□ Təzim etmək – 1) baş əyərək salam vermək, baş endirmək.
Elçi şaha təzim edib, çıxıb getdi. ( ).
Vaqiflə Mirzə Əliməmməd xalqa təzim edə-edə yuxarı başa keçib, göstərilən yerdə əyləşdilər. Çəmənzəminli; 2) hərb. farağat vəziyyətində sağ əlinin barmaqlarını birləşdirib gicgahına aparmaqla əsgəri salam vermək.
Növbətçi təzim edərək uzaqlaşdı.
[Midhət] qan-tərə batabata aerodroma gəldi. Komandana təzim elədi.