ƏLİF-ƏLBƏT

zərf dan. köhn. Mütləq, yəqin, şübhəsiz.
Bəs nə səbəbə bu iş, əlbəttə, əlif-əlbəttə gərək sənin, mənim və şahidlərimin arasında qala, vəssalam! C.Məmmədquluzadə.
Əlbəttə, əlif-əlbəttə əl əli yuyar, əl də üzü. S.Rəhimov.

ƏLİF₁
ƏLİF-ƏLBƏTTƏ
OBASTAN VİKİ
Əlif Hacıyev
Əlif Hacıyev (24 iyun 1953, Xocalı, DQMV – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur. O, ailənin üçüncü övladı idi. Uşaqlıqdan çörək qazanardı və balıq tutardı. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974–1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis məktəbinə daxil olmuşdur.
Əlif Piriyev
Əlif Piriyev (10.01.1922 - 20.04.1986) - Sovet İttifaqı Qəhrəmanı 10 yanvar, 1922-ci ildə Neftçala rayonu Z.O.Qoltuq kəndində anadan olmuşdur. Əmək fəaliyyəti dövründə neft sahəsində operator, sonralar sərnişindaşıma- nəqliyyat sahəsində işləmişdir. 1938-ci ildə 26 Bakı komissarı adına qəsəbədəki neft mədənində neftçıxarma operatorının köməkçisi kimi fəaliyyətə başlamışdır. 1941-ci ilin iyulunda cəbhəyə gedib müharibənin ilk günündən başlayaraq Şimali Qafqaz cəbhəsinin tərkibində alman-faşist işğalçılarına qarşı qəhrəmancasına döyüşmüşdür. Novorasiski yaxınlığında Kiçik torpaqda vuruşmuş, dəfələrlə kəşfiyyatda olmuş, Kerç desantının tərkibində Krım torpağına çıxarılmış bu döyüşlərdə dəfələrlə yaralansa da sağalan kimi döyüş meydanına qayıtmışdır. Krımın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi mərdlik və igidliyə, Sapundağa hücum zamanı şəxsi qorxmazlığı və qəhrəmanlığına görə Əlif Piriyev Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra uzun illər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı sərnişin daşımaları istehsalat birliyi sistemində çalışmışdır. 1986-cı ildə vəfat etmişdir. Neftçala şəhər parkında büstü, şəhərdə adını daşıyan küçə vardır. Böyük Vətən müharibəsinədək (1941–45) Neftçalada neft mə‘dənlərində işləmişdir.
Əlif məqsurə
Əlif məqsurə (ərəb. الألف المقصورة‎, "qüsurlu əlif") — ərəb əlifbasında hərf. Qadın cinsi sözlərin sonunda əlif (ا) əvəzinə istifadə olunur. Forması, ye (ي) hərfinin nöqtəsiz halıdır (ى, ‍ى). Uyğur, qazax, qırğız kimi bəzi türk dillərinin ərəb qrafikalı əlifbalarında "i" səsini təmsil edir.
Əlif İsmayılov
Əlif Eylül
Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurtlar Vadisi Pusqu teleseriallarında Necati Şaşmaz və Raci Şaşmaz canlandırdığı obraz. (1–97) Qurdlar Vadisi teleserialında Özgü Namal tərəfindən canlandırılmış obraz. (1–97) 16 fevral 1979-cu ildə doğulub. Gənc yaşda atasını itirib. O, anası Ayşə Eylül və qardaşı Ərən Eylül ilə həyat mübarizəsi apararkən Əli Candan ilə tanış olub. Əli Candan ilə lisey illərindən bəri sevgili olan gənc qadın onun qəfil ölümü ilə sarsılmışdır. Daha sonra Polad Ələmdarla qarşılaşıb və özünü mafiyanın içində tapıb. Bütün bu çaşqınlıq içində təxmin edə bilmədiyi; Əli Candan və Polad Ələmdarın eyni adam olması idi. Elif nə qədər Əliyə sadiq qalmaq istəsə də, Polad onun ağlını başından almışdı. Polad Ələmdara onun əslində keçmiş sevgilisi olduğunu bilmədən yenidən aşiq olur, amma sevgilərinin arasında həmişə üçüncü şəxs olur; Əli Candan.
Əlif Məmmədov
Əlif (teleserial, 2014)
Kiçik Əlifin ağır həyatını mövzu alan serial Əlifin doğma atasının evinə bəsləmə kimi getməsilə başlayıb. Fermada Kənanın həyat yoldaşı Arzu Buna yaxşı Baxmırdı. Fermada Ayşə və Tarıq Əlifi Arzunun pisliyindən qoruyurlar. Ancaq sonra Tarıqın şübhəli ölümü, daha sonrada Ayşənin ölümü Əlifi yalnız buraxmışdır.

Digər lüğətlərdə