[ fr. titulus]
1. Feodal və ya burjua cəmiyyətində: nəsildən-nəslə keçən, yaxud sonradan verilən fəxri ad, rütbə. İmperator titulu. Knyaz titulu. Xan titulu.
2. mətb. Kitabın sərlövhəsi, adı.
// Kitabın adı, müəllifinin adı, nəşr olunduğu il, yer və s. göstərilən birinci səhifəsi.
3. xüs. Sovet dövründə: titul siyahısına daxil edilmiş əsaslı tikinti smetasının obyektlər üzrə adı.
□ Titul siyahısı xüs. – layihə və smetası təsdiq olunmuş əsaslı tikinti obyektlərinin siyahısı.
4. hüq. Burjua hüquqşünaslığında: hər hansı bir hüququn əsası. Mülkiyyət titulu.