Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taryel Atayev
Taryel Eyvazov
Taryel Ömərov
Taryel İsgəndər oğlu Ömərov (4 aprel 1980, Diyallı, İsmayıllı rayonu) dünyada qlobal səviyyədə istifadə olunan bir neçə cərrahiyyə metodunun müəllifidir. Aşırı piylənmənin müalicəsində kəşf etdiyi cərrahiyyə metodu Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib və qlobal səviyyədə bir neçə dəfə patenləşdirilib. Mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası və laparoskopik bariatrik cərrahiyyə əməliyyatları zamanı tətbiq etdiyi yeni modifikasiyası Avrasiya Patent Təşkilatı tərəfindən patentləşdirilib. Dünyanın bir çox nəşrlərində cərrah Tariyel Ömərovun 2013–2017-ci illərdə hazırladığı bu metodu barədə elmi məqalələr dərc olunub. Azərbaycanda ilk bariatrik metabolik cərrahi əməliyyatları aparan cərrahlardan biri hesab olunur. Taryel Ömərov Beynəlxalq İdeya Müəllifləri siyahısına daxil edilib. Taryel Ömərov 1980-ci ilin aprelin 4-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuşdur. İlk təhsilini A. Məmmədov adına Diyallı kənd orta məktəbində almış, 1997-ci ildə Azərbaycan Tibb İnstitutu, 1-ci Müalicə — Profilaktika fakültəsinə daxil olmuş və 2003-cü ildə məzun olmuşdur. Taryel Ömərov əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında müəllim kimi başlamışdır. 2003-cü ildə Moder Hospitalda fəaliyyətinə davam etmiş və hazırda həmin hospitalın baş həkimidir.
Tariel Jarkimbayev
Tariel Jarkimbayev (17 sentyabr 1996) — Qırğızıstanlı xizək yürüşçüsü. Tariel Jarkimbayev Qırğızıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Tariel Jarkimbayev birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Jarkimbayev 4:05.99 saniyəlik nəticəsi ilə 80 atlet arasında 78-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Tariyel Abbasov
Tariyel Abbasqulu oğlu Abbasov — 1977-ci ildə Bakı şəhərində keçirilən ifaçıların I Respublika müsabiqə­sinin laureatı, Gülarə Əliyeva adma “Dan ulduzu” instrumental ansamblında solo tarzəni, Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Tariyel Abbasqulu oğlu Abbasov 10 mart 1953-cü ildə Naxçıvan şəhərində də­miryolçu ailəsində anadan olmuşdur. Uşaqlıqda Naxçıvan şəhər dəmiryol ərazisində ya­şayan Tariyel qatarların hərə­kətini izləməyi çox sevər, ürəyində isə “Bir gün gələcək mən də arzuma çatacağam” deyərdi. Arzularının qanadında o musiqi dünyasına qovuşmağı, bunun üçün uşaq təxəyyülü ilə qatarla Bakıya getməyi xəyal edirdi. Daha bilmirdi ki, gün gələcək o nəinki Bakıya gedib arzusuna çatacaq, buranın sakini, burada ailə, uşaq sahibi olacaqdır. Bir də bilmirdi ki, ona ayrılan ömrün 25 ilini hələlik Naxçıvanda keçirəcəkdir. 1964-cü ildə Naxçıvan şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil olan Tariyel ixtisas üzrə əvvəlcə gənc mütəxəssis Azər Abasov, sonra virtuoz tarzən Əkrəm Məmmədovdan, muğam sənətini isə qocaman ustad Yusif Əliyevdən öyrənmişdir. Müəllimlərinin hər üçü öz sənətini dərindən bilən, tanınmış musiqiçilər idi. Azər müəllim gənc olmasına baxmayaraq Asəf Zeynallı adına Bakı Orta Musiqi Məktəbini uğurla bitirmiş, görkəmli pedaqoq Adil Gərayın sinfində təhsil almışdır. Bir müddət sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirən A.Abasov musiqi elmini dərindən mənimsəməkdə Tariyelə lazımi tövsiyələr verirdi.
Tariyel Abdullayev
Tariyel Atayev
Tariyel Həsənov
Tariyel Həsənov – şərqşünas alim, tarixçi, ilahiyyatçı. Tariyel Bilal oğlu Həsənov 1941-ci ildə Əli Bayramlı rayonunun (indiki Şirvan) Poladtuğay kəndində anadan olmuşdur. 1958-ci ildə Əli Bayramlıda orta təhsilini başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuş, 1963-cü ildə oranı bitirmişdir. 1962–1971 illərdə Azərbaycan Radio və Televiziya Veilişləri Komitəsi ərəb redaksiyasının diktoru işləmişdir. O, 1971–1987 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 1966–1967 illərdə Yəmən Ərəb Respublikasında, 1973–1977 və 1987–1992 illərdə İraqda xidməti ezamiyyətdə olmuşdur. Tariyel Həsənov İraqda SSRİ Nazirlər Sovetinin İqtisadi İnkişaf Komitəsinin müşaviri vəzifəsində işləmişdir. Ən yüksək səviyyədə danışıqlarda iştirak edən Tariyel Həsənov SSRİ Nazirlər Sovetinin sədri A. Kosiqin ilə İraq prezidenti Əhməd Həsən Əl-Bəkr arasında gedən danışıqların tərcüməçisi olmuşdur. 1992-ci ildən ömrünün sonuna kimi Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin baş müəllimi işləmişdir.
Tariyel Məmmədov
Tariyel Məmmədov (28 fevral 1949, Bakı) — musiqişünas, Azərbaycan Musiqi Akademiyasının "Tarix və azərbaycan musiqi nəzəriyyəsi" kafedrasınn professorudur. Azərbaycan musiqisi üzrə İnternet-proyektlərin müəllifi və rəhbəridir. Musiqili elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif "Musiqi Dünyası" yurnalının baş redaktoru və naşiridir. Tariyel Aydın oğlu Məmmədov 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını "Tarix və musiqi nəzəriyyəsi" ixtisası üzrə bitirmişdir. 1983-cü ildə SSRİ Mədəniyyət Nazirliyinin Ümumittifaq Elmi Araşdırmalar Sənətşünaslıq İnstitutunda "Koroğlu dastanında epik nəğmələri yaradıcılığı" mövzusunda sənətşünaslıq elmi dərəcəsi üzrə namizədlik müdafiəsi (rəhbər professor, sənətşünaslıq doktoru M. E. Tarakanov), 1989-cu ildə isə yenə həmin İnstitutda "Azərbaycan aşıqlarının ənənəvi nəğmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Monoqrafiyalar "Koroğlu mahnıları". Bakı. Gənclik, 1984, 8 ç.v. "Azərbaycan aşıqlarının ənənəvi nəğmələri".
Tariyel Qasımov
Tariyel Qasımov (4 fevral 1939, Köçəsgər, Ağstafa rayonu) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR-in əməkdar (1979) və Azərbaycan Respublikasının xalq artisti (1991). Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə — Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Tariyel Salmanov
Tariyel Talıbov
Tariyel Hüseynəli oğlu Talıbov (22 fevral 1949, Noraşen rayonu) – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun baş elmi işçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2009), AMEA-nın həqiqi üzvü (akademik) (2014). Talıbov Tariyel Hüseynəli oğlu Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olmuşdur. 1966-cı ildə Siyaqut kənd onbirillik orta məktəbini, 1973-cü ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra, Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Regional Elm Mərkəzində kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 16 yanvar 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktorudur. 2005–2010-cu illərdə 12 №-li Şərur seçki dairəsindən III–IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı və 4 nəvəsi vardır. Naxçıvan MR-in flora biomüxtəlifliyinin tədqiqi, taksonomik spektrin hazırlanılması və səmərəli istifadəsi və qorunmasına aiddir. İlk dəfə olaraq Naxçıvan MR-in flora biomüxtəlifliyində ali bitkilərin taksonomik spektri hazırlanmış, onların nadir növlərinin "Qırmızı kitabı" nəşr edilmişdir.
Tariyel Vəliyev
Vəliyev Tariyel Təyyar oğlu — Azərbaycan televiziya rejissoru, Azərbaycan Dövlət Televiziyası "Ədəbi-dram verilişləri" baş redaksiyasının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissoru" kafedrasının müdiri, professor. Tariyel Vəliyev 24 fevral 1944-cü ildə İmişli rayonunda anadan olmuşdur. Orta təhsilini Bakının 172 saylı məktəbində, ali təhsilini ADMİU-də və LDTMK Akademiyasında almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb, 1972-ci ildən ömrünün sonuna qədər televiziya rejissoru kimi fəaliyyətini davam etdirmişdir. Bu illər ərzində o bir sıra televiziya tamaşalarının, sənədli filmlərin, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olmuşdur. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyasının quruluşçu rejissorudur. Rejissor öncə yalnız 1-ci filmi çəkməyi planlaşdırıb, lakin "Səni axtarıram" efirdə yayımlanandan sonra AzTV-yə çoxsaylı tamaşaçılar ardı-arası kəsilməyən məktublar yazır və beləliklə 2-ci hissə "Bağışla" çəkilir. Eyni hal yenidən baş verir, tamaşaçılar Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) qovuşmağını arzulayır. Beləliklə 3-cü hissə "Səndən xəbəriz" çəkilir. Bir-birinin ardınca İsi Məlikzadənin "Qaranquş yuvası", Seyid Hüseynin "Gənclik macərası", Əzizə Əhmədovanın "Pəncərədə işıq", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Mar Bayciyevin "Duel", Anarın "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam-1" teletamaşalarını çəkib.
Tariyel Xanadanov
Tariyel İsmayılov
Tariyel Hümbət oğlu İsmayılov (16 oktyabr 1949, Şiştəpə, Şamxor rayonu) — professor, BDU Bərk cisimlər fizikası kafedrasında akademik. Mənim atamın tələbə yoldaşı.Allah ömür versin 16 oktyabr 1949-cu ildə Şəmkir rayonunun Şiştəpə kəndində hərbçi ailəsində anadan olub. 1967-ci ildə Bakı şəhəri 176 sayli orta məktəbi qızıl medalla bitirib. Üç övladı var. Kimya elmləri doktoru, professor Etibar İsmayılovun qardaşıdır. 1967–1972 — tələbə, Fizika fakültəsi, Baki Dövlət Universiteti 1981, f.r.-e.n., " bərk məhlullarında işığın udulma və zonalararası kombinasion səpilmə nəzəriyyəsi", AMEA, Fizika İnstitutu 1993 f.r.e.d., " tipli yarımkeçiricilərdə və onların yarımmagnit məhlullarında işığın elektron kombinasion səpilməsi və ikifotonlu udulması", AMEA, Fizika İnstitutu 1975–1976 – SSRİ EA, Radiotexnika və Elektronika İnstitutu (Moskva), tədqiqatçı 1972–1985 — AMEA, Fizika İnstitutu, kicik elmi işçi 1985–1992 – Kosmik Tədqiqatlar Elm İstesalat Birliyi baş elmi işçi, qrup rəhbəri 1992–1999 — AMEA, Fizika İnstitutu, aparıcı elmi işçi 1999–2000 — AMEA, Fizika İnstitutu, laboratoriya müdiri 2000-ci ildən indiyədək Bakı Dövlət Universiteti fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedrasında işləyir. Hasimzade F. M., Ismailov T. G., Mehdiyev B. H., Pavlov S. T.. Interband electron Raman scattering in a quantum wire in a transverse magnetic field. Phys. Rev B 71, p.
Tariyel Abdullayev (şəhid)
Tariyel Abdullayev (şəhid, 1949)
Tariyel Abdullayev (şəhid, 1965)
Tariyel Hacıbala oğlu Abdullayev (20 Yanvar şəhidi)
Kartel
Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal ve satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyen şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Kvotanı pozan kartelin kassasına cərimə ödəyir. == Kartelin növləri == Qiymət kartelləri — ümumi və ya ortaq qiymətin müəyyənləşdirilməsi əsasında formalaşır; Satış kartelləri — ümumi satış kanallarının müəyyənləşdirilməsi əsasında formalaşır; Qiymət təyin etmə kartelləri — istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyur; Müştəri kartelləri — bazarın və müştərilərin müəyyənləşdirilməsi əsasında formalaşır; Dövlətdaxili kartellər — dövlət daxilindəki bazarları bölmək məqsədilə formalaşır ; Dövlətlərarası kartellər — dövlət müəssisələri arasında rəqabəti aradan qaldırmaq məqsədilə formalaşır.
Marsel
Marsel (fr. Marseille) — Fransanın ən iri dəniz limanı Bouches-du-Rhône departamentinin inzibati mərkəzi. Lion körfəzinin (Aralıq dənizi) sahilində yerləşir. == İqtisadiyyatı == Marseldə beynəlxalq hava limanı, iri dəniz limanı kompleksi var. Dəniz limanının illik yük dövriyyəsi 90 milyon tondur. Neft emalı, neft-kimya sənayesi, qəmiqayırma, təyyarə istehsalı müəssisəsləri vardır. Strasburq və Karlsruedən (AFR) keçən transavropa neft kəməri Marseldən başlayır. 1977-ci ildən etibarən Marseldə 24 stansiyaya malik metropoliten fəaliyyət göstərir.
Martyel
Martyel (fr. Martiel, oks. Marcièl) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilfranş-de-ruerq kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-ruerq. INSEE kodu — 12140. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 55 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 903 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 570 nəfər (15-64 yaş) arasında 450 nəfər iqtisadi cəhətdən fəal, 120 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 78.9%, 1999-cu ildə 69.8%).
Maryol
Maryol (fr. Mariol) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03163. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 769 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 521 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 385 nəfər iqtisadi cəhətdən, 136 hərəkətsiz (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə bu 72.6%) idi. Fəal olan 385 nəfərdən 335 nəfər (193 kişi və 142 qadın), 50 nəfər işsiz (20 kişi və 30 qadın) idi. 136 hərəkətsiz 33 nəfər arasında şagird və ya tələbə, 39 nəfər təqaüdçü, 64 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Meryel
Mafflie (fr. Maffliers) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Lisl-Adam. Əhalisi — 4.376 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 27 km şimal-qərbdə, Serji belediyyənin 12 km şimal-şərqdə yerləşir.
Sarkel
Sarkel (və ya Şarkil, Xəzər dilində "ağ ev") ― müasir Rusiyanın Rostov vilayətində, Don çayının sol sahilində mövcud olmuş qala. Qala 830-840-cı illərdə Bizansın köməyi ilə Xəzərlər tərəfindən tikilmişdir. İnşasında istifadə olunan ağ əhəngdaşı səbəbilə qala Sarkel, yəni "ağ ev" adlandırılmışdır. Sarkel Don çayının sol sahilindəki təpədə yerləşirdi. Hal-hazırda həmin ərazi Simlyansk su anbarının inşasından sonra su altında qalmışdır. Sarkel 833-cü ildə Xəzər dövlətinin şimal-qərb sərhədini qorumaq üçün tikilmişdi. Xəzərlər müttəfiqləri olan Bizans imperatoru Feofildən istehkamla əhatə olunmuş bir paytaxt qurmaq üçün mühəndislər istəmiş və Teofil baş mühəndisi Petronas Kamaterosu göndərmişdi. Bu xidmətlərin müqabilində isə Xəzər xaqanı bəzi Krım müstəmləkələrini Bizansa vermişdi. Tarixçilər Donda niyə bu qədər güclü bir qala tikildiyini müəyyənləşdirə bilməmişdirlər. Onlar bu məsrəfli tikintinin Xəzərlər üçün təhlükə yaradan hər hansı bir regional gücün yüksəlməsindən qaynaqlandığını iddia edirlər.
Sarsel
Sarsel (fr. Sarcelles) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 1 127 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 17 km şimal, Serji bələdiyyənin 24 km şərqdə yerləşir.
Yuryel
Üryel (fr. Huriel) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Üryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03128. Üryel kəndi Fransanın coğrafi mərkəzi adı uğrunda 8 iddiaçıdan biridir 2008-ci ildə əhalinin sayı 2471 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1563 nəfər (15-64 yaş arasında) 1119 nəfər iqtisadi fəal, 444 fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə bu göstərici 69.1%). Fəal 1119 nəfərdən 1046 nəfər (572 kişi və 474 qadın) işləyir, 73 nəfər işsizdir (31 kişi və 42 qadın). 444 hərəkətsiz olan 109 nəfər arasında şagird və ya tələbə, 185 nəfər təqaüdçü, 150 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Cartel
Cartel — 1995-ci ildə Almaniyada yaradılmış məşhur Türk rep qrupudur. Qrupun əsası Almaniyada qoyulmuş, 7 üzvdən ibarət olmuşdur. Cartel qrupunun albomu ilk dəfə Avropada buraxılmışdır. Tezliklə MTV musiqi kanalında Avropada kütləvi informasiya vasitələrinin diqqətini cəlb edən qrupla bağlı müsahibələr dərc edilib. Türk musiqisinin səsini dünyaya çatdıran nadir ansambllardan biri ola bilmiş qrup Türkiyədə də böyük məşhurluq qazanmağı bacarmışdır. İndiyədək İstanbulda Beşiktaş İnönü Stadionunda çıxış edən ilk və yeganə türk rap qrupudur. Radio və televiziya təşkilatları tərəfindən ilk həftə ərzində 100.000 disk satıldığında "Qızıl Kaset", 250.000 disk satıldığında isə "İkili Platinum" mükafatlarına layiq görülmüşlər. İngilis, alman, ispan dilində yazılmış musiqiləri bu türk rep qrupunun dil zənginliyini bir daha nümayiş etdirir. Cartel CD-diskini Türkiyədə yayınlanmasından qabaq Almaniyada 29.000 ədəd satmışdı. Türkiyədə ümumilikdə 543.000 ədəd satmış və türk rep tarixində ən çox satılan qrup olmuşdur.
Ariel
Ariel (Uranın peyki)
Tarzən
Tarzən — Tar ifaçısı olan şəxs.
Tiryək
Tiryək və ya Tiryək saqqızı, xaşxaş kapsullarının tərtibi ilə sızan, südə oxşar öz suyunun yığılması ilə əldə edilən uyuşdurucu maddə. Xaşxaş kapsulları müvafiq zaman müddətində tərtib edilir yəni sıyrılır, sıyrıqlardan sızan maye laxtalanır və xüsusi bıçaqlar ilə götürülür. Havanın təsiri altında mayenin rəngi tünd qəhvəyi olur. Bu maddə tiryək və ya tiryək saqqızı adlanır. Əczaçılıqda morfin, kodein, tebain, papaverin və s. alkaloidlərin alınmasında istifadə olunur. Bir az zəhərli hesab edilə bilər, amma asılılıq yaratdığına görə uyuşdurucu maddə kimi də istifadə olunur. Bu uyuşdurucu maddə udularaq, çeynənərək və ya siqaret ilə birlikdə çəkilməklə istifadə olunur. Qısamüddətli zövq verir. Ağrıları azaldır və zehni durğunluq verdiyindən gündəlik problemlərinizi unutdurur.