Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
07 Vestur
07 Vestur — Farer adalarını təmsil edən futbol klubu. 2007-ci ildə qurulmuşdur. Sandavóavur və Servoavur (Voar adası) şəhərlərini təmsil edir. == Tarixi == Klubun tarixi 1993-cü il dekabrın 18-də "Mivoavur" və "Sandavoavur" klublarının birləşməsi nəticəsində "Vaqar" klubunun yarandığı vaxtdan başlayır. 1998-ci ildə "Servoavur" klubuda onlara qoşuldu, nəticədə Voar adasında vahid komanda formalaşdı və tezliklə Farer çempionatının yüksək divizionuna yüksələ bildi, amma klub uzun müddət yüksək liqalarda yer tuta bilmədi və tezliklə oradan aşağı liqaya düşdu. Uğursuzluqlar nəticəsində klubdaxili parçalanmalar kəskinləşdi və 2004-cü ildə onlar, əvəllər olduğu kimi ayrı-ayrı komandalara ayrıldı. Buna baxmayaraq, Voar adasında vahid güclü klub yaratmaq ideyası ölmədi və 8 noyabr 2004-cü ildə vahid "Vagar 2004" klubu yenidən yaradıldı və 2007-ci ildə "Servoavur" klubu yenidən ona qoşuldu. Bu birləşmə nəticəsində klub indiki adı "07 Vestur" qəbul etdi və 6 noyabr 2007-ci il klubun rəsmi yaranma tarixi oldu.2008-ci ildə klub birinci liqanın qalibi oldu və Farer adalarının yüksək divizionu olan Vodafondaildində oynamaq hüququ qazandı. Yüksək Liqadakı ilk mövsümündən sonra klub birinci liqaya düşdü, lakin yenidən qalib gələrək 2011-ci ildə yenidən Yüksək Liqada oynamaq hüququ qazandı. 2011-ci il mövsümünün sonunda çempionatda 9-cu yeri tutdu və yenidən birinci liqaya düşdu.
Səntur
Səntur — toxmaqla çalınan alətdir. Toxmaqla çalındığına görə, həm simli, həm də zərb musiqi aləti sayılır. İranda bu alətin bir qədər kiçik - diatanik növü indi də istifadə olunur. Azərbaycanda isə XIX əsrə qədər istifadə olunub. Sənturun ən qədim növü Şumer mədəniyyətinə qədər gedib çatır.Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır. == Etimologiya == Səntur haqqında R. Yektabəy yazır: "Bu çalğı aləti çox qədim olub, "Tövrat"da "psanterin", "zəbur" adlandırılır. Səntur kəlməsi bunun başqa bir şəklidir" .
Səttar
Səttar — Azərbaycanlı kişi adı. Səttar (xanəndə) — xanəndə. Səttar (müğənni) — azərbaycanlı olan İran pop müğənnisi. Səttar Bəhlulzadə — rəssam.
Vətər
Vətər - çevrənin iki müxtəlif nöqtəsini birləşdirən düz xətt parçası adlanır. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Başqa sözlə ən uzun vətər elə diametrin özüdür. Vətər başqa adla xorda da adlanır. Vətərlə ayrılan çevrənin hissələrinə qövs deyilir. Eyni çevrənin qövsləri bərabərdirsə uyğun vətərlər də bərabərdir. Vətərə perpendikuliyar olan çevrə diametri onun əmələ gətirdiyi qövsləri və və vətərin özünü tən yarıya bölür. Bir çevrə daxilində istənilən kəsişən vətərlərin ikiyə bölünmüş hissələrinin hasilləri bir-birilərinə bərabərdir. Dairənin vətər və onun ayırdığı qövs arasında qalan sahəyə seqment (şətri işarəsi: ⌓)) deyilir.
Mirzə Səttar
Mirzə Səttar (1844, Ərdəbil – bilinmir, Bakı, Kaspi vilayəti) — kamança ifaçısı. Eyni zamanda, tar, saz, qarmon alətlərində çalmış, muğamları oxumuş, muğam bilicisi olmuşdur. 1879-cu ildən Bakıda fəaliyyət göstərmiş, Məşədi Məlik Mansurovla dostluq əlaqələri saxlamış, musiqi məclislərində yaxından iştirak etmişdir.Bakıda bir çox sənət adamlarına təsir etmişdir. Məşədi Məlik Mansurov, şair Ağakərim Salik, tarzən Mirzə Fərəc Mirzə Səttardan muğamları dərinliklərinə kimi öyrənmişdir. Mirzə Səttar Məşədi Məlikə kamança, tar, qoltuq sazı, qaval və yeddi dilli balaca qarmonda ifa etməyi öyrətmiş, 12 ilə yaxın onun evində yaşamışdır.Mirzə Səttar Bakıya kamançanı gətirəm ilk şəxs olmuşdur.
Səttar (müğənni)
Əbdülhəsən Səttarpur (d. 19 noyabr 1949; Tehran, İran) — azərbaycan əsilli İran pop müğənnisi. == Həyatı == Əbdülhəsən Səttarpur 19 noyabr 1949-cu ildə Tehran şəhərində anadan olmuşdur. Səttarpurun anası fars, atası isə azərbaycanlı idi.
Səttar (xanəndə)
Səttar (XIX əsr) — azərbaycanlı xanəndə. == Həyatı == Aleksandr Barnov "Köhnə Tiflisin musiqiçiləri" kitabında yazır: "Səttar əslən İran Azərbaycanından idi. O, Ərdəbildə XIX əsrin 20-ci illərində anadan olmuşdur. Səttar elə uşaqlıq vaxtlarından musiqiyə meyl göstərmişdir. Parlaq istedada və şirin ləhcəyə malik olub. O əvvəlcə dinə qulluq etməyə başlayır. Lakin onu axıra kimi davam etdirmir. İki-üç ildən sonra dindən uzaqlaşır. Şənliklərdə və toylarda muğam və xalq mahnılarını ifa etməyə başlayır. Səttar Şərqin görkəmli klassik şairlərindən Sədi, Hafiz, Füzuli və başqalarının qəzəlləri üstündə muğamları və təsnifləri çox ustalıqla ifa edir.
Səttar Axundov
Axundov Səttar Mirzə Əli oğlu — dramaturq, folklorşünas. == Həyatı == Səttar Axundov 1914-cü ilin aprel ayında Qaryagin qəzasının Alxanlı kəndində ruhani ailəsində doğulmuşdur. O, ömünün 34 ilini yaradıcılığa sərf etmişdir. 1942-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. İndiyədək dramaturqun M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ("Zərif tellər" 1951), Naxçıvan, Gəncə, Xankəndi ("Dostlar") və başqa dövlət teatrlarında, habelə bir sıra xalq teatrlarında 35 əsəri tamaşaya qoyulmuşdur. Yazıçının 1941-ci ildə yazdığı "Çətin dərə" pyesinin mövzusu sovet adamlarının alman-faşist işğalçılarına qarşı vətənpərvərlik müharibəsindən götürülmüşdür. Əsər 1942-ci ildə tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. "Çətin dərə" və "Qayğı" (1944) pyesləri M. Qorki adına Gənc Tamaşaçılar Teatrında oynanılmışdır. S. Axundov bundan başqa iyirmidən artıq birpərdəli pyesin müəllifidir. Onun kiçik həcmli pyesləri, əsas etibarilə, Azərbaycan kəndlərində gedən geniş quruculuq işlərini əks etdirirdi.
Səttar Bəhlulzadə
Səttar Bəhlul oğlu Bəhlulzadə (2 (15) dekabr 1909, Əmircan, Bakı qəzası – 13 oktyabr 1974, Moskva) — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960), Azərbaycan SSR xalq rəssamı (1963), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). Səttar Bəhlulzadə Azərbaycan impressionizminin banisi hesab olunur. Sağlığında Səttar Bəhlulzadənin Bakıda (1955, 1974), Tiflisdə (1955, 1960), Praqada (1966), Moskvada (1973) fərdi sərgiləri keçirilmişdir. Vəfatından sonra rəssamın Moskvada, Yaltada, Minskdə, müstəqillik illərində Nyu-York, İstanbul (1994), London (1995), Bonn (1996), Daşkənd, Parisdə (2009) fərdi sərgiləri təşkil edilmişdir. Fərdi sərgilərindən başqa S. Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox şəhərlərində — Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və b. şəhərlərdə keçirilən Azərbaycan təsviri sənəti, Azərbaycan rəngkarlığına həsr olunmuş sərgilərdə nümayiş olunub. Hal-hazırda Səttar Bəhlulzadənin 18 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008–2009-cu illərdə Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamını əsas tutaraq xalq rəssamı Səttar Bəhlulzadənin xatirəsinin anılması məqsədilə 2009-cu ildə Bakıda, Daşkənddə, Parisdə YUNESKO-nun iqamətgahında rəssamın fərdi sərgiləri təşkil edilmiş, respublika üzrə rəssama həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir. == Həyatı == Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakı yaxınlığındakı Əmircan kəndində anadan olmuşdur.
Səttar Həmədani
Səttar Həmədani (6 iyun 1974, Təbriz) — İran futbolçusu, futbol məşqçisi. O keçmişdə Təbrizin Traktor Sazi, Tehranın Kişavərz, Bəhmən, İstiqlal, Səba Batri, Pas və Birləşmiş Ərəb İmarətlərinin Ənnəsr klubları, və İranın Milli futbol komandasının oyunçusu olmuşdur. Hazırda Traktor Sazi klubunda Əmir Qalanoyinin yardımcısı olaraq, birinci məşqçidir.
Səttar Mehbalıyev
Səttar Suliddin oğlu Möhbalıyev (28 oktyabr 1955, Qıvraq, Noraşen rayonu) — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980–1993-cü illərdə Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır. 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir. Eyni zamanda, 2006-cı ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsininin sədridir. İqtisad elmləri doktoru, professordur. Evlidir, üç övladı var.
Səttar Möhbalıyev
Səttar Suliddin oğlu Möhbalıyev (28 oktyabr 1955, Qıvraq, Noraşen rayonu) — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980–1993-cü illərdə Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır. 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir. Eyni zamanda, 2006-cı ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsininin sədridir. İqtisad elmləri doktoru, professordur. Evlidir, üç övladı var.
Səttar Nəcəfov
Səttar Sədyar oğlu Nəcəfov () — Azərbaycanlı şəhid. == Həyatı == Nəcəfov Səttar Sədyar oğlu 1971-cü ildə Bakı şəhəri, Qobustan qəsəbəsində anadan olmuşdur. O ailənin ortancıl övladı idi. Mərhumun uşaqlıq və yeniyetməlik illəri paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində keçib. Burada 223 saylı orta məktəbdə təhsil alıb.Orta məktəbdə oxuduğu illərdə idmanla məşğul olub,fiziki hazırlığına ciddi diqqət yetirib.Səttar öz ədəb-ərkanı ilə onu tanıyanların hörmətini qazanıb. Cəsarətli,yoldaşlıga sadiq,vədinə xilaf çıxmayan,heç bir çətinlikdən çəkinməyən gənc kimi tanınıb.Uzun illər neft sənayəsində öz halal zəhməti ilə çcalışmış,əmək veteranı olan atasının oğluna verdiyi tərbiyə onun dünyagörüşünə,fərdi keyfiyyətlərinə öz müsbət təsirini göstərib.Atasının əmisinin və ana tərəfdən babasının 1941-1945-ci illərdə ağır müharibə sinaqlardan keçmələri də Səttar üçün bir həyat örnəyi idi. == Hərbi xidməti == Hərbi xidmətə çağırılanadək Səttar sürücülük kursu keçib,eləcə də qısa müddətdə inşaat dəstəsində işləyib. O,Qazaxıstan SSR-in Aktyubinsk şəhərinfə (indiki Qazaxıstan Respublikasının Aqtöbe şəhərində-Y.A.),sovet ordusu siralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət zamanı bir sıra məharət dərəcəri nişanları,eləcə də idman yarışlarında qalib yerləri tutduğuna görə fəxri fərmanlarla mükafatlandırılıb. Sonra Vətənə qayıdan S.Nəcəfovun doğmalarına qovuşması,ailə qurması,zəhmətə qatılması onun həyat yolunun yeni bir səhifəsi idi.
Səttar Piriyev
Səttdər Fuad oğlu Piriyev (25 oktyabr 1998; Quba rayonu, Azərbaycan — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. == Hərbi xidməti == Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Hadrutun azad edilməsi zamanı "Qızılqaya" və "Üçtəpə" adlandırılan ərazilər istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səttar Quliyev
Səttar Quliyev Sahib oğlu (2 aprel 1969, Anzov, Yardımlı rayonu – 3 iyul 1993, Cəbrayıl rayonu) — 1-ci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1969-cu il aprelin 2-də Anzov kəndində anadan olmuşdur.1976-cı ildə Anzov kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olmuş, burada ibtidai təhsilini başa vurduqdan sonra Hamarkənd orta məktəbində 1986-cı ildə orta təhsilini başa vurmuşdur. == Hərbi xidməti == 1987-ci ilin 18 iyununda hərbi xidmətə çağırılır. İki illik hərbi xidməti Ukraynadakı daxili qoşunlarda başa vurur: 1989-cu il iyulun 6-da hərbi xidməti başa vurub boya-başa çatdığı Anzov kəndinə qayıdır.1992-ci il dekabrın 17-də könüllü cəbhəyə gedir. Düşmən Cəbrayıl rayonuna hücum edərkən Səttargilin hissəsini də bu rayona gətirirlər.3 iyul 1993-cü ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
Səttar Səfərov
Səttar İsmayıl oğlu Səfərov (18 iyul 1937, Şirazlı, Vedi rayonu – 21 may 2011, Bakı) — dövlət xadimi, iqtisad elmləri doktoru, professor; Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycanın müasir iqtisadi sisteminin nəzəri və praktiki əsasların yaradılmasında öz fəsilini yazan iqtisadçı-alim. == Həyatı == Səttar İsmayıl oğlu Səfərov 1937-ci il iyulun 18-də Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1964-cü ildə müvəffəqiyyətlə bitirmişdir. 1966-cı ildən Azərbaycan Neft və Kimya İnstitutunun siyasi iqtisad kafedrasında müəllim işləmişdir. 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aspirant olmuşdur. 1970-ci ildə aspiranturasını bitirmişdir. Elmi rəhbəri Azərbaycan EA müxbir üzvü, iqtisad elmləri doktoru, professor Teymur Vəliyev olmuşdur. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Elmi Şurasında İş gününün qısaldılmasının iqtisadi əsaslarına dair namizədlik dissertasiyası müdafiə etmişdir. 1984-cü ildə Moskvada İctimai Elmlər Akademiyasının Elmi şurasında Üstqurum amillərinin iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafına təsiri probleminə aid doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun elmi məsləhətçisi Rusiya EA həqiqi üzvü, professor Leonid Abalkin olmuşdur.
Səttar Xan
Səttar xan (başqa yazılışı: Səttarxan; az.-əbcəd ستارخان‎, fars. ستارخان‎; ləqəbi: Sərdar-e Milli, fars. سردار ملی‎, azərb. Milli komandir‎; 20 oktyabr 1868, Təbriz – 15 noyabr 1914, Tehran) — Məhəmmədəli şah diktaturasına qarşı Məşrutə inqilabının əsas liderlərindən biri və xalq qəhrəmanı.Gənc yaşlarında şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətdiklərinə görə qardaşı İsmayıl ilə birlikdə həbs olunur. Özü üç aylıq həbs olunsa da qardaşı edam edilir.1888-ci ildə yenidən həbs olunaraq Ərdəbildə yerləşən Narın qalaya yerləşdirilir. İki il həbsdə olduqdan sonra orda tanış olduğu şəxsin köməkliyi ilə həbsdən qaçır və bir müddət şahsevən tayfaları ilə birgə yaşayır.1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Təbrizi də ələ keçirməyə çalışırlar. Təbrizdəki bütün məhəllələr ağ bayraq qaldırıb təslim olsalar da Səttar xanln əlində olan Əmirəqız məhəlləsi təslim olmur. Nəticədə güc yenidən məşrutəçilərin əlinə keçir və bütün məhəllələr şah qüvvələrindən təmizlənir. Bu qalibiyyətindən sonra Səttar xana Azərbaycanın əyalət əncüməni tərəfindən "Sərdari-milli" ləqəbi verilir.1910-cu il mart ayının 6-da Səttar xan silahdaşı Bağır xan ilə birlikdə 300 nəfər fədai ilə Tehrana yola düşür. 1910-cu ilin 7 avqustunda şah qoşunları və daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər.
Səttar Zülfüqarov
Səttar Abuzər oğlu Zülfüqarov (26 iyun 1910, Çiçi, Quba qəzası – oktyabr 1976) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ət və süd sənayesi naziri (1965–1971). == Həyatı == Səttar Abuzər oğlu Zülfüqarov 1910-cu ildə hazırkı Quba rayonunun Çiçi kəndində kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildən inşaatçı-texnik işləmiş, 1934-cü ildən Pyatiqorsk Zootexnika İnstitutunun tələbəsi olmuşdur. Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almışdır.1938-ci ildə institutu bitirən Səttar Zülfüqarov Ağstafa atcılıq zavodunda işləmişdir. 1939–1943-cü illərdə o, burada zootexnik, zavodun direktoru vəzifələrində çalışmışdır. 1943-cü ildən Azərbaycan SSR xalq əkinçilik komissarının müavini və sovxozlar nazirinin müavini olmuşdur. 1950-ci ildən Bakı ət kombinatının baş zootexniki, atçılıq zavodunun direktoru, Azərbaycan SSR Nazirlər Sovetinin heyvandarlıq bölməsinin rəisi, 1959-cu ildən isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır.1962–1965-ci illərdə Səttar Zülfüqarov tədarük nazirinin müavini, quşçuluq sənayesi idarəsinin rəisi, kənd təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir. 1965-ci ilin oktyabrında Azərbaycan SSR ət və süd sənayesi naziri təyin edilmişdir. 1971-ci ildə o, təqaüdə çıxmış, eyni zamanda Ümumittifaq Elmi-Tədqiqat Ət Sənayesi İnstitutu Bakı şöbəsinin direktor müavini işləmişdir.Səttar Zülfüqarov 1942-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 7-ci çağırış deputatı seçilmişdir. 1966-cı ildən Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur.
Səttar Zərdablı
Zərdablı Səttar Mahmud oğlu (d. 5 may 1937, Allahqulubağı, Zərdab rayonu - ö. 29 oktyabr 2014, Bakı) — şair, publisist, ssenari müəllifi, kino redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977). == Həyat və fəaliyyəti == Səttar Zərdablı 1937-ci ilin mayın 5-də Zərdab rayonunun Allahqulubağı kəndində anadan olub. M.Qirki adına Zərdab orta məktəbini bitirəndən sonra 1957-1959-cu illərdə Bakı Mədəni Maarif Texnikumunun mədəni-maarif şöbəsində, 1959-cu ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil almışdır. 1964-1979-ci illərdə patiyanın XXII qurultayı adına Bakı Neftayırma zavodunun klubuna bədii rəhbər, Azərbaycan Yazıçılar Birliyinin Natavan adına klubunda müdir, Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılığı Evində məsləhətçi, "Mozalan" satirik kinojurnalında redaktor olmuşdur. 1981-ci ildə "Kirpi" satirik jurnalının felyetonlar şöbəsinin əməkdaşı, 1992-ci ildə "Mozalan" müstəqil ictimai-siyasi satirik qəzetinin felyetonlar şöbəsinin müdiri vəzifələrində çalışmış, 1994-cü ildən "Güzgü" qəzetinin baş redaktoru olmuşdur. 1992-ci ildə H.Zərdabi Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti olmuş şair öz şəxsi maşınını sataraq Həsən bəy Zərdabinin qəbrini düzəltdirmiş, eyni zamanda Terrora Qarşı Beynəlxalq İdeoloji Mübarizə Mərkəzinin sədri olmuşdur.İlk şeiri olan "Şəlalə" adlı qoşma 1958-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. Onun yaradıcılığında " Lenin haqqında nəğmələrim" silsilə şeirlər başlıca yer tuturdu. "Canımov qol çəkir", "Ərimi qaçırıblar", "Şəhərdə dəyyus var", "İt həkimi lazımdır", "Dilbər xanım qayınatamdır", "Nankorlar", "Aydan gələn oğlan" və başqa komediyaları dövlət və xalq teatrı səhnələrində oynanılmışdır.
Səttər Piriyev
Səttdər Fuad oğlu Piriyev (25 oktyabr 1998; Quba rayonu, Azərbaycan — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. == Hərbi xidməti == Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Hadrutun azad edilməsi zamanı "Qızılqaya" və "Üçtəpə" adlandırılan ərazilər istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səttar Əsədov
Səttar Məcid oğlu Əsədov (15 mart 1910, Şuşa – 11 fevral 1974, Bakı) — Azərbaycan zooloq–parazitoloqu, biologiya elmləri doktoru (1961), professor (1969), Azərbaycan SSR EA-nın həqiq üzvü (1968), akademik. == Həyatı == Səttar Əsədov 15 mart 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ali təhsilini 1939-cu ildə Bakı Dövlət Universtetinin Biologiya fakültəsində almışdır. 1945-ci ildə biologiya üzrə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir. 1962-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir. == Əmək fəaliyyəti == Azərbaycan SSR EA Zoologiya İnstitutunda direktor müavini (1948–1950), direktor (1950–1960) olmuşdur. 1960–1974-cü illərdə təşkil etdiyi ekoloji parazitologiya laboratoriyasının rəhbəri idi. Əsas tədqiqatı parazitologiyanın mühüm nəzəri məsələlərinə, sahiblərə və landşafta görə parazitlərin spesifikliyinə, onların təbii və məhəlli ocaqlarına həsr edilmişdir. Səttar Əsədov Azərbaycan ərazisini ekoloji helmintoloji rayonlara ayırmış və bu məqsədlə xəritələr tərtib etmişdir. Onun ixtisaslı kadrlar hazırlanmasında xidməti var.
Virdü-Səttar
Virdü-Səttar — Seyid Yəhya Bakuvinin əsərlərindən biri, onlar arasında xüsusi yer tutur. Xəlvətilik təriqəti mənsublarının hər gün oxuduqları bu vird ərəb dilində və olduqca səlis bir üslubdadır. Tədqiqatçılar məzmununu üç qismə ayırırlar. Birinci hissədə Allaha dua və səma edilir,ikinci bölümdə Allahın sifətləri və 99 adı xatırlanır. Üçüncü bölümdə Məhəmmədə, ilk dörd xəlifəyə, Əhli Beytə, Həmzə və Abbasa dua və salamlar edilir. Müridlərin səsli olaraq icra etdikləri bu virddən sonra gizli oxuyacaqları qısa bir dua da vardır. Övradi-Yəhya, Virdü-Səttar, Virdi-Yəhya, Virdi-Xəlvətiyyə kimi adlarla yad olunan bu əsərə dəfələrlə şərh yazılmışdır. Kitabxanalarda bir çox əlyazması olmaqla yanaşı dəfələrlə müxtəlif ölkələrdə nəşr də edilmişdir. Lakin Azərbaycanda nəşr edilməmişdir. == Əlyazma nüsxələri == Süleymaniyyə kitabxanası,Hamidiyyə,842/2 Süleymaniyyə kitabxanası,Lala İsmayıl,727/5 Süleymaniyyə kitabxanası,Lala İsmayıl,707/5 Süleymaniyyə kitabxanası,Hacı Mahmud,4123 Süleymaniyyə kitabxanası,Aşir əf.,426/20 Süleymaniyyə kitabxanası,Çələbi Abdulla,3/6 Süleymaniyyə kitabxanası,Əsəd əf.,1415/1 Süleymaniyyə kitabxanası,Əsəd əf.,1330/6 Süleymaniyyə kitabxanası,Üşşaqi-təkyə.
Fəridəddin Əttar
Fəridəddin ibn Məhəmməd Əttar (fars. فرید الدین عطار, Farid od Din Əttər; 1145–1229) — Orta əsr fars şairi və mütəsəvvüfü. Sufizm nəzəriyyəçisi. == Həyatı == Fəridəddin Əttar 1136-cı ildə Nişapurda anadan olub. Onun anadan olduğu tarixlə bağlı tədqiqatçılar yekdil rəyə gələ bilməyiblər. A. Knış bu tarixi 1119, (A. D, Knış. Musulmanskiy mistisizm. Moskva-Sankt-Peterburq, "Dilə", 2004), Y. Bertelts isə 1150-ci il olaraq göstərir (E. G. Bertels. Sufizm i sufiyskaə literatura. Moskva, "Nauka", 1965.).
Vətər (anatomiya)
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Əxtur (İşembay)
Əxtur (başq. Әхмәр, rus. Ахмеровo) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd İşəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 32 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 21 km.
Vektor
Vektor (riyaziyyat və fizika)
Veskur
Veskur (fr. Vescours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivye-de-Kurt kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01437. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 208 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 125 yaş arasında (15-64 yaş arasında) 99 nəfər İqtisadi fəal, 26 nəfər hərəkətsizdir (fəaliyyət göstərici - 79,2%, 1999-cu ildə 70.3%). Aktiv olan 99 sakindən 93 nəfəri (50 kişi və 43 qadın), 6 nəfəri işsizdir (3 kişi və 3 qadın). Aktiv olmayan 26 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Hestur adası
Hestur adası (far. Hestoy/Hestur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 21 nəfər yaşayır. Sahəsi 6.1 km²-dır. Farer dilindən tərcümədə Hestoy sözü anlamını verir. Ən yüksək nöqtəsi hündürlüyü 421 m-dir. Adanın cənub qutacağında mayak vardır.
Lino Ventura
Lino Ventura (it. Lino Ventura, 14 iyul 1919–22 oktyabr 1987) — fransız aktyoru, mənşəcə italyan. Fransız filmlərində çəkilərək məşhur olmuşdur. == Həyatı == Lino Ventura İtaliyanın Şimali Parma şəhərində, Covanni Ventura və Luiza Borininin ailəsində anadan olmuşdur. Səkkiz yaşında ikən təhsilini yarımçıq qoymuş və çlışdığı peşələri dəfələrlə dəyişmışdir. İlk olaraq karyerasında boks və güləşlə məşğul olurdu. 1950-ci ildə Lino yunan-Roma güləşi üzrə Avropa çempionu olur, lakin Henry Cohen (həm də aktyor) ilə mübarizə zamanı onun sağ ayağı ciddi zədə alaraq idman karyerasını dayandırmaq məcburiyyətində qaldı. 1953-cü il Jak Bekkerin "Qənimətimə toxunmayın" qanqster filmidə çəkildikdən sonra, kino aləminə daxil oldu. Həmin andan da onun aktyorluq karyerası başladı. Qanqster filmlərinin çoxunda onun tərəf müqabili dostu, məşhur fransız aktyorları Jan Qaben və Alen Delon olmuşdur.
Qetter Yaani
Qetter Yaani (est. Getter Jaani; d. 3 fevral 1993, Tallin) — Estoniya pop-müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı "Rockfeller Street" (azərb. Rokfeller küçəsi‎) mahnısı ilə təmsil etmiş, finala çıxmış, 24-cü yeri tutmuşdur. == Bioqrafiya == 1993-cü ilin 3 fevralında Tallində anadan olmuş və böyümüşdür. 2015-ci ildə gecə məktəbindən məzun olaraq diplomunu almışdır.İlk dəfə "Eesti otsib superstaari" (azərb. Estoniya super ulduz axtarışındadır‎) müsabiqəsinin 3-cü mövsümündə tanınmış və 4-cü yeri tutmuşdur. 2011-ci ildə 2011 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir və "Rockfeller Street" mahnısı ilə finalda 24-cü yeri tutmuşdur. 2011-ci ildə "Tantsud tähtedega 2011" müsabiqəsində çıxış etmişdir.