Uxlovitsa mağarası
Uxlovitsa (bolq. Ухловица) — Bolqarıstanda mağara. Mağara Rodop dağlarında, Smolyanski vilayətinin ərazisində yerləşir. Mağara öz adını yaxınlıqda yerləşən Uxlovitsa kəndindən almış.
Mağara Moqilitsa kəndindən 3 km şimal-şərqdə və müvafiq olaraq Pamporovo və Çepelare kəndlərindən 37 km və 47 km məsafədədir. Uxlovitsa mağarası «Bolqarıstanın 100 turizm obyekti» siyahısına daxildir.
Mağara 1968-1969-cu illərdə Çepelare şəhərinin "Studenets" speleoloqlar klubunun üzvləri Georgi və Dimitar Raiçev tərəfindən kəşf edilmiş və tədqiq edilmişdir. Uzunluğu 460 m-dir, bunun 330 metri yaxşı vəziyyətdədir. Dəniz səviyyəsindən 1040 metr yüksəklikdə yerləşir. Mağara daxilində orta temperatur 10-11 ° C-dir.