Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ali təhsil müəssisəsi
Ali təhsil müəssisəsi — 1)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil müəssisəsi; 2)xalq təsərrüfatının, elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislər, elmi və pedaqoji kadrlar hazırlayan, ali və orta ixtisas məktəbləri müəllimlərinin, xalq təsərrüfatı mütəxəssislərinin ixtisasını təkmilləşdirən, nəzəri və tətbiqi xarakterli elmi iş aparılan təhsil müəssisəsi; 3)Azərbaycan Respublikası qanunvericiliyi ilə əsaslandırılan, fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olan təhsil müəssisəsi. Təhsil müddəti 4-7 ildir. Ali təhsil müəssisəsi cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqəsidir. Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbilədəndir. Ali təhsil müəssisəsinin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təhsil-tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Ali təhsil müəssisəsinin "idarə edilməsi" və "ona rəhbərlik" bir-biri ilə sıx bağlı anlayışlardır. İdarəetmə dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məqsədyönlü, planlı, mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa düşülür. İdaəretmə obyektləri şəxsiyyət və ya kollektiv olduqda idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçirməklə bağlı səmərəli fəaliyyət növüdür. Bu halda idarəetmə subyektləri və obyektləri ümumi məqsəd naminə şüurlu şəkildə qarşılıqlı fəaliyyət göstərir.
Açıq tipli ali təhsil müəssisəsi
Açıq tipli ali təhsil müəssisəsi — yaş məhdudiyyəti və qəbul olunanların minimal bilik səviyyəsi tələb olunmadan dinləyicilərin qəbul olunduğu ali təhsil müəssisəsi. Açıq tipli ali təhsil müəssisəsində qrafiki kifayət qədər sərbəstdir, yəni təhsil müddəti sərhədsizdir. Dinləyicilər stipediya ala, qrant üzrə oxuya və müəyyən təminatlar üzrə ödənişsiz oxuya bilərlər. Bu tip ali təhsil müəssisələrinə Britaniya Açıq universiteti, Almaniyanın açıq universitetləri aid edilə bilər.
"Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi
Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsi
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.
Dövlət Aerogeodeziya Müəssisəsi
Azərbaycan Respublikası Prezidentinin 18.04.2001-ci il tarixli, 460 saylı fərmanı ilə Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi və Dövlət Torpaq Komitəsi ləğv edilmiş və iki komitənin əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Dövlət Aerogeodeziya Müəssisəsi, Azərbaycan Respublikası Prezidentinin 06.09.2001-ci iı tarixli, 576 saylı fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərkibinə daxil edilmişdir. Dövlət Aerogeodeziya müəssisəsi SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən 16 saylı müəssisənin varisidir. Dövlət Aerogeodeziya müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərar və sərəncamlarına, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarına və bu Nizamnaməyə əsaslanır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsi geodeziya, topoqrafiya, kartoqrafiya, aerofotoplanalma və dəniz geodeziyası işlərini Azərbaycan Respublikasının «Geodeziya və Kartoqrafiya haqqında» qanununa əsasən həyata keçirən baş podratçı təşkilatdır. Dövlət Aerogeodeziya müəssisəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona fəaliyyətinin nəticələri haqqında hesabat verir. Dövlət Aerogeodeziya Müəssisəsi hüquqi şəxsdir. Müəssisə aparatının və onun vahid sistemini təşkil edən şöbələrin saxlanılması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər sifarişçilərin vəsaiti və qanunvericiliyə zidd olmayan mənbələr hesabına maliyyələşdirilir.
Xüsusi effekt
Xüsusi effektlər (jarqonda qısaca SPFX və ya SFX) normal vasitələrlə yaradılması mümkün olmayan və ya çox riskli olan, film, televiziya və əyləncə sahələrində geniş istifadə olunan hadisələri yaratmaq üçün geniş yayılmış bir yoldur. Böyük partlayışlar və kosmosa səyahəti təsvir edən çəkilişlərdə mütəmadi şəkildə istifadə olunur. Görülən işlər hamısı xəyal deyil, bəzi obyektlər yaradılır (məsələn: Ulduz müharibələri). Dəstək düzəldilir, üstünə bir çubuq qoyulur və üstünə qılınc hansı rəngdədirsə onun selofanı qoyulur. Tez-tez vizual effektlərlə qarışdırılır. Bununla birlikdə, xüsusi effektlər kompüter tərəfindən yaradılan şəkillərlə deyil, çəkilişlə edilir. Partlayan bir şey həqiqətən partladılır və ya bir model olsa da dağılan bina həqiqətən dağıdıllır. Halbuki vizual effektlərlə edilən partlayışlar sintetik hissəcik sistemləridir və dağıdılmış binalar da 3D modelləşdirilmiş obyektlərdir. Yaşayan xüsusi effektlər canlı izləyicilərin qarşısında istifadə olunan effektlərdir. Bunlar daha çox idman tədbirlərində, konsertlərdə və kütləvi şoularda istifadə olunur.
Xüsusi festbol
Xüsusi festbol (ing. Fastball Special) — super qəhrəman ədəbiyyatında məşhur döyüş hərəkəti. Hərəkətin icra qaydasına görə super güclü qəhrəman partnerini əlləri ilə hədəfə tullayır. Hərəkətin tarixi 1958-ci ilə uzanır. DC Comicsin nəşr etdiyi "Macəra komiksləri"nin 258-ci sayında Superoğlan Robini düşmənə doğru tullamışdır. Bu manevr Marvel Comics tərəfindən "Əsrarəngiz İks-adamlar" komiksinin 94-cü buraxılışında, Təhlükə otağı hekayəsində Kolossun Şimal porsuğunu fırlatması ilə məşhurlaşmışdır. Koloss bu hərəkəti adətən "Manevr 7" adlandırır. Daha sonra bu hərəkət hər iki super qəhrəmanın sevimli taktikasına çevrilmişdir. Marvel Comicsdən başqa komiks nəşriyyatları da komikslərində bu hərəkətə yer verirlər. == Digər mediada == === Televiziya === 1992-ci ildə "İks-adamlar" cizgi serialının "Dayandırılmaz Caqqernaut" seriyasında bu hərəkətə istinad verilmişdi.
Xüsusi mülkiyyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Xüsusi törəmə
Xüsusi törəmə, çoxdəyişənli funksiyanın digər dəyişənləri sabit saxlanmaqla bir dəyişənə görə törəməsidir. f ( x , y , … ) {\displaystyle f(x,y,\dots )} funksiyasının x {\displaystyle x} dəyişəninə görə xüsusi törəməsi ∂ f ∂ x = lim h → 0 f ( x + h , y , . . . ) − f ( x , y , . . . ) h {\displaystyle {\frac {\partial f}{\partial x}}=\lim _{h\to 0}{\frac {f(x+h,y,...)-f(x,y,...)}{h}}} kimi təyin olunur. f {\displaystyle f} -in x {\displaystyle x} -a görə xüsusi törəməsi f x ′ , f x , ∂ x f , D x f , D 1 f , ya da ∂ ∂ x f {\displaystyle f'_{x},f_{x},\partial _{x}f,\ D_{x}f,D_{1}f,{\text{ ya da }}{\frac {\partial }{\partial x}}f} kimi də ifadə oluna bilər. Bəzi hallarda, təyin olunmuş z = f ( x , y , … ) {\displaystyle z=f(x,y,\ldots )} funksiyası üçün z {\displaystyle z} -in x {\displaystyle x} -a görə xüsusi törəməsi ∂ z ∂ x {\displaystyle {\tfrac {\partial z}{\partial x}}} kimi ifadə edilir.
Xüsusi təyinatlılar
Xüsusi təyinatlılar və ya xüsusi əməliyyat qüvvələri — düşmənin təhlükəsizlik qüvvələri və silahlı birləşmələrinə qarşı kəşfiyyat əməliyyatları, nəzarət, düşmən qoşunlarının vəziyyəti, düşmən qoşunlarının sayı kimi xüsusi taktiki bacarıqlar tələb edən vəzifələri yerinə yetirirlər; çox yönlü və çevik silahlı birləşmələrdirlər. == Tarixi == Daha güclü və daha dəqiq bir nəticə üçün nizamsız (qeyri-nizami) şəkildə qurulmuşdurlar. Nizamsız müharibə (qeyri-nizami müharibə) bacarığını və partizan taktikasını çox yaxşı bilən və tətbiq edən bölmələrdir. Qüvvələr müstəqil olaraq asimmetrik və qarışıq bir əməliyyat planı çərçivəsində hərəkət edirlər. İlk qeydə alınan xüsusi qüvvələr ingilislərin SAS və SBS qüvvələri idi. SAS və SBS Winston Churchillin “Düşmən xəttində və ya ərazilərində vəzifələrini yerinə yetirə bilən xüsusi hazırlanmış əsgərlər” əmri ilə qurulmuşdur. Bu gün tarazlıqların tənzimlənməsi ilə xüsusi təyinatlılar daha çox terrorla mübarizə əməliyyatlarına cəlb edilmişdirlər. Əfqanıstan müharibəsi zamanı Polşanın GROM, Almaniyanın “KSK” və Amerikanın Delta Force kimi xüsusi təyinatlı qüvvələri mühüm vəzifələri yerinə yetirmişdirlər.
"Təhsil" nəşriyyatı
Təhsil Nəşriyyat-Poliqrafiya MMC — Azərbaycanda nəşriyyat. 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə 100 nəfərdən çox yüksək ixtisaslı, peşəkar kadrlar çalışır. Ən müasir və güclü poliqrafiya bazasına malikdir. Bu günədək 60 milyon nüsxəyə yaxın kitab nəşr etmişdir. 2003–2008-ci illərdə "İlin nəşriyyatı" statusu qazanmışdır. Nəşr etdiyi kitablar Avropa və digər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir. 2005-ci ildə "Qarabağ" kitabı II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək balla birinci yerə layiq görülmüşdür. == Haqqında == Azərbaycanın müasir nəşriyyat sferasında önəmli yeri və özünəməxsus dəst-xətti olan "Təhsil" nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə peşəsinin sirlərini dərindən bilən 80 nəfərə yaxın işçi çalışır.
Alabamada təhsil
Alabamada təhsil Alabama Universiteti, özəl kolleclər və ibtidai və orta məktəblər daxil olmaqla Alabama ictimai və özəl məktəblərdən təşkil olunmuşdur. == Tarixi == İndi Alabama olan keçmiş Missisipi Ərazisində şəxsi və yerli qurulan ümumi məktəblər mövcud olmuşdur. 1819-cu il Ştat Konstitusiyası ela edir : == İbtidai və orta təhsil == Alabamada ibtidai və orta təhsil Alabama Ştat Təhsil Şurasının, eləcə də 67 qraflıq təhsil şurası və 60 şəhər təhsil şurasının nəzarətindədir. Ümumilikdə 1,541 məktəb 743,364 şagirdi ibtidai və orta təhsillə təmin edir. İctimai məktəb maliyyələşdirilməsi Təhsil Etimad Fondu vasitəsilə Alabama qanunvericiliyi ilə idarə edilir. 2006-2007-ci maliyyə ili üçün Alabama ibtidai və orta təhsilə 3,775,163,578 $ vəsait ayırmışdı. Bu əvvəlki maliyyə ilinə nisbətən 444,736,387 $ artıq olmuşdu. 2007-ci ildə məktəblərin 82 faizindən çoxu Alabama ştatı tərəfindən Milli Heç Bir Uşaq Geri Qalmasın qanunu çərçivəsində müəyyənləşdirilən tədbirlərdən istifadə edərək adekvat illik tərəqqi (AİT) əldə etdilər. 2004-cü ildə məktəblərin 23 faizi AİT səviyyəsinə çatdmışdı. Alabama ictimai təhsil sistemi inkişaf etməsinə baxmayaraq digər ştatlarla müqayisədə geri qalır.
Albaniyada təhsil
Albaniyada təhsil — Albaniya Respublikasındakı təhsil vəziyyətinə verilən ad. Albaniyada əhalinin savadlılıq faizi 99 %-dir (9 yaş və yuxarı). İlkin ümumi təhsil məcburidir (1-9 siniflər). Əksər oxuyanlar sonradan orta təhsili davam etdirir. Təhsili davam etdirmək üçün mütləq 9 -cu və 12 -ci siniflərin sonunda imtahan verilməli. Ölkədə əksər məktəbləri dövlət maliyyələşdirir. Ancaq son illərdə Albaniyada bir neçə özəl məktəblər fəaliyyətə başlamışdır. Dərs ili iki semestrdən ibarətdir. Dərs həftəsi bazar ertəsi başlayır və cümə günü bitir. Dərslər sentyabrın yarısı və ya oktyabrda başlayır, iyun və ya iyulda bitir.
Ali təhsil
Ali təhsil (ing. Higher education) — 1)elm, texnika və mədəniyyətin müasir nailiyyətlərindən yaradıcı şəkildə istifadə etməklə hazırlıq yönümlü nəzəri və əməli məsələlərin həllinə imkan verən sistemləşdirilmiş bilik və təcrübi vərdişlərin məcmusu. Ali təhsil termini ali təhsil müəssisələrində elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlanması mənasında da işlədilir; 2)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil. Üç pilləli təhsil sitemində orta təhsil və orta ixtisas təhsilindən sonra gələn ali ixtisas təhsili. Məzuna ixtisası üzrə nəzəri və peşəkar biliklər verir. Orta təhsildən fərqli olaraq ali təhsil ümumi təhsil sayılmır və iddiaçılar müsabiqə əsaında daha az sayda yerə qəbul edilir. == Ali təhsilli == Ali təhsilli - ali məktəb bitirmiş. == Ali təhsil müəssisəsi == Ali təhsil ali məktəblərdə — universitetlərdə, akademiyalarda, institutlarda və kolleclərdə verilir. Müxtəlif ölkələrdə fərqli adları ola bilər. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı.
Almaniyada təhsil
Almaniyada təhsil — Almaniya təhsil sistemi klassik struktrura malikdir: məktəbəqədər, orta və ali. Almaniyanın hər bir əyaləti təhsil haqqında öz qanununa malikdir. Buna görə də atestat və diplomların əldə olunması imkanları və yolları bir birindən fərqlənirlər. Məsələn, Berlində şagirdlər 6-cı sinifə qədər ibtidai siniflərdə qalırlar, Saksoniya və Bavariyada isə bu cəmi 4 il davam edir. == Məktəbəqədər təhsil == Bir çox alman uşaqları məktəbəqədər müəssisələrə -uşaq bağçalarına (alm. Kindergarten‎) 3 yaşından etibarən gedirlər. Uşaq bağçalarında körpələr qrupları (alm. Kinderkrippe‎) da fəaliyyət göstərirlər. buraya uşaqlar altı ayından qəbul edilirlər. Almaniyada belə qruplar az olduğundan orada yer almaq çox çətindir.
Avstriyada təhsil
Avstriyada təhsil — Avropanın mərkəzində yüksək səviyyəli təhsil sistemi. == Ali təhsil == Dövlət universitetlərində maksimum təhsil haqqı semestrdə 363 avrodur. Avropa məkanında ali və ikinci ali təhsil almağın ən əlverişli şərlərinin Avstriyada olduğu hesab edilir. === Əsas üstünlükləri === birbaşa orta təhsildən sonra qəbul olunmaq olur; qəbul üçün yaş məhdudiyyəti yoxdur; qəbul üçün alman dilini bilmək tələb edilmir; qəbul imtahanları yoxdur (istisna: tibb, psixologiya, yaradıcı ixtisaslar) qəbul yerləri məhdud deyil və müsabiqə yoxdur qəbul zamanı attestat və diplom qiymətləri nəzərə alınmır; maksimal təhsil haqqı semestrdə 363 avro; universiteti bitirdikdən sonra ölkədə qalıb işləmək hüququ verilir. === Xüsusiyyətləri === Bütün Avstriya universitetlərində tədris Bolonya prosesi tələbləri ilədir. Universitetlərdə 330-dən çox fakültə vardır. Tələbələr eyni zamanda bir neçə universitetdə təhsil ala bilərlər. Tədris dövründə tələbələrin praktika keçməsi üçün geniş şərait yaradılır və universitet bu işdə tələbələrə kömək edir. Arzu edən tələbələr bir neçə semestri digər Avropa ölkələrinin universitetlərində keçirə bilərlər. Tədrisi bitirən tələbə təhsil aldığı səviyəyə görə bakalavr, magistr və ya doktor dərəcəsini alır.
Azərbaycanda təhsil
Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili 10 yaşdan başlanır. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili, əsasən, ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir. == Tarixi == Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi. Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı. Eramızın XIII-XIV əsrlərində təhsil və elm sahəsindəki canlanma və inkişaf, bir sıra tanınmış təhsil ocaqlarının fəaliyyəti diqqəti cəlb edir. Onlardan Təbrizdə "Qazaniyyə", "Fələkiyyə", "Şeyx Kəmaləddin Xocəndi", "Dəməşqiyyə", "Qazi Şeyx Əli", "Məqsudiyyə", "Müzəffəriyyə", "Nəsriyyə" mədrəsələri geniş fəaliyyət göstərmişlər. Şənbi-Qazanda "Şəfeiyyə" və "Hənəfiyyə" mədrəsələri olmuşdur. Bakıda "Şah məscidi" yanında mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə Şeyx Səfi məqbərəsi nəzdindəki "Darül-irşad", Dərbənddə məhəllə məscidi yanındakı mədrəsənin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verirdi.
Açıq təhsil
Açıq təhsil — açıqlığa əsaslanan, tənqidi pedaqogika kimi digər təhsil hərəkatları ilə əlaqəsi olan və cəmiyyətdə geniş iştirak və inklüzivliyin tərəfdarı olan təhsil mövqeyi ilə qurulmuş təhsil hərəkatı. Açıq təhsil ənənəvi olaraq formal təhsil sistemləri vasitəsilə təklif olunan öyrənmə və təlimə çıxışı genişləndirir və adətən (lakin mütləq deyil) onlayn və distant təhsil vasitəsilə təklif olunur. "Açıq" kvalifikatoru institut əsaslı təhsildə iştirak üçün həm imkanlarına, həm də tanınmasına maneə törədə bilən problemlərin aradan qaldırılmasına aiddir. Açıqlıq və ya "açıq" təhsilin aspektlərindən biri açıq təhsil təcrübələrini dəstəkləmək üçün açıq təhsil resurslarının hazırlanması və qəbul edilməsidir. == Ümumi xüsusiyyətləri == Açıq təhsil çox vaxt cəmiyyətdə daha geniş açıqlıq hərəkatının (yəni açıq bilik, açıq hökumət, açıq giriş, açıq məlumat, açıq mənbə və açıq mədəniyyət) bir hissəsi kimi birmənalı yaxşılıq hesab olunur. Bununla belə, açıq təhsilə tənqidi yanaşmalar da işlənib hazırlanmışdır. Bunlar açıqlıq kontekstlərinin nüanslı tədqiqi, iştirak, güc və sosial ədalət məsələlərinə diqqət, açıq və qapalı ikiliklərdən kənara çıxma, eləcə də açıq təhsilin formal və qeyri-rəsmi formaları, müəllimlər və tələbələr arasında münasibətlərin araşdırılmasının fərqli perspektivləri və ehtiyacını vurğulayır. Təhsildə açıqlıq həm başa düşülən, həm də çox qatlı və ölçüləri olan mübahisəli termin hesab olunur. Bu, adaptiv, çevik və inkişaf edən bir konsepsiya kimi xarakterizə edilə bilər. Təhsildə açıqlığın tərəfdarları iddia edirlər ki, açıq təhsilin faydalarını tam dərk etmək üçün diqqəti açıq təhsil təcrübələrinə (OEP) yönəltmək lazımdır.
Baza təhsil
Başqırdıstanda təhsil
Başqırdıstanda təhsil — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının təhsil sistemi. Başqırdıstanda 3,3 min ümumtəhsil məktəbi, 76 orta ixtisas təhsili müəssisəsi, o cümlədən Ufada 1922-ci ildən fəaliyyət göstərən İncəsənət məktəbi və 1986-cı ildən fəaliyyət göstərən Xoreoqrafiya məktəbləri vardır. Ölkənin ən iri ali məktəbləri 1957-ci ildən fəaliyyət göstərən Başqırdıstan Dövlət Universiteti, 1930-cu ildən fəaliyyət göstərən Aqrar Universitet, 1932-ci ildən fəaliyyət göstərən Tibb Universiteti, 1948-ci ildən fəaliyyət göstərən Neft Texniki Universiteti, 1932-ci ildən fəaliyyət göstərən Aviasiya Texniki Universiteti; 1968-ci ildən Ufada fəaliyyət göstərən İncəsənət İnstitutu, 1970-ci ildən Ufada fəaliyyət göstərən Hüquq İnstitutu; 1952-ci ildən Birskdə, 1954-cü ildən isə Sterlitamakda fəaliyyət göstərən pedaqoji institutlar, 1983-cü ildən fəaliyyət göstərən Təyyarəçilərin Ali Hərbi Aviasiya Məktəbi və digərləri var. 1951–1987-ci illərdə Ufa Elmi Mərkəzi olmuş qurum sonradan Rusiya EA Ural Şöbəsinin Elmi Mərkəzi adlandırılmışdır. Bundan başqa ölkədə Rusiya EA-nın elmi tədqiqat institutları da var. Başqırdıstan Respublikası Hökumətinin İcra şöbəsinə daxil olan Təhsil Nazirliyi başqırd dilini xilas və inkişaf etdirmə, Başqırdıstanda təhsilin gücləndirilməsi siyasəti aparır.
Belarusda təhsil
Belarusda təhsil (belar. Адукацыя ў Беларусі) — sisteminə məktəbəqədər tərbiyə, ümumi baza, ümumi orta, peşə-texniki, orta ixtisas, ali və ali təhsildən sonrakı təhsil daxildir. 15 yaşdan yuxarı əhalinin savadlılıq səviyyəsi 99,7% təşkil edir (2004). == Məktəbəqədər təhsil == Məktəbəqədər yaşlı (1–6 yaş) uşaqlar üçün körpələr evi, uşaq bağçaları, məktəbəqədər yaşlı uşaqlar üçün inkişaf mərkəzləri, uşaq bağça-məktəbləri fəaliyyət göstərir. 2003/04 tədris ilində 5 yaşlı uşaqların 100%-i məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuşlar. == Ümumi orta təhsil == Ümumi orta təhsil ibtidai, baza və axşam (növbəli) ümumtəhsil məktəbləri, gimnaziyalar, liseylər, internat-məktəblər, sanatoriya internat-məktəbləri, pedaqoji tədris kompleksləri tərəfindən həyata keçirilir. Ümumi orta təhsil müəssisələrində (təhsil müddəti 12 ildir) lisey və gimnaziya sinifləri, həmçinin ayrı-ayrı fənləri dərindən öyrədən siniflər təşkil olunmuşdur. 4408 orta ümum təhsil müəssisəsində 1369 min şagird təhsil alır (2004). Orta ixtisas təhsili texnikum, kollec və peşə-texniki məktəblərində həyata keçirilir (204 orta ixtisas təhsili müəssisəsində 162 mindən çox şagird təhsil alır). == Ali təhsil == Ali təhsil sisteminə klassik universitetlər, profilli universitetlər (akademiyalar), inistitutlar və ali kolleclər daxildir.
Belçikada təhsil
Belçikada təhsil — Avropanın ən qabaqcıl təhsil sistemlərindən biri. == Ali təhsil sistemi == === Ümumi prnsiplər === Belçika ali təhsil sistemi üçün xarakterik ənənə tədris prosesi ilə elmi tədqiqatların sıx bağlılığıdır. Universitetlərin büdcəsinin 40% elmi tədqiqatlara ayrılır. Onun maliyyələşməsi Sənaye və Kənd təsərrüfatında Elmi Tədqiqatlara dəstək İnstitutuna dövlət və nazirliklərdən ayırmalar və müxtəlif şirkət, fond və təşkilatlardan könüllü yardım xətti ilə gedir. Belçikanın ali təhsil sisteminin qədim tarixi vardır. İlk universitet – Luven Katolik Universiteti 1425-ci ildə yaranıb. Вu 1517-ci ildə Erazm Rotterdam Luvendə Üç Dil Məktəbi (ivrit, latın və yunan dilləri) yaradır. Buna bənzər məktəb – Paris Fransız Kolleci sonradan yaranır. === Xüsusiyyətləri === Belçikada ali təhsil iki yarımsistem üzərində qurulub. Onlar müvafiq olaraq fransız dilli və flamand dilli vilayətlərin təhsil nazirliklərinə tabedirlər.
Distant təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Ekoloji təhsil
Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsildir. == Ekoloji təhsil == Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ətraf mühitin keyfiyyeti, sağlamlığı — insanın əsas hüququnu və sivilizasiyanın inkişafının əsas məqsədini müəyyən edir. İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii zəminsiz bütün sosial məsələlər öz əhəmiyyətini itirir. Ona görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla kifayətlənməməli, onun əsas hissəsinə çevrilməlidir. Əgər ədəbiyyat və tarix mədəni dəyərlərin, təbiətşünaslıq təbii qanunauyğunluğun mənimsənilməsi üçün lazımdırsa, ekoloji təhsil təbiətə həqiqi insani münasibətin formasındın ötrüdür, spesifik sosial-təbii qanunauyğunluqları və davranışların normativlərini mənimsəmək üçündür. Bununla da gələcəkdə insanın mövcudluğu və inkişafı mümükündür. Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək qarşısında məsuliyyət hissinin olmaması ekoloji böhranların mənbəyidir. Ali və orta məktəb məzunlarında və bütövlükdə əhalidə təbiətə istehlak münasibəti mövcuddur; əhali arasında ətraf mühiti öyrənmək, onun yaxşılaşdırılmasında iştirak etmək tələbi de öz inkişafını tapmamışdır. Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır.
Təhlil
Аnaliz (yunanca ἀνάλυσις "çürümə , parçalanma") — hər-hansı vahidin (əşya, hal, proses və ya obyekt lər arasındakı münasibətlərin) nəzəri və ya real şəkildə tərkib hissələrinə bölünməsi. Bölünmə insanın idrak və ya praktiki fəaliyyəti üçün lazım olur., Sintezlə birgə analiz metodu tədqiqat obyekti haqqında tam və lazım olan informasiyanı əldə etməyə inkan verir. Аnaliz tədqiqat metodu kimi aşağıdakılardır: Fəlsəfə — fəlsəfi analiz metodu. Məntiq — məntiqi analiz, qeyri-standart analiz. Kimya — analitik kimya, struktur analizi. Tibb — tibbi analiz, qan anlizi, sidik analizi, ifrazat analizi. Riyaziyyat — riyazi analiz, funksional analiz. İqtisadiyyat — iqtisadi analiz, maliyyə analizi.
Təmsil
Təmsil (danışıq dilində - Məsəl) — epik növün ən qədim janrlarından biri. Bitki və heyvanların insanların xüsusiyyətləri ilə təsviridir və həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn: M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir: Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.
Müəssisə
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir. Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. == Müəssisənin quruluşu == Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir.
Müəssisənin quruluşu
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir. Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. == Müəssisənin quruluşu == Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir.
1C: Müəssisə
1C: Müəssisə — Rusiyanın "1C" şirkəti tərəfindən yaradılmış proqram məhsuludur. Müəssisənin fəaliyyətini avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş proqram müxtəlif fəaliyyət təyinatlı və istənilən sahibkar forması olan müəssisə və təşkilatların uçot prosesinin avtomatlaşdırılmasında geniş imkanlar verir.
Törəmə müəssisə
Törəmə müəssisə — başqa bir şirkətə məxsus və ya başqa bir şirkətin idarə etdiyi bir şirkət və ya təşkilatdır. Filiallar iş həyatının ümumi bir xüsusiyyətidir və bütün transmilli şirkətlər öz fəaliyyətlərini bu şəkildə idarə edirlər. == Haqqında == Başqa bir (əsas) iş ortaqlığı və ya bir şirkət, nizamnamə kapitalında üstün iştirak səbəbi ilə və ya onlar arasında bağlanmış müqaviləyə uyğun olaraq və ya başqa bir şirkətin qəbul etdiyi qərarları müəyyən etmək imkanına malik olduqda hüquqi mövqedə olan bir iş şirkəti (Maddə 67.3) Rusiya Federasiyasının Mülki Məcəlləsi). İqtisadi baxımdan törəmə müəssisə, əmlakının bir hissəsini tam iqtisadi yurisdiksiyaya verərək başqa bir müəssisə (təsisçi) tərəfindən hüquqi şəxs kimi yaradılan bir müəssisədir. Törəmə müəssisənin təsisçisi cəmiyyətin nizamnaməsini təsdiq edir, rəhbərini təyin edir və şirkət haqqında qanunvericilik aktlarında nəzərdə tutulmuş törəmə müəssisəyə münasibətdə digər sahibkar hüquqlarını həyata keçirir. == Nəzarət == === Ümumi === "Nəzarət" sözü və onun törəmələri fərqli məzmunlarda fərqli mənalara sahib ola bilərlər. Bu anlayışlar qanunun müxtəlif sahələrində (məsələn, korporativ hüquq, rəqabət hüququ, kapital bazarları haqqında qanun) və ya mühasibatlıqda fərqli mənalara sahib ola bilər. Məsələn, A şirkəti B şirkətinin səhmlərini satın alırsa, əməliyyatın birləşmə nəzarətinə məruz qalmaması olduqca mümkündür (çünki şirkətin B şirkətinin rəqabət qanunlarına uyğun olaraq səhmlərin satın alınmasından əvvəl idarə olunduğuna inanılırdı), lakin eyni zamanda A şirkətindən Müvafiq mühasibat qaydalarına uyğun olaraq B Müəssisəsini maliyyə hesabatlarına birləşdirməyə başlamağınız lazım ola bilər (satın alınmadan əvvəl mühasibat uçotu məqsədləri üçün ortaq müəssisə kimi istifadə edildiyi üçün). Nəzarət birbaşa ola bilər (məsələn, əsas ana müəssisə birbaşa birinci dərəcəli törəmə müəssisəni idarə edir) və ya dolayı (məsələn, son ana ikinci və aşağı səviyyəli törəmə şirkətləri dolayı yolla birinci səviyyəli törəmə şirkətlər vasitəsilə idarə edir). == İstinadlar == == Ədəbiyyat == rus dilində Борисов А. Б. Большой экономический словарь.
Müəssisə iqtisadiyyatı
Müəssisə iqtisadiyyatı (alm. Betriebswirtschaftslehre‎) — müəssisənin fəaliyyəti zamanı iqtisadi qərarların işlənib hazırlanması və qəbul edilməsi prosesi ilə bağlı biliklər sistemi. == Tərifi == Müəssisənin iqtisadiyyatı müəssisənin fəaliyyəti zamanı iqtisadi qərarların işlənib hazırlanması və qəbul edilməsi prosesi ilə bağlı biliklər sistemidir. Müəssisə müstəqil təsərrüfat subyektidir, məqsədi sosial tələbatları ödəmək və mənfəət əldə etməkdir. Müəssisə bazar iqtisadiyyatının əsas həlqəsidir. Məhz müəssisə əmtəə və xidmətlərin əsas istehsalçısı, digər subyektlərlə müxtəlif iqtisadi münasibətlərə girən əsas bazar subyektidir. Buna görə də müəssisənin iqtisadiyyatı müəssisənin təsərrüfat fəaliyyətinin idarə edilməsi üçün bilik və üsullar sistemi kimi istənilən iqtisadi sistemdə istehsalın təşkili və səmərənin bölüşdürülməsində mühüm yer tutur. Həm iqtisadçıların, həm də gələcək mühəndis və qeyri-iqtisadçıların hazırlanmasında müəssisənin iqtisadiyyatının öyrənilməsinə böyük diqqət yetirilir. Müəssisənin iqtisadiyyatı mikroiqtisadiyyat və makroiqtisadiyyatla sıx bağlıdır, lakin onlarla eyni deyil. Mikroiqtisadiyyatdan fərq ondadır ki, mikroiqtisadi təhlil bazarın ayrı-ayrı müəssisəyə təsirini öyrənir və əslində müəssisə səviyyəsində iqtisadiyyatın və istehsalın təşkilinin öyrənilməsi deyil.