Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uels
Uels (ing. Wales, Uels dilində: Cymru) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniya adasının cənubi-qərb hissəsində yerləşir. Paytaxtı Kardiffdir. == Tarix == == Coğrafiya == Uels ərazisi əsasən dağlıq relyefə malikdir. Ən böyük adası olan Anqlsi adası ölkənin əsas hissəsindən Menay boğazı ayırır. Böyük Britaniyanın bir hissəsidir. Uels yarımadasından ibarətdir. Sahil xətti güclü şəkildə parçalanmışdır. Yarımadanın böyük hissəsini yüksək olmayan (500–700 m) Kembric dağ massivi təşkil edir.
Cimmi Uels
Cimmi Donal Uels (ing. Jimmy Donal "Jimbo" Wales; 7 avqust 1966[…], Hantsvill, Alabama) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Uels həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan Wikia adlı şirkətin qurucusudur. == Həyatı == 1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının, Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir. 1996-cı ildə Uels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir. 2000-ci ilin martında Uels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir. Cimmi Uels 2001-ci ilin 15 yanvarında "Vikipediya" ensiklopediyasını yaratdı.
Uels Partiyası
Pleyd Kamri – Uels Partiyası (vall Plaid Cymru – the Party of Wales, qısa Plaid kimi tanınır) – Uelsdə mövcud olan siyasi partiya. == Tarixi == == İştirak etdiyi seçkilər == == Hökumətdə və parlamentdə təmsilçiliyi == == Himni == == Bayrağı və emblemi == == Partiya qərargahı == 1925-cü ildə yaradılan və Uels siyasi tarixində mühüm yer tutan partiyalardan olan Pleyd Kamri partiyasının mənzil qərargahı Kardiff şəhərində yerləşir.
Uels bayrağı
Uels bayrağı — Uelsin dövlət rəmzi. Ağ yaşıl fonda qırmızı əjdaha şəkili Uelsin rəsmi bayrağında təsvir olunub. 1959-cu ildə qanuni rəsmi bayraq elan olunan Uelsin bayrağının tarixi qədimdir. Qırmızı əjdaha şəkili Romalıların vaxtından Uelsin rəmzi olub. Ağ-qara rəng isə Tyudor süləlisə vaxtından Uelsin rəmzi hesab olunur. == Maraqlı faktlar == Uelsin bayrağı yeganə bayrağdır ki Böyük Britaniya bayrağında yer almamışdır. Buna görə çoxlu tənqidlərə məruz qalmışdır.
Uels dili
Valli dili — Kelt dillərindən biridir. Bu dil əsas Böyük Britaniyada Uelsdə və Argentinanın Çubut ərazisində yayılmışdır. 2006-cı ilin siyahı alınmasına görə dunyada bu dilin daşıyıcısı 750.000 nəfərdən çoxdur. Uelsdə şimalı və cənubi Valli dilinin dialektləri vardır. == Ədəbiyyat == Arwyn Watkins T. Welsh // Ball, MJ, Fife, J (ed.) The Celtic Languages. London, N. Y., 1993 King G. A Comprehensive Grammar of Modern Welsh. London, N.Y., 1994 Morris-Jones J. An Elementary Welsh Grammar. Oxford, 1931. Morris-Jones J. A Welsh Grammar. Historical and Comparative.
Uels Şahzadəsi
Uels şahzadəsi (ing. Prince of Wales, vall Tywysog Cymru) — İngiltərə taxtının kişi varisinin titulu; titul 1707-ci ildən İngiltərə ilə Şotlandiyanın birləşməsindən sonra yarandı. Bir qayda olaraq, taxtın qadın varisi "Uels Şahzadə Xanımı" titulunu daşımır, onu ancaq şahzadənin həyat yoldaşı istifadə edir. == Titulun tarixi == Bu titul erkən orta əsrlərdən bəri məlumdur, 13-cü əsrin sonlarına qədər onu Britaniyanın qərb regionu Uels hökmdarları daşıyırdılar. İngiltərədən müstəqil olan Uelsin son hökmdarı (Uels şahzadəsi) Llivelin ap Qrifid idi. XIII əsrin sonunda İngiltərə kralı I Eduardın Uelsi fəth etməsi və Uelsin müstəqilliyini itirməsi ilə əlaqədar olaraq, Uels şahzadəsi titulu ingilis tacına keçdi və taxtının varisinə aid olmağa başladı. Rəvayətə görə, I Eduard Uelsdə ingilis tacının üstünlüyünü təşkil etmək üçün hiyləgərliyə əl atdı. Bu bölgədə heybətli hərbi müvəffəqiyyət əldə etdikdən sonra o, Uels knyazlarını bir araya gətirərək İngiltərədən vassal asılılıqlarını tanımağa dəvət etdi, onlar, öz növbəsində, Uels şahzadəsinin ingilis dilində bir kəlmə də bilməyən yerli birinin olmasını tələb etdilər. Eduard dərhal bu şərti yerinə yetirmək üçün təntənəli bir and içdi. Knyazlar vassal asıllılıq müqaviləsini imzaladılar, bundan sonra Eduard onlara bir gün əvvəl Uelsin Karnarvon qalasında anadan olan oğlunu (gələcək kral II Eduard) göstərdi və söylədi: "Budur Uels şahzadəniz, sizin ölkədə doğulmuş və o, ingilscə bir dənə söz də bilmir".
Azərbaycan–Uels münasibətləri
Azərbaycan–Uels münasibətləri — Azərbaycan Respublikası ilə Uels arasındakı mövcud ikitərəfli əlaqələr. == Beynəlxalq görüşlər == Uels Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir rəsmi görüşə ev sahibliyi etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Prezidenti Serj Sarkisyanla 4 sentyabr 2014-cü ildə Nyu-Portda görüşmüşdür.
Diana, Uels şahzadəsi
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem[d], Norfolk qraflığı – 31 avqust 1997[…], Parisin 13-cü dairəsi[d]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Diana (Uels şahzadəsi)
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem[d], Norfolk qraflığı – 31 avqust 1997[…], Parisin 13-cü dairəsi[d]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Uels Şahzadəsi (Alyaska)
Uels Şahzadəsi (ing. Prince of Wales Island) — Aleksandr arxipelaqının ən iri adasıdır. Alyaskanın cənub-şərində, Sakit okeanın Alyaska körfəzi akvatoriyasına daxildir. Adanın sahəsi 6674 km² təşkil edir. ABŞ adaları arasında Havay, Kadyak və Puerto-Rikodan sonra dördüncüdür. Adaların dünyada sahəsinə görə sıralamasında 97-ci yeri tutur. == Coğrafiya və ekologiya == Adanın uzunluğu 217 km, eni 72 km təşkil edir. Burada 6000 nəfər insan yaşayır. Onların 1200 nəfəri Kreyq şəhərində yaşayır . İqtisadiyyatın əsasını meşəçilik, balıqçılıq və balıq məshullarının istehsalı təşkil edir.
Uels Şahzadəsi (ada)
Uels Şahzadəsi adası (ing. Prince of Wales Island) — Kanada Arktik arxipelaqına aid ada. == Coğrafiya == Buthia yarımadasının şimal-qərbində yerləşir. Kanada ərazisinə daxildir. Sahəsi 33,339 km²-dir, Adaların dünyada sahəsinə görə sıralamasında 40-cı yerdədir. Sahil xətdinin uzunluğu 2576 km təşkil edir.. Dəniz səviyəsindən hündürlüyü 320 metrdir. Uels Şahzadəsi adası şimaliamerika ekoloji qütb tundrası zonasına (ing. Middle Arctic tundra) daxildir.
Uels Şahzadəsi (boğaz)
Uels Şahzadəsi (boğaz) ing. Prince of Wales Strait - Kanada Arktik arxipelaqına daxil olan Banks adasını Viktoriya (ada)sından ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Vaykaunt-Melvill boğazı, Barrou boğazı və Lankaster boğazı keçidin əsasını təşkil edir. Bofort dənizini Amudsen körfəzi (cənub qərb), şimal-qərbdə isə Vaykaunt-Melvill boğazı ilə birləşdirir. Uzunluğu 275 km, orta eni 16 km, ən dar yerdə 10,5 km, dərinliyi 160 m təşkil edir. Qütb dairəsi daxilində yerləşdiyindən ilin böyük qismi buzla örtülü olur. Boğazı ilk dəfə Robert Mak-Klur 1850-ci ildə keçmiş və onu Albert Eduardın şərəfinə Uels Şahzadəsi adlandırmışdır.
Uels Şahzadəsi (dəqiqləşdirmə)
ŞəxslərUels Şahzadəsi Uilyam — İngilis kralliq ailəsinə mənsub, Uels Şahzadəsi Çarlz və Diana Frances Spencerin oğlu. Uels şahzadəsi Çarlz — Böyük Britaniya krallığının vəliəhdi. Kraliça II Elizabetin oğlu. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı.DigərUels Şahzadəsi (boğaz) — Kanada Arktika arxipelaqına daxil olan Banks adasını Viktoriya adasından ayırır. Uels Şahzadəsi (Alyaska) — Aleksandr arxipelaqının ən iri adası. Uels Şahzadəsi (ada) — Kanada Arktik arxipelaqına aid ada.
Uels şahzadəsi Çarlz
III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis. Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığı'nda tacqoyma mərasimi oldu. == Həyatı == Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur.
Yeni Cənubi Uels
Yeni Cənubi Uels (ing. New South Wales) — Avstraliyanın cənub-şərqində yerləşən, ölkənin tarixi və insanların ən sıx məskunlaşmış inzibati ərazisi. Paytaxtı əyalətin ən böyük şəhəri olan Sidney şəhəridir.
Azərbaycan–Uels futbol matçları
== Kişilər ==
Conson və Uels Universiteti
Conson və Uels Universiteti ― ABŞ-nin Rod-Aylend ştatında yerləşən özəl universitet. Ali təhsil müəssisəsi 1914-cü ildə Qertrud Conson və Meri Vales tərəfindən biznes məktəbi olaraq qurulmuşdur. Hazırda 6 kollecdə bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 12.930 tələbəsi vardır. Əsas kampusu Rod-Aylend ştatının Providens şəhərində yerləşir. Bununla yanaşı, universitetin Şimali Karolina ştatının Şarlott şəhərində də kampusu mövcuddur. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Yeni İngiltərə Ali Təhsil Komissiyası tərəfindən tənzimlənir. "US News" jurnalının dərc etdiyi siyahıya görə Conson və Vels Universiteti şimal əyalətlərində yerləşən universitetlər arasında 96-cı yerdə qərarlaşmışdır.
Uels Milli Futbol Çempionatı
Uels milli futbol komandası
Uels milli futbol komandası - Uelsi beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası. Komanda Uels Futbol Assosasiyası tərəfindən idarə edilir.
Yeni Cənubi Uels Universiteti
Yeni Cənubi Uels Universiteti (ing. University of New South Wales) — Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərinin şəhərətrafı qəsəbəsi olan Kensinqtonda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == II Dünya müharibəsindən sonra dövlətin bərpa və inkişafı üçün əsas rol elm və texnologiyanın güclənməsindən asılı olduğu üçün Yeni Cənubi Uels ştatı hökuməti yüksək səviyyəli mühəndis və texnologiya üzrə mütəxəssis hazırlayan ali məktəb yaratmaq qərarına gəlir. 9 iyul 1946-cı ildə Yeni Cənubi Uels ştatının təhsil naziri Bob Heffron texnologiya institutunun yaradılması haqqında sənəd imzalayır. Bununla belə, ştat hökuməti yeni ali məktəb yaratmaqdansa, mövcud olan Sidney Texniki Kollecini genişləndirmək qərarına gəlir. Ştatın parlamenti tərəfindən 1949-cu ildə qəbul edilən qanundan sonra ali məktəb Yeni Cənubi Uels Texnologiya Universiteti adlandırılır. Yeni Cənubi Uels Texnologiya Universitetinin birinci prezidenti sonradan ali məktəbin inkişafında önəmli xidmətləri olmuş Artur Denninq təyin edilir. İlk vaxtlar burada dəqiq, texniki elmlər öyrədilsə də, sonradan humanitar sahələr əlavə edilir. Ali məktəbin binası (hazırda Sidney Texnologiya Universiteti) Sidneyin mərkəzi hissəsində, Ultimo şəhərətrafı qəsəbəsində yerləşir. Lakin 1951-ci ildə Yeni Cənubi Uels ştatı parlamenti Kensinqtonda ali məktəbin yeni binalarının tikilməsi barədə qanun qəbul edir.
Azərbaycan-Uels futbol matçlarının siyahısı
== Kişilər ==
Uels milli voleybol komandası (qadınlar)
Uels qadınlardan ibarət milli voleybol komandası — son illər Avropada fəaliyyət göstərməyən voleybol millilərindəndir. Ölkədə voleybolçu sayının kifayət qədər az olması milli komandaya da çox ciddi təsir göstərir. Uelsdə heç bir peşəkar voleybol klubunun olmaması da bu ölkədə voleybola marağın nə qədər az olduğunun sübutudur. Milli komanda FİVB-nın (Voleybol Federasiyası) reytinq siyahısında da qeydə alınmamışdır.
İngiltərə və Uels
İngiltərə və Uels (ing. England and Wales, vall Cymru a Lloegr) — Birləşmiş Krallığın üç leqal yurisdiksiyasından biri. Birləşmiş Krallığın dörd tərkib hissəsindən ikisi olan İngiltərə və Uelsdən ibarətdir. Şotlandiya və Şimali İrlandiyadan fərqli olaraq İngiltərə və Uelsdə ingilis hüququ sistemi mövcuddur. Tarixən İngiltərə və Uels bir vaxtlar mövcud olan İngiltərə krallığının konstitusional varisidir. İngiltərə və Uels bir çox qanunvericilik və icra məqsədləri üçün vahid qurum kimi qəbul edilir.
Şahzadə Uels burnu
Şahzadə Uels burnu (ing. Cape Prince of Wales) — ABŞ və Şimali Amerika materikinin ucqar qərb nöqtəsini təşkil edir. Alyaska ştatının Syoard yarımadası sonucunda yerləşir. Dejnyov burnu ilə arasında məsafə 86 km təşkil edir. Berinq dənizi və Çukot dənizi suları ilə yuyulur. 1778-ci ildə Ceyms Kuk tərəfindən IV Qeorqun şərəfinə adlandırır. Əvvəllər isə Eskimoslar tərədindən "Nıxta" adlandırılırdı. Vitus Berinq 1728-ci ildə bu burnu "Qvozdev" adlandırmışdır. Buruna ən yaxın yaşayış məntəqəsi Ueyls qəsəbəsidir.
Uels fiskal balansı
Uels fiskal balansı — Uelsdə dövlət gəlirləri və xərcləri arasında ümumi fərq. 1999-cu ildən 2022-ci ilə qədər Uelsdə dövlət xərclərinin vergi gəlirlərini aşması səbəbindən ölkədə mənfi fiskal balans var idi. 2018–2019 fiskal ili üçün fiskal kəsir Uelsin təxmin edilən ÜDM-nin təxminən 19,4 faizini təşkil etmişdir. Bütövlükdə Birləşmiş Krallıq üçün bu rəqəm 2 faizdir. Şərqi, Cənub-Şərqi İngiltərə və London istisna olmaqla, bütün Birləşmiş Krallıq ölkələri və regionlarında kəsir var. Uelsin adambaşına 4,300 funt sterlinq olan fiskal kəsiri adambaşına təxminən 5,000 funt sterlinq olan Şimali İrlandiya fiskal kəsirindən sonra iqtisadi rayonlar arasında ikinci ən yüksək olandır. Dublin Siti Universitetinin politoloqu Con Doylun fikrinə görə, müstəqil Uelsin "ilk günlərində" fiskal kəsir təxminən 2,6 milyard funt sterlinq olardı. Bu, 2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr üçün orta hesabla 3,2%-ə bərabər olan ÜDM-in 3,4%-dən aşağısına bərabərdir. Kardiff Universitetində Uels İdarəetmə Mərkəzinin 2023-cü ildə apardığı araşdırma göstərir ki, kəsir "Müstəqil Uels üçün çətin iqtisadi perspektiv" deməkdir və burada konstitusiya müzakirələrinin fiskal reallıqları nəzərə almasını tövsiyə edilmişdir. == Fiskal kəsir == Hesablamalar ardıcıl olaraq Uelsin Birləşmiş Krallıqdan köçürmələr hesabına maliyyələşən böyük və davamlı fiskal kəsirə malik olduğunu göstərir.
Artur Uelsli Vellinqton
Artur Uelsli, 1-ci Vellinqton hersoqu (ing. Arthur Wellesley, 1st Duke of Wellington, 1 may 1769[…], Dublin, İrlandiya krallığı[d] – 14 sentyabr 1852[…], Uolmer[d], Kent qraflığı) — Böyük Britaniya sərkərdəsi və dövlət xadimi, feldmarşal, 1828-1830-cu illərdə Böyük Britaniyanın baş naziri.
Uels qadın milli voleybol komandası
Uels qadınlardan ibarət milli voleybol komandası — son illər Avropada fəaliyyət göstərməyən voleybol millilərindəndir. Ölkədə voleybolçu sayının kifayət qədər az olması milli komandaya da çox ciddi təsir göstərir. Uelsdə heç bir peşəkar voleybol klubunun olmaması da bu ölkədə voleybola marağın nə qədər az olduğunun sübutudur. Milli komanda FİVB-nın (Voleybol Federasiyası) reytinq siyahısında da qeydə alınmamışdır.
Uelsdə ilin futbolçusu
Uelsdə ilin futbolçusu mükafatı hər il Uels Futbol Assossasiyası tərəfindən tərtib edilir. İlk dəfə seçim 1993-cü ildə aparılmışdır.
Rels
Rels — kötüklərin üzərində qoyulmuş xüsusi en kəsiyə malik polad tirlərdir. Onlar adətən iki srada quraşdırılaraq dəmiryolu nəqliyyatının, həmçinin şaxtalarda xüsusi vaqonların və kranların hərəkətinə xidmət edir. Rels ilk dəfə dəmir yolunda tətbiq olunduğundan onun adı da bu nəqliyyat növü ilə bağlıdır. Bərkitmə, kərənlər, balastlar və qoruyucu örtüklə o, dəmir yolunun üst qatını təşkil edir. Relsin iki əsas funksiyası vardır: çarxların təzyiqini qəbul edib və kərənlərə ötürmək. Yük götürmək üçün relsin profili böyük əhəmiyyət kəsb edir. Profildən asılı olaraq yaranan müqavimət momenti relsə təsir edən əyilmə-dartılma-gərginliyini, həmçinin onun uzunömürlülüyünü müəyyən edir. Qatarların sürətləri artdıqca yaranan dinamik qüvvələrin meyillənməsi də artır. Profil ölçüləri dəyişmədikdə bu ona təsir edən gərginliyin artmasına gətirib çıxarır. Onları yalnız buraxılabilən gərginliyin sərhəd qiymətinə qədər yükləmək olur.
UEFS
Feyra-di-Santana Dövlət Universitet (port. Universidade Estadual de Feira de Santana və ya qısaca UEFS) — Braziliyanın Feira de Santana şəhərində yerləşən dövlət universiteti.
Cimbo Ueyls
Cimmi Ueyls
Cimmi Donal Uels (ing. Jimmy Donal "Jimbo" Wales; 7 avqust 1966[…], Hantsvill, Alabama) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Uels həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan Wikia adlı şirkətin qurucusudur. == Həyatı == 1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının, Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir. 1996-cı ildə Uels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir. 2000-ci ilin martında Uels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir. Cimmi Uels 2001-ci ilin 15 yanvarında "Vikipediya" ensiklopediyasını yaratdı.
Herbert Uells
Herbert Corc Uells ya da daha çox tanındığı adla H. G. Wells (21 sentyabr 1866[…] – 13 avqust 1946[…], London) — Dünyaların müharibəsi, Görünməz adam. Doktor Moronun adası və Zaman maşını adlı fantastik romanlarıyla tanınan, amma demək olar ki, ədəbiyyatın hər şaxəsində bir çox əsər yazmış İngilis yazıçısıdır. Sosialist olduğunu açıqca söyləyən H. G. Wellsin çox əsərində əhəmiyyətli ölçüdə siyasi və ictimai şərh edənlər vardır. Jül Vern kimi gələcəkdəki texnoloji inkişafları izah etdiyi kitablarıyla fantastik şaxənin qabaqcıllarından hətta, yaradıcılarından sayılır. Uellsin fantastik romanlarında texnologiyanın müşahidə edilməsinin gətirəcəyi imkanlar bir kənara qoyulur. Uellsdə fərziyyə bir ədəbiyyat formasına çevrilir və texnologiyanın deyil, onun ictimai təməllərinin araşdırılmasına yönəlmiş bir ölçü qazanılır. Uells yalnız fantastik içindəki utopiya əleyhdarı düşüncələrin müdafiəçisi olaraq bu növə damğasını vurmaqla qalmayıb, cəmiyyətin şiddət və çətin yoluyla, qədərindən sürətli bir müddət içində sosialist bir cəmiyyətə malik olmaq istəyirdi. 1946-cı ildə 13 avqustda Londonda vəfat etmişdir.
Orson Uells
Corc Orson Uells (ing. George Orson Welles; 6 may 1915[…] – 10 oktyabr 1985[…], Los-Anceles, Kaliforniya) — amerikalı kinorejissor, aktyor, ssenarist və prodüser. Teatr, kino və radioda fəaliyyət göstərmiş və hər üç sahədə yenilikçi fəaliyyəti ilə yadda qalmışdır. Xüsusilə Brodveydə səhnəyə qoyulan "Sezar" (1937) tamaşası, "Merkuri" teatrının yaradılması, radio tarixindəki ən məşhur yayımlardan sayılan "Dünyaların müharibəsi" (1938) radiotamaşası, "Vətəndaş Keyn" (1941) filmi onun adı ilə bağlıdır. "Vətəndaş Keyn" Amerika Kino Sənəti İnstitutu və Böyük Britaniyanın "Sight & Sound" jurnalı tərəfindən bütün dövrlərin ən yaxşı filmi seçilmiş, həmçinin 1995-ci ildə kinonun 100 illiyi münasibətilə Vatikan tərəfindən tərtib olunan 45 filmdən ibarət seçilmiş filmlər siyahısına daxil edilmişdir. Uells bu filmin həm rejissoru və ssenaristi, həm də baş rol ifaçısı olmuşdur. == Mükafatları == 1941-ci ildə "Vətəndaş Keyn" filminə görə ən yaxşı ssenari nominasiyasında "Oskar" mükafatı 1952-ci ildə "Otello" filminə görə "Qızıl palma budağı" 1964-cü ildə "Proses" filminə görə Fransa kinotənqidçilər cəmiyyətinin mükafatı 1975-ci ildə Amerika Kino Sənəti İnstitutunun "Kinematoqrafdakı xidmətlərinə görə" mükafatı == Filmoqrafiya == === Rejissoru olduğu filmlər === 1934 — "Dövrün ürəkləri" / The Hearts of Age 1938 — "Çoxlu Consonlar" / Too Much Johnson 1941 — Vətəndaş Keyn / Citizen Kane 1942 — "Möhtəşəm Embersonlar" / The Magnificent Ambersons 1946 — "Əcnəbi" / The Stranger 1947 — "Şanxaylı ledi" / The Lady from Shanghai 1948 — Makbet / Macbeth 1952 — Otello / The Tragedy of Othello: The Moor of Venice 1978 — "Otello" filminin çəkilişi / Filming "Othello" (sənədli film) 1955 — "Cənab Arkadin" / Mr. Arkadin 1958 — "Şərin möhürü" / Touch of Evil 1963 — "Mühakimə" / Le procès 1981 — "Mühakimə" filminin çəkilişi / Filming "The Trial" (sənədli film) 1965 — "Gecəyarı zəngləri (Falstaf)" / Campanadas a medianoche 1968 — "Ölümsüz hekayə" / The Immortal Story 1975 — "Doğru və yalan" / F for Fake === Aktyor kimi === Paris yanırmı? (film, 1966) / Paris brûle-t-il?
Ueli Maurer
Ueli Maurer (1 dekabr 1950, Vetsikon[d]) — İsveçrə Maliyyə departamentinin üzvü; İsveçrə Konfederasiyasının Prezidenti.