Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həmzə Vəliməmmədov
Həmzə Vəliməmmədov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti. == Həyatı == Vəliməmmədov Həmzə Ruhulla oğlu 1938-ci ildə Lerik rayonunun Təlbəyəq kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi, 1959-cu ildə pedoqoji texnikumu, 1966-cı ildə isə Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir. Lerik rayonunun kəndlərində müəllim və məktəb direktoru, 1966-cı ildən isə Lerik rayonunda çıxan "Bolluq uğrunda" (indiki "Lerik") qəzetində şöbə müdiri işləmişdir. 1970-1972-ci illərdə Bakı Ali Partiya məktəbinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir. Sonrakı illərdə Lerik Rayon Partiya Komitəsinin təlimatçısı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hazırda təqaüddədir. Rayon ağsaqqallar şurasının sədridir. Publisist yazıları keçmiş İttifaqın və respublikanın nüfuzlu mətbu orqanlarında dərc edilmiş, radioda səslənmişdir. 1983-cü ildə "Qızıl qələm" mükafatına, 1990-cı ildə isə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
Əliməmməd Atayev
Əliməmməd İbadulla oğlu Atayev (1899, Bakı – 1963, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Əliməmməd (Əli Məmməd) Atayev 1899-cu ildə Bakıda anadan olmuşdur. 1934-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppasına qəbul olunmuş və burada müxtəlif rollar ifa etmişdir.Aktyor 1963-cü ildə Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.
Əliməmməd Mustafayev
Əliməmməd Mustafayev – == Həyatı == Əliməmməd Mustafayev 1883-cü ildə Şamaxı şəhərində anadan olmuş, mollaxanda təhsil alandan sonra şəhər məktəbində oxumuşdur. O, 1906-cı ildə Bakıya gəlir. Burada bir çox qabaqcıl ziyalılar – C.M Qənizadə, S.S.Axundov, M.Hadi, A.Şaiq, H.Zərdabi ilə tanış olur. Buna baxmayaraq, bütün yay aylarında Şamaxıya gəlir, ziyalılarla müəyyən tədbirlərin keçirilməsində fəal iştirak edir. C.Cəbrayılbəylinin xatirələrindən bəlli olur ki, 1917-ci ilin sonunda Şamaxıda olan Ə.Mustafayev erməni millətçilərinin bəd niyyətləri barədə ziyalılarla məsləhətləşir, onları ayıq-sayıq olmağa çağırır. Ə.Mustafayev ADU-nun Şərq fakültəsini bitirəndən sonra orada müəllim işləmişdir. "Şamaxı dialektinin izahlı lüğəti" adlı namizədlik dissertasiyası yazmışdır. Görkəmli pedaqoq, publisist, yazıçı, tərcüməçi Ə.Mustafayev ömrünün sonuna kimi Şamaxı ilə əlaqəni kəsməmişdir. == Ailəsi == Ə.Mustafayevin beş övladı (Xosrov, Aygün, Arif, Namiq, Niyazi) olmuşdur. Arif Əliməmməd oğlu 26 il Azərbaycan MK-nın birinci katibinin köməkçisi işləmişdir.
Əliməmməd Nuriyev
Əliməmməd Mali oğlu Nuriyev (1 mart 1964, Ərkivan, Masallı rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti. == Həyatı == 1964-cü il martın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989–1992-ci illərdə Vəkillər Kollegiyasının üzvü olub. 1992–1993-cü illərdə Prezident Aparatında çalışıb. 1994–2001-ci illərdə BDU-da hüquq fakültəsində müəllim işləyib. Rus və fransız dillərini bilir. Evlidir, 2 övladı var. == Siyasi fəaliyyəti == Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 2001-ci il yanvarın 7-də 7 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilmişdir.
Əliməmməd bəy Mustafayev
Mustafayev Əliməmməd Əbdül-əli oğlu (1883-1968)- maarif xadimi, yazıçı, publisist. Azərb. əməkdar müəllimi (1958) == Həyatı == İlk təhsilini Şamaxıda almış, ikiillik müəllimlik kursunu, sovet hakimiyyəti illərində ADU-nun şərqşünaslıq fakültəsini bitirmişdir. 1906-cı ildə Bakıda pedaqoji fəaliyyətə başlamış, "Rus-müsəlman" məktəblərində (1906-1920) işləmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan Xalq Maarif Komissarlığında, Bakı Xalq Maarif Şöbəsində İnspektor. Nərimanov texnikumunda, ADU-da nıüəllim işləmişdir. M. mollanəsrəddinçilərin ideya dostu idi. O, 1908-1920 illərdə "Səfeh şamaxılı", "Mirzə Fışdılıq" imzaları ilə "Molla Nəsrəddin" jurnalında "Tufan quyusu", "Orucluqda mollaların vəzi", "Muştuluq". "Xaçın kəraməti", "Möhlət", "Şamaxılılar çətin vəzifə qarşısında" və s. əsərlərini çap etdirmişdir.
Məlikməmməd
Məlikməmməd — Azərbaycan nağıl personajlarından biri. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Məlikməmməd padşahın kiçik oğludur. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurğ quşunun köməyilə işıqlı dünyaya çıxır.
Vəliməhəmməd ağa Dizaği
Mirzə Əlməmməd Xəlilov
Mirzə Əlməmməd Xəlilov (1862, Naxçıvan – 1896) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq. == Həyatı == Mirzə Əliməmməd 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu.Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını bitirmişdi. O. bu seminariyanın ilk şagirdlərindən idi. 1879-cu ildə Qori Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsinin açılması məsələsi müzakirəyə çıxarılan zaman A. Çernyayevski bu şöbənin təşkili və yaradılması üçün ən münasib və layiqli şəxs hesab edilir. Həmin ilin yayında Azərbaycanın bütün irili-xırdalı yaşayış məntəqələrini, kənd və şəhərlərini qarış-qarış gəzib, seminariyanın yenicə açılmış Azərbaycan şöbəsində oxumaq üçün şagird toplayan Aleksey Osipoviç cəmi bir neçə gənc ilə geri qayıdır. Sonralar onlardan yalniz üç nəfəri, Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görülürlər. A. Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxlayır. Mirzə Əliməmməd müəllim işləmişdi. O, 1896-cı ildə vəfat edib. == Fəaliyyəti == Dövrün tərəqqipərvər, açıq fikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846–1931), Qurbanəli Şərifov (1854–1917), Məhəmməd Tağı Sidqi (1854–1903), Cəlil Məmmədquluzadə (1869–1932), Eynəli bəy Sultanov (1866–1935), Mirzə Əlməmməd Xəlilov (1862–1896), Mirzə Ələkbər Süleymanov (1862–1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" (R.Nəcəfov.