Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yəhərli (Tikantəpə)
Yəhərli (fars. يهرلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 253 nəfər yaşayır (53 ailə).
Yəhərli tapir
Yəhərli tapir (lat. Tapirus indicus)) — Təkdırnaqlılar dəstəsinin Tapirkimilər fəsiləsinin tapir cinsinə aid heyvan növü. İki yarımnövə ayrılır: Hartman dağ zebri (Equus zebr hartmannae) və Equus zebr zebr. Tapirlər arasında ən böyüyü hesab olunur. Bədəninin uzunluğu 1,8-2,4 m, süysününün hündürlüyü 0,75–1 m, kütləsi 250-320 kq olur. İndiyədək məlum olan ən böyük yəhərli tapirin kütləsi 540 kq olub.
Muraz Məhərli
Yəhərçi (Həştrud)
Yəhərçi (fars. يهرچي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (24 ailə).
Yəhərçi Qazaxlar
Yəhərçi Qazaxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Yəhərçi Qazaxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yəhərçi Qazaxlar kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kənd Qazax tayfa birliyinə daxil olan yəhərçi tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Mənbələrdə Yarçı Qazaxlar variantında da qeydə alınmışdır. Kənd Korçayın sahilində, düzənlikdə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 762 nəfər əhali yaşayır.
Zəhərli bitkilər
Zəhərli bitkilər – tərkibində zəhərləyici maddələr olan bitkilər. Zəhərli bitkilərin tərkibində olan zəhərli maddələr mərkəzi sinir sisteminə (oyadıcı, iflicedici və s.), tənəffüs və həzm orqanlarına, ürək-damar sisteminə, qaraciyər, böyrəklərə və s. təsir edir. Zəhərli bitkilərin faydalı xüsusiyyətləri də var. Onların bəzilərindən (xaş-xaş, acılıq, dəlibəng, bat-bat və s.) müxtəlif dərman maddələri, bir qismindən (öldürgən, tütün, asırqal, kəpənəkçiçək, mahmızçiçək) intektisid alınır. Azərbaycan Respublikasında Zəhərli bitkilərdən öldürgən, acılıq, qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl-sarmaşıq, yapıqqanotu, canavargiləsi, bat-bat, dəlibəng, mahmızçiçək, ayıdöşəyi, südləyən, acı biyan, süsən, xaşxaş, üzərlik, qaymaqçiçəyi, qaytarma, asırqal, həlməl, dəmirtikan, xaçgülü, ardıc, sarıkol, qaraçöhrə, gərməşov, şümşad və s. daha geniş yayılmışdır.
Zəhərli fizostiqma
Zəhərli fizostiqma (lat. Physostigma venenosum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin fizostiqma cinsinə aid bitki növü. Tropik lian olub, şişman silindrik gövdəsinin uzunluğu 15 m-ə qədərdir. Üçər mürəkkəb yarpaqlarının uzunluğu 7-15 sm, növbəli, yumurtavari, itiuclu və çılpaqdır. Çiçəkləri açıq-qırmızı, başı aşağı əyilmiş, boş, tük qələm və ya fırçalarının uzunluğu 15 sm, meyvəsi 10-18 sm uzunluğunda, tünd-qəhvəyi paxlameyvə olmaqla, 2-4 toxumludur. Toxumlarında indol qruplu alkaloidlər vardır. Başlıca olan alkaloid fizostiqminin (ezerin) miqdarı 1,5%-ə qədərdir. Fizostiqminin (ezerin) ilk vəziyyətə qayıtma qabiliyyətinə malikdir. Mioz (daraltma) qabiliyyətinə malik olmaqla gözdaxili təzyiqi aşağı salır. Atropinin antoqonistidir.
Zəhərli heyvan
Zəhərli heyvanlar — müxtəlif dəstəyə və növə daxil olan heyvanların orqanizmində daima və ya müəyyən dövr ərzində formalaşan xüsusi maddə, insanların və digər canlıların həyatı üçün təhlükə doğurur. Bu canlılarda əsasən zəhər xüsusi kisəçiklərdə toplanılır. Bu toplanan zəhər həmin canlının müdafiə və hücum orqanı funksiyasını yerinə yetirir. Bəzi canlılarda zəhər onların dərilərində toplanır. Bu isə onlardan qida kimi istifadəsini mümkünsüz edir. Zəhərləri müxtəlif təsir və xüsusiyyətlərə malikdir: zəhər bəzi halda canlını qısa müddətli iflic, bəzi halda isə öldürür. Dünyada təxmini 5 min növ heyvan vardır. Heyvanlar arasında əsasən aşağıdakı dəstələrə daxil canlılar zəhərə malikdirlər: Protozoylar, Sürünənlər, Buğumayaqlılar, Suda-quruda yaşayanlar, Balıqlar və Cücülər. Bunula belə dünyada elmə cəmi bir necə növ zəhərli məməli növü məlumdur: Ördəkburun, Yexidna, Yereşənlər. Kök lorilər — yeganə məlum olan zəhərli primat cinsidir.
Zəhərli subaldırğanı
Zəhərli subaldırğanı (lat. Cicuta virosa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin subaldırğanı cinsinə aid bitki növü.
Yəhərçi Qazaxlar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəhərli kimyəvi maddə
Zəhərli kimyəvi maddələr — kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinə və zərərvericilərinə qarşı mübarizə aparmaq, həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə olunan mineral və ya bitki mənşəli, ya da sintetik kimyəvi maddələr. Fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, kükürd və ftor birləşmələri zəhərli kimyəvi maddələrdəndir. Ərzaq məhsullarında zəhərli maddələrin (məs., pestisidlərin) maksismum yol verilən səviyyəsi.
Şəhərli Biçinçilər (1986)
Müasir mövzuda çəkilmiş bu film kəndlə şəhərin aktual məsələlərinə həsr olunmuşdur. Film həmçinin kənddən şəhərə köçdükdən sonra el adət-ənənələrini unudanlardan bəhs edir. Film rejissor Hüseyn Mehdiyevin quruluşçu rejissor kimi kinoda ilk işidir.
Şəhərli biçinçilər (film, 1986)
Müasir mövzuda çəkilmiş bu film kəndlə şəhərin aktual məsələlərinə həsr olunmuşdur. Film həmçinin kənddən şəhərə köçdükdən sonra el adət-ənənələrini unudanlardan bəhs edir. Film rejissor Hüseyn Mehdiyevin quruluşçu rejissor kimi kinoda ilk işidir.
Okunoşima Zəhərli Qazlar Muzeyi
Okunoşima Zəhərli Qazlar Muzeyi (大久野島毒ガス資料館, Okunoşima Dokuqasu Şiryokan) – Yaponiyanın Hiroşima prefekturasının Takehara şəhərinə daxil olan Okunoşima adasında yerləşən və zəhərli qazlara həsr olunmuş muzey. == Tarixi == Okunoşima adası 1929–1945-ci illərdə Yaponiya İmperator ordusu tərəfindən zəhərli qazlar hazırlamaq üçün məkan kimi istifadə olunmuşdur. Bu səbəbdən Okunoşima "zəhərli qazlar adası" ləqəbi ilə tanınır. Muzey 1988-ci ilin aprelində sülh aktivistlərinin və zəhərli qaz qurbanlarının təşəbbüsü ilə açılmışdır. Muzeyin ilk direktoru Hatsuiçi Murakami 1940-cı ildə 14 yaşında ikən Okunoşimadakı zəhərli qazlar fabrikində işləmiş, müharibədən sonra "Zəhərli qazlar adası və oğlan" kitabını yazmışdır. == Xüsusiyyətlər == Muzey kolleksiyasına 600-dən çox əşya daxildir. Muzeydə zəhərli qaz istehsalında istifadə olunmuş ləvazimatlar, toksik maddələrin saxlanılması üçün qablar, qaz mərmilərinin qalıqları, qaz maskaları, qoruyucu geyimlər, zəhərli qazların Çində istifadə olunması barədə əmrləri əks etdirən sənədlər sərgilənir. Muzeydə çəkiliş aparmaq üçün icazə tələb olunur. Muzeyin birinci otağı Yaponiya İmperator ordusunun Okunoşimadakı gizli zəhərli qazlar proqramına həsr olunmuşdur. Sərgi zəhərli qaz zavodundakı təhlükəli iş şəraiti və zəhərli qazların insan bədəni üzərindəki təsiri haqqında məlumat verir.
Hələbcə şəhərinə zəhərli qaz hücumu
Hələbcə qətliamı — İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumu. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilmişdir. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir. 1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.
Cəfərli
Cəfərli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Elman Cəfərli — azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Seyran Cəfərli — "Kirpi" satirik jurnalında karikaturaçı rəssam. Tahir Cəfərli — Rusiya alimi. Kəndlər Azərbaycan Cəfərli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Cəfərli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəfərli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Cəfərli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Cəfərli (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Bala Cəfərli Gürcüstan Cəfərli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd.
Həkərli
Həkəri — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Həkəri kürddilli tayfa adıdır. İndiki dövrdə həkərilər əsasən Türkiyə və İranda yaşayırlar. == Tarixi == Həkəri adı hələ qədim mənbələrdən məlumdur. Alban (Qafqaz) tarixcisi Movses Kalankatlı Babək hərəkatı ilə əlaqədar 831-ci il hadisələrindən bəhs edərkən Həkəri qalasının adını çəkib. Həmin qala hazırda Qalacıq adı ilə məlumdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Həkəri kəndində 38 evdə 170 şiə kürd yaşayırdı. == Coğrafiyası == Həkəri kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir.
Kəmərli
Kəmərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. Azərbaycanda qədim yaşayış məskənlərindən biri. 1982-ci ildə kənd ərazisinin bir hissəsi yəni Korbulağ ərazisinin 1,5 hissəsi SSRİ Mərkəzi komitəsinin qərarı ilə Ermənistana verilmişdir. Kəmərlilər o dövr üçün çox ciddi sayılacaq müqavimət göstərmişdir. == Etimologiya == Kəndin adı Kimer (Kəmərli) tayfasının adından yaranmışdır. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar. Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər. Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köç etmişdilər.
Nəzərli
Nəzərli — soyad, təxəllüs.
Qəfərli
Qəfərli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Qaralar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qəfərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Qəmərli
Qəmərli rayonu — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda rayon. Qəmərli (Gərnibasar) — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda şəhər. Qəmərli (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Qəmərli (Üçkilsə) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Səfərli
Səfərli — soyad. Amil Səfərli (1994—2020) — Vətən müharibəsi şəhidi. Cavid Səfərli (1993—2020) — Vətən müharibəsi şəhidi. Elçin Səfərli (d. 1984) — Yazıçı. Eltac Səfərli (d. 1992) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). Əliyar Səfərli (1937—2017) — Ədəbiyyatşünas, mətnşünas, maarif xadimi. Əmrah Səfərli (1998—2020) — Vətən müharibəsi şəhidi. Hacıfəxrəddin Səfərli (d.
Təkərli
Təkərli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təkəli türk etnonimi əsasında əmələ gəlmişdir. Təkəli qızılbaşlar tayfasından birinin adıdır. F. Sümər təkəli tayfasım oğuzların dülqədirli elindən olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nın 19.
Xəzərli
Xəzərli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Xəzərli Xacmaz rayonunun Üzünoba inzibati ərazi vahidində qəsəbə. Xəzər dənizi sahilində, Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə yaranmışdır. Xəzər dənizi sahilində salındığı üçün belə adlandırılmışdır.
Şəkərli
Şəkərli (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Şəkərli (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Yəhər
Yəhər — Üstündə oturmaq üçün qayışlarla atın belinə bağlanan oturacaq. Palan - Minik üçün istifadə edilən heyvanların belinə qoyulan içi samanla dolu primitiv yəhər.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Elman Cəfərli
Elman Cəfərli (tam adı: Cəfərli Elman Niyazil oğlu; 16 iyul 1975, Quzanlı, Ağdam rayonu) — jurnalist, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri. == Həyatı == Elman Cəfərli 16 iyul 1975-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 1982-1992-ci illərdə orta təhsil, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. 1997-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1998-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və Azərbaycan Müəllimlər İnstitutunda müəllim işləyib. == Mətbuatda fəaliyyəti == 1999-cu ildən Azərbaycan mətbuatında yazılarla çıxış edir. 2000-ci ildə "Haqq yolu" qəzetində müxbir işləyib. 2001-2015-ci illərdə "Olaylar" qəzetində müxbir, həmçinin 2007-ci ildən həmin qəzetdə redaktor vəzifəsində çalışıb. 2015-2021-ci illərdə "Cümhuriyət" qəzetinin redaktoru olub. Yazıları "Olaylar", "Cümhuriyət", "Türküstan" qəzetlərində, www.karabakhinfo.com beynəlxalq elektron jurnalında, modern.az, cebhe.info saytlarında yayımlanıb.
Yeməzli
Yeməzli (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Orta Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd.
Yəhyalı
Yəhyalı (türk. Yahyalı) — Kayseri ilinin ilçəsi.