Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sukəsən
Sukəsən (lat. Rynchops) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Susəpən bayramı
Susəpən bayramı — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Ordubad bölgəsində yayın girməsi ilə əlaqədar keçirilən bayram mərasimi Xalq təqviminə uyğun olaraq Azərbaycan xalqının qışın və yazın qarşılanması üçün mərasim (çillə) və bayram (Novruz) qeyd edərlər. Son dövrün araşdırmalarından və toplanmış etnoqrafik çöl materiallarından məlum olur ki, Ordubad bölgəsində yayın girməsi ilə əlaqəli “Susəpən” mərasimi qeyd edilərdi. İyun ayının 21-də yazın bitib, yayın girdiyi gün Ordubad bölgəsində Gilançay vadisinin yuxarı hissəsində “Susəpən” adlı mərasim keçirirdilər. Mərasim zamanı ətraf kəndlərin insanları da şənliyə qoşulardı. Mərasimdə bu bölgənin əhalisi səhər erkəndən Gəmiqaya yaxınlığındakı Bibi Qətər pirini, Qara piri ziyarət edirdilər. Ziyarət üçün əvvəlcədən hər cür hazırlıq işləri görülürdü. İnanc yerlərinə gedərkən yol boyu insanlar bir birinin üzərinə su çiləyərdilər. Pirlər ziyarət edildikdən sonra insanlar Gəmiqayaya abidəsinə doğru üz tutardılar. Əsl şənliklər burda başlanılırdı. Xüsusi bayram yeməkləri hazırlanır, at yarışları, yallı və s.
Cücəkənd
Qızıl Şəfəq (1935-ci ilə qədər Cücəkənd) — Ermənistanın Loru mahalında kənd. == Tarixi == 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq "y" səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır. Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.
Kürəkən
Kürəkən — Bir insanın qızının, bacısının, ümumən bir qızın qohumları tərəfindən ərinə müraciəti. Məsələn:Mahmud kürəkən, Əhməd kürəkən və s. "Kürəkən" sözü bəzi yerlərdə "yeznə" kimi də deyilir.
Küçəkənd
Küçəkənd — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Küçəkənd kəndinin qədim adı Köçəkənd olmuşdur. Toponim “köç” və “kənd” sözlərindən ibarət olub, “köç kəndi” mənasındadır. Bu yaşayış məntəqəsi keçmişdə köçəri maldarlıqla məşğul olmuş, beş evli, Kəbləsadıqlı, Məhərrəmli və Əsgərli ailələrinin məskunlaşması nəticəsində bu cür yaranmışdır.[mənbə göstərin] == Tarixi == Küçəkənd kəndi Pirkən ərazi vahidini (sovetliyin) tərkibindədir. Rayon mərkəzindən 20 km şərqdə Şirvan düzündə və aranda yerləşir[mənbə göstərin]. Küçəkənd Ucar rayonunun Pirkənd inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Qədim adının Köçəkənd olduğu söylənilir. Tədqiqatçılar oykonimi "koc kəndi" kimi izah edirlər. Yaşayış məntəqəsi keçmişdə maldarlıqla məşğul olmuş beşevli, kəbləsadıqlı, məhərrəmli və əsgərli nəsillərinin məskunlaşması nəticəsində yaranmışdır.
Suveren
Suverenlik, suverenitet (fr. souveraineté — ali hakimiyyət) – ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Uçkeken
Uçkeken (abq. Учкьакьан, qaraç.-balk. Ючкёкен, noq. Учкекен) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Maloqaraçayevsk rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. Uçkeken kəndi Podkumok çayının sağ sahilində və Eşkakon çayının hər iki sahilində yerləşir. Kənd Çerkessk şəhərindən 45-46 km cənub-şərqdə, Kislovodskdan 14 km qərbdə qərarlaşır. Uçkeken ətrafındakı iqlim soyuq və əhəmiyyətli dərəcədə yağıntılıdır. Qışda havanın orta temperaturu −1,2 ° C-dən 3,5 ° C-ə, yayda + 15.9 ° C-dən + 18.6 ° C-ə qədər dəyişir. Ən soyuq ay yanvar, ən isti ay iyuldur.
Şuriken
Şuriken ( hərfi tərcümədə “əldə gizlədilmiş ülgüc”) – üzərində gizli şəkildə daşınılan yapon atma silahıdır. Əsasən, gündəlik əşyalardan: iynə, mismar, ulduzlar, bıçaq, sikkə və s.-dən hazırlanaraq tiyə formasındadır. Şurikenlərin xarici görünüşü yaponların mistisizmə marağını özündə əks etdirir. Çox vaxt silahın üz hissəsinə onu hazırlayan usta tərəfindən müxtəlif işarələr qoyulurdu. Belə olan halda onlar bununla öz tərəflərinə axirət güc qüvvələrinin cəlb edildiyinə inanırlar. Qaydaya uyğun olaraq, döyüşçünün arsenalında şurikenlər əlavə (köməkçi) silah sayılırdı, katana adlanan qılınca və ya yari adlanan nizəyə bərkidilirdi. Buna baxmayaraq, çox vaxt döyüşlərdə həlledici taktiki rolu elə şurikenlər oynayırdı. Şuriken-dzyuçu - şurikenlərdən istifadə sənəti yaqyu-ryu, katori-sinto-ryu, itto-ryu, kukisin-ryu, tokakure-ryu kimi bir çox məktəblərdə ikinci dərəcəli vərdiş kimi istifadə olunurdu.. Şurikenlərin bo-şuriken və syaken (syakenlər arasında xira-şuriken, semban-şuriken, tepan-şuriken) adlanan iki əsas növü vardır. Bo-şuriken – dəmir və ya poladdan hazırlanan dördbucaqlı, dairəvi və ya səkkizbucaqlı formasında hazırlanan atma metal silahdır.
Şüvərən
Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir. Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur: dərman şüvərəni – Sisymbrium officinale, qınabənzər şüvərən – Sisymbrium rucinatum lezeliya şüvərəni – Sisymbrium loeselii.
Çəkən (Həştrud)
Çəkən (fars. چكن‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (17 ailə). Təbriz şəhristanının Səriskənd bölgəsində, Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 30 km qərbdədir.
Süskən
Süskənd — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Süskənd kəndi Fıstıqlı, Çinarlı və Qum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir. Süskənd oyk, mür. Qax r-nunun Qum i.ə.v.-də kənd. Qum çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XVIII əsrin ikinci yarısında, İlisu sultanı Xanbaba bəy dövründə Əmircanlı kəndinə məxsus sahədə salınmışdır. Oykonim yaxınlıqda axan Süs çayının adı ilə bağlıdır. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Süskənd kəndində milli tərkibi muğallardan ibarət 20 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Suveren (İğdır)
Suveren — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1928-ci il məlumatına görə Orkof olaraq adlandırılmışdır. İğdırdan 14 km uzaqlıqdadır. İğdır Universiteti kəndin ərazisində qurulmuşdur. 1886-cı il məlumatına görə kənddə 129 nəfər kürd yaşayırdı. Kənd digər kəndlərə nisbətdə iqtisadi olaraq daha inkişaf etdiyindən bura köç güclü olmuşdur. 1985-ci il siyahıya alınmasına görə kənddə 2.961 nəfər yaşamışdır.
Suveren dövlət
Suveren dövlət — beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren bir dövlət başqa bir dövlətdən nə asılı, nə də həmin dövlətə tabe olmalıdır.
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.
Yücələn (Qars)
Yücələn — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 214 nəfərdir (2022).
Arzularını çəkən rəssam
Arzularını çəkən rəssam qısametrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. == Məzmun == Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Rəssamın ailəsi, müharibə dövründə keçirdikləri sarsıntılar, tələbəlik illəri, işlədiyi dövr, habelə rəssamın yaradıcılığına böyük təsir göstərmiş həyat yoldaşı Sevinc xanıma olan böyük sevgisi təsvir olunur. Filmdə rəssamın əsərləri də əks etdirilir. Rəssam haqqında danışan həmkarları və sənət yoldaşları xalq rəssamı Böyükağa Mirzəzadə, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, rəssamlardan Elçin Axundov və Rafiq Nəsirov Elbəy Rzaquliyev haqqında səmimi fikirlərini bölüşürlər. Film boyu rəssamın kadr arxasından səslənən xatirələri tamaşaçını sənətkarın həyat yolunun mərhələləri ilə tanış edir.
Uzun çəkən sözardı (kitab)
Uzun çəkən sözardı (roman)
"Uzun çəkən sözardı" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Təxmini iyirmi beş il bundan əvvəl serjant Qorçilinin bölməsi Əfqanıstan dağlarında düşmənlərin sayca üstün olan qüvvələri ilə vuruşmuşdu. Bu qırğından hamı sağ çıxmamışdı, salamat qalanlar isə bu hadisələri yada salmamağa çalışırdılar. Ancaq keçmiş özü özünü xatırlatdı. Bu qədər zaman keçəndən sonra kimsə həmin döyüşdə iştirak edən keçmiş əsgərləri müntəzəm surətdə və amansızcasına öldürməyə başladı. Ekspert-analitik Dronqo bunun səbəbini hələ öyrənə bilmir, əvvəlcə isə o yalnız qatili qabaqlamağa və sağ qalmış əsgərləri xilas etməyə çalışır. Killer isə geri çəkilmək fikrində deyil.Sonra qatili tapmaq üçün Dronqo axtarışlara başlayır.
Qəlbi ilə çəkən rəssam
Qəlbi ilə çəkən rəssam — 2011-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. Film Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur. "Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur. 2011-ci il oktyabrın 1-dən 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXII "Rossiya" açıq sənədli filmlər festivalında Azərbaycanı təmsil edəcək.
Kürəkən Abdullah Paşa
Kürəkən Abdullah Paşa (bilinmir – may 1735, Aydın, Osmanlı imperiyası) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən türk olub, Aydında doğulmuşdur. Bölgənin tanınmış ailələrindən olduğu üçün qısa zamanda yüksəlmiş, 1720-ci ilin yanvarında Aydın bölgəsinin vergi məmuru olmuşdur. Cəsurluğu və hərbi sahədəki qabiliyyəti səbəbilə 1726-cı ilin fevralında vəzirlik rütbəsi aldı. Bu vəzifədə ikən 1 iyun 1728-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı. 1731-ci ildə Şam, 1732-ci ildə Hələb, 1734-cü ildə isə Aydına təyin olunur. 1735-ci ilin mayında vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Kürəkən Cəfər Paşa
Kürəkən Cəfər Paşa (ö. 1610) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Kiçik yaşlarında Əndəruna alınaraq təhsil almış, ardından sarayda baş çuxadarlığa qədər yüksəlmişdir. 1586-cı ildə yeniçəri ağası, 1588-ci ildə isə Anadolu və 1590-cı ildə Rumeli bəylərbəyi təyin edilmişdir. 1594-cü ildə Sultan Murad tərəfindən divan vəzirliyinə yüksəlmişdir. 1598-ci ilin mayında Misir bəylərbəyliyinə gətirildi və 3 il burada fəaliyyət göstərdikdən sonra 1601-ci ilin iyulunda vəzifədən alınaraq divandakı vəzifəsinə davam etdi. Bu vəzifəsi davam edərkən Sultan Mehmed vəfat etmiş, yerinə 13 yaşlı oğlu Sultan Əhməd taxta çıxmışdır. Məhz onun səltənətinin ilk ilində 1604-cü ilin dekabrında Sultan Muradın qızlarından Fatma Sultanla nigahlandı. Bu nigahdan övladı olmamışdır.
Kürəkən Fərid Paşa
Kürəkən Fərid Paşa (d. 1853 - ö. 6 oktyabr 1923) — VI Mehmed Vahidəddinin səltənətində 2 dəfə - ümumlikdə 1 il 1 ay 15 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Kürəkən Fərid Paşa Osmanlı İmperyasinin son baş vəzirlərindən biri olub, diplomatik fəaliyyəti boyunca Paris, Berlin, Peterburq və London səfirliklərində çalışıb. Istiqlal Döyüşü zamanı ingilis tərəfdarı kimi bir çox cəhdlər edən və xain kimi qələmə verilən Kürəkən Fərid Paşa Sultan II. Əbdülhəmidin qızı ve Mehmetin bacısı Mediha Sultan ilə evlənərək qısa müddətdə baş vəzir oldu. == Ailəsi == Kürəkən Fərid Paşanın atası dövlət məclisinin üzvü Seyyid Həsən İzzət Əfəndidir. Ailəsinin əslən Qaradağın Poşası kəndindən olduğu deyilir. == Mənbə == Ali Birinci, Hürriyet ve İtilâf Fırkası, Dergâh Yay. 1990, sf. 48-49 ve 55-64 Murat Bardakçı, Şahbaba, Pan Yay.
Kürəkən Həmid Əfəndi
Kürəkən Həmid Əfəndi (1494, Konya – 16 oktyabr 1577, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == Hicri 900-cü ildə (1494/1495) Konyada dünyaya gəlmişdir. Atası Beyşəhər qazısı Mehmed Əfəndidir. 22 yaşında İstanbula gəlmiş, Çivizadə Muhiddin Əfəndi, Sədi Əfəndi və Həsən Əfəndidən dərs aldı. Bir müddət başqazı Əbdülqədir Əfəndinin xidmətinə girdi. Təhsilini tamamladıqdan sonra sırayla Bursada Molla Hüsrəv və Bəyazid Paşa, Kütahyada Gərmiyanoğlu, yenə Bursada Əhməd Paşa mədrəsələrində müdərris oldu. 1541-ci ildə İstanbulda Davud Paşa mədrəsəsinə müdərrisliyə gətirilmiş, həmin il şeyxülislam Çivizadə Muhiddin Əfəndinin qızıyla evlənərək "Çivizadə kürəkəni" təxəllüsü aldı. Həmid Əfəndi daha sonra Qəbzədə Mustafa Paşa mədrəsəsinə müdərris, 1547-ci ildə Manisa müftüsü, ertəsi il İstanbulda Şahzadəbaşı mədrəsəsinə müdərris oldu. 1549-cu ildə Dəməşq, bir il sonra Misir qazısı olan Həmid Əfəndi bu əsnada həcc ziyarətinə getdi. 1553-cü ildə Ayasofya mədrəsəsinə müdərris, ertəsi il Bursa və 1556-cı ildə İstanbul qazısı, 1557-ci ildə Rumeli başqazısı oldu və 9 il bu vəzifədə qaldı.
Kürəkən Həsən Paşa
Kürəkən Həsən Paşa (1658 – 1713, Ər-Rəqqə) — III Əhməd səltənətində 10 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Naîmâ, Târih, VI (ilâve kısım), s. 3-4; Silâhdar, Târih, II, 296-297, 300, 498, 788-790; a.mlf., Nusretnâme, I/1, s. 27-33, 110, 115; Şeyhî, Vekāyiu’l-fuzalâ, II-III, 434-435; Dilâverzâde Ömer Efendi, Hadîkatü’l-vüzerâ Zeyli, Freiburg 1969, s. 3-5; Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, 231, 232; Hammer, HEO, XII, 315-316, 361-363, 428; Atâ Bey, Târih, II, 2-3, 75-76; Sicill-i Osmânî, II, 146-147; Tanışık, İstanbul Çeşmeleri, II, 294, 297; Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 273-276; Danişmend, Kronoloji, III, 457, 476; V. J. Parry, “Ḥasan Pas̲h̲a, Damad”, EI2 (İng.), III, 252.
Kürəkən Mehmed Paşa
Kürəkən Mehmed Paşa (ö. avqust 1592) — Osmanlı sultanı III Murad və III Mehmedin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən boşnak olub, III Mehmed dönəmi sədrəzəmlərindən İbrahim Paşanın qardaşıdır. Əndərunda yetişərək Şəhrizor bəylərbəyliyi ilə saraydan ayrılmışdır. Bir müddət sonra vəzifədən alınaraq İstanbula çağırılmış, 1581-ci ildə Şahzadə Mehmedin qızı Hümaşah Sultanla nigahlanmışdır. Bi nigahdan bir oğlu dünyaya gəlmişdir. 1592-ci ilin avqustunda İstanbulda vəfat etmiş, cənazəsi Şahzadəbaşı məscidinin bağçasına dəfn edilmişdir. == Mənbə == Sicill-i Osmani IV cild, səh.
Kürəkən Numan Paşa
Kürəkən Numan Paşa (ö. 1784) — Osmanlı sultanı I Mahmud, III Osman və III Mustafa dönəmlərində müxtəlif dövlət vəzifələrində xidmət etmiş dövlət xadimi. Saloniki əyanından Hacı Seyid Əhməd ağanın oğlu olub, gənc yaşlarında İstanbula göndərilərək saraya təhvil verilmişdir. Əndərunda yetişmiş, 1738-ci ildə ikinci miraxur, ardından qapıçılar kənxudası olmuşdur. Daha sonra 16 dekabr 1748-ci ildə Sultan Əhmədin qızlarından Zübeydə Sultanla nigahlandı. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu. Nigahın ardından vəzirliklə Saloniki valisi təyin edildi və ard-arda təyinatlarla Rumelidəki müxtəlif əyalətlərdə xidmət etdi. 1751-ci ilin fevralında Hotin, 1752-ci ilin martında Vidin, 1753-cü ilin mayında Belqrad, 1754-cü ilin martında yenidən Saloniki sancaqbəyi oldu. 1756-cı ildə xanımının vəfatından sonra gözdən düşdü. Son təyinat yeri olan Adanadan gələn şikayətlər üzərinə vəzifədən alınaraq vəzirliyi əlindən alındı.
Kürəkən Nuri Paşa
Mehmed Nuri Paşa (d. 1840 - ö. 21 iyul 1890) — Osmanlı sultanı Sultan Əbdülməcid və Sultan Əbdüləziz dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əbdülməcid dönəmi dövlət adamlarından Arif Paşa idi. Gənc yaşda saraya girdiyi bilinsə də, tutduğu vəzifələr haqqında yetərli məlumat yoxdur. 24 mart 1859-cu ildə Sultan Əbdülməcidin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından sultanın Baltalimanındakı sarayında yaşamağa başlayan cütlüyün Sultanzadə Mehmed Fuad bəy (ö. iyul 1862) adlı oğlu və Əminə Lütfiyə xanım Sultan (ö. 13 avqust 1865) adlı qızı dünyaya gəlsə də, hər iki övladı uşaq yaşlarında vəfat etdi. 30 may 1876-cı ildə Sultan Əbdüləzizin taxtdan endirilməsi və 5 gün sonra tutulduğu Fəriyə sarayında şübhəli şəkildə qətlə yetirilməsində yaxından iştirak etdi.
Kürəkən Osman Paşa
Kürəkən Osman Paşa (ö. 1724) — Osmanlı sultanı II Mustafa və III Əhmədin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Kanijalı olub, Əndərunda yetişmişdir. 1695-ci ildə baş silahdar olmuş, həmin ilin aprelində vəzirliklə Şam valisi təyin edilmişdir. 1696-cı ilin oktyabrında Hələb, 1698-ci ildə Van bəylərbəyi olaraq xidmət etmişdir. Bu vəzifədə ikən Gürcüstan üzərinə göndərilən orduya sərdar olaraq təyin edilmişdir. 1699-cu ildə Konya, 1700-cü ildə yenidən Van, 1701-ci ildə isə Kipr əyalətlərinə hakim oldu. Ardından 1703-cü ildə vəzir-i salis (üçüncü vəzir) ünvanıyla divana daxil oldu. 1705-1708-ci illərdə Bosniya bəylərbəyi olaraq xidmət etmişdir. 1709-cu ildə Çərkəz İbrahim Paşa və Fatma Sultanın qızı Ruqiyyə xanım Sultanla nigahlanmışdır.
Kürəkən Süleyman Paşa
Kürəkən Süleyman Paşa (osman. العريس سليمان باشا) (ö. 28 iyul 1748) — Osmanlı sultanı IV Murad, Sultan İbrahim və IV Mehmed dönəmlərində müxtəlif dövlət vəzifələrində xidmət etmiş dövlət xadimi. Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. Əndərunun bostancı bölüyündə yetişmiş, 1738-ci ilin mayında Ədirnə sarayının başbostancısı təyin edildi. 7 fevral 1744-cü ildə vəzir rütbəsi alaraq Hotin qalasının mühafizəsiylə vəzifələndirildi. Ardından 1745-ci ilin aprelində Bosniya, 1746-cı ilin noyabrında isə Anadolu bəylərbəyi təyin edilir. Bu vəzifədə ikən 6 yanvar 1748-ci ildə Osmanlı sultanı III Əhmədin qızı Zübeydə Sultanla nigahlandı. Ancaq geri dönüş yolunda ikən həmin ilin 28 iyulunda vəfat etdi. Öncəki evliliyindən Seyid Əhməd Paşa adlı oğlunun olduğu bilinir.
Arzularını çəkən rəssam (film, 2007)
Arzularını çəkən rəssam qısametrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. == Məzmun == Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Rəssamın ailəsi, müharibə dövründə keçirdikləri sarsıntılar, tələbəlik illəri, işlədiyi dövr, habelə rəssamın yaradıcılığına böyük təsir göstərmiş həyat yoldaşı Sevinc xanıma olan böyük sevgisi təsvir olunur. Filmdə rəssamın əsərləri də əks etdirilir. Rəssam haqqında danışan həmkarları və sənət yoldaşları xalq rəssamı Böyükağa Mirzəzadə, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, rəssamlardan Elçin Axundov və Rafiq Nəsirov Elbəy Rzaquliyev haqqında səmimi fikirlərini bölüşürlər. Film boyu rəssamın kadr arxasından səslənən xatirələri tamaşaçını sənətkarın həyat yolunun mərhələləri ilə tanış edir.
Qəlbi ilə çəkən rəssam (film, 2011)
Qəlbi ilə çəkən rəssam — 2011-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. Film Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur. "Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur. 2011-ci il oktyabrın 1-dən 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXII "Rossiya" açıq sənədli filmlər festivalında Azərbaycanı təmsil edəcək.