MƏLİKHÜSEYN
MƏLİKMİRZƏ
OBASTAN VİKİ
Məlikməmməd
Məlikməmməd — Azərbaycan nağıl personajlarından biri. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Məlikməmməd padşahın kiçik oğludur. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurğ quşunun köməyilə işıqlı dünyaya çıxır.
Elvin Məlikməmmədov
Elvin Elçin oğlu Məlikməmmədov (d. 20 may 2002; Xudat, Xaçmaz rayonu – ö. 4 oktyabr 2020; Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Elvin Məlikməmmədov 20 may 2002-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, oktyabrın 4-də Madagizin azad edilməsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məlikməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.