Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Umara
Umara adası — Oxot dənizində, Odyan körfəzi ərazisində, Koni yarımadası yaxınlığında yerləşən ada. Ada sahil ilə çəkilmə zamanı qumlu bərzəxlə birləşir. Sahəsi 0,3 km², uzunluğu isə 0,9 km təşkil edir. Kni yarımadası iləarasında məsafə 1 km-dir. Bitki örtüyü nisbətən zəngindir. Burada 145 növ bitkiyə rast gəlmək olur. Dəniz quşlarının kütləvi şəkildə yuva qurduğu ərazi vardır. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında qərarlaşan kiçik Vdovuşka və Şelikan adası ilə birlikdə materikə yaxın yerləşir.
Umbra
Umbra (lat. Umbra) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin umbralar fəsiləsinə aid heyvan cinsi.
Amara döyüşü
Amara döyüşü — 19 oktyabr ilə 20 oktyabr 2006-ci il aralığında keçirilmiş, Bədr Təşkilatının çoxsaylı üzvləri ilə Mehdi Ordusu və polislər arasında baş vermiş döyüşdür. == Arxa planda == Amara şəhəri nisbətən müharibə zamanı dinc şəhərlərdən idi. Həmin zamanlarda bu şəhərdə bir-birilə rəqabət aparan polis orduları, Bədr Təşkilatı və Mehdi Ordusu mövcud deyildi. Müharibənin əvvəllərində xeyli rəqib fraksiyalar arasında və məqsədli istiqamətində döyüşlər olub. Britaniya qüvvələri OMS polis ordusu ilə gündəlik təmasda olub. İraq minaatan atəşgahı ilə birlikdə ordu onların qərargahı idi. Britaniya qüvvələri 2006-cı ilin avqustunda Amaranı tərk etdi və İraq hökuməti şəhərə nəzarəti bərpa etdi. Oktyabrın ortalarında Amarada yol kənarında Bədr Təşkilatına məxsus bombanın partlaması nəticəsində Amaranın Polis Rəisi həlak oldu. Buna cavab olaraq, polis Mehdi Ordusunun üzvü olan və şübhəli bilinən terrorçunun qardaşını əsir götürdü. == Döyüş == Döyüşlər oktyabrın 19-da başladı.
Amara gölü
Amara ( rum. Lacul Amara) — Rumıniyada duzlu liman-göl. Göl Slobozia-Buzeu yolu yaxınlığında, Yalominsk dairəsindədir. Amara şəhəri gölün sahilində yerləşir. == Ümumi məlumat == Amara gölünün sahəsi 132 hektardır. Su kütləsinin həcmi təxminən 2600000 m³-dir. Göl S formalı olub uzunluğu 4 km, eni isə 200 - 800 metr arasında dəyişir. Maksimal dərinlik 3 metrdir. Göl çuxuru Yalominya çayı ilə əlaqəsi olmayan depresiyaya uyğun gəlir. İl boyu daima şirin su azlığından, güclü buxarlanmadan və quraq iqlim səbəbi ilə göl suyu yetərincə duzludur.
Umaro Embalo
Umaro Embalo (6 may 2001-ci ildə anadan olub) — Sequnda Liqa təmsilçilərindən olan Benfika B klubunda hücumçu kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur. == Klub karyerası == === İlk illəri === 14 yaşı olarkən Embalo ailəsi ilə birlikdə Portuqaliyaya köçmüşdür. O, Benfika klubu tərəfindən təşkil olunan bayram düşərgəsinə Qvineya-Bisaulu gənclər ilə birlikdə getmişdir. O, Migel Velozonun akademiyasına qoşulmaq istəsə də, Lissabon şəhərini təmsil edən Oeiras akademiyasına qəbul olmuşdur. === Benfika B === Embalo Benfika akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Barselona, Real Madrid və Mançester Yunayted klubu transfer etmək istəmişdir. Hətta RB Leypziq klubu Embalo üçün Benfikaya 20 milyon avroluq təklif göndərmişdir. Onun idealı Pari Sen-Jermen klubunun futbolçusu Anxel Di Mariyadır. Embalo öz peşəkar karyerasında debütünü 27 oktyabr 2018-ci ildə Sportinq Kovilya klubuna qarşı oyunda etmişdir. O, 90-cı dəqiqədə Kris Uilloku əvəz etmişdir.
Umayra Tağıyeva
Umayra Tağıyeva (tam adı: Umayra Rauf qızı Tağıyeva; 3 aprel 1968, Bakı) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (2018–2023). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər ekologiya və təbii sərvətlər nazirinin müavini (2023-cü ildən). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun sabiq müdiri (2018), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi. Coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Tağıyeva Umayra Rauf qızı 3 aprel 1968-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.1985-ci ildə Bakı şəhəri 6 saylı məktəbi bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-fizika fakültəsinə daxil olmuş, 1990-cı ildə Universiteti Fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1990-cı ildə əmək fəaliyyətinə Azərbaycan Hidrometereologiya İdarəsinin (1992-ci ildən Azərbaycan Dövlət Hidrometereologiya Komitəsi) Proqnozlar bölməsində texnik-sinoptik vəzifəsindən başlamış, sonra mühəndis, aparıcı mühəndis, 1993-cü ildən Uzunmüddətli proqnozlar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1998-ci ildə Azərbaycan Qadınlarının Birinci Respublika Qurultayının nümayəndəsi olmuşdur.2001-ci ildə Respublika Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007–2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2008–2011-ci illərdə Birləmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi olmuşdur. 2007-ci ildən hazırkı vaxtadək Ümumdünya Metereologiya Təşkilatında Azərbaycanın Daimi nümayəndəsidir.
Umbra krameri
Avropa umbrası (lat. Umbra krameri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin umbralar fəsiləsinin umbra cinsinə aid heyvan növü.
Umbra limi
Umbra limi (lat. Umbra limi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin umbralar fəsiləsinin umbra cinsinə aid heyvan növü.
Umbra pygmaea
Umbra pygmaea (lat. Umbra pygmaea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin umbralar fəsiləsinin umbra cinsinə aid heyvan növü.
Mara (çay)
Mara — Keniya və Tanzaniyada çay. Uzunluğu 395 km-ə yaxındır. Mənbəyi Tanzaniyanın mərkəzi hissəsindədir. Çay öz adını Masayi-Mara qoruğuna verib.
Mara Karfanya
Mara Karfanya, (18 dekabr 1975, Salerno, İtaliya) — İtaliyalı siyasətçi.[mənbə göstərin] == Həyatı == Mara Karfanya dünyanın ən gözəl qadın siyasətçiləri arasında ilk yerlərdən birini tutur. Keçmiş şou ulduzu indi İtaliyada bərabər imkanlar naziridir. İtaliyanın baş naziri xarici həmkarları qarşısında fəxr edə bilər ki, onun hökumətindəki nazir keçmiş fotomodel, tanınmış televiziya aparıcısı və “Miss İtaliya-1997” gözəllik müsabiqəsinin iştirakçısıdır. Almaniyanın “Bild” jurnalı Mara Karfanyanı “dünyanın ən gözəl naziri” adlandırıb. Britaniyanın “Financial Times” qəzeti isə indiki nazirin 2001-ci ildə “Maxim” jurnalında nəşr olunmuş fotolarını təkrar dərc edib.
Mara Salvatrucha
Mara Salvatrucha (azərb. Mara Salvatruça‎, jarqon dilində "salvadorlu küçə qarışqalarından ibarət briqada" mənasını verir, qısaca MS-13) — beynəlxalq cinayətkar qruplaşması. Başda ABŞ, Meksika, El Salvador, Honduras və Qvatemala olmaqla Orta və Şimali Amerikanın bir çox ölkələrində aktiv olan şiddətli və sürətlə böyüyən küçə dəstələrindən biridir. Müxtəlif hesablamalara görə, cinayət sindikatının sayı assosiativ üzvlər də daxil olmaqla 50–300 min nəfər arasında dəyişir. Bu rəqəm təkcə ABŞ-də 40 min nəfər təşkil edir. Federal Təhqiqatlar Bürosu da daxil olmaqla, bir çox hüquq-mühafizə orqanlarının hesablamalarına görə Mara Salvatruça üzvlərinin sayı təxminən 50–80 min nəfərdir və bunlardan təxminən 10–15 mini ABŞ-də fəaliyyət göstərir. Bandanın etnik tərkibində salvadorlular, honduraslılar, qvatamelalılar, meksikanlar və ispanlar çoxluq təşkil edir. Mara Salvatruça, müəyyən bir şəhər ərazisi hüdudlarında fəaliyyət göstərir və vaxtaşırı nəzarət olunan mülkləri genişləndirməyə cəhdlər göstərir.MS-13 dəstə üzvləri başda narkotik, silah və insan alveri olmaqla, quldurluq, reketlik, sifarişli qətllər, fidyə üçün adam qaçırma, oğurluq, avtomobil oğurluğu, çirkli pulların yuyulması və saxtakarlıq kimi bir çox cinayət işlərində fəaliyyət göstərirlər. Bir çox sahibkarlar və Mara Salvatruşa ərazilərində yerləşən kiçik mağazalar gəlirlərinin yarısını dəstə üzvlərinə verməlidir. ABŞ-də yaşayan bir çox salvadorlu immiqrantlardan da təhdid olunaraq külli miqdarda pullar tələb olunur, lakin MS-13 dəstəsi ən böyük qazancını narkotik ticarəti və ya "öz" ərazilərində narkotik ticarəti hüququ əldə etmək üçün vasitəçilik yolu ilə qazanır.
Mara Xatun
Mara Brankoviç və ya Mara Dəspinə Xatun (d. 1416 — ö. 14 sentyabr 1487) — Serbiya despotu Corc Brankoviçin qızı və 6. Osmanlı padşahı II Muradın hərəmlərindən biridir. == Həyatı == 1435-ci ildə saraya gələn Mara Xatunun II Muradla olan evliliyindən övladı olmadı. Ancaq Şahzadə Mehmedin anası Hüma Xatunun gənc yaşda vəfat etməsinin ardından kiçik şahzadənin tərbiyəsilə Mara Xatun maraqlandı. Evlənməsinə baxmayaraq dinini dəyişməyən Mara Xatun 1451-ci ildə II Muradın vəfatı ilə dul qaldı və xüsusi icazəylə ömrünün sonuna qədər Serbiyadakı bir monastıra çəkildi. Ancaq ögey oğlu II Mehmedlə əlaqələrini heç vaxt kəsmədi. Ögey oğlunun səltənətinin ilk illərində Bizans imperatoru XI Konstantin ilə evlənmə məsələsi ortaya çıxsa da, Konstantinopolun fəthindən sonra bu təklif aradan qalxdı. 1463–1479 Osmanlı-Venesiya müharibəsi əsnasında vasitəçilik etdi.
Mara Zalite
Mara Zalite (latış. Māra Zālīte‎ d. 18 fevral 1952, Krasnoyarsk) — Latviya şairəsi, dramaturq və ictimai xadim. Latviya Elmlər Akademiyasının fəxri üzvü (1998). == Bioqrafiyası == Mara Zalite 18 fevral 1952-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Krasnoyarsk diyarında, sürgün olunmuş ailədə anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Latviyaya qayıtmışdır. Zemqale məktəbində oxumuşdur. Latviya Dövlət Universitetinin Filologiya fakültəsini bitirib (1975). Latviya Yazıçılar Birliyində referent vəzifəsində çalışmışdır. SSR (1974-1979) və Liesma jurnallarında ədəbi məsləhətçisi (1977-1990), Karoqs jurnalının baş redaktor (1989-2000), Latviya Müəlliflər Birliyinin prezidenti, Dövlət Dil Komissiyasının sədri ( 2002-2004), Latviya Milli Kitabxanasının İdarə Heyətinin üzvü, Müəllif Hüquqları üzrə Məşvərət Şurasının üzvü və Latviya Respublikası Nazirlər Kabineti yanında Milli Mədəniyyət Şurasının üzvü olmuşdur.
Mara çayı
Mara — Keniya və Tanzaniyada çay. Uzunluğu 395 km-ə yaxındır. Mənbəyi Tanzaniyanın mərkəzi hissəsindədir. Çay öz adını Masayi-Mara qoruğuna verib.
Masai Mara
Masai Mara— Cənubi-qərbi Keniyada yerləşən qoruq. == Coğrafiyası == Sahəsi 1800 km² olan Masai-Mara Milli Qoruğu Keniyada yerləşir. Masai-Mara Keniyanın ən məşhur qoruğudur. Onun ərazisi aksiyaların geniş yayıldığı savannalardan və bu savannalarda otlayan saysız-hesabsız heyvanlardan ibarət düzənliklərdir. Burada qnu-antilopları, ceyranlar, zürafələr, aslanlar, kaftarlar, begemotlar və timsahlar vardır.
Runey Mara
Patrisia Runi Mara (ing. Patricia Rooney Mara) — Amerikalı aktrisa.
Umar Beksultanov
Umar Axmatsultanoviç Beksultanov (d. 20 oktyabr 1937, Çeçen-Aul, Qroznı rayonu, Çeçen-İnquş MSSR, RSFSR, SSRİ - 6 dekabr 2014, Qroznı, Çeçenistan, Rusiya Federasiyası) — bəstəkar, pedaqoq, Çeçen-İnquş MSSR-in Əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının Əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının dövlət himninin musiqisinin müəllifi. == Həyatı == Çeçen-Aul kəndində anad olub. Atası traktorçu, anası isə evdar qadın olub. 23 fevral 1944-cü ildə deportasiya vaxtı anası əri və uşaqları tərəfindən tərk edildi. Umar anasını yalnız 1960-cı ildə axtardı. Umar atası və kiçik bacısı ilə Qırğızıstana getdi. Atası tezliklə silikozdan vəfat etdi. Uşaqlar Belovodsk kəndində uşaq evinə yerləşdirildi. 1946-cı ildə Umarı Panfilovka kəndində yerləşən uşaq evində yerləşdirdilər.
Umar Əfəndiyev
Umar Əlixan oğlu Əfəndiyev (4 fevral 1950, Balakən rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Umar Əfəndiyev 1950-ci il fevralın 4-də Balakən rayonunda anadan olub. 1967-1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Mühəndis-inşaatçıdır. 1972-1973-cü illərdə Balakən Rayon Tikinti Quraşdırma İdarəsində usta, 1973-1980-ci illərdə Balakən şəhərindəki 140 saylı texniki peşə məktəbində direktor müavini, 1981-1986-cı illərdə isə həmin məktəbin direktoru vəzifələrində işləmişdir.Milliyətcə avardır. == Fəaliyyəti == Umar Əfəndiyev 1996-cı il iyulun 21-də 54 saylı Balakən seçkidairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı seçilmişdir. 1997-ci il martın 7-dən Azərbaycan—Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, 2000-ci il fevralın 1-dən isə Milli Məclisin İntizam Komissiyasının üzvü idi. Umar Əfəndiyev 1998-ci ildə Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.
Himouto! Umaru-chan
Himouto! Umaru-chan (干物妹!うまるちゃん, Himōto! Umaru-chan) — Sankaku Head tərəfindən yazılmış manqa seriyası. Əsasında anime və videooyun adaptasiyaları istehsal olunmuşdur == Məzmun == Umaru Doma böyük qardaşı ilə yaşayan şagirddir. Məktəbdə yaxşı görünüşə, yüksək qiymətlərinə və müxtəlif sahələrdəki istedadına görə ideal bir şagird sayılır. Lakin evə dönərkən vaxtını videooyunlara xərcləyən, qardaşından asılı olan tənbələ çevirir. == Media == === Manqa === Manqa ilk dəfə Shueisha nəşriyyatının Miracle Jump jurnalında 16 avqust 2012-ci ildə çıxmış, daha sonra 16 oktyabr 2012-ci ildə çıxmış buraxılışında nəşr olunmuşdur 14 mart 2013-cü ildən manqa seriayası Weekly Young Jump jurnalında nəşr olunur.Nana Ebina personajı Niconico Seiga saytında personajlar arasında populyarıq müsabiqəni udandan sonra, onun haqqında "Akita Imokko! Ebina-chan" (秋田妹!えびなちゃん, lit. Akita Native Little Sister Ebina) adlı spinoff manqası həmin saytda çıxacağı elan olunmuş.
Umaru Sisoku Embalo
Umaru Muxtar Sisoku Embalo (port. Umaro Mokhtar Sissoco Embaló; 23 sentyabr 1972, Bisau, Portuqaliya Qvineyası[d]) — Qvineya-Bisau Respublikanın Prezidenti. == Həyatı == Bisau şəhərində anadan olan Embalo Lissabon Texniki Universitetinin Ali Sosial və Siyasi Elmlər İnstitutundan beynəlxalq əlaqələr dərəcəsi, eyni zamanda Madridin Hesablamalar Universitetində Siyasi Elmlər üzrə magistr dərəcəsi və Beynəlxalq Əlaqələr üzrə doktorluq dərəcəsi almışdır. Portuqal və ispan dillərini mükəmməl bilir, ingilis, fransız, ərəb və suahili dillərində isə danışmağı bacarır.Orduda xidmətini başa vurduqdan sonra, İspaniya Milli Müdafiə Mərkəzində Milli Müdafiə Araşdırmaları üzrə kurs keçdi və Brüssel, Təl-Əviv, Yohannesburq, Tokio və Parisdə Milli Təhlükəsizlik mövzusunda seminarlar keçdi. Ölkəsinə qayıtdıqda ordu generalı rütbəsinə yüksəldi.Siyasi fəaliyyətinə başlamazdan öncə Afrika və Yaxın Şərq məsələlərində, beynəlxalq əməkdaşlıq və inkişaf mövzularında ixtisaslaşmışdı. Keçmiş Afrika İşləri Naziridir. == Baş nazir fəaliyyəti == 18 noyabr 2016-cı ildə Prezident Joze Mariu Vaş tərəfindən Baş nazir təyin edildikdən sonra kabinetini 13 dekabr 2016-cı ildə qurdu.Embalo mərkəzi komitə vasitəsi ilə ona 112 səs lehinə və 11 əleyhinə inamsızlıq verən öz partiyası olan Qvineya və Kabo-Verde İstiqlalı Partiyasını boykot edərkən vəzifəni tutdu.Hökumət başçısı olaraq, o, yalnız Qvineya-Bisau Milli Xalq Konqresində ikinci ən çox yer tutan Sosial Yenilənmə Partiyasının dəstəyinə arxalana bildi.13 yanvar 2018-ci ildə Prezident Joze Mariu Vaş ilə fikir ayrılıqlarından sonra, Joao Fadia və Botçe Kandenin tələblərinə uyğun olaraq hökumət dəyişdirildi, Embalo 16 yanvar 2018-ci il tarixindən etibarən vəzifəsindən istefa verdi. == Prezident fəaliyyəti == === 2019-cu il seçki kampaniyası === Embalo 2019-cu ildə "Madem G15"-in namizədi olaraq prezidentliyə namizəd oldu. Səsvermənin ilk turunda 27% səslə ikinci yeri tutdu. Milli seçki komissiyasının açıqladığı ilkin və yekun nəticələrə görə, o, digər keçmiş Baş nazir Dominquş Simoes Pereyraya qarşı ikinci turda 54%-in 46%-ə qarşı səslə qalib gəldi, lakin son nəticələr rəqibi Dominquş Simoes Pereyra tərəfindən mübahisə ilə qarşılandı.
Amygdalus communis forma amara
Acı badam (lat.
Əl-Аmаrа
Amara — İraqın Meysan mühafazasının mərkəzi. Əhalisinin 79% ni şiələr təşkil edir. Bu da 1000 il əvvəl buralarda yaşayan Lurlar ilə bağlıdır. Şəhər həmçinin Dəclə və Fərat çayı arasında yerləşir.
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
Amada
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Amapa
Аmspa (port. Amapá) — Braziliya ərazisində yerləşən ştat. İnzibati mərkəzi Makapa şəhəridir. == Coğrafiya == Ştatın ərazisi 142 827,9 km² təşkil edir. Bu göstərici ilə 26 ştat arasında 18-ci yerdədir. Ərazisi romb şəkilindədir. Şimaldan Surinam və Fransız Qvineyası, cənubdan və qərbdən isə Para ştatı ilə sərhədlənir. Şərqdən Atlantik okean suları ilə yuyulur. Amazon düzənliyinin şimal-şərq hussəsini təşkil edir. Ərazisinin 90 % Amazon cəngəllikləri örtülüdür.
Amaras
Amaras — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Tarixi Amaras şəhəri iqtisadi baxımdan əlverişli olan Bərdə-Ərdəbil ticarət yoluna yaxın, üç yanı dağ yamacları ilə yörələnmiş dərədə salınmışdır. Qrbdən şərqə axan kiçik Amaras çayı şəhəri iki hissəyə ayırmışdı. Amaras dərəsi doğuya uzanaraq Qarabağ düzənliyi ilə birləşir. Beləliklə də Amaras şəhəri Qarabağın düzənliyi ilə dağlığının kəsişdiyi yerdə salınmışdır. Bəzi xristian dindarlara görə Qriqorinin qəbri də Amarasdadır. Hələ XIII əsrdə Amaras bağları ad qazanmışdır. XII-XIII əsrlərə aid nişan daşları üzərində memarlıq bəzəyi kimi istifadə edilmiş üzüm, nar, müxtəlif ağac şəkilləri yerli təsərrüfat sahələrinin sənətkarlığa güclü təsirini göstərir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal edilmişdir. Kənd ləğv edilib.
Amasra
Amasra — Bartın ilinin ilçəsi. Dənizə doğru uzanan bir burnu, burnunun hər iki tərəfində sığınacaq limanı olaraq xidmət edən Amasra və materiklə əlaqəli müstəqil adalar 3000 illik tarixə, cazibədarlığa və balıq ovuna əsaslanan yerli sənətlərə, habelə ətraf meşə ərazilərinə sahib bir yaşayış məskənidir. Amasra qədim zamanlardan bəri unikal balıq restoranları, otellər və yataqxanalar mərkəzi olan bir turizm bölgəsi olmuşdur.Həmçinin, Amasra, sənətçi Barış Akarsunun doğma şəhəridir. Akarsu son lentini 2007-ci ilin yanvar ayında Amasra xalqına həsr etmişdir. == Tarix == Fateh Sultan Mehmetin başçılığı ilə Osmanlı İmperiyası orduları, 1360-cı ildə, 1460-cı ilin oktyabrında Genoylar tərəfindən ələ keçirilən Amasraya ekspedisiya təşkil etdi. Rəvayətə görə, Fateh Sultan Mehmet şəhərə açılan bir təpəyə gəldikdə heyranlığını göstərmək üçün bu ifadəni işlətmişdir: Rəvayətin davamına görə, Amasra qalasının komandiri, Fatehin olduğu təpənin açarını gətirir və şəhər mübarizəsiz alınır. Şəhər ələ keçirildikdən sonra Karabük-Eflani bölgəsində yaşayan qıpçaq türkləri burada məskunlaşdılar. Daha sonralar, bölgədə yaşayan yunanların böyük bir hissəsi İstanbula köçmək məcburiyyətində qaldı.
Əmir əl-üməra
Əmir əl-üməra — yəni, "əmirlər əmiri". Marşal hərbi rütbəsinə bərabər idi. İlk Səfəvilər dövründə nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi. Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş Məhəmməd bəy Süfrəçi Ustaclını (Çayan Sultanı), onun oğlu Bəyazid sultanı göstərmək olar. Div sultan Rumlu, Çuxa sultan Təkəli və Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil olmuş, eyni zamanda əmir əlüməra vəzifəsini ona uyğunlaşdırıb icra etmişdilər. Sonuncu halda vəkil və əmir əl-üməra vəzifələri arasında hədd qoymaq çox çətindir. Çünki mənbələr bu vəzifələri tez-tez eyni şəxslərə aid edirlər. Mənbələrdən aydın olur ki, hicri 937 (1532-1533)-ci ildə I Şah Təhmasib əmir əlüməra vəzifəsini Hüseyn xan Şamlıya və Abdulla xan Ustaclıya etibar etdi və onlar həmin vəzifəni birgə yerinə yetirdilər.
Amira
Amira (fr. Amirat) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 12.95 km², əhalisi 26 nəfərdir (2006) artım tendensiyası ilə: 63 nəfər (2012), əhalinin sıxlığı 4.9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 57 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 63 nəfər.