Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ruqiyyə Zərbəliyeva
Ruqiyyə Hacıağa qızı Zərbəliyeva — Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçi.[mənbə göstərin] Ruqiyyə Hacıağa qızı Zərbəliyeva sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu XX əsrin 30-cu illərinin sonlarında yerinə yetirmişdir. Ruqiyyə Zərbəliyeva ilk azərbaycanlı qırıcı təyyarəçi olmuşdur. Həyat yoldaşı Baba İbrahim oğlu Talıbov İkinci dünya müharibəsinə getmiş və həlak olmuşdur. Rauf adlı oğlu ilə tək qalan Ruqiyyə Zərbəliyeva sonralar Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirərək uşaq həkimi olmuş, Qusarda və Bakıda uşaq həkimi kimi çalışmışdır. Ruqiyyə Zərbəliyeva Bakıda yaradılmış "Səfa" müsəlman cəmiyyətinin fəallarından olan Kərbəlayı Abdulla Zərbəliyevin nəvəsidir. "Baku" qəzetinin 1914-cü il yanvar tarixli 5-ci sayında yazdığına görə Kərbəlayı Abdulla Zərbəliyev Bakıda yaradılmış “Səfa” müsəlman cəmiyyətinin yaradıcılarından və xəzinədarı, habelə Bakı Şəhər Dumasının üzvü olmuşdur. Ruqiyyə Zərbəliyevanın oğlu Rauf Baba oğlu Talıbov Azərbaycan Politexnik İnstitutunda müəllim və Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. Cəfərov N. Qırıcı aeroplan pilotu (Ruqiyyə Zərbəliyeva haqqında) // "Kommunist" qəzeti, 1940. 8 mart Şimşinov A. Qanadlı qız (Gənc pilot Ruqiyyə Zərbəliyeva haqqında) // "Gənc işçi" qəzeti, 1941. 7 mart.
Ruqiyyə Çobanzadə
Çobanzadə Ruqiyyə Gəray qızı 1904-cü ildə Ulyanovski şəhərində anadan olmuşdur. Bakıda konservatoriyanı bitirdikdən sonra M.F.Axundov adına Opera və Balet Teatrında işləmişdir. Həyat yoldaşı Çobanzadə Bəkir Vahab oğlu Azərbaycan SSRİ XDİK tərəfindən 2 fevral 1937-ci ildə vətən xaini kimi həbs edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Səyyar Sessiyası tərəfindən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas götürülərək Çobanzadə Ruqiyyə Gəray qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 11 oktyabr 1937-ci il qərarı ilə həbs edilmiş və 8 il müddətinə sürgünə göndərilmişdir. 1945-ci ildə sürgündən qayıdan Ruqiyyə xanım məcburiyyət üzündən Şamaxıda yaşamalı olub. 13 dekabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı Çobanzadə Ruqiyyə Gəray qızına bəraət vermişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Urmiyə
Urmiya və ya Urmiyə (az-əbcəd. اۇرمیه‎, fars. ارومیه‎), yerli əhali arasında Urmu (az-əbcəd. اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir. 2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır.
Nuriyyə Hüseynova
Nuriyyə İsmayıl qızı Hüseynova — müğənni, muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti. Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış etmişdir. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası muğam ixtisası üzrə təhsil alıb və eyni zamanda müəllim statusu veririlib. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1994-cu ildə Bakı Humanitar Kolleci (Bakı Mədəni-Maarif) Texnikumunda və 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən bu günə kimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
Nuriyyə Əhmədova
Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015). Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Xalq artisti Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla evli olub və iki övladı dünyaya gəlib: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var. Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir.
İraqiyyə Tv
İraqiyyə Tv — İraq Kommunikasiya Şəbəkəsinin əsas yayımı olan “İraqiyyə” TV ləğv edilmiş “İraq” televiziya kanalının yerinə yaradılıb. Bu gün “İraqiyyə” TV İraqda xalqın istəklərini yerinə yetirən, topluluqlara bərabər şəkildə yer ayıran və İraq televiziyaları arasında dövlət yayım siyasəti həyata keçirən bir televiziya kanalıdır. “İraq” televiziya kanalının yerinə yaradılmış İraqiyyə Tv 2003-cü il aprelin 14-də əvvəlcə radio yayımı ilə işə başlayıb. 2003-cü il mayın 1-də Səddamın Konqreslər Sarayında olan studiyada yayıma başlayıb. Digər şəhərlərdə dövlətə bağlı televiziya kanalları öz imkanları ilə bəzi xəbər və proqramlar təqdim etməyə başlayıb. Daha sonra isə dövlətin digər rəsmi kanalları fəal şəkildə işə başlayıb. “Reach Society” təşkilatının apardığı araşdırma nəticəsində İraqda yayımlanan təxminən 100-ə yaxın televiziya kanalı arasında “İraqiyyə” TV 1-ci yerdədir. İraqda əhəmiyyətli KİV olan “İraqiyyə” TV ərəb dünyasında təşkil edilmiş festivallarda təmsil olunub. Telekanal XI Qahirə Radio və Televiziya Festivalı, 2007 Krtaç (Morokko) Radio və Televiziya festivallarına qatılıb. 2007-ci ilin sonuna qədər media 75 şəhid və 68 yaralı verib.
Şərqiyyə Hüseynova
Şərqiyyə Hüseynova — televiziya aparıcısı, Azərbaycanın xalq artisti (2006). Şərqiyyə Hüseynova Bakıda anadan olub. Atası hərbçi, anası isə tibb işçisi olub. 5 uşaqlı ailənin ilk övladıdır. Televiziyaya 1967-ci ildə müsabiqə yolu ilə gəlib. 1969-cu ildə ailə qurub. 1971-ci ildə qızı Mehriban dünyaya gəlib. Qızının da bir qızı var — Ayan. 4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Hüseynova Şərqiyyə Qurban qızına Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adı verilmişdir. Aktyor Ələkbər Hüseynovun xalası qızıdır.
Şərqiyyə Vəliyeva
Şərqiyyə Vəliyeva (Şərqiyyə Əkbər qızı Vəliyeva; 1 iyul 1936, Piçənis, Laçın rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), Qəhrəman Ana, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı. Şərqiyyə Vəliyeva 1 iyul 1936-cı ildə Laçın rayonunun Piçənis kəndində anadan olub. Ailədə 4 bacı, 1 qardaş olmuşdurlar. Atası Əkbər kişi Böyük Vətən müharibəsinə getdikdən sonra ailəliklə Nağdalı kəndinə köçmüşlər. Anası və özü Kirov sovxozunda sağıcı işləmişlər. Maldarlıq təsərrüfatında uzun müddət sağıcı işlədikdən sonra, il ərzində öhdəsində olan hər inəkdən bir bala və hər inəkdən əl ilə 7400 litr süd sağdığına görə 22 mart 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Müxtəlif illərdə 2 dəfə "Lenin", "Şərəf Nişanı", "Oktyabr İnqilabı", "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri və SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunub. Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı olmuşdur. SSRİ Kənd Təsərrüfatı sərgisinin iştirakçısı olmuş 2 qızıl, 1 gümüş və 2 bürünc medal almışdır. 1952-ci ildən ÜİLKGİ üzvü, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur.
Əhvali-ruhiyyə
Əhvali-ruhiyyə — davamlı psixi proseslər üçün emosional fon formalaşdıran, aşağı intensivliyə malik kifayət qədər uzunmüddətli emosional proses. Əhvali-ruhiyyə adətən affektlərdən]], hisslərdən və duyğulardan fərqlənir. Emosional tona görə bərabər (eytimik), aşağı (hipotimik), yüksək (hipertimik), narahat və s. ola bilər. Əhval-ruhiyyə aydın şəkildə müəyyən edilə bilən hallar kimi də çıxış edə bilər: sıxıntı, narahatlıq, qorxu, kədər, iztirab və ya ehtiras, eyforiya, sevinc və s.). Əhval-ruhiyyə insanın bütövlükdə həyat vəziyyətinə münasibətini ifadə edən emosional proses kimi başa düşülür. Adətən əhval-ruhiyyə sabit və uzunmüddətli, eləcə də aşağı intensivlikdədir. Əks halda, bu, əhval pozğunluğunun əlaməti ola bilər. Mütəxəssislər "əhvali-ruhiyyə" anlayışı ilə "duyğu", "affekt", "emosiya" və "yaşantı" anlayışlarını fərqləndirirlər: Duyğulardan fərqli olaraq, əhval-ruhiyyənin obyektlə əlaqəsi yoxdur: onlar heç kimə və ya heç bir şeyə münasibətdə deyil, bütövlükdə həyat vəziyyətinə münasibətdə yaranır. Bu baxımdan, əhval-ruhiyyə hisslərdən fərqli olaraq ambivalent ola bilməz.
Ruqiyə Sultan
Ruqiyə Sultan (11 noyabr 1906, Konstantinopol – 20 fevral 1927) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Ruqiyə Sultan 11 noyabr 1906-cı ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 5 yanvar 1924-cü ildə Heydərpaşa köşkündə Sokollu Mehmed Paşanın şəcərəsindən Sokolluzadə Əbdülbaki İhsan bəylə (d. 1900 - ö. 20 sentyabr 1968) evləndi. Ancaq nigahdan cəmi 2 ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Ruqiyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Cütlüyün yeganə övladı olan Əməl Nuricihan xanım Sultan da 15 iyun 1925-ci ildə məhz burada dünyaya gəldi.
Urmiyə gölü
Urmiya gölü (az-əbcəd. اۇرمیه گؤلۆ‎) və ya Urmu gölü (az-əbcəd. اۇرمۇ گؤلۆ‎) — İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göl. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur. Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatırdı. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir.
Urmiyə xanlığı
Urmiya xanlığı — 1747 və 1868/1869-cu illər arasında, mərkəzi Urmiya şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri. Urmiya xanlığının tarixini ilk dəfə mərhum tarixçi Hüseyn Dəlili əsasən farsdilli mənbələrə əsaslanaraq tədqiq etmişdir. Xanlığın əsasını Nadir şah Əfşar'ın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu. O, hətta Nadir şahın sərkərdəsi olan Azad xanı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra, o, mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı. İlk olaraq Təbrizə hücum etdi, Təbriz asılı hala salındı və Təbrizi paytaxt etdi. Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu. Bundan sonra isə Qaradağ, Marağa və Sərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı. O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi.
Urmiyə şəhristanı
Urmiya şəhristanı (fars. شهرستان ارومیه‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının şəhristanlarından biridir. Şəhristanın (və həmçinin bütün ostanın) inzibati mərkəzi Urmiya/Urmu şəhəridir. Şəhristan Türkiyə Cümhuriyyətinin Van (çox qısa sərhədə sahibdir) və Hakkari illləri, həmçinin İraq Cümhuriyyətinin İraq Kürdüstanı bölgəsinə tabe olan Ərbil mühafəzası (həmçinin çox qısa sərhədə sahibdir) ilə həmsərhəddir. Şəhristanın ərazisi 5251 km²-dir. Mərkəzi bəxşi İnzibati mərkəzi: Urmiya / Urmu DEHİSTANLARI Baxışlıçay dehistanı KƏNDLƏRİ: Ağcaqala, Almanabad, Aydınlı, Baldırlı, Baracıq, Birlan, Buraşan, Çöhrəqoşa, Darğalı, Dehkədə-i Əsayiş, Dizac-i Nəqalə, İlyasabad, İmamzadə, İslamlı, Gabaran, Gülpaşin/Gülparçin, Qılmanxana, Hacıpirli, Həsbistan, Hisar-i Hacılar, Hisar-i Tarmani, İğdır, İsakan, Carçılı, Kəştiban, Kürdlər, Laşınlı (Laçınlı), Maracul, Maşkabad-i Ülya, Maşkabad-i Süfla, Miyavaq, Üçqabarlar, Püşt-i Gül, Qalılı, Qamət, Qaraağac-i Ülya, Qarahəsənli-i Xacəpaşa, Qaracalı, Qışlaq-i Mirzəəli, Qışlaq-i Məhəmmədqulu, Qoturlar, Reyhanabad, Rikan, Sədəqə, Salehabad, Səngər-i Mirabdullah, Tarmani, Vəzirabad, Yengicə-i Qazi, Yuvalar Bərəndüz dehistanı KƏNDLƏRİ: Əliabad-i Bərəndüz, Əngəman, Bənd, Bərəndüz, Bözvə, Çavraş, Didan-i Ülya, Didan-i Süfla, Dizac-i Fəthi, Dizac-i Rəhimpur, Qazanəkeş, Hasukəndi, Havandıq, Heydərli, Cəfəriyan, Canvisli, Cürni, Kilsə-i Sir, Xataylı, Xürrəmabad, Narlar, Saatlıkuh (kuh (farsca) = dağ) / Saatlıdağ, Sarıbəyli-i Musayi, Şəmləkan, Şeyxməzari, Sidək, Sir, Vərməziyar Bərəndüzçay-i Cənubi dehistanı KƏNDLƏRİ: Ağbulaq, Balanıc, Bərbəran, Baruj, Bayat, Büzürgabad, Dərinqala, Dolama, Fuladlı (Poladlı), Güldanlı, Hisar-i Ağbulaq, İləzgi, İsalı, Karvansara, Kukiya, Kurani, Mahmudabad, Mübarəkabad, Nivli, Novruzbulağı, Qalacıq, Qasımlı, Rəhimabad, Seylanə, Şabankəndi, Şirukəndi, Təpəmakı, Tərzili, Təzəkənd-i Camalxan, Tülkan, Tumatar, Toppuzabad, Uzunməlik, Zovik Bərəndüzçay-i Şimali dehistanı KƏNDLƏRİ: Burxanlı, Dizac-i Təkyə, Fəqihbəyli, Göytəpə, Qaraağac, Qaralar-i Kuh (kuh (farsca) = dağ) / Qaralar-i Qurxana, Qutlu, Qurşalı, Saralan, Sarıbəyli-i Moin, Satlı (Saatlı) / Saatlı-i Bivalə, Şəms-i Hacıyan, Vandayi Başqala dehistanı KƏNDLƏRİ: Əmirabad, Əyyublu, Birincabad, Burbur, Çiçəkli-i Mansur, Çiçəkli-i Başqala, Dədəsaqi, Danqaralı, İslampənahabadi Cədid (cədid (ərəbcə) = yeni), Gəznəq, Gülmərz-i Süfla, Göyçəlitəpə / Göyçələrtəpə, Göyçəliaslan, İsalı-i Heydərli, İsalı-i Zəmi, Keçəbaş, Məzrayə-i Üçevlər, Qəhrəmanlı-i Ülya, Qəhrəmanlı-i Süfla, Qala-i Əzizbəy, Qərabqulu, Qazanəli, Qızılhacılı, Qusur, Səfərbehi, Səfərquluxankəndi, Sarıbəyli-i Aralıq, Sarıcalı, Şəhrək-i Gülmərz, Şeyxteymur, Şorkənd, Təkəli, Topraqqala (Torpaqqala), Şəhrək-i Sünəti-i Urmiyə [Urmiya sənaye ərazisi] (Urmia Industrial Estate), Yağmurəli, Yorqunabad-i Ülya, Yorqunabad-i Süfla, Yusifabad-i Şahmirzəkəndi Dol dehistanı KƏNDLƏRİ: Balistan, Bərdəkiş, Müctəmə-i Karkənan Karxana-i Siman [(Urmiya) sement kooperativi] (Cement Cooperative, Urmia), Dalov, Dərbənd, Daşağıl, Dizac-i Dövl, İslamabad, Colbar, Kamanə, Kanan-i Ülya, Kanan-i Süfla, Nanas, Narı, Nəsirabad, Naznaz, Pirəli, Qamışlı, Rəşkan, Samartu, Şəhrək-i Rustayi-i Nasir, Soltanabad, Carabad, Zeyvə Nazlı-i Cənubi dehistanı KƏNDLƏRİ: Abbasabad, Ərəbli-i Bişə, Ərəbli-i Dərə, Ərəbli-i Yekan, Əsgərabadtəpə, Barbin, Bozlu, Çiçəkli-i Hacıağa, Çonqaralı-i Yekan, Dəstcird, Daylaq, Fağıbəyli, Gərdabad, Qafarbehi, İrəvanlı, Kəkələr, Mərəngalı-i Kiçik, Məzrayə-i Təhqiqəti Tütün, Uzarlı, Qaragöz-i Səlimağa, Qaralar-i Lütfullah, Qaragöz-i El, Qırıqlı, Səidli, Səlimkəndi, Samsalı, Şeyxsərməst, Təzəkənd-i Əfşar, Təzəkənd-i Qışlaq, Furudgah-i Urmiyə [Urmiya hava limanı] (Urmia Airport), Zaiyəkəndi Rövzəçay dehistanı KƏNDLƏRİ: Əliabad, Alvac, Anhar-i Ülya, Anhar-i Süfla, Aşnaabad, Bədəki, Balacı, Balı, Dərəzəm, Gəcin, Gəncabad, Gülhar, Gözgəvənd, Cihadlı, Kaniquzan, Kəvələq, Xəlifatan, Xangah-i Alvac, Kutalan, Lerni, Lur, Məzrayə-i Nəsrabad, Mirabad, Pirmurad, Qarahəsənli, Qəsrik, Qışlaq-i Tarazlı, Qızılaşıq, Təzəkənd-i Anhar, Tezxarab, Vəlindeh-i Ülya, Vəlindeh-i Süfla, Yorğanlı, Zeynalı Türkmən dehistanı KƏNDLƏRİ: Alqiyan, Ərəbli, Babarud, Çubtaraş, Dərbərud, Qəribkəndi, Həsənabad, Hisar-i Qapıçı, Hisar-i Türkmən, Dəkəl Sədausima [(IRIB kanalının) teleyayın stansiyası] (IRIB Broadcasting Station), Cəbəlkəndi, Ceyran-i Ülya, Ceyran-i Süfla, Xəncərqışlağı, Xızırabad, Kusəabad, Mirşəkərli, Müqəddəm, Muradəli-i Ülya, Muradəli-i Süfla, Muradkəndi, Nəybin, Nəzərabadqala, Nəzərabad-i İftixar, Orduşahi, Üçevlər, Qaralar-i Ağatağı, Qaralar-i Hacıqasım, Qurttəpə, Saracıq, Sərdrud, Şahinabad, Təbbət, Təkə, Təpə, Təpətürkmən, Tasmalı, Təzəkənd, Tezxarab, Türkmən, Uzuniskəndəri Ənzəl bəxşi İnzibati mərkəzi: Quşçu DEHİSTANLARI Ənzəl-i Cənubi dehistanı KƏNDLƏRİ: Əlikan, Bəhlə, Bolarğu, Dilədar, İmamkəndi, Gavlan, Gültəpə, Golanik-i Ülya, Golanik-i Süfla, Hacıbayram, Hamamlar, Cəbəlkəndi, Kəhriz, Kanişurik, Kasıb, Xürrəmabad, Kürə-i Ülya, Kürə-i Süfla, Mahmudan, Makukəndi, Meşik, Nur-ül Dinabad (Nurəddinabad), Pirgöl, Qəhrəman, Qulunçu, Quyucuq, Sənicilik, Padegan-i Şəhid Ab Şənasan [Şəhid Ab Şənasan (hərbi) qarnizonu] (Shahid Ab Shanasan Garrison), Şərifabad, Şirakan, Sultanabad, Təndərək, Zəngabad Ənzəl-i Şimali dehistanı KƏNDLƏRİ: Barı, Qurçinqala (Göyərçinqala), Camalabad, Muğatel, Nəcəfabad, Qalğaçı / Qalqaçı, Qarabağ Nazlı bəxşi İnzibati mərkəzi: Nuşin / Karxana-i Qənd DEHİSTANLARI Nazlıçay dehistanı KƏNDLƏRİ: Armudağac, Azadigan, Bədilbu, Bəhlulabad, Danşəkədə-i Keşavərzi [(Qərbi Azərbaycan ostanı) Kənd təsərrüfatı departamenti] (Department of Agriculture, West Azerbaijan), Hacıabad, Hisarxaraba, Cənizə, Kəvsi, Xaraba-i Sənci, Kusəəhməd, Nazlı, Qalasərdar, Qala-i İsmayılağa, Qaralar-i Təsuci, Sənci, Tamtaman, Təpik, Təzəkənd, Təzəkənd-i Cənizə, Təzəkənd-i Qatırçı, Yorğanlı-i Cənizə Nazlı-i Şimali dehistanı KƏNDLƏRİ: Abacalı-i Ülya, Əlikəndi, Əlibəyli, Əngənə, Ərnisa, Əsgərabad-i Kuh (kuh (farsca) = dağ), Babagəncə, Bağıstan, Başlanbeşli, Çanaqlı, Çer, Çonqaralı-i Pul, Dovıran, Göycəyaran, Hisar-i Babagəncə, Hisar-i Bəhramxan, Heydərli, Heydərli-i Bəylər, Kalvan, Kərimabad, Xalidabad, Xanəgahsürx, Lək, Laləli-i Torab, Lülhəm, Mərəngalı-i Büzürg, Meskin, Naxçıvantəpə, Oxçular, Par, Qaraqız, Qaraqoyunlu, Qaracalı, Qılınclı, Qışlaq-i Şakur, Rəhimabad, Saatlı-i Bəylər, Sarıbəyli-i Çıraq, Şirabad, Təpə-i Babagəncə, Təqlidabad, Təzəkənd-i Babagəncə, Vəqaslı-i Ülya, Vəqaslı-i Süfla, Zadəli, Zonbalan Talatəpə dehistanı KƏNDLƏRİ: Abacalı-i Süfla, Adeh, Çamaki, Hisar-i Süpürgən, Xanəşan, Xudaverdixankəndi, Muşabad, Ovsalı-i Allahverdixan, Ovsalı-i Kazım, Süpürgən, Talatəpə, Yengicə, Zirmanlı Silvanə bəxşi İnzibati mərkəzi: Silvanə DEHİSTANLARI Dəşt dehistanı KƏNDLƏRİ: Əhmədrəsul, Bərdəsur, Çəmən, Dərbənd, Dərəsənci, Dəzgir, Dövləpasan, Gövcar, Hələfələ, Kəy, Xoşaku, Mirabad, Nuşan-i Ülya, Nuşan-i Süfla, Ovalı, Peşkələ, Pirhadi, Qarayi, Qəsrik, Rajan, Səlimbəy, Sulik, Tuyi, Tuli, Zəngilan, Zerixan Mərgavar dehistanı KƏNDLƏRİ: Əleyh, Aversi, Bavan, Berəsb, Berəzan, Best, Bibakran, Çərikabad, Divac, Dovkana, Fələkan, Gəlləbehi, Gərdivan, Gərdik, Gərdiknasir, Gülüstanə, Həftabad, Xələc, Həsənabad, Həşimabad, Kəçalabad, Kəçalə, Kanidəstər, Kanitayir, Kasiyan, Kayir, Keləsi / Kilsə (?), Xurəsb, Lacani, Lorzini, Mamakan, Mansurabad, Mirabad, Mollabəsək, Nari, Nergi, Nuy, Qaranə, Razgəh, Sehgərgan, Şəhrək-i Zeyvə, Şəklabad, Şeyxzərd, Şirakan, Sudinabad, Sulədugal, Surkan, Susanabad, Təzəkənd, Toppuzabad, Carabad, Caraci, Zeyvə Tərgavar dehistanı KƏNDLƏRİ: Anbi, Ərzin, Əşki, Avdi, Balovlan, Bani, Bəsrik, Biquz, Dübarə, Dostalan, Gərdəbelic, Həki, Həlulan, Kərimabad, Xanəgah, Kuranə, Kurtəkavil, Mavana, Pesan, Şəhr-i Viran, Şeyban, Şeyxşəmzin, Surbani, Talin, Tibətan, Tovlaki Sumay-i Bəradost bəxşi İnzibati mərkəzi: Sirov DEHİSTANLARI Bəradost dehistanı KƏNDLƏRİ: Axyan-i Büzürg, Axyan-i Kiçik, Əsəngəran, Əvdilan-i Ülya, Əvdilan-i Süfla, Bərdəzi-i Ülya, Çarə, Dərbənd, İmamkəndi, İskəndərabad, Firuziyan, Gəngəçin, Gül-i Şeyxan, Günbəd, Gündək-i Molla, Guranabad, Həftsəran, Halaquş, Həngrəvan, İşgəsu, Kanespi, Kanişurik, Kanisi, Xalyan, Xanik, Xoşalan, Kulgani, Kürəneh, Məfəran, Məcrusə, Malunə, Mərgərəş, Məstəkan, Mirdavud, Neyçalan, Ömərabad, Post, Qaraağac, Qarnisə, Qəsrik, Rabat, Rəvənd-i Ülya, Rəvənd-i Süfla, Siyarək, Sufikani, Təzəkənd-i Şeşmal, Zəngəkan Sumay-i Cənubi dehistanı KƏNDLƏRİ: Abdibəy, Ağsaqqal, Bərdərəş, Barduk, Bavan, Qaçi, Govdal, Həsənli, Həştiyan, Hovarsin, Calqaran, Cuhni, Cucahi, Kanespi, Kanimiran, Xaraguş, Kuran, Mərnə, Pirancıq, Qəsrik, Sinabad, Sultani, Sufiyan Sumay-i Şimali dehistanı KƏNDLƏRİ: Baçacıq, Baraspi, Bərdiyan, Bəstəkabad, Bacergah, Gələxar, Qazan, Qulusuyu, Həsənabad, Catar, Kanirəş, Xanik, Mamakan, Məstəkan, Minqol, Mirabad, Oskandriyan, Quni, Qurmik, Rigabad, Sakan, Seydan, Surmanabad, Yengicə 2006 sa. əsasən 856,914(kişilər:433,976 nəfər — qadınlar:422,938 nəfər) nəfərdir. Urmiya şəhristanında əsasən azərbaycanlılar, qismən kürdlər, həmçinin az sayda ermənilər və assuriyalılar yaşayırlar. Kürdlər: şəhristan əhalisinin təxminən 15%-nin kürd əsilli insanlardan ibarət olduğu təxmin edilir. Herki tayfası: Silvanə bəxşinin Dəşt, Tərgavar və Mərgavar dehistanlarında məskunlaşmışdır.
Əl Şərqiyyə TV
Əl Şərqiyyə TV — İraqda sünni kəsimi ön plana çıxarmaqla xalqın çətinliklərini işıqlandıran kanal. Sünni qrupuna aid Əl Şərqiyyə televiziyası Səddam dövrünün ən güclü illərində İraqın yazışmalar üzrə katibi olmuş və Səddam Hüseynin həyat hekayəsini qələmə almış, sünni ərəb Saad Əl Bəzzaz tərəfindən yaradılıb. O, ABŞ-nin İraqı işğal etməsindən bir il sonra 30 milyon dollar büdcə ilə Dubayda bir televiziya kanalı qurub. Kanalın baş direktoru Alla Əl Dahhandır. Kanalla yanaşı “Əl Zaman” və “Əl Şərqiyyə” FM radioları da eyni vaxtlarda yaradılıb. İraqın birlik və həmrəyliyini müdafiə edərək işğalın sona çatdırılması, məzhəb toqquşmalarına fürsət verilməməsi, iqtidara qarşı tənqidi verilişlər hazırlanması başlıca məqsədlər sırasındadır. Yaxın Şərq xalqları üzərində böyük təsirə malik “Əl Şərqiyyə” TV İraqda mətbuat orqanlarının etnik qruplara bərabər səviyyədə yanaşmadığını nəzərə alıb həqiqəti çatdırmaq üçün qurulub. “Əl Şərqiyyə” televiziya kanalı xəbərlərlə yanaşı musiqi, əyləncə və teatr mövzularına yer vermişdir. Eyni zamanda ölkədəki zorakılıq hadisələrini başqa formada tamaşaçılara çatdıran “Əl Şərqiyyə” TV kanalı komediya, əyləncə və musiqi ilə tamaşaçıların diqqətini xəbərlərə yönəldib. Kanalda “Əl Musaadə” (“Yardım”), “Əl Pitaka Əl Təmviniyyə”, “Bitaka Əl Şəxsiyyə”, “Şəyif Əl Xayir” və “Mustahlə” “Əl Burc Əl Ali”, “Kursə və Aməl”, “Miğtaribun” verilişləri yayımlanır.
Düriyyə Rəhimova
Düriyyə Rəhimova (15 mart 1929, Qımıl, Quba rayonu – 29 mart 2014, Dərbənd, Dağıstan) — Dağıstanın xalq artisti. == Həyatı == Düriyyə Rəhimova 1929-cu ildə martın 15-də Quba rayonunun Qımıl kəndində anadan olmuşdur. Quba Dövlət Dram Teatrında işləməyə başlamışdır. Quba Dövlət Dram Tatrı bağlandığdan sonra Dağıstan Filarmoniyasına dəvət almış və orada işləmişdir. Sonralar Ləzgi Dövlət Teatrında fəaliyyət göstərmişdir. Dərbənd Azərbaycan Dövlət Dram teatrının yaradıcılarından biridir. Onlarla yadda qalan rolları vardır. 2014-cü ilin mart ayında uzun sürən xəstəlikdən sonra 85 yaşında yaşadığı Dərbənd şəhərində vəfat etmişdir.
Rüqəyyə Kəbiri
Rüqəyyə Kəbiri - Şair və yazıçı. Öz əsərlərini Azərbaycan və Fars dillərində yazır. Ruqiyyə Kəbiri 1963-cü ildə Güney Azərbaycanın Xoy şəhərində dünyaya gəlmişdir. Orta məktəbi doğulduğu şəhərdə bitirmişdir. Təbriz Universitetinin tibb fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləmişdir. Yaradıcılığa erkən başlsa da, uzun müddət əsərlərini nəşr etdirməmişdir. Müəllifin bədii yazıları, şeir, nəsr, ssenari və tərcümələrdən ibarətdir. “Təbrizin al təbim” (2010) şeir toplusu, “İçimdəki qız” (2013), “Bu qapı heç çalın¬mayacaq” (2011) hekayələr toplusu, “Evim” (2013), “Yerdən uca torpaq” (2014) romanları kitab kimi nəşr olunmuşdur. Çağdaş Güney Azərbaycan ədəbiyyatında mifik qaynaqlardan bəhrələnən, psixoloji detallara önəm verən yazarlardan biri kimi tanınır.
Ülviyyə Ağayeva
Ülviyyə Ağayeva (18 sentyabr 1978, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezideni. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərir.
Ülviyyə Fətəliyeva
Ülviyyə Hasil qızı Fətəliyeva (3 avqust 1996, Gəncə) — azərbaycanlı şahmatçı, beynəlxalq usta (2022). Ülviyyə Fətəliyeva 3 avqust 1996-cı ildə Gəncə şəhərində, Azərbaycan şərabçılığı tarixində ilk doktor və professor olan Hasil Fətəliyevin ailəsində anadan olub. Əslən Zərdab rayonunun İsaqbağı kəndindəndir. Gəncə şahmat məktəbinin yetirməsidir. Bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, magistr təhsilini isə İtaliyada almışdır. 2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub. 2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub. 2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb. 2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb. Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.
Ülviyyə Hacıbəyova
Ülviyyə Vaqif qızı Hacıbəyova (d. 9 iyun 1960, Bakı) — Azərbaycan pianoçusu və bəstəkarı, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2018). Ülviyyə Hacıbəyova 9 iyun 1960-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. O, 3 yaşında pianoda ifa etməyə başlamışdır. Ülviyyə Hacıbəyova ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, Y.L.Filatovanın sinfində almışdır. 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə, 1986-cı ildə isə Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin sinfində assistent-stajorluğu bitirmiş, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları Yakob Milşteyn və Lev Naumovdan dərs almış, təcrübə keçmişdir. Ülviyyə Hacıbəyova pedaqoji fəaliyyətinə 1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlamışdır. Hazırda Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının professorudur. Ülviyyə Hacıbəyova 1985-ci ildən Yeganə Axundova ilə birlikdə piano dueti ifaçısı kimi müntəzəm olaraq Azərbaycanda və xarici ölkələrdə konsert proqramları ilə çıxış edir. O, həmçinin bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla çıxış edir.
Ülviyyə Həmzəyeva
Həmzəyeva Ülviyyə Tapdıq qızı (30 aprel 1982, Şəkərabad, Babək rayonu) — Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, 2010–2015-ci il IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, V və VI çağırış Milli Məclisin deputatı. Ülviyyə Həmzəyeva 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Şəkərabad kəndində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhərində almışdır. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirmişdir. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. Naxçıvan Dövlət Universitetin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır. Naxçıvan Ali Məclisinin V çağırışı, Azərbaycan Milli Məclisinin V çağırış deputatı və Azərbaycan Milli Məclisinin VI çağırış deputatıdır. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. Əsərlərində əsasən milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirməyə çalışır.
Ülviyyə Könül
Ülviyyə Könül (28 sentyabr 1972, Bakı) — klipmeyker, rejissor, ssenari müəllifi. Əməkdar incəsənət xadimi. "Mədəniyyət" telekanalın direktoru. Kərimova Ülviyyə Oqtay qızı 28 sentyabr 1972-ci ildə Bakıda anadan olub. 1989-cu ildə 1 nömrəli Dəmiryol orta məktəbini bitirib. 1991–1995-ci illərdə Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alıb. 1992–1996-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, daha sonra rejissor kimi fəaliyyət göstərib, musiqili kliplər, sosial və digər reklam çarxlarını, 1996-cı ildə isə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında eyniadlı televiziya filmini çəkib. 2000-ci ildə "Dəşti" klipinə görə "Humay" mükafatına layiq görülüb. 2004-cü ildə Afinada keçirilən olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" üçün Azərbaycan haqqında tanıtım çarxını hazırlayıb. 2004-cü ildə Bədii gimnastika üzrə Dünya Kubokunun açılış və bağlanış mərasimlərinin, 2005-ci ildə Bədii gimnastika üzrə Dünya Çempionatının açılış və bağlanış mərasimlərinin, həmin il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə UNESCO qərargahında təşkil edilmiş tanınmış akademik, alim Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli konsertin və digər layihələrin rejissoru olub.
Ülviyyə Rza
Ülviyyə Rəhimova
Ülviyyə Rəhimova (2 avqust 1983, Bakı) — Azərbaycanlı müğənni. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib, həmin illərdə "Bəri-Bax" qrupun tərkibində müxtəlif müsabiqələr və festivallar iştirakçısı olub. 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün 2 fevralda keçiriləcək yarımfinal mərhələsində "İn Love" mahnısı ilə yarışıb. Lakin finala çıxa bilməyib. Müğənninin toyu 2010-cu il sentyabrın 25-i Bakının şadlıq saraylarından birində baş tutub. Ülviyyə caz ifaçısı Ceyk Cons adlı əcnəbi şəxslə ailə həyatı qurub.
Ülviyyə Sultan
Ülviyyə Sultan (1868, Konstantinopol – 5 oktyabr 1875, Konstantinopol) — XXXIV Osmanlı sultanı II Əbdülhəmidin qızı. II Əbdülhəmidin ilk övladı idi. Atasının şahzadəlik illərində Dolmabağça sarayında dünyaya gələn Ülviyyə Sultanın anası çərkəz əsilli Nazikəda xanım idi. Sarayda baş verən qəza nəticəsində hələ 7 yaşında ikən yanaraq faciəvi şəkildə ölmüşdür. II Əbdülhəmid bu övladını və onun acısını heç vaxt unutmadı. Ayşə Sultanın xatirələrində dediyinə görə, atası II Əbdülhəmid Ülviyyə Sultan haqqında danışarkən "Allah heç birinizin acısını göstərməsin, ancaq Ülviyyəmi heç vaxt unutmayacam, ağrısı qəlbimi yandırır" demişdir. Məzarı Yeni Məsciddə Cədid Havadin türbəsində anasının məzarının yanındadır.
Ülviyyə Tahir
Ülviyyə Tahir (tam adı: Ülviyyə Tahir qızı Mustafayeva; 15 noyabr 1980, Bəydövül, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist. Ülviyyə Tahir qızı Mustafayeva 15 noyabr 1980-ci ildə Azərbaycan SSR, Göyçay rayonunun, Bəydövül kəndində anadan olmuşdur. 1987—1998-ci illərdə Göyçay rayonu, Ə.Əsgərov adına orta məktəbdə təhsil almışdır. 1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 2002-ci ildə həmin fakültəni bitirmişdir. 2009-cu ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olmuşdur. 2009-cu ildə ilk hekayəsini yazmışdır. 2014-cü ildə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsində "Anamın tabutu" adlı pyeslə iştirak etmiş və 44 balla 7-ci yer olub. "Stokholm Sindromu" hekayəsilə "Ədəbi Azadlıq-2015" müsabiqəsində iştirak edib. Hazırda 150-ə yaxın hekayə, araşdırma məqalənin və tərcümə kitablarının müəllifidir. Şeytanın missiyası Üzü cəhənnəmə Buqələmun Ortaq şəhər (hekayələr kitabı) ALJİR Şükriyyə Taleyim Co Navarro / Marvin Karlins, Bədən dili Nevzat Tarhan, Qadın psixologiyası (Kadın psikolojisi) (nəşr edilməyib) Ceylan Mumoğlu Rəsmi bloqu Ülviyyə Tahir — Instagram səhifəsi Ülviyyə Tahir — Azadlıq Radiosunun rəsmi saytında Ülviyyə Tahir.
Ülviyyə Şamilqızı
Ülviyyə Şamilqızı (Məmmədova) (d. 23 aprel, 1986, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. 24 yanvar, 2018, Həştərxan vilayəti, Rusiya) — Azərbaycan jurnalisti. Ülviyyə Şamilqızının atası Şamil Məmmədov Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 31-də əsgərləri Ağdərə rayonundakı hərbi-hissəyə təhvil verib qayıtmaq tapşırığı alsa da, əsgərləri təhvil verdikdən sonra geri qayıtmayıb. Şəhid hesab olunur. Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən "Xalq Cəbhəsi" qəzetində çalışıb. O, 2013-cü il sentyabrın 27-də partiyanın keçirdiyi mitinqdə üzürlü səbəbdən iştirak etmədiyi üçün işdən qovulub. O, həm də "Report" İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün 2017-ci ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.
Ülviyyə Əlili
Ülviyyə Əliyeva (Əliyeva Ülviyyə Fərhad qızı; 15 sentyabr 1981) — azərbaycanlı aktrisa və teleaparıcı, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C. Məmmədquluzadə "Ölülər"də Nazlı, B. Vahabzadə "Atamın kitabı"nda Şəvkət bacı, Ə. Əmirli "Xoşbəxt gün"də Yeganə, Qabil "Şübhəli əhvalat"da katibə, Ə. Əmirli "20 il sonra"da Ofelya, Anar "Səhra yuxuları"nda 2-ci müxbir – iştirak etmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində O, bir çox obrazları özünəməxsuz ustalıqla oynamışdır. Azərbaycan televiziyasında və "Space TV" "ATV" kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında "Hərənin öz payı+tayı" filmində çəkilmişdir. Ceyran-"Hərənin öz ulduzu",(Süleyman Ələsgərov, İsi Məlikzadə) Müğənni-"Səhnədə məhəbbət",(Sərdar Fərəcov, Əli Əmirli) Tülkü-"Baş tutmayan hiylə"(Rəşid Şəfəq, Əli Səmədli) Lalə-"Əlin cibində olsun"(Oqtay Rəcəbo, Aqşin Babayev) Aydan-"Məsmə xala dayımdır"(Ramiz Mustafayev, Cahangir Məmmədov) Gülər-"Talelər qovuşanda"(Rauf Hacıyev və Elxan Ocaqov, Faiq Zöhrabov) İradə-"Volqalı canan"(Ramiz Mustafayev, Abdulla Qüdrət) Qiyamət-"Bəydullanın möhtəşəm toyu"(Ramiz Əkbər) Zöhrə-"Bir günlük siğə"(Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin) Xədicə-"Aldın payını, çağır dayını (Adamın adamı)"(Vasif Adıgözəlov, Anar) Elya, Leyla-"Qıcqanc ürəklər"(Ramiz Mirişli, Marat Haqverdiyev) Çiçək-"Kələkbazlar"(Süleyman Ələsgərov, İsi Məlikzadə) İbadın qızı, Güldəstə-"Mən dəyərəm min cavana"(Faiq Sücəddinov, Tamara Vəliyeva) Telli-"Arşın mal alan"(Üzeyir Hacıbəyli) Fatoş-"Şəhərdən manyak var"(Sərdar Fərəcov, Əziz Nesin, Lib. Oruc Qurbanov) Zari-"İddalı qaraçı"(İmre Kalman, Tərcü.
Ülviyyə Əliyeva
Ülviyyə Əliyeva (Əliyeva Ülviyyə Fərhad qızı; 15 sentyabr 1981) — azərbaycanlı aktrisa və teleaparıcı, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C. Məmmədquluzadə "Ölülər"də Nazlı, B. Vahabzadə "Atamın kitabı"nda Şəvkət bacı, Ə. Əmirli "Xoşbəxt gün"də Yeganə, Qabil "Şübhəli əhvalat"da katibə, Ə. Əmirli "20 il sonra"da Ofelya, Anar "Səhra yuxuları"nda 2-ci müxbir – iştirak etmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində O, bir çox obrazları özünəməxsuz ustalıqla oynamışdır. Azərbaycan televiziyasında və "Space TV" "ATV" kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında "Hərənin öz payı+tayı" filmində çəkilmişdir. Ceyran-"Hərənin öz ulduzu",(Süleyman Ələsgərov, İsi Məlikzadə) Müğənni-"Səhnədə məhəbbət",(Sərdar Fərəcov, Əli Əmirli) Tülkü-"Baş tutmayan hiylə"(Rəşid Şəfəq, Əli Səmədli) Lalə-"Əlin cibində olsun"(Oqtay Rəcəbo, Aqşin Babayev) Aydan-"Məsmə xala dayımdır"(Ramiz Mustafayev, Cahangir Məmmədov) Gülər-"Talelər qovuşanda"(Rauf Hacıyev və Elxan Ocaqov, Faiq Zöhrabov) İradə-"Volqalı canan"(Ramiz Mustafayev, Abdulla Qüdrət) Qiyamət-"Bəydullanın möhtəşəm toyu"(Ramiz Əkbər) Zöhrə-"Bir günlük siğə"(Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin) Xədicə-"Aldın payını, çağır dayını (Adamın adamı)"(Vasif Adıgözəlov, Anar) Elya, Leyla-"Qıcqanc ürəklər"(Ramiz Mirişli, Marat Haqverdiyev) Çiçək-"Kələkbazlar"(Süleyman Ələsgərov, İsi Məlikzadə) İbadın qızı, Güldəstə-"Mən dəyərəm min cavana"(Faiq Sücəddinov, Tamara Vəliyeva) Telli-"Arşın mal alan"(Üzeyir Hacıbəyli) Fatoş-"Şəhərdən manyak var"(Sərdar Fərəcov, Əziz Nesin, Lib. Oruc Qurbanov) Zari-"İddalı qaraçı"(İmre Kalman, Tərcü.
Ülviyyə Heydərova
Ülviyyə Heydərova — Azərbaycanlı yazıçı, dramaturq, ssenari müəllifi. Ülviyyə Heydərova 1981-ci ildə Əli Bayramlı rayonunda anadan olub. 2005-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsini bitirib. 2009-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdindəki Rüstəm İbrahimbəyovun Bakı Kino Məktəbində .Oskar mükafatı laureatı, dünya şöhrətli yazıçısı Rüstəm İbrahimbəyovun ssenari kursunu, Azərbaycan Teatr Xadimlər İttifaqının Dramaturgiya laboratoriyası, görkəmli kinodramaturq, Xalq artisti Ramiz Fətəliyevin kursunu və İngilis ssenarist Paul Fraserin ustad dərsində təhsil alıb. İlk qələm təcrübəsi 1997-ci ildə Şirvan şəhərində çıxan "İşıq" qəzetində dərc edilib. Müxtəlif mətbuat orqanlarında, o cümlədən "Pəncərə (Mədəniyyətə baxış)", "Ölkəm" jurnallarında, "Az-media", "Vətəndaş həmrəyliyi" qəzetlərində müxbir kimi çalışıb. Bədii, publisistik yazıları ilə "525-ci qəzet"də, Lit.az, Lent.az, Kultaz.com, Kulis.az, Sim- sim.az və bir çox mətbuat orqanlarında çıxış edir. Hal-hazırda Azərbaycan Televiziyası QSC-nin “Mədəniyyət xəbərləri” redaksiyasında müxbir vəzifəsində çalışır. "Noutbuk" povesti 2008-ci ildə I Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində nəsr üzrə I yer qazanıb.
Ruqiyə Sultan (IV Muradın qızı)
Ruqiyə Sultan (1639, Topqapı sarayı – 1716, Konstantinopol) — 17. Osmanlı sultanı IV Muradın qızı. Ruqiyə Sultan 1639-cu ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Murad, anası isə Hasəki Ayşə Sultandır. Hələ 1 yaşında ikən atası vəfat etdi və əmisi Sultan İbrahimin taxta çıxmasıyla Ruqiyə Sultan nənəsi Validə Kösəm Sultanın, onun 1651-ci ildə öldürülməsindən sonra isə Validə Turhan Sultanın himayəsinə verildi. Validə Turhan Sultanın istəyilə 1663-cü ildə vəzir Mələk İbrahim Paşayla nigahlanan Ruqiyə Sultanın bu nigahdan 2 qızı dünyaya gəldi. Ərinin 1685-ci ilin dekabrında edam edilməsinin ardından çox yaşamayan Ruqiyə Sultan 1696-cı ilin martında vəfat etdi və cənazəsi Sultan Əhməd türbəsinə atasının yanına dəfn olundu. Ayşə xanım Sultan (ö. 1717) Fatma xanım Sultan (ö. 1727) — 1698-ci ildə Şam bəylərbəyi Bığlı Mehmed Paşayla nigahlandı.