Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əssalamu əleykum
Salam (ibranicə שלום, ərəbcə سَلَام,) sülh və əmin-amanlıq deməkdir. Yəhudilər və Müsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Bir çox türkdilli ölkələr tərəfindən də istifadə olunur. Yəhudilikdə "Salam" Allahın sifətlərindən biri kimi, İslamda Əs-Səlam Allahın adlarından biri kimi qəbul edilir və sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır. Yəhudilər və Müsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Salam" (Sülh üzərinizə olsun!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir. Sözün ilk zamanlar deyiliş forması "Salam" deyil, "Şalom" şəklində idi. . Zamanla bu söz ərəb dilinə keçmiş və nəticə etibarilə formasını dəyişərək günümüzdəki "Salam" şəklində tələffüz edilmişdir Yəhudilik inancın görə "Salam" çox önəmli yer tutur. Belə ki, onlar bir-birləri ilə görüşərkən bu sözdən istifadə edirlər. İncil yazılarına əsasən, İsa Məsih də öz şagirdlərinə "bir evə girən zaman o ev sakinlərinə "Sizə Salam Olsun!" deyin" deməsi diqqətə layiqdir.
Valentina Vessali
Valentina Vessali (14 fevral 1974) — dünya şöhrətli İtaliya qılıncoynadan (rapiraçı), siyasətçi. Valentina Vessali Dünya Çempionatlarında 6 dəfə (1999, 2001, 2003, 2005, 2007 və 2011-ci illərdə) qızıl medal, 2 dəfə gümüş, 4 dəfə isə bürünc medal qazanıb. Avropa Çempionatlarında isə o, 5 dəfə (1998, 1999, 2001, 2009 və 2010-cu illərdə) çempion olub, 3 dəfə finalçı olub, 2 dəfə isə bürünc medala sahib olub. Valentina Vessali 2013-cü il fevralın 25-də baş tutan Parlament seçimlərdə, Mario Montinin lideri olduğu "Vətəndaş seçimi" Partiyasında İtaliya deputatlar Palatasına üzv seçildi.