Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meliha Ulaş
Ayşe Meliha Ulaş Ekeman (1901, Sinop – 17 fevral 1942) ― türk siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci və 6-cı parlamentində Samsun seçki dairəsinin millət vəkili (deputat) olaraq fəaliyyət göstərib. Meliha Ulaş 1901-ci ildə Sinopda anadan olub. Atası Sinop bələdiyyəsinin həkimi olan Hüseyn Kami bəy, anası isə Fatma Ülviyyə xanımdır. O, ibtidai təhsilini evdə və İstanbuldakı Kiçik Mustafa Paşa qız orta məktəbində aldıqdan sonra orta təhsilini Saçhanebaşı qız sənaye məktəbində tamamlamışdır. Ulaş 1914-cü ildə daxil olduğu Darülfünunun Ədəbiyyat şöbəsini 1917-ci ildə bitirib və İstanbul Səlcuqxatun qız sənaye məktəbində coğrafiya müəllimi kimi işə başlayıb. Ulaş İstanbuldakı Bezmialəm Sultanisində coğrafiya müəllimi, Kandilli İnas Sultanisində isə ədəbiyyat müəllimi kimi işləyib. O, Bezmialem Sultanisində türk dili və ədəbiyyat müəllimi təyin olunmuş, lakin bundan sonra oranı tərk edərək Arnavutköy Amerikan Qızlar Kollecində işləməyə başlayıb. Bu təhsil müəssisəsində o, həm türk dilini tədris edib, həm də tələbə kimi ingilis dilini öyrənib. 1926-cı ildə nevroloji xəstəliklər mütəxəssisi Xalid Hülusi bəylə evlənən Meliha Ulaş ərinin vəzifəsi ilə əlaqədar onunla birlikdə Ərzuruma gedib.
Ulaş Turqut
Ulaş (Cizrə)
Ulaş — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilib.
Ulaş (Sivas)
Ulaş (türk. Ulaş) — Sivas ilinin ilçəsi.
Ulaş Tuna Astepe
Ulaş Tuna Astepe (5 may 1988, İzmit) — Türk aktyor. Ulaş Tuna Astepe 5 may 1988-ci ildə İzmit-də anadan olub. İlk və orta təhsilini orada tamamlayandan sonra İstanbul liseyində oxuyub. Bütün bunlardan sonra bir çox teatr və televizor layihələrində iştirak edib. Karadayı kinosunda Orhan, Analar ve Anneler kinosunda Mustafa, Rüya adlı kinoda Alaz, Sen Anlat Karadeniz'də isə Tahir karakterini canlandırıb. Berkun Oyanın Bayrak və Babamın Cesetleri, Sami Berat Marçalının səhnələdiyi Cam Yarpaklar oyunlarında rol alıb. Emre Yeksanın Körfez filmində isə Selim karakterini canlandıran Astepe, həmçinin Üniversiteli, Zayiat, Meşşakat ve karısı, Balık havuzu adlı qısa filmlərdə də yer almışdır.
Ulaşlı
Ulaşlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Ulaşlı Şıxlı — Azərbaycanın Göyçay rayonunda kənd. Ulaşlı (Sarvan) — Gürcüstanın Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.
Ulaşlı (Qubadlı)
Ulaşlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Kavdadıq kənd Sovetinin mərkəzi Ulaşlı kəndinə keçirilmiş və kənd Soveti Ulaşlı kənd Soveti adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. XIX əsrə aid yazılı mənbələrdə kəndin adı Hulaşlı şəklində qeydə alınmışdır. Tədqiqatçılara görə, oykonim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış hulaşar tayfasının (Suriya mənbələrində Kulas) adı ilə bağlıdır. Ərəb mənbələrində onlardan xəzər tayfalarından biri kimi bəhs olunmuşdur. XII əsrədək Volqa çayının sahilində bulqarlann Hulaş şəhəri olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanlarındakı Ulaş antroponimi də bu etnonimin variantı hesab edilir. Hulaşlann bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarlarm tərkibində Azərbaycana gəlmişlər.
Ulaşlı (Sarvan)
Ulaşlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ulaşlı Şıxlı
Ulaşlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Şirvan düzündədir. R-nun ərazisində Şıxlı adlanan üç kəndi bir-birindən fərqləndirmək üçün Qubadlı Şıxlı, Malı (Mollu) Şıxlı, Ulaşlı Şıxlı adlandırmışlar. Bu kəndlərdə vaxtilə Qarabağdan köçüb gəlmiş ailələr məskunlaşdığından oykonimin əvvəlinə müvafiq olaraq həmin kəndlərin adları (Molu, Qubadlı, Ulaşlı) artırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1210 nəfər əhali yaşayır.
Ulaşıq
Ulaşıq, Üləşik, Ulya Şeyx — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. Maymax dağının ətəyində, Töykəli kəndi yaxınlığında yerləşirdi. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib. Azərbaycanlılar yaşamış kəndin Azərbaycanlı əhalisi 1831-ci ildə 66, 1905-ci ildə 425, 1914-cü ildə 733, 1931-ci ildə 302 nəfər olub. Əhalinin 2 dəfə azalması 1918-1920-ci illər soyqırımının təzahürüdür.
Ulas
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Tulaş
Tulaş və ya Tolaşt (fars. طولش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,372 nəfər yaşayır (306 ailə).
Ulan
Ulanlar (türkcə oğlan) yüngül süvari dəstəsinin əsgəri. Bayraqcıqlı nizələrlə silahlanmış ulanlardan ibarət dəstələr ilk dəfə 13–14 əsrlərdə monqol-tatar süvari qoşununda təşkil edilmişdir. Mizraqlı monqol-tatar süvari döyüşçüsü idilər. XVI–XX əsrlərdə Avropada yüngül süvari növü idi. 16 əsrdən Avropa ölkələrində ulan dəstələrinin təşkilinə başlanmışdı. Silahları əvvəlcə qılınc və bayraqcıqlı nizə, sonralar tapanca, 19 əsrin ortalarından karabin idi. Rus ordusunda ulan polkları 1803-cü ildə meydana gəlmiş, 1918-ci ilin əvvəllərində ləğv olunmuşdur.
Ulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Ular
Ular (lat. Tetraogallus) — toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid quş cinsi. Altay uları (Tetraogallus altaicus) — Altay dağları, Sayanlar; Himalay uları (Tetraogallus himalayensis) — Tyan-Şan, Pamir-Altay, Hindukuş, Kunkun, Himalay dağlarının qərb tərəfi; Qafqaz uları (Tetraogallus caucasicus) — Böyük Qafqaz; Xəzər uları (Tetraogallus caspius) — Tavr dağları və Pont dağları, Elbrus, Kopetdağ, Zaqros; Tibet uları (Tetraogallus tibetanus) — Pamirin şərqi, Himalay dağları, Sino-Tibet dağları, Kunlun.
Alaş Orda
Alaş Orda — 1917–1920-ci illər arasında qazax və qırğızların birgə hərəkatının və nəticədə elan etdikləri dövlətin adıdır. Rəsmi olaraq 1928-ci ilə qədər mövcud olmuşdur. Alaş Orda 1905-ci ildə Alaş hərəkatı ilə meydana çıxmış və 1912-ci ildə qurulan siyasi Alaş Partiyası ilə güclənmişdir. Bu partiya siyasi fəaliyyətlərini 1928-ci ildə dayandırsa da əslində 1937-ci ilə qədər mövcud olmuşdur. 1980-ci illərin sonunda, təsir dairəsi Qazaxıstan və Qırğızıstan olan eyni adlı yeni bir milliyyətçi partiya qurulmuşdur. == Söz açımı == Qazaxıstanın rəsmi açıqlamasına görə Alaş adı Qazaxların əfsanəvi babası Alaş Xandan götürülmüşdür. Alaş Xan Orda xanın digər bir adıdır, lakin Orta Asiyanın digər Türk dillərində alaşa — at mənasına gəldiyinə görə Alaş Ordanın izahının Atlı Ordusu olduğu daha məntiqli hesab olunur. == Tarixi == 1905-ci ildə Mustafa Çokay tərəfindən təşkil edilib "Hamımız Alaşın oğullarıyıq!" başlığı altında Daşkənddə baş tutan Türküstan Müsəlmanları Konqresində, nəcabətli ailələrdən olan Qazax və Qırğız rəhbərləri Alaş adı altında birləşmişdi. Bu hərəkata Qazax və Qırğız ziyalıları də qatılmışdı. Bu yeni hərəkatın başlıca hədəfləri bunlar idi: Orta Asiyada İslamı çağdaşlaştırmaq Qazaxların və Qırğızların ənənəvi köçəri mədəniyyətlərini yenidən azad şəkildə yaşamasını təmin etmək (yəni, Rus Çarlarının daha əvvəllər başlatdıqları köçəri xalqları oturaq həyata məcvuretmə qanunlarını ləğv etmək) Türküstan bölgəsinə yerləşən rusları buradan uzaqlaşdırmaq Alaş Hərəkatı Mustafa Çokay tərəfindən qurulmuş olan Türküstan Müsəlmanları Komitəsi ilə möhkəm ortaqlığa malik idi.
Alaş Partiyası
Alaş Partiyası — Qazaxların partiyası. == Tarixi == Alaş XX əsrin əvvəlində milli liberal hərəkatın liderləri tərəfindən qurulmuş olan ilk Qazax siyasi partiyasının adıdır. Qurulduğu dönəmdə Rusiyanın Qazaxıstanı müstəmləkə durumuna gətirməsindən doğan iqtisadi və sosial problemlər kritik bir nöqtəyə çatmış idi. Qazax çöllərinin müstəmləkələşdirilməsi könüllü Slavyan köçmənlərinin, əsasən Rus kazaklarının və kəndlülərin verimli Qazax otlaqlarına əl qoyması şəklində tanımlana bilər. Bu müddət 1731-ci ildə Kiçik Jüzün ilhaqı ardından başlamış; Qazax ərazisi rəsmən dövlət mülkü elan edilmiş və 1868-ci ildəki Keçici Nizamlara görə qazaxların ortaq istifadəsinə verilmişdi. Rus kəndlərinin köç etməsi özəlliklə 1905-ci il Rus inqilabının ardından Pyotr Stolıpin torpaq islahatının (1906–1917) həyata keçdiyi sırada kritik bir hal almışdı. Bu islahat Rus çöl icmasının yox edilməsi və yerinə güclü və müstəqil ailə mülklərinin meydana gətirilməsini hədəfləyirdi. Rus hökuməti bu torpaqların alış-satışına müsaidə edən bir siyasət izləyərək bu torpaqların xoşgüzar kəndliləri olan kulakların əllərində olmasına şərait yaratmış və fəqir kəndlilərin Rusiya imperiyasının digər əyalətlərinə, özəlliklə Orta Asiya və Sibirə köç etməsini təşviq etmişdir. Fəqir kəndlilər torpaqlarını satdıqdan sonra topdan köç etmişdilər. Rusiya dövləti köçmənləri qorumuş idi: bütün vergilərdən (15 il müddət ilə) və bütün vəzifələrdən (25 il müddət ilə) məaf tutulmuşlar; hər ailəyə 100 manatliq bir hissə verilmiş və hər ailə rəisi 30 desyatinlik torpaq almış idi.
Alaş Xan
Alaş hərəkatı
Alaş hərəkatı — indiki Qazaxıstanda, XX əsrin birinci rübündə Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə qarşı milli azadlıq hərəkatı. XIX əsrdə qazaxların milli ərazisinin çox hissəsi Rusiya dövlətinin mülkiyyətinə keçmiş, qaçqınların sayı kəskin şəkildə artmış, yerli əhali məskunlaşan torpaqlardan zorla sıxışdırılıb çıxarılmışdır. Çarizm siyasətinə qarşı mübarizəyə milli ziyalılar rəhbərlik etmiş, Rusiyada 1905–1907-ci illər inqilabı sonra onlar Alaş hərəkatını yaratmışdılar. Karkaralı petisiyası (1905) Alaş hərəkatının proqramı olmuşdur. Demokrat-maarifçilər Əlixan Bökeyxan, Əhməd Baytursunov və Mustafa Şokay qazax cəmiyyətinin tərəqqisi yollarını axtarır, Dövlət Dumasında müsəlman fraksiyalarının işinə rəhbərlik edirdilər. Onların təşəbbüsü ilə "Aykap" jurnalı (1911), "Birlik tuı", "Sarı-Arka", "Akjol" qəzetləri təsis edilmişdir. Bu qəzetlərdə maarifləndirmə işləri aparılırdı. Alaş hərəkatının məqsədi qazax xalqının özünü idarə etməsi, xalqın müstəqil dövlət, dövlət yaratmaq hüququ, Rusiyanın daxili bölgələrindən qazax torpaqlarına əhalinin köçürülməsini məhdudlaşdırmaq idi. Alaş hərəkatının nümayəndələri toalipionik heyvandarlığın qorunub saxlanmasının, kənd təsərrüfatının, sənayenin və ticarətin inkişafının tərəfdarı idilər. Beləliklə, onların proqramında milli mədəniyyətin, təhsilin və qazax dilinin inkişafı yer tuturdu.
Alaş işi
Alaş işi — 1928-ci ildən Alaş Partiyasının üzvlərinə qarşı kütləvi repressiyalar. Həbs edildikdən sonra onlara sovet hakimiyyətini devirmək üçün ona qarşı silahlı mübarizədə iştirak etməkdə, milliyətçi təbliğat aparmaqda, SSRİ-yə qarşı mübarizə aparan xarici dövlətlərlə əlaqədə olmaq ittihamı irəli sürülmüşdür. 1930-cu ilin aprelində təqribən 40 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, ölüm cəzasına məhkum edilmişdir. Bunlardan Əhməd Baytursunov, Miryaqub Dulatov, Mirəzağalı Espolov, Xalil Qabbasov, Qasımbek Birimjanov və başqaları var. Xalel və Jaxanşa Dosmuxamedov, Maqjan Jumabayev, Yeldos Omarov, İbrahim Satbayev, Abuali Adilov, Abdolla Uzakbayev sürgünə göndərilmişdir. Sonradan azadlığa buraxılan Muxtar Auezov, Ualixan Ömərov, Bilal Suleyev, Alimjan Yermekov, Daniyal İskakov istintaqa cəlb edilmişdir.
Alaş milisi
Alaş milisi (qaz. Алаш милициясы) — Alaş Ordanın xalq milisi, 5–13 dekabr 1917-ci ildə Orenburqda keçirilən 2-ci Ümumqazax Konqresinin qərarı ilə yaradılmış Alaş muxtariyyətinin silahlı ordusu. Vəzifəsi Alaş muxtariyyətini qorumaq olmuşdur. Xalq milisləri sıralarına 20–35 yaşlarında hərbi xidmətə yararlı kişilər çağırılırdı. Alaş Orda Milli Fondu polisi silah və sursatla idarə edirdi. Alaş Ordanın qərb diviziyalarının rəhbərləri Jaxanşa Dosmuxamedov və Xalel Dosmuxamedov Komuç diviziyası (Samara), Torqay diviziyasından 600 tüfəng və bir pulemyot – 300 tüfəng və 20 min patron aldılar. Orenburq qazax qoşunlarının atamanının köməyi ilə A. İ. Dutov, Kostanay və Qırğız mahallarında iki süvari alayı yaradılmışdır. Qızıl Orduya qarşı müharibədə Alaş milisində vuruşanların sayı 5 min nəfərə çatmışdır. Alaş muxtariyyəti ləğv edildikdən sonra Alaş milisi ləğv edilmişdir.
Jas Alaş
Jas Alaş — 1921-ci ildə təsis edilmiş, Qazax dilində gündəlik dərc olunan siyasi qəzetdir. Sovet dövründə " Лениншіл жас" ("Lenin Gəncliyi") adı altında nəşr olunurdu. == İlk illəri == Qəzet, 1921-ci il martın 22-də Türkistan Muxtar Sovet Sosialist Respublikasının (Türkistan MSSR ) Komsomol təşkilatı liderlərindən biri olan Gəncə Muratbayev tərəfindən respublikanın paytaxtı Daşkənddə təsis edilib və nəşrin baş redaktoru olub. Altı ay ərzində qəzet Sovet hakimiyyəti orqanları tərəfindən bağlanıb və bu nəşrin millətçi, demokratik və anti-bolşevik "Alaş" hərəkatından təsirləndiyini hesab edilirdi. Türkistan Sovet Sosialist Respublikasının Qazaxıstan gəncləri üçün (Qazaxıstanın cənubu) və Türkistan Komsomol təşkilatının əsası kimi xidmət edən nəşri, 1922-ci il sentyabrın 1-də "Jas Kayrat" qəzetinin yayımına başlandı (redaktor E. Aldonqarov ). Qəzet təxminən 1 il nəşr edildi və 1924-cü ildə eyni ad altında jurnal buraxıldı. Bununla belə, 3 fevral 1925-ci ildən 30 oktyabr 1926-dək Orenburqda, daha sonra isə Qızılordada "Jas Kayrat" adı altında həftəlik qəzetin nəşri bərpa olundu. Təkrar dərcini bərpa edən qəzet oxuculara ölkədə və xaricdə olan xəbərləri təqdim etdi. "Qazaxıstan Gəncliyi" bölməsində yerli gənclər təşkilatlarının fəaliyyəti barədə məqalələr dərc edilmişdir. "sağlam bədən – sağlam ruh" başlığı tibb və idmana həsr edilmişdir.
Nils Ulaf
Ser Nils Olaf (norv. Nils Olav) — Şotlandiyanın Edinburq zooparkında yaşayan Kral pinqvini. Nilf Olaf Norveç Kral qvardiyasının fəxri komandiri və talismanı, fəxri polkovnik, 2008-ci ildən cəngavər. 2016-cı ildən briqada generalı. 1961-ci ildə Norveç Kral qvardiyası Edinburq parad hərbi orkestrini ziyarət edir. Leytenant Nils Eqelien (norv. Nils Egelien) Edinburq zooparkında olan pinqvinlərlə maraqlanır. 1972-ci ildə qvardiyaçılar leytinantın rəhbərliyi ilə yenidən Edinburqa qayıdırlar. Bu zamam pinqvinlərdən biri «oğulluğa» götürülür. Pinqvini Nils Olaf adlandırılır (Nils — Nils Eqelien və Olaf — Norveç kralı V Olaf).
Sibel Alaş
Sibel Alaş (13 fevral 1975, Türkiyə) — türk müğənni.
Alaş muxtariyyəti
Alaş muxtariyyəti (qaz. Алаш автономиясы; 1917–1920) — XX əsrin əvvəllərində müasir Qazaxıstan ərazisində, "Alaş-Orda" adlı hökumətin nəzarəti altında mövcud olan qazaxların muxtar dövlət quruluşu. Alaş muxtariyyəti, Alaş partiyası tərəfindən elan edilmiş və 5–13 dekabr 1917-ci il tarixlərində Orenburqda Ümumqırğız (Ümum-Qazax) Konqresi tərəfindən qurulmuşdur. 5 mart 1920-ci ildə Qırğızıstan Bölgəsinin işğal edilməsi ilə Bolşevik Hərbi İnqilab Komitəsi tərəfindən ləğv edilmişdir. Sovet hökuməti onun yerində 17 avqust 1920-ci ildə Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası, 1925-ci ildə onun adını dəyişdirərək Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası, 1936-cı ildə isə Qazaxıstan Sovet Sosialist Respublikası təşkil etdi. == Tarixi == === İkinci Ümumqırğız Qurultayı (İkinci Ümumqazax Qurultayı) === Qazaxlar arasında, Alaş Orda partiyasının yeganə siyasi rəqibi, hədəfləri olduqca qəribə olsa da, Alaş partiyasının hədəflərindən çox da fərqlənməyən, lakin qısa müddətdə bolşeviklərin müttəfiqlərindən birinə çevrilən və 1917-ci ilin dekabrında təsis məclisinə namizədliyini irəli sürən "Uç Jüz" partiyası idi. Bu namizədlərdən biri də Saken Seyfullin idi. Sarı-Arka qəzeti bu seçkilərin nəticələrini dərc etdi. Petropavlovsk uyezdində Alaşa 26.814 səs verildi, "Uç Juz" yalnız 36 səs aldı. Semipalatinsk bölgəsində Alaş 58.300, "Üç Juz" — yalnız 1, Omsk uyezdində də nəticələr oxşar idi — Alaşa 16.200 və 300 səs — "Üç Juz" üçün verilmişdi.
Ulad-Hədac
Ulad-Hədac (ərəb. أولاد هداج‎, fr. Ouled Hedadj) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 30 metr hündürlükdə yerləşir, 10 km2 ərazini əhatə edir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 31 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 18 kilometr qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 30 573 nəfər idi.
Ulad-Musa
Ulad-Musa (ərəb. أولاد موسى‎, fr. Ouled Moussa) — Əlcəzairin şimalında, Bumerdes vilayətinin ərazisində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 117 metr yüksəklikdə yerləşir, sahəsi 29 km2-dir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 38 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 45,770 nəfər idi.
Ulad-Səid
Ulad-Səid (ərəb. أولاد السعيد‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Timimun dairəsinə daxildir. Şəhər vilayətin şimal hissəsində, Bğyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 850 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 343 metrdir.Ulad-Səid kommunasının sahəsi 650 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,9°C, ən isti ayda (iyulda) 36,6°C-dir.
Uğaş (Xudafərin)
Uğaş (fars. اوغاش‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Ulad-Yəiş
Ulad-Yəiş (ərəb. أولاد يعيش‎) — Əlcəzairin şimalında, Blida vilayəti ərazisində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsində, vilayətin inzibati mərkəzi Blidanın yaxınlığında, dəniz səviyyəsindən 223 metr yüksəklikdə yerləşir. Ulad-Yəiş ölkənin paytaxtı Əlcəzairdən təxminən 30 kilometr cənub-qərbdə yerləşir. Əlcəzair müstəqillik qazanmazdan əvvəl şəhər Dalmati adlandırılırdı. 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 87,131 nəfər idi.
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Alas
Alas — Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Arktikanın daimi donmuş ərazilərinin ərimə və təkrar yenidən donma prosesi səbəbi ilə çökməsi nəticəsində əmələ gəlir. Alas ərimiş suyun çökəkliyi doldurması nəticəsində əvvəlcə dayaz bir göl kimi inkişaf edir, daha sonra isə göl quruyur və yerini ot bitkiləri tutur. Alaslar örüş kimi istifadə olunur. == Nümunələr == Alas Arktikanın başqa yerlərində tapılan termokarst çökəkliklərindən ona görə fərqlidir ki, buradakı göl müvəqqəti xarakter daşıyır və Yakutiyanın quraqlığı səbəbindən gölün aşağısındakı buz tükəndikdən sonra quruyur. Dünyadakı ən böyük Alas Ust-Aldan ulusunda yerləşən Myuryudur. Alaslar həm də böyük mədəni əhəmiyyətə malikdir. Yakutların ənənəvi Yeni il bayramı olan Ihıax festivalı zamanı yayda 20 000-ə yaxın insan Yakutsk şəhərinin yaxınlığındakı alasa toplaşır. Saxa Respublikasında yerləşən başqa bir alasda digər kiçik bayramlar keçirilir.
Firas Tlas
Firas Mustafa Tlas (azərb. فراس مصطفى طلاس‎; 20 avqust 1960, Dəməşq) — Suriya biznes maqnatı, siyasətçi, keçmiş bəəsçi. O, Suriyanın keçmiş prezidenti Hafiz Əsəd ilə yaxın münasibətlərdə olan, lakin Suriyada vətəndaş müharibəsi zamanı üsyançıların tərəfinə keçən əhəmiyyətli bir sünni müsəlman ailənin üzvüdür. == İlk illəri == Firas Tlas 20 avqust 1960-cı ildə Suriyanın Dəməşq şəhərində anadan olmuşdur. O, 1972–2004-cü illərdə Suriyanın müdafiə naziri olmuş Mustafa Tlasın ikinci böyük oğludur. Tlasın ailəsi yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir.
Klas Arnoldson
Klas Arnoldson (21 oktyabr 1844 – 20 fevral 1916[…]) — İsveçli yazıçı, jurnalist və siyasətçi. == Həyatı == Dayanıqlılığı və pasifistliyi iəl bilinən Arnoldson 1908-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Arnoldson eyni zamanda İsveç Sülh və Arbitraj Dərnəyinin qurucu üzvü və başçısıdır.
Manaf Tlas
Manaf Mustafa Tlas (ərəb. مناف طلاس‎; 1964, Ər-Rəstən) — Suriya hərbi zabiti, Suriya Respublikası Qvardiyasının keçmiş briqadiri və 2012-ci ildə fərarilik edənə qədər Bəşər Əsədin yaxın çevrəsinin üzvü. == İlk illəri == Tlas 1964-ci il tarixində Suriyanın Homs şəhəri yaxınlığındakı Rastan kəndində, yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsi ilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir. Tlas Hafiz Əsədin böyük oğlu və 1994-cü ildə baş verən qəzada ölümünə qədər varisi olan Basil Əsədin yaxın dostu idi. O, daha sonra Bəşər Əsəd ilə dostlaşır, Əsədlə birlikdə hərbi kollecdə oxuyur. Bəşər Əsəd Manaf ilə Firas Tlas qardaşlarını öz həmyaşıdları və dostları kimi qəbul edirdi.
Mustafa Tlas
Mustafa Əbdülqədir Tlas (ərəb. مصطفى طلاس‎‎; 11 may 1932, Ər-Rəstən və ya Homs – 27 iyun 2017, Bobini[d]) — Suriya hərbi zabiti və siyasətçisi, 1972–2004-cü illərdə Suriyanın müdafiə naziri. O, Hafiz Əsəd dövründə dörd nəfərlik Regional Komandanlığın üzvü idi. Tlas 11 may 1932-ci il tarixində Suriyanın Homs şəhəri yaxınlığındakı Rastan kəndində, yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsi ilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir. O, ibtidai və orta təhsilini Homs şəhərində alır və 1952-ci ildə Homs Hərbi Akademiyasına daxil olur. Tlas 15 yaşında Bəəs Partiyasına qoşulur və Hafiz Əsəd ilə Homs şəhərində hərbi akademiyada təhsil alarkən tanış olur.
Alaşa (bulaq)
Alaşa – Azərbaycan Respublikasının Astara rayonunun Alaşa kəndi ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının ərazisində 100-ə qədər azotlu su növü var ki, bunlardan biridə Alaşa bulağının suyudur. Suyun hərarəti 45–50°C-yə qədər olur. Bu su isti azotlu sular qrupuna daxildir ki, bunların əhəmiyyəti daha çoxdur. Alaşa mineral bulağı Astara rayonunun Alaşa kəndindən 3 km qərbdə , İstisu çayının yatağında yerləşən 16 bulaqdan ibarətdir. Bulaqlar yüksək debitli olub, acı-şordur. Yerli əhali tərəfindən müalicə məqsədi üçün istifadə olunur. Bu hidronim türk dillərində qədim dil elementi kimi bir neçə məna ifadə edir: "at", "köçəri həyata alışmış heyvan", "coşan, harın, inadkar", "aşağı, alçaq", "bel, arxa", "pis, murdar, iyrənc" və s. Bulaq adı kimi "pis, xoşa gəlməyən su" mənasını ifadə edir.