Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Wolf
Wolf — amerikalı repçi Tyler, the Creator-un ikinci studiya albomu. 2 aprel 2013-cü ildə Odd Future Records tərəfindən buraxılıb.
Markus Wolf
Markus Volf (19 yanvar 1923[…], Hexingen[d] – 9 noyabr 2006[…], Berlin) — yazıçı, jurnalist. == Həyatı == Hohenzollern əyalətinin (indi Baden-Württemberg) Hechingen şəhərində anadan olan Wolf yazıçı və həkim Friedrich Wolfun oğlu və rejissor Konrad Wolfun qardaşıdır. Atası Almaniya Kommunist Partiyasının üzvüdür. Adolf Hitler hakimiyyətə gəldikdə, kommunizmə olan meylləri və yəhudi mənşəli olduqlarına görə İsveçrə yolu ilə Fransaya, daha sonra Moskvaya mühacirət etmişdirlər. Sürgün illərində alman Karl Libknext məktəbinə, daha sonra bir rus məktəbinə getmişdi. Moskva Aviasiya İnstitutunun təyyarə mühəndisliyi şöbəsinə daxil olub. Almanlar Barbarossa əməliyyatı ilə Sovet İttifaqına hücum edəndə Alma Ataya qaçdı. Kominternə üzv oldu, düşmən xətlərinin arxasında fəaliyyət göstərmək üçün təlim görmüşdür. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra, Sovet işğalı bölgəsindəki bir radiostansiyada işləmək üçün Valter Ulbrichtin də daxil olduğu bir qrupla jurnalist kimi Berlinə göndərildi. Nasist liderlərinin mühakimə olunduğu Nürnberq Məhkəmələrini izləyən jurnalistlər arasında idi.
Wolf fondu
Wolf fondu (ing.
Atomic Dog
Atomic Dog — Corc Klintonun 1982-ci ildə çıxardığı Computer Games albomunda yer alan sinql.
Hot dog
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. == Tarixçə == Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
Hour Of The Wolf
Hour Of The Wolf — Azərbaycanı 2015-ci ildə Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Elnur Hüseynov ifa edib. Bəstəkarları Nikolaz Rebsçer, Niklas Lif və Lina Hanson, sözlərinin müəllifi isə Sandra Bjurman, Nikolaz Rebsçer, Niklas Lif və Lina Hansondur.
Kane & Lynch 2: Dog Days
Kane & Lynch 2: Dog Days (azərb. Keyn və Linç: İt günləri‎) — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur. 2007-ci ildə çıxan Kane & Lynch: Dead Men oyununun davamıdır. Oyun PlayStation 3, Xbox 360 və Microsoft Windows platformalarında buraxılıb. Baş qəhrəmanlar cinayətkarlar - Keyn və Linçdir. Hadisələr Şanxay şəhərində cərəyan edir. == Maraqlı faktlar == Birinci mərhələdə küçədə, kiçik kompüter video-oyun mağazası var. Orada Mini Ninjas və Hitman seriyasından olan oyunlarında üzlüklərini görmək olar. Hər iki oyun IO Interecative tərəfindən yaradılıb. Oyundakı nəzər həvəskar kamera çəkilişi stilində yaradılıb.
Qolf
Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş bir sahədə qolf çubuqları və kiçik sərt bir topla oynanan bir oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır. Bu idman növünün vətəni Şotlandiya sayılır. Çobanlar tərəfindən yaradıldığı güman edilən qolf növündə əsas məqsəd ayrıca iştirakçılar və ya komandaların xüsusi ağaclarla müəyyən məsafəni minimal sayda zərbələrlə qət etməklə kiçik topu quyucuqlara salınmasından ibarətdir. Hazırda dünya miqyasında isə qolf elitar növlərdən sayılır. Xüsusən, ABŞ-də populyar olan bu növ üzrə Tayger Vuds kimi məşhur idmançı yetişib. Vuds həm də dünyanın ən varlı idmançısıdır. Nüfuzlu "Forbes" jurnalının hesablamasına əsasən, 33 yaşlı idmançının illik gəliri 11,9 milyon dollardır. 1996-cı ildən qolfla məşğul olan Vudsun əmlakı 1 milyard dolları keçib. Golf MiniGolf və ya Miniatür Golf Simulyator (qolf kompüter oyunlarında) PGA Tour (1968) ABŞ PGA European Tour Japan Golf Tour (1973) Asian Tour PGA Tour of Australasia (1973) Sunshine Tour (C. Afrika) Canadian Professional GT (1970) Tour de las Américas (L. Amerika) Nationwide Tour (1990) ABŞ Challenge Tour (Avropa) Qolf 1900 və 1904-cü illərdə Yay Olimpiya Oyunlarının proqramında olub.
Wolt
Wolt — Finlandiyanın qida və malların çatdırılması platforması ilə tanınan texnologiya şirkəti. Wolt-un proqramlarında (iOS və Android) və ya veb-saytında müştərilər platformanın restoranından və ticarət tərəfdaşlarından ərzaq və məişət əşyaları sifariş edə, sifarişlərini götürə, ya da platformanın kuryerləri tərəfindən məhsulun çatdırılmasını təmin edə bilərlər. Wolt həmçinin Wolt Market adlı öz ərzaq mağazalar şəbəkəsini idarə edir. Şirkətin baş ofisi Helsinkidə yerləşir. 2022-ci ilin may ayında Wolt Amerikan texnologiya şirkəti DoorDash tərəfindən satın alınıb. DoorDash bu gün 29 ölkədə fəaliyyət göstərir, onlardan 25-i Wolt məhsulu və brendi ilədir. Wolt 2014-cü ildə Slush-un keçmiş baş direktoru Miki Kuusi də daxil olmaqla 6 nəfər tərəfindən təsis edilib. Kuusi, DoorDash-ın Wolt-u satın almasından sonra DoorDash-ın ABŞ-dən kənardakı biznesinə cavabdehdir. Wolt Financial Times tərəfindən nəşr olunan "FT:1000 Avropanın Ən Sürətli İnkişaf edən Şirkətləri 2020" siyahısında ikinci yeri tutub. Wolt DoorDash tərəfindən satın alınmamışdan əvvəl ICONIQ Capital, Highland Europe, 83North, EQT Ventures, Tiger Global, DST Global, Prosus, KKR, Coatue, Inventure, Lifeline Ventures, Supercell təsisçisi və CEO-su İlkka Panen, Nokia sədri Risto Siilasmaa və digərləri daxil olmaqla investorlardan 856 milyon dollar vəsait toplayıb.
On the Internet, nobody knows you're a dog
İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir. Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. 6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır. Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi.
The quick brown fox jumps over the lazy dog
"The quick brown fox jumps over the lazy dog" (azərb. Sürətli qəhvəyi tülkü tənbəl itin üstündən tullanır‎) — ingilis dilində olan panqramma. Cümlə əsasən yazı maşınları və kompüter klaviaturalarının sınaqdan keçirilməsi, şrift nümunələrinin göstərilməsi və əlifbadakı bütün hərflərin istifadəsi arzu olunan mətni əhatə edən digər proqramlar üçün istifadə olunur. Bu ifadənin məlum olan ən birinci istifadəsi The Boston Journal-da olub. 9 fevral 1885-ci il tarixli nəşrdə "Mövcud qeydlər" başlıqlı məqalədə bu ifadə yazı üçün yaxşı təcrübə cümləsi kimi qeyd olunur: "Müəllimlərin şagirdləri üçün yazdıqları sevimli cümlə budur, çünki o, əlifbanın hər bir hərfini ehtiva edir: "Sürətli qəhvəyi tülkü tənbəl itin üstündən tullanır."" Sonrakı bir neçə ay ərzində onlarla başqa qəzet bu ifadəni istifadə etməyə başladı, lakin onlar cümlənin "The" deyil, "A" ilə başlayan versiyasından istifadə etdilər. "The" ilə başlayan cümlənin bilinən ən erkən istifadəsi Linda Bronson tərəfindən 1888-ci ildə yazılmış "İllüstrativ stenoqram" kitabındadır. Müasir forma ("The" ilə başlayan) orijinaldan ("A" ilə başlayan) bir qədər uzun olsa da, daha çox yayılmışdır. 30 avqust 1963-cü ildə Moskva-Vaşinqton qaynar xəttinə göndərilən ilk mesaj "THE QUICK BROWN FOX JUMPED OVER THE LAZY DOG'S BACK 1234567890" idi. Daha sonra sınaq zamanı rusiyalı tərcüməçilər amerikalı həmkarlarına mesaj göndərərək bu cümlənin mənasını soruşublar. XX əsrdə yazı maşınlarını və teleprinterləri sınaqdan keçirtmək üçün bu cümlə istifadə olunmağa başlanıb.
Karl Volf
Karl Volf (alm. Karl Friedrich Otto Wolff‎;13 may 1900[…], Darmştat – 15 iyul 1984, Rozenxaym, Bavariya) ən yüksək SS zabitlərindən biri, SS Obergruppenführer və SS qoşunlarının generalı. == Həyatı == Məhkəmə müşaviri oğlu. 1917-ci ilin aprelində Darmstadtda katolik məktəbini bitirdikdən sonra könüllü olaraq orduda xidmətə getdi. Qərb cəbhəsində Birinci Dünya Müharibəsinin iştirakçısı, leytenant (1918). Hərbi fərqlənməyə görə 1-ci və 2-ci dərəcəli Dəmir Xaç ordenləri ilə təltif edilmişdir. 1920-ci ildə tərxis olunaraq Frankfurt-Mayndə banklarda və ticarət şirkətlərində çalışıb. 1923-cü ildə o, böyük sənayeçi fon Römheldin qızı Frieda von Römheld ilə evləndi və öz ticarət və hüquq bürosunu - Karl Volf von Römheld-i qurdu. 7 oktyabr 1931-ci ildə NSDAP (partiya bileti No 695 131) və SS (bilet No 14 235) sıralarına daxil olub. 1932-ci il fevralın 18-də SS-şturmfürer rütbəsi aldı.
Krista Volf
Krista Volf (alm. Christa Wolf‎) — Almaniya Demokratik Respublikasında yaşamış və sosializmi mənimsəmiş romançı, ədəbiyyat tənqidçisi, oçerkist. == Həyatı == Krista Volf 1949-cu ildə üzv olduğu Sovet tərəfdarı olan Sosialist Birlik Partiyasını və dövlətin tətbiq etdiyi təzyiqi tənqid etdi. 1989-1990-cı illərdə partiya üzvlüyündən ayrıldı. Jena və Laypziqdə ədəbiyyat təhsili gördü. 1993-ci ildə açıqlanan sənədlər 1959-1961 arasında Ştazi üçün müxbir olaraq çalışdığını göstərməkdədir. Almaniya Demokratik Respublikası dövründə dövlət rəhbərliyini açıq şəkildə tənqid etdiyi halda yazıçı Karl Marksın təlimlərinə bağlı qalmış və iki alman respublikasının birləşməsinə qarşı çıxmışdır. 1 dekabr 2011-ci ildə həyat yoldaşı, Qerhard Volf ilə yaşadığı Berlində vəfat etdi. == İstinadlar == == Xarici keçidlər == Christa Wolf: Biography at FemBio – Notable Women International The quest for Christa Wolf an interview with Hanns-Bruno Kammertöns and Stephan Lebert about private chats with Honecker, a German society in check mate, the influence of Goethe, the shortcomings of Brecht, and the lasting effects of Utopia at signandsight.com.
Markus Volf
Markus Volf (19 yanvar 1923[…], Hexingen[d] – 9 noyabr 2006[…], Berlin) — yazıçı, jurnalist. == Həyatı == Hohenzollern əyalətinin (indi Baden-Württemberg) Hechingen şəhərində anadan olan Wolf yazıçı və həkim Friedrich Wolfun oğlu və rejissor Konrad Wolfun qardaşıdır. Atası Almaniya Kommunist Partiyasının üzvüdür. Adolf Hitler hakimiyyətə gəldikdə, kommunizmə olan meylləri və yəhudi mənşəli olduqlarına görə İsveçrə yolu ilə Fransaya, daha sonra Moskvaya mühacirət etmişdirlər. Sürgün illərində alman Karl Libknext məktəbinə, daha sonra bir rus məktəbinə getmişdi. Moskva Aviasiya İnstitutunun təyyarə mühəndisliyi şöbəsinə daxil olub. Almanlar Barbarossa əməliyyatı ilə Sovet İttifaqına hücum edəndə Alma Ataya qaçdı. Kominternə üzv oldu, düşmən xətlərinin arxasında fəaliyyət göstərmək üçün təlim görmüşdür. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra, Sovet işğalı bölgəsindəki bir radiostansiyada işləmək üçün Valter Ulbrichtin də daxil olduğu bir qrupla jurnalist kimi Berlinə göndərildi. Nasist liderlərinin mühakimə olunduğu Nürnberq Məhkəmələrini izləyən jurnalistlər arasında idi.
Dolf Lundqren
Dolf Lundqren (isv. Dolph Lundgren, 3 noyabr 1957, Stokholm) — əslən isveçli olan ABŞ aktyoru, prodüseri, rejissoru, ssenaristi və idmançısıdır. Dolf Lundqren karatenin kyokuşinkay növü üzrə üçüncü dərəcəli qara kəmər mükafatçısıdır. == Həyatı == === Uşaqlıq illəri və idman karyerası === Dolf Lundqren 1957-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində anadan olmuşdur. Atası Karl ekonomist, anası isə məktəbdə xarici dili müəlliməsi idi. Atası Lundqreni uşaqlıqda həmişə bəxtigətirməyən adlandırırdı. Lakin buna baxmayaraq Lundqren atasını yenə də çox istəyirdi: "Nə olursa olsun mən atamı əvvəlki kimi çox istəyirəm. Mən onun lənətləri ilə bu gün də fərəhlənirəm. Böyüyən zaman mən onunla çox şeylərdə üzləşirdim: Mən çox inadkarıydım, o isə buna tab gətirə bilmirdi" Məhz atasının onu belə adlandırması Lundqreni idmanla məşğul etməyə vadar etdi. Lundqren xəstə bədənini göstərməyə qorxurdu və allergiyası var idi.
Rolf Sinkernagel
Rolf Tsinkernagel — isveçrəli immunoloq, 1996-cı ildə hüceyrə vasitəli immun müdafiənin özəlliyini kəşf etməsinə görə Nobel mükafatına layiq görülüb.
Rolf Tsinkernagel
Rolf Tsinkernagel — isveçrəli immunoloq, 1996-cı ildə hüceyrə vasitəli immun müdafiənin özəlliyini kəşf etməsinə görə Nobel mükafatına layiq görülüb.
Tobias Volf
Tobias Conatan Ansel Volf (Tobias Jonathan Ansell Wolff 19 iyun 1945[…], Birminqem) Amerikalı qısa hekayə yazıçısı, memuarist, romançı və yaradıcı yazı müəllimidir. O, memuarları, xüsusən də "Bu oğlanın həyatı" (1989) və "Fironun ordusunda" (1994) kitabları ilə tanınır. Dörd hekayə kolleksiyası və iki roman yazmışdır. Ugly Rumours (1975) ISBN 0048231177 The Barracks Thief (1984) (qısa hekayə) ISBN 0-88001-049-5 Old School (2003) ISBN 0-375-40146-6 In the Garden of the North American Martyrs (1981) ISBN 0-88001-497-0 Hunters in the Snow (1981) Back in the World (1985) The Collected Short Stories ISBN 0-7475-3153-6 The Night in Question (1997) ISBN 0-679-78155-2 Our Story Begins: New and Selected Stories (2008) ISBN 978-1-4000-4459-7 Matters of Life and Death: New American Stories (1983) ISBN 0-931694-17-5 Best American Short Stories (1994) The Vintage Book of Contemporary American Short Stories (1994) ISBN 0-679-74513-0 This Boy's Life (1989), 1950-ci illərdə uşaqlığı haqqında olan xatirələri ISBN 0-8021-3668-0 In Pharaoh's Army (1994), Vyetnam müharibəsində əsgər olaraq gördüyü təcrübələri haqqında xatirələri.
Volf Messinq
Volf Qriqoryeviç Messinq (pol. Wolf Grigoriewicz Messing; rus. Во́льф Григо́рьевич (Ге́ршикович) Ме́ссинг ) — SSRİ-də insanların fikirlərini öyrənməyi psixoloji eksperementlər ilə nümayiş etdirən estrada artisti. RSFSR əməkdar artisti. Volf Messinq 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya imperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona "ilahi vəhy" gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağında ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: "Sən Tanrının əmriylə ieşibota getməlisən". Anadangəlmə əsəb xəstəsi olan Volf bu hadisədən o qədər həyəcanlanır ki, huşunu itirir, bir neçə gün xəstə yatır. Sonradan baş verənləri atasına danışır və evin ağsaqqalı onun tanrının əmriylə hərəkət etməli olduğunu bildirir.
Xristian Volf
Xristian Volf (24 yanvar (3 fevral) 1679[…], Vrotslav, Bohemiya tacı torpaqları[d] – 9 aprel 1754[…], Halle) — 18-ci əsrdə yaşamış alman filosof və psixoloq idi. XVIII əsrdə psixologiya elmində o, xüsusilə seçilirdi. İlahiyyat, riyaziyyat və fəlsəfə öyrənən Volf 1703-cü ildə Leypsiq Universitetində müəllimlik edir, 1706-cı ildə riyaziyyat kafedrasının professoru vəzifəsini tutur. Volfun ən böyük xidmətlərindən biri latın terminlərini alman psixoloji terminləri elə əvəz etməsindədir. Avropada psixologiya termininin yayılması da onun adı ilə bağlıdır. Volf həm də "qabiliyyətlərin psixologiyası" nəzəriyyəsinin müəllifidir. Bu nəzəriyyəinin əhəmiyyəti ondadır ki, insanın müxtəlif psixi keyfiyyətlərinin elmi əsasları verilir. Qabiliyyətlətin psixologiyasının mühüm müddəalarından biri də idrak prossesinə rasionalist yanaşma ilə başlıdır. Volfa görə, ruhun inkişafı ğrylərin əksolunma surəti ilə bağlıdır. Dumanli olan hissi idrak, ayıdn və dəqiq olanlar əqli idrak səviyyəsində qavranılır.
Rikardo Volf
Rikardo Volf (ing. Ricardo Wolf; 1887, Hannover, Prussiya – 1981, Herzliya, Təl-Əviv dairəsi) — alman əsilli ixtiraçı, diplomat və xeyriyyəçi. Kubaya mühacirət etdikdən sonra oranın İsraildəki səfiri vəzifəsində çalışıb. Sonrakı həyatda o, həyat yoldaşı ilə İsraildə qalmış və orada Wolf Fondunu qurmuşdur. == Həyatı == Rikardo Volf 1887-ci ildə Almaniyanın Hannover şəhərində anadan olub. O, həmin şəhərin yəhudi icmasının sütunu olan Moritz Volfun 14 uşağından biri olub. Birinci Dünya Müharibəsindən əvvəl Wolf Almaniyadan ikinci vətəni olan Kubaya mühacirət etdi. 1924-cü ildə 1920-ci illərin tennis çempionu Fransiska Subirana ilə evlənmişdir.
DOI
Rəqəmsal obyektin identifikatoru (həmçinin "obyektin rəqəmsal identifikatoru" (ORİ) kimi də işlədilir digital object identifier, DOI) — şəbəkədə obyekt haqqında informasiyanın standart işarələməsi (adətən, elektron sənədlər və ya rəqəmsal obyektlər üçün zəruri deyil). Elektron sənədin DOI-də saxlanılan məlumatı onun yerləşdiyi yeri və digər məlumatları əks etdirir (məsələn, URL), onun adı, obyektin digər identifikatorları (məsələn, kitabın elektron variantı üçün ISBN ) == İstinadlar == International DOI Foundation. CrossRef, the official DOI® link registration agency for scholarly and professional publications. Norman Paskin. "Digital Object Identifier (DOI®) system" (PDF). Encyclopedia of Library and Information Sciences. Taylor & Francis Group. 2010. doi:10.1081/E-ELIS3-120044418.
DOS
Fərdi kompüterlərın (PC) inkişafında xüsusi xidməti olan DOS əməliyyat sistemi bu gün də öz əhəmiyyətini itirməmişdir. DOS-un Windows və Linux kimi müasir əməliyyat sistemləri ilə müqayisədə bir çox çatışmazlıqlarına baxmayaraq hələ də istifadə olunmasının bir neçə səbəbi var. DOS çox sadədir və buna baxmayaraq çox səmərəlıdır. O, kompüter resurslarına qarşı çox qənaətcildir. Belə ki, DOS-u sərt disk olmadıqda, disketdən belə yükləmək mümkündür. Bununla yanaşı DOS üçün yazılmış tətbiqi proqramlar kiçik olur və çevik işləyirlər. DOS-un qeyd olunan müsbət cəhətləri ilə yanaşı, müasir əməliyyat sistemləri ilə rəqabətə davamlı etməyən bir sıra çatışmazlıqları da var: DOS birtapşırıqlı əməliyyat sistemidir. O, eyni vaxtda yalnız bir proqramın icrasını təmin edə bilər; DOS təkprosessorlu əməliyyat sistemidir; O, mukroprosessoru real zaman rejimində (və ya real ünvanlama rejimində) işlədir. DOS tətbiqi proqramı yaddaşa yüklədikdən sonra idarəetməni ona verir. DOS əməliyyat sisteminin nüvəsi monolit arxitekturaya mənsub olduğundan o, istifadəçi (tətbiqi) proqramı ilə eyni ünvan məkanında yerləşir.
Doj
Doj (it.
Dol
Dol (musiqi aləti) — musiqi aləti. Dol (rayon) — Fransanın Franş-Konte regionun rayonlarından biri.
Don
Digər Don (ad) — Dünyada işlədilən şəxs adı. Don — paltar növü. Don — şaxta, soyuq hava Don — İspaniyada, İtaliyada və Portuqaliyada zadəgan titulu. Don atı — Don Respublikası — Don Juan — müxtəlif yazıçılar tərəfindən yazılmış hekayə. Don Kixot — Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" romanının baş qəhrəmanı. Çaylar Don — Rusiyada çay. Don — İngiltərədə çay.
Kaspar Fridrix Volf
Kaspar Fridrix Volf (alm. Kaspar Friedrich Wolff‎; 18 yanvar 1734, Berlin – 22 fevral 1794, Sankt-Peterburq) — alman anatomu və fizioloqu. Dərzi ailəsində Berlində doğulmuş, orada da tibb oxumuş və 1759-cu ildə alm. "Theoria generationis"‎ mövzusunda dissertasiya müdafiə etmişdir. Kaspar Fridrix Volf alm. "Theoria generationis"‎ əsəri ilə müasir embriologiyanın əsasını qoymuşdur. Burada o, dəqiq müşahidələrə əsaslanaraq rüşeymin tədricən inkişafını göstərmişdir. Yeddiillik müharibə zamanı lazaret həkimi kimi fəaliyyət göstərmişdir. Ona fiziologiyadan mühazirə oxumağa qadağa qoyulur, 1766-cı ildə II Yekaterinanın dəvəti ilə Sankt-Peterburqa gələrək Sankt-Peterburq Akademiyasının üzvü seçilir. 1768-ci ildə Peterburqda o, "De formation intestinarum" əsərini dərc edir.
Kijner-Volf reaksiyası
Kijner-Volf reaksiyası — Hidrazin və qələvinin(əsasən KOH) köməyi ilə keton qrupunun reduksiya olunması reaksiyasıdır: İlkin olaraq reaksiya 200oC-də avtoklavda hidrozinin natrium etoksidlə qizdırılması ilə aparılır. Tədqiqatlar göstərir ki, reaksiya diger əsaslarla da aparıla bilər və bu zaman eyni reaksiya baş verəcəkdir. Həlledici olaraq dietilenqlikol istifadə edilir. Reaksiya alifatik, aromatik, alitsiklik və heterotsiklik birləşmələrə, terpenlərə, steroidlərə və həmçinin müxtəlif funksional qrupları olan maddələrə tətbiq olunur. == Reaksiya mexanizmi == Reaksiya mexanizmi son mərhələdə karbonium anionunun xaric edilməsi ilə başa çatır: Hidrazonlar əvəzinə, yarım karbazonlar və 2,4-dinitrofenilhidrazonlar da istifadə edilə bilər. Tert-C4H9OK və dimetil sulfoksiddən həlledici kimi istifadə edərək, reaksiya otaq temperaturunda aparıla bilər. Yan proseslər azinlərin meydana gəlməsi və alkoqollara qədər azalmasıdır. Metodun üstünlükləri turşulara həssas olan birləşmələri bərpa etmək və çox miqdarda maddələrlə reaksiya aparmaq bacarığıdır (həlledicilər istifadə edildikdə). Kijner-Volf reaksiyasında yan proseslər — azin meydana gəlməsi və karbonil birləşməsinin azalması, artıq hidrazin istifadə edərək və reaksiyadan suyun çıxarılması, alkildiimid və karbanion meydana gəlməsidir: == Mənbə == О. А. Реутов, А. Л. Курц, К. П. Бутин Органическая химия в 4-х частях, Изд.: "БИНОМ. Лабораторя знаний", М., 2004. Ли Дж.
Hot-doq
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. == Tarixçə == Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
Rok Doq
Rok Doq (ing. Rock Dog) - 2016-ci ildə istehsal olunmuş Çin filmi. Rok Doq — Internet Movie Database saytında.
Dığ
Dığ və ya Tex (erm. Տեղ — Teğ) — Ermənistanın Gorus rayonunda və Sünik mərzının kənd. Kənd Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan Respublikasını birləşdirən "Həyat yolu" adlanan ərazidə yerləşir. Kənd Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Kəndin digər adı "Dığ" olmuşdur. Toponim fars dilində "kənd, qışlaq" mənasında işlənən dex (> tex) sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Burada 1926-cı ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1926–1929-cu illərdə onlar kənddən sıxışdırılıb çıxarlımışdır.
Dol-dol bulağı (Takab)
Dol-dol bulağı (fars. دل دلبلاغي‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (24 ailə).
Dom-dom Əli (personaj)
Dom-dom Əli və ya Dom-dom — əsl adı Əli İrkan olan Rıfat İrqazın "Hababam sinfi" adlı romanında yaratdığı xəyali personaj. Roman əsasında çəkilmiş eyniadli film seriyasında Firudin Savlının canlandırdığı personajın türk əhali arasında populyarlıgı artmışdır. == Personaj xüsusiyyətləri == Hababam sinfinin kök, həm də nadinc tələbələrindən biridir. Tulum Hayri və Yıxılmaz Hadiylə birlikdə sinfin ən köklərindən hesab olunur. Güdük Nəcmi ilə durduq yerə dava edir. Daha çox Tulum Hayri və Avara İsmayıl ilə gəzir. Həmişə sinif nümayəndəsi olan üçün dərs ilinin əvvəlində Tulum Hayri ilə qol güləşi edir.
Volf-Raye ulduzlar
Volf-Raye — qeyri-adi spektrə malik, nadir heterogen ulduz qrupudur, bu tip ulduzların spektridə əsasən iyonlaşmış helium və azot və ya karbonun geniş emissiya xəttləri nəzərə çarpır. Wolf-Raye tipli ulduzlarda hidrogenin miqdarı tükənməklə, ağır elementlərin miqdarı isə çoxdur buda güclü ulduz küləklərinə səbəb olur. Wolf-Raye tipli ulduzların səth temperaturları təxminən 30.000 K ilə təxminən 200.000 K arasında dəyişir və digər bütün ulduzlardan daha istidir. Klassik Wolf-Raye tipli ulduzlar, xarici hidrogenlerini tamamilə itirmiş və nüvədə helium və ya ərimiş halda ağır elementlər olan nəhəng ulduzlardır. WR ulduzlarının bir qrupunun spektrində hidrogen xəttləri nəzərə çarpır bunlar WNh ulduzları olaraq adlandırılır. Bu qrup ulduzlar da kifayət qədər böyük ulduzlardır və hələ də nüvəsində hidrogen mövcuddur, səthində isə helium və azot kütlə itkisiylə məruz qalmaqdadır. 1867-ci ildə, Paris Rəsədxanasında 40 sm Foucault teleskopunu istifadə edərək alimlər Charles Wolf və Georges Rayet [1], Cygnus qrup ulduzundakı üç ulduz kəşf etdilər (HD 191765, HD 192103 və HD 192641, bu anda WR 134, WR 135 və WR 137) bu ulduzların spektrində spektrdə geniş emissiya zolağı qeyd olundu. Wolf-Raye tipli ulduzların spektindəki emissiya xətlərinin təbiəti bir neçə on il ərzində sirrli qaldı. Daha sonra Edward C. Pickering xətlərin qeyri-adi bir hidrogen halından yarandığı nəzəriyyəsini irəli sürdü və bu "Pickering ardıcıllığı" xəttlərinin, yarı-inteqral kvant ədədləri nəzərə alındığında Balmer seriyasına oxşar bir seriya olduğu ortaya çıxdı. Daha sonra, bu xətlərin helium tərəfindən yarandığı ortaya çıxdı.
Volf Xirşxor sindromu
Volf Xirşxor sindromu — 4-cü xromosomun qısa qolundakı qismən silinmə nəticəsində yaranan bir xromosom silinmə sindromudur . Xüsusiyyətlərə fərqli bir kraniofasiyal fenotip və zəka geriliyi daxildir. Ən ümumi xüsusiyyətlərə fərqli bir kraniofasiyal fenotip (mikrosefali, mikrognatiya, qısa yiv, çıxıntılı glabella, oküler hipertelorizm, displastik qulaq və periaurikulyar işarələr), böyümə məhdudluğu, zəka geriliyi, əzələ hipotenziyası, tutmalar və anadangəlmə ürək qüsurları daxildir. Daha az yayılmış xüsusiyyətlərə hipospadiya, iris koloboması, böyrək anomaliyaları və karlıq daxildir. Antikor çatışmazlıqları, ümumi dəyişkən immun çatışmazlığı və IgA çatışmazlığı da daxil olmaqla yaygındır. T hüceyrəsinin toxunulmazlığı normaldır. Volf Xirşxor sindromu, xüsusilə WHSCR1 və WHSCR2 bölgələrində xromosom 4 qısa qolunun HSA 4p16. zolağında silinmə nəticəsində yaranan mikrodeletion sindromdur. Vaxtların təxminən 87% -i silinmələrdir, təxminən 13% -i xromosom translokasiyası olan bir valideyndən miras alınmışdır. Ailə yoluxması halında, anadan ötürülmə tezliyi 2-dən çoxdur: hallarının 80%-i ata tərəfdəndir.
Dağ gölü
Don-Juan gölü
Don Juan gölü (lat. Don Juan) — Antarktidanın Viktoriya Torpağı, Rayt vadisində yerləşən kiçik göl. Dünyanın ən duzlu gölü statusuna namizəddir. == Tarixi == Göl 1961-ci ildə helikopter pilotları Don Ro (Don Roe) və Con Hiki (John Hickey) tərəfindən aşkarlanmışdır. Göldə onların şərəfinə adlandırılmışdır. Kəşf zamanı havada -30 °C olmasına baxmayaraq göl donmamışdır. 1977-ci ildə gölün sahəsi 0,25 km² təşkil edirdi. Gölün sahəsi 1995-ci ildə isə 0,03 km², dərinliyi isə 0,1 metrə qədər azalmışdır. Qrunt sularınln səthə çıxdığı yer olaraq düşünülür. Quru və sərt iqlimdə yerləşməsi və güçlü küləklər gölə böyük təsir göstərir.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1. Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır.
Yoq
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Şarl dö Qoll meydanı
Şarl dö Qoll meydanı (fr. Place Charles de Gaulle) — tarixən Letual kimi tanınan Parisdə böyük yol qovşağıdır, on iki düz prospektin görüşmə nöqtəsi (beləliklə tarixi adı "Ulduz meydanı" kimi tərcümə olunur) o cümlədən, Şanzelize Prospekti ki, şərqə doğru davam edir. Meydanın orijinal adı, "Ulduz meydanı", General və prezident Şarl de Qollun ölümündən sonra 1970-ci ildə dəyişdirildi. Zəfər tağı bu meydanın mərkəzində yerləşir.