Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tərcüməşünaslıq
Tərcüməşünaslıq — dillərarası tərcümə proseslərini, onun nəzəri və praktiki aspektlərini tədqiq edən multidissiplinar bir elmi sahədir. Bu sahə, mətnlərin və ya nitqin bir dildən digərinə düzgün və adekvat şəkildə çevrilməsi prosesində qarşıya çıxan problemləri, bu problemlərin həlli yollarını, metodologiyaları və strategiyaları araşdırır. Tərcüməşünaslıq təkcə dil fərqləri üzərində deyil, həm də mədəniyyətlərarası ünsiyyətin, ideoloji və sosial faktorların tərcüməyə təsiri ilə maraqlanır. == Tarixi == Tərcüməşünaslıq tarix boyu mədəniyyətlərarası ünsiyyətin, bilik ötürülməsinin və qlobal inteqrasiyanın əsasını təşkil etmişdir. Hər dövrün ehtiyaclarına və şəraitinə uyğun olaraq tərcümə fəaliyyətinin forma və məqsədləri dəyişmiş, lakin tərcümənin dəyərləri insan sivilizasiyasının hər bir mərhələsində mühüm yer tutmuşdur. === Qədim dövr === İlk yazılı tərcümələrə eramızdan əvvəl 2000-ci illərdə rast gəlinir. Mesopotamiya və Misirdə çoxdilli mətnlər, xüsusilə rəsmi və hüquqi sənədlər, dillərarası əlaqələri təmin edirdi. Ən qədim dini tərcümə nümunələrindən biri Septuaqintadır. Tərcümənin əsas məqsədi dini biliklərin müxtəlif xalqlara çatdırılması idi. Roma və Yunan mədəniyyətləri: Yunan alimləri romalılar üçün fəlsəfi və ədəbi əsərləri tərcümə etmiş, mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə vermişlər.
2
2 il (İkinci il) — Çərşənbə axşamıdən başlayan uzun olmayan il.
2 + 2 = 5
Mövzu olunan 2 + 2 = 5 {\displaystyle 2+2=5} tənliyi əslində tam bir riyazi yalandır və heç bir məntiqi əsası yoxdur. Bu misal almaq üçün əvvəlcə iki bir birinə bərabər x = y {\displaystyle x=y} olan dəyişən x, y götürürlər. Sonra bəzi riyazi çevrilmələr edib, müxtəsər vurma düsturundan istifadə edib, tərəflərin yerini dəyişib, vurma, bölmə əməllərindən istifadə edib, sonda hər iki tərəfə 3 əlavə edib alırlar. == Alınması == Əslində 2 + 2 = 5 {\displaystyle 2+2=5\!} tənliyi ilə əvvəllər daha fərqli və qarışıq idi, bunun zamanla sadələşməsinin ən əsas şeylərdən birincisi dəyişənlərə ( x {\displaystyle x\!} və y {\displaystyle y\!} ) 0 qiyməti verildiyində tənliyin bir işə yaramaması. bir digər tərəfdən isə natural ədəd seçimi. Tənlik ən sadə formada belə başlayır: x = y ⇒ {\displaystyle x=y\Rightarrow } x 2 = x . y ⇒ {\displaystyle x^{2}=x.y\Rightarrow } x 2 − y 2 = x y − y 2 ⇒ {\displaystyle x^{2}-y^{2}=xy-y^{2}\Rightarrow } ( x + y ) ( x − y ) = y ( x − y ) ⇒ {\displaystyle (x+y)(x-y)=y(x-y)\Rightarrow } x + y = y ⋅ x − y x − y ⇒ {\displaystyle x+y=y\cdot {\frac {x-y}{x-y}}\Rightarrow } ( x + y ) = y ⇒ {\displaystyle (x+y)=y\Rightarrow } x + x = x ⇒ {\displaystyle x+x=x\Rightarrow } 2 x = x ⇒ {\displaystyle 2x=x\Rightarrow } 2 = 1 ⇒ {\displaystyle 2=1\Rightarrow } 3 + 2 = 1 + 3 ⇒ {\displaystyle 3+2=1+3\Rightarrow } 5 = 4 ⇒ {\displaystyle 5=4\Rightarrow } 5 = 2 + 2 {\displaystyle 5=2+2\!} == Yanlışlar == Əvvəla, bu tənlik vaxt keçdikcə çoxlu riyaziyyatçı tərəfindən mənası qəbul edilməmişdir və bu tənlik sözsüz doğru deyil. Bu tənlik bəzi riyazi sabitlər ilə də qurula bilər; ancaq doğruluğu isbat edilməmişdir. Tənlikdə (x-y) ifadəsi hər iki tərəfdə sadələşdirilərkən bu ifadənin sıfıra bərabər olduğu ehtimal edilir. Məsələn, 2*0=3*0 bərabərliyində bir yanlışlıq yoxdur.
Güzgülər 2
Güzgülər 2 - 2010 istehsalı amerikan qorxu filmi. 2008-ci il istehsalı olan "Güzgülər" filminin davam filmidir.
IS-2
IS-2 — başqa adı: (Object 240) == Silah seçimi == İstifadəyə namizəd olan iki top var idi: A-19 adlı 122 mm-lik top və BS-3 adlı 100 mm-lik top. BS-3 adlı topun zireh dağıtma qabilliyyəti daha artıq idi (A-19 adlı top 160 mm-lik zirehi dağıtmaq qabilliyyətinə sahib olduğu halda, BS-3 adlı top 185 mm-lik zirehi dağıtmaq qabilliyyətinə sahib idi), ancaq partlayıcı mərmiləri əlverişsiz idi. Ayrıca olaraq A-19 adlı top və onun mərmilərində bolluq mövcud olarkən, BS-3 adlı top tədarük sıxıntısı yaşanan yeni bir top idi. Daha köhnə olan 76.2 mm-lik topa qarşılıq olaraq, A-19 adlı topun, Alman Panther tanklarında istifadə edilən 75 mm-lik yüksək sürətli topa yaxın dağıtma qabilliyyəti, köhnə F-34-ün kinetik enerjisinin 3.5 qatına çatırdı. Həm BS-3 adlı topun, həm də A-19 adlı topun testlərindən sonra, xüsusilə hazırda asanlıqla tapılmasından və alman mövqelərinə hücum edən zaman böyük partlayıcı mərmilərindən dolayı A-19 adlı toplar seçildi. A-19 kovan və barıt atəşləyicisini ayrı-ayrı istifadə edirdi, bu da atəşin davamlılığının və cəbbəxana gücünün zəifləməsinə səbəb olduğundan tanklar ilə müharibələrdə çox ciddi bir dezavantaj idi. Bununla bərabər top olduqca güclü idi, hər nə qədər 122 mm-lik zireh dağıdıcı mərmisi, rəqibi alman 75 mm-lik və 88 mm-lik toplar ilə müqayisədə daha aşağı lülədən çıxış sürətinə sahib olsa da, SSRİ-nin apardığı təcrübələr nəticəsində müəyyənləşdirilmişdir ki, A-19 topları Nasist Almaniyasının Panther tanklarının ön zirehini dağıtmaq qabilliyyətinə malikdir, dolayı yol ilə də, anti-tank rolunda kifayət qədər uğurlu çıxış edə bilərdi. Alman ordusunun kəşfiyyat məlumatlarına görə 122 mm-lik A-19 topu, gələn atəşin istiqamətinə görə 30 dərəcəlik bir bucaqla duran Panther tanklarına görə daha az təsirli idi. A-19 Panther tanklarının əyilmiş zirehli təbəqəsini hər hansı bir məsafədən, ön alt təbəqəsini isə sadəcə olaraq 100 metr məsafədən dağıtmaq qabilliyyətinə sahib idi, amma anti-personal yönü ilə olduqca təsirli çıxan partlayıcı mərmi, bu topun əsil güclü tərəfi idi. Topun xüsusiyyətləri IS-2 üçün problemlər yaratmağa davam edirdi, və iki hissəli cəbbəxanasının istifadəsi çətin, doldurulması yavaş idi (atəş sıxlığı təxminən dəqiqədə 2 atəş idi).
Keşlə-2
"Şamaxı-2" — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Şamaxı" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir. == Tarixi == Komanda 2018-ci ildə yaradılmışdır[mənbə göstərin]. Hal-hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparır.
Leopard 2
Leopard 2 Almaniya istehsalı 3-cü nəsil əsas döyüş tankıdır. Leopard 2 1970-ci illərin başlanğıcında dizayn olunmağa başlanmışdır. İlk nümunə 1979-cu ildə istehsal olunub. İngiltərə və Fransa xaricində 12 Avropa ölkəsinin silahlanmasında olan tankdır. Müxtəlif variantları Alman ordusu tərəfindən istifadə olunur. Tankın iki inkişaf prosesi var. Leopard 2A4 tipinə qədər olanlar düz qülləyə sahib olduğu halda, Leopard 2A5 variantından etibarən qüllə daha maili formaya sahibdir. Bütün variantlar elektron atəş sistemi, lazer məsafə ölçən və termal kameraya sahibdir. Bu tanklar 4 metr dərinliyindəki sulardan keçməyə və 1 metr hündürlüyündəki divarları dağıtmağa qadirdir. 1500 at gücü olan V12 motoruna sahibdir ki, bu da tankın 70 km/s sürətlə hərəkət etməsinə şərait yaradır.
Metro-2
"Metro-2" (rus. Метро-2) — Moskvada yerləşən ictimai metro ilə paralel yerləşən məxfi yeraltı tuneldir. Belə bir tunelin fəaliyyət göstərməsi indiyədək nə təkzib, nə də təsdiq edilməmişdir. Stalinin dövründə KGB tərəfindən D-6 (rus. Д-6) kodlaşması altında tikilib. Yeraltı ərazidən hazırda Rusiya Müdafiə Nazirliyi istifadə edir. Qeyri-rəsmi məlumatlara görə, "Metro-2" Kremli Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərargahı ilə birləşdirir. == İstinadlar == == Xarici keçidlər == A thorough site on the subject (rus.) Detailed analysis of the system Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine (rus.) GlobalSecurity.org article (ing.) BBC News article (ing.) Detailed map of the famous part of the system (D6 system, OAO "TransInzhStroy" system, and not very famous "SovMin system") by NIO "Azimut" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine A supposed map of the system (rus.) Moscow's "Metro-2": The Ultimate "Secret Subway", The World’s Ultimate Secret Subway Network! Moscow Metro-2!! Detailed Line Descriptions!!!, Moscow's Metro-2: Fact or Fantasy?
Minsk 2
Minsk 2 — Belarusun paytaxtı Minsk şəhərində Ukrayna, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq sammit. Görüşün məqsədi Donbass müharibəsinin sonlandırılması və iki tərəf olaraq qəbul edilən Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanması olmuşdur. Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərliyi altında 11-12 fevral tarixlərində təşkil edilmiş və tərəflər arasında yekun razılıq əldə olunmuşdur. İmzalanan Minsk 2 müqaviləsinə əsasən tərəflər qoşunlarını 15 fevral 00:00 tarixindən etibarən cəbhə xəttinə qədər geri çəkməli və ağır silahları döyüş mərkəzlərindən çıxarmalı idi. 16-17 fevral tarixlərində Luqansk və Donetsk vilayətlərində atəşkəsə əməl edilsə də, ayın 18-dən etibarən Debaltsev şəhəri uğrunda döyüşlər yenidən şiddətlənmişdir.
Modula-2
Modula-2 — 1977–1985-ci illərdə Niklaus Virt tərəfindən işlənib hazırlanmış yüksək səviyyəli modullu proqramlaşdırma dili. Pascal dilinin əsasında yaradılmış Modula-2 proqramlaşdırmanın modulluğunu, verilənlərin mücərrədləşdirilməsinin dəstəklənməsi vasitələrini təmin edir, ancaq bəzi standart funksiyalara və prosedurlara malikdir. Modula-2 dilində hazırlanmış proqram modullar yığınından ibarətdir ki, onların da hər biri ayrılıqda kompilyasiya oluna bilər. Bu zaman proqram modulu iki hissəyə ayrıla bilər (ancaq bu vacib deyil): təyinetmələr modulu və reallaşdırma modulu. Təyinetmələr modulu, modulun xarici interfeysidir, yəni xarici modulların istifadə edə bilməsi üçün onun eksport etdiyi konstatların, dəyişənlərin, tiplərin, prosedur və funksiyaların başlıqlarının yığınıdır. Reallaşdırma modulu proqram kodundan, o cümlədən təyinetmələr modulunda sadalananların konkret təsvirindən ibarətdir. Məsələn, təyinetmələr modulunda hər hansı tipin yalnız adı göstərilə bilər, onun tam strukturu isə reallaşdırma modulunda verilə bilər. Bu halda xarici modullar həmin tipin qiymətlərini yarada, onunla işləyən prosedur və funksiyaları çağıra, dəyişənləri mənimsədə bilər, ancaq qiymətlərin strukturuna birbaşa erişə bilməz, çünki bu struktur təyinetmələr modulunda təsvir olunmayıb. Əgər təyinetmələr modulunda bu tipin strukturunu təsvir etsək, ona erişmək mümkün olacaq. Modula-2 dilində qlobal səviyyəli modullarla yanaşı, lokal modullar da yaratmaq olur.
Mulan 2
Mulan 2 (ing. Mulan 2) — 2004-cü ildə "Walt Disney Pictures" tərəfindən istehsal edilmiş qısametrajlı cizgi filmidir. Cizgi filminin məzmunu Mulan və General Şanq personajlarının məhəbbət hekayəsi üzərinə qurulmuşdur. == Məzmun == Cizgi filminin birinci hissəsindən bir ay keçdikdən sonra Şanq və Mulan toylarına hazırlaşarkən bir anda gizli bir vəzifəyə göndərilirlər. Mulanın qarovulunda İmperatorluğun barışı üçün Ki Qon krallığına göndərilmişlər. Barışa görə İmperator qızlarını Kin Qona göndərməli, həmin yerdə şahzadələrə evlənərək Çin ilə ittifaqa girməlidir ki, Monqollar onların ərazilərinə hücum etməsinlər. Əks halda qızlar evlənməsələr bu ittifaq pozulacaqdır. Ancaq yolda gedərkən İmperatorun qızları ordudakı 3 əsgərə aşiq olurlar. Həmçinin, uyğun olaraq əsgərlərdə onlara aşiq olurlar. Bu müddətdə Muşu Mulanın Şanq ilə evlənməsini istəmir.
NGC 2
NGC 2, Yeni Baş Kataloqda qeydə alınmış spiralşəkilli qalaktikadır. Göy üzündə Peqas bürcü istiqamətində yerləşir. Sab tipli qalaktikadır. Lourens Parsons tərəfindən 1873-cü ildə 182.88 sm (72 düymə) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.
Neftçi-2
OS/2
OS/2 ailəsinin əməliyyat sistemləri 1987-ci ildə fərdi kompüterlərin yeni ailəsinin yaradılması ilə əlaqədar İBM firması tərəfindən hazırlanmışdır. OS/2 (Operating System/2) nəsil çox məsələli əməliyyat sistemidir. OS/2 İBM PC ilə uyuşan kompüterlər üçün 32 — mərtəbəli qrafiki çoxməsələli əməliyyat sistemidir. OS/2 bir neçə tətbiqi proqramın paralel işini təmin edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyat sistemini isə işləyən proqmlardan mühafizə edir. ƏS-də proqmların yazılmasında APİ (Application Programming İnterfase)- tətbiqi proqramlar interfeysində yerləşən hazır proqram modullarından istifadəyə imkan verir. OS/2 əməliyyat sistemi DOS-un fayl sistemi ilə uyuşan rahat qrafiki istifadəçi interfeysinə malikdir. Bu da verilənlərdən heç bir çevirmə aparmadan onlardan həm DOS–da, həm də OS/2–də istifadə etməyə imkan verir. == Modifikasiya == OS/2-nin aşağıdakı modifikasiyaları mövcuddur: OS/2 Warp3.0 –yaddaşdan istifadə və qrafiki interfeys təkmilləşdirilib. OS/2 Warp Connect –şəbəkə imkanları təkmiləşdirilib; OS/2 Warp Server –serverli ƏS də iş üçün nəzərdə tutulub; OS/2-nin əsas çatışmazlığı onun az sayda tətbiqi proqramlara malik olmasıdır ki, bu da onun MS DOS və Windows ƏS-nə nisbətən az yayılmasına səbəb olub.
Obscure 2
ObsCure II — survival horror janrında olan oyun. Fransanın "Hidravision" şirkəti tərəfindən istehsal edilmişdir.
Olimp-2
«Olipm-2» stadionu — Rostov-na-Donu şəhərində yerləşən, Rostov FK ev oyunlarını keçirdiri station. Bu stadion 1930-cu ildə Rostselmaş zavodunun idman kompleksi olaraq inşa edilmişdir. == Əvvəlki adları == «Rostselmaş» zavodu stadionu (1930—1996) «Rostselmaş» (1997—2002) «Olimp-21 Vek» (2002—2006) «Olimp-2» (2007-ci ildən) == Tarixi == «Rostselmaş» zavod stadionu 1930-cu illərdə inşa edilmişdir. 1958—1970 illər ərzində stationda öz oyunlarını SKA klubu keçirirdi. 1950-ci illərdə station SSRİ ərazisində sahəsinə görə doqquzuncu olmuşdur. 1950-ci illərdə stadionun iki pilləli tribunası sayəsində tutumu 32 000 idi. 2000-ci ildə qərb tribunası genişləndirilir. 2009-cu ildə isə cənub tribumasının tikintisinə icazə verilmir.. 2010-cu ildə stadionda yeni video tablo quraşdırılmışdır. 2016-cı il məlumatına görə dörd tribuna müxyəlif şəxslətin mülkiyyətindədir.
Oğuznamə-2
PlayStation 2
PlayStation 2 (PS2) - PlayStation-dan sonra Sony Computer Entertainment-in istehsal etdiyi ikinci videooyun konsolu. Hazırlanması 1999 ilinde başlanılan konsol, ilk dəfə 2000-ci il Martın 4-də Yaponiyada satışa çıxarılmışdır. Başlıca rəqibləri Sega-nın Dreamcast, Microsoft-un Xbox və Nintendo-nun GameCube-u idilər. Qısa vaxtda hər kəs tərəfindən bəyənilmişdir. PlayStation 2 çıxışından etibarən bu vaxta qədər təxminən 153,19 milyon ədəd satılmış, və bununla da dünyanın ən çox satılan oyun konsoluna çevrilmişdir. Qalın və incə olaraq iki ayrı görkəmdə satılır.
Qarabağ-2
Qarabağ-2 FK — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qarabağ" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda Azərbaycan Əvəzedicilər Liqasında çıxış edir. == Tarixi == Komanda 2021/2022 mövsümündə Azərbaycan Birinci Divizionunda çıxış edib. Hal-hazırda Azərbaycan Əvəzedicilər Liqasında mübarizə aparır.
Qırxlardağ 2
Qırxlardağ - Culfa rayonu ərazisində dağ (hünd. 3175,3 m). Zəngəzur silsiləsinin cənub-qərb istiqamətli Dəmirlidağ-Göydağ qolunun başlanğıc hissəsinin suayırıcısında zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin andezitli porfirit lavalarından təşkil olunmuş, şimal-qərb və cənub-şərq yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının şimal qanadında yerləşir. Yamaclarından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.
R-2
R-2, NATO kod adı SS-2 Sibling. Qısa mənzilli hava-hava tipli döyüş raketidir, maye yanacaq ilə işləyir. 1946-cı ildə yaradılmasına başlanılmış, test uçuşu 1949-cu ildə həyata keçirilmişdir.
Raad-2
Raad-2 (“Şimşək-2”) — İran istehsalı olan özüyeriyən artilleriya sistemidir. Dəqiqə ərzində 5 dəfə atəş aça bilər. Raad-2 üçün V-8 dizel, Raad-2M üçün 5TDF mühərrikindən istifadə edilir. Raad-2 modeli 840, Raad-2M isə 700 at gücündədir. 500 km-lik hərəkət mənzilinə malikdir. Yönləndirmə sistemi burulma çubuğu ilə təmin edilir. == Dizaynı və inkişafı == 1997-ci il sentyabrın əvvəlində, İran tərəfindən Raad-2 (Şimşək-2) kimi tanınan sürətli, mobil atəşə dəstək vasitəsi olan haubitsasının uğurla sınaqdan keçirildiyi bildirilmişdir. M109A1 155mm/39 cal özüyeriyən artilleriya sistemindəkinə bənzər olan bir qüllədən istifadə edir. İran Müdafiə Sənayesi Təşkilatı, İran Müdafiə Sənayesi Təşkilatının Hadid zavodu tərəfindən istehsal olunan 155 mm HM44 haubitsasının yüksək atəş sürətinə və dəqiqliyə sahib olduğunu iddia etmişdir. Dəqiqədə beş atəş aça biləcəyi ifadə edilmişdir.
Sabah-2
Sims 2
The Sims 2 — Maxis tərəfindən yaradılan, Electronic Arts (EA Games) tərəfindən istehsal olunan kompüter oyunu. The Sims 2 kompüter oyunları tarixində ən çox satılan oyun olan The Sims 1-in davamıdır. == Məzmunu == Oyunu oynayanlar seçdikləri obrazın xarakterini və xarici görünüşünü istədikləri formada yarada bilərlər. Oyunçu seçdiyi obrazın xarakterini və xarici görünüşünü qurduqdan sonra ona ad və soyad verir, onun üçün ev tikir, iş müəyyənləşdirir. Obraz dostlarıyla birgə bayramlar təşkil edə, parkda gəzməyə çıxa, kiminləsə dalaşa da bilər. Oyunun sonu yoxdur. Oyunçunun obraza hansısa işi görməyi tapşırması və ya bu işləri görməyi onun öz ixtiyarına buraxması mümkündür. Oyunda uçan naməlum obyektlər, ruhlar, vampirlər, qar adamı, rostman (bitki adam), robotlar, canavar-adam, cadugər, sehrbaz və s. bu kimi maraqlı obrazlar var. == Tarixi == The Sims 2 27 aprel 2004-cü ildə satışa çıxarılmışdır.
Sputnik-2
Sputnik 2 (rus. Спутник-2) — orbitə çıxarılmış ikinci peyk. 1957-ci il noyabrın 3-də Sovet İttifaqı tərəfindən buraxılan peyk, orbitə çıxarılan ilk canlını — Layka adlı bir iti daşıyırdı.500 kq ağırlığında olan peyk 4 metr uzunluğunda və 2 metr diametrində idi. Peyk həmçinin radio ötürücüləri, bir telemetriya sistemi, proqramlaşdırma vahidi, kabin üçün yeniləmə və istilik nəzarət sistemi və bir saıra elmi avadanlıqlarla təchiz edilmişdir. Layka ayrı və möhürlənmiş bir bölmədə yerləşdirilmişdir. Tral D telemetriya sistemi ilə hər orbital turnirdə 15 dəqiqə ərzində texniki və bioloji məlumat dünyaya ötürülürdü. Günəşdən radiasiya və kosmik şüaları ölçmək üçün iki fotometr mövcud idi. == Vəzifəsi == Sputnik-2 Sergey Korolyovun dizayn ofisində "Prosteyşiy Sputnik-2" yəni "Simple Satellite-2" adlandırıldı. Ellips formasında olan peykin ölçeləri 212x1660 km həcmində idi. Layka üçün əlavə qorunma səddi var idi.