Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Crossing Field
"Crossing Field" (クロッシング・フィールド, azərb. "Kəsişmə sahəsi"‎) — Yaponiya pop müğənnisi və mahnı yazıçısı LiSA-nın 2-ci sinqlı. Sinql Aniplex tərəfindən 8 avqust 2012-ci ildə CD formatında, 21 avqust 2012-ci ildə isə mini-albom formatında buraxılmışdır. Sinql Oricon-un həftəlik çartlarında 5-ci yerə qədər yüksəlmiş, daha sonra Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya almışdır.Mahnının rəsmi ingilis versiyasına LiSA-nın 7-ci sinqlı olan "Shirushi" daxil edilmişdir. "Crossing Field" "Sword Art Online" anime serialının 2-14-cü seriyalarının açılış mahnısı, 1-ci və 25-ci seriyalarının isə bağlanış mahnısı olmuşdur.
Two Feet
Zakari Vilyam "Bill" Dess (20 iyun 1993, Manhetten, Nyu-York ştatı) — Two Feet təxəllüsü ilə tanınan amerikalı müğənni, bəstəkar və prodüser. Nyu-Cersi ştatının Tenaflay şəhərindəki Tenaflay Liseyində oxuyub. Dess Two Feet-i yaratmazdan əvvəl caz və blüz ansambllarında ifa edirdi. "Go Fuck Yourself" adlı sinqlı SoundCloud-da viral hitə çevrildikdən sonra o, Republic Records ilə müqavilə imzaladı. Sinql ABŞ-nin Hot Rock Songs hit paradında 36-cı yerə çıxdı. Onun növbəti sinqlı "I Feel Like I'm Drowning" 2018-ci ildə ABŞ Alternativ Mahnılar hit paradında bir nömrəyə yüksəldi. 5 oktyabr 2018-ci ildə Two Feet, "I Fell Like I'm Drowning" "Hurt People" sinqllarını əks etdirən A 20 Something Fuck adlı albomunu buraxdı. 13 mart 2020-ci ildə Pink adlı ikinci albomunu və 16 aprel 2021-ci ildə üçüncü albomu Max Maco Is Dead Right?-ı çıxartdı. Onun dördüncü albomu Shape & Form 13 may 2022-ci ildə yayımlandı. == Diskoqrafiya == === Studiya albomları === A 20 Something Fuck (2018) Pink (2020) Max Maco Is Dead Right?
Tennis for Two
Tennis for Two — 1958-ci ildə Analoq Kompüterdə Amerikalı fizik Uilyam Hiqinbotam tərəfindən hazırlanan ilk qrafik obyektlər təşkil edən videooyun. == Oyunun inkişafı == Higinbotham Tennis for Two oyununu işlədiyi yer olan Brookhaven Laboratoriyasında yorulan işçilər üçün yazmışdı. Higinbotham, laboratoriya kompüterlərinin mərmi yollarını hesablaya bildiyini öyrənmişdi və kompüterin bu bacarığından oyununda istifadə etdi.
Two Tribes (şirkət)
"Two Tribes B.V." — müstəqil Niderland videooyun istehsalçısı. 2001-ci ildə Martin Reuvers və Kollin van Ginkel tərəfindən Harderveyk şəhərində təsis edilmiş şirkət franşizalar üçün öz əqli mülkiyyət və videooyunlarını istehsal edir. etdirir. == Tarixi == "Two Tribes" əvvəlcə portativ oyunlarda ixtisaslaşmışdır. Bundan sonra studiya "Wii" və "Xbox 360"ın populyarlığına görə konsollar üçün oyunlar istehsal etməyə başlamışdır. "Two Tribes" onlayn yayım da daxil olmaqla "Windows" və "Macintosh" üçün oyunların istehsalına diqqət yetirmişdir. Şirkət öz "Toki Tori" və "RUSH" franşizalarını "Steam" və "Mac App Store" vasitəsilə "Windows" və "Mac OS" platformalarına köçürmüşdür. "Two Tribes" studiyası "Capcom", "Nokia, "Team17" və "THQ" daxil olmaqla daha böyük videooyun şirkətləri ilə əməkdaşlıq etmişdir."Two Tribes" 2014-cü ilin yanvar ayında əsasən "Toki Tori 2"nin gözləntiləri qarşılamayan satışlarına görə müslis olduğunu elan etmişdir. Bununla belə, bütün "Two Tribes" oyunlarının mülkiyyətinə sahib olan və onları yayımlayan, bütün müqavilələri idarə edən "Two Tribes Publishing B.V." bunlardan əziyyət çəkməmişdir.
Two Tribes B.V.
"Two Tribes B.V." — müstəqil Niderland videooyun istehsalçısı. 2001-ci ildə Martin Reuvers və Kollin van Ginkel tərəfindən Harderveyk şəhərində təsis edilmiş şirkət franşizalar üçün öz əqli mülkiyyət və videooyunlarını istehsal edir. etdirir. == Tarixi == "Two Tribes" əvvəlcə portativ oyunlarda ixtisaslaşmışdır. Bundan sonra studiya "Wii" və "Xbox 360"ın populyarlığına görə konsollar üçün oyunlar istehsal etməyə başlamışdır. "Two Tribes" onlayn yayım da daxil olmaqla "Windows" və "Macintosh" üçün oyunların istehsalına diqqət yetirmişdir. Şirkət öz "Toki Tori" və "RUSH" franşizalarını "Steam" və "Mac App Store" vasitəsilə "Windows" və "Mac OS" platformalarına köçürmüşdür. "Two Tribes" studiyası "Capcom", "Nokia, "Team17" və "THQ" daxil olmaqla daha böyük videooyun şirkətləri ilə əməkdaşlıq etmişdir."Two Tribes" 2014-cü ilin yanvar ayında əsasən "Toki Tori 2"nin gözləntiləri qarşılamayan satışlarına görə müslis olduğunu elan etmişdir. Bununla belə, bütün "Two Tribes" oyunlarının mülkiyyətinə sahib olan və onları yayımlayan, bütün müqavilələri idarə edən "Two Tribes Publishing B.V." bunlardan əziyyət çəkməmişdir.
Webb's First Deep Field
Webb's First Deep Field ("Vebbin ilk dərin sahəsi") — "Ceyms Vebb" kosmik teleskopunun çəkdiyi ilk fotoşəkil. 11 iyul 2022-ci ildə ictimaiyyətə yayımlanmışdır. Fotoşəkil 4,6 milyard işıq ili məsafəsində yerləşən SMACS 0723 qalaktik klasterini göstərir. "Ceyms Vebb" yaxın infraqırmızı kamera ilə çəkilmiş kompozit şəkil Cənub yarımkürəsinin səmasının təqribən qum dənəciyi ölçüsündə bir sahəsini göstərir. Şəkildə minlərlə qalaktika göstərilir. Bu, kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. == Əhəmiyyəti == Şəkil kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir.Şəklin ictimaiyyətə təqdimatı 11 iyul 2022-ci ildə Ağ Evdə baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Webb's First Deep Field "James Webb Space Telescope" veb saytında.
Prince of Persia: The Two Thrones
Prince of Persia: The Two Thrones — Ubisoft şirkətinin yaratdığı Prince of Persia trilogiyasının üçüncü oyunudur. Trilogiyadakı ilk iki oyun — Sands of Time və Warrior Within oyunlarıdır. İlk Prince of Persia oyunu 1989-cu ildə Cordan Mexner tərəfindən yaradılmışdır. İlk oyundan sonra çıxan POP2 və POP3D oyunlarından sonra "Ubisoft" şirkəti Prince of Persia oyununun müəllif hüquqlarını alaraq onu inkişaf etdirmişdir. Ubisoftun yaratdığı POP oyunlarında Mexner məsləhətçi olaraq vəzifə almışdır. 2007-ci ildən etibarən PlayStation Portable və Wii platformaları üçün "Prince of Persia: Rival Swords" adı ilə satışa çıxarılmışdır. == Hekayə == Warrior Withinin sonunda zaman qumlarının yaradıldığı adadan Kaylinanı özü ilə götürüb ayrılan şahzadə ölümcül bir səhvə yol verir. Şahzadə Kalienanı öz zamanına gətirərək zaman qumlarının qum saatında yaranmasına mane olmuş olur və bütün tarix dəyişir. Bir zamanlar öz kralına xəyanət edən və zaman xəncərinə sahib olmaq istəyən vəziri şahzadə heç bir zaman öldürməmişdir. Şahzadə və atası kral Şaramanın ordusu ilə Hindistanı heç bir zaman işğal etməmişlər.
Fiyeld
Fiyeld – Norveçdə xeyli hündürdə yerləşən platoya deyilir ki,burada yüksək tirələr ilə çökək yerlər növbələşir.Çökək yerlərdə çoxlu göl və bataqlıq yerləşir.
Fyeld
Skandinaviya dağlarının ayrı-ayrı massivlərində platoyaoxşar , qabarıq , buzlaqla və ya tundra bitkiləri ilə örtülü təpənin səthidir.
Teo
Teo (belar. Юрый Вашчук) — 24 yanvar 1983-də anadan olan Belaruslu müğənni. Teo Cheesecake mahnısı ilə Belarusu 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Tao Okamoto
Tao Okamoto (岡本 多緒, 22 may 1985, Çiba) və ya sadəcə Tao – Yaponiya aktrisası və modeli. 2009-cu ildə "Ralph Lauren" brendinin siması olmuşdur. 2013-cü ildə çəkilən "Şimal porsuğu: Ölməzlik" filmində Mariko Yaşida personajını canlandıraraq aktrisa kimi debüt etmişdir. 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda çıxış etmişdir. "Hannibal", "Hündür qəsrdəki adam" və "Vest dünyası" seriallarında yan rollarda oynamışdır. == İlk illəri == Tao 22 may 1985-ci ildə Yaponiyanın Çiba prefekturasının eyniadlı şəhərində doğulmuşdur. Model karyerasına 14 yaşında başlamışdır. == Karyerası == === Modellik === 2006-cı ildə Parisə köçərək beynəlxalq səviyyədə model olmağa qərar vermişdir. Qısa müddət ərzində Avropa podiumlarında model kimi çıxış etmiş, tanınmış Asiya modellərindən birinə çevrilmişdir. 2009-cu ildə Nyu-Yorka köçmüşdür.Tao müxtəlif reklam layihələrində işləmişdir.
Teaoni Teo
Teaonui Tehau (1 sentyabr 1992-ci ildə anadan olub) — Taiti Birinci Diviziyasında mübarizə aparan Pirae FK klubunda yarımmüdafiəçi və hücumçu kimi çıxış edən Taiti futbolçusudur. Onun qardaşları və əmisi oğulları Alvin Tehau, Lorenzo Tehau və Conatan Tehau da Taiti milli futbol komandasında iştirak edir. == Milli karyerası == Teaonui Taiti milli futbol komandasının həm aşağı yaş qruplarında, həm də əsas yığmasında iştirak etmişdir. O, 2012-ci ildə OFK Millətlər Kubokunu qazanan komandanın tərkibində də yer almışdır. == Milli komanda qolları == 28 May 2016-cı il məlumatlarına əsasən. Nəticələr və qollar Taiti hesablamasının birinci siyahısındadır.
Teo Ceyms
Teo Ceyms (ing. Theo James; doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis (ing. Theodore Peter James Kinnaird Taptiklis); 16 dekabr 1984, Oksford) — ingilis kino və televiziya aktyoru. == Erkən həyatı və təhsili == Teo Ceyms 16 dekabr 1984-cü ildə Oksfordda Philip Taptiklis və Jane Martinin ailəsində anadan olub. Onun ata tərəfdən babası yunandır; Peloponnesdən Yeni Zelandiyaya köçüb. O, həmçinin anası tərəfdən Şotland və İngilis mənşəlidir. Ceyms ailənin ən kiçik uşağıdır - onun iki böyük qardaşı və iki bacısı var. Nottingem Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bristol Old Vic Teatr Məktəbində aktyorluq təhsili alıb. == Şəxsi həyatı == Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana getmiş və burada suriyalı qaçqınlarla görüşmüş və onların vəziyyəti haqqında məlumat almışdır.
Teo Hernandez
Teo Siabo
Teo Siabo (d. 9 dekabr 1999) — Monakolu üzgüçü. Teo Siabo Monakonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Teo Siabo birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 56.63 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 95-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Terens Tao
Тerens Çi Şеn Тао (Çin əsilli|陶哲軒|陶哲轩|Táo Zhéxuān|Тао Zexuan, 17 iyul 1975[…], Adelaida) — avstraliya riyaziyyatçısı,əsasən riyyaziyyatın "harmonik analiz","xüsusi törəməli differensial tənliklər","kombinatorika","ədədlər nəzriyyəsi" və "nümayəndələr nəzəriyyəsi" (en:Representation theory).Ən çox tanınmış işi britaniya riyaziyyatçısı Benom Qrin ilə birgə isbat etdiyi qeyri-məhdud "sadə ədədlər"in hesabi silsiləsinin varlığıdır (Qrin — Тао teoremi).Tao hazırda Los-Ancelesdə Kaliforniya Universitetində riyaziyyat üzrə professordur.Terens Tao 2006-cı ildə 31 yaşında Filds medalı ilə təltif olunmuşdur. == Şəxsi həyatı == Tao istedadlı uşaq idi.O 24 yaşında Los-Ancelesdə Kaliforniya Universitetinin professoru olur və bu hələki bu adı alan ən gənc alim olaraq qalır.Onun valideynləri Honkonqdan Avstraliyaya ilk mühacir etmiş ailələrdən olmuşdur.Onun atası Uilyam Rendolf Tao (Syanqo çin. 陶象國) pediator işliyir,anası isə Honkonqda fizika-riyaziyyat ixtisasını bitirmiş və bir müddət orta məktəbdə müəllimə olaraq çalışmışdır. Tonun atası mətbuata demişdiki,iki yaşında olarkan Tao bir dəfə ailə yığıncağında 5 yaşlı uşağa riyaziyyat və ingilis dilini öyrətməyə çalışırdı.Smitson online-jurnalına görə Tao hesabdan baza biliklərini iki yaşında öyrənmişdi.Atası ondan rəqəmləri və hərfləri hardan bildiyini soruşduqda Toa ona buları "Sezam küçəsi"(uşaqlar üçün öyrədici əyləncəli proqram) teleproqramdan öyrəndiyini demişdi. Taonun iki qardaşı var,hər ikisi Avstraliyada yaşayır və hər ikisi bu ölkəni Beynəlxalq Riyaziyyat olimpiadasında təmsil etmişlər. Naydcel Taonun (ing. Nigel Tao) İQ-su 180-di,o "Google Wave"-i yaradan Avstraliyadan olan komandanın iştrakçısı olmuşdur. Trevor Tao (ing. Trevor Tao) həm riyaziyyat həm də musiqi sahəsində iki qat alimlik dərəcəsinə malikdir.Onun haqqında Savant sindromu kitabında danışılacaq.Terens həyat yoldaşı və oğlu ilə Kaliforniyada Los Anceldə yaşıyır. == İstedadlı uşaq == "Riyaziyyatın Motsartı" adlanan Tao erkən yaşda qeyri-adi riyazi bacarıq nümayiş etdirirdi,beləki hələ 9 yaşındaykən universitetin riyaziyyat kursu mühazirələrinə qatılırdı.Tao 8 yaşında Cons Hopkins Universitetində xüsusi istedadların tədqiqi üçün nəzərdə tutulmuş riyaziyyat proqramında 700 baldan yuxarı nəticə göstərmiş iki uşaqdan biriydi(Tao 760 bal toplamışdı).1986, 1987 və 1988 ci illərdə Тerens Beynəlxalq riyaziyyat olimpiadasında iştrak edən ən gənc iştrakçı idi(ilk dəfə 10 yaşında).Həmin illərdə o uyğun olaraq bürünc,gümüş və qızıl medal qazanmışdı.13 yaşında qızıl medala sahib olmaqla Terens (bugünə kimi) olimpiada tarixində qızıl medala sahib olan yeganə ən gənc qalib olaraq qalır.14 yaşında Tao elmi araşdırmalar instituna daxil olur.O bakalavr və magistr dərəcəsini Flinders Universitetində professor Qarta Qodridən almışdır.1992-ci ildə o ABŞda aspiranturaya daxil olur.1992-ci və 1996 illər aralığında Tao Eliasa Steynin rəhbərliyi ilə Prinston Universitetində oxuyur,20 yaşında artıq doktorluq dərəcəsi alır.
Too Shy
Too Shy — Kajagoogoo qrupunun 1983-cü ildə White Feathers albomundan çıxrdığı sinql.
Van Tao
Vanq Tao (13 dekabr 1967) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Vanq Tao Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Vanq Tao Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medalın, cüt turnirdə isə gümüş medalın sahibi olub.
Çou Tao
Çou Tao (d. 30 mart 1988) — Çini təmsil edən bədii gimnast. Çou Tao, 2008-ci ildə Çini XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. == Karyerası == Çou Tao, 2008-ci ildə Çin bayrağı altında elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Çai Tonqtonq, Lü Yuanyanq, Sui Jianşuanq, Sun Dan və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Kakşaal-Too
Kakşaal-Too və ya Kakşaltau (qırğ. Какшаал-Тоо) — Mərkəzi Tyanşan dağ sistemində, Qırğızıstan və Çin sərhədində dağ silsiləsi.Silsilənin uzunluğu təxminən 400 km, ən yüksək nöqtəsi Pobeda zirvəsidir (7,439 m). Ümumi buzlaşma sahəsi 983 km2 olan Alp relyefi üstünlük təşkil edir. Şimal yamacında çöllər, cənub yamacında çəmənliklər və alp çəmənləri var. == Tədqiqat tarixi == Rusiyanın Mərkəzi Asiyaya marağının artması ilə əlaqədar 1856-cı ildən başlayaraq oraya ekspedisiyalar getməyə başlamışdır. İlk ekspedisiyalara Pyotr Semyonov rəhbərlik etmişdir. Qərbi Kakşaal-Too regionu ilk dəfə 1869-cu ildə Narın çayının cənubundakı dağlıq regionu tədqiq edən ekspedisiyaya rəhbərlik edən Rusiya coğrafiyaçısı Aleksandr Kaulbars tərəfindən təsvir edilmişdir.
Teo Ernandes
Teo Bernard François Hernandez (6 oktyabr 1997, Marsel, Fransa) — Fransalı peşəkar futbolçu. İtaliyanın Milan klubunun və Fransa milli futbol komandasının sol cinah müdafiəçisi. == Klub karyerası == Hernandez Marseldə anadan olmuşdur. Teo 2008-ci ildə on yaşı olarkən Atletiko Madridin gənclər akademiyasına daxil olmuşdur. Gənclər yığmalarında çıxış etdikdən sonra o, 2015-ci ilin yayında reserv komandası ilə Terkera Diviziyasında iştirak etdi. Teo peşəkar karyerasında debütünü 30 avqust 2015-ci ildə Puerta Bonita klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Sequnda B görüşündə Atletiko Madrid rəqibinə 4–3 hesabı ilə qalib gəlmişdir. Həmin ilin fevralında Teo klub ilə yeni müqavilə imzalamışdır. İki gündən sonra o, zədəli oyunçular səbəbi ilə Eybar klubuna qarşı La Liqa görüşü üçün əsas heyətə çağırılmışdır.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
.to
.to — Tonqa krallığı üçün təyin olunmuş coğrafi domen.
.tw
.tw — Tayvanın internet kodu.
To
Թ, թ — (Səslənməsi: to, erm. թո) — erməni əlifbasının doqquzuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Ala-Too meydanı
Ala-Too meydanı (qırğ. Ала-тоо аянты, Ala-Too ayanty) — Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi meydanıdır. Meydan 1984-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının 60 illiyini qeyd etmək münasibətilə tikilmiş və meydanın mərkəzində Leninin heykəli ucaldılmışdır. Meydanda yerləşdirilmiş bu heykəl 2003-cü ildə buradan götürülərək daha kiçik olan bir meydana qoyulmuş və onun yerinə Erkindik (Azadlıq) adlanan yeni heykəl qoyulmuşdur. Daha sonra 2011-ci ildə bu heykəli Qırğızıstanın müstəqilliyinin 20-ci ilinə xitabən hazırlanmış, Manas adlanan digər heykəl əvəz etdi.Meydanda həmçinin dövlət tədbirləri və bayramları keçirilir. 2008-ci ildə dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun xatirə mərasimi burada keçirilmişdir.2005-ci il martın 25-də meydanda Qırğızıstan tarixinin ən böyük, "Zanbaq inqilabı" adlanan hökumət əleyhinə üsyanları başladı. Bir neçə həftədən sonra üsyan bütün ölkə boyunca yayıldı və 15.000-dən çox insanın etirazı nəticəsində növbədənkənar parlament seçkiləri keçirildi. Üsyançıların hökumət qüvvələriylə toqquşması nəticəsində 2 insan qətlə yetirildi və yüzlərlə insan yaralandı. Lakin tezliklə üsyançılar mərkəzi meydanı nəzarət altına aldı və paytaxtda yerləşən Ağ evə hücum olundu. Nəticədə 1990-cı ildən bəri prezidentlik vəzifəsində çalışan Əsgər Akayev qaçdı və tezliklə vəzifəsini buraxdı.
BGM-71 TOW
BGM-71 TOW – ABŞ istehsalı, tank əleyhinə idarəolunan raket kompleksidir. Bu raketlər orduda olan özlərinə nisbətən daha kiçik SS.10 və ENTAC-ları əvəz etmək üçün istehsal olunub. Bu TƏİR həmçinin, gecə döyüşlərində istifadə olunan infra-qırmızı kamera ilə təchiz olunub. 1970-ci ildən istehsal olunmağa başlayan bu silah, hal-hazırda dünyada ən çox istifadə olunan tank əleyhinə raketlərdən biri hesab olunur. Silah hal-hazırda Raytheon şirkəti tərəfindən istehsal olunur. == Tarixi == 1963-1968-ci illər arasında Hughes Aircraft şirkəti həm qurudan, həm də havadan atıla biləcək XBGM-71A roketi üzərində işləyirdi. 1968-ci ildə tenderi qazanan Hughes şirkəti ilk istehsal olunan raketləri 1970-ci ildə ABŞ ordusuna təhvil verdi. 1972-ci ildə bu raket Şimali Vyetnam ordusunun hücumlarına cavab verən Cənubi Vyetnam ordusuna aid UH-1B helikopterlərinə yükləndi. TOW raketləri zaman keçdikcə daha da inkişaf etdirildi. İlk modernizasiya edilmiş TOW-2 modeli 1983, TOW-2A/B modeli 1987-ci ildən silahlanmaya qəbul olundu.
Cartoon Network Too
Cartoon Network Too — Turner Broadcasting-ə məxsus vaxtilə yayımlanmış Böyük Britaniya telekanalı. CN Too Cartoon Network-un qardaş kanallarından biri olmuşdur və kanalın proqramları Cartoon Network-də göstərilən əsas verilişlərin təkrarı idi. Gündüz bu telekanalda Ben 10: Alien Force və Star Wars: The Clone Wars kimi ekşn-macəra serialları təqdim olunurdu. Axşam saatları və gecəyarısı arası saatlarda isə çox da uzun olmayan şoular yayımlanırdı (məsələn, Skatoony). Cartoon Network Too 1 aprel 2014-cü ildə yayımını başa vurmuşdur. == Tarixçə == === 2006–2007; Yayıma başladığı vaxtlar === 24 aprel 2006-cı il Nick Jr. Too Cartoon Network Too-nun "Sky" kabel televiziyasında yayıma başladığı günə təsadüf etdi. Kanal, həmçinin "SCTV Digital" kabel şəbəkəsində də fəaliyyətə başlamışdır. Cartoon Network Too saat 3-dən 7-ə kimi yayımlanırdı. Telekanalın yayım tezlikləri "TCM" və "TCM 2" kanalları ilə bölüşülmüşdü.
Gone Too Soon
Gone Too Soon — Maykl Ceksonun bir mahnısı.