Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tapa
Tapa (est. Tapa) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. Tallin şəhərindən 80 km. cənubi-şərqindədir. Mühüm dəmiryol qovşağıdır. Əhali - 6700 nəfərdir. Öz inkişafını St.Peterburq - Baltiyski (indiki Paldiski) dəmiryolunun inşası ilə əlaqədardır. Etimologiyaya əsasən, Tapa sözü - Tappa (est. tappa), yəni öldürmək sözündən yaranıb. Bu da ki, ətraf bölgələrdə gedən müharibələr və döyüşlərlə əlaqədardır.
Tamba Salçak
Tamba Salçak (tuvaca: Тамба Өдекеевич Салчак, d. 25 oktyabr 1938 – ö. 16 mart 1983) – tuvalı şair, yazıçı və jurnalist. Tuva Yazıçılar Birliyinin və SSRİ Jurnalistlər Birliyinin üzvü olmuşdur. == Həyatı == Tamba Ödekeyoğlu 15 mart 1918-ci ildə Tandı-Tıvanın Salçak bölgəsinin Kaa-Hemin Oştan kəndində anadan olmuşdur. Yayla ibtidai məktəbinin ilk sinfini oxuduqdan sonra SSRİ Altay krayının Oyrto-Turada kənd təsərrüfatı məktəbində təhsilini davam etdirmişdir. Daha sonra Qızıl şəhərindəki partiya məktəbindən də məzun olmuşdur. Yeni Tuva yazısını öyrənmiş, partiya da katib kimi önəmli yazışmaları idarə etmişdir. 1951-ci ildən başlayıb, “Şın” qəzetində ədəbi əsərlərə nəzarət edilməsi işinə qəbul edilmiş və burada ümumilikdə 28 il çalışmışdır. İlk əsəri “Dongada kadık” 1955-ci ildə nəşr edilmişdir.
İqnasio Tapia
İqnasio Tapia Bustamante (22 fevral 1999-cu ildə anadan olub) — Çili Primyera Diviziya təmsilçilərindən olan Uaçipato klubunda müdafiəçi kimi çıxış edən peşəkar Çili futbolçusudur. == Milli karyerası == Tapia ilk dəfə Çili millisinə 2017-ci ilin iyun ayında Burkina-Faso millisi ilə yoldaşlıq oyunu üçün çağırılmışdır. O, oyun zamanı ehtiyat skamyasında əyləşmiş və meydana daxil olmamışdır. Həmin görüşdə Çili rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Tapa Germoyev
Çermoyev Əbdülməcid (Tapa) Orutseviç (3 (15) mart 1882, Qroznı, Çeçenistan, Terek vilayəti, Rusiya imperiyası – 28 avqust 1937, Lozanna) – dağlı azadlıq hərəkatı liderlərindən biri, çeçen siyasi və dövlət xadimi, neft sənayeçisi. == Həyatı == Vladiqafqaz realnı məktəbini və Nikolay süvari məktəbini bitirmiş (1901), II Nikolayın şəxsi mühafizə dəstəsində xidmət etmişdir (1901–06). 1908-ci ildə Qroznı şəhərinə köçmüşdür. 1913 ildə "Aldanneft" şirkətini təsis etmiş və Çeçenistanın ən varlı neft sahibkarı olmuşdur. 1912 ildə 4-cü Dövlət dumasına seçilmiş və burada Şimali Qafqaz dağlılarının mənafelərinin müdafiəçisi kimi məşhurlaşmışdır. Çermoyev xeyriyyəçi kimi də tanınırdı. "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi "Müsəlman gecələri" tədbirlərində iştirak etmişdir. Birinci dünya müharibəsi (1914–18) dövründə Qafqaz yerli süvari diviziyasının zabiti olmuş, "Vəhşi diviziya"nın tərkibində döyüşən çeçen süvari alayını təşkil etmişdir. Fevral inqilabından (1917) sonra Şimali Qafqaz dağlı azadlıq hərəkatının liberal-demokrat qolunun liderinə çevrilmişdir. Şimali Qafqaz dağlılarının siyasi həmrəyliyi və istiqlaliyyətinin qızğın tərəfdarı olmuşdur.
Tapa Çermoyev
Çermoyev Əbdülməcid (Tapa) Orutseviç (3 (15) mart 1882, Qroznı, Çeçenistan, Terek vilayəti, Rusiya imperiyası – 28 avqust 1937, Lozanna) – dağlı azadlıq hərəkatı liderlərindən biri, çeçen siyasi və dövlət xadimi, neft sənayeçisi. == Həyatı == Vladiqafqaz realnı məktəbini və Nikolay süvari məktəbini bitirmiş (1901), II Nikolayın şəxsi mühafizə dəstəsində xidmət etmişdir (1901–06). 1908-ci ildə Qroznı şəhərinə köçmüşdür. 1913 ildə "Aldanneft" şirkətini təsis etmiş və Çeçenistanın ən varlı neft sahibkarı olmuşdur. 1912 ildə 4-cü Dövlət dumasına seçilmiş və burada Şimali Qafqaz dağlılarının mənafelərinin müdafiəçisi kimi məşhurlaşmışdır. Çermoyev xeyriyyəçi kimi də tanınırdı. "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi "Müsəlman gecələri" tədbirlərində iştirak etmişdir. Birinci dünya müharibəsi (1914–18) dövründə Qafqaz yerli süvari diviziyasının zabiti olmuş, "Vəhşi diviziya"nın tərkibində döyüşən çeçen süvari alayını təşkil etmişdir. Fevral inqilabından (1917) sonra Şimali Qafqaz dağlı azadlıq hərəkatının liberal-demokrat qolunun liderinə çevrilmişdir. Şimali Qafqaz dağlılarının siyasi həmrəyliyi və istiqlaliyyətinin qızğın tərəfdarı olmuşdur.
Kuba-Taba dağı
Kuba-Taba (kab.-çərk. Къуэбэ-Тӏэбэ) — Mərkəzi Qafqazın ön dağlıq zonasında yerləşən dağ massivi. Massivin ən yüksək nöqtəsi eyni adlı Kuba-Taba zirvəsidir. Kabarda-Balkariya Respublikasının Baksan və Zolski rayonları arasından keçən inzibati sərhəd massivin suayrıcı xəttindən keçir. == Coğrafiyası == Kuba-Taba dağı Baksan rayonun şimal-qərb hissəində yerləşən tənha dağ massividir. Massivin daha yüksək hissəsi onun cənub hissəsidir. Şimala doğru hündürlük tədricən alçalır və Kuba kəndi yaxınlığında, Malka çayı yatağında itir. Kuba-Tobanın dəniz səviyyəsindən mütləq hündürlüyü 672 metrdir. Dağ massivinin cənub yamacı yaxınlığından Qafqaz federal avtomobil magistiralı keçir. Dağa ən yaxın yaşayış məntəqəsi Kuba-Taba cənub-şərqdə, Malka cənub-qərbdə, Kuba isə şimal-şərqdə yerləşir.
Taba və Nuveybəyə dron hücumları
Taba və Nuveybəyə dron hücumları — 27 oktyabr 2023-cü ildə "husilər"in İsrailə qarşı PUA-larla həyata keçirdiyi, lakin Misiri hədəf almış hücumlar. == Zəmin == 2023-cü ildə Qəzzədə müharibənin başlamasından sonra Yəməndə "husilər" də daxil olmaqla, Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qruplar fələstinliləri dəstəklədiyini bildirmiş və İsraili hücumla hədələmişdir. "Husilər"in nəzarətində olan Yəmənin Səna şəhərində nümayişçilər Fələstin və Yəmən bayraqlarını dalğalandırmışdılar. "Husi" hərəkatının şüarı "Allah uludur, Amerikaya ölüm, İsrailə ölüm, yəhudilərə lənət, islama qələbə" olmuşdur. "Husilər"in lideri Əbdülmalik əl-Husi ABŞ-yə müdaxilə etməmək barədə xəbərdarlıq etmiş, pilotsuz təyyarələr və raketlərlə qisas almaqla hədələmişdir. == Hücumlar == 27 oktyabr 2023-cü ildə Qırmızı dənizin cənubundan şimala doğru iki pilotsuz təyyarə uçuşa keçmişdir. İsrail Silahlı Qüvvələri rəsmilərinin sözlərinə görə, onların hədəfi İsrail olmuşdur, lakin onlar Misirdən sərhədi keçə bilməmişdilər. İki pilotsuz təyyarədən biri Misirin Taba şəhərində xəstəxanaya bitişik binaya dəymiş, altı nəfər yaralanmışdır. Dronlardan digəri Misirin Nuveybə şəhəri yaxınlığındakı səhra regionunda elektrik stansiyasının yaxınlığında vurulmuşdur. "Husi" rəsmisi daha sonra "Twitter"də pilotsuz təyyarənin Tabada qəzaya uğramasından sonra İsrailin yaxınlıqdakı "Eylat" şəhərini xatırladan bir söz yazmışdır.
Lappa lappa
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.
Balba
Lappa
Atpıtrağı (lat. Arctium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Lappa Scop. === Heterotipik sinonimləri === Anura (bitki) (Juz.) Tschern. Arcion Bubani Bardana Hill Hypacanthium Juz. Schmalhausenia C.Winkl.
MAPPA
MAPPA Co., Ltd.(株式会社 (Kabushiki-gaisha MAPPA)) — Masao Maruyama tərəfindən yaranmış animasiya studiyası. MAPPA — Maruyama Animation Produce Project Association bildirən akronimdir.
Qalba
Qalba (24 dekabr e.ə. 3 – 15 yanvar 69, Roma, Latsio, Qədim Roma) — Roma imperatoru. == Həyatı == Neronun ölümündən sonra imperatorluq taxtı uğrunda ordu başçıları arasında vətəndaş müharibəsi başlandı. İspaniyadakı legionerlər öz sərkərdələri Servi Sulpisi Qalbanı imperator elan etmişdilər. Senat da onu bəyənmişdi. Çünki Qalba senatın hüquqlarını tamamilə bərpa edəcəyini vəd etmişdi. İspanları və qalları öz tərəfinə çəkmək üçüu Qalba onlara Roma vətəndaşlığı vermişdi və vergilərini azaltmışdı. Artıq çox qocalmış Qalba öz düşməulərinə qarşı da ciadi tədbirlər görməkdən çəkinmirdi. Lakiu Qalba əsasən əyanlara arxalanırdı. Əsgərləri ilə о ciddi rəftar edirdi.
Rapla
Rapla (est. Rapla) — Estoniyanın qərbində, Raplamaa bölgəsində şəhər.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. == Samba no pé == Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Sapma
Tabaq
Tabaq — Azərbaycanda məişətdə işlədilən qab. Ağacdan hazırlanır və təknəyə nisbətən dayaz və yüngüldür. Xəmir yoğurmaq, çörək və s. ərzaq məhsulları saxlamaq üçün istifadə edilir. Həm əl üsulu ilə, həm də xüsusi dəzgahda düzəldilir. Azərbaycanda erkən orta əsrlərdən istifadə edildiyi məlumdur. Qonşu Şərq və Qafqaz xalqları arasında da geniş yayılmışdır. Keçmişdə Orta Asiya xalqlarında Tabaq dənəvər və səpələnən şeylərin (taxıl, un, qum və s.) ölçü qabı kimi də işlədilmişdir.
Tacca
Takka (lat. Tacca) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Takab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Takka
Takka (lat. Tacca) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Talca
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Talia
Ariadna Thalía Sodi Miranda (26 de agosto de 1978 (46 anos) Cidade do México , México) — Latın Grammy mükafatlı Meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisadır. Mezzo-soprano səsə sahib latın musiqisinin ən güclü vokallarından biri olaraq qəbul edilir.
Talka
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Talsa
Talsa (ing. Tulsa) - ABŞ-nin Oklahoma ştatında yerləşən şəhərdir. == Tarixi == Tulsa'nın indi mövcud olduğu ərazi, Lochapoka tərəfindən ilk rəsmi olaraq məskunlaşmadan əvvəl, Kiikaapoi (Kickapoo), Wahzhazhe Ma zha (Osage), Muscogee (Creek) və Caddo tayfaları ölkəsində Hindu ərazisi sayılır. 1836-cı ildə Creek tayfaları. İndiki Cheyenne prospekti ilə 18-ci küçənin kəsişməsində Creek Council Oak Tree altında kiçik bir qəsəbə qurdular. Bu sahə və bu ağac, Baş Tukabahchi və onun kiçik qrupuna, Tallassee, Alabama bölgəsindəki çayın əyilməsini və əvvəlki Creek Council Meşə Ağacının sağ qalanlarını gözyaşlarının izi ilə xatırlatdı. Yeni yaşayış məntəqələrinə Tallasi adını verdilər, bu da Creek dilində "köhnə şəhər" deməkdir və sonradan "Tulsa" oldu. Tulsa ətrafı, ABŞ-nin cənubundan Oklahomaya köçürülən "Beş Sivil Qəbilə" nin üzvləri tərəfindən də yerləşdi. Müasir Tulsa -nın əksəriyyəti, hissələri Cherokee və Osage Nations -da yerləşən Creek Nation -da yerləşir. Vətəndaş Müharibəsi dövründə Oklahoma hələ bir əyalət olmasa da, Tulsa bölgəsi döyüşdən öz payını aldı.
Tampa
Tampa — ABŞ-nin Florida ştatında yerləşən şəhər.
Tamta
Tamta Qoduadze və ya sadəcə Tamta (gürc. თამთა გოდუაძე; yun. Τάμτα Γκοντουάτζε; 10 yanvar 1981, Tbilisi) — Gürcü əsilli Yunanıstan müğənnisi. O, 2004-cü ildə iştirak etdiyi Super Idol musiqi yarışmasından sonra Yunanıstan və Kiprdə şöhrət qazanmışdır. Tamtanın Yunanıstan və Kiprdə bir neçə hit mahnıları olmuşdur. O, 2014-cü ildə X Factor Gürcüstan və 2016-cı ildə isə X Factor Yunanıstan yarışmalarında münsif olaraq yer almışdır. Tamta "Replay" mahnısı ilə Kipri Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Tamta Qoduadze Gürcüstanda anadan olmuş və böyüyüb başa çatmışdır. Orada beş yaşında ikən musiqi ilə maraqlanmağa başlamışdır. Tamta 22 yaşında ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.
Tamğa
Tamğa və ya Damğa — türk və monqol tarixi baxımından son dərəcə vacib sənəd. == Tarixi == Tamğalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib. Ayrıca bu tamğaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim sənəd olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları tamğalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Tamğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir. Elmə məlum olan ən qədim tamğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir.