Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Frez aləti
Frez aləti — metal və başqa materialların kəsmə ilə emalı üçün fırlanma səthinə malik olan çoxdişli kəsici alətdir. Frezlərin aşağıdakı növləri vardır: silindrik, yan səthli, disk paz və kəsici, barmaq, işgil, T-formalı, bucaq, fasonlu, sonsuzvint. Dişlərinin en kəsiyinin formasına görə iti tilli və arxa hissəsi girdələnmiş olurlar. Dişlərin formasına görə düzdişli, vint formalı, müxtəlif girişli frezlər, vint qanovlarının istiqamətinə görə sağ və sol, konstruksiyasına görə bütöv və yığılmış frezlər mövcuddur. Kəsici tillərin optimal həndəsi parametrləri üçün təscrübələr əsasında aşağıdakı qiymətlər müəyyən edilmişdir: qabaq bucaq γ=(-10)÷30°; baş dal bucaq α=10÷30°; köməkçi dal bucaqα1 = 4÷10°; baş plan bucağı φ=30÷90°; köməkçi plan bucağı φ1= 1÷10°; keçid kəsici tilin uzunluğu l = 1÷2 mm; əsas kəsən tillin meyilliyi λ=(—5)÷15°; vint qanovlarının meyillik bucağı ω=10÷45°. Frez alətinin kəsici tilinin materialı onun tətbiq sahəsindən asılı olaraq müəyyən edilir. Kəsici tillər ya bütöv, ya da lövhə şəklində hazırlanıb əsas gövdəyə bərkidilir. Kəsici material kimi tezkəsən alət poladı, bərk xəlitə, kəsici keramika, polikristallik bornitrid və almazdan istifadə edilir. Onların tətbiqi bu materialların bu və ya digər frezləmə növünə (kobud, təmiz, incə, ultraincə və s.)uyğun gəlməsindən asılı olaraq seçilir. == Istinad == Rezo Əliyev.
Musiqi aləti
Musiqi alətləri (Çalğı alətləri) - müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu. Musiqi alətlərinin quruluşunu, texniki xüsusiyyətlərini və ifaçılıq imkanlarını öyrənən elmə alətşünaslıq deyilir . Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir. 1) Səsçıxarma imkanlarına görə Simli musiqi alətləri – simlərin səsləndirilməsi üsullarına görə növlərə bölünür: Kamanlı alətlər – skripka, alt, violonçel, kontrabas; Dartımlı alətlər – arfa; Mizrablı alətlər - tar, saz; Zərb alətləri – alətin gövdəsinə vurulmaqla səs əldə edilir . Səslənməsinə görə aşağıdakı növlərə bölünür: köklənən alətlər (müəyyən səsyüksəkliyinə malik zərb alətləri) – litavrlar, ksilofon, zəng (kolokol, kolokolçik). Köklənməyən alətlər (qeyri-müəyyən yüksəklikli zərb alətləri) – kiçik və böyük barabanlar, kastanyetlər, tam-tam və s. Quruluşuna görə növləri: plastinkalı alətlər, zarlı (pereponkalı) alətlər. Nəfəsli musiqi alətləri (üfləmə alətlər) – havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur . Quruluşuna görə növləri: dəlikli alətlər, qamış dilçəkli alətlər, müştüklü alətlər. Hazırlanma materialına görə növlərə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s.
Kontrabas (musiqi aləti)
Kontrabas (it. contrabbasso) — musiqi aləti. Bu alət Kontrabas Violone adı verilən Renesans musiqi alətindən törəmişdir. 16-cı əsrdən 18-ci əsrə qədər dəyişim dövrü keçmişdir. 18-ci əsrin ikinci yarısında bugünkü halını almışdır. Hündürlüyü 1.80 eni 60 sm olan kontrabas bu ölçüləri səbəbindən ayaqda yaxud hündür stula əyləşərək çalınır. Kontrabas simli kaman alətləri arasında öz ölçüsünə görə ən böyük və ən bəm səslənən alətdir. Zahirən o, violonçelə bənzəyir. Texniki cəhətdən kontrabas orkestrin digər simli kaman alətlərinə nisbətən xeyli ağırdır. Həm də onun qalın simlərinin səslənməsi violino, viola və violonçelə nisbətən daha az ahəngdardır.
Orqan (musiqi aləti)
Orqan (lat. organum; q.yun. ὄργανον - alət) — klavişli nəfəs aləti. Böyük konsert orqanları bütün digər musiqi alətlərindən daha böyükdür. Orqan dizaynı müxtəlif uzunluqlu və diametrli külək boruları, havanın vurulması üçün qurğu, klaviaturalı konsol və trakt üzərində qurulub. Orqanın səs orijinallığı hər bir alət üçün dəsti fərdi olan xüsusi tembrlərlə (“ registrlər ”) müəyyən edilir. Orqan ən qədim musiqi alətlərindən biridir. Hugo Riman hesab edirdi ki, orqanın əcdadı qədim Babilə gedib çıxır (e.ə. 19-cu əsr): “Körük boru vasitəsilə şişirilmiş, əks ucunda isə, şübhəsiz ki, qamış və bir neçə deşik olan boruları olan bir gövdə var idi” . Orqan embrionunu Pan fleytası, Çin şeni və digər oxşar alətlərdə də görmək olar.
Qanun (musiqi aləti)
Qanun (Kanon) — yatıq sazlar ailəsinə mənsub olub, dartımlı-simli musiqi alətidir. Bəzi müasir musiqiçilər orqanı ərğənunla eyniləşdirirlər. Halbuki, orqan sıxılmış hava ilə işləyir, ərğənun isə Nizami Gəncəvinin dövründə simli alət idi. Məlum olduğu kimi, hazırda Azərbaycan xalq çalğı alətləri ansamblları tərkibində, eləcə də solo ifaçılığında istifadə olunan kanon, əslində elə ərğənundur. Ərğənun müxtəlif dövrlərdə bir neçə formada hazırlanmış və onlardan birinə qanun deyilmişdir. Təəssüf ki, qanun musiqi aləti rus ədəbiyyatlarında əvvəlcə qanon, sonra isə kanon kimi işlədilməyə başlamışdır. Hazırda kanon kimi istifadə etdiyimiz ərğənun simli alətinin telləri Nizaminin göstərdiyi kimi, cənglə dilləndirilirdi. Deməli, cəng bir neçə rola malik idi. Yəni həm ritmik ahəngi nizamlayır, həm də ərğənunu tellərinin dilləndirilməsində təzanə rolunu oynayırdı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün nəinki cəngdən istifadə olunmur, hətta ərğənunu əvəz edən kanonu dilləndirən və təzanə rolunu oynayan bu musiqi alətinin adı belə çəkilmir.
Truba (musiqi aləti)
Truba (rus. Труба, it. tromba) - ucunda ağızlıq olan nəfəsli mis musiqi aləti.
Zəng (musiqi aləti)
Zəng kökü tarixdən əvvəlki dövrlərə gedən bir alətdir. Zil çalınmağa başladıqda, onu toxmağla vuraraq ondan bir səs çıxarılır. Normal harmoniklər verdiyi əsas nota əlavə olunur (yuxarı səkkizli, beşlik, alt üçlü, alt səkkizli). Bu harmoniklərin dəqiqliyi zəngin konturundan (xarici və daxili dairədən) asılıdır. Zilin tənzimlənməsi üstündəki ərintinin ölçüsünün azaldılması ilə əldə edilir. Ərintinin haradan endiriləcəyi müəyyən edilir. Bunlar hər harmonikin ortaya çıxdığı yerlərdir. Zəngin ərintisi 78% mis və 22% qalaydan ibarətdir. Günümüzdə elektrik mühərriki zəng çalmaq üçün istifadə olunur. Mühərrik makaranı idarə edir.
Ərğan (musiqi aləti)
Ərğan (musiqi aləti)- Hər hansı alətin yaranma tarixi nə qədər qədim olursa, o alət haqqında bir sıra ziddiyyətli fikirlər yaranır. Ərğan da belə alətlərimizdəndir. Təəssüf ki, bir sıra çalğı alətləri kimi ərğan da tarixin keşməkeşli yollarında itib-batmış, sıradan çıxaraq unudulmuşdur. Bəzən yanlış olaraq ərğan – ərğənun və hətta qanun alətləri ilə eyniləşdirilir. Halbuki ərğan düyməli (klavişli), körüklü nəfəs aləti, ərğənun telli, rudabənzər alət olmuş, qanun isə dövrümüzə gəlib çatan, diz üstündə qoyularaq, hər iki əlin şəhadət barmaqlarına taxılmış oymağabənzər mizrabla çalınan telli alətdir. Ərğan (mənbədə ərğənun yazılıb) alətini miladdan 300 il əvvəl Misirin İsgəndəriyyə şəhərində yaşamış yunan mexaniki Ktezibey icad edib . Tezliklə ərğan bir sıra Şərq ölkələrinə yayılıb, o cümlədən Azərbaycana da gətirilib. Qətran Təbrizinin XI əsrdə yaşadığını nəzərə alsaq, Azərbaycanda ərğandan ən azı bu dövrdən istifadə edildiyi məlum olur. Alət 2 cərgə bürünc (Ə.Marağalıya görə qalay) borulardan hazırlanırdı. Bəm səslənən borular uzun olub, zil səslənən qısa borulardan yuxarıda yerləşdirilirdi.
Viola (musiqi aləti)
Viola (başqa adı Alt) — skripka ailəsindən olan kamanla çalınan simli alət. Qalın səslənən oğlan və ya qız səsləri "alt" adlanır. Ən qalın qadın səsi olan kontralto əvvəllər "alt" adlanırdı. Sonralar isə bu adı simli alətlər qrupundan olan alət - alt (və ya "viola" deyilir) daşımağa başladı. Bəlkə də bu aləti ona görə belə adlandırmışlar ki, onun çox yumşaq, ifadəli insan səsinə çox yaxın olan tembri (səs çaları) var. Skripkadan böyük olduğu üçün daha alçaq registrdə səslənir. Simlərin düzülüşü: IV–c, III–g, II–d№, I–a№; skripkanın düzülüşündən 1 kvinta aşağı; kiçik oktavanın do səsindən üçüncü oktavanın mi səsinə qədər diapazonda daha çox istifadə olunur; notlar alt və skripka açarlarında yazılır. Violada alma üsulları və ştrixləri skripkada olduğu kimi eynidir, lakin səsi daha az parlaqdır; solo alət kimi az rast gəlinir. Viola qruppasından simli və simfonik orkestrlərdə istifadə olunur. Simli kvartetin vacib üzvüdür, kamera ansambllarında da istifadə olunur.
Bayan (musiqi aləti)
Bayan (qədim rus salnaməçisinin adından götürülmüşdür) - qarmona bənzər pnevmatik, dilli musiqi aləti. Sağ klaviaturası düyməlidir, 3-5 cərgəli, 4-5 oktava həcmində tam xromatik səsdüzümündən ibarətdir, sol klaviaturası standart ("italyan) sistemi üzrə, yəni müşayiət üçün hazır akkordlar dəsti ilə qurulur. 1891-ci ildə bavariyalı usta Q.Mirvald tərəfindən düzəldilmişdir. Sağ klaviaturalı sistem Avstriya və başqa ölkələrdə "Vyana qarmonu" adı ilə geniş yayılmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı,2011, səh.302.
Pip (python paket idarə etmə aləti)
Pip - python paketlərini idarə etmə sistemidir. Pip vasitəsilə python proqram təminatı paketlərini yükləmək və idarə etmək mümkündür. Bir çox paketləri Python Package Index (PyPI) tapmaq mümkündür. Python 2.7.9 və sonrakı versiyaları (python2 seriyasında), və Python 3.4 və sonrakı versiyaları yüklədikdə pip (pip3 Python 3 üçün) üzərində avtomatik gəlir. pip sözünün açıqlaması "Pip Installs Packages" (python paketləri yükləyir) və ya "Pip Installs Python" (pip pythonu yükləyir) deməkdir.
Nisbət və tənasüb
A ədədinin B ədədinə bölünməsindən alınan qismətə A ədədinin B ədədinə nisbəti deyilir. Yəni, nisbət, B ədədinin A ədədinin daxilində neçə dəfə yerləşdiyini əks elətdirir(A:B). Məsələn, əgər bir səbətdə 8 ədəd naringi, digər səbətdə 6 ədəd limon varsa, onda, naringilərin sayının limonların sayına nisbətini 8:6 ( 4:3 nisbətinə ekvivalentdir) şəklində göstərəcəyik. Bu nümunədə həmçinin, limonların sayının naringilərin sayına nisbətini 6:8 ( və ya 3:4) şəklində, naringilərin sayının bütün meyvələrin sayına nisbətini isə 8:14 (və ya 4:7) şəklində yazmaq olar. Nisbəti təşkil edən ədədlər istənilən oxşar kəmiyyətlər ola bilər, məsələn , obyektlərin nisbəti, insanların nisbəti, düzbucaqlının eni ilə uzunluğunun nisbəti və s. A ədədinin B ədədinə nisbətini kəsr kimi A B {\displaystyle {A \over B}} şəklində yazmaq olar. Bu kəsri istər adi, istərsə də onluq kəsr şəklində göstərmək mümkündür. İki nisbətin bərabərliyinə Tənasüb deyilir. A ədədinin B ədədinə nisbəti (A:B) , C ədədinin D ədədinə nisbətinə (C:D) bərabərdirsə, bu tənasübü aşağıdakı kimi quracağıq: A:B=C:D A,B,C və D bu tənasübün hədləri adlanır. A və D tənasübün kənar hədləri, B və C isə orta hədləri adlanır.
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (kitab)
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Bərzəx aləmi
Bərzəx aləmi (ərəb. برزخ,‎) - İslam inancına görə insanların öldükdən sonra qaldığı müvəqqəti yer. İslama görə insanlar öldükdən sonra bir başa cənnət və ya cəhənnəmə yox, Bərzəx aləminə gedirlər. Qiyamət günündən sonra insanların əməllərinə görə hara getdiyi müəyyənləşir. Bərzəx sözünün əsl mənası iki şey arasında yerləşən deməkdir. Elə ona görə də o aləm ki, dünya və axirət aləmi arasında yerləşir - Bərzəx adlanır. Bəzən bu aləmi qəbir aləmi, bəzən də ruh aləmi kimi adlandırırlar.
Sianobiontlar aləmi
Sianobiontlar aləmi və Cyanobionta — bu qrupa aid olan orqanizmlər əvvəllər "göy-yaşıl yosunlar" adlanırdı. Ancaq canlı orqanizmlərin ümumi iyerarxiyasında sianobiontlar (hüceyrənin nüvəsi yoxdur, buna görə də onlar prokariotlara — nüvəsizlərə daxil edilir) yosunlara nisbətən aşağı və mikroblara nisbətən (daha mürəkkəb struktur və fotosintez zamanı molekulyar oksigeni ayırma qabiliyyəti və rəngi şərtləndirən piqmentlərin olması) yüksək pillədə durur. Bu orqanizmlərin xüsusiləşmiş nüvəsi olmayan nisbətən sabit hüceyrə forması olur. Sianobiontlar aləmi arasında həm tək, həm də kolonial formalar rast gəlirlər. Sonuncular adətən ümumi selikli qişa ilə örtülmüş olur. Selikdə, habelə orqanizmin özündə və ya onun səthində karbonatların toplanması baş verə bilər ki, bu da qalın əhəndaşı qatlarının (stromatolitlər və b.) əmələ gəlməsinə səbəb olur. Bir neçə piqmentin (xlorofil, fikosian, fikoeritrin və karotin) olması göy-yaşıl və ya çəhrayı, sarı və ya tamamilə qara rəngi müəyyən edir. Sianobiontlar aləmi Yer tarixində sərbəst oksigen ayıran ilk orqanizmlərdir. Hazırda sianobiontlar aləmi şirinsulu və dəniz hövzələrində məskunlaşır, duzluluğun kəskin dəyişməsinə dözə bilirlər; çoxları quruda (torpağın içində və səthində, daşların üzərində, takırlarda, səhralarda və b.) yaşamağa uyğunlaşmışdır. Dənizlərdə, fotosintezlə əlaqədar olaraq, sianobiontlar aləmi əsasən dayazsulu sahələrdə yayılmışdır.
Əzmizadə Haləti
Əzmizadə Haləti — XVII əsrin Osmanlı dönəmində yaşamış alim və şairidir. Pir Mehmet Əzmi Əfəndinin oğlu olduğu üçün Əzmizadə soyadı ilə tanınmışdır. 1570-ci ildə İstanbulda anadan olmuşdur. Əsl adı Mustafa olan Haləti yüksək mədrəsə təhsili görərək yetişmişdir. Xoca Sadəddindən icazət (diplom) almışdır. İyirmi yaşında ikən, qırx sikkə maaşla Xacə Xatun Mədrəsəsinə müəllim olaraq təyin edilmişdir. Bir çox mədrəsədə və Səhn-i Süleymaniyyədə müəllimlik etdikdən sonra 1602-ci ildə Şama, iki il sonra isə Qahirə qaziliyinə (hakimliyinə) təyin edilmişdir. Misir Əmir-ül-Ümərası, Hacı İbrahim Paşa əsgərlərin üsyanı nəticəsində şəhid olduqdan sonra onun yerinə keçmişdir. Lakin asayişi təmin edə bilmədiyi üçün xaric edilmişdir. İki il müddətindən sonra Hələti 1606-cı ildə Bursa qaziliyinə təyin edilmişdir.
Avstraliya aləmi
Avstraliya aləmi — biocoğrafiyada floristik rayonlaşdırma vahidi. Avstraliya qitəsini və ona yaxın adaları əhatə edir. Avstraliya aləminə üç region daxildir: Şimal-Şərqi Avstraliya, Cənub-Qərbi Avstraliya, Mərkəzi Avstraliya (Eremey).
Ruhlar aləmi
Ruhlar aləmi (fars. ملکوت‎) — Məhəmmədrza Əhəncin rejissoru olduğu, 2010-cu ilin Ramazan ayı ərzində İRİB TV2 televiziya kanalında yayımlanmış İran teleserialı. Serial Hacı Fəttah Sultani adlı bir şəxsin həyat hekayəsindən bəhs edir. Bu serial İran istehsalıdır və əsasən paranormal hadisələr, ruhlarla ünsiyyət və metafizik hadisələrə fokuslanır. Serial müxtəlif fərqli hekayələr vasitəsilə tamaşaçıya ruhlar və onların dünyası ilə bağlı təsvirlər təqdim edir. İran mədəniyyətində ruhlar və onların dünyası ilə bağlı inanclar və folklor bu serialda öz əksini tapmışdır. Hacı Fəttah Soltani (Məhəmmədrza Şərifniya) bir qəzadan sonra beyin ölümü keçirir və yeraltı dünyasına gedir. Hacı Fəttahın kürəkəni Sərməst (Rza Ruyigiri) onun sərvətini ələ keçirməyə çalışır… Məhəmmədrza Şərifniya: Hacı Fəttah Sultani — baş rol Pərvanə Məsumi: Afaq — Hacı Fəttah Sultaninin həyat yoldaşı Rza Ruyigiri: Mənuçöhr Sərməst — Hacı Fəttahın kürəkəni Kuruş Təhami: Mələk Fəribə Mütəxəssis: Hacı Fəttahın qızı Sima İrəc Nəzəri: Xosrov — Hacı Fəttahın oğlu Tərlan Pərvanə: Ulduz — Mənuçöhr və Simanın qızı Nima Şahruxşahi: Saman — Mənuçöhr və Simanın oğlu Əhməd Nəcəfi: Kamyab — Hacı Fəttahın vəkili Gül Rəzəvi: Xosrov və Mehtacın qızı Mehtab Məhşid Əfşarzadə: Xosrovun arvadı Mehtac Əli Dehkürdi: Şərifənin oğlu Söhrab Kamand Əmir Süleymani: Rəna — Söhrabın arvadı Ahu Xordməndi: Şərifə (ortayaşlı halı) Nilufər Şəhidi: Şərifə (gənc) Fəxrəddin Siddiq Şərif: Hacı Rəsul Qulamrza Əli Əkbəri: Sadiq — Afaqın qardaşı Və b.
Təkamül
Təkamül — bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik. Antropologiya elmi istiqamətində zaman baxımından ilkin yaranan nəzəri görüşlər özündə tərəqqi ideyalarını ehtiva edən təkamülçülük görüşləri ilə bağlıdır. Ümumiyyətlə, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində istər təbiət elmləri, istərsə də ictimai elmlər sahəsində əldə olunan biliklər təkamülçülük ideyalarının formalaşmasına səbəb olmuşdur. Təbiət elmlərində əsas iki amil bu ideyaların inkişafına rəvac vermişdir: XVIII əsrin sonu — XIX əsrin əvvəllərində günəş sistemi və Yer kürəsinin yaranması haqqında Kant və P. Laplas nəzəriyyəsi; XVIII əsrin əvvəllərində Çarlz Layel tərəfindən geoloji dövrlərin müəyyənləşdirilib əsaslandırılması, Yer kürəsi qabığının müəyyənləşdirilməsi. XIX əsrin əvvəllərində biologiyada canlı aləmin dəyişkənliyi haqqında Jan-Batist Lamarkın ideyaları da dünyagörüşünün müəyyən qədər dəyişməsində rol oynamış, o, ətraf mühitin dəyişməsinin canlı aləmin dəyişməsinə səbəb olduğunu əsaslandırmışdır. XIX əsrin II yarısı — XX əsrin əvvəllərində antropologiya elminin müəyyən sturukturları formalaşmağa başlayır və antropoloji fikir öz inkişafını davam etdirir. Faktiki olaraq XIX əsrin ortalarında antropologiyanın formalaşması təkamül təliminin yaranması ilə eyni vaxta düşür. Məhz sosial-mədəni antropologiya tarixində ilk nəzəriyyə təkamül təlimidir. Təkamülçülük ilk əvvəl biologiyada formalaşmışdır. Bu təlimin ilkin versiyası hələ XIX əsrin əvvəllərində Lamark və Erazm Darvin tərəfindən irəli sürülmüşdür.
Bel (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Deşər (alət)
Mexaniki çəkic yaxud deşər — bərk , məsələn dağ çöküntü süxurları, asfalt, beton konstruksiyaların dəlinməsi, kəsilməsi yaxud eşilməsi üçün nəzərdə tutulmuş zərbə hərəkətli əl aləti. Hər hansı təhriklə (məsələn pnevmatika ilə) hərəkətə gətirilən metal süngü və ya tir. Təhrik hissəsinin zərbə hissəsinə ötürdüyü impuls nəticəsində, dəmir süngü emal olunan metariala dəlməklə və ya kəsməklə təsir edir.
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün istifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Vəlvələ (alət)
Vəlvələ — kətan lifini əyirməyin bir səmərəli əmək aləti; pərsəngli əyircək. Əsasən Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində geniş istifadə olunmuşdur. Şahdağ xalqları keçmişdə vəlvələdən təkcə kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip əyirərmişlər. Vəlvələ bir qarış uzunluğunda ağac hərləncəkdən, onun ortasına keçirilmiş ox rolunu oynayan dəstəkdən, hərləncəyin hər iki ucunda açılmış gəzlərə siyirtmə bağlanan 25-30 sm uzunluğunda əyircək ipindən ibarət olurdu. Hərləncəyin sürətlə fırlanmasını təmin etmək üçün onun bir başına pərsəng daşı bağlanırdı. Çox vaxt uzunsov və hamar çaydaşından ibarət olan pərsəng hərləncəkdən 6-7 sm-ə qədər ondan aralı qalırdı.
Zindan (alət)
Zindan və ya qədim qıpçaq türkcəsində Örs — əl ilə sərbəst döymədə pəstah üçün dayaq kimi işlədilən stasionar dəmirçi aləti. Zindanın işlək səthi pardaqlanmış ağır polad tökmə hissədən ibarətdir. Tökmə adətən kötük oturacağa bərkidilir. Cihazqayırmada və saat istehsalında masaya bərkidilmiş kiçik zindanlardan istifadə edilir.
Sümük alət
Sümük alət — sümükdən yaradılmış alətdir. Sümük aləti demək olar ki, hər bir sümükdən və müxtəlif üsullarla yaratmaq mümkündür. Sümük alətlər qrupuna heyvanların sümükləri, buynuzları və diş kimi sərt hissələrindən istifadə olunaraq hazırlanan alətləri qeyd etmək olar. Bu alətlər əsasən qoyun, keçi, iribuynuzlu mal-qara və s. heyvanların sümüklərindən hazırlanmışdır. Sümük alətlər Homo sapiensin yaranmasından sənədləşdirilmişdir və həmçinin Homo neandertalların kontekstlərindən və ya daha əvvəllər məlumdur. Sümük, digər materiallarla yanaşı, demək olar ki, bütün ovçu-yığıcı cəmiyyətlər tərəfindən alətlər hazırlamaq üçün istifadə edilmişdir. Skeletin hər hansı bir hissəsi potensial olaraq istifadə edilə bilər; bununla belə, buynuzlar və uzun sümüklər ən yaxşı iş materialını təmin edir. Uzun sümük parçaları aşındırıcı daşa sürtülərək ox və nizə ucları, iynələr, çəngəllər və balıq qarmaqları kimi əşyalara çevrilə bilər. Sümük alətlər əsasən sümük qırıqlarından hazırlanır və ya faydalı formada kəsilirdi.
Bioloji təkamül
Təkamül — bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik. == Təkamül nəzəriyyəsi == Antropologiya elmi istiqamətində zaman baxımından ilkin yaranan nəzəri görüşlər özündə tərəqqi ideyalarını ehtiva edən təkamülçülük görüşləri ilə bağlıdır. Ümumiyyətlə, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində istər təbiət elmləri, istərsə də ictimai elmlər sahəsində əldə olunan biliklər təkamülçülük ideyalarının formalaşmasına səbəb olmuşdur. Təbiət elmlərində əsas iki amil bu ideyaların inkişafına rəvac vermişdir: XVIII əsrin sonu — XIX əsrin əvvəllərində günəş sistemi və Yer kürəsinin yaranması haqqında Kant və P. Laplas nəzəriyyəsi; XVIII əsrin əvvəllərində Çarlz Layel tərəfindən geoloji dövrlərin müəyyənləşdirilib əsaslandırılması, Yer kürəsi qabığının müəyyənləşdirilməsi. XIX əsrin əvvəllərində biologiyada canlı aləmin dəyişkənliyi haqqında Jan-Batist Lamarkın ideyaları da dünyagörüşünün müəyyən qədər dəyişməsində rol oynamış, o, ətraf mühitin dəyişməsinin canlı aləmin dəyişməsinə səbəb olduğunu əsaslandırmışdır. XIX əsrin II yarısı — XX əsrin əvvəllərində antropologiya elminin müəyyən sturukturları formalaşmağa başlayır və antropoloji fikir öz inkişafını davam etdirir. Faktiki olaraq XIX əsrin ortalarında antropologiyanın formalaşması təkamül təliminin yaranması ilə eyni vaxta düşür. Məhz sosial-mədəni antropologiya tarixində ilk nəzəriyyə təkamül təlimidir. Təkamülçülük ilk əvvəl biologiyada formalaşmışdır. Bu təlimin ilkin versiyası hələ XIX əsrin əvvəllərində Lamark və Erazm Darvin tərəfindən irəli sürülmüşdür.
Kimyəvi təkamül
Qeyri canlı materialların təşəkkülü nəticəsi kimi sadə canlı sistemin yaranması haqqındakı təsəvvürlər ancaq son zamanlar zənginləşdi. Bu təsəvvür yolunda əhəmiyyətli şaxə 1953-cü ildə ilk dəfə əsas bioloji molekulların ən sadə kimyəvi reaksiyalar nəticəsində yaranması mümkünlüyünü göstərən Miller-Yuri təcrübəsində təqdim olundu. Bu vaxtdan başlayaraq alimlər kimyəvi təkamülün çoxlu digər yollarını təklif etdilər. Bu ideyalardan bir neçəsini göstərmək olar, lakin yadda saxlamaq lazımdır ki, bunların hansının düz olması haqqında vahid bir fikir yoxdur. Biz ancaq bunu dəqiq bilirik ki,bu proseslərdən biri, yaxud hec kimin ağlına gəlməyən digəri planetdə ilk hüceyrənin yaranmasına gətirdi. (Pansermiya – həyatın digər yerdə yaranması təsəvvürü düz olmadığı halda turşular və əsaslar başlığında müzakirəyə baxmaq olar) İlk sıyıq — Miller-Yuri təcrübələrində göstərilənlərə bənzər proseslər nəticəsində atmosferdə molekullar yarandı ki, onlar da sonra yağışla okeana düşdü). Burada (yaxud, ola bilər qabarma nəticəndə yaranan su hövzəsi) isə hələ bizə məlum olmayan proseslər molekulların təşəkkülü nəticəsində ilk hüceyrənin yaranmasına gətirdi. İlk neft ləkəsi — Miller-Yuri prosesləri lipidləri — balaca kürəciklər təşkil edən molekulları spontan olaraq yaradır (biz cox zaman şorbanın səthində damcıyabənzər formalar görürük). Hər bir kürəcikdə təsadüfi sayda molekullar toplaşır. Okean səthində milyonlarla qovuqcuqlardan biri enerji və material baxımdan düzgün molekul yığımı təşkil edə bilər ki, o da iki yerə bölünə bilər.
Teist təkamül
Teist təkamül (Tanrıya bənzər təkamül, təkamül kreativizmi), klassik dini təlimlərdəki Tanrı və yaradılışı müasir elmi anlayışdakı bioloji təkamül nəzəriyyəsinə uyğun edən bir görüşdür. Teist təkamül elmi bir nəzəriyyə deyil, təkamül elmini və bəzi dini izahları əlaqələndirən bir görüşdür. Bu şəkildə teistik təkamül nəzəriyyəsinə baxanlar dinlə elm arasındakı qarşıdurmanı rədd edir və yaradılışın təkamül izahının dini baxımdan problemli olmadığını düşünürlər.
Təkamül alqoritmləri
Təkamül alqoritmləri — təbii seçmə proseslərindən istifadə edən və modelləşdirən süni intellektdə bir istiqamət (təkamül modelləşdirmə bölməsi). genetik alqoritmlər — istədiyiniz parametrləri təsadüfi seçmək, birləşdirmək və dəyişməklə optimallaşdırma və modelləşdirmə problemlərini həll etmək üçün istifadə olunan heuristik bir axtarış alqoritmi; genetik proqramlaşdırma — genetik alqoritmlərdən istifadə edərək proqramların avtomatik yaradılması və ya dəyişdirilməsi; təkamül proqramı — genetik proqramlaşdırmaya bənzəyir, lakin proqramın quruluşu daimidir, yalnız ədədi dəyərlər dəyişir; gen ifadə proqramlaşdırma təkamül strategiyaları — genetik alqoritmlərə bənzəyir, ancaq müsbət mutasiyalar sonrakı nəslə ötürülür; diferensial təkamül neyroevolyasiya — genetik proqramlaşdırmaya bənzər, lakin genomlar çəkilərin təkamülünün müəyyən bir şəbəkə topologiyası ilə baş verdiyi və ya çəkilərin təkamülünə əlavə olaraq topologiyanın da təkamül etdiyi süni neyron şəbəkələrdir; təsnifat sistemləri; Hamısı bioloji təkamül nəzəriyyəsindəki əsas prinsipləri — seleksiya, mutasiya və çoxalma proseslərini modelləşdirirlər. Agentlərin davranışı ətraf mühit tərəfindən müəyyən edilir. Bir çox agent ümumiyyətlə populyasiya adlanır. Belə bir populyasiya ətraf mühitin müəyyən etdiyi obyektiv funksiyaya uyğun olaraq seçim qaydalarına uyğun olaraq inkişaf edir. Beləliklə, əhalinin hər bir agentinə (fərdi) ətraf mühitdə uyğunluğu dəyəri verilir. Yalnız ən uyğun növ cinsidir. Rekombinasiya və mutasiya agentlərin ətraf mühitə uyğunlaşmasına və uyğunlaşmasına imkan verir. Bu cür alqoritmlər uyğunlaşdırıcı axtarış motorlarına aiddir. Təkamül alqoritmləri funksional optimallaşdırma kimi tapşırıqlarda uğurla istifadə edilmişdir və asanlıqla riyazi dildə təsvir edilə bilər.
Təkamül biologiyası
Təkamül biologiyası Yer kürəsindəki canlı həyatın müxtəlifliyini yaradan təkamül proseslərini (təbii seçmə, ortaq əcdad, növəmələgəlmə) öyrənən biologiyanın sahəsidir. 1930-cu illərdə, təkamül biologiyası dərsi Yulyan Huksley-in müasir təkamül sintezi adlandırdığı üsulla ortaya çıxdı. Mövcud araşdırmalar molekulyar təkamül, cinsi seçmə, genetik dreyf və biocoğrafiya kimi təkamülə kömək edən fərqli qüvvələri əhatə etmək üçün genişlənmişdir. Bundan əlavə, təkamüllü inkişaf biologiyasının yeni sahəsi ("evo-devo") embriogenezin, embrionun inkişafının necə idarə olunduğunu araşdırır və beləliklə, inkişaf biologiyasını daha erkən təkamül sintezinin əhatə etdiyi tədqiqat sahələri ilə birləşdirən daha geniş bir sintez ortaya çıxarır. Təkamül biologiyasını tədqiq edən insana təkamülçü bioloq deyilir.[mənbə göstərin] Filosof Kim Sterelninin fikrinə görə, inkişaf edən təkamül biologiyası 1858-ci ildən bəri elmdə ən böyük intellektual uğurlardan biri olmuşdur. Təkamül biologiyası həm geniş sahə tədqiqatlarından, həm də laboratoriya yönümlü fənlərdən alimlərin iştirak etdiyi fənlərarası sahədir. Məsələn, ümumiyyətlə mammalogiya, ornitologiya və ya herpetologiya kimi müəyyən növlər üzrə ixtisaslaşmış, eyni zamanda təkamüllə əlaqəli ümumi suallara cavab tapmaq üçün bu canlılardan hal təhlili və ya nümunə araşdırmaları üçün istifadə edən alimlər daxildir. Təkamül biologiyasına, populyasiya genetikası və təkamül psixologiyası kimi sahələrdən olan nəzəriyyəçilər də daxildir. Məsələn, təkamül sürəti və təkamül modelləri ilə bağlı suallara cavab vermək üçün tez-tez fosillərdən istifadə edən paleontoloqlar və geoloqlar. İnkişaf biologiyası əvvəlcə müasir təkamül sintezindən ayrı olsa da, sonralar, 1990-cı illərdə təkamül inkişaf biologiyası tədqiqatları nəticəsində yenidən təkamül biologiyasına daxil edildi.
Təkamül iqtisadiyyatı
Təkamül iqtisadiyyatı — həm əsas iqtisadi, həm də təkamül biologiyasından ilham alan qeyri-adi iqtisadi düşüncə məktəbinin bir hissəsidir. Əsas iqtisadiyyat kimi, kompleks qarşılıqlı asılılıqları, rəqabəti, böyüməni, struktur dəyişikliyini və maliyyə məhdudiyyətlərini vurğulayır, lakin bu hadisələrin təhlili üçün istifadə olunan yanaşmalarda fərqlənir. Təkamül iqtisadiyyatı, iqtisadiyyatı firmalar, təşkilatlar, sənaye sahələri, məşğulluq, istehsal, ticarət və böyümə üçün dəyişən proseslərin, təcrübə və qarşılıqlı təsirlərdən müxtəlif agentlərin hərəkətləri yolu ilə təkamül metodologiyasından istifadə edərək öyrənir. Təkamül iqtisadiyyatı, texnoloji və institusional yeniliklərin rəqabət edən alternativlərə nisbətən çəkilən xərclər üçün daha çox yaşamaq dəyərini kəşf edən və toplayan müxtəlif fikirləri yaradaraq sınaqdan keçirərək təhlil edir. Mövcud dəlillər, xərc səmərəliliyinin uyğunlaşma səmərəliliyi ilə idarə oluna biləcəyini göstərir. Əsas iqtisadi düşüncə, çatışmazlıq və rasional agentlərin postulatlarından (yəni fərdi rifahlarını maksimum dərəcədə artırmaq üçün modelləşdirilmiş agentlərdən) başlayır, hər hansı bir agent üçün "rasyonel seçim" riyazi optimallaşdırmada sadə bir məşqdir. Yeni ortaya çıxan mürəkkəblik iqtisadiyyatı sahəsində, iqtisadi sistemlərə təkamül sistemi kimi baxma marağı yenidən artdı. Təkamül iqtisadiyyatı nə seçim obyektlərinin, nə də qərar verənlərin xüsusiyyətlərini sabit olaraq qəbul etmir. Daha doğrusu, onun diqqəti iqtisadiyyatı daxildən dəyişdirən qeyri-tarazlıq proseslərinə və nəticələrinə yönəlmişdir. Bu proseslər, öz növbəsində, təcrübələrdən və qarşılıqlı əlaqələrdən öyrənə bilən və fərqliliyi dəyişməyə kömək edən məhdud rasionallığı olan müxtəlif agentlərin hərəkətlərindən irəli gəlir.
Təkamül modelləşdirmə
Təkamül modelləşdirmə (ing. Evolutionary computation) — ağıllı sistemlər qurmaq üçün Darvin nəzəriyyəsinin xüsusiyyətlərindən istifadə edir (qrup uçotu metodları, genetik alqoritmlər). Süni intellektin daha geniş bir sahəsinin — hesablama zəkasının bir hissəsidir. Təkamül modelləşdirmə artıq ayırd oluna bilən yaxşı bir sahədir: molekulyar genetik məlumat sistemlərinin modelləri; təkamülün ümumi qanunlarının modelləşdirilməsi (Təkamül alqoritmləri). Bunlar yalnız təkamül prinsiplərindən istifadə edən sistemlərdir. Onlar funksional optimallaşdırma kimi tapşırıqlar üçün uğurla istifadə edilmişdir və asanlıqla riyazi dildə təsvir edilə bilər. Bunlara təkamül proqramı, genetik alqoritmlər, təkamül strategiyaları, genetik proqramlaşdırma kimi təkamül alqoritmləri daxildir; təkamül modelləri. Bunlar bioloji cəhətdən təkamül alqoritmlərindən daha realdır, lakin tətbiq olunan mənada faydalı olduğunu sübut etməmiş sistemlərdir. Bioloji sistemlərə daha çox bənzəyirlər və texniki problemlərin həllinə az diqqət yetirirlər. Onların mürəkkəb və maraqlı davranışları var və görünür, tezliklə praktik tətbiq olunacaq.
Təkamül nəzəriyyəsi
Təkamül — bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik. Antropologiya elmi istiqamətində zaman baxımından ilkin yaranan nəzəri görüşlər özündə tərəqqi ideyalarını ehtiva edən təkamülçülük görüşləri ilə bağlıdır. Ümumiyyətlə, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində istər təbiət elmləri, istərsə də ictimai elmlər sahəsində əldə olunan biliklər təkamülçülük ideyalarının formalaşmasına səbəb olmuşdur. Təbiət elmlərində əsas iki amil bu ideyaların inkişafına rəvac vermişdir: XVIII əsrin sonu — XIX əsrin əvvəllərində günəş sistemi və Yer kürəsinin yaranması haqqında Kant və P. Laplas nəzəriyyəsi; XVIII əsrin əvvəllərində Çarlz Layel tərəfindən geoloji dövrlərin müəyyənləşdirilib əsaslandırılması, Yer kürəsi qabığının müəyyənləşdirilməsi. XIX əsrin əvvəllərində biologiyada canlı aləmin dəyişkənliyi haqqında Jan-Batist Lamarkın ideyaları da dünyagörüşünün müəyyən qədər dəyişməsində rol oynamış, o, ətraf mühitin dəyişməsinin canlı aləmin dəyişməsinə səbəb olduğunu əsaslandırmışdır. XIX əsrin II yarısı — XX əsrin əvvəllərində antropologiya elminin müəyyən sturukturları formalaşmağa başlayır və antropoloji fikir öz inkişafını davam etdirir. Faktiki olaraq XIX əsrin ortalarında antropologiyanın formalaşması təkamül təliminin yaranması ilə eyni vaxta düşür. Məhz sosial-mədəni antropologiya tarixində ilk nəzəriyyə təkamül təlimidir. Təkamülçülük ilk əvvəl biologiyada formalaşmışdır. Bu təlimin ilkin versiyası hələ XIX əsrin əvvəllərində Lamark və Erazm Darvin tərəfindən irəli sürülmüşdür.
Təkamül qülləsi
Təkamül qülləsi (ing. Evolution Tower) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən 255 metr hündürlüyündə, 55 mərtəbəli tikili. 2019-cu ilin siyahıya alınmasına görə Rusiya göydələnləri sırasında 10-cu yeri tutur. Kompleksin ümumi sahəsi 154 min m²-dir. Ofislərə 94 min m² sahə ayrılmış, onlardan 79 min m² hissəsi icarəyə, 14,7 min m² hissəsi isə ticarət payına düşür. Əvəllcə Aleksandr Çiqirinskinin "Sneqiri" və Yelana Batruvanın "İnteko" layihələrinə görə paytaxtda ən böyük Şadlıq sarayı tikilməsi planlaşdırılırdı, lakin 2008-ci ildə baş verən böhran layihəi dayandırdı. 2010-cu ildə "İnteko" öz payını Viktor Raşnikov və onun tərəfdaşı Naderə satdı. Və bundan sonra Şadlıq sarayı ideyası nəzərən iş komponenti üstün tutularaq ofis qülləsinin layihəsi hazırlandı. 2011-ci ildə göydələnin tikintisi başlanılır və 2014-cü ildin dördüncü rübündə qüllə tam istifadəyə verilir.
Təkamül təlimi
Təkamül — bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik. Antropologiya elmi istiqamətində zaman baxımından ilkin yaranan nəzəri görüşlər özündə tərəqqi ideyalarını ehtiva edən təkamülçülük görüşləri ilə bağlıdır. Ümumiyyətlə, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində istər təbiət elmləri, istərsə də ictimai elmlər sahəsində əldə olunan biliklər təkamülçülük ideyalarının formalaşmasına səbəb olmuşdur. Təbiət elmlərində əsas iki amil bu ideyaların inkişafına rəvac vermişdir: XVIII əsrin sonu — XIX əsrin əvvəllərində günəş sistemi və Yer kürəsinin yaranması haqqında Kant və P. Laplas nəzəriyyəsi; XVIII əsrin əvvəllərində Çarlz Layel tərəfindən geoloji dövrlərin müəyyənləşdirilib əsaslandırılması, Yer kürəsi qabığının müəyyənləşdirilməsi. XIX əsrin əvvəllərində biologiyada canlı aləmin dəyişkənliyi haqqında Jan-Batist Lamarkın ideyaları da dünyagörüşünün müəyyən qədər dəyişməsində rol oynamış, o, ətraf mühitin dəyişməsinin canlı aləmin dəyişməsinə səbəb olduğunu əsaslandırmışdır. XIX əsrin II yarısı — XX əsrin əvvəllərində antropologiya elminin müəyyən sturukturları formalaşmağa başlayır və antropoloji fikir öz inkişafını davam etdirir. Faktiki olaraq XIX əsrin ortalarında antropologiyanın formalaşması təkamül təliminin yaranması ilə eyni vaxta düşür. Məhz sosial-mədəni antropologiya tarixində ilk nəzəriyyə təkamül təlimidir. Təkamülçülük ilk əvvəl biologiyada formalaşmışdır. Bu təlimin ilkin versiyası hələ XIX əsrin əvvəllərində Lamark və Erazm Darvin tərəfindən irəli sürülmüşdür.
Təkamül linqvistikası
Təkamül linqvistikası — dilin bioloji və mədəni təkamülü ilə məşğul olan bir dilçilik sahəsi. Bu sahə, insanların danışıq qabiliyyətinin və dilin necə yarandığını, necə inkişaf etdiyini və zamanla necə təkamül etdiyini öyrənir. Təkamül linqvistikası həm insan beyninin, həm də cəmiyyətlərin dilin inkişafına necə təsir etdiyini tədqiq edir və dilin təkamül prosesini digər bioloji funksiyalarla müqayisə edir. == Təkamül Linqvistikasının Əsas Cəhətləri == === Dil Bacarığının Təkamülü === Təkamül linqvistikası insanların dil bacarığının necə inkişaf etdiyini araşdırır. Bu sahədə çalışan alimlər insan beyninin dil üçün xüsusi qabiliyyətlər yaratdığını və bu qabiliyyətlərin təbii seçmə yolu ilə təkamül etdiyini iddia edirlər. Beynin dilə xüsusi sahələr ayırdığı və bu sahələrin təkamül zamanı daha mürəkkəb və spesifik hala gəldiyi düşünülür. === Dil və Biologiya === Təkamül linqvistikasında dilin bioloji bir xüsusiyyət kimi necə inkişaf etdiyi mühüm bir mövzudur. Bu nəzəriyyələrə əsasən, insanlar müəyyən bir genetik təchizatla dünyaya gəlirlər və bu genetik təchizat dilin öyrənilməsi və istifadəsi üçün uyğun bir mexanizm yaradır. İnsan beyni dil öyrənmə qabiliyyətinə malikdir və bu qabiliyyət digər canlılardan fərqli olaraq spesifik təkamül prosesləri nəticəsində formalaşıb. === Dil və Genlər === Təkamül linqvistikası, xüsusilə **FOXP2 geni** kimi müəyyən genlərin dil qabiliyyəti ilə əlaqəsini araşdırır.
Naxçıvanın heyvanat aləmi
Naxçıvan faunası — Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi. Naxçıvan Muxtar Respublikasının ərazisinin kiçik olmasına baxmayaraq özünəməxsus iqlim, relyef və digər fiziki coğrafi xüsusiyyətlərə malik olması burada fauna və floranın formalaşması üçün xüsusi ekoloji şərait yaratmışdır. Onun təbii şəraiti burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin əmələ gəlməsinə imkan verir. Naxçıvan Muxtar Respublikasında yaşayan 350 növ onurğalı heyvandan yalnız 45 növü, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilərək, adları "Qırmızı kitab"a daxil edilmişdir. 18 növ nadir heyvan, quş və suda-quruda yaşayanların təsnifatı aşağıdakı kimidir; Bəbir (Qaplan) (Felis Pardus) — Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan, əsasən Culfa rayonu ərazilərində Araz boyu qayalıqlarda yaşayaraq dovşan, kəklik və dağ keçisi ilə qidalanır. Canavar (Canis lupus) — İtlər fəsiləsindən vəhşi yırtıcı heyvan əsasən Şahbuz, Culfa və Ordubad rayonlarındakı kolluqlarda yaşayır. Qonur ayı (Ursus arctos) — Yırtıcı məməli əyripəncə tüklü heyvan Şahbuz rayonundakı Biçənək meşə-kolluqlarında yaşayır. Meşə (çöl) donuzu (Sus scrofa) — Qaban fəsiləsindən cüt dırnaq məməli heyvan əsasən Şahbuz rayonundakı Biçənək kəndindəki meşə-kolluqlarda yaşayır. Vaşaq (Felis lynx) — Pişikkimilər fəsiləsindən olan məməli heyvandır. Əsasən Şərur, Şahbuz, Ordubad, Culfa rayonlarındakı düzənlik və kolluq ərazilərdə yayılmışlar.
Əsasül-iqtibas
Əsasül-iqtibas — (fars. اساس‌الاقتباس‎) Məntiq elmində "bəşərin ustadı" hesab edilən Xacə Nəsirəddin Tusinin əsəridir. Öz sahəsində nadir və misilsiz olan bu qiymətli əsər, "şeyx-ər-rəis" adlanan İbn Sinanın "Şifa" adlı məntiq kitabından sonra məntiq elmi üzrə yazılmış ən yaxşı və ən mükəmməl kitab hesab edilir. Qeyd etmək yerinə düşər ki, məntiqə həsr olunan Əsasül-iqtibas əsərində Nəsirəddin Tusi İbn Sinanın ardıcılıdır. Bu kitabın niyə məhz "Əsasül-iqtibas" adlanmasının səbəbi dəqiq məlum deyil. Ola bilsin ki, bu kitab məntiq barədə yazıldığından və bilidiyimiz kimi məntiq elmi digər elmlər üçün əsas rol oynadığından Xacə Nəsirəddin Tusi bu adı həmin kitaba münasib görmüş və kitabı belə adlandırmışdır. Bu kitabın yazılma tarixinə gəldikdə isə əlyazma nüsxələrinin çoxunun sonunda qeyd edildiyi kimi onun yazılma tarixi [hicri qəməri tarixi ilə] 642/ m.1244-cü ildir. Deməli bu kitab tarixi baxımdan "Əxlaqi-Nasiri" kitabından sonra və "Şərh əl-İşarat" kitabından isə əvvəl yazılmışdır. Bu kitabın digər kitablardan üstünlüyü kimi onun fars dilində sadə yazılmasını, çox vaxt faydası olmayan irad və etirazlardan çəkinərək oxucunu sərgərdanlıqdan xilas etməsini, məntiqin bütün mövzularını əhatə etməsini qeyd etmək olar. Tusinin yorulmaz tədqiqatçısı olan Mudərris Rəzəvi Əsasül-iqtibas əsərinin önsözündə onun 113 əsərinin adını qeyd etdikdən sonra 21 əsərin də adını qeyd edərək onların Tusiyə məxsus olub-olmaması barədə fikir ayrılıqlarının olduğunu qeyd etmişdir.
Təkamül Təlimi Muzeyi
Bakı Dövlət Universitetinin M.A.Axundov adına Təkamül Təlimi Muzeyi - Muzeyin əsası biologiya elmləri doktoru, professor, əməkdar müəllim və elm xadimi, "Genetika və təkamül təlimi" kafedrasının yaradıcısı olan Mirəli Axundov tərəfindən 1937-ci ildə qoyulmuşdur. Muzey uzun sürən geoloji tarix ərzində həyatın qeyri-üzvi aləmdən necə əmələ gəldiyini, onun sadədən mürəkkəb quruluşa doğru, birhüceyrəli orqanizmdən insana qədər dönməz inkişaf yolu keçdiyini elmi faktlar və dəlillər əsasında əks etdirir.Muzeydə mövcud olan üzvi aləmin əcdad ağacı sxemi filogenezin iki istiqamətdə — bir tərəfdən birhücüyrəlilərdən ali çiçəkli bitkilərə, digər tərəfdən isə məməlilərə qədər baş verdiyini hər tərəfli dərk etməyə imkan verir. "Təkamül təlimi" muzeyi üzvi aləmin meydana çıxması, inkişafı, onun ümumi qanunauygunluqları, istiqamətləri, hərəkətverici qüvvələri haqqında düzgün təsəvvürlərin formalaşmasına xidmət edir. Muzeydə toplanmış müxtəlif paleontoloji, müqayisəli anatomik, embrioloji, biocoğrafi və.s dəlillər təkamülün real və obyektiv, ardı kəsilməz və bu gün də davam edən tarixi proses olduğunu əyani şəkildə sübut edir və təbii seçmənin təkamülün əsas hərəkətverici qüvvəsi olduğunu nümayiş etdirir. Muzeydəki ekspozisiyalar çoxşəkilliliyi ilə fərqlənən canlıların müxtəlif mühit şəraitinə uyğunlaşmasının nəticəsi olduğunu təsdiqləyir. Muzeydə cinsiyyətli seçmənin nəticəsi olan cinsiyyət deformizmi hadisəsi tovuzquşu, tutac, ördək və s.quşların eksponatların üzərində müqayisəli şəkildə şərh edilir. Muzeydə həmçinin süni seçməni nümayiş etdirən müxtəlif ekspozisiyalar da mövcuddur.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Altı
Altı — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Beşdən sonra, yeddidən əvvəl gəlir. == Ümumi məlumat == Qədim mənbələrdə altı sayı daha çox dünyanın yaradılması ilə bağlı şəkildə özünü göstərməkdədir. "Bibliya"nın verdiyi xəbərə görə, Tanrı dünyanı altı gün içində yaratmış, sonrakı günü isə özü üçün dincəliş günü hesab etmişdir. İran məişətində də Tanrının dünyanı altı gün ərzində yaratmasına inam mövcuddur. Altaylıların bir yaradılış dastanının yaydığı xəbərə görə, Tanrı dünyanı altı günə yaratmış, yeddinci gün isə yuxudan oyanıb yaratdıqlarına tamaşa etməyə başlamışdır[55]. Altı sayı heç bir mənbədə "Kitabi-Dədə Qorqud"da olduğu qədər özünə geniş yer tapmayıbdır. Abidədə deyilir: "Bəzirganlar Bayburanın oğlu üçün bir dəniz qulunu boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar, bir dəxi altı pərli gürz aldılar". Qazan: "- Bəylər!
Təkaful
Bu məqalə ənənəvi sığorta əməliyyatlarına alternativ olaraq tətbiq olunan, İslam Şəriətinə uyğun qaydada həyata keçirilən TƏKAFUL (ərəbcə: التكافل) sığortasının mahiyyəti haqqındadır. Dünyanın sığorta sektorlarındakı inkişaf tendensiyalarını araşdırarkən, sığorta nəzarəti və biznesi ilə bağlı qəbul edilmiş yeni beynəlxalq prinsip və standartlarla tanış olarkən, ayrı-ayrı beynəlxalq konfrans və forumlarda iştirak edərkən çox tez-tez rastlaşdığımız mövzulardan biri də İslam sığortası və ya təkaful anlayışları ilə bağlıdır. Bu anlayışlar əksər hallarda sinonim kimi işlənsə də, əslində onlar arasında müəyyən fərq var ki, bu da təkafulun İslam sığorta modellərinin Şəriət alimləri tərəfindən daha geniş şəkildə qəbul edilmiş bir qrupunu əhatə etməsindədir. Təkaful əməliyyatlarının həcminin dünya maliyyə sistemində analoqu olmayan sürətlə inkişafı, habelə maliyyə böhranlarının bu sistemdən demək olar ki, təsirsiz ötüşməsi (təkcə bir faktı demək kifayətdir ki, 2007-2010-cu illər arasında təkaful əməliyyatlarının həcmindəki artım illik 28 % təşkil etmişdir ) istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı transmilli korporasiyaların son vaxtlar təkafulla bağlı nəzəri və təcrübi tədqiqatlara vaxt və pul sərf etmələrinə səbəb olmuşdur. “Təkaful” ərəb mənşəli olub, "كفل" (“kəfələ”) sözündən götürülmüşdür, təmin etmək, bir kəsə kömək etmək və ya bir kəsin qayğısına qalmaq mənalarını daşıyır. Təkaful birgə məsuliyyət, qardaşlıq, həmrəylik, qarşılıqlı əməkdaşlıq, yaxud yardımlaşma əsasında müəyyən riskə qarşı maliyyə təminatı üçün formalaşdırılan münasibətlər sistemidir. Dünyanın ən yeni, lakin ən dinamik sığorta institutu olan təkafulun tarixi dolayısı ilə 14 əsr əvvələ - ərəb tayfaları arasında geniş yayılmış və İslam Şəriətində də qəbul edilmiş “əl-əqilə” doktrinasına qədər gedib çıxır. Bu prinsip sonralar həyatın bir çox sahələrində, xüsusən də dəniz tacirlərinin zərərlərinin qrup üzvlərinin birgə vəsaitləri hesabına formalaşdırılan fonddan ödənilməsi sistemində geniş tətbiq edildi. Lakin peşəkar fəaliyyət olaraq, ilk təkaful şirkəti 1979-cu ildə Sudanda təsis edilmişdir. 2012-ci ildə isə dünyada 150-yə yaxın müstəqil təkaful şirkəti, 200-dən artıq isə sığorta şirkətlərinin “təkaful pəncərəsi” mövcud olmuşdur.
Təndul
Təndul — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 71 nəfərdir. Azərbaycan dilində tən "təndir", tül isə talış dilində "palçıq" deməkdir. Kəndin adı “palçıqdan düzəlmiş təndirləri olan kənd” mənasındadır.
Altı yüz altmış altı
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. == İnterpretasiya == Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.
Aleni Smit
Aleni Smit (5 dekabr 1982) — Samoalı cüdoçu. Aleni Smit Samoanı 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleni Smit birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində Çexiyanın nümayəndəsi Yaromir Yezek ilə üz-üzə gəldi. Həmin görüşdə Aleni Smit rəqibinə 0:100 hesabı ilə uduzdu.
Alett Siybrinq
Alett Siybrinq (20 mart 1982) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Alett Siybrinq, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Azərbaycan baleti
Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. == Tarixi == === XX əsrin erkən illəri === Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin Azərbaycanda tamaşaya qoyulması ilə bağlı olurdu. Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və rus bölmələri ilə) çevrildi. 1930-cu illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır.
Kosovo Baleti
Kosovo baleti — 1972-ci ildə yaradılıb. Yarandığı gündən truppanın iki əsas nəsli var. Onlar "Birinci Nəsil" və "İkinci Nəsil" kimi tanınırlar ki, bu da yeni nəsil kimi tanınır. Birinci Nəsil, Kosovo Baletinin məcburi dağılmasına qədər truppa ilə birlikdə çıxış edən qurucu üzvlərinə aiddir. İkinci Nəsil Yuqoslaviya müharibələrindən sonra Kosovo Baletində islahatlar aparmaq üçün Ahmet Brahimajın rəhbərliyi altında təlim keçmiş rəqqaslar qrupuna aiddir. == Birinci nəsil == Birinci nəsildən olan balet artistləri Tatyana Petkovskanın rəhbərliyi altında Skopyedəki Orta Balet Məktəbində təhsil alırdılar. Məzun olduqdan sonra bu sinifdən olan 25 rəqqas Priştinaya qayıtdı və burada Kosovo Milli Teatrında Kosovo Baletinin rəsmi ilk nəslini yaratdılar. Truppa bütün keçmiş Yuqoslaviyada, Lyublyanadakı Balet Biennalesində və Dubrovnikdəki Yay Oyunlarında çıxış edəcəkdi. Təəssüf ki, truppa 1991-ci ildə davam edən zorakılıq və Yuqoslaviya müharibələrindən etnik təmizləmə təhlükəsi səbəbindən məcburi şəkildə ləğv edildi. Birinci nəslin üzvlərinə Ahmet Brahimaj, Rustem Selca, Asma Molla, Selajdin Kice, Gani Loshi və Jonuz Beqiraj daxildir.
Təkasur Surəsi
Təkasur surəsi (ərəb. سورة التكاثر‎ — oxunuşu: ət-Təkasur — çoxluqla öyünmə). Quranın 102-ci surəsidir. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surənin 5-7-ci ayələrində yəqinin 2 mərhələsi — elmul-yəqin və eynul-yəqin barədə söhbət açılır.
Kök altı
Kökaltı — kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir və {\displaystyle {\sqrt {{~^{~}}^{~}\!\!}}} kimi işarə olunur Məsələn: 25 = 5 {\displaystyle {\sqrt {25}}=5} a ədədinin n-ci dərəcədən kökü n kimi işarə olunur. n-ci dərəcədən kökün tərifinə görə (n)n=a eyniliyi doğrudur. Tərif: Mənfi olmayan ədədin n-ci dərəcədən mənfi olmayan kökünə, bu ədədin n-ci dərəcədən hesabı kökü deyilir. Kökaltı aşağıdakı xassələrə malikdir: Hasilin kökü vuruqların kökləri hasilinə bərabərdir, a olarsa onda Qismətin kökü bölünənlə bölənin kökləri qismətinə bərabərdir, yəni a olarsa onda Kökün natural üstlü qüvvəti, kökaltı ifadənin həmin üstlü qüvvətinin kökünə bərabərdir, yəni a n, m N olarsa (n) m =n Kökün dərəcəsinin hər hansı natural ədədə vurub kökaltı ifadəni həmin dərəcədən qüvvətə yüksəltsək kökün qiyməti dəyişmir, yəni a olarsa n = nm == Xassələri (düsturla) == 0 n = 0 ; n ∈ N ≥ 2. {\displaystyle {\sqrt[{n}]{0}}=0;n\in \mathbb {N} \geq 2.} a b n = a n b n , a , b ≥ 0 ; {\displaystyle {\sqrt[{n}]{ab}}={\sqrt[{n}]{a}}{\sqrt[{n}]{b}},\qquad a,\ b\geq 0;} a n n = a , a ⩾ 0 {\displaystyle {\sqrt[{n}]{a^{n}}}=a,a\geqslant 0} ∀ a ⩾ 0 , b > 0 1 b n = 3 n b n {\displaystyle \forall a\geqslant 0,b>0\qquad {\sqrt[{n}]{\frac {1}{b}}}={\frac {\sqrt[{n}]{3}}{\sqrt[{n}]{b}}}} a m n = ( a n ) m = ( a 1 / n ) m = a m / n .