Təbrizli məhəlləsi — Şuşa şəhərinin 17 məhəlləsindən biri. Şuşanın bir şəhər kimi formalaşması 3 əsas mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü (1748–1763) əhatə edən birinci mərhələdə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınmışdır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edən bu məhəllədə aşağıdakı kiçik məhəllələr – Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Merdinli, Hacı Yusifli, Qazançalı və Çöl qala məhəllələri yerləşirdi.
Təbrizli məhəlləsi | |
---|---|
Təbrizli məhəlləsi | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Bu məqalə Təbrizli məhəlləsi (Şuşa) haqqındadır. Digər mənalar üçün Təbrizli məhəlləsi səhifəsinə baxın. |
Təbrizli məhəlləsinin tarixi Şuşa tarixinin tərkib hissəsidir. Şuşa şəhəri qurulduğu çağdan başlayaraq genişləndi. Yeni-yeni məhəllələr meydana gəldi. Hər məhəllədə məscid, hamam tikildi, meydan quruldu. Ümumiyyətlə, Şuşanın bir şəhər kimiformalaşmasını şərti olaraq üç mərhələyə bölmək olar:
"Hələ Qarabağın Xəmsə mahalları ona tabe olmadığı zaman (Pənah xan) ətraf xanların öz üzərinə hücum edəcəkləri təqdirdə ailə və qohumlarının, qulluqçu və yaxın adamlarının və (el) böyüklərinin qorunması üçün ellərin arasında münasib bir yerdə qala tikilməsini lazım bilmişdi. Məşvərətdən sonra, indi Kəbirli mahalı içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar və xəndək qayrıldı, bazar, hamam və məscid tikildi. Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilmişdir (Hicri 1161-ci il miladi 1748-ci ilə bərabərdir).[1]"
İbrahimxəlil xan Sarıcalı-Cavanşir 1783-cü ildə və 1785-ci ildə Təbriz xanlığına yürüş etmişdi. O da bu yürüşlərində Təbrizdən xeyli ailə gətirib Təbrizli məhəlləsinə yerləşdirmişdi. Həmin dövrdə hələ Təbrizdə yaşayan Ağa Hüseyn Arif, İbrahimxəlil xan Sarıcalı-Cavanşirin Təbrizə yürüşünü şeirlərində pisləmişdi. O, bu yürüşlə bağlı yazırdı: 1823-cü ildə Yermolov və Mogilyovski tərəfindən tərtib olunmuş vergi dəftərində şəhərin məhəllələri və demoqrafik mənzərəsi əks olunmuşdur:
Bu məhəllədən həkimlərdən Hacı Mirzə Müqim bəy İmanbəyovu, Məşədi Hacı Əkbər oğlunu, katiblərdən Mirzə Haqverdi Ocaqverdi oğlunu və digər peşə sahiblərini təqdim edə bilərik. Məhəllə ilk dövründə sənətkarlar məhəlləsi olsa da, tez bir zamanda mədəniyyət beşiyinə çevrildi.[3] Şuşa şəhərindən ilk Zaqafqaziya (Qori) Müəllimlər seminariyasında oxuyan Təbrizli məhəlləsinin sakini idi. Həmin şəxsin, Əbdüləli bəy Bağır oğlu Muxtarovun Azərbaycanda maarifçiliyin yayılmasında önəmli rolu var. Təbrizli məhəlləsinin bünövrəsinədək Qarabağda Xudadad (farsca Allahverdi) adı yox idi. Bu adı özləri ilə bərabər gətirmişdilər. Ad daşıyıcılardan biri Xudadad xan Dünbili Təbrizin hakimi olmuşdu. Məhəllə sakinlərindən biri bu adı öz oğluna qoymuşdu. Şuşa şəhərinin digər məhəllələrində tanınmış birisini çağıranda adının sonuna, Təbrizli məhəlləsində isə önünə ağa sözü əlavə edilirdi.
XVIII yüzilin ikinci yarısından başlayaraq Aşura təziyyəsi əsasən Təbrizli məhəlləsində keçirilirdi. Daha izdihamlı, daha gur olduğundan şəhər qazısı da bu məhəllədə təziyəyə qatılırdı. 1840-cı illərin önlərində ruslara arxalanan ermənilər Təbrizli məhəlləsinin təziyyə məclisinə lağ eləmişdilər. Təziyədə iştirak edən şəhər qazısı Mirzə Əbülqasım bəy Mirzə Əli bəy oğlu Haqverdiyev (1803-?) ermənilərin əleyhinə fitva hazırlamış, bu işin həyata keçirilməsini şəhər deputatı, Təbrizli məhəlləsinin ağsaqqalı Hacı Hüseyn Kərbəlayı Mustafa oğluna (1772-?) tapşırmışdı. Məhəllə əhli hərə bir dəyənək götürüb erməniləri xurd-xəşil eləmişdilər. Şəhər qəza idarəsinin polisləri və keşikçilər qəzəbli kütləni güc-bəla ilə yatırmışdılar. Erməniləri fitnəsi haqqında çara məlumat verilmişdi. 1906-cı il erməni basqınlarında keçmiş Təbrizli məhəlləsinin sakinləri müdafiədə fəallıq göstərmişdilər. Belə fəallardan biri də Əfrasiyab Əzimov idi. O, vətənpərvər, el qədri bilən bir qəhrəman kimi tanınmışdı. 1905–1906-cı illər erməni-müsəlman qırğınlarında igidliyi sayəsində neçə-neçə günahsızı ölümdən qurtarmışdı.[4] Mir Möhsün Nəvvab yazır:
"Müsəlmanlar da bir neçə yerdə səngərlər tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hacı Həsən Qaraşirzadənin evinin içində və baş tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas bəy Talıb bəy oğlu idi. Üçüncü səngər isə Məşədi Kərimin və erməni Xaçatur oğlunun evləri idi. Bu səngərləri yaradan və onların rəhbəri bizim Mir İbrahim Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və rəhbəri Əfrasiyab Hacı Əzim oğlu idi. Beşinci səngər Təzə məhəllədə yerləşirdi. Onun rəhbəri isə Məşədi Abış Bəylər oğlu idi. Altıncı səngər isə mərhumə Gövhər ağanın evi və həyəti idi. Bu səngərin rəhbəri və istiqamətvericisi cənab Axund Molla Şükür idi".[5]
Əfrasiyab Əzimov həm "Difai", həm də "Qarabağ məclisi" təşkilatlarının fəal üzvi olmuşdu. "Difai", həm də "Qarabağ məclisi" təşkilatlarının üzvülərindən biri də keçmiş Təbrizli məhəlləsinin sakinlərindən biri Məşədi Süleyman Kərbəlayı Allahverdi oğlu Əsgərov idi.[6] Təbrizli məhəlləsinin əhalisi azad icma idi. Onlar xan divanına, rus üsul-idarəsi dönəmində dövlətə vergi ödəyirdilər. Şuşa şəhərinin digər məhəllələrində olduğu kimi, Təbrizli məhəlləsində də əhalinin başlıca məşğuliyyət sahələri sənətkarlıq və ticarət idi. Məhz sənətkarlar və tacirlər Təbrizli məhəlləsi əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Maraqlıdır ki, bu məhəllənin əhalisinin hamısı Təbrizlidirmi? Mənbələri diqqətlə araşdırdıqda bu məsələnin də düzgün izahını vermək mümkündür. Qənaət budur ki, bu məhəllədə əslən Təbrizli olanlarla yanaşı, qonşu Qaradağdan, Naxçıvandan, Şirvandan və digər yörələrdən gələnlər də məskunlaşmışdılar. Təbrizli məhəlləsi XIX yüzilin ikinci yarısından sonra tarix meydanından çıxdı. Bu məhəllənin sakinləri digər məhəllələrdə məskunlaşdılar. Bu məhəllənin sakinlərinin bir qismi Ağadədəli, bir qismi isə Xocamircan məhəlləsinə qarışdı.[7]
Əsasən sənətkar və tacirlərin yaşadığı məhəllə "Təbrizli" adlanırdı, ilk sakinləri Pənahəli xan Cavanşirın dövründə Ərdəbil, Zəncan, əksəriyyəti isə Təbrizdən gətirilmiş, əvvəlcə Bayat, sonra Şahbulaq, daha sonra Şuşa qalalarında məskunlaşdırılmışdı. XVIII əsrin 80-ci illərində İbrahimxəlil xanın özünün yaxın müttəfiqi, Xoy hakimi Əhməd xanla birlikdə Təbriz üzərinə yürüş edərək oranı tutmuş, şəhəri öz aralarında bölüşdürmüşdülər. O, qardaşı oğlu Əsədulla bəyi Təbriz xanlığının hakimi təyin etdikdən sonra oradan xeyli seçmə sənətkar və tacir ailəsini gətirib həmin məhəllədə yerləşdirmişdi. Sonralar burada İranın Qaradağ mahalından, Naxçıvan, Şirvan və başqa yerlərdən gələnlər də məskunlaşmışdılar. "Təbrizli məhəlləsi"nin camaatı həm xanlıq, həm də rus hakimiyyəti dövründə azad icma olmuş və dövlətə vergi vermişlər. XIX əsrin axırlarında məhəllənin bir hissəsi "Ağadədəli", bir hissəsi isə "Xocamircanlı məhəlləsi"nə qarışmışdır.[8]