Spawn) — ABŞ-nin Image Comics nəşriyyatı tərəfindən yaradılmış antiqəhrəman personaj. 1992-ci ildə Image Comics-in komiksçisi Todd Makfarleyn tərəfindən yaradılmışdır və eyniadlı komiksin ilk sayında debüt etmişdir. Spaun "Wizard" jurnalının "Bütün dövrlərin Top 200 komiks personajı" siyahısında 60-cı yerdə, "Empire" jurnalının "Ən böyük 50 komiks personajı" siyahısında 50-ci yerdə, 2011-ci ildə IGN-nın "Top 100 Komiks qəhrəmanı" siyahısında 36-cı yerdə göstərilmişdir. 1997-ci ildə personaj haqqında film çəkilmişdir, 1997–1999-cu ildə ona həsr edilmiş cizgi serialı efirə buraxılmışdır. Yaponiyada personajdan bəhs edən "Shadows of Spawn" manqası işıq üzü görmüşdür. Polkovnik Albert Fransis "El" Simmons CIA-nın gizli əməliyyatlarında iştirak edən ağıllı və bacarıqlı əsgərdir. El yaraşıqlı, xarizmatik və həyat yoldaşı Vanda ilə yaşayan xoşbəxt adamdır. Böyüklərinin gizli işlər çevirdiyini düşünən El CIA-nın pozulduğunu anlayır və ayrılmağa qərara verir. Rəisi Ceyson Uin ondan son bir tapşırığı yerinə yetirməyi xahiş edir, El bunu qəbul edir, amma son tapşırığında bunun tələ olduğunu anlayır və Uin tərəfindən öldürülür.
Spayk (TƏİR)
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
Spayk Cons
Spayk Cons (ing. Spike Jonze), doğularkən Adam Şpiqel (ing. Adam Spiegel); (d. 22 oktyabr, 1969, Rokvill, Merilend) — amerikalı rejissor, ssenari müəllifi və aktyor. Cons rejissorluq karyerasına hər ikisi də Çarli Kaufman tərəfindən yazılmış "Con Malkoviç olmaq" (Being Con Malkovich, 1999) və "Adaptasiya" (Adaptation, 2002) filmləri ilə başlayıb. Daha sonra rejissoru və ssenari müəllifi özü olduğu "Bədheybət yaşayan yer" (Where the Wild Things Are, 2009) və "O" (Her, 2013) filmlərini çəkib. Spayk Cons dörd dəfə Oskar mükafatına namizəd olub. O, "Con Malkoviç olmaq" filminə görə Ən yaxşı rejissor işi kateqoriyasında, "O" filminə görə isə Ən yaxşı film, Ən yaxşı orijinal ssenari və Ən yaxşı musiqi kateqoriyalarında mükafata namizəd göstərilib. "O" filminə yazdığı ssenariyə görə 71-ci Qızıl Qlobus Mükafatında Ən yaxşı ssenari, 86-cı Oskar mükafatında isə Ən yaxşı orijinal ssenari nominasiyalarının qalibi olmuşdur. Cons; Fatboy Slim, Weezer, Beastie Boys və Byork üçün çəkdiyi video kliplər ilə də tanınır.
Spayk Li
Şelton Cekson Spayk Li (20 mart 1957[…], Atlanta, Corciya, ABŞ) — amerikalı aktyor, rejissor, kino prodüseri, ssenarist və akademik. Emmi mükafatı və iki Oskar mükafatına namizəd olan Spike Linin filmləri çox vaxt sosial və ya siyasi xarakter daşıyır. Li həm də müəllimdir. O, həmçinin New York Knicksin sadiq fanatıdır. Knicksin hər oyununda Lini tamaşaçılar arasında görmək mümkündür.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
ŞKAS
ŞKAS (rus: Шпитальный-Комарицкий Авиационный Скорострельный (ШКАС) Shpitalni-Komaritski Aviatsionni Skorostrelni) — Sovet istehsalı olan pulemyotlardan biridir. Silah əksər sovet qırıcılarında və bombardmançılarında istifadə edilmiş və ŞVAK avtomatik topunu əsasını təşkil etmişdir. Mərmisinin çıxış sürəti 775-825 m/s, atış sürəti isə dəqiqədə 1800-3000 arasında olmuşdur.
Şlam
Şlam — dərinlik buruq qazmaları zamanı quyuların dibində və divarlarında süxurların pozulması nəticəsində yaranan dispers hissəciklərin su ilə qarışdırılmış kütləsidir. Şlamlar adətən yerin səthində buruqlardakı qazma baltalarının və başqa hissələrinin yerin üstündə su ilə yuyulduğu zaman toplanır ki, bunlara da buruq şlamları deyilir. Bundan başqa filiz saflaşdırma, əlvan və qara metallurgiya müəssisə və zavodlarında əsas məhsul istehsalı zamanı küllü miqdarda şlamlı tullantılar da əmələ gəlir. Həmin şlam kütləsinin həcmi bir neçə on mln kub.m-ə qədər olur. Gəncə alüminium zavodunun və Sumqayıt boru-prakat zavodunun ətrafında toplanan şlamlı tullantılar buna misal ola bilər. Filizin çıxarılması, saflaşdırılması və emalı zamanı maye halında olan tullantılardır.
Ştam
Ştam — morfoloji və fizioloji xüsusiyyətləri öyrənilmiş müəyyən mikroorqanizm növünün təmiz becərilməsi, yetişdirilməsi. "Stam" alman sözü olub, "gövdə" deməkdir. Mikroorqanizm ştamlarını əldə etmək, hazırlamaq qanunlarını öyrənən elm sahəsi seleksiya adlanır.
Lazer şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.