Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təşriq günləri
Təşriq günləri — (ərəb. أيام التشريق‎) — Qəməri təqviminin sonuncu ayının 11-dən 13-nə kimi qeyd olunan Qurban bayramının davamıdır. Qurban bayramının özü Zülhiccə ayının 10-cu günü qeyd olunur. Möminlər həcc ziyarəti etdikdə bu ay müsəlmanlar tərəfindən mübarək sayılır. Zəvvarlar Mina vadisinə gedir və orada şeytanı döymək simvolu olaraq üç sütuna daş atırlar. Sütunların hər birinə 7 çınqıl atılır - kiçik cəmrətül-ula, orta cəmrətül-vüsta və böyük cəmrətül-əkəbə. Onlar ət-Təşrik günlərinin birinci gecəsini orada keçirirlər, səhər isə camaat namazı qılır, sonra təkbir (Allaha həmd) oxuyurlar. Sonra ət-Təşriq ayının üçüncü günündə yenidən daş atma baş verir. Ализаде А. А. Аййам ат-Ташрик // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007.
Nəşri-maarif
"Nəşri-maarif" və ya "Nəşri-savad və maarif" — Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti. Fəaliyyətinin ilk mərhələsində "Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyət" də adlandırılır. İlk nizamnamə layihəsi 1906-cı il avqustun 1-də təsdiq olunmuş, 1912-ci il oktyabrın 19-da bəzi əlavələr və dəyişikliklərlə ikinci dəfə qeydiyyatdan keçmişdir. Təsisçiləri İsmayıl bəy Səfərəliyev, Həsənağa Həsənov, Məmmədhəsən Hacınski, Əsədulla Əhmədov, Ağahüseyn Tağıyev, Əliağa Həsənov və Həsən Mustafayev idilər. "Nəşri-maarif"in idarə heyətinə 1906-cı il noyabrın 24-də keçirilən ilk seçkilərdə cəmiyyətin tərkibinə Hacı Zeynalabdin Tağıyev (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Ə.Əmircanov, H.Məlikov, M.Ə.Nəzirov (təftiş komissiyası), Ə.Ağayev, Ə.İ.Cəfərov, M.Əfəndiyev (katiblik), A.Tağıyev (xəzinədar) və 14 nəfərdən, o cümlədən İ.Məlikov, M.Muxtarov, Ə.Həsənov, Ə.Əhmədov, İ.Aşurbəyov, Q.Qarabəyli və başqalarından ibarət idarə heyəti, fəxri və ömürlük üzvlər (H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov, Y. Dadaşov və A.Tağıyev) seçildilər. "Nəşri-maarif"in əsas məqsədi müsəlman əhalisi arasında Azərbaycan türkcəsində savadın yayılması idi. Cəmiyyətin müxtəlif illərdə Qubada, Göyçayda, Astarada, Bankə bölgəsində, Ağdaşda, Qaryagində (indiki Füzuli rayonu), Şuşada, Gəncədə, habelə Həştərxan quberniyasında, Saratovda, Moskvada, Türkiyədə, Rumıniyada şöbələri açılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək "Nəşri-maarif"in Bakı şəhərində və onun kəndlərində 20 məktəbi fəaliyyət göstərmişdir. Onlardan ikisi qız məktəbi (Balaxanıda və Zabratda) idi. Bütün məktəblərdə təhsil pulsuz idi və şagirdlər pulsuz dərs ləvazimatı və geyimlə təmin olunurdular.
İngilis təri
İngilis təri (lat. sudor anglicus, ing. sweating sickness) — 1485 və 1551-ci illərdə Avropada (ilk əvvəl İngiltərədə Tüdorların hakimiyyəti zamanı) çoxlu sayda ölümlə müşahidə olunan yoluxucu xəstəlik. "İngilis təri" qeyri-ingilis mənşəlidir və İngiltərəyə Tüdorlar sülaləsi ilə birlikdə gəlmişdir. 1485-ci ilin avqustunda Bretanda yaşayan Henrix Tüdor Uelsdə məskunlaşdıqdan sonra Bosfort döyüşündə kral III Riçarda qalib gələrək Londona kral VII Henrix adı ilə daxil olmuşdur. Onun qoşunlarının əsas hissəsini təşkil edən fransız və bretonlu muzdluların dabanında xəstəlik var idi. İki həftə ərzində peyda olmuşdu. Londonda 1 ay ərzində (sentyabr-oktyabr) bir neçə min insan bu xəstəlikdən dünyasını dəyişmişdir. Sonra epidemiya sakitləşmişdi. Xalq bunu VII Henrix üçün pis əlamət hesab etmişdir.
Tetri
Tetri (gürc. თეთრი) — Gürcüstanda istifadə edilən metal pul vahidi. 1 lari = 100 tetri. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Systema Naturae əsərinin X nəşri
Systema Naturae əsərinin X nəşri, Karl Linnaeus tərəfindən yazılmış, zooloji təsnifatın başlanğıc nöqtəsi olaraq qəbul edilən və 1758–1759-cu illər arasında nəşr olunmuş bir kitabdır. Linnaeus bu kitabda heyvanlar üçün ikili adlandırma metodunu təqdim edir. Linnaeus 1753-cü ildə nəşr etdirdiyi Species Plantarum adlı əsərində bitkilər üçün təsnifat metodunu hazırlamışdır. Bioloji kataloqların əksəriyyəti 1758-dən əvvəlki təqdim etdikləri taksonlar üçün, Systema Naturaenin əvvəlki nəşrləri də daxil olmaqla, müxtəlif əsərlərdən götürdükləri çox sözlü adlandırmalardan istifadə edirdilər. Heyvanlar aləmi üçün ikili adlandırma metodunu ardıcıl olaraq istifadə edən ilk əsər Systema Naturae əsərinin 10-cu nəşridir. Buna görə də Beynəlxalq Zooloji Nomenklatura Komissiyası 1 yanvar 1758-ci ili zooloji təsnifatın "başlanğıc nöqtəsi" olaraq seçmiş və Systema Naturaenin 10-cu nəşrinə həmin tarixdə nəşr olunmuş kimi istinad edilməsini tövsiyə etmişdir. Qaydalara uyğun olaraq verilsə də, bu tarixə qədər nəşr olunan elmi təsnifat üçün istifadə olunan adlar etibarlı sayılmır. 10-cu nəşrdən daha əvvəl olduğu və prioritet sayılan yeganə əsər Carl Alexander Clerck-in 1757-ci ildə nəşr olunan Svenska Spindlar (İsveç dilində) və ya Aranei Suecici (Latınca) əsəridir və yenə bu əsərə də 1 yanvar 1758-ci ildə çıxmış kimi də istinad edilir.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Tsri
Sir — Qafqaz Albaniyası ərazisində qədim şəhər və nahiyə. Qədim-qayım Qarabağın tarixi mahallarından biri də Sirdir. Tarix boyu Ermənistanın sərhədləri içərisinə daxil olmamış bu ərazini erməni saxtakarları özününküləşdirirlər. Dərsliklərinə, "Tarix" kitablarına salıblar. Gəlin tarixə nəzər salaq. Qədim Alban (Aran) tarixçisi M. Kalankatuklu yazır ki, Sir Albaniyanın ərazisindədir. Hətta buranı şəhər kimi təqdim edir. O yazır: "Isanın naminə şəhid olan müqəddəslərin qaxımış cəsədləri olan yerdə, Tsri adlanan şəhərdə çoxlu əlamətdar hadisə və möcüzələr baş vermişdi. M. Kalankatuklu kitabının 17 fəslində Sirdən vilayət kimi bəhs edir: "Elə həmin ildə beyləqanlılar (pavlikilər-Ə. Ç.) gəldilər və Sünik, Tsri (Sir-Ə. Ç.) və Amaras vilayətlərini talan etdilər". Sir şəhərini və vilayətini erməni müəllifləri Tsri kimi qeyd edirlər.
Təsi
Təsi — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi vahidinin Təsi kəndi Yekəxana kənd inzibati ərazi vahidi tərkibinə verilmişdir. Yerli məlumata görə, Təsi kəndin əsasını qoymuş şəxsin adıdır. Bəzi mənbələrə görə, təsi monqol tayfalarından birinin adıdır. Monqolustan ərazisində Təsi adlı çay da vardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 386 nəfər əhali yaşayır.
Eqeskov qəsri
Eqeskov qəsri (dan. Egeskov Slot) — Danimarkanın Fin adasının cənubunda yerləşən qəsr. Qəsr Avropa intibah dövrünün ən gözəl abidəsidir. Qəsr 1554-cü ildə Frands Brakenhaus tərəfindən inşa edildi. Danimarka xalqının XVI əsrdə qaldırdığı müharibə üzündən bir çox əsilzadə evlərini qalaya çevirmişdilər Qəsr maksimum dərinliyi 5 metr olan gölün yaxınlığında tikilmişdir və qəsrə yeganə giriş körpüdəndir. Deyilənlərə görə qəsri tikmək üçün xeyli palıd ağacından istifadə etmişdilər. "Egeskov" "Palıd meşəsi" deməkdir. == Memarlıq == Qəsr bir-biri ilə bağlı olan iki tikilidən ibarətdir. Bu isə qəsri qoruyanlar üçün üstünlük idi. Bu cüt divarların qalınlığı 1 metr olub gizli nərdivanı və quyusu vardır.
Fukaşi qəsri
Matsumoto qəsri (松本城, Matsumoto-co) və ya digər adı ilə Fukaşi qəsri – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən qəsr. Qara rəngli fasadına görə Qarğa qəsri (烏城, Karasu-co) kimi də tanınır. Matsumoto daymyosunun iqamətgahı olmuşdur. XVI əsrdə tikilmişdir. Matsumoto qəsri Yaponiyanın milli xəzinələrindən biridir və Yaponiyadakı 12 orijinal tenşudan birinə ev sahibliyi edir. Düzənlikdə tikildiyi üçün hiraciro tipli qəsr hesab olunur. == Tarixi == Qəsr Senqoku dövründə tikilmişdir və əsası 1504-cü ildə Şinano əyalətindəki sərhəd bölgəsində Oqasavara klanı tərəfindən tikilmişdir. Həmin dövrdəki bu kiçik sərhəd postu Fukaşi qəsri adlanırdı. 1550-ci ildəki Fukaşi mühasirəsindən sonra Takeda klanı tərəfindən ələ keçirilmişdir. Takeda Şinqen qəsri Baba Nobuharunun ixtiyarını vermişdir və qəsr Takedanın Matsumoto işğalı üçün qərargah rolunu oynamışdır.
Fuşimi qəsri
Fuşimi qəsri (伏見城, Fuşimi-co) – Yaponiyanın Kioto şəhərinin Fuşimi rayonunda yerləşən qəsr. Qəsrin məhv olmasından bir əsr sonra yerləşdiyi təpədə şaftalı ağacları əkildiyi Momoyama qəsri (桃山城, Momoyama-co, azərb. Şaftalı təpəsi qəsri‎) kimi də tanınmağa başlamışdır. Hazırda ancaq bir neçə divarı və xəndəkləri salamat qalmışdır. 1964-cü ildə qəsrin reproduksiyası hazırlansa da, bu reproduksiya orijinal yerdə tikilmədiyi və qəsrin orijinal görünüşü haqqında çox az informasiya olduğu üçün mübahisə mövzusuna çevrilmişdir. == Tarixi == === 1594-1600 === Fuşimi qəsri 1594-96-cı illərdə Toyotomi Hideyoşi tərəfindən dağ-düzənlik qəsri tipində tikdirilmişdir. Bəzi mənbələr isə tikintinin 1592-ci ildə başladığını bildirir. Hideyoşinin bu qəsri tikdirməsində bir neçə səbəbi var idi. Birincisi, Kioto şəhərini cənubdan qorumaq istəyirdi. Şəhər dağlarla əhatə olunsa da, Fuşimi istiqamətində müdafiəsiz qalmışdı.
Fürstenştayn qəsri
Ksyonj qəsri və ya Fürstenştayn qəsri (pol. Książ) — Polşanın Valbrzix şəhərində yerləşən və XIII əsrdə tikilən qəsr. == Haqqında == Qəsr XIII əsrdə Svidnika və Yavor şahzadəsi I Bolko tərəfindən inşa etdirilmişdir. Tarixdə bir çox dəfə sökülüb yenidən tikdirilmişdir. 1509–1941-ci illəri arasında yerli idarə orqanları tərəfindən idarə olunmuşdur. 1941-ci ildə qəsr Nasistlərin əlinə keçmiş, qərargahları kimi istifadə etmiş və qəsrə böyük ziyan vermişdilər. Almanların qəsrin altında tunellər qazması qəsrin memarlıq quruluşuna xələl gətirmişdir. Almanlardan sonra qəsri tutan SSRİ qüvvələri qəsrdən qala kimi istifadə etməyə başlamışlar. İkinci dünya müharibəsində qəsr böyük zərər görmüşdür. Müharibədən sonra təmir edilmişdir.
Göyərçin qəsri
Gövərçinqala qəsri və ya Kazım daşı — İranın Qərbi Azərbaycan ostanında Urmiya gölündə yerləşən qəsr. Urmiya gölünün içində iki dağ kimi ada var ki, adaların birində qəsr tikilib. 10 il əvvəl bu təbii qəsr hər tərəfdən su ilə əhatələnmişdi və oraya ancaq qayıqla çatmaq olardı. İndi isə Urmiya gölünün kəskin dayazlaşmasına görə adalara quru ilə getmək olar. İranın ən böyük duzlu gölü Urmiyanın 1/3 quruyub. Burada müharibə və ara çəkişmələri vaxtı ətrafda yaşayan əhalinin sığınacağı idi. Qəsrin adada olması düşmənlərin ona yaxınlaşmasını əngəlləyirdi. İndi Qala-qəsr pis, dağınıq vəziyətdədir.
Göyərçinqala qəsri
Gövərçinqala qəsri və ya Kazım daşı — İranın Qərbi Azərbaycan ostanında Urmiya gölündə yerləşən qəsr. Urmiya gölünün içində iki dağ kimi ada var ki, adaların birində qəsr tikilib. 10 il əvvəl bu təbii qəsr hər tərəfdən su ilə əhatələnmişdi və oraya ancaq qayıqla çatmaq olardı. İndi isə Urmiya gölünün kəskin dayazlaşmasına görə adalara quru ilə getmək olar. İranın ən böyük duzlu gölü Urmiyanın 1/3 quruyub. Burada müharibə və ara çəkişmələri vaxtı ətrafda yaşayan əhalinin sığınacağı idi. Qəsrin adada olması düşmənlərin ona yaxınlaşmasını əngəlləyirdi. İndi Qala-qəsr pis, dağınıq vəziyətdədir.
Haqi qəsri
Haqi qəsri (萩城, Haqi-co) – Yaponiyanın Yamaquçi prefekturasının Haqi şəhərində mövcud olmuş qəsr. Meyci islahatından sonra 1874-cü ildə sökülmüşdür. 2015-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına salınıb. == Tarix == Qəsr 1604-1606-cı illərdə Çoşu hanının idarəçisi olan Mori klanı tərəfindən tikdirilmişdir. Mori klanının 14 nəsli bu qəsrdə yaşamışdır. Mori klanı imperator hakimiyyətinə güclü dəstək verməsi ilə tanınırdı və Meyci islahatından sonra 1874-cü ildə Haqi qəsrini könüllü şəkildə sökmüşdür. Qəsrin samurayları işsiz qalsa da, klan onlara fermer olmağı və meyvə yetişdirməyi tövsiyə etmişdir. Haqinin keçmiş samuray ailələrinin bir çox davamçısı qədim divarların arxasındakı samuray məhəllərinə yaşamağa davam edir. == Quruluşu == Qəsrin bir hissəsi adada yerləşirdi, bir tərəfi körfəzə, bir tərəfi çay və xəndəyə baxırdı. Qəsrin arxasında bir müşahidə qülləsi yerləşirdi.
Hidiv qəsri
Hidiv qəsri — İstanbulun Beykoz ilçəsində Çubuqlu bölgəsində yerləşən bir abidədir. 1907-ci ildə Misirin son valisii Abbas Hilmi Paşa tərəfindən İtalyan memarı Delfo Seminatiyə tikdirilmişdir. Dövrün memarlıq dəbinə uyğun olaraq müasir tərzdədir. Hidivlik məqamı, Osmanlı İmperiyasının Misir valilərinə verdiyi addır. Osmanlının Misir qubernatorlarından olan gənc yaşdakı "Hidiv Abbas Hilmi Paşa" XIX əsrin sonlarında Misirdəki İngilis nüfuzunu qırmaq və Osmanlı Dövlətindən dəstək almaq üçün uzun müddət İstanbulda qalması lazım idi. Buna görə də 1903-cü ildə günümüzdə qəsrin yerləşdiyi yer satın alındı. Abbas Hilmi Paşa bir müddət sonra yalılarının arxasındakı ağaclıq yamacları və üst düzənliyi əhatə edən 270 hektar bağı də aldı. Taxta tikililəri sökdürən Abbas Hilmi Paşa, 1907-ci ildə 1000 kvadrat metr sahə üzərində, İtalyan memar Delfo Seminatiyə, o dövrün memarlıq dəbinə uyğun olaraq modern üslubunda əzəmətli bir qəsr və üzərinə İstanbul Boğazını görən qüllə inşa etdirdi. Misiri işğal edən İngilislər, ölkəyə krallıq sistemini gətirərək, Abbas Hilmi Paşanın valilik titulunu ləğv etdilər. Abbas Hilmi Paşa, taxtdan salınması ilə İsveçrəyə köçərək (ya da sürgünə göndərilərək) burada həyatını davam etdirdi.
Hikone qəsri
Hikone qəsri (彦根城, Hikone-co) – Yaponiyanın Şiqa prefekturasının Hikone şəhərində yerləşən qəsr. Şiqa prefekturasının ən əhəmiyyətli tarixi abidəsi hesab olunur. Hikone orijinal tenşuya malik 12 yapon qəsrindən və Milli xəzinə elan olunmuş 5 yapon qəsrindən bidir. == Tarix == Qəsrin hazırkı ərazisində keçmiş dövrlərdə Hoqon məbədi adlı buddist məbədi mövcud idi. Hoqon məbədi 1080-ci ildə tikilmişdir və buddistlər üçün populyar zəvvarlıq yeri idi. Hikone qəsrinin tikintisinə 1603-cü ildə daymyo İi Naomasanın oğlu İi Naokatsu tərəfindən başladılmışdır. Qəsrin donjonu 1575-ci ildə Otsu qəsrinin bir hissəsi kimi tikilsə də, İi klanı tərəfindən Hikone qəsrinə köçürülmüşdür. Qəsrin digər hissələri isə Naqahama qəsrindən götürülmüşdür. Hikone qəsri 1622-ci ildə tamamlanmışdır. Naokatsunun torpaqları Tokuqava şoqunluğu tərəfindən götürüldüyü üçün qardaşı Naotaka Omi əyalətinə sahib olduqdan sonra keçmiş Savayama qəsrindən topladığı daşlarla Hikone qəsrinin tikintisini tamamlamışdır.
Himeci qəsri
Himeci qəsri(yapon 姫路城 Himecicö) — Yaponiyanın ən qədimdən qalmış qəsrlərindən biri. 1993 ildə Yuneskonun Dünya İrsi siyahısına salınıb. Qəsr kompleksinə ümumiyətlə, əksəriyəti ağacdan olan 83 bina daxildir. Qəsrin dayandığı təpənin ətəyində eyni adlı şəhər yerləşir. Qəsr 1333 - 1346 illərdə tikilib, 1580 və 1612- illərdə genişləndirilib. == Ümumi məlumat == Yapon qəsrinin vacib xüsusiyətlərini topoqrafiya müəyyən edir. Üç əsas yapon qəsri tipi var: yama –ciro – dağın üstündə, hira-ciro düzənlikdə, hirayama –ciro düzənliyin ortasında təpədə tikilir. == Himeci qəsrinin quruluşu == Yaponiyanın qərbindəki Himeci qəsri üçüncü tipə aiddir. Adətən qəsrin ərazisində ən yüksək yerdə əsas qüllə –tensükaku- tikilirdi. Qüllə qəsr üzərində yüksəlirdi və rəqibin yerdəyişməsini müşahidə etmək üçün əlverişli noqtə idi.
Hiroşima qəsri
Hiroşima qəsri (広島城, Hiroşima-co) – Yaponiyanın Hiroşima şəhərində yerləşən qəsr. Karp qəsri (鯉城, Rico) kimi də tanınır. Hiroşima daymyosunun iqamətgahı olmuşdur. 1590-cı illərdə tikilsə də, 6 avqust 1945-ci ildə Hiroşimaya atılan atom bombası nəticəsində məhv olmuşdur. 1958-ci ildə qəsr yenidən tikilmişdir və hazırda Hiroşimanın müharibədən əvvəlki dövrünə həsr olunmuş muzey kimi fəaliyyət göstərir. == Tarix == Toyotomi Hideyoşinin xidmətçilərindən olan Mori Terumoto Hiroşima qəsrini 1592–99-cu illərdə tikdirmişdir. Qəsr Otaqava çayının deltasında yerləşirdi. Həmin dövrdə Hiroşima şəhəri yox idi və ərazi "beş kənd" mənasına gələn Qokamura adı ilə tanınırdı. 1591-ci ildə Mori Terumoto Yoşida-Koriyama qəsrindən Hiroşima qəsrinə köçmüş və müasir Şimane, Yamaquçi, Tottori, Okayama və Hiroşima prefekturalarının ərazilərini əhatə edən 9 əyaləti buradan idarə etmişdir. Hiroşima qəsri tikilən zaman Qokamura adı Hiroşima ilə əvəz olunmuşdur.
Hədd testi
Hədd testi, dağılma testi və ya dağılma üçün n-ci hədd testi — riyaziyyatda bir sonsuz ardıcıllığın dağılmasını müəyyən etmək üçün sadə bir üsuldur: lim n → ∞ a n ≠ 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}\neq 0} olarsa və ya limit yoxdursa, onda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} dağılandır. Daha güclü olan yığılma testlərinin əksinə olaraq hədd testi müstəqil şəkildə ardıcıllığın yığılan ardıcıllıq olduğunu ifadə etmir. Xüsusilə, testin tərsi doğru deyil. Bunun yerinə lim n → ∞ a n = 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}=0} isə, o halda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} yığılan və ya dağılan da ola bilər.
Kanazava qəsri
Kanazava qəsri (金沢城, Kanazava-co) – Yaponiyanın İşikava prefekturasının Kanazava şəhərində yerləşən, qismən bərpa olunmuş qəsr. 1580-92-ci illərdə tikilmişdir. Orijinal qəsrdən ancaq bir qüllə, İşikava darvazası və 54 metr uzunluğundakı blok struktur salamat qalıb. Hazırda qəsrin ərazisində Kanazava Universiteti və Kenroku parkı yerləşir, Maedanın malikanəsi isə ictimaiyyətə açıqdır. XXI əsrdə qəsrin bəzi hissələri bərpa olunmuşdur. == Tarixi == Kanazava qəsri Yamazaki adlandırılmış kiçik kəndin ərazisində tikilmişdir. Oda Nobunaqaya tabe olan militan buddist keşişlərinə məxsus monastır da burada yerləşirdi. 1580-ci ildə Maeda Toşiie Kanazava qəsrini tikdirməyə başlamış və tikinti işləri 1592-ci ildə tamamlanmışdır. Tokuqava dövründə Maedanın Kaqa mülkü bütün Yaponiyada ən böyük hesab olunurdu və illik gəliri 1 milyon koku təşkil edirdi. Qəsr gözəlliyinə görə təkcə Edo və Osaka qəsrlərindən geri qalırdı.
Karlşteyn qəsri
Karlşteyn qəsri (Karlštejn; yaxud Karlův Týn) — XVI əsrdə imperator VI Karl tərəfindən Çexiyanın paytaxtı Praqanın 28 km cənub-qərbində tikdirdiyi qotik qəsr. Onun tərtibatı üçün ən yaxşı saray ustaları dəvət edilmişdi, bu, IV Karlın topladığı Müqəddəs Roma imperiyasının reqaliya və relikviyalarının saxlandığı ən təmtəraqlı qəsrlərdən biri idi. Qəsr Berounka çayının 72 metrlik əhəng qayasının üstündəki terraslar üzərində inşa edilib. == Yerləşməsi və təyinatı == Karlşteyn qəsri Praqadan 30 km cənub-qərbdə Berounka çayının sol tərəfində, 8,5 km Berona şəhərindən aralı yerləşir. Bu çex qala-qəsrlərindən ən məşhurudur, çünki, müqəddəs relikvilayalrın və imperiya reqaliyalarının saxlanması, eləcə də təntənəli mərasimlərin keçirilməsi üçün yaradılan kral qəsri sayılır. Bu qəsr Çexiya dövlətçiliyi rəmzidir. Beronka çayından qəsrə qədər yol qəsrlə eyni adlı Karlşeyn kəndindən keçir, yolun kənarında çoxsaylı suvenir satıcılarını və kiçik restoranları görmək olar. Bu yolla gedəndə nədənsə, Kafkanın, barəsində yazdığı qəsrin təsəvvürü yaranır. == Tarixi == Karlşteyn qəsrinin əsası 1348 ildə IV Karl tərəfindən qoyulub. Karlşteynin ilk daşı (yeri gəlmişkən qəsrin adı “Karlın daşı” kimi tərcümə edilir) kralın ən yaxın məsləhətçisi olan Praqanın ilk arxiyepiskopu, Pardubitesdən olan Arnoşt tərəfindən qoyulub.
Kiriniya qəsri
Kiriniya qəsri (yun. Κάστρο της Κερύνειας , türk. Girne Kalesi) ― Kiprdə venesiyalılar tərəfindən köhnə limanın şərq ucunda, əvvəlki səlibçi istehkamının üzərində inşa edilmiş 16-cı əsrə aid qala. == Tarix == Kirina qəsri eramızdan əvvəl X əsrdən bəri mövcuddur. Qazıntılarda eramızdan əvvəl VII əsrə aid olan yunan izləri aşkar edilsə də, ərazi Roma hakimiyyəti dövründə şəhər halına gətirilmişdir. Sahədə aparılan araşdırmalar orijinal qəsrin 7-ci əsrdə, bizanslılar tərəfindən şəhərin yeni ərəb dəniz təhdidindən qoruması üçün inşa edildiyini göstərir. Qala tarixi mənbələrdə ilk dəfə 1191-ci ildə, İngiltərə kralı I Riçardın özünü imperator elan etmiş yerli valisi İsaak Komnini məğlub edərək Üçüncü Səlib yürüşünə gedərkən onu ələ keçirəndə qeyd edilmişdir. Qısa bir müddətdən sonra Riçard adanı əvvəlcə Tampliyerlər ordeninə, daha sonra isə əmisi oğlu Luzuinyalı Qaya, Qüdsün keçmiş kralına satdı. Bununla da Kiprdə Kipr krallığının (1192–1489) 300 illik hakimiyyət dövrü başladı. Qəsr əvvəllər olduqca kiçik idi.
Klisson qəsri
Klisson qəsri (fr. Château de Clisson) — Fransanın Breton bölgəsində Klisson yaşayış məntəqəsində yerləşən qəsr. Klisson ailəsinin evi olub. == Haqqında == Müstəqil Breton dövründə Anjou və Poytou bölgələrinin kəsişmə nöqtəsində yerləşdiyindən hersoqluğun vacib qəsri olub. Qəsrin ilk sahibləri burada XI əsrdə yaşayıblar. Qəsr ilə əlaqədar ilk məlumatlar 1040-cı ilə aiddir. Klisson ayrı-ayrı vaxtlarda 23 bölgənin əhəmiyyətli qəsri olmuşdur. Bugünkü qəsrin böyük hissəsi XIII əsrə aiddir. Qillem de Klisson bu qəsri Sevr Nantayse çayının yaxınlığında tikdirmişdir. XIV əsrdə III Oliver Klisson qəsrin girişində yeni tikili tikdirmişdir.
Korvinlər qəsri
Korvinlər qəsri (rum.Castelul Corvinilor,macar Vajdahunyadi vár) —Transilvaniyanın cənubunda, müasir Xuneadora şəhərində Xunyadi feodal evinin irsi mülkü. Matfey Korvinin atası Yanoş Xunyadi onu 15 əsrin ortasında Zlaşte çayının yanındakı təpə üstündəki qaya üzərində tikdirib. == Tarixi == İstehkam barədə ilk yazılı məlumat 14 əsrə aiddir. O vaxtki qala oval fomraya malik idi, yeganə müdafiə qülləsi isə şimal qanadda yerləşir, cənub tərəfdən isə onu daş divar qoruyur. 1409 ildə, döyüş xidmətlərinə görə, Yanoş Xunyadinin atası Vayk Xunyadi, qalanı və ona bitişik torpağı Macarıstanın kralı Sigizmunddan bəxşiş alıb. Yanoş Xunyadi qəsrin və bitişik torpaqların genişləndirilməsinin iki mərhələsini həyata keçirib. Birinci mərhələ 1441–1446 illərə aiddir, və bu vaxt ərzində yeddi qullə tikilib: dörd çevrəvari, və üç üçbucaqvari. İkinci mərhələ 1446–1453 illərə addir: məhz o vaxt saat qulləsinin əsası qoyuldu, əsas zallar və əlavə yardımçı otaqlar tikildi. Yanoşun ölümündən sonra qəsr onun oğlu Matyaş Korvinə qaldı. Onun əmri ilə şimal qanadında(Matyaşın lociyası adı ilə tanınan) lociya tikildi, saat qulləsinin tikintisi bitirildi və qəsrin başqa işləri davam etdirildi.
Krşivoklat qəsri
Krşivoklat (çex. Křivoklát, alm. Pürglitz‎) — Çexiyanın kral və knyazlarına məxsus ən qədim və məşhur Orta əsr qəsrlərindən biridir. Qəsr Rakovnik dairəsindəki (Orta Çexiya diyarı) eyniadlı yaşayış məskəni ərazisində yerləşir. Krşivoklat Çexiya Respublikasının mülkiyyətindədir və ictimaiyyət üçün hər zaman açıqdır. Bundan başqa, qəsr "Milli İrs" institutu tərəfindən qorunur. == Qəsrin tarixi == Başlanğıcda Krşivoklat Çexiya hökmdarlarının ovçu qəsri kimi istifadə olunurdu. Praqalı Kozma (1125-ci ildə vəfat edib) 1110-cu ildə baş vermiş hadisələr haqqda bəhs edərkən, qəsr barəsində kiçik qeydlər etmişdi. Lakin bütün bunlar arxeoloji məlumatlar ilə öz təsdiqini tapmamışdı. Qotik kral qəsri Krşivoklat XIII əsrdə, daha qədim səlnamələrdə (1190-cı ilə aid) adı qeyd olunan Orta əsr qalasının yerində yaranmışdı.
Lais qəsri
Lais qəsri (Estonian: Laiuse ordulinnus, German: Burg Lais) Livoniya ordeni qalası. Qala indi bərbad vəziyyətdədir. Laiuse qalası Estoniyada odlu silahla mübarizə üçün tikilmiş ilk qaladı. Qalanın ən qədim hissəsi, ehtimal ki, 14 -cü əsrin sonlarında Livoniya ordeni ilə tikilmişdir. İlk dəfə 1406 -cı ildə qeyd edilib. 1558 -ci ildə Livoniya müharibəsi zamanı qala rus qoşunları tərəfindən fəth edildi və çox zərər gördü. Buna baxmayaraq, qala sonradan həm Polşa, həm də İsveç hökmdarları tərəfindən istifadədə idi. Böyük Şimal Müharibəsi zamanı, 1700-1701 -ci illərdə, Narva döyüşündən sonra İsveç kralı XII Karl burada qışlaqlarını qurdu.
Laiuse Qəsri
Lais qəsri (Estonian: Laiuse ordulinnus, German: Burg Lais) Livoniya ordeni qalası. Qala indi bərbad vəziyyətdədir. Laiuse qalası Estoniyada odlu silahla mübarizə üçün tikilmiş ilk qaladı. Qalanın ən qədim hissəsi, ehtimal ki, 14 -cü əsrin sonlarında Livoniya ordeni ilə tikilmişdir. İlk dəfə 1406 -cı ildə qeyd edilib. 1558 -ci ildə Livoniya müharibəsi zamanı qala rus qoşunları tərəfindən fəth edildi və çox zərər gördü. Buna baxmayaraq, qala sonradan həm Polşa, həm də İsveç hökmdarları tərəfindən istifadədə idi. Böyük Şimal Müharibəsi zamanı, 1700-1701 -ci illərdə, Narva döyüşündən sonra İsveç kralı XII Karl burada qışlaqlarını qurdu.
Ksiaz qəsri
Ksyonj qəsri və ya Fürstenştayn qəsri (pol. Książ) — Polşanın Valbrzix şəhərində yerləşən və XIII əsrdə tikilən qəsr. == Haqqında == Qəsr XIII əsrdə Svidnika və Yavor şahzadəsi I Bolko tərəfindən inşa etdirilmişdir. Tarixdə bir çox dəfə sökülüb yenidən tikdirilmişdir. 1509–1941-ci illəri arasında yerli idarə orqanları tərəfindən idarə olunmuşdur. 1941-ci ildə qəsr Nasistlərin əlinə keçmiş, qərargahları kimi istifadə etmiş və qəsrə böyük ziyan vermişdilər. Almanların qəsrin altında tunellər qazması qəsrin memarlıq quruluşuna xələl gətirmişdir. Almanlardan sonra qəsri tutan SSRİ qüvvələri qəsrdən qala kimi istifadə etməyə başlamışlar. İkinci dünya müharibəsində qəsr böyük zərər görmüşdür. Müharibədən sonra təmir edilmişdir.
Cəhri
Cəhri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilmiş, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Oykonim xalq toponimik termini olan cəhir/cühür sözünün fonetik dəyişməsi olub, "çayın alçaq sahili" deməkdir. == Tarixi == Cəhri qəsəbəsi çox qədim yaşayış məskəni olmuşdur. Bunu onun hazırda yerləşdiyi ərazidə aparılan qazıntılar nəticəsində aşkar olunmuş kurqanlar və 2-3 min ilə qədər yaşı olan küp qəbirlər və qəbirlərdən çıxan gildən hazırlanmış qablar və müxtəlif məişət əşyaları sübut edir. 1904-1905 ci illərdə erməni soyğunlarına məruz qalmış, Araz-Türk Cumhuriyyətinin yaradılmasında əsas dayaq nöqtələrindən və stratejik mərkəzlərindən biri olmuşdur. 1921-ci il inzibati ərazi bölgüsünə görə Cəhri Naxçıvan qəzasının rayonlarından biri olmuşdur. Bu rayonun mərkəzi Cəhri kəndi olmuş, onun tərkibində 1 qəsəbə 20 kənd olmuşdur. 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərdən (Sultanbəy, İtqıran, Almalı, Ağxaç) 1921-ci ildə bu rayonun tərkibində olmuşdur. 19 iyun 2020-ci ildə Cəhri kəndinə qəsəbə statusu verilib.
Gəbri
Gəbri (fars. گابري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 44 nəfər yaşayır (14 ailə).
Məşrif
Məşrif — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Məşrif kəndi Yenikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqda Məşrif kənd Soveti yaradılmışdır. Əhalisinin sayı 831 nəfərdir.
Taşir
Taşir, Vorontsovka, Kalinino — Ermənistanda şəhər. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir adlandırılmışdır. Şəhərdən İrəvan şəhərinə olan məsafə 174 km-dir. Vorontsovka rayonunun mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. Samir Əliyev — futbolçu.
Tişrin
Tişrin sarayı
Təbriz
Təbriz (fars. تبریز‎) — iran , Şərqi Azərbaycan ostanının inzibati mərkəzidir. 1890-cı ilə qədər əhalinin sayına görə İranın ən böyük şəhəri, sonra isə 1963-cü ilə qədər ölkənin 2-ci ən böyük şəhəri olmuşdur. Təbriz şəhəri İran Azərbaycanlıların mənəvi və tarixi paytaxtı sayılır. Tarix boyu Yaxın Şərqin ən önəmli elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Əhalisinin əksəriyyətini Azərbaycanlılar təşkil edir. Şəhər Eynəli (Eynalı) dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda, Surxab dağının ətəyində, dəniz səviyyəsindən 1350–1410 metr yüksəklikdə yerləşir. Təbriz dünyanın ən uzunmüddətli paytaxtlarından biri olmuşdur; Bu şəhər Rəvvadilər, Azərbaycan Atabəyləri (Eldənizlər), Xarəzmşahlar, Elxanilər, Çobanilər, Cəlairilər (Elkanilər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan xanlıqları, Qacarlar (İkinci paytaxt), Azadistan və Azərbaycan Milli Hökuməti dövrlərində paytaxt olmuşdur. 1500-cü ildə Səfəvilərin paytaxtı dövründə dünyanın ən çox əhalisi olan 5-ci şəhəri idi və əhalisinin sayı Osmanlı İmperiyasının paytaxtı İstanbulun əhalisinə bərabər idi. Şəhərin adı barədə mütəxəssislərin yekdil qərarı yoxdur.
Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Tədris
Tədris termini aşağıdakı mənalarda istifadə oluna bilər: təlim; dərs vermə; dərs oxuma, təhsil alma, dərs keçmə. Məsələn, ali məktəbdə xarici dillərin tədrisi, tədris planı. Tədris fənni – təhsil müəssisələrində öyrənilmək üçün elmin, texnikanın, incəsənətin, istehsalat fəaliyyətinin müəyyən sahəsindən seçilmiş bilik, bacarıq və vərdişlər sistemi. Tədris institutları – elm və mədəniyyətin müxtəlif sahələri üçün ali ixtisas təhsilli mütəxəssis, elmi və pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisələri. Tədris planı – hər hansı tədris müəssisəsində öyrənilən tədris fənnlərinin tərkibini və vaxtını müəyyənləşdirən, bunları illik və bütün təhsil müddəti üçün bölüşdürən sənəd. Tədris proqramı – hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən sənəd. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Təfriş
Təfriş — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Təfriş şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,914 nəfər və 4,254 ailədən ibarət idi.
Təhrif
Təhrif — hər hansı bir şeyi əsl məcrasından və ya malik olduğu vəziyyətdən çıxarmaq, yaxud onu dəyişməyi nəzərdə tutan ərəb mənşəli söz. Başqa sözlə, təhrif bir növ dəyişmək və əvəz etməkdir. Lakin təhrif bu sözlərin mənasını vermir. Təhrifin bir neçə növü var. Onların ən əhəmiyyətlisi söz və məna təhrifidir. Söz təhrifi hansısa mövzunun zahiri görkəmini dəyişməkdən ibarətdir. Məsələn, hər hansı deyimdən bir cümlənin çıxarılması və ona bir cümlənin əlavə edilməsi. Yaxud, cümlələrin yeri elə dəyişilir ki, deyimin mənası orijinaldan fərqlənir, yəni bir sözlə deyimin görkəminə və sözünə toxunulur. Məna təhrifində isə sözə və zahiri görkəmə toxunulmur. Söz olduğu kimi qalır, lakin onu deyən şəxsin məqsədi düzgün izah olunmur.
Təhrik
Təhrik etmə — sözlə və ya başqa şirnikləndirici vasitələrlə birini bir iş görməyə vadar etmə, sövq etmə, meyilləndirmə, həvəsləndirmə.
Təkrir
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunması. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
Tyeri
Tyeri (fr. Thiéry) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 22,24 km², əhalisi — 101 nəfərdir (2006) artım tendensiyası ilə: 104 nəfər (2012), əhalinin sıxlığı 4,7 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 102 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 104 nəfər.
Radar Təbriz (Təbriz)
Radar Təbriz (fars. ادارتبريز‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.189 nəfər yaşayır (349 ailə).
Dəşti-Kəbir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Dəşti-Kəvir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Dəşti-Marqo
Dəşti-Marqo (fars. دشت مارگو‎) — gilli-qumlu səhra, Yaxın Şərqdə, Əfqanıstannın cənub-qərbində, Qilmend çayı ilə Xaşrud çayı arasında qərarlaşır. Səhranın sahəsi 150 000 km², hündürlüyü 500–700 m təşkil edir. Cənub-qərbində qumlu massiv yerləşir. Burada takır və şoranlıqlar geniş sahə tutur.
Dəşti-Naümid
Dəşti-Naümid (fars. دشت ناامید‎) - Orta Asiyada, Əfqanıstan - İran sərhədində yerləşən səhra. Dəşti-Kəvir səhrasının tərkib hissəsini təşkil edir.
Dəşti-Qıpçaq
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı — Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü — Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya. == Tarixi == Hunların, göytürklərin, xəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Bu günə qədər "qıpçaq" etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olan "Selenq kitabəsi" hesab olunur. Gürcü mənbələri onları "yeni" və "əski" qıpçaqlara bölür. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq etdiyi türk ulusunun beş qolundan biri hesab edir. Tarixdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə edirdi. XI–XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür. Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər.
Çerri-Hill (Nyu-Cersi)
Çerri-Hill (ing. Cherry Hill) — ABŞ-nin Nyu-Cersi ştatındakı Kamden dairəsində yerləşən şəhər.