AXUND

qazax dilində "el sənətkarı" mənasında olan "akun" (aşıq) sözündəndir. Orta Asiya, Qazaxıstan, İran və Azərbaycanda xüsusi təhsil almış din xadimlərinə verilən dini rütbə.
AXUN
AKIM
OBASTAN VİKİ
Həsən Axund
Məhəmməd Həsən Axund (dəri محمد حسن اخوند; puşt. محمد حسن اخوند; ən tezi 1945 və ən geci 1958, Pənçvaiyə rayonu[d], Əfqanıstan krallığı[d]) — əfqan molla, siyasətçi və Taliban lideri, hazırda Əfqanıstanın Baş naziri. == Həyatı == Axund Əfqanıstanın cənubundandır. BMT Təhlükəsizlik Şurasının məlumatlarına görə, o, doğulduğu vaxt Pənçvayi rayonunda olan, lakin Əfqanıstan Krallığının Qəndəhar vilayətinin Zari rayonunda yerləşən Paşmulda anadan olub. BMT onun doğum ilini 1945–1950 və 1955–1958 olmaqla təxmin edir. "Əl-Cəzirə" deyir ki, Axundun puştun nəsli 1747-ci ildə Dürranilər İmperiyasının banisi Əhməd xan Abdalidən gəlir. Əfqanıstanda müxtəlif islam seminariyalarında təhsil alıb. Bir çox Taliban liderlərindən fərqli olaraq, axund Sovet-Əfqan müharibəsində iştirak etməyib. Axund İslamla bağlı bir neçə əsərin müəllifidir. "BBC News"-un məlumatına görə, o, hərbi deyil, dini aspektlər tərəfindən Talibanda nüfuza malikdir.
Hacıbaba Axund məscidi
Hacıbaba Axund məscidi — Quba rayonu ərazisində məscid. Hacıbaba Axund məscidi XIX əsrin əvvəllərində Rəcəb ayının 25-də Hacı Cəfər tərəfindən tikilmişdir. Məscid bişmiş kərpicdən inşa olunmuşdur. Məscid dörd otaqdan ibarətdir. Məscid planda dördbucaqlı olub, əsas ibadət zalından və önündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib. Əsas zalın ortasında tavan örtüyünü saxlamaqdan ötrü iki ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir.Məscidin günbəzi xaricdən ağ dəmir ilə örtülmüşdür.
Axund
Axund (fars. آخوند‎) — Əsasən İran, Əfqanıstan, Tacikistan, Pakistan, Banqladeş və Azərbaycanda İslam alimləri və din xadimləri üçün verilən fars mənşəli addır. Müsəlman din xadimlərinə verilən digər bənzər adlar şeyx,molla və imamdır. Məscid İmamı və digər müsəlman ruhanilər üçün standart Çin sözü "ahoong" xüsusilə Hui xalqı tərəfindən istifadə olunur və bu termindən gəlir.
Axund Bozavənd
Axund Buzovand — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8–9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xəzər türk tayfasından olan bozal etnonimində öz əksini tapan bus etnonimi ilə türk mənşəli abant etnoniminin birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən «axund» dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Axund Buzovand

Natiq Axund
Natiq Axund (15 fevral 1975, Lənkəran) — azərbaycanlı kino-rejissor, prodüser, ssenarist və aktyor. == Həyatı == Natiq Namiq oğlu Axundov 15 fevral 1975-ci ildə Azərbaycan SSR-in Lənkəran şəhərində musiqiçi ailəsində anadan olub. Lənkəran şəhər 1 nömrəli məktəbdə təhsil almış, 1994-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub. Humanitar fakültəsində, Tarix ixtisası üzrə təhsil alıb. Tələbəlik illərindən ictimai, ölkədə tanınmış şən və hazırcavablar klubu (kvn) olan "Lumu" komandasının kapitanı olmuşdur. 1998-ci ildə LDU-nu bitirmiş, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino fakültəsinin "Kinorejissorluq" ixtisasına daxil olub. Kurs rəhbəri kinorejissor Eldar Quliyev olub. 1998-ci ildən etibarən Bakıda yaşamış və rejissorluq sənəti üzrə fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışmağa başlayıb.
Axund Cavad Nardarani
Axund Cavad Nardarani — din alimi == Həyatı == Axund Cavad Talıbzadə Molla Talıb oğlu Nardaran kəndində 1845–46-cı illərdə ruhani ailəsində dünyaya göz açıb. Atası Molla Talıb öz zəmanəsinin məşhur və savadlı ruhanilərindən biri olub. İlk təhsilini doğma kəndində atasından alan Axund Cavad ağa İranın Qum şəhərinə yollanır. Bir müddət orada təhsil alan Axund Cavad ağa elmin mərkəzi olan Nəcəfül-Əşrəfə getmək qərarına gəlir. О zamanın məşhur alimlərinin dərslərində iştirak edir və bir sıra dini və dünyəvi elmlərə yiyələnən Axund Cavad Nardarani vətənə qayıdır. Qafqaz müsəlmanları tərəfindən 1902-ci ildə Bakı şəhərinin Cümə məscidinə axund və qazi təyin edilir. 17 ilə yaxın burada fəaliyyət göstərir. Sonralar Axund Cavad Nardarani öz ailəsilə birgə Nəcəfül-Əşrəf şəhərinə hicrət edir və ömrünün axırına qədər orada yaşayıb dini fəaliyyət göstərmişdir. Yaşlıların söylədiklərinə görə Axund Cavad ağa İmam Xomeyninin (r) ustadı olmuşdur. 1950-ci ildə Nəcəfdə dünyasını dəyişən Axund Cavad Nardarani Həzrət Əlinin (ə) ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda dəfn olunub.
Axund Hacı Mövlazadə
Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi — Qafqaz müsəlmanlarının VI Şeyxülislamı, azərbaycanlı din alimi. Məhəmməd Mövlazadə Quranı Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri hesab edilir, həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir. == Həyatı == Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir. 1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır.
Axund Molla Mustafa
Axund Molla Zülfüqar
Axund Mustafa Talıbzadə
Axund Mustafa Axund Süleyman oğlu Talıbzadə — din xadimi, axund, Tiflis qazısının və Zaqafqaziya şeyxülislamının müavini. Abdulla Şaiq və Yusif Ziya Talıbzadənin atası. == Həyatı == Mustafa Talıbzadə 1842-ci ildə Borçalı mahalının Sarvan kəndində anadan olub. Ali dini təhsilini Təbrizdə Hacı Səfərəli mədrəsəsində bitirib, 1871-ci ildə dini elmlərin tam kursunu başa vurması haqqında sənəd alıb. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra 1873-cü il dekabrın 12-də Şiə Ruhani İdarəsində imtahan verərək axund rütbəsinə layiq görülüb. 1874-cü il martın 1-də Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilib, məktəb və dərsliklərin yazılması işinə nəzarət edib. 1881-ci ildə şəriət dərsliyini yazmaq, 1882-ci il martın 6-da isə ona Şiə Ruhani İdarəsinin üzvü vəzifəsini icra etmək tapşırılıb. Daha sonra isə Ruhani idarəsinin nəzdindəki "Əli məktəbində" müəllimlik etməyə başlayıb. Axund Mustafa Talıbzadə 1881-ci ilədək Tiflis qazısının müavini, sonra isə Qafqaz müsəlmanlarının şeyxülislamı Əhməd Səlyaninin müavini olub. 1900-cu il aprelin 22-də senator, general-adyutant knyaz Qriqori Qolitsının əmri ilə Axund Mustafa Talıbzadə Şiə Ruhani idarəsinin üzvü vəzifəsindən və başqa xidməti işlərindən azad edilib.
Axund Məhəmməd Hənifə
Axund Yusif Talıbzadə
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az.-əski. یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb.
Axund Əbil sərdabəsi
Axund Əbil sərdabəsi — Novxanı kəndində yerləşən qəbirstanlığında qəbirlərin əhatəsində yerləşən sərdaba. Sərdabə kürsü üzərində inşa edilmişdir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili səkkiz bucaqlı piramida şəkilli günbəzlə tamamlanır. Abşeronda səkkiz bucaqlı çadıra bənzər günbəzlə tamamlanmış sərdaba nadir tapıntıdır. Ölçüləri 3.80 x 3.80 m-dir. Tikilinin təxminən 1850-1870-ci illərdə inşa edilməsi ehtimal edilir. Burada kəndin axundu Axund Əbil dəfn olunmuşdur.
Qazıyevlər (Axund Həsən)
Qazıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Soyun ulu babası Axund Həsən qazıdır. Axund Həsən qazının Cabbar bəy adlı oğlu vardı. Qazıyevlər nəsli böyük bir hissəsi artıq Türkiyədədir. Türkiyədə onların soyadı Kadıoğlu kimi gedir. Türklər Qazıya Kadı deyirlər. == Soyun tanınmış nümayəndələri == Mirzə Cabbar bəy Həsən oğlu Qazıyev — xanəndə, İrəvan Şəhər Dumasının üzvü. Məmməd bəy Lütfəli bəy oğlu Qazıyev — Azərbaycan müəllimi. Uluxanlı məktəbinin müdiri. Lütfəli bəy Molla Kərim oğlu Qazıyev — İrəvan şəhər dumasının üzvü.
Qazıyevlər (Axund Xəlil)
Qazıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. İrəvan zadəgan nəslindəndirlər. == Soyun yaranması == Soyun ulu babası Axund Xəlil qazıdır. Axund Xəlil Kərim oğlu Qazızadə (1815–1884) 17 il İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmuş Axund Xəlil qazının Abdulla, Həsən bəy Qaziyev adlı oğlanları vardı. Axund Molla Xəlil Qazızadə və oğlu Molla Abdulla Qazızadə İrəvan Quberniya Ruhani Məclisinin üzvü olmuşdular. Qazıyevlərin İrəvan quberniyasında Reyhanlı adlı mülkləri vardı. 1875-ci ildən 1900-cü ilədək İrəvanda müqəddəs Nina qız məktəbində təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi. Qızların acı taleyi, həyat və müqəddəratı cəmiyyətin bütün tərəqqipərvər üzvlərini düşündürürdü. == Soyun tanınmış nümayəndələri == Molla Məhəmmədbağır Qazızadə — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq.
Axund Abuturab türbəsi
Axund Abuturab türbəsi — Azərbaycanda Mərdəkan qəsəbəsində yerləşən 1908-ci ilə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, türbə. Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Mirzə Əbu Turab Axundzadə 1817-ci ildə Bakının Əmircan kəndində anadan olub. İlk təhsilini Bakıda, Mirzə Həsib Qüdsinin mədrəsəsində alıb. Daha sonra isə Mədinədə və Bağdadda təhsil alıb. Ərəb, fars, türk və rus dillərini bilib. Əbu Turabın təşəbbüsü ilə Əmircan kəndində ilk qızlar mədrəsəsi açılıb. Həyat qəzetində müxtəlif məqalələrlə çıxış edib. 1908-ci ildə dünyasını dəyişib və Mərdəkanda dəfn edilib. Elə həmin ildə Murtuza Muxtarovun sifarişi ilə İosif Ploşkonun layihəsi əsasında Mirzə Əbu Turab Axundzadənin məzarının üzərində türbə ucaldılıb.
Təzəkənd-i Axund (Mərənd)
Təzəkənd-i Axund (fars. تازه كنداخوند‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,832 nəfər yaşayır (653 ailə).
Şeyx Qəni Axund Badkubeyi
Ayətullah Şeyx Qəni Axund Badkubeyi (1881, Bakı – 1931, Bakı) — alim. == Həyatı == 1881-ci ildə Bakı şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Abdulla oğlunu bir ruhani kimi görmək istəyirdi. Elə bu məqsədlə onu mollaxanaya qoyur. Bir sıra elmlərdən xəbərdar olan Şeyx Qəni Içəri Şəhərdəki "Sınıqqala" adı ilə tanınan Məhəmməd məscidinin nəzdindəki Mirzə Həsib Qüdsinin mədrəsəsinə daxil olur. Dərin istedada və zəkaya maik olan Şeyx Qəni Axund ilahiyyat elmləri ilə yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, tarixi, astranomiyanı və s. elmləri öyrənir. Bir müddət doğma şəhərində təhsil alan şeyx Qəni Axund, Zöhrə adlı xanımla ailə həyatı qurur və İranın Qum şəhərinə getmək qərarına gəlir. Dörd ildən artıq Qum şəhərində təhsil alan Şeyx Qəni Axund oradan İraqın Kərbəla şəhərinə yollanır. Tələbəlik illərində Həcc ziyarətində olur.
Şeyxülislam Axund Ağa Əlizadə
Ağa Cavad oğlu Əlizadə (əsl adı: Zeynalabdin Molla Cavad oğlu Ağaəlizadə; 22 oktyabr 1871, Bakı – 1954, Bakı və ya Azərbaycan SSR) — Qafqaz müsəlmanlarının VIII, Azərbaycan Cümhuriyyətinin (1918–1920) ilk şeyxülislamı. == Həyatı == Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə 1871-ci il oktyabrın 22-də Bakının Pirşağı qəsəbəsində, ruhani ailəsində anadan olmuşdur. Atası Axund Hacı Məhəmməd Cavad dövrünün çox tanınmış din xadimlərindən və hörmətli ziyalılarında biri olmuşdur. Gəncliyində Ağa Əlizadə ali dini təhsil almaq üçün Bağdada göndərilir. Bağdad Universitetinin ilahiyyat fakultəsini bitirdikdən sonra Nəcəf şəhərindəki Ali Dini Universitetə oxumağa gedir. === Dini fəaliyyəti === 1896-cı ildə 25 yaşında Nəcəfdə Dini Universitetdə təhsili böyük uğurla başa vurub "Axund" rütbəsi qazanan Ağa Əlizadə doğma vətəninə qayıdır və İçərişəhər məhəllə məscidlərindən birinə təyinat alır. 1903-cü ildə 32 yaşında Təzəpir məscidinə axund təyin edilir. 1904-cü ildə Axund Ağa Qafqaz müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçildi. 1907-ci ilin yayında Ağa Əlizadə Bakıda "Səadət" Müsəlman Ruhani Cəmiyyəti yaratdı və onun sədri seçildi. Cəmiyyətin fəaliyyətində yazıçı Nəcəf bəy Vəzirov, miliyonçular İsa bəy Aşurbəyov, Zeynalabidin Tağıyev və başqa elm, mədəniyyət və din xadimləri də fəal iştirak edirdilər.
Şeyxülislam Axund Mirmehdi Həkimzadə
Şeyx Mirmöhsün Həkimzadə (1882, Şamaxı – 1967, Bakı) — Qafqaz müsəlmanlarının IX Şeyxülislamı. == Həyatı == Şeyx Mirmöhsün Şeyx Əli oğlu Həkimzadə 1882-ci ildə Şamaxıda, İmamlı məhəlləsində dünyaya gəlmişdir. İlk ibtidai təhsilini evdə atasının yanında almışdır. Daha sonra təhsilini davam etdirmək üçün Məşhəd, Xorasan və Nəcəfə göndərilir. Yeddi il Məşhəd şəhərində mükəmməl təhsil aldıqdan sonra əvvəlcə axundluq, sonralar isə şeyxlik rütbəsinə layiq görülür. 1914-cü ildə təhsilini başa vurub Şamaxıya qayıdan Mirmöhsün Həkimzadə atasının ən yaxın köməkçisinə çevrilmişdir. === Axundluq fəaliyyəti === Zaqafqaziya şeyxülislamın xüsusi sərəncamı ilə Şamaxı şəhərinin "İmamlı" məscidinin axundu təyin edilir. 1918-ci ilin mart ayında Stepan Lalayanın dəstəsinin Şamaxıya hücumu zamanı Mirmöhsün Həkimzadə də anasını götürüb Şamaxıdan çıxır və Qalaqayına gedir. === Sovet dövrü === 1928-ci ildə Mirmöhsün Həkimzadənin evində yoxlamalar aparılır. Zinət əşyaları müsadirə edilir, özünü isə qiymətli əsərləri ilə birlikdə Bakıya aparılır.
Şeyxülislam Axund Mirqəzənfər İbrahimov
Axund Mirqəzənfər İbrahimov (1909, Bakı – 1979, Bakı) — Qafqaz müsəlmanlarının XI Şeyxülislamı. Ali dini təhsil almayan yeganə şeyxülislamdır. == Həyatı == Mirqəzənfər İbrahimov 1909-cu ildə anadan olmuşdur. Gəncliyində daha çox dünyəvi elmlərə meyl etmiş, gənc yaşlarında bir müddət polis orqanlarında çalışmışdır. Daha sonralar Şeyxülislam Əliağa Süleymanzadənin qəbulunda olmuş, onun yoxlamasından və imtahanlarında uğurla çıxaraq bir müddət Quba məscidində axundluq etmiş, sonralar isə Gəncə məscidinə axund göndərilmişdir. Axund Mirqəzənfər İbrahimov daha sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini vəzifəsində çalışmışdir. Molla Əliağa Süleymanzadənin vəfatından sonra 1976-cı ildə Zaqafqaziya müsəlmanlarının 2 il sədri olmamışdır. Axund Mirqəzənfər İbrahimovun namizədliyi irəli sürülür və 1978-ildə çağırılmış Zaqafqaziya müsəlmanlarının 7-ci qurultayında Göyçay məscidinin axundu olan Mirqəzənfər İbrahimov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin yeni sədri — şeyxülislam seçilmişdi. == İdeologiyası == Mirqəzənfər İbrahimov Marksizm-Leninizm nəzəriyyəsinin İslamın mövqeyinə tamamilə uyğun gəldiyini iddia edir, Sovet dövlətinin milli məsələ haqqında siyasətini İslam dininin "İslam təlimi qarşısında vahid olan beynəlxalq islamiyyət vardır, İslam bayrağı altında bütün millətlərin birliyi və qardaşlığı mövcuddur" prinsipi ilə eyniləşdirirdi. Onun fikrincə, sovet xalqları o halda mehriban qonşuluq şəraitində yaşaya bilərlər ki, hamılıqla İslam dinini qəbul etsinlər.
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə
Axund Məhəmmədəli Hüseynzadə (1760, Salyan – 1852, Tiflis) — Qafqaz müsəlmanlarının ilk şeyxülislamı. 1823-cü ildə Zaqafqaziya şiələrinə dini başçılıq etmək üçün Rusiya imperiyası tərəfindən təsis edilən ilk şeyxülislam rütbəsinə təyin edilib. O, Azərbaycan publisisti, rəssam və yazıçısı Əli bəy Hüseynzadənin ana tərəfdən babasıdır. Şeyxülislam 1852-ci ilə kimi Zaqafqaziya Ali Ruhani İdarəsinə rəhbərlik edib. Dini idarə o zaman Qafqazın iqtisadi və siyasi mərkəzi olan Tiflis şəhərində yerləşirdi. == Həyatı == Məhəmmədəli Hüseynzadə 1760-cı ildə Salyanda doğulmuşdur. Salyan və Gəncə şəhərində ibtidai dini təhsil almış, 1790-cı ildə İraqa getmiş, Bağdad Universitetinin ilahiyyat və tarix fakultələrini bitirmişdir. Təhsilini başa vurduqdan sonra 1802-ci ildə Tiflisə gəlir və Şah Abbas məscidinə axund təyin edilir. Uzun illər bu vəzifədə işləməklə təkcə Tifilisdə deyil, Şərqi və Qərbi Azərbaycan, Borçalı, Dağıstan əyalətlərində nüfuz sahibinə çevrilir. Məhz bu nüfuzun və hörmətin sayəsində 1823-cü ildə Qafqazın ilk Şeyxülislamı olur.
Şeyxülislam Axund Əbdüssəlam Axundzadə
Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu — Qafqaz müsəlmanlarının V Şeyxülislamı, din müəllim, yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən olmuş Rəşid bəy Axundzadənin atası, Ənvər Qasımzadə, Elbay Qasımzadənın qohumu, Fidan Qasımova və Xuraman Qasımovanın qohumu. == Həyatı == Əbdüssəlam Axundzadə 1843-cü ildə Salyanda doğulub. Atası din xadimi Axund Vəliməmməd, anası isə Xanım Əliverdi qızı olmuşdur. İlk təhsilini atasından alıb, az müddətdə fars və ərəb dillərində yazıb oxumağı öyrənib. O, bu təhsilini Salyan və Şamaxı şəhərlərində almışdır. 1861–1868-ci illərdə Tiflisə gedərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən bu şəhərdə açılmış dini mədrəsədə ərəb və fars dillərində elm tədris etmış, Tiflis şəhərinin Qorqasali küçəsində yaşamışdır. Gürcüstanın Qori Seminariyasında 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında Şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi. Beləliklə, o, 28 iyul 1880-ci ildə rəsmi şəkildə Qori Müəllimlər Seminariyasına müəllim kimi təyin edilmişdir. 1883-cü ilə kimi Qori seminariyasında pedaqoji fəaliyyətini davam etdirmişdir.
Şeyxülislam Axund Əhməd Hüseynzadə
Şeyx Əhməd Salyani və ya Əhməd Hüseynzadə (tam adı: Əhməd Məhəmmədəli oğlu Hüseynzadə; 1812, Salyan – 1887, Tiflis) — azərbaycanlı ilahiyyatçı alim; Qafqaz müsəlmanlarının III şeyxülislamı (1862–1884). Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır. == Həyatı == Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz Müsəlman Ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrlə qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur. Ərəb və fars dillərini mükəmməl bilib. === Şeyxülislamlıq === 1862-ci ildə imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona diyarın gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təsdiq etmişdi. 1872-ci aprelin 5-də Zaqafqaziya Şiə müsəlmanları Ruhani İdarəsi və Zaqafqaziya Sünni müsəlmanları Ruhani İdarəsi yaradıldı və yeni ştat cədvəlləri əsasında idarə aparatları formalaşdırıldı. Bundan sonra Əhməd Hüseynzadənin fəaliyyəti genişləndirildi və vəzifə səlahiyyətləri bir qədər artırıldı. Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdır.
Hacı Səlim Axundzadə
Hacı Səlim Axundzadə (tam adı: Hacı Mirzə Səlim Mirzə İsmayıl Qasir oğlu Axundzadə; 1872, Lənkəran, Lənkəran qəzası – 15 dekabr 1930, Ənzəli, Gilan ostanı) – ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Hacı Səlim Axundzadə 1872-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Hacı Mirzə Səlim ilk təhsilini atasının dərs dədiyi məktəbdə alır. O, atasın Mirzə İsmayıl Qasirin 1805–1900-cu illərdə açdığı "Üsuli-cədid"də fars və ərəb dillərini öyrənəndən sonra o dövrdə Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Sonra dini təhsil almaq məqsədilə Ərdəbil, Zəncan və Nəcəf şəhərlərinə gedir və ilahiyyat elmlərinə yiyələnir. Onun bu təhsili düz 8 il davam edir. Aprel işğalından (1920) İranın Ənzəli şəhərinə köçmüş, orada hökumət məktəbində şəriətdən dərs demişdi. Hacı Mirzə Səlim Axundzadə 1930-cu il dekabrın 15-də, 58 yaşında vəfat edir. Onu Ənzəlidə torpağa tapşırırlar. == Ailəsi == Hacı Səlim Axundzadə 42 yaşında evlənəndən sonra Ayişə və Cəmilə adında iki qız övladı dünyaya gəlir.
Hacı İbrahim ağa Axundov
Haybatulla Axundzadə
Hüseyn Axundov
Hüseyn Axundov (rəssam) (1921—2015) — Rusiya və Azərbaycan rəssamlıq və kino sənətinin görkəmli nümayəndəsidir. Hüseyn Axundov (siyasətçi) (1922—1986) — siyasi və ictimai xadim.
Hüseyn Axundov (rəssam)
Hüseyn Məmməd oğlu Axundov (28 aprel 1921, Balaxanı, Bakı qəzası – 6 fevral 2015, Moskva) — Rusiya və Azərbaycan rəssamlıq və kino sənətinin nümayəndəsidir. == Həyatı == İkinci Dünya müharibəsi veteranı, rəssam Hüseyn Məmməd oğlu Axundov 28 aprel 1921-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 7 yaşında olanda bacısı onu rəssamlıq məktəbinə yazdırıb. Kiçik Hüseyn Axundov Mikayıl Abdullayev, Ağa Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad incəsənət insititutunun kinorejissorluq fakültəsinə daxil olub. İmtahan zamanı çəkdiyi şəkil imtahan komissiyasının üzvlərinin diqqətini cəlb edib və onlar bu gənci görmək istəyiblər. İmtanah komissiyasını heyrətləndirən azərbaycanlı gəncin o zaman cəmi 18 yaşı vardı. Hüseyn Axundov 1941-ci ildə İkinci Dünya müharibəsi başlayanda cəbhəyə yollanıb. Bir çox döyüşlərdə iştirak edib, iki dəfə ağır yaralanıb. Taleyinin, qismətinin mükafatıymış kimi, onu yaralı olduğu zaman müalicə üçün doğma Bakısındakı hospitallardan birinə göndəriblər.
Hüseyn Axundov (siyasətçi)
Hüseyn Axundov (Axundov Hüseyn (Kamal) Yusif oğlu; 1922, Saray, Bakı qəzası – 1986) — siyasi və ictimai xadim. == Həyatı == Hüseyn Axundov 1922-ci ildə Bakının Saray kəndində anadan olub. Bakı Pedaqoji texnikumunu bitirib. 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Müharibə illərində vuruşduğu hissələrdə komsomol təşkilatının katibi olan H.Axundov 1943-cü ildə Kommunist partiyasının sıralarına daxil olub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Həmin il Sumqayıt şəhər partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1956-cı ildə şəhər partiya komitəsinin katibi seçilib. 1957-59-cu illərdə Moskvada Ali Partiya Məktəbinin dinləyicisi olub. 1959-cu ildə Sumqayıt şəhər icraiyyə komitəsinin sədrinin birinci müavini təyin edilib.
Həmid Axundlu
Həmid Məmmədrəhim oğlu Axundlu (21 mart 1909 – 4 sentyabr 1964) — ictimai-siyasi xadim, yazıçı, SSRİ Yazıçılar İttifaqının üzvü (1939). == Həyatı == Axundlu Həmid Məmmədrəhim oğlu 1909-cu il mart ayının 21-də Bakının Əmircan kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Məhəmmədrəhim Axund Əmircandakı ilk rus-tatar məktəbində mütərəqqi fikirli din alimi Axund Əbu Turabın şagirdi olmuş, təhsil almışdır. Sonra İraqda ali dini təhsil almışdır. Həmid Axundlu orta təhsilini 18 №li şəhər məktəbində almışdır. Gənclik illərində Suraxanı rayon komsomol komitəsində çalışmışdır. Əmək fəaliyyətinə 1927-ci ildə kənd uşaq kitabxanasında başlamışdır. 1927-1941-ci illərdə neftçilərin mədəniyyət sarayında (indiki Səttar Bəhlulzadə adına Mədəniyyət sarayı) kitabxana müdiri, "Neft uğrunda" qəzetində məsul katib işləmişdir. Həmid Axundlu 1941-1942-ci illərdə M.C.Bağırovun təşəbbüsü ilə İran Azərbaycanında milli-mədəni və siyasi dirçəlişə yardım adı altında Cənubi Azərbaycana göndərilən xüsusi qrupun tərkibində Təbriz, Pəhləvi, Rəşt, Qəzvin, Ərdəbil şəhərlərində olmuşdur. Baş leytenant Həmid Axundlu 1942-ci ildə İrandan qayıtdıqdan sonra Mərkəzi Komitəyə, Mir Cəfər Bağırovun qəbuluna dəvət edilmişdir.
Kamal Axundov
Kamal Axundov (tam adı: Axundov Kamal (Hüseyn) Yusif oğlu; 1924 - 1986) — görkəmli azərbaycanlı dövlət xadimi. Azərbaycanın Sumqayıt şəhərinin icra katibi vəzifəsində çalışmışdır. Saray qəsəbəsində anadan olmuşdur. Babası Fətullah əslən İranın Xoy şəhərindəndir. İkinci Dünya Müharibəsi zamanı 18 yaşı tamam olmadığından mərhum qardaşı Hüseynin sənədləri ilə 18 yaşı olduğunu iddia edərək cəbhəyə yollanır. Berlinə qədər getmişdir. Dneprin forslanması əməliyyatı zamanı faşist təyyarəsini yerdən pulemotla güllələyib iki güllə yarası almışdır. Buna görə fərqlənmə və təşəkkür almışdır. Kamal Axundovun Sumqayıt şəhərinin salınmasında müstəsna xidmətləri var. Böyük qardaşı Vəli Axundov Sovet Azərbaycanının rəhbəri olmuşdur.
Kamal Yusif oğlu Axundov

Kənan Axundzadə
Leyla Axundzadə
Leyla Axundzadə — «Əməkdar incəsənət xadimi» ,pedaqoq və sənətşünas. == Həyatı == Leyla Axundzadə 1953-cü il iyun ayının 21-də anadan olmuşdur. O, ali təhsilini Moskvada M.Lomonosov adına Dövlət Universitetinin Tarix fakültəsinin sənətşünaslıq şöbəsində almışdır. 1975-ci ildə bu ali məktəbi bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət Universitetinin təsviri incəsənət şöbəsinin əməkdaşı kimi fəaliyyətə başlamış və elə buradaca sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır. Ümumiyyətlə, Leyla xanımın bu universitetdəki elmi fəaliyyəti Azərbaycanda sənətşünaslığın inkişafı ilə bağlı olmuşdur. Onun dərc etdirdiyi məqalələrdə milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması yolları araşdırılır, müasirlik ənənələrinə sədaqət nümunəsi əks olunurdu.Leyla xanım hələ 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdu. Bu, onun yaradıcılığında rəssamlıq sənətinin geniş yer alması ilə bağı idi. Milli rəssamlığın tədqiqi sahəsində Leyla xanımın elmi məqalələri olduqca əhəmiyyətlidir. Onun müasir Azərbaycan incəsənətinin problemlərindən bəhs edən 40-dan artıq elmi məqaləsi təkcə ölkəmizdə deyil, Türkiyədə, Almaniyada, İtaliyada və Rusiyada nəşr olunaraq geniş şəkildə yayılmışdır. 2000-ci ildə “Zamanın qanadları” adlı Yaradıcılıq Assosiasiyasının təsisçisi və direktoru olmuşdur.
M.F.Axundov
Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; az.-əski. میرزا فتحعلی آخوندزاده‎) və ya Mirzə Fətəli Axundzadə (12 (24) iyul 1812, Şəki – 10 (22) mart 1878, Tiflis) — Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim; Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi. Axundov həmçinin romantik və müasir İran millətçiliyinin sələflərindən biri idi. Qafqaz Arxeologiya Komissiyasının sədri (1864–1878). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Fətəli Axundzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır.
M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi. Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır. Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır. Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür. == Tarixi == === Sələfi === BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu. 1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası — Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır. Azərbaycanın ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir. Kitabxananın ümumi fondunda mühafizə olunan sənədlərin sayı təqribən 5 milyon nüsxəyə yaxındır. 1923–2007-ci illər ərzində Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondunda cəmi 1000 adda Azərbaycan dilində qəzet (bunlardan 182 adda rayon qəzeti – regional mətbuat), 427 adda rus və digər SSRİ xalqları dilində olan qəzet, bundan başqa, 696 adda Azərbaycan və 1439 adda rus dilində jurnal, 718 adda 40-a yaxın xarici dildə jurnal və 50 addan çox qəzet, həmçinin ümumilikdə 53 550 qovluq qəzet və 1 416 000 nüsxə jurnal mövcud olduğu müəyyənləşdirilmişdir. == Tarixi == Kitabxana Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir. 1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə vermişdir. 1925-ci ildə o öz fondunda 51000, 1928-ci ildə isə 300 min adda kitab, jurnal, qəzet kart və digər çap məhsullarını toplaya bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. Oxucuları 3183 nəfər: onlardan 2957-si kişi, 226-sı isə qadın olmuşdur.
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi. Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır. Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır. Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır. Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür. == Tarixi == === Sələfi === BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu. 1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.
M. F. Axundov
Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; az.-əski. میرزا فتحعلی آخوندزاده‎) və ya Mirzə Fətəli Axundzadə (12 (24) iyul 1812, Şəki – 10 (22) mart 1878, Tiflis) — Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim; Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi. Axundov həmçinin romantik və müasir İran millətçiliyinin sələflərindən biri idi. Qafqaz Arxeologiya Komissiyasının sədri (1864–1878). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Fətəli Axundzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır.
Mircavad Axundzadə
Mircavad Seyidhəsən oğlu Axundzadə (1909 – 1996) — Azərbaycanın ilk peşəkar fotoqrafı. == Həyatı == Mircavad Axundzadə 1909-cu ildə Bakının Maştağa qəsəbəsində anadan olub. Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib. Atası Seyidhesen Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Babası Axund Mirhüseyn isə İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, bununla yanaşı tarix, coğrafiya və tibb kimi dünyəvi elmlərlə də yaxından maraqlanmışdır. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq etmişdir. Oğlu Seyidağa (Mircavadın atası) H.Z.Tağıyevin “Kaspi” mətbəəsində çalışmış, ara-sıra dövri-mətbuatda məqalələri çap olunmuşdu. == Fəaliyyəti == O, 1918-ci ilin mart soyqırımlarını öz kiçik fotoaparatı ilə çəkərək ilk azərbaycanlı fotoqraf kimi tarixə düşmüşdür.Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur. Mircavad Axundzadə haqqında Şamil Nəcəfzadənin rejissorluğu ilə "Ağ-qara dünya" sənədli filmi də çəkilib.Rejissor Ş.Nəcəfzadə müsahibəsində deyib ki, filmin çəkilişinə təşəbbüs 1991-ci ildə “Yaddaş” sənədli filmlər studiyasından irəli sürülüb.
Mirzə Axundov
Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; az.-əski. میرزا فتحعلی آخوندزاده‎) və ya Mirzə Fətəli Axundzadə (12 (24) iyul 1812, Şəki – 10 (22) mart 1878, Tiflis) — Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim; Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi. Axundov həmçinin romantik və müasir İran millətçiliyinin sələflərindən biri idi. Qafqaz Arxeologiya Komissiyasının sədri (1864–1878). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Fətəli Axundzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır.
Mirzə Fətəli Axundov (1972)
== Məzmun == Tədris filmi XIX əsrdə yaşayıb yaratmış görkəmli Azərbaycan filosofu, dramaturqu, naşiri Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edir. Kinolent Azərbaycan yazıçısının həyat və yaradıcılığı ilə bağlı yerlərdə — Bakıda, Şəkidə və Tbilisidə çəkilmişdir. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Mirzə Məhəmməd Axundov
Mirzə Məhəmməd (Molla) Şükür oğlu Axundov və ya Məhərrəmov (1876, Şuşa – 21 mart 1938) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi. == Haqqında == 1876-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Əsl soyadı Məhərrəmov olmuşdur. İbtidai təhsilini atasından almışdı. Atası Qarabağın baş axundu Hacı Molla Şükür Məhərrəmzadə şərqdə İslam dinini yaxşı bilən adamlardan biriydi. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan hələ gəncliyindən Məhəmməd "Mirzə" ünvanı da daşıyırdı. Müəllimlik fəaliyyəti ilə məşğul olmuşdu. == Ailəsi == Nəvəsi Flora Qasımova — Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı.
Mirzə Məhəmməd Axundzadə
Mirzə Məhəmməd Mirzə Kərim oğlu Axundzadə (24 may 1875, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1923, Gəncə, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — maarif və teatr xadimi, şair, publisist, tərcüməçi, folklorşünas, filoloq alim, dramaturq. == Həyatı və təhsili == Mirzə Məhəmməd Axundzadə 1875-ci il mayın 24-də Gəncədə ruhani ailəsində doğulmuşdur.. İbtidai təhsilini Gəncədə Şah məscidindəki mədrəsədə almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Gəncə gimnaziyasını bitirmiş, orada müəllim işləmişdir. == Fəaliyyəti == Bir müddət Gəncə sənət məktəbində və Məktəbi-ruhaniyyədə müəllimlik etmişdir. Gəncədə "Sənayeyi-nəfisə" ədəbi dərnəyinin "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında iştirak etmişdir. Bu dövrdə "Sərfi-türki" (1897), "Əqaidi-əl Müslimin" (1908) dərsliklərini yazıb Tiflisdə çap etdirmişdir. Bu dərsliklər məktəblərdə uzun müddət tədris olunmuşdur. Klassik Avropa ədəbiyyatına dərindən bələd olduğundan, ayrı-ayrı əsərləri doğma ana dilinə tərcümə etmişdir. İlk qələm təcrübələri "Şərqi-rus" qəzetində "Axundzadə", "Gəncəli", "Hadı" imzaları ilə çıxmışdır.
Mirzə Sadıq Axundzadə
Mirzə Məmmədsadıq Axundzadə (türk. Mehmet Sadık Aran; dekabr 1895, Urud, Zəngəzur qəzası – 28 may 1971, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, yazıçı. == Həyatı == Həyatının böyük hissəsini Türkiyədə türklüyə və Azərbaycana xidmətdə keçirən, lakin təəssüf ki, şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı hələ də diqqətdən kənarda qalan siyasi-ədəbi mühacirlərdən biri də Mehmet (Məhəmməd) Sadıq Aran olub. Siyasi mühacirət nümayəndələrinin bir çoxu kimi onun da 1920-ci ildə İran üzərindən keçərək Türkiyəyə üz tutmasının əsas səbəbi Azərbaycanın müstəqilliyi uğrunda mübarizlərin sıralarına qoşulması, qısa ömürlü Azərbaycan Cümhuriyyətinin fəal tərəfdarlarından biri olması idi. Xatirələrdən də göründüyü kimi, Mehmet Sadıq Türkiyəyə gələnə qədər artıq ziyalı və siyasətçi olaraq bəlli təcrübə qazanmış, əqidə və məslək adamı kimi müəyyən yol keçmişdi. Rus, fars və ərəb dillərini bilməsi, Azərbaycan Cümhuriyyətinin Parlamentində təmsil olunması, türkçülüyün qızğın tərəfdarlarından biri kimi tanınması tezliklə onu Türkiyədəki Azərbaycan mühacirətinin ön sıralarına çıxarmışdı. Mirzə Sadıq Axundzadənin parlamentdə məhz Zəngəzuru təmsil etməsini parlamentin 11 oktyabr 1919-cu il tarixli 82 nömrəli stenoqramındakı aşağıdakı fikir sübut edir: "İclası açmadan bərayi-məlumat xəbər verirəm ki, bugünkü iclasda Zəngəzur nümayəndəsi Cəlil bəy Sultanov iştirak edir. Keçən iclasda yenə haman qəzanın nümayəndəsi olan Mirzə Sadıq Axundzadə iştirak edirdi". . Mehmet Sadıq Aran 1924–1931-ci illərdə Ankarada fəaliyyət göstərən və öz ətrafında Cümhuriyyətin Ə. Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, X. Xasməmmədli, Ş. Rüstəmbəyli, N. Şeyxzamanlı, C. Hacıbəyli, Mir Yaqub Mehdizadə və s. görkəmli nümayəndələrini birləşdirən Azərbaycan Milli Mərkəzi İdarə Heyətinin üzvü olmuşdu.

Digər lüğətlərdə