Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təbrizli
Təbrizli — Cənubi Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Sirus Təbrizli — jurnalist, millət vəkili. Bayram Təbrizli-Marağalı — şərqşünas-alim. Yaşayış məntəqələri Təbrizli (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunda kənd. Təbrizli məhəlləsi (Şuşa) — Şuşa şəhərinin 17 məhəlləsindən biri. Təbrizli məhəlləsi (Gəncə) — Gəncənin məhəllələrindən.
Təndirli
Təndirli dağı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində dağ. Təndirli (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Təkərli
Təkərli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təkəli türk etnonimi əsasında əmələ gəlmişdir. Təkəli qızılbaşlar tayfasından birinin adıdır. F. Sümər təkəli tayfasım oğuzların dülqədirli elindən olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nın 19.
Təkrir
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunması. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Arakel Təbrizli
Arakel Davrizetsi (erm. Առաքել Դավրիժեցի, fars. آراکل_داوریژتسی‎) — erməniəsilli salnaməçi, tarixçi və din adamı. 1595-ci ildə Səfəvi İmperiyasının keçmiş paytaxtı Təbrizdə anadan olan Arakel Davrizetsi XVII əsr, Səfəvi, Osmanlı, Qafqaz bölgəsi haqqında məlumat verən önəmli qaynaqlardan biri hesab edilir. 1670-ci ildə Eçmiədzin Monastrında vəfat etmişdir. Hələ həyatda ikən onun 1662-ci ildə tamamladığı "Tarix kitabı" əsri, 1669-cu ildə Amsterdamda nəşr edilmişdir. 1602-1662-ci illər əhatə edən əsər 58 fəsildən ibarət olub, müəllif səyahətləri zamanı baş vermiş hadisələrin iştirakçıları ilə şəxsən görüşmüş, hadisələrin xronologiyasını dəqiqləşdirmiş, əlyazmalar və mənbələrdən istifadə etmişdir. Səfəvi-Osmanlı müharibələri, Cəlalilər hərəkatı, Koroğlu, Şah Abbasın köçürmə siyasəti (xüsusiylə Culfadan), Azərbaycanın iqtisadi həyatı, verigilər, mükəlləfiyyətlər, əhalinin ümumi vəziyyəti, Təbriz zəlzələsi (1641) vs. mövzular haqqında məlumatlar vermişdir. Erməni Qriqoriyan Kilsəsinin mövqeyindən çıxış edən Arakel Davrizetsi əsərində hakim sinfin mənafeyini müdafiə edir, xalq hərəkatına mənfi münasibət bəsləyirdi.
Məmmədrza Təbrizli
Məmmədrza Təbrizli (1966, Təbriz) — azərbaycanlı mühacir yazıçı və musiqiçi, radio və televiziya jurnalisti, Norveç Yazıçılar Birliyinin üzvü. Məmmədrza Həmid oğlu Təbrizli 1966-cı ildə Təbriz şəhərində anadan olub. Atası Həmid 1979-cu ildə İran islam inqilabı dövründə qətlə yetirilib. Atasını itirdikdən sonra 14 yaşında təhsilini yarımçıq saxlayaraq çəkməçiliklə məşğul olur. Sonradan Təbrizdə tarzən Həsən Dəmirçinin və ustad Əli Səliminin muğam dərslərinə qatılır. 1994-1997-ci illərdə TRT radiosunda fəaliyyət göstərir. TRT ilə yanaşı, Türkiyənin müxtəlif televiziya kanallarda mədəniyyət proqramlarında iştirak edib. 1998-ci ildə siyasi səbəblərə görə Avropaya mühacirət edir. 2003-cü ildən etibarən Norveçdə qurulan “Azərbaycan səsi” radiosunun redaktoru kimi çalışır. Jurnalist kimi Güney Azərbaycanla bağlı bir çox yazıları Norveç mətbuatında dərc olunmuşdur.
Sirus Təbrizli
Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi. Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adından övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır. Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı. 1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.
Siruz Təbrizli
Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı fars və rus dillərini də bilirdi. Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adından övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır. Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı. 1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.
Təbrizli (Lerik)
Tərbizli — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 176 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir. Yaşayış məntəqəsi vaxtı ilə Cənubi Azərbaycanın Təbriz şəhərindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. Oykonim Təbriz və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir.
Təbrizli məhəlləsi
Təbrizli məhəlləsi (Şuşa) — Şuşa şəhərinin 17 məhəlləsindən biri. Təbrizli məhəlləsi (Gəncə) — Gəncənin məhəllələrindən.
Təndirli (Miyanə)
Təndirli (fars. تندرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (33 ailə).
Təndirli dağı
Təndirli dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun eyni istiqamətli Ağsal şaxəsindən cənub-qərbə uzanan eyniadlı ayrılmasının suayırıcısında, 1649,6 m hündürlüyü olan dağ. Dağ Arpaçay su anbarının sol sahilində, Şahbulaq kəndindən 1,5 km qərbdədir. Üst Permin Üst Murqab yarımmərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şimal-şərq qanadında yerləşir. Yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.
Əli Təbrizli
Əli Təbrizli — şair, yazıçı, naşir. "Atropat" nəşriyyatının əsasını qoyub. Bu nəşriyyatda "Əliağa Vahidin külliyyatı", "Azərbaycan nəğmələri və bayatıları", "Koroğlu" dastanı, "Azərbaycan klassik ədəbiyyatından şeir məcmuələri", "Füzuli divanı", "Salman Mümtazın şeirləri" və bir neçə kitabı hazırlayaraq nəşr etdirib. Fəaliyyətinə görə SAVAK tərəfindən həbs olunub və 6 il məhkumluq həyatı yaşayıb. Əli Təbrizli 1929-cu ilin iyun ayının 25-də Təbrizin Münəccim məhəlləsində dünyaya gəlib. İlk təhsilini məhəllələrindəki ibtidai məktəbdə sonrasilini isə Rüşdiyyə məktəbində alıb. Azərbaycan Milli Hökuməti dövründə məktəbdə ana dilində təhsil alıb. Daha sonra ailəsi ilə birlikdə Tehrana köçüb. İlk dəfə "Əli Təbrizinin qəzəlləri" adlı kitabı nəşr etdirib. Daha sonra "Atropat" nəşriyyatının əsasını qoyub və bir neçə ədəbi dərnək qurub.
Asif Bəkirli
Asif Şahnəzər oğlu Bəkirli (1964, Alıkənd, Göyçay rayonu) — Publisist, Professional Kouç, Auditor, "Fəxri Fərman", "Tərəqqi" medalı, "Əməkdar mühəndis" və "Qızıl Qələm" mükafatı laureatı. Asif Bəkirli 1964-cü ildə Göyçay rayonunun Alıkənd kəndində neftçi ailəsində anadan olmuşdur. Bakı şəhər 220 nömrəli və Göyçay şəhər 9 nömrəli orta ümüm-təhsil məktəblərində təhsil almışdır.1981-ci ildən əmək fəaliyyətinə çilingər kimi başlamış, 1982–1984-cü illərdə Rusiya Federasiyasının Amur vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. 1984–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsində təhsil almış və oranı İnşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Ali təhsilini aldıqdan sonra 1989-cu ildən etibarən ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməklə yanaşı, gənc mütəxəssis kimi neft sənayesində layihəçi-mühəndisdən başlayaraq ardıcıl olaraq, aparıcı mühəndis, qrup rəhbəri, baş mütəxəssis, şöbə rəisi, Əməyin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin rəisi kimi çalışmışdır. 2005–2011-ci illərdə Təlim Tədris Sertifikatlaşdırma departamentinin direktoru işləmiş, 2011-ci ildən etibarən SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi işləyib. 2023-cü ilin sonlarından Azfen MMC-nin Baş direktorunun müşaviri, 2024-cü ilin əvvəlindən isə İnsan Resursları üzrə müavini kimi çalışır. Fəaliyyəti dövründə dünyanın inkişaf etmiş bir çox ölkələrində işgüzar səfərlərdə olmuş, ölkə daxilində və xaricində ən yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə təşkil olunmuş menecmentlik, insan resurslarının idarəedilməsi, liderlik, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi idarəetmə sistemləri ilə bağlı təlim və praktiki kurslarda iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşdür. Bu sertifikatlar içərisində Avropa Keyfiyyət Təşkilatının (EQQ ) ISO keyfiyyət, OHSAS 18001 Əməyin Mühafizəsi Təhlükəsizliyi, ISO 14000 Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Auditor sertifikatları da vardır. Beynəlxalq standartların tətbiqi və insan resurslarının idarəedilməsi ilə bağlı mütəmadi olaraq mətbuat və Kütləvi İnformasiya vasitələrində çıxışlar etmiş və məqalələri dərc olunmuşdur.
Azad Bəkirli
Azad Rasim oğlu Bəkirli (27 sentyabr 1992, Nərimanov rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. Azad Bəkirli 27 sentyabr 1992-ci ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra Bakı metropolitenində və "SOCAR Polymer" şirkətində çalışmışdır. Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılan Azad Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində orduya qoşulmuş, Cəbrayıl, Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Oktyabrın 21-də Füzulidə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Miraslan Bəkirli
Miraslan Bəkirli (azərb. Miraslan Məcnun oğlu Bəkirli‎; 17 mart 1955, Qızıl Şəfəq, Kalinino rayonu) — telejurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qəzəl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir. Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972-1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda “Zarya” qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur. Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan “Vətən səsi” qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb. 1984-cu ildən bədii yazllarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur.
Təhriri-Öqlidis
Təhriri-Öqlidis (ərəb. تحریر اقلیدس‎; Evklidin şərhi) — Nəsirəddin Tusinin riyaziyyat (həndəsə) sahəsində yazdığı əsər. Əsərdə Evklidin "Başlanğıclar" ("Əsaslar") əsərində verilmiş 700-dən artıq teoremin isbatı təhlil edilmiş və bir çoxunun yeni isbatı verilmişdir. “Təhriri-Öqledis” kitabı ilk dəfə 1594-cü ildə Romanın “Mediçi” mətbəəsində ərəbcə nəşr edilib. “Təhriri-Öqlidis” 1598-ci ildə ikinci dəfə yenə Romada çap olunur. Kitaba Avropada olan böyük tələbi ödəmək üçün o, latın dilinə tərcümə edilərək, 1657-ci ildə Londonda çap edilir. Bir sıra Şərq ölkələrində ərəb dilində nəşr edilən əsər 1801-ci ildə İstanbulda, 1824-cü ildə Mərakeşdə,1880-ci ildə isə Tehranda nəşr olunur. Əsər Həsən Zərrinəzadə tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə edilmiş və YUNESKO-nun da maliyyə yardımı ilə Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən nəşrə hazırlanmış və 2001-ci ildə, Bakıda "Ulduz" nəşriyyatında çap olunmuşdur. Zic-Elxani Euclid. Kitāb Taḥrīr uṣūl li-Ūqlīdis.
Bayram Təbrizli-Marağalı
Bayramov Söhrab Səfəralı oğlu (Bayram Təbrizli-Marağalı; 31 oktyabr 1944, Ağcabədi rayonu) — şərqşünas-alim. Bayram Təbrizli-Marağalı 31 oktyabr 1944-cü ildə Ağcabədi rayonunda anadan olub. Ulu babası XVIII əsrin ortalarında Cənubi Azərbaycanın Tufarqan şəhərindən Qarabağa gəlmişdir. Bayram Təbrizli-Marağalının uşaqlığı Ağdam rayonunun Şelli kəndində keçmişdir. 1961-ci ildə Ağdam şəhər 2 saylı orta məktəbini bitirmiş və 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin "Ərəb filologiyası" bölməsinə daxil olmuşdur. 1963-cü ildən 1965-ci ilə qədər Belorusiyada hərbi xidmətdə olduğuna görə Bakı Dövlət Universitetini 1971-ci ildə bitirmişdir. Universitetdə oxuduğu illərdən Əbülfəz Elçibəy ilə dost olmuş və Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda birlikdə çalışmışlar. Əbülfəz Elçibəyin məsləhəti ilə Nəsrəddin Tusinin "Şərh-əl-işarat" əsərinin "Məntiq" bölməsini tərcümə etmişdir. 1977-ci ildən Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda işləyən şərqşünas alim Bayram Təbrizli-Marağalı hazırda Bakı şəhərində yaşayır və ədəbi fəaliyyətini davam etdirir. Oğuzlar.
Flüor tərkibli monomerlər
Aromatik poliamidlərin sintezində istifadə olunan monomerlər Tere- və izoftar turşularından alınan aromatik poliamidlər alifatik poliamidlərdən (məsələn, poliamid-6 və -6,6) daha yüksək ərimə temperaturuna malik olması ilə fərqlənir: bir qayda olaraq bu göstərici 573 K-dən yüksək olur. Belə ki, tereftal turşusunun N,N-difenil-p- fenilendiaminlə kondensləşməsi zamanı ərimə temperaturu 663 K olan lifəmələgətirən polimer alınır. Tereftal turşusu ilə pepetazindən alınan lifəmələgətirən polimerin ərimə temperaturu 623-673 K-dir. Tereftal turşusundan alınan poliamidlər izoftal turşusu əsasında poliamidlərlə müqayisədə daha yüksək ərimə temperaturuna malikdir. Məsələn, 2,5-dimetilpiperazinin (trans-forma) vakumda tereftal turşusu ilə qarşılıqlı təsirdən parçalanma temperaturu 673 K-dən yüksək olan lifəmələgətirən polimer alınır. İzoftal turşusu əsasında hazırlanmış analoji polimer 588 K ərimə temperaturuna malikdir. Tereftal turşusu ilə 4,4-diaminditsikloheksilmetandan sintez olunmuş lifəmələgətirən polimer 648 K-də əriyir. İzoftal turşusunun müvafiq polimerinin ərimə temperaturu 473 K-ə bərabərdir. Aromatik dikarbon turşuları ilə piperazinlərdən polimerlərin alınmasında müvafiq turşulardan və yaxud onların törəmələrindən: efirlər, anhidridlər, xloranhidridlər, amidlərdən istifadə olunur. Tsikloalifatik diaminlərdən poliamidlər sintez etmək üçün turşulardan, aromatik diaminlərdən sintez üçün isə turşuların xloranhidridlərindən istifadə edilir.
Təbrizli məhəlləsi (Şuşa)
Təbrizli məhəlləsi — Şuşa şəhərinin 17 məhəlləsindən biri. Şuşanın bir şəhər kimi formalaşması 3 əsas mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü (1748–1763) əhatə edən birinci mərhələdə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınmışdır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edən bu məhəllədə aşağıdakı kiçik məhəllələr – Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Merdinli, Hacı Yusifli, Qazançalı və Çöl qala məhəllələri yerləşirdi. Təbrizli məhəlləsinin tarixi Şuşa tarixinin tərkib hissəsidir. Şuşa şəhəri qurulduğu çağdan başlayaraq genişləndi. Yeni-yeni məhəllələr meydana gəldi. Hər məhəllədə məscid, hamam tikildi, meydan quruldu. Ümumiyyətlə, Şuşanın bir şəhər kimiformalaşmasını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ 1750-ci ildən başlayaraq çox qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdı. Bu dövrdə şəhərin Çuxur adlı şərq hissəsində 9 məhəllə salınmışdı.
Əjdaha təsvirli xalçalar
Əjdaha təsvirli xalçalar — Qafqaz xalçaları qrupudur. Bu xalçalar qrupu erkən Qafqaz xalçaları arasında ən böyüyü və ən çox müzakirə olunanıdır. Xüsusən Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələri olan bu xalçalar qədim və zəngin tarixə malikdir. "Əjdaha təsvirli xalçalar"ın əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rəngdədir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnmişdir. Xalçaların üzərlərində öz adını aldıqları əjdahalar təsvir edilmişdir. Əjdahalar şaquli "S" şəklindədir. Sonrakı dövr xalçalara əjdaha başı ilə döyüşən şirlər, eləcə də ördək və qırqovul kimi fauna növləri daxildir. XIX əsrdə əjdahalar yox olur və ya nəbati motivlərlə əvəzlənir. Görünüşün mənasını başa düşmək olduqca çətindir, çünki orijinal model uyğunlaşma prosesində çox stilizə edilmiş və sadələşdirilmişdir.
Kompleks təsirli stabilizatorlar
Kompleks təsirli stabilizatorlar Kompleks təsirli stabilizatorlar tərkibində olan radikal-zəncirvari reaksiyaların inhibirləşməsinə əsaslanan antioksidantların kifayət qədər effektiv olmadığı yanacaqların kimyəvi və termooksidləşdrici sabitliyini artırmaq üçün nəzərdə tutulmuşdur. Belə yanacaqlara məsələn, tərkibində katalitik krekinqın işlənməmiş yüngül qazoylları olan dizel yanacaqları, yanan şist, kömür və s.yanma prosesindən alınan yanacaqlar aiddir. Hidrotəmizləmə və stabilizatordan eyni zamanda istifadə daha çox səmərə verir. Stabilizatorların işçi qatılığı 0.01–0.05% olub yanacaqdakı qeyri-sabit komponentlərin qatılığından asılıdır. Ümumiyyətlə, yanacaqlarda qatran və çöküntülərin formalaşması yalnız karbohidrogenlərin radikal-zəncirvari oksidləşmə reaksiyaları ilə məhdudlaşmır. Fəal ikiqat rabitəsi olan olefinlərin polimerləşməsi, politsiklik aromatik birləşmələr və azot saxlayan heterotsikllərin oksidləşmə polikondensasiyası, kükürd saxlayan birləşmələrin sülfoturşulara qədər oksidləşməsi mümkündür. Karbohidrogenlərin oksidləşməsinə gəldikdə isə, bu əsas proses olaraq qalır və onun nəticəsində poliefirləşmə və polikondensasiya reaksiyalarına məruz qalan spirtlər, turşular və efirlər əmələ gəir. Bu sıxlaşma reaksiyalarından bir çoxu karbon turşuları və xüsusilə sulfoturşuların oksidləşmə məhsullarının iştirakı ilə sürətlənir. Metalların olması da oksidləşməyə təsir göstərir. Yüksəkmolekullu qatrana oxşar məhsullar molekul kütləsi nisbətən aşağı olan halda yanacaqda həll olur və qatran əmələ gətirir.
Dəmirporfirin tərkibli biomimetik katalizatorlar
Üç təkərli eniş dəsti
Üç təkərli eniş dəsti sistemi, üç təkərli velosiped formasında yaradılmış bir təyyarə eniş dəsti sistemidir. Üç təkərli eniş dəsti sistemi tənzimləməsində ön tərəfdə bir burun təkəri və ağırlıq mərkəzindən bir qədər arxada iki və ya daha çox əsas təkər mövcud olur. Üç təkərli eniş dəsti enmə, qalxma və taksi üçün ən asan bir konfiqurasiya sayılır, buna görə təyyarələrdə ən çox görülən tənzimləmədir. Bir neçə erkən dövr təyyarələrində üç təkərli velosiped avadanlığı mövcud olmuşdur.