Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ukay
Qarabatdaq balıqçılığı – kiçik çaylarda balıq tutmaq üçün istifadə olunan ənənəvi metod. Əsasən Yaponiya və Çində yayılmışdır. Bu metodda xüsusi təlim keçilmiş qarabatdaqın köməyin istifadə olunur. == Yaponiya == Yaponiyada qarabatdaq balıqçılığı ukay (鵜飼) adlanır. Yaponiyada bu cür balıqçılığın tarixi VII–VIII əsrlərə gedib çıxır. Ən məşhur qarabatdaq balıqçılığı yeri Gifu prefekturasının Naqara çayıdır. Burada 1300 ildən çoxdur ki, qarabatdan balıqçılığı metodu ilə balıq tuturlar. Oda Nobunaqa bu çayda ukay metodu ilə tutulmuş ayunu elə bəyənmişdi ki, bu metodla balıq tutan yüzlərlə balıqçıya uşo titulu vermişdir.Qarabatdaq balıqçıları may–oktyabr aylarında kiçik qayıqlara minib çay axını boyunca hərəkət edirlər. Adətən bir qayıqda iki balıqçı və iki qayıqçı olur. Balıqları cəzb etmək üçün içində od olan vedrələrdən istifadə olunur.
Umay
Umay — Qədim türk mifologiyasında ev, heyvandarlıq ilahəsi. Yaxşılıq İlahəsi. Omay (Imay, Ubay, Humay) Xanım olaraq da bilinir. Ana Tanrı və Həyat İlahəsi yaxşılıqlar edər. Doğulacaq uşaqları təyin edər. Üç buynuzu vardır. Ağ paltarlıdır. Yerə qədər uzanan ağ, gümüşdən saçları vardır. Görünüşü yaşlı deyil, orta yaşlıdır. Quş qılığına bürünəbilir və qanatlıdır.
Uray
Uray — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Uxan
Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir.Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır. == Etimologiyası == "Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən. 武昌), "Han" hissəciyi isə bu çayın şimal sahilindəki "Hankou" şəhərinin adından (çin.
Uxa
Uxa (rus. Уха) — rus balıq şorbası.
Xay-alay
Xay-alay — üç tərəfi divarla örtülü bir sahədə kauçukdan hazırlanmış sərt bir topu divara vurma və tutmağa əsaslanan oyun. İspaniyada Pelota Vasca adlanır. Bask (Basklar İspaniyanın şimalı və Fransanın cənub qərbindəki bölgədə yaşayan bir xalqdır) mənşəli olan oyun 1900-cü ildə Kubada oynanmağa başladıqdan sonra Qərb Yarımkürəsində xay-alay olaraq adlandırılmışdır. Ənənəvi olaraq ən yaxşı xay-alay oyunçuları Bask Ölkəsindən çıxmışdır. Hal-hazırda İspaniya, Fransa, Kuba, Meksika və Filippinin bəzi bölgələrində geniş şəkildə oynanmaqdadır.
Daniel Uray
Daniel Uray — Fici Həmkarlar İttifaqları Konqresinin rəhbəri.
Fuad Umay
Fuad Mehmed Umay (türk. Mehmet Fuat Umay; 24 fevral 1885, Kırklareli ili – 1 iyul 1963, İstanbul) — həkim və siyasətçi; 1921-ci ildə Uşaq Qoruma Agentliyinin (Çocuk Hizmetleri Genel Müdürlüğü) qurucusu. 1910-cu ildə Ədirnə Liseyini və İstanbul Universiteti Tibb Fakültəsini bitirmişdir. Birinci Balkan müharibəsində iştirak etmiş və 1913-cü ilin avqust ayında Kırklarelidə şəhər həkimi kimi çalışıb. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra ABŞ-yə səyahət etmiş, Türkiyədə kimsəsiz qalan uşaqlar üçün ianə toplamaqla məşğul olmuşdur. 1920–1950-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü seçilmişdir.. == Həyatı == Fuad Umay 24 fevral 1885-ci ildə Kırklarelidə anadan olub. Kırklarelidə ibtidai və orta məktəbə getmiş, sonra Ədirnə liseyində oxumuşdur. 1910-cu ildə İstanbul Universitetinin Tibb Fakültəsini bitirmişdir. İlk vəzifə yeri olan Tırnovacık qəsəbəsində bələdiyyə həkimi vəzifəsinə 2 iyul 1910-cu ildə başlamışdır.
Nuxay Batırmurzayev
Nuxay Batırmurzayev (qum. Нухай Батырмурзаев; 1865, Yaxsay, Xasavyurd rayonu – 18 sentyabr 1919, Xasavyurd, Dağıstan MSSR) ― qumuq yazıçı, maarifçi. == Həyatı == Batırmurzayev Nuxay 1865-ci ildə Yaxsay kəndində kasıb bir ailədə anadan olub. Doğma kəndində mədrəsədə təhsil alıb. Erkən yaşlarından yazmağı və oxumağı bacarıb, uşaqlıqdan türkcə kitablar oxuyub şərq ədəbiyyatı ilə yaxından tanış olub. Batırmurzayev ilk əsəri 1906-cı ildə yazıb. 1916-cı ildə oğlu Zeynalabdin və digərləri ilə birgə Xasavyurtda "Tanq Çolpan" (səhər ulduzu) ədəbi-dram dərnəyinin əsasını qoyub. Dağıstan ədəbiyyatında realist nəsrin əsasını qoyub. Qumuqları ana dilində oxumağa həvəsləndirmək məqsədilə bir çox ərəb nağıllarını qumuqcaya çevirib. Nəsr əsərlərinə nümunə kimi "Davud və Leyla", "Yazıq Həbibət və bəxtsiz Canbikə" əsərlərini göstərmək olar.
Uday Çopra
Uday Çopra (5 yanvar 1973, Bombey) — Bollivud aktyoru, prodüseri və rejissor köməkçisi. O mərhum Yaş Çopranın oğlu və Aditya Çopranın qardaşıdır. Atası və qardaşı kimi o da filmlərdə Yash Raj Films şirkətinin adı altında rol alıb və fəaliyyət göstərib. 1994-cü ildə Akşay Kumar, Kacol və Saif Əli Xanın rol aldığı Sevgiylə zarafat etmirlər (Yeh Dillagi) adlı filmdə prodüserlik edən Uday Çopra aktyorluq karyerasında isə "Aşiqlər" filmi ilə debüt etmişdir.
Usay krateri
Usay krateri (lat. Houssay) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını argentinalı fizioloq olan Bernardo Usayın (1887—1971) şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Usay kraterinə ən yaxın yerləşən krater Boş krateridir və ondan şimal-şərqdə yerləşir. Krater Nansen kraterinin şimal hissəsini əhatə edir. Tsay Lun krateri bu kraterdən cənub-şərqdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 83°07′ şm. e. 98°31′ ş. u.83,11° şm.
Uzay Heparı
Uzay Heparı (24 iyul 1969, İstanbul – 31 may 1994, İstanbul) — Türkiyə bəstəkarı. == Həyatı == Yayla və Eti Heparının oğludur. Müqəddəs Benua Fransız Liseyinin və İstanbul Universiteti Dövlət Konsevatoriyasının piano sinfinin məzunudur. 1993-cü ilin dekabrında modelyer Zeynəb Tunuslu ilə evlənib. 5 yanvar 1995-ci ildə oğulları Uzay Kanat Heparı dünyaya gəlib. == Fəaliyyəti == İlk vaxtlar Zuhal Olcayın "Küçük Bir Öykü Bu" musiqi albomunda piano çalmaqla fəaliyyətə başlayır. 1990-cı ildə Avroviziya Türkiyə seçim mərhələsində orkestrda çıxış edir. Həmin il yenidən Zuhal OLcayın "İki Çift Laf" adlı musiqi albomunda piano çalır. Erol Evginin "Erol Evgin İle Yeniden" albomunda isə Sezən Aksunun iki mahnısını aranjiman edir. 1991-ci ildən bəstəkarlıq fəaliyyətinə başlayır.
Yakov Uxsay
Yakov Qavriloviç Uxsay (çuvaş Ухсай Николаевич Яккăвĕ, 13 noyabr 1911 Slakbaş kəndi, Bələbəy rayonu, Ufa quberniyası - 7 iyul 1986, Çeboksarı, Çuvaşıstan ASSR, RSFSR) — SSRİ, Çuvaşıstan şairi və yazıçısı, dramaturq, tərcüməçi, publisisti. SSRİ Yazıçılar İttifaqının üzvü (1938), Çuvaşıstan ASSR-in xalq şairi (1950). 1943-cü ildən bəri Sov.İKP(b) üzvü. == Həyatı == 13 noyabr (26) 1911-ci ildə Slakbaş kəndində (indiki Başqırdıstan Respublikasının Bələbəy rayonu) kasıb kəndli ailəsində anadan olub. Uxsay klassik və çuvaş poeziyasının banisi məşhur "Narspi" poemasının müəllifi Konstantin İvanovun əmisi oğludur.. İlk təhsilini Bijbulyak kəndli gənclər məktəbində almışdır. Sonra 1930-1933-cü illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində oxumuşdur. Moskvada Çuvaş dilində nəşr olunan "Kommunar" qəzetində müxbir işləmişdir. == Yaradıcılığı == Yakov Uxsayın ədəbi debütü 1929-cu ildə "Suntal" jurnalının 7-ci sayında baş tutmuşdur. Burda onun "Doğma çölümə aşiq oldum ..." (çuvaş Juratrem ep tavan hire...
Le-Loze-Übay
Le-Loze-Übay (fr. Le Lauzet-Ubaye, oks. Lo Lauset) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Übay kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04102. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 230 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arasında) arasında 119 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75,8%, 1999-cu ildə 62.1%). Fəal olan 119 nəfərdən 102 nəfər (63 kişi və 39 qadın), 17 nəfəri işsiz (10 kişi və 7 qadın) idi.
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Asay
Asay — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir, lakin çarlar siyahısında olduğu dəqiqdir. == Həyatı == Asay ondan əvvəlki hökmdarlar olan Mirhavan və ya Satoyun oğlu və ya kiçik qardaşı ola bilər. Vəliəhd şahzadə olduğu dövrə aid möhür Sasanilərin üslubunda hazırlanmışdır. Möhrün üzərində maral rəsmi var. Təqribən 405-415-ci illərdə çar olaraq hökm sürmüşdür. == İstinadlar == == Ədəbiyyat == Khurshudyan E.Sh. Seal of Asay, Crown Prince of Aran. Commentationes Iranicae. Collection of Articles for the 90th Anniversary of Vladimir Aronovich Livshits.
Atay
Atay - türk/monqol mifologiyasında cəza tanrısı. Günahkarları cəzalandırar. Heç bir günahı cəzasız qoymaz. Ordusunda 6666 dənə yenilməz əsgəri vardır. Qalta Ulan (Qırmızı Od) olaraq da bilinər. Arvadının adı Mayasdır. Monqol mifologiyasında çox əhəmiyyətli bir yerə malikdir, yüksək səviyyəli tanrılar arasında iştirak edər. Üç oğlu vardır. (Üç Şaraday Xanlar): - Saqan Hasar, - Şara Hasar, - Hara Hasar. == Etimologiya == (Ad/At) kökündən törəmişdir.
Axey
Axeylər, axaylar — Peloponnes yarmadasının (Yunanıstan) Axayya vilayətində yaşamış qədim yunan tayfası Bizim e.ə. VIII əsrdə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşmışdılar. Bizim e.ə. 280-cı ildə təşkil etdikləri Axeylər ittifaqı Makedoniya və Romanın təcavüzkar siyasətinə qarşı mübarizədə böyük rol oynamışdır.
Axuy
Axuy çimərliyi (isp. Ajuy) — İspaniyanın Kanar adaları qrupuna daxil olan Fuerteventura adasında elə də böyük olmayan balıqçı kəndi və çimərlik. Çimərlik qayalıqlar arasında, kiçik buxtada yerləşir. 1402-cü ildə Jan de Betankur və Qafira de la Sall ilə birlikdə adanın sahillərinə yan almışdır. Hazırda kənd sadə balıqçılıq kəndidir. Burada maydan oktyabra kimi balıq ovu mövsümüdür.
Açay
Açay (rus. Асавка, başq. Аҫау) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 416 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 23 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 84 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə udmurtlar (51%) başqırdlar (31%) üstünlük təşkil edir.
Buxar
Buxar və ya buğ — fizika, kimya və mühəndislikdə buxarlaşmış suyu ifadə edir. 100 dərəcə ətrafındakı istilikdə və standart atmosferik təzyiqdə buxar, safdır, şəffaf qaz halındadır və maye haldakı sudan 1600 qat daha həcimlidir. Buxar suyun qaynama nöqtəsindən daha istidir. Daha yüksək temperaturlardakı buxara qızdırlmış buxar deyilir. Maye haldakı su, çox isti maye bir maddə ilə təmas etdiyində (məsələn lava və ya ərimiş metal), çox tez olaraq buxar halına gələ bilər. Buna buxar partlaması deylir. Bu partlayış xüsusilə bağlı sahələrdə ani təzyiq dəyişikliyi səbəbiylə, son dərəcə böyük ziyanlara səbəb ola bilər. Buxar maşınında buxar vasitəsi ilə turbin və ya porşenin hərəkətini təmin etmək mümkün olur. Digər sənaye proseslərində buxar borular vasitəsi ilə yığdığı enerjini istilik transferi ilə köçürür. Buxardakı yığılmış təzyiqin səbəbi suyun yüksək buxarlanma istiliyidir.
Cyay
𐕏 (səslənməsi /dzʲ/, transkripsiyası Ʒ', ӡ') — Alban əlifbasının 32-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ջա́յ (J̌áy) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı əslində "Ʒ’ay" olmalıdır və damaqlaşmış cingiltili affrikatdır. Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi ş səsinin bir forması olduğunu düşünürdü. Georgi Klimov bu hərfin nə formasını, nə də mənasını başa düşməyib. Sinay palimpsestlərində qeydə alınmamış hərflərdən biridir. Hipotetik olaraq 5000 rəqəmini təmsil etdiyi düşünülür.
Dubay
Dubay (ərəb. دبيّ‎, ing. Dubai) — Birləşmiş Ərəb Əmirlikləri ən böyük şəhəri, Dubayın inzibati mərkəzi. == Tarixi == Dubayın adı tarixi mənbələrdə ilk dəfə 1095-ci ildə əndəlus-ərəb coğrafiyaşünası Əbu Abdulla Əl-Bəkrinin "Coğrafiya kitabı"nda çəkilib. Venesiyalı mirvari ticarətçisi Qespero Belbi isə bu vilayətə 1580-ci ildə gəlmiş və Dubayın mirvari sənayesi haqqında ilk dəfə məlumat vermişdir. Şəhər haqqında rəsmi qeydiyyatlar 1799-cu ildən başlanmışdır. Məhz XIX əsrdə Dubay iki ağır təbii fəlakətə məruz qalmışdır. Birincidə, 1841-ci ildə şəhərdə çiçək xəstəliyi tüğyan edərək əhalini şərqə — Deyraya doğru çəkilməyə məcbur etmişdir. İkincidə, 1894-cü ildə isə Deyradan başlayan yanğın şəhəri cənginə alaraq evlərin böyük əksəriyyətini külə döndərmişdir, lakin bütün bunlara baxmayaraq, körfəz sahilində yerləşən şəhərin coğrafi mövqeyi ətraf vilayət və ölkələrin tacirlərini özünə cəlb edirdi. Dubay əmiri xarici ticarət adamlarını cəlb etməkdə çox maraqlı idi və ona görə də vergilərin aşağı həddə salınması onun istəklərini gerçəyə çevirirdi.
Dunay
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
EBay
eBay — İnternet üzərindəki ən böyük hərrac üsulu alver saytıdır. 1995-ci ildə İran əsilli Pyer Omidyar tərəfindən qurulmuşdur. Şirkət mərkəzi Amerika Birləşmiş Ştatları ilə yanaşı Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Honq Konq, Hindistan, İran, İrlandiya, İtaliya, Koreya, Malayziya, Meksika, Niderland, Yeni Zelandiya, Filippin, Sinqapur, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə və Türkiyədə də fəaliyyət göstərməkdədir. Satıcı və alıcı arasında, məhsulu saytında nəşr edərək, vasitəçilik etməkdədir. Satılacaq məhsul üçün əvvəl siyahılama pulu və əgər məhsul satılsa bir də satış qiyməti üzərindən kəsilmə olmaq üzrə satıcını qiymətləndirər. Alıcı bağlanış qiyməti və ifadə edilən məktub ödənişi xaricində bir ödəniş ödəməz. Beynəlxalq pul göndərmək üçün ödəmə şəklinə və tərzinə görə vasitəçi təşkilata pul ödəmək lazım gəlmir. Ən məşhur ödəmə şəkli PayPal olmaqla birlikdə Western Union, kredit kartları və banklar arası pul transferi də bəzi satıcılar tərəfindən qəbul edilməkdədir. eBayda hər məhsulun satıcısı fərqli olduğundan hər təqdim edilən məhsulun tərifi və ödəmə şəkli müxtəlifdir. Ən çox problem bu sahədə olmaqla birlikdə, məktubda itmə və zərər görməyə qarşı sığorta, əgər təqdim edilmişsə, əlavə olunması tövsiyə edilər.
Sen-Pol-sür-Übay
Sen-Pol-sür-Übay (fr. Saint-Paul-sur-Ubaye, oks. Sant Pau d'Ubaia) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barselonnet kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04193. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 228 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 135 nəfər (15-64 yaş arasında) 80 nəfər iqtisadi fəal, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 59,3%, 1999-cu ildə 73,7%). Fəal olan 80 nəfərdən 78 nəfər (45 kişi və 33 qadın) işləyir, 2 kişi işsizdir.
Gray
Con Eduard Qrey (ing. John Edward Gray; 12 fevral 1800, Uolsoll, Uest-Midlends[d] – 7 mart 1875, London12 fevral 1800, Uolsoll — 7 mart 1875, London) — Britaniya zooloqu. == Zoologiyaya aid əsərləri == Gray J. E. A list and description of some species of shells not taken notice of by Lamarck (continued) // Annals of Philosophy. — 1825. — Vol. 9. — No. 2. — P. 407—415. Gray J. E., Hardwicke T. Illustrations of Indian Zoology.