TARYEL

Tanrı yeli, Tanrı küləyi; elin Tanrısı; cəngavər; hökmdar.
TARVERDİ
TARZƏN
OBASTAN VİKİ
Taryel Atayev
Taryel Eyvazov
Taryel Ömərov
Taryel İsgəndər oğlu Ömərov (4 aprel 1980, Diyallı, İsmayıllı rayonu) dünyada qlobal səviyyədə istifadə olunan bir neçə cərrahiyyə metodunun müəllifidir. Aşırı piylənmənin müalicəsində kəşf etdiyi cərrahiyyə metodu Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib və qlobal səviyyədə bir neçə dəfə patenləşdirilib. Mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası və laparoskopik bariatrik cərrahiyyə əməliyyatları zamanı tətbiq etdiyi yeni modifikasiyası Avrasiya Patent Təşkilatı tərəfindən patentləşdirilib. Dünyanın bir çox nəşrlərində cərrah Tariyel Ömərovun 2013–2017-ci illərdə hazırladığı bu metodu barədə elmi məqalələr dərc olunub. Azərbaycanda ilk bariatrik metabolik cərrahi əməliyyatları aparan cərrahlardan biri hesab olunur. Taryel Ömərov Beynəlxalq İdeya Müəllifləri siyahısına daxil edilib. Taryel Ömərov 1980-ci ilin aprelin 4-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuşdur. İlk təhsilini A. Məmmədov adına Diyallı kənd orta məktəbində almış, 1997-ci ildə Azərbaycan Tibb İnstitutu, 1-ci Müalicə — Profilaktika fakültəsinə daxil olmuş və 2003-cü ildə məzun olmuşdur. Taryel Ömərov əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında müəllim kimi başlamışdır. 2003-cü ildə Moder Hospitalda fəaliyyətinə davam etmiş və hazırda həmin hospitalın baş həkimidir.