Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torpaqlı
Torpaqlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Torpaqlı Axtarma (palçıq vulkanı) — Abşeronda palçıq vulkanı.
Almaniya torpaqları
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Avstraliya torpaqları
Avstraliya torpaqları — Avstraliyanın hüdudları daxilində mövcud olan torpaq örtüyü. Ərazinin çox hissəsini tutan səhralar boz və boz-qəhvəyi torpaqları, cod otu və tikanlı kolluqları olan yarımsəhralarla əhatələnmişdir. Yağıntının miqdarı artdıqca (qərb, şimal və şərq tərəf) qırmızı-qonur yarımsəhra, qırmızı-qonur və qırmızı lateritli savannaya keçir. Savanna şimal-şərqdə həmişəyaşıl tropik, cənub-şərq və cənub-qərbdə rütubətli evkalipt meşələri ilə əvəz olunur. Materikin şimal və şərqində qırmızı-sarı lateritli, dağlarda tropik-qara, sarı-qonur, dağ-çəmən torpaqları yayılmışdır. Yarımsəhra və savannalardakı təbii otlaqların Avstraliya üçün böyük əhəmiyyəti var. Əmtəə əhəmiyyətli meşələr materikin təqribən 2%-ni tutur.
Camaat torpaqları
Camaat torpaqları — dövlətin mülkiyyətində olub kəndlilərin istifadəsində olan torpaqlar idi. Bu torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi.
Luara torpaqları
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. == Coğrafiyası == Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. == Tarixi == == İnzibati bölgüsü == Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Səhra torpaqları
Səhra torpaqları — Avrasiya materikinin daxili rayonlarında, o cümlədən Xəzərin şimalında, Qazaxıstan və Monqolustan respublikalarının ərazisində yayılmışdır. Boz-qonur səhra torpaqları bareal qurşağın ən arid avtomorf torpaqları kimi təqdim olunur. Səhraların hirdomorf torpaqları üçün takırlı və şorlaşmış torpaqlar xarakterikdir. Səhralar üçün yayın isti, qışın soyuq keçməsi səciyyəvidir. Orta illik temperaturu şimalda +16°C-dən, cənubda +20°-yə qədər dəyişir. Şərq və qərb hissələrdə temperatur demək olar ki, fərqlənmir. +26°-30 °C təşkil edir. Yağıntıların illik miqdarı 100–200 mm-dən çox deyil. Yağıntıların paylanması aylar üçün bərabər deyil: maksimum qış-yaz dövrü düşür. Səhraların xarakterik bitki örtüyü şoran kollar və efemerlerdən ibarətdir.
Bask torpaqları
Bask torpaqları (bask Euskal Herria; isp. País Vasco; fr. Pays basque) Baskların yaşadığı regiondur. Bask torpaqları Biskay körfəzinin ən daxili hissəsində, Pireney dağlarının qərb hissəsində, Fransa və İspaniya sərhədində yerləşir. Region birinci dəfə XVI əsrdə bask dilində Euskal Herria adı ilə qeyd edilmişdir. Bask torpaqları İspaniyanın Basklar ölkəsi və Navarra muxtar regionlarını və eyni zamanda da Fransa Bask ölkəsini əhatə edir. Bask torpaqlarında heç bir mədəni homogenlik yoxdur və həmçinin də regiona Cənubi Navarra kimi bask mədəniyyətinin hakim olmadığı və baskların azlıq təşkil etdiyi yerlər də daxildir. == Etimologiyası == Bask torpaqlarının Bask dilindəki adı olan Euskal Herria termini bir ifadədir və aşağıdakı kimi təhlil edilə bilər: Bask dilində Herri: xalq; ölkə, vətən, torpaq; insanlar, əhali; qəsəbə, şəhər, yaşayış məntəqəsi, yaşayış sahəsi Bask dilində Euskal: Euskara isminin sifət forması. Euskara sözü bask dili deməkdir.
Torpaqlı (Xudabəndə)
Torpaqlı (fars. تورپاخلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 376 nəfər yaşayır (90 ailə).
Torpaqlı (Ərdəbil)
Torpaqlı (fars. تپراقلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 888 nəfər yaşayır (189 ailə).
ABŞ Federal Torpaqları
Federal Torpaqlar (ing. Insular areas, hər. təcrid olunmuş ərazilər) — ABŞ-nin federal torpaqlarına ölkənin heç bir ştatına və federal ərazisinə tabe olmayan adaları daxildir. Palmira atollu — hazırda birləşdirilmiş yeganə ərazidir, yəni Birləşmiş Ştatların ayrılmaz hissəsidir. Palmira atollunun xüsusi statusu heç bir şəkildə yeri və əhəmiyyəti ilə əlaqəli deyil, atollun dövlət statusu aldığı 1959-cu ilə qədər Havay ərazisinin bir hissəsi olması səbəbindən yaranan qanuni bir hadisədir (lakin atollun tərkibindən çıxması ilə). Birləşdirilməmiş ərazilər konsepsiyasının özü, 1901-ci ildə İspaniya ilə müharibədən sonra 1898-ci ildə ABŞ-nin tərkibinə daxil olan adaların statusu haqqında Ali Məhkəmənin bir sıra qərarlarına qədər rəsmi olaraq mövcud deyildi. Buna görə, Konqresin bu presedentdən əvvəl təşkil etdiyi bütün ərazilər, Havay Bölgəsi də daxil olmaqla (1898-ci ildə təşkil edilmiş) avtomatik olaraq birləşdirilmiş sayılırdı. Amerika Birləşmiş Ştatlarının özünü və ya bir hissəsini birləşdirilmiş ərazidən təsisata çevirərək hər hansı bir ərazi üzərində suverenlikdən imtina etməsi üçün bir qanuni mexanizm mövcud deyil və bu səbəbdən 1901-ci ilə qədər birləşdirilmiş Havay Ərazisinin bir hissəsi olan Palmyra Atoll, 1959-cu ildən sonra öz statusunu qorudu. inzibati olaraq Havaydan ayrıldı. Federal vergi ödəməmələrinə və prezident seçkilərində iştirak edə bilməmələrinə baxmayaraq bir sıra ada ərazilərinin sakinləri ABŞ vətəndaşı sayılır.
Avtomorf səhra torpaqları
Avtomorf səhra torpaqları — relyefin yüksək düzənliklərində formalaşmış profili yaxşı inkişaf etmiş boz-qonur torpaqlar. Bu torpaqların xarakterik əlamətlərindən biri səthinin qaysaqlı olması və humus horizontunun zəif ifadə olunmasıdır. Bu horizont tədricən bərkimiş, yüksək dispersliyi ilə fərqlənən qatda əvəz olunur. Boz-qonur torpaqlarda qaysağın yaranması mineral və üzvi hissənin yüksək dispersliliyi və torpaqların hidrotermik rejimindəki kontraslılıqla əlaqədardır. Torpaqların yüksək dispersliliyinə səbəb torpaq məhlulunun qələvi reaksiyasıdır. Qələvilik yovşanlı-şoranlı bitkilərin minerallaşması zamanı natrium karbonatlarının və biokarbonatların yaranması ilə əlaqədardır. == Morfoloji əlamətləri == Üstyurd platosunun mərkəzi hissəsində tipik boz-qonur torpaqlar aşağıdakı strukturluğa malikdir: Ak horizontu — qaysaqlı qat poliqonal elementlərə malikdir, qalınlığı 3–6 sm-dir. A horizontu — humus, boz-qonur rəngdə. Yuxarı hissəsində köklər zəif, aşağıya doğru yumşaq olduğundan yaxşı inkişaf edir. Qalınlığı 10–15 sm.
Boz meşə torpaqları
Boz meşə torpaqlar — bütöv zona əmələ gətirməyən torpaq tipləri. Bu torpaqlar Şimali Amerikanın Atlantik okeanı sahili ərazilərində və Avrasiyanın Avropadan Baykalətrafı rayona qədər ərazilərində yayılmışdır. Keçmiş SSRİ ərazisinin 3 %-i bu torpaqların payına düşür. == İqlimi == Boz torpaqlar kontinental iqlim şəraitində inkişaf etmişdir. Soyuq və kontinental iqlim Avrasiyada qərbdən şərqə doğru çoxalır. Qərbdə havanın orta illik temperaturu +7 °C, yanvarın orta temperaturu −6°C-yə yaxın, şaxtasız keçən günlərin sayı 250-yə çatır. Şərqdə bu göstəricilər müvafiq olaraq −4,5 °C, −28 C-yə yaxın və 180 gün təşkil edir. Uraldan qərbdə boz torpaqların formalaşdığı zonada yağıntıların illik miqdarı 500–600 mm, Şərqdə Baykal ətrafında 300 mm-ə yaxın olur. Yay temperaturu eyni olub, +19°C-dən +20°C-yə qədər dəyişir.. == Genetik xüsusiyyətləri == Meşə döşənəyi kül elementləri ilə zəngindir.
Dağ-çəmən torpaqları
Dağ–çəmən torpaqları — Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır. Bu torpaqların ümumi sahəsi 559,3 min ha-dır. Azərbaycanın dağlıq ərazilərinin ayrı – ayrı hissələri bir sıra fiziki – coğrafi şəraitlərinə — iqlim rejiminə, bitki tipinə, torpaqəmələgətirən süxurların xarakterinə görə fərqlidir. Ekoloji – coğrafi şəraitin müxtəlifliyi dağ –çəmən torpaq tipini 3 yarımtipə bölməyə imkan verir: Çimli – torflu dağ-çəmən Çimli dağ – çəmən Qarımtıl dağ – çəmən. == Çimli – torflu dağ-çəmən yarımtipi == Çimli – torflu dağ – çəmən torpaqları alp çəmənlərinin tipik torpaqlarından olsa da respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağ – çəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin dibində rast gəlinir. Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur. == Çimli dağ – çəmən torpaqları yarımtipi == Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli – dağ çəmən torpaqları dağ meşələri ilə alp çəmənləri arasındakı geniş sahələri tutmaqla 1800–2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dübrar dağına qədər uzanır.
Göllərin hidromorf torpaqları
Göllərin hidromorf torpaqları — şoran, şorakət və solod torpaq tipi. Qazaxıstanda, Rusiyanın Aşağı Volqaboyu bölgəsində, Mərkəzi Asiyada, Şimali Amerikada ABŞ və Kanadada, Azərbaycanda Kür-Araz ovalığı ərazilərində yayılmışdır. == Növləri == Şoranlaşmış torpaqların formalaşması duzların qrunt sularında və süxurlarda toplanması və onların torpaqda akkumlyasiyasına təsir göstərən şərait ilə əlaqədardır. Bu duzlar torpaq qatında toplaşanda torpaqlar şorlaşır. Bir sıra vulkanizm rayonlarında püskürmə məhsullarının səthə çixması şoranlığın yaranmasına səbəb olur. Aerob şəraitdə bitkilər kök sistemi vasitəsilə alt qatlarda olan duzları su ilə birlikdə səthə çıxır. Küləklər də torpaqların şoranlaşmasına sürətləndirici təsir göstərməklə, şoranlaşmanın arealını genişləndirir. Bu prosesə impulsverizasiya, yəni duzların külək vasitəsilə yayılması deyilir. Rütubətli iqlim şəraitində torpaqlar profil boyu sularla yuyulur və həll olan duzlar torpaq profilindən çıxarılır. Əksinə, quraq ərazilərdə duzlar dərin qatlardan üst qatlara çıxır.
Kserofit meşələrin torpaqları
Kserofit meşələrin torpaqları — Azərbaycan ərazisində yayılmış torpaq tipi. Bir çox iqlimşünaslar, fiziki coğrafiyaçılar, aqroekoloqlar Azərbaycanın yerləşdiyi enliklər və uzunluqlar arası ərazini bütövlüklə subtropik rayonlara aid etmişdir. Landşaft baxımından ölkə ərazisi quru subtropik çöllərə və yarımsəhralara düşür. == İqlimi == Ə. D. Əyyubova görə quru subtropik Azərbaycanda fəal temperaturun illik cəmi 3800–4600° arasında dəyişir. Qış mövsümündə orta aylıq temperatur 0,6°-dən aşağı enmir. Havanın orta illik temperaturu 12,0–14,5°-yə qədər dəyişir. Atmosfer yağıntılarının illik miqdarı 600–1100 mm təşkil edir. Nisbi rütubətlənmə 9%-dən 30%-ə qədər dəyişir. == Torpaqları == Quru subtropiklərin çöl və yarımsəhralarında boz-qəhvəyi və boz torpaqlar geniş yayılmışdır. Bu qurşaq daxilində şabalıdı torpaqların formalaşması mübahisəli məsələlərdəndir.
Qarışıq meşələrin torpaqları
Qarışıq meşələrin torpaqları — Tayqa meşələri zonasından cənubda qarışıq meşələr — iynə və enliyarpaq ağaclardan ibarət meşələr zonası. Bu meşələr xüsusilə Şərqi Avropa düzənliyində geniş ərazini əhatə edir. Ural dağlarından şərqə davam edərək Amursahili zonaya qədər uzanır, lakin bütöv qurşaq əmələ gətirmir. Şimali Amerikda bu torpaq tipi Mərkəzi Kanada torpaq vilayətinə düşür. Bu vilayət Mərkəzi Kanadanın Böyük düzənliyinə, Makkenzi və Ris-Ruver çaylarının hövzələrinə, Atabsaka və Saskaçevanın şimal hissələrini əhatə edir. Şərqi Avropada qarışıq meşələrin ağac tərkibi əsasən küknar, tozağacı, ağcaqovaq, Qərbi Sibirdə tozağacı və ağcaqovaq üstünlük təşkil edir. Qarışıq meşələrdə az-çox ot örtüyü yaxşı inkişaf etmişdir. Qarışıq meşələrdə biomassa tayqaya nisbətən çoxalır (2000–3000 s\ha). Şimali Amerikada qarışıq meşələrin ağac tərkibi kimidir: Fraxinus Pennsylvaniça, Ulmus Amerikana, Acer Negunqo və s. Qərbi Avropada qarışıq meşələr zonası iqliminə görə tayqa meşə landşaftı ilə müqayisədə bir qədər isti və yayı xeyli davamlıdır.
Quru çöllərin torpaqları
Quru çöllərin torpaqları — quru və ekstrakontinental şəraitdə quru çöllərdə formalaşan şabalıdı və qonur səhra-çöl torpaqları. Bu torpaqlar ən çox Asiya qitəsində yayılmışdır. Bu torpaqlar ensiz zolaq şəklində Qara və Azov dənizləri sahillərində, Şərqi Avropanın cənub-şərqində-Aşağı Volqaboyu, Xəzər sahilində formalaşmışdır. Lakin, Qazaxıstan respublikası ərazisində bu torpaqlar geniş sahə tutur. Şabalıdı torpaqlar yayıldığı arealın ən şərq sahilləri Baykala qədər gedib çıxır. Bu torpaqlar daha məhdud sahədə Qazaxıstanda yarımsəhralarında yayılmışdır. Quru çöllərin iqlimi kəskin kontinentaldır. Avrasiya materikinin Avropa hissəsində +5-9°C, Asiyada +3-4°C təşkil edir. Qərbdə orta aylıq temperatur 32-36°C-yə yaxın, şərqdə isə -35-40°C-yə çatır. Orta illik yağıntıların miqdarı şimaldan cənuba doğru 300-350 mm-dən 200 mm-ə qədər azalır.
Səhraların hidromorf torpaqları
Şoranlar səhralarda formalaşan xarakterik hidromorf torpaqlardır. Şoran torpaqlar torpağın üst qatında suda asan həll olan duzların miqdarı 1% və çox olan torpaqlar nəzərdə tutulur. Səhra zonasında bu torpaqlar 10%-ə yaxın ərazini əhatə edir. Şoranlıqların əmələgəlməsi hidrotermin, hidrogeoloji, geokimyəvi şəraitlə bağlıdır. Belə ki, şoranların yaranmasında qrunt sularının dərinliyi əsas rol oynayır. Qrunt sularının səthə yaxınlığı və buxarlanmanın olması bu prosesi sürətləndirir. Ona görə də qrunt sularının kimyəvi tərkibi və dərinlliyi əsas hesab olunur. Əgər qrunt sularının dərinliyi 2 m-ə yaxın olduqda minerallaşma sürətlə çoxalır. V. A. Kovdaya görə birinci mərhələdə sular natrium karbonatlı olur və duzların miqdarı 1–3 q\l təşkil edir. İkincidə kalsium karbonat olur və duzların miqdarı 3–5q\l yaxınlaşır.
Tundra landşaftının torpaqları
Tundra — Yerin təbii zonası. Tundra Yer kürəsinin tayqadan şimalda olan hissəində yerləşir. Xarakterinə görə tundra bataqlıq, torflu və daşlıqlı olur. Tundranın aşağı sərhəddi arktikanın başlanğıcı hesab edilir. Tundra Şimali Amerikanın şimal hissəsinin, Kanada arxepelaqını, Qrenlandiyanın buz örtməyən yerlərini və Avrasiyanın şimal zolağını tutur. Tundra bitkinin həyatı üçün şərait olduqca sərtdir. Yay qısa və soyuqdur. Ən isti ayın orta temperaturu 10 – 12 C-dən yuxarı qalxmır. İllik yağıntının miqdarı 200 – 300mm-dir. Qış uzun keçir və bərk küləklər əsir.
Dağ-meşə çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) — 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. == İqlimi == Orta illik temperaturu 5,7–6,1°C, illik yağıntıların miqdarı isə 700–1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000–2500 °C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. == Bitki örtüyü == Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70–80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40–60 s\ha arasında tərəddüd edir. == Morfoloji əlaməti == Humusun üst qatda miqdarı orta hesabla 9–10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Dağ-çəmən bozqır torpaqları
Qonur dağ-meşə torpaqları
Qonur dağ-meşə torpaqları — rütubətli, mülayim-isti iqlim şəraitində, enliyarpaqlı meşələr altında formalaşmış torpaq tipidir. Boz-meşə torpaqları ilə müqayisədə qonur-meşə torpaqlar daha tünd rəngə malikdirlər. Bunun başlıca səbəbi bütün torpaq horizontlarında gilli mineraların və dəmir oksidin toplanması ilə bağlıdır. Azərbaycanda qonur dağ-meşə torpaqlar dağlıq zonal, rütubətli, dəniz səviyyəsindən 900-2000 m arasında Kiçik Qafqazın şimal və şimal-şərq, Böyük Qafqazın cənub və şərq yamaclarında, Lənkəranın orta dağ zonasında geniş massivlər şəklində yayılmışdır. Ərazidə mülayim isti rütubətli iqlim tipi hakimdir. Burada havanın orta illik temperaturu 8-120C, orta illik yağıntılar isə 800-1400 mm arasında tərəddüd edir. Rütubətli subtropik iqlim tipindən fərqli olaraq bu qurşaqda yağıntılar il ərzində bərabər paylanmışdır. Bu torpaqların yaxşı strukturası vardır. Humus qatında 3-7% humus olur. Yuxarı horizontlarda humusun miqdarı 5-8% təşkil edir.
Qəhvəyi dağ-meşə torpaqları
Qəhvəyi dağ-meşə torpaqları — inkişaf etdiyi kserofit meşə və kolluqlar iqlimi Aralıq dənizi iqlim tipinə yaxındır. Böyük və Kiçik Qafqazın orta və alçaq dağ qurşağını, Naxçıvan MR, Qanıx-Əyriçay vadisi və Lənkəran rayonunu əhatə edir. Dəniz səviyyəsindən 600–1200 m hündürlükdə, güclü parçalanmış dağlarda, bitki örtüyü yaxşı inkişaf etmiş meşəaltı və kserofil ot örtüklü palıd-vələs meşələri altında inkişaf etmişdir. Bu torpaqlar Lənkəran rayonunda 400–600 m yüksəkliklərdə əsasən cənub yamaclarda palıd-vələs meşələri altında yayılmışdır. İsti yayı və mülayim qışı ilə səciyyələnir. Orta illik temperatur 8,4°-10,8 °C, ən soyuq ayların temperaturu 1,2°-3,4°C arasında dəyişir. yağıntıların miqdarı 350–600 mm olub, əsasən yaz və payız fəsillərində düşür. Lənkəran rayonunda bu torpaqlar alçaq dağlıqda, yarımrütubətli subtropik iqlim tipinin hakim olduğu ərazilərdə yayılmışdır. Lənkəran rayonunun cənub qurtaracağından fərqli olaraq şimal hissədində insanın antropogen təsiri nəticəsində meşələr qırılmış və onların yerində taxıl, noxud, kartof və digər kənd təsərrüfatı bitkiləri becərilir. Burada yayılan qəhvəyi torpaqlar dağ və düzən qəhvəyi torpaqlara ayrılır.
Tayqa-meşə landşaftının torpaqları
Tayqa-meşə landşaftı Avrasiya və Şimali Amerika materiklərinin şimal hissələrini əhatə edir və bareal, subbareal iqlim vilayətləri daxilində formalaşmışdır. Şimalda o meşətundra, cənubda materikdaxili bölgədə 57-58° am endə meşə-çöl, okean sahili bölgədə isə enliyarpaq v\ qarışıq meşələr ilə birlikdə subbareal qurşaqla sərhədlənir. Rusiya Federasiyası ərazisində bu meşəlr geniş sahəni əhatə etməklə, Avropa, Qərbi Sibir, Şərqi Sibir və Uzaq Şərq regionlarını tutur. Şimali Amerikada bu qurşaq 38° şimal enliyinə qədər çatır. Tayqa zonasının iqlim şəraiti Avrasiya materikində nəinki şimaldan cənuba, həm də qərbdən şərqə doğru dəyişir. Şərqi Sibir kəskin kontinental, Uzaq Şərq isə musson tiplidir. Orta illik temperatur Avropa hissəsində +4°C-dən Şərqi Sibirdə -7-16°C və Uzaq Şərqdə +7,5°C arasında tərəddüd edir. Yağıntıların miqdarı qərbdən şərqə və şimaldan cənuba doğru dəyişir. Korelya tayqalarında illik yağıntıların miqdarı 500 mm-ə yaxındırsa, onunla eyni enlikdə olan Yeniseydə yağıntıların illik miqdarı 150-200 mm-ə qədər azalır. Tayqanın çoxillik donuşluq inkişaf etmişdir.
ǀXam ve ǂXomani torpaqları
ǀXam və ǂXomani torpaqları — Cənubi Afrika Respublikasının Şimali Burun vilayətində, Upinqton şəhərinin şimal və cənubunda yerləşən ərazilərdir. |Xam və ǂXomani xalqları Buşmen xalqının dil baxımından əlaqəli qrupları idlər. Ərazi yuxarı Karu (cənub) və cənubi Kalaxarinin (şimal) yarı quru və quraq massivlərindən ibarətdir. Hər iki sahə, Son daş dövrünə aid arxeoloji izlərlə zəngindir. Cənub bölgəsindəki qaya təpələri petroqliflərin üstünlük təşkil etdiyi çox sayda qaya təsvirlərinə sahibdir. ǀXam ve ǂXomani torpaqları 15 may 2004-cü ildə UNESCO-nun Müvəqqəti Ümumdünya irsi siyahısına əlavə edildi. Ərazinin şimalındakı ǂXomani mədəni landşaftı, 8 iyul 2017-ci ildə UNESCO-nun Ümumdünya irs komitəsinin Polşanın Krakov şəhərində baş tutan 41-ci iclası zamanı ümumdünya irsi statusu almışdır.