BƏHS

is. [ ər. ]
1. Bir şey haqqında ətraflı danışma, müzakirə etmə, fikir yeritmə.
// Söhbət, danışıq.
□ Bəhs etmək – danışmaq, söhbət etmək, fikir yeritmək.
Biz bir neçə Badkubə müəllimləri … ictimai məişətdən bəhs edən aylıq bir jurnal nəşr etməyə şüru etdik… C.Məmmədquluzadə.

Bəhs açmaq – söhbət açmaq, danışmağa başlamaq.
Qaragözlü həkim xanım özü bir çocuq anası olmadığı halda, kitablardan bəhs açaraq “Analıq və çocuqluq” mövzusunda mühazirə oxuyurdu. S.Rəhimov.

2. Mübahisə, söz güləşdirmə.
□ Bəhs düşmək – mübahisə düşmək.
İçərkən ortalığa belə bəhs düşdü. S.S.Axundov.

Bəhs etmək1) mübahisə etmək. O bəhs etməyi çox sevir.
– Alma, palıd, şam ağacı hal ilə; Eylədilər bəhs bu minval ilə. M.Ə.Sabir;

2) çəkişmək,mərcləşmək;
3) yarışmaq, bəhsləşmək.
Xətti-rüxsarın edər lütfdən reyhan ilə bəhs; Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs. Füzuli.

Bəhsə düşmək – acığa düşmək, bəhsləşmək, yarışmaq.
Bəhsə düşən raykom şoferi yolda vurub Qocaoğlunun şoferini keçmiş və Dəmirovu hamıdan qabaq rayona çatdırmaq istəmişdi. S.Rəhimov.

Bəhsə gəlmək – bir-biri ilə yarışmaq.
Oğlanlar, qızlar, gəlinlər; Bir-birilə bəhsə gəlir. Aşıq Əli.

Bəhsə girişmək1) mübahisəyə başlamaq;
2) birinin acığına iş görməyə başlamaq, çəkişmək.
Bir-birinin bəhsinə1) bir-biri ilə yarışaraq;
2) bir-birinin acığına.
Xanımlar bir-birinin bəhsinə hey buyururdular. Mir Cəlal.

3. Bir əsərin müəyyən məsələyə həsr olunmuş hissəsi, fəsli, bölməsi. Qrammatikanın feil bəhsi. Fizikanın işıq bəhsi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏHS bəhs bax 1. söhbət 1; 2. mübahisə 1
  • BƏHS söhbət — danışıq — mübahisə
  • BƏHS hissə — fəsil — bölmə

Omonimlər

  • BƏHS BƏHS I is. [ ər. ] Bir məsələ haqqında ətraflı danışmaq, fikir yürütmə. İçərkən ortalığa belə bəhs düşdü (S
BƏHRİYYUN
BƏHSƏBƏHS
OBASTAN VİKİ
Daxili üzvlər bəhsi
Splanxnologiya ya Daxili üzvlər sistemi anatomiyanın daxili üzvlər sistemindən bəhs edən şöbəsi. Daxili üzvlər — lat. viscus s. viscera (yun. splanchna) və ya vegetativ həyat üzvləri boyun, döş qəfəsi, qarın boşluğu və çanaqda yerləşən üzvlərə deyilir. Topoqrafiya cəhətcə bu üzvlərə aid olan ürək — qan-damar sistemində, dalaq isə limfa sistemi ilə birlikdə təsvir edilmişdir. Daxili üzvlər üç aparat təşkil edir: Həzm aparatı — lat. apparatus digestorius — qəbul olunan qidanı həzm edir, mənimsəyici hala gətirir; qida maddələri olan zülallar, karbohidratlar və yazlar həzm kanalının divarından qana və limfaya sorulur. Tənəffüs aparatı — lat. apparatus respiratorius — tənəffüs vəzifəsini görür, burada qazlar mübadiləsi gedir.

Digər lüğətlərdə

купажи́ровать перетоми́ть салюто́вка уха́бина шлакомо́льный деморализова́ться дёр соединённый стани́на хлопкосе́яние assent biosemiotics bog moss distance piece francisc ornithomancy patellulae ungraceful бодрствовать индивидуум линолеум облицевать отгребать перевариваться семикратный