Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Timoti Vinter
Timoti Vinter (16 yanvar 1996) — Yamaykalı üzgüçü. Timoti Vinter Yamaykanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Timoti Vinter birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 57.20 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Andras Vinkler
Andras Vinkler (9 noyabr 2000-ci ildə Budapeştdə anadan olub) — Macarıstan Nemzeti Baynoksaq təmsilçilərindən olan Haladas klubunda hücumçu kimi çıxış edən peşəkar Macarıstanlı futbolçudur. == Klub karyerası == === Haladas === Vinkler Haladas akademiyası vasitəsilə inkişaf etmişdir. Vinkler öz peşəkar karyerasında debütünü 29 aprel 2017-ci ildə Paksi klubuna qarşı oyunda etmişdir. O, 84-cü dəqiqədə Peter Halmoşini əvəz etmişdir. Həmin görüşdə Haladas liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 4 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Macarıstan Superkuboku görüşləri daxildir.
Ceyms Vistler
Ceyms Ebbot Makneyl Vistler (ing. James Abbot McNeill Whistler; 10 iyul 1834, Louell[d], Massaçusets – 17 iyul 1903, Çelsi, Böyük London və ya London) — amerikalı rəssam və qrafik, portret, eləcə də ofort və litoqrafiya ustası, məşhur tonalistlərdən biri, impressionizm və simvolizm qabaqcılı. "İncəsənət sənət naminə" anlayışına sadiq qalmışdır. Fəxri Legion ordeni kavaleridir (1892). O, Rusiya İmperiyasında və ABŞ-də təhsil alıb, lakin aktiv həyatının çox hissəsini İngiltərədə keçirib. O, daha çox müasirlərinin portretləri ilə tanınır. O, dostu Qustav Kurbenin simasında realistlərdən və yapon incəsənətindən təsirlənmişdir. Bir sıra yaradıcı üsullarda impressionizmə yaxın idi. Vistlerin ən məşhur əsərlərindən biri də anasının portretidir: Boz və qara rənglər əsasında çəkilmişdir. Avropa və ABŞ-də iki nəsil sənətçiyə təsir etdi.
Nikola Bittner
Nikola Bittner (9 iyul 1977) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Nikola Bittner Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Yohannes Vinkler
Yohannes Vinkler (alm. Johannes Winkler‎, d. 29 may 1897, Bad Karlsruhe, Almaniya) — kosmos sahəsində pioner sayılan mühəndis. == Fəaliyyəti == Təyyarə üzrə başqa alman professoru olan Yunkers ilə birlikdə təyyarələri üçün reaktiv mühərriklərin layihələndirilməsi və düzəldilməsində iştirak edən mühəndis paralel olaraq şaquli start götürən raketlərin layihələndirilməsi ilə məşğul olur. 21 fevral 1931-ci ildə Dessau şəhərində ilk Avropa maye yanacaqla işləyən raketini hazırlayıb sınaqdan keçirir. Bu raket cəmi bir neçə metr hündürlüyə (birici sınaqda 3m, ikinci sınaqda 60 m) qalxsa da, maye yanacaqla işləyən raketin başlanğıcı hesab olunur. 27 dekabr 1947-ci ildə Braunşvayqda vəfat etmişdir.
Vintqar dərəsi
Vintqar dərəsi — Sloveniyanın şimal-qərbində, Qoryo və Bled bələdiyyələrində, Bleddən dörd kilometr şimal-qərbdə yerləşən 1,6 kilometrlik (0,99 mil) dərədir. Radovna çayı ilə oyulmuş bu dərə, Radovna vadisinin davamıdır. Şəffaf kanyon divarlarının hündürlüyü 50 ilə 100 metr (160 ilə 330 fut), ümumi yamacı təxminən 250 m (820 fut) təşkil edir. Bu axın hovuzlar və çaylar kimi bir çox eroziv xüsusiyyətlər yaratmışdır və Sloveniyanın ən böyük şəlaləsi olan mənzərəli 13 m (43 fut) Sum şəlaləsində sona çatır. == Tarix == 1878-ci ildə Sum şəlaləsi üzərində körpü tikilmişdir. Dərənin qalan hissəsi 1891-ci ildə Qorye şəhərinin meri Yakob Žumer və dövrün görkəmli fotoqrafı Benedikt Lergetporer tərəfindən tədqiq edilmişdir. 1893-cü ildə dərə böyük səylə taxta müşahidə yolları və körpülərlə təchiz edilmişdir və 26 avqust 1893-cü ildə ictimaiyyətə açılmışdır. Sonralar dərənin ən görkəmli hissəsində Zumer Qalereyaları (Žumrove galerije) adlandırılan piyada yolları[1] o vaxtdan bəri bir neçə dəfə təmir edilmişdir. Həmçinin dərənin altında su elektrik bəndi və Bohinj dəmir yolu üçün tağlı dəmir yolu körpüsü tikilib. 1904 və 1905-ci illərdə yonma daşdan tikilmiş körpü Sloveniyada bütövlükdə qorunub saxlanılan ən böyük daş tağlı dəmir yolu körpüsüdür.
Harold Pinter
Harold Pinter (ing. Harold Pinter; 10 oktyabr 1930[…], London, Birləşmiş Krallıq – 24 dekabr 2008[…], London, Birləşmiş Krallıq) — ingilis dramaturq, şair, rejissor, aktyor, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2005). == Həyatı == Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai xadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaxtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi. Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daxil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oxuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çox meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu. İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı.
Mattias Ginter
Mattias Ginter ( 19 yanvar 1994, Frayburq-im-Braysqau, Baden-Vürtemberq ) — Almaniyalı futbolçu.
Uinter Lamar
Uinter Lamar (d. 14 yanvar 1979) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Uinter Lamar, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Yucin Viqner
Yucin Viqner (ing. Eugene Wigner və ya mac. Wigner Jenő Pál, 17 noyabr 1902[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 1 yanvar 1995[…], Prinstom, Nyu Cersi) — macar əsilli ABŞ fiziki və riyaziyyatçısı, fizika üzrə Nobel mükafatı laureatı. "Kəşf etdiyi fundamental simmetriya prinsiplərinə və bu prinsiplərin tətbiqi vasitəsi ilə atom nüvəsi və elementar hissəciklər nəzəriyyəsinə verdiyi töhfələrə görə" 1963-cü ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Yucin Viqner 1902-ci il noyabr ayının 17-də Avstriya-Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 3-cü sinifə başlayana qədər evdə xüsusi müəllimlər tərəfindən hazırlıq görən Yucin 9 yaşında məktəbə getmişdir. Onun riyazi problemlərə marağı da məhz bu vaxtdan başlamışdır. 11 yaşına çatdıqda tuberkulyoz diaqnozu ilə 6 həftə Avstriyada dağ sanatoriyasında müalicə alsa da, sonradan bu diaqnozun səhv olduğu meydana çıxmışdır. Vaqnerin ailəsi yəhudi əsilli idi, lakin dindar bir ailə deyildi. O, orta məktəbi 1915–1919-cu illərdə Fasori İvangelikus gimnaziyasında oxumuşdu.
Norbert Viner
Norbert Viner (ing. Norbert Wiener; 26 noyabr 1894[…], Kolumbiya[d], Missuri, ABŞ – 18 mart 1964[…], Stokholm) — ABŞ riyaziyyatçısı, kibernetikanın əsas müddəalarını qısa və dürüst ifadə etmişdir. "Kibernetika" əsərinin müəllifidir. Riyazi analiz və ehtimal nəzəriyyəsi sahələrində də çalışmışdır. == Həyatı == Norbert Viner 26 noyabr 1894-cü ildə Kolumbiya şəhərində anadan olmuşdur. Atası poliqlot, slavist, ədəbiyyat bilicisi, tərcüməçi idi. Viner kiçik yaşlarından qədim dilləri, təbiət elmlərini öyrənir, çox mütaliə edirdi. O, fövqəladə istedada malik idi: orta məktəbi 11, ali məktəbi isə 14 yaşında bitirmişdi (onda elmlər bakalavrı dərəcəsini almışdı). 17 yaşında incəsənət magstri olmuş, 18 yaşında isə riyazi məntiq sahəsində fəlsəfə doktoru adını almışdır. Harvard universitetinin təqaüdünü alan Viner Kembric və Gyottingen universitetlərdinə təcrübə keçirdi.
İnter (dəqiqləşdirmə)
İnter Bakı — Azərbaycanın futbol klubu
İnter Arena
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
İnter Milan
İnternasional Milan FK (it. FC Internazionale Milano) — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu. == Tarixi == 1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb. 1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb. 1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993–1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib.
Primus inter pares
Primus inter pares (azərb. Bərabərlərin birincisi‎) ― eyni rütbə, vəzifə və ya mövqeyə sahib insanlar arasında ən üstün olanı göstərmək üçün istifadə olunan termin. == Haqqında == Bu termin latınca eyni mənaya gələn Primus inter pares terminindən törəmişdir. Bu termin bu terminin aid olunduğu şəxsin texniki anlamda digərləri ilə bərabər mövqedə olduğunu, lakin digərləri tərəfindən xüsusi rola və ya avtoritetə layiq görüldüyünü bildirir. Bəzən, qrupun qeyri-rəsmi və ya gizli lideri mənasında da istifadə olunur. Günümüzdə İngilis Millətlər Cəmiyyətinin baş nazirləri, Avropa Komissiyasının rəhbərləri, Roma Katolik Kilsəsinin kardinalları və Şərqi Pravaslav Kilsəsinin patriarxları arasında iyerarxiyanı müəyyən etməkdə istifadə olunur. Bundan əlavə, Roma imperatorları tərəfindən xalqın gözündəki diktator görüntüsünü yox etmək üçün Princep (vətəndaşların birincisi) formasında istifadə olunmuşdur.
Viner-Nyoyştadt adası
Viner-Nyoyştadt adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 620 m. Bu həmdə arxipelaqın ən hündür nöqtəsidir. Sahəsi 237 km²-dir. Adanın az bir hissəsi buzdan azddır. Buna misal kimi Vasilev burnunu göstərmək olar. Burada Forbs buzlağı yerləşir. Ada Payer-Vayrext ekspedisiyası tərəfindən Avstriya-Macarıstanın bir şəhəri olan Viner-Noyştadt şəhəri şərəfinə adlandırılmışdır. == Yerləşdiyi akvatoriya == Adanın sahillərini Barens dənizi yuyur.
İnter Bakı FK
Şamaxı FK — Azərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibi. 2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb. == Tarixi == "Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur.
İnter Bakı PİK
Şamaxı FK — Azərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibi. 2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb. == Tarixi == "Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur.
İnter Bratislava FK
İnter (Bratislava) — Slovakiyanın futbol klubu == Tarixi == 1940-cı ildə yaradılıb. == Avropa kuboklarında iştirak == 8 dəfə Avropa kuboklarında iştirak edib.
İnter Milan FK
İnternasional Milan FK (it. FC Internazionale Milano) — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu. == Tarixi == 1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb. 1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb. 1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993–1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib.
İnter Turku FK
İnter (tam adı: Football Club International Turku) — Finlandiyada futbol klubu. 1990-cı ildə yaradılmışdır. Birlik Kuboku 2009-un qrup mərhələsində İnter Bakı komandasına 1:3 hesabı ilə məğlub olmuşdur.
İnter Zapreşiç FK
İnter (Zapresic) — Xorvatiyanın futbol klubu == Tarixi == 1929-cu ildə yaradılıb. == Liqa və Kubok nəticələri == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib. == Uğurları == Xorvatiya Kuboku Qalib (1): 1992.
İnter Mayami FK
İnter Mayami FK (ing. Inter Miami CF) — Florida ştatının Mayami şəhərində yerləşən Amerika peşəkar futbol klubu. O, 2020-ci ildən ABŞ və Kanadanın ən yüksək futbol liqası olan MLS-də oynayır. Klub Devid Bekhemin rəhbərlik etdiyi Mayami Bekhem Yunayted investor qrupuna məxsusdur. 2023-cü ilin yayından dünya şöhrətli futbolçu Lionel Messinin bu futbol klubuna daxil olmasından sonra klubun reytinqti kəskin şəkildə artıb.
İnter Xaçmaz FK
İnter FK - və ya rəsmi şəkildə İnter Xaçmaz Futbol Klubu. 2018-ci ildə Xaçmazda qurulan qadın futbol klubudur. Klub 2023/2024-cü il futbol mövsümündə "Qızlar Yüksək Dəstəsi"ndə mübarizəyə davam edir. == Tarixi == İnter Futbol Klubu 2018-ci ildə yaradıldı. İlk adı "Üçgün" olub. Qızların futbola olan marağı Xaçmazda klubun "Yüsək Qızlar Liqasıda" fəaliyyətinə təkan verdi. Mart 2023 - 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinada keçirəcək oyunlar üçün Xaçmaz təmsilçisinin 4 futbolçusu da dəvət olunmuşdur.
Inter Rail
Inter Rail və ya Inter-Rail — müəyyən bir müddət üçün əhatə etdiyi ölkələrdə 2-ci sinif səviyyəli bütün qatarlarla ödəniş etmədən minmə imkanını təmin edən xüsusi bir qatar bileti. Aprel 2007 tarixinə qədər regional bilet tətbiqi varkən, bu sistem yerini Global (Qlobal) ve tək ölkə şəklində iki növdə buraxmışdır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Bilet, istifadəçinin öz ölkəsindəki səyahətlərdə etibarsızdır. Inter Rail bileti, bəzi razılaşmalı dənizyolu və dəmiryolu parkurlarından müxtəlif nisbətlərdə endirim təmin etməkdədir. Azərbaycanın sərhəd qonşusu Türkiyədə Inter Rail biletləri, Ankara və İstanbul (Sirkeci) TCDD gar müdürlüklərində və müxtəlif səyahət agentliklərində satılmaqdadır. Biletlər 26 yaşından böyüklər üçün daha bahalıdır. Qiymətlər ölkəyə və səfərin müddətinə görə də dəyişməkdədir. == Global Bilet == Global bilet alan istifadəçinin yaşadığı ölkə xaric Inter Rail üzrə bütün bölgələrdə etibarlıdır.
2017-18 İnter Bakı PİK mövsümü
2017-18 İnter Bakı PİK mövsümü — Azərbaycanın top klublarından olan İnter Bakı klubunun Azərbaycan Premyer Liqasında 17-ci, Zaur Svanadzenin rəhbərliyi altında isə 3-cü mövsümüdür. == Heyəti == 21 İyun 2017 tarixində yenilənib == Transferlər == === Yay === == Yoldaşlıq oyunları == == Turnirlər == === Azərbaycan Premyer Liqası === ==== Nəticələrin icmalı ==== Son yeniləmə: 29 Aprel 2017.