Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Timus
Çəngələbənzər vəzi ya timus (lat. thymus) — 15 yaşınadək uşaqlarda olur, sonra reduksiya edərək piy toxuması ilə əvəz olunur, odur ki, uşaqlıq dövrü vəzilərindən hesab olunur. Endokrin sisteminin bronxiogen vəzilərdəndir. Çəngələbənzər vəzinin şəkli müxtəlifdir – gah qısa, qalın, gah uzun, və ensiz olur; embrional dövrdə rəngi çəhrayı, uşaqlarda boz və çəhrayı , böyüklərdə piy toxuması ilə əvəz olunduğu üçün sarımtıl olur. yeni doğulmuşda çəkisi 10-15 q, uzunluğu 5-6 sm, eni (aşağı tərəfdə) 2-4 sm və qlınlığı 1-1,5 sm-dır. Qızlarda çəngələbənzər vəzi oğlanlarınkindən kiçik olur. == Quruluşu == Çəngələbənzər vəzi iki asimmetrik hissədən. sağ və sol paydan – lat. lobus dexter et sinister ibarətdir. Binlar bir -birilə ancaq piy toxuması ilə birləşmişdir, beləliklə bunların hər birini ayrı-ayrı üzv hesab etmək olur.
Tamus
Dioskoreya (lat. Dioscorea) – dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Tifus
Tifus, Rickettsia bakteriyasının yaratdığı yoluxucu xəstəlikdir Xəstəliyin törədicisi olan bakteriyalar hüceyrə daxilində yaşayırlar hüceyrədən kənarda uzun müddət yaşaya bilmirlər.
Ainu Times
Ainu Times (azərb. Aynu vaxtları‎) – aynu dilində nəşr olunan yeganə jurnal. İlk sayı 20 mart 1997-ci ildə işıq üzü görüb. Jurnalda həm katanaka, həm romaci qrafikaları ilə məqalələr nəşr olunur. 2006-cı ildən redaktoru gitaraçı Takaşi Hamadadır. İldə 4 sayı nəşr olunur. Hər sayın buraxılmasından 3 ay sonra onun yapon dilindəki tərcüməsi çapdan çıxır.
Atriplex limus
Erigeron mimus
Erigeron mimus (lat. Erigeron mimus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Financial Times
Financial Times (FT) — Londonda gündəlik nəşr olunan beynəlxalq ingilis iqtisadi-siyasi qəzet və dünyanın qabaqcıl biznes xəbərləri və məlumatları təşkilatlarından biri. Dünyanın 24 şəhərində çap olunur: London, Lids, Liverpul, Dublin, Paris, Frankfurt, Stokholm, Milan, Madrid, Nyu-York, Çikaqo, Los-Anceles, San-Fransisko, Dallas, Atlanta, Mayami, Vaşinqton, Tokio, Honkonq, Sinqapur, Seul, Dubay, Yohannesburq və İstanbul. == Ümumi məlumat == Böyük Britaniyanın gündəlik qəzeti, maliyyə sferasında ingilis dilində çıxan ən nüfuzlu dövri nəşrlərdən biri. Əsası Londonda jurnalistlər C. Seridan və Q. Bottomli tərəfindən qoyulmuş, ilk nömrəsi 09.01.1888-ci ildə çap olunmuşdur. İndiki adı ilə 13.02.1888-ci ildən buraxılır. 1945-ci ildə "Financial News" (1884) qəzeti ilə birləşən "Financial Times"-ı B. Britaniyanın "Pirson" ("Pearson") nəşriyyat şirkəti əldə etmişdir. 1979-cu ildə qəzet ilk dəfə ölkə xaricində (Frankfurt-Maynda) nəşr olunmuş, elə həmin vaxtdan maliyyə sahəsində aparıcı dünya KİV-lərindən birinə çevrilmişdir. Özünün saytı (FT.com; 1995) olan ilk nəşrlərdən biridir. 2015-ci ildən "Financial Times" Yaponiyanın "Nikkey" mediakorporasiyasına məxsusdur. Tirajı 400 min nüsxədən çoxdur (2015).
Gay Times
Gay Times (2007-ci ildən — GT) — Böyük Britaniyanın homoseksual və biseksual auditoriyasına yönəlmiş ən populyar jurnal.. 1975-ci ildən bəri hər ay buraxılır. == Nəşr və məzmun == Gay Times (GT) jurnalı Millivres Prowler Group Ltd tərəfindən dərc olunur. Gay Times jurnalının ilk nömrəsi Lyuis Mennonun posteri ilə birlikdə 1984-cü ildə buraxılmışdı (başlanğıcda Gay Times 1975-ci ildə yaradılmış HIM jurnalının tərkib hissəsi idi). Millivres Prowler şirkəti həmçinin lezbiyan auditoriyaya yönəlmiş Avropanın aparıcı aylıq DIVA jurnalını, habelə transgender icması üçün META rəqəmsal jurnalını dərc edir. Bundan başqa onlar PinkPaper.com LGBT onlayn-xəbər brend saytının sahibidirlər. Gay Times ilin sonunda baş vermiş 13 ən əsas hadisələri dərc edir. Jurnalın əsas rubrikaları müsahibə, xəbər, musiqi, film, ədəbiyyat, moda və səyahət kimi maraqlı bölmələrdən ibarətdir. Burada həmçinin həyat tərzi, reklam, eskort və məsləhət xidmətləri də daxil olmaqla, böyük bir kataloq bölmə mövcuddur. Jurnalın üz qabığına çox sayda məşhur insanlar çəkilmişdilər.
Məngü Timur
Məngü Timur xan — Qızıl ordanın beşinci xanı. Batı xanın nəvəsi idi. == Hakimiyyəti == Hakimiyyətinin ilk dövründə ruslarla yaxşı əlaqələr qurmuş, Rus Pravoslav kilsəsini vergidən azad etmişdi. 1274-cü ildə müstəqil olan son knyazlıq olan Smolenski də işğal etmişdi. Xubilaya qarşı Kayduya yardım edirdi. Daha sonra Kayduya qarşı gələrək ən sevdiyi oğlu Nomu xanı ona qarşı müharibəyə göndərdi. 1280-ci ildə xan boynundan aldığı zədəyə görə vəfat etdi. == Ailəsi == Məngü Timur Kunqqirat qəbiləsindən Olcay xatunla evlənmişdi. Övladları: Toxta xan Nomu xan Kokçu xan Toğrulça - Özbək xanın atası Çiçəkxatun (Anna) - Yaroslavl knyazı Fyodor Rostivlaviç ilə evlənmişdi.
Tamus communis
Adi dioskoreya (lat. Dioscorea communis) — dioskoreya cinsinə aid bitki növü.
Tamus edulis
Adi dioskoreya (lat. Dioscorea communis) — dioskoreya cinsinə aid bitki növü.
The Times
"The Times" — 1785-ci ildə qurulmuş Britaniya qəzeti. 1788-ci ildən bəri bu adla fəaliyyət göstərməkdədir. Dünyanın ilk qəzetlərindən bir olan "The Times", Birləşmiş Krallığın ən önəmli yayın quruluşlarındandır. Xarici siyasət başda olmaqla böyük bir oxucu kütləsi yaratmaqda önəmli bir siyası rolu vardır. "The Sunny Times" ilə birlikdə Rupert Murdokun başçılığı ilə "News Corporation group"un sahib olduğu "News International" şirkətinin alt şirkəti olan "Times Newspapers Limited" tərəfindən yayımlanmaqdadır. == Elektron versiyası == The Times və The Sunday Times qəzetləri 1999-cu ilin mart ayından etibarən internetdə mövcuddur.
Timur Arslanov
Timur Faritoviç Arslanov (2 yanvar 1991, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — rusiyalı qılınc oynatan. Rusiyanın gənc qılıncoynatma komandasının üzvü (2007), milli komandanın üzvü (2014). Qılıncoynatma üzrə Rusiya idman ustası (2007), komanda üzrə rapira Avropa çempionu (2018). Rusiya çempionatının finalçısı (2013). Kişilər arasında Rusiya Kubokunun qalibi (2010), ölkə çempionatının gümüş medalçısı (2012). Gənclər arasında Avropa çempionatının qalibi (2014). == Ümumi məlumat == 19 nömrəli Uşaq-gənclər idman məktəbini (birinci məşqçi — F. Arslanov), 5 nömrəli idman profilli respublika internat məktəbini, 19 nömrəli Ufa Uşaq-gənclər idman məktəbi (məşqçilər — L. R. Gruşina, R. R. Nasibullin) bitirmişdir. Başqırd Bədən Tərbiyəsi İnstitutunun tələbəsidir. Prezident təqaüdü laureatı (2007) ("2007–2008 tədris ilində xüsusilə istedadlı tələbələr üçün Başqırdıstan Respublikası Prezidentinin təqaüdlərinin təyin edilməsi haqqında" fərmana görə).
Timur Bekmambetov
Timur Bekmambetov (qaz. Temir Nurbaqıtulı Bekmambetov; 25 iyun 1961, Atırau) — Qazax və Rusiyalı tammetrajlı film və reklam filmləri rejissoru.
Timur Bəy
Timur Bəy (uyğ. تیمور بیگ), və ya Timur Sijan (1886, Küçə[d] – 1933, Qaşqar, Sincan[d]) — briqada generalı, 1933-cü ildə Şərqi Türkistanda Kumul üsyanı zamanı üsyan liderlərindən biri. 1933-cü ildə Qaşqar döyüşündə iştirak etmiş və daha əvvəl Turfan üsyanı rəhbərlərindən olmuşdur (1932). Türk milliyyətçi partiyası Gənc Qaşqar Partiyasına aktiv üzv olmuş və özünü "Timur Şah" olaraq elan etmişdir. Timur Bəydə Xotan əmirləri Buğra qardaşları (Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra) kimi Şərqi Türkistanı Çindən ayrılaraq müstəqil görmək istəyirdi. 1933-cü ilin avqustunda onun qoşunları Qaşqar yaxınlığında general Ma Zçanqın rəhbərliyindəki Çin Respublikası Milli İnqilab Ordusunun hueylərdən ibarət 36-cı Diviziyası tərəfindən hücuma məruz qaldı. Timur Bəy qətlə yetirilərək, başı kəsildi. Ma Zçanq onun başını 1933-cü il avqustun 9-da Qaşqar şəhərində İd Kah məscidin yaxınlığında asaraq ümumi tamaşaya qoydu.
Timur Frunze
Timur Frunze (tam adı Timur Mixayloviç Frunze; rus. Тиму́р Миха́йлович Фру́нзе; 5 aprel 1923, Xarkov – 19 yanvar 1942, Xarkov) — Sovet İttifaqı Qəhrəmanı (16 mart 1942, ölümündən sonra), qırıcı təyyarəçi, leytenant, Böyük Vətən müharibəsi itirakçısı. Hərbi işlər üzrə xalq komissarı Mixail Frunzenin oğlu. 1938-ci ildən ÜİLKGİ üzvü. == Həyatı == Timur Frunze Kaçinsk hərbi aviasiya məktəbini bitirmiş (1941), Moskva ətrafında döyüşlərdə və şimal-qərb cəbhəsində gedən vuruşmalarda iştirak etmişdir. Staraya Russa yaxınlığında 8 düşmən qırıcı təyyarəçisi ilə qeyri-bərabər döyüşə girən Timur Frunze iki təyyarə vurub salmış, özü də həlak olmuşdur. Leytenant Frunze hərbi mərasimlə Krestsı qəsəbəsinin Yamski qəbiristanlığında dəfn edilmişdir.SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 16 mart 1942-ci il tarixli "Qızıl Ordunun rəhbər heyətinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında" qərarı ilə "komandanlığın döyüş tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirdiyinə və bu zaman şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə" görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.Müharibədən sonra, 1950-ci illərdə bacısı Tatyananın istəyi ilə məzarı Moskvadakı Novodeviçye qəbiristanlığına köçürülmüşdür. == Mükafatları == Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduz" medalı (ölümündən sonra) — 16 mart 1942 "Lenin" ordeni == Xatirəsi == Xarkov şəhərində Frunze rayonu (1973-cü ildən), 2016-cı ildən — Nemışlyanski rayonu Veliki Novqorod şəhərində Timur Frunze-Olovyanka küçəsi. Küçədə məlumat lövhəsi də quraşdırılıb. Krestsı qəsəbəsində Timur Frunze küçəsi.
Timur Rodrigez
Teymur Mikayıl oğlu Kərimov (14 oktyabr 1979, Penza) — Timur Rodrigez səhnə adı ilə tanınan Azərbaycan əsilli rusiyalı şoumen, aparıcı, müğənni və aktyor. Rusiya telekanallarında efirə gedən KVN və Comedy Club kimi proqramların iştirakçısı, eləcə də Krokodil, Sexy chart, Tantsi bez pravil kimi proqramların aparıcısı olaraq məşhurluq qazanmışdır. 2010-cu ildə o Ani Lorak ilə hit bir duetə, "Uvleçeniye" (rus. Увлечение) mahnısına imza atır. 2013-cü ildə "O tebe" (rus. О тебе), 2015-ci ildə isə "Novıy mir" (rus. Новый мир) albomlarını buraxmışdır. Muz TV, HTB, THT, Musicbox kimi kanallarda bir çox proqamların aparıcısı olmuş Timur, Penzada dünyaya gəlmişdir. Atası azərbaycanlı, kukla teatrının aktyoru Mikayıl Kərimov, anası isə yəhudi əsilli, alman və ingilis dilləri müəllimi Zlata Yefimovna Levinadır. Ailəlidir, 2 övladı var.
Timur Rodriguez
Teymur Mikayıl oğlu Kərimov (14 oktyabr 1979, Penza) — Timur Rodrigez səhnə adı ilə tanınan Azərbaycan əsilli rusiyalı şoumen, aparıcı, müğənni və aktyor. Rusiya telekanallarında efirə gedən KVN və Comedy Club kimi proqramların iştirakçısı, eləcə də Krokodil, Sexy chart, Tantsi bez pravil kimi proqramların aparıcısı olaraq məşhurluq qazanmışdır. 2010-cu ildə o Ani Lorak ilə hit bir duetə, "Uvleçeniye" (rus. Увлечение) mahnısına imza atır. 2013-cü ildə "O tebe" (rus. О тебе), 2015-ci ildə isə "Novıy mir" (rus. Новый мир) albomlarını buraxmışdır. Muz TV, HTB, THT, Musicbox kimi kanallarda bir çox proqamların aparıcısı olmuş Timur, Penzada dünyaya gəlmişdir. Atası azərbaycanlı, kukla teatrının aktyoru Mikayıl Kərimov, anası isə yəhudi əsilli, alman və ingilis dilləri müəllimi Zlata Yefimovna Levinadır. Ailəlidir, 2 övladı var.
Timur Rəcəbov
Timur Ummatoviç Rəcəbov (19 avqust 1976, Buynaksk, Dağıstan MSSR) — Dağıstan şairi və tərcüməçisi. Rusiya Yazıçılar Birliyinin üzvü (2015). == Həyatı == Timur Rəcəbov Dağıstanda, Buynakskda anadan olub. Onun ata nəsli Rutulski rayonunun Kina kəndindən gəlir. O, milliyətcə rutuldur. === Təhsili === Timur Rəcəbov Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Prezident Rəsul Həmzətov gənc şairin 1997-ci ildə Universitetə qəbul olması üçün ona referans verir. Məktəbə getməzdən öncə Rəcəbov Cənubi Dağıstanın Azərbycanla sərhəd dağlıq hissələrində yaşayıb. Tez-tez məktəblərini dəyişərək Mahaçqala, Kaspiysk, Xasavyurt, Buynaksk şəhərlərində təhsil alıb. Kolleci bitirdikdən sonra gələcək şair Dağıstan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almağa qərar verir.
Timur Safin
Timur Safin (tat. Тимур Марсель улы Сафин; 4 avqust 1992) Rusiyalı qılıncoynadan, üç dəfə Avropa çempionu, dünya çempionu(2014) və Avropa oyunları qalibi olmuşdur. == Bioqrafiya == 1992-ci ildə Daşkənddə Tatar ailəsində doğulmuşdur. Daha sonra Rusiyaya köçmüşdür. Safinin qılıncoynatma karyerası doqquz yaşında, oxuduğu məktəbə gələn bir məşqçinin çıxışından sonra başlamışdır.Ufa şəhərində idmançıların ümumi seçimi olan Safin, 2009-cu ildə Rusiyanın gənclər komandasına aparıldı. 2011-ci ildə Kazan şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal və komandada isə gümüş medal qazandı. Eyni ildə Moskvada Avropa Gənclər Çempionatında fərdi oyunda çempionluq qazanmış və qrupda isə gümüş qazanmışdı. 2011-12 mövsümündə dünya gənclərinin sıralamasında dördüncü sırada qərarlaşdı. 2013-cü ildə Torun U23 Avropa Çempionatında ikiqat qızıl medal qazandı. Safin, kiçiklər üçün kateqoriyadan çıxdıqdan sonra üst səviyyəyə yəni böyüklər üçün kateqoriyaya keçdi və bu kateqoriyada 2013-14 il mövsümündə debüt etdi.
Timur Vaynşteyn
Timur Vaynşteyn (tam adı: Timur Leonidoviç Vaynşteyn ; 1 mart 1974, Bakı) — televiziya prodüseri. Yarı azərbaycanlı, yarı yəhudi ailəsində doğulmuşdur. == Həyatı == Timur Leonidoviç Vaynşteyn 1 mart 1974-cü ildə Bakıda anadan olub. 1991-ci ildən "Parni iz Baku" (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir. Bu komanda 1992-ci ilin çempionu, 1995-ci il yay kubokunun sahibi, 2000-ci ildə isə əsrin çempionu adına layiq görülüb. Timur Vaynşteyn 1996-cı ildə Azərbaycan Tibb Universitetinin həkim-psixiatr ixtisasını bitirib. 1997-ci ildə Rusiya Televiziya Mütəxəssisləri İnstitutunda televiziya rejissorluğu ixtisasına qəbul olunub. "VİD" telekompaniyasında müxbir, redaktor, rejissor, daha sonra "Tema" "Dobriy Veçer s Yuliyem Qusmanom" verilişlərinin rəhbəri, "Ças pik", "İşu tebya" və müxtəlif verilişlərin müəllifidir. 1998-ci ildə "VİD" telekompaniyasının ən yaxşı redaktoru seçilib. 2000-ci ildə "PlANETA KVN" proqramının və "KVN. 40 let shutya" serialının rejissorudur.
Timur xan
Timur xan — Timur Qutluq xanın oğlu idi. Edigey tərəfindən xan elan olunmuşdu. Edigeyin hakimiyyətindən bezən Timur onu məğlub edərək Xarəzməcən qovdu. Hakimiyyətinin 1-ci ilində Toxtamışın oğlu Cəlaləddin atasının intiqamını almaq üçün hücuma keçmişdi. Cəlaləddinin adamları tərəfindən 1412-ci ildə öldürüldü.
Timur Əliyev
Timur Nurəddin oğlu Əliyev (29 may 1984; Çirçig, Özbəkistan SSR — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Timur Əliyev 1984-cü il mayın 29-da Çirçig şəhərində anadan olub. 1998-ci ildən ailəsi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Ailəli idi. Iki qızı yadigar qaldı. == Hərbi xidməti == Timur Əliyev 2002–2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Timur Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Timur Əliyev oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində dəfn olunub.
Titus Omotara
Titus Omotara — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Titus Omotara Nigeriyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 21-ci pillənin sahibi olub.
Titus Tatius
Qədim Roman miflərinə görə, Titus Tatius "Kures"dən olan Sabinlərin kralı və bir neçə il Romada ortaq hakimiyyətdə olmuşdur.Romanın ilk kralı Romulun hökmdarlıq dövründə, Tatius, baş verən Sabin qadınına qarşı olan zorakılığa cavab olaraq Romaya müharibə elan etdi. O, Tarpea xəyanəti vasitəsilə Kapitolin (Capitoline) təpəliyinin ən hündür nöqtəsində yerləşən qalanı aldıqdan sonra, Sabinlər və Romalılar arasında ağır müharibə yarandı. Ancaq bu müharibə qaçırılmış Sabin qadınının müdaxilə etməsi və hər iki tərəfi razılığa, müharibəni sonlandırmağa çağırması ilə bitdi. Müharibədən sonra, iki krallıq birləşdi və krallar beş il, Tatius öldürülənə qədər ölkəni birlikdə idarə etdilər. Birləşdirilmiş krallıq hələ də Roma, şəhərin vətəndaşları isə Romalılar adlanırdı, amma icma olaraq Sabinlər "Quirites" adlanırdılar. Sabinlər zaman keçdikcə başqa qonşu tayfalara inteqrasiya etdilər. Tatius ən-ənəvi "Romanın 7 Kralı"ndan biri olaraq görülmədi. Tatiusun bir qızı və bir oğlu var idi. Qızı, Tatia Numa Pompilius (Romulun varisi) ilə evləndi. Oğlu isə alicənab Tatii ailəsinin əcdadlarından sayılır.