Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xanbalıq
Xanbalıq—Yuan sülaləsinin paytaxtı. Pekin şəhərinə şamil edilir. Əvvəlcə Balıq şəhəri haqqında. Bu adla üç şəhərin adı qeyd olunur. 1) Balık- islamdan çox öncə türk dilində «sığnaq, qala, şəhər»lərə verilən ad; 2) BEŞ-BALIK- Göytürklərdən uyğurlara keçən tanınmış bir türk şəhəri. 3) YANĞI BALIK və yoxud YENGİ BALIK- Uyğur şəhərlərindən biri. Ümumiyyətlə, balık komponentli oykonimlərə Orxon-Yenisey abidələrində də rast gəlirik. Bu fakt həmin oykonimin tarixiliyini göstərməklə yanaşı, geniş və müxtəlif adlar adı altında yayıldığını da göstərir. Məsələn, Beşbalık oykoniminə Bilgə xaqan, Kül çor və ya ihe-Huşotu abidələrində, 11; Baybalık oykoniminə Şine-Usu və ya Moyun Çor abidəsində; Toğu balık oykoniminə Kül tiqin, 4 və Bilgə xaqan abidələrində, 30; Koçu balık və Süğçu balık oykonimlərinə IV uyğur əlyazmalarında rast gəlirik. Əhməd Cəfəroğlu türk toponimlərindən bəhs edərkən yazır: «Bu qədər incə düşünən bu türk mütəfəkkirinin əməyi, türklüyün hər elm sahəsində öz keçərliyini isbat etmiş və doqquz yüz illik türk çoğrafiyasının və toponimikasının da şeyhlik payesini Kaşğarlıya vermişdir.
Xanlıq
Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi. Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular. Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır.
Xanılı
Xanılı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 1920-ci illərə qədər kənd Xanılar kəndi adlanırdı. Yaşayış məntəqəsi Xanı şəxs adı və "-lı" nəsil, mənsubiyyət bildirən şəkilçidən ibarətdir. Xanılı kəndində yaşı 70 den yuxarı evlər mövcuttur. Həmçinində vaxtı ikən Xanılı kəndinin xeyriyəçisi tərəfindən tiktirilmiş məscid vardır.[mənbə göstərin] Cəlilabad r-nunun Kürdlər i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçən əsrin əvvəllərində Xanılarkənd variantında qeydə alınmışdır. Yaşayış məntəqəsini xanılı (və ya xanılar) nəslinə mənsub ailələr bina etdiyinə görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 362 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq, quşçuluq və heyvandarlıq təşkil edir.
Qoçbuynuz Xanlıq
Qoçbuynuz Xanlıq — Qarabağ qrupunun xovlu və yun xalça növünün ən maraqlı nümunələrindən biri[]. 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Qoçbuynuz xanlıq", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng — boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür — bəcür həşaratlardan alınmışdı.
Xanlıq (Qubadlı)
Xanlıq — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xanlıq kənd inzibati ərazi dairəsində kənd. Xanlıq kəndi əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirın oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olmuşdur. Sonralar mülkün ətrafında salınan kənddə mülkün adı ilə adlandırılmışdır. Oykonim "xana məxsus mülk (malikanə)" mənasındadır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək İşkanadzor adı verilib. Kənddə Azərbaycandan köç etmiş ermənilər məskunlaşıb, 2003-cü ildə burada 211 nəfər əhali yaşayırdı. “Azərkosmos” Xanlıq kəndində ermənilər tərəfindən yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə 2019-cu ildə əldə olunmuş təsvirini yayımlayıb. 2020-ci ilin 25 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir.
Xanlıq (dövlət)
Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi. Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular. Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır.
Xanlıq xalçaları
Xanlıq xalçaları — Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan xovlu xalça. Xalçaların Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan bu xalçalar Azərbaycanın cənubunda, Qubadlı rayonundan 18 km cənub-şərqdə yerləşən Xanlıq kəndinin adı ilə əlaqədar olaraq belə adlandırılır. Xanlıq – Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olmuşlar və öz yüksək keyfiyyəti ilə seçilirlər. XIX əsrdə Cəbrayıl rayonunda, xüsusilə də Əfəndilər, Süleymanlı, Daşkəsən kəndlərində toxunan xalçalar dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi. "Xanlıq xalçası"nın orijinal nümunələri xüsusi sifarişlə toxunmuş mürəkkəb kompozisiyalı xalını özündə əks etdirir. Məsələn, XIX əsrdə şairə Xurşudbanu Natəvanın müşayiəti altında xalq arasında "xan qızı" kimi tanınan "Xanlıq xalçası" toxunmuşdur. "Xanlıq xalçaları" müxtəlif kompozisiyalı və müxtəlif təsvirli olur. I variant "Xanlıq xalçası"nın orta sahəsinin kompozisiyasını böyük göl təşkil edir. Onun aşağı və yuxarı hissələrində iki qübbə yerləşir, orta sahənin dörd küncü boyunca isə simmetrik formada dörd ləçək düzülmüşdür.
Xanlıq xalçası

Xanlıq Şükür
Xanlıq Şükür (1872, Şuşa – 1927, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. Xanlıq Şükür 1872-ci ildə Şuşada yoxsul kəndli ailəsində anadan olmuşdur. Çox gənc yaşlarında valideynləri vəfat etmiş, babası Rövşənin himayəsində böyümüşdür. İbtidai təhsil ala bilmiş, erkən çağlardan oxumağa həvəs göstərmişdir. Şükürün xanəndə kimi inkişafında Xurşidbanu Natəvanın böyük rolu olmuşdur. Belə ki, o, Şükürün ifasını bəyənmiş və onun saraya gətirilməsini əmr etmişdir. Xanlıq Şükür Natəvanın yaratdığı və rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclislərində iştirak etmiş, şairlərin oxuduğu şeirləri dinləmiş və Hacı Hüsü, Məşədi İsi, Həsənçə, Sadıqcan kimi musiqiçilərdən muğamın incəliklərini öyrənmişdir. Xanlıq Şükürün ilk müəllimi Hacı Hüsü olmuşdur. Hacı Hüsü Xanlıq Şükürə Şərq muğamlarını, Azərbaycan xalq mahnı və təsniflərini öyrətmiş, onun xanəndə kimi formalaşmasında mühüm rol oynamışdır. Gənc yaşlarından xan sarayında yaşadığı üçün Şuşa əhalisi Şükürə "Xanlıq Şükür" deyə müraciət etmişdir.
Xanlıq (dəqiqləşdirmə)
Xanlıq — xırda feodal dövləti. Xanlıq (Qubadlı) — Qubadlı rayonunda kənd. Xanlıqpəyə — Şuşa rayonunda kənd.
Xanlıq dövrü
Azərbaycan xanlıqları, Qafqaz xanlıqları, Xanlıqlar və ya Xanlıqlar dövrü — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası, Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla, digər xanlıqlar məhz sırf 1747-ci ildə Nadir şah Əfşarın qətlindən və Əfşar imperiyasının parçalanmasından sonra meydana gəlmişdir. Beləliklə, Azərbaycanın dərin siyasi parçalanma və daxili müharibə şəraitində də olsa, yarıməsrlik müstəqillik dövrü başladı. XIX əsrin əvvəllərində xanlıqlar mərhələ-mərhələ İran dövlətinin və Rusiya imperiyasının işğalına məruz qalmışdırlar. Nadir şah Əfşarın qəfil sui-qəsd nəticəsində öldürülməsi ilə onun nəhəng Əfşarlar imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII əsrin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət 14 dəfə əldən-ələ keçmiş və dövlətin paytaxtı 6 dəfə dəyişdirilmişdi.
Gənc xanımın portreti
"Gənc xanımın portreti" (təxm. 1470) holland rəssamı Petrus Kristus tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. Xüsusi dəqiqliklə işlənilmiş bu əsər holland portret rəssamlığı məktəbində yeni inkişaf mərhələsinə təkan vermişdir. Əsərdə çox gənc yaşlarında olan xanımın qapalı məkanda və aydın fonda surəti yaradılmışdır. Bu naməlum qəhrəman əsilzadələrə məxsus zərifliyi ilə diqqəti cəlb edir. Dəbdəbəli və bahalı qiyafələri bu xanımın fransız əsilli olmasına işarə edə bilər.
Xanımın ferması (roman)
Xanımın ferması — Orxan Kamalın üç cildlik romanıdır. Kitab Hadisə var, Xanımın ferması və Qaçaq cildlərindən ibarətdir. Romanın birinci cildi olan Hadisə var, müəllif tərəfindən 20 gündə yazılmışdır. Əsər məşhur mədəniyyət sahəsində də diqqəti cəlb etmişdir; Türkiyə televiziyasında serial olaraq iki fərqli adaptasiya yayımlandı. Romanda Çukurovadakı insanların həyatından bəhs edilir. Romanın cildlərindəki süjet bir-biri ilə bağlıdır. Məsələn: Hadisə var romanında başlayan süjet Xanımın fermasında davam edir.
Azərbaycanın birinci xanımı
Azərbaycanın birinci xanımı — Azərbaycan Respublikasının Prezidentinin sahibəsi titulunu daşıyır. Ənənəvi sahibə vəzifəsini Azərbaycanın prezidentinin xanımı yerinə yetirir, bəzən bu titulu o qadın ki, sahib olur ki, o, dövlət başçısının həyat yoldaşı deyil. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da qadın hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir. Birinci xanımın ofisi prezident icrası ofisinin budağıdır. == Azərbaycan birinci xanımları (1918–cari) == === Azərbaycan Demokratik Cümhuriyyət (1918–1920) === === Azərbaycan Sovet Sosialist Respublikası (1920–1991) === Qeyd: Azərbaycan SSR-in başçıları olmuş Mir Teymur Yaqubovun və İmam Mustafayevin xanımları haqqında heç-bir məlumat yoxdur. === Müstəqil Azərbaycan dövrü (1991–cari) === == "Birinci Xanımsızlıq" dövrü == Son 100 ildə Azərbaycan tarixində elə dövrlər olmuşdur ki, ölkənin birinci xanımı olmamışdır, bu yer boş qalmışdır və bunun da öz obyektiv səbəbləri vardır. d. — Doğum tarixi ö.
Baş nazirin xanımı
Qoçbuynuz Xanlıq xalçaları
Qoçbuynuz Xanlıq — Qarabağ qrupunun xovlu və yun xalça növünün ən maraqlı nümunələrindən biri[]. 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Qoçbuynuz xanlıq", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng — boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür — bəcür həşaratlardan alınmışdı.
Xanlıq Muxtar karvansarası
Xanlıq Muxtar karvansarası — Şuşa şəhəri M. F. Axundov küçəsi 29 ünvanında yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Karvansara Şuşa şəhərində XVIII əsrdə Xanlıq Muxtar tərəfindən tikilmişdir. Xanlıq Muxtarla bağlı tarixdə yazılı çox məlumat olmasa da, Xan sarayında xidmət etmiş, şəhərin hörmətli şəxslərindən olduğu bilinir. XIX əsrin sonlarına yaxın Şuşada fəaliyyət göstərən 10 karvansaradan biri də Xanlıq Muxtar karvansarası idi. Şəhər 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra karvansaradakı İslam elementləri və ərəb dilindəki yazılar erməni xaçı və yazısı ilə əvəzlənmişdir.
Xanlıq Muxtar karvansarayı

İndoneziyanın Birinci Xanımı
İndoneziya tarixində Birinci xanım (ind. Ibu Negara) və ya Birinci cənab (ind. Bapak Negara) adı İndoneziya prezidentinin həyat yoldaşı və ya ərinə müraciət etmək üçün istifadə edilmişdir. İndoneziyanın Konstitusiyasında Prezidentin həyat yoldaşları haqqında bir şey yazılmasa da İndoneziya cəmiyyətində əhəmiyyətli təsir göstərməyə davam edir. Mövzunun mövcud sahibi indiki prezident Coko Vidodonun həyat yoldaşı İriana Coko Vidododur. Prezident Meqavati Sukarnoputrinin əri Tofiq Kiemas bu günə qədər yalnız olan Birinci Cənabdır. İbu Neqaranın rolu ilk İndoneziya konstitusiya konvensiyaların inkişafında dəqiq deyildi. İlk prezident Sukarno 1945-ci ilin avqustunda prezident olanda üçüncü həyat yoldaşı Fatmavati ilə evləndi. Sukarno Hartini ilə 1953-cü ildə Fatmavatinin icazəsi ilə evləndi. Hartini İstana Boqorda yaşayaraq prezidentin rəsmi dövlət vəzifələrinə yola salınması və xaricdə səfər etməsində müşayiət etdi.
Mənim gözəl xanımım (film)
"Mənim gözəl xanımım" (ing. My Fair Lady) — rejissor Corc Kyukorun filmi. Məşhur professor Henri Hiqqins öz dostu ilə savadsız bir adama – küçədə gülsatan işləyən Elizaya təhsil, danışıq və yüksək davranış qaydalarını öyrətməyi barəsində mərc gəlir. Və onu əsl xanım edəcəyinə söz verir. Parlaq yumor, məzəli vəziyyətdə tamaşaçıların gözü qabağında Zoluşka şahzadəyə çevrilir. Heç vaxt evlənməyəcəyini qət etmiş qəhrəman isə aşiqə çevrilir... Film "Oskar", BAFTA, "Devid di Donatello", "Qızıl qlobus" mükafatlarına layiq görülmüşdür.
Əhmədabad-i Xanlıq (Miyanə)
Əhmədabad-i Xanlıq (fars. احمدابادخانليق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (31 ailə).
Mənim gözəl xanımım (film, 1964)
"Mənim gözəl xanımım" (ing. My Fair Lady) — rejissor Corc Kyukorun filmi. Məşhur professor Henri Hiqqins öz dostu ilə savadsız bir adama – küçədə gülsatan işləyən Elizaya təhsil, danışıq və yüksək davranış qaydalarını öyrətməyi barəsində mərc gəlir. Və onu əsl xanım edəcəyinə söz verir. Parlaq yumor, məzəli vəziyyətdə tamaşaçıların gözü qabağında Zoluşka şahzadəyə çevrilir. Heç vaxt evlənməyəcəyini qət etmiş qəhrəman isə aşiqə çevrilir... Film "Oskar", BAFTA, "Devid di Donatello", "Qızıl qlobus" mükafatlarına layiq görülmüşdür.
Sarı xanıməli
Xadimli (Nir)
Xadimli (fars. خادم لو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 143 nəfər yaşayır (22 ailə).
Fərxundə xanımgil (teleserial, 1993)
Fərxundə xanımgil (türk. Ferhunde Hanımlar) — 1993-1999-cu illərdə yayımlanmış türk dram serialı. Serialda Fərxundə xanım və onun ailə üzvlərinin yaşadıqları hadisələrdən bəhs olunur. Serial 2 adda yayımlanmışdır: TRT 1 telekanalında Fərxundə xanım və qızları (1 və 2-ci mövsümlər) adı ilə və İnterStar telekanalında Fərxundə xanımgil (3-7-ci mövsümlər) adı ilə. Fərxundə xanımgil Türkiyədə yayımlanmış ilk gündəlik teleserialdır. 2020-ci ildə aprel-iyul ayları arasında TRT 1 telekanalında təkrarları yayımlanmışdır.