TWO-EDGED

adj 1. ikiağızlı, a ~ dagger ikiağızlı xəncər, 2. ikimənalı; a ~ hint ikimənalı eyham

TWO
TWO-ENGINED
OBASTAN VİKİ
Two Feet
Zakari Vilyam "Bill" Dess (20 iyun 1993, Manhetten, Nyu-York ştatı) — Two Feet təxəllüsü ilə tanınan amerikalı müğənni, bəstəkar və prodüser. Nyu-Cersi ştatının Tenaflay şəhərindəki Tenaflay Liseyində oxuyub. Dess Two Feet-i yaratmazdan əvvəl caz və blüz ansambllarında ifa edirdi. "Go Fuck Yourself" adlı sinqlı SoundCloud-da viral hitə çevrildikdən sonra o, Republic Records ilə müqavilə imzaladı. Sinql ABŞ-nin Hot Rock Songs hit paradında 36-cı yerə çıxdı. Onun növbəti sinqlı "I Feel Like I'm Drowning" 2018-ci ildə ABŞ Alternativ Mahnılar hit paradında bir nömrəyə yüksəldi. 5 oktyabr 2018-ci ildə Two Feet, "I Fell Like I'm Drowning" "Hurt People" sinqllarını əks etdirən A 20 Something Fuck adlı albomunu buraxdı. 13 mart 2020-ci ildə Pink adlı ikinci albomunu və 16 aprel 2021-ci ildə üçüncü albomu Max Maco Is Dead Right?-ı çıxartdı. Onun dördüncü albomu Shape & Form 13 may 2022-ci ildə yayımlandı. A 20 Something Fuck (2018) Pink (2020) Max Maco Is Dead Right?
Tennis for Two
Tennis for Two — 1958-ci ildə Analoq Kompüterdə Amerikalı fizik Uilyam Hiqinbotam tərəfindən hazırlanan ilk qrafik obyektlər təşkil edən videooyun. Higinbotham Tennis for Two oyununu işlədiyi yer olan Brookhaven Laboratoriyasında yorulan işçilər üçün yazmışdı. Higinbotham, laboratoriya kompüterlərinin mərmi yollarını hesablaya bildiyini öyrənmişdi və kompüterin bu bacarığından oyununda istifadə etdi.
Two Tribes (şirkət)
"Two Tribes B.V." — müstəqil Niderland videooyun istehsalçısı. 2001-ci ildə Martin Reuvers və Kollin van Ginkel tərəfindən Harderveyk şəhərində təsis edilmiş şirkət franşizalar üçün öz əqli mülkiyyət və videooyunlarını istehsal edir. etdirir. "Two Tribes" əvvəlcə portativ oyunlarda ixtisaslaşmışdır. Bundan sonra studiya "Wii" və "Xbox 360"ın populyarlığına görə konsollar üçün oyunlar istehsal etməyə başlamışdır. "Two Tribes" onlayn yayım da daxil olmaqla "Windows" və "Macintosh" üçün oyunların istehsalına diqqət yetirmişdir. Şirkət öz "Toki Tori" və "RUSH" franşizalarını "Steam" və "Mac App Store" vasitəsilə "Windows" və "Mac OS" platformalarına köçürmüşdür. "Two Tribes" studiyası "Capcom", "Nokia, "Team17" və "THQ" daxil olmaqla daha böyük videooyun şirkətləri ilə əməkdaşlıq etmişdir. "Two Tribes" 2014-cü ilin yanvar ayında əsasən "Toki Tori 2"nin gözləntiləri qarşılamayan satışlarına görə müslis olduğunu elan etmişdir. Bununla belə, bütün "Two Tribes" oyunlarının mülkiyyətinə sahib olan və onları yayımlayan, bütün müqavilələri idarə edən "Two Tribes Publishing B.V." bunlardan əziyyət çəkməmişdir.
Two Tribes B.V.

Prince of Persia: The Two Thrones
Prince of Persia: The Two Thrones — Ubisoft şirkətinin yaratdığı Prince of Persia trilogiyasının üçüncü oyunudur. Trilogiyadakı ilk iki oyun — Sands of Time və Warrior Within oyunlarıdır. İlk Prince of Persia oyunu 1989-cu ildə Cordan Mexner tərəfindən yaradılmışdır. İlk oyundan sonra çıxan POP2 və POP3D oyunlarından sonra "Ubisoft" şirkəti Prince of Persia oyununun müəllif hüquqlarını alaraq onu inkişaf etdirmişdir. Ubisoftun yaratdığı POP oyunlarında Mexner məsləhətçi olaraq vəzifə almışdır. 2007-ci ildən etibarən PlayStation Portable və Wii platformaları üçün "Prince of Persia: Rival Swords" adı ilə satışa çıxarılmışdır. Warrior Withinin sonunda zaman qumlarının yaradıldığı adadan Kaylinanı özü ilə götürüb ayrılan şahzadə ölümcül bir səhvə yol verir. Şahzadə Kalienanı öz zamanına gətirərək zaman qumlarının qum saatında yaranmasına mane olmuş olur və bütün tarix dəyişir. Bir zamanlar öz kralına xəyanət edən və zaman xəncərinə sahib olmaq istəyən vəziri şahzadə heç bir zaman öldürməmişdir. Şahzadə və atası kral Şaramanın ordusu ilə Hindistanı heç bir zaman işğal etməmişlər.