Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. 'Yalama Stansiyası-' Stansiya 1900-cü il noyabrın 1-də özəl Vladiqafqaz dəmir yolunun Dərbənd- Biləcəri xəttində kommersiya istifadəsinə verilmiş və sərnişinlərin və yüklərin daşınması üçün açılmışdır. 20-ci əsrin əvvəllərində Dərbənd-Biləcəri xəttinin istismar uzunluğu 217 mil idi.Marşruta Vladiqafqaz yolunda Biləcəri stansiyasının lokomotiv və vaqon anbarlarından qatar və dartma briqadaları xidmət göstərib. Bütün sərnişin, kuryer, poçt və baqaj qatarları stansiyada dayanıb. 1919-cu ildə Azərbaycanla Könüllü Ordunun nəzarətində olan ərazilər arasındakı sərhəd stansiyanın xətti ilə keçirdi. “Əli və Nino” romanında Yalama stansiyasında həmin vaxtlardan bəhs edilir. Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Malaya Vişera
Malaya Vişera — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Qaladan-qalaya
Qaladan-qalaya – Ayrı-ayrı diaqonal üzrə tamaşaçılardan solda kişilər, sağda qadınların düzülməsi ilə ifa olunan yallının musiqisi çox məşhurdur və həmişə aşağıdakı oxuma ilə müşayiət olunur: Yallının xarakterik xüsusiyyətlərindən biri də odur ki, həm kişi, həm də qadın yallıbaşılar oyunun ifası məqamında əllərində taxtadan düzəldilmiş qılınc tuturlar. Rəqsin əvvəlində onlar həmin taxta qılıncları meydanın ortasına atırlar. Bir-birinin dirsəyindən tutaraq barmaqlarını çarpazlaşdırmış vəziyyətdə sıx duraraq sola hərəkət edilir. Hərəkətlər çox sadədir-sağa addım atmalı, sol ayağı sağın qarşısına çarpaz qoymaq lazımdır.
Yalama bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yalama döyüşü
Yalama döyüşü — 1920-ci ilin aprel ayının 28-sində Yalama ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının Yalama qarnizonu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş. 1920-ci il aprel ayının 28-si, saat 00:05 dəqiqə ikən 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samurçay üzərindəki körpünü keçir. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirlər. Körpünün başında keşik çəkən piyada taqımının əsgərləri və altı süvari zirehli qatarları görəndə təəccüblənirlər. Çünki cəmi bir neçə saat əvvəl onlar həmin bu körpünün üstündə indi top-tüfənglə üstlərinə gələn rus zabitləri və əskərləri ilə rəqs edir, dostluq-qardaşlıqdan danışırdılar… Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq ruslar üçün çətin olmur. Bundan sonra qatar Yalamaya üz tutur. Yolboyu onları dəmir yolunun kənarında meşədən olan azərbaycanlıların süvari patrulları izləyir. Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xəttlərini kəsir. Lakin Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir.
Yalama Aqropark
Yalama Aqropark Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığna əsasən 07.09.2016 tarixində Xaçmaz rayonuun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində "Yalama Aqropark" yaradılmışdır. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem istehsalı təsərrüfatları yaradılmışdır.Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, Almaniya, Türkiyə və İtaliya istehsalı olan texnika və avadanlıqlarından istifadə olunub. Layihənin birinci mərhələsi üzrə 385 ha sahədə müasir suvarma sistemlərinin (pivotlar) tətbiqi ilə növbəlilik nəzərə alınmaqla ikili əkin aparılır. Layihənin icrası nəticəsində 200-dən artıq iş yeri yaradılmışdır. Yalama Aqropark Azərbaycanda ilk Ən böyük Aqroparkdır.
Malaya Universiteti
Malaya Universiteti — Malayziyanın Kuala–Lumpur şəhərində ictimai tədqiqat universiteti. Universitet Malayziyanın ən qədim və ən yüksək səviyyəli ali təhsil müəssisəsidir və yeni müstəqillik qazanmış Malayada yeganə universitet idi. Universitet Malayziyanın 5 Baş nazirini və ölkənin digər görkəmli siyasi, biznes və mədəniyyət xadimlərini yetişdirmişdir. == Tarixi == 1949-cu ilin oktyabrında Kral VII Edvard Tibb Kolleci ilə Raffles Kollecinin birləşməsi universitet yaratdı. İlk onillikdə sürətli böyümə universitetin 15 yanvar 1959-cu ildə biri Sinqapurda, digəri isə Kuala-Lumpurda yerləşən 2 müstəqil bölmədə təşkil edilməsinə səbəb oldu. 1960-cı ildə Malaya və Sinqapur hökumətləri universiteti 2 ayrı Milli Universitetlərə böldü. Bir filial Sinqapurda yerləşirdi və Sinqapur Malayziyadan müstəqillik qazandıqdan sonra Sinqapur Universitetinə çevrildi (1980-ci ildə Sinqapur Milli Universiteti ilə birləşdi), digər filial isə Malaya Universiteti adını saxlayaraq Kuala–Lumpurda yerləşirdi. Qanun 1961-ci ildə qəbul edildi və Malaya Universiteti 1962-ci il yanvarın 1-də təsis edildi. 2012-ci ildə Universitetə Ali Təhsil Nazirliyi tərəfindən muxtariyyət verilmişdir. == Akademik strukturu == === Fakültələri === === Akademiyaları === İslamşünaslıq Malayziyaşünaslıq === Mərkəzləri === === İnstitutları === === Kitabxanaları === Universitetin kitabxanasında 2 mln.
Malaya Sennux adası
Malaya Sennux adası — Ağ dənizə daxil olan Oneqa körfəzində yerləşən ada. inzibati cəhətdən Rusiya Federasiyası Kareliya Respublikası, Belomorski rayonu ərazisinə daxildir. == Xüsusiyyətləri == Adanın masksimal hündürlüyü 4,3 metrdir. Adanın ölçüləri: 50 x 100 m. Sahillərində dərinlik 7 metr təşkil edir. Qabarmanın orta hündürlüyü 1 metrdir. Yaxınlığıında yerləşən ada — Bolşaya Sennux.
Malaya Çerepaxa çayı
Malaya Çerepaxa çayı — Taqanroq ərazisindən axaraq Azov dənizinə tökülən kiçik çay == Çay haqqında == Malaya Çerepaxa çayı eyni adlı ərazidən axır. Çayın uzunluğu 3 kilometrdir. Malaya Çerepaxa çayı Taqanroq atçılıq zavodu ırazisindən axaraq Azov dənizinə tökülür. Axdığı ərazinin bir hissədi bstaqlıqlaşmış ırazisir. Bu səbəndən burada kollektorlar quaşdırılmışdır. Kollektor diametri 2 metr olan borularla çəkilmişdir. Malaya Çerepaxa çayının yatağı tullantılarla doldurulmuşdur. Çayın datağında yerləşən lilin qalınlığı dörd metrə çatır. 2005-ci ildə Malaya Çerepaxa çayında suyun keyfiyyətini yoxlamaq məqsədi ilə aparılan manitorinqin nəticələri: Ammonium (1,4 PDK), Nitrit (47,8 PDK), Fosfat (1,7 PDK), Marqans (6,3 PDK), Dəmir ( 2,4 PDK), Neft məhsulları (3,2 PDK), Nikel (2,3 PDK), Molibden (8 PDK). Suyunun fərkibi ağır metallsrla çirkləndirilmişdir.
Yalana bax (mahnı)
Samur-Yalama Milli Parkı
Samur-Yalama Milli Parkı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində yerləşən milli park. Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. Samur-Yalama Milli Parkı "Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə yaradılmışdır. Layihə çərçivəsində KfW tərəfindən Azərbaycan Maliyyə Nazirliyinə 2.550.000.00 avro məbləğindən çox olmamaq şərtilə maliyyə vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsiyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir.
Alanya
Alanya (1935-ci ilə kimi Əlaiyyə, osman. علائیه, türk. Alâiye) — Antalya ilinin ilçəsi. Antalyanın mərkəzindən 135 km. aralıda yerləşir. == Coğrafya == === Əhalisi === Əhali sayı: 94.022 (2008).
Danaya
Danaya bu mənaları ifadə edə bilər:
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Kalara
Kalara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı Kalalı //Kalaley olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kelare kimi qeyd edilir . Toponim türk dilində «dayaz dərə» mənasında işlənən kol sözü ilə, «hüdud», «sərhəd» mənasında işlənən ara sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır .
Kaleya
Kaleya (lat. Calea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == Aschenbornia S.Schauer Brasilia G.M.Barroso Geissopappus Benth. Mocinna Lag.
Malaqa
Malaqa — İspaniyanın cənubunda, Əndəlüsdə, yerləşən şəhərdir. Ərazisi 395 km², əhalisinin sayı 568.507 nəfərdir. Malaqa Aralıq dənizinin qərb sahilində, Piriney yarımadasının cənubunda, Cəbəllütariq boğazından 100 kilometr uzaqda yerləşir. Əhali sayına görə Malaqa İspaniyada 6-cı, Əndəlüsdə 2-ci, Avropa İttifaqında 46-cıdır.
Malatya
Malatya — Türkiyənin Malatya ilinin inzibati mərkəzi. Əhalisi 806.156 və səhəsi 12313 km².
Paleya
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Qalaça
Qalaça və ya Şamilqala — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qalaça (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Qalaça (Loru) — Loruda kənd. Qalaça — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd.
Halaxa
Alaha (ivr. ‏הלכה‏‎ Halakha, Halacha, Alaha; İvrit dilində "getmək" mənasındadır) — Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.
Hiroşi Hamaya
Hiroşi Hamaya — Yaponiya fotoqrafı. == Həyatı == Hiroşi Hamaya 28 mart 1915-ci ildə Tokio şəhərində, Şitayada anadan olub. Hamaya 1960-cı ildə Maqnum Fotoya qoşulmuşdur. O, bu beynəlxalq foto agentliyə qoşulan ilk yapon fotoqrafıdır. 1986-cı ildə Beynəlxalq Fotoqrafiya Mərkəzinin (Nyu-York) Fotoqrafiya Mükafatına layiq görülmüşdür. Hamaya 6 mart 1999-cu ildə vəfat etmişdir.
Kataya adası
Kataya adası (isv. Kataja, fin Inakari) — Baltik dənizində, Botnik körfəzinin şimalında yerləşən ada. Adadan İsveç və Finlandiya arasında sərhəd keçir. Sahəsi 0,71 km² təşkil edir. İsveçin ən ucqar şərq nöqtəsini təşkil edir. Əvvəllər İnakari adasından boğazla ayrılırdı. 1809-cu ilə qədər bu boğaz sərhəd rolunu oynayırdı. Dənizin səviyyəsinin enməsi ilə adalar birləşmişdir. İsveçə aid olan böyük adanın adı ümumi adaya verilir. Adanın 2 km uzunluğa, 200–300 enə malikdir.
Malaqa FK
Malaqa FK (isp. FK Málaga Club de Fútbol — İspaniya futbol klubu. 1904-cü ildə yaradılan klub İspaniya Primera Divizion RFEF liqinde çıxış edir. Oyunlarını 30.044 nəfərlik "Estadio La Rosaleda" stadionunda keçirir. Əndəlüs vilayətinin təmsilçisi olan digər komanda "Qranada" ilə keçirdiyi oyunlar "Əndəlüs dersbisi" adlanır. Klub, tarixi boyu 32 mövsüm La Liqada, 34 mövsüm Sequnda Divizonda (İspaniya ikinci dəstə), 4 mövsüm Sequnda Divizion B-də, 11 mövsüm Tercera División-da keçirmişdir. Ayrıca 2004-cü ildə 2002-ci ildə UEFA Intertoto Kubokunu qazanaraq klub tarixinin ilk Avropa Kuboku zəfərini əldə etdilər.2003-ci ildə UEFA Avropa Liqasında dörddəbir finala gəlmə müvəffəqiyyətini göstərmişdir. İspaniya La Liqasını 2011-2012-ci il mövsümündə 4-cü yerdə başa vuraraq UEFA Çempionlar Liqasında mübarizə aparmaq haqqı qazanmışdılar. Həmin turnirdə 1/4 (dörddəbir) finala qədər irəliləmiş, həmin mərhələdə Almaniyanın Borussia Dortmund klubuna məğlub olaraq mübarizəni dayandırmışdır. == 1904-1933 Quruculuq illəri == Malaga Futbol Klubu 3 aprel 1904-ci ildə 3000 nəfərlik bir izdiham qarşısında köhnə bir sahədə ilk matçına çıxdı.
Malatya döyüşü
Malatya döyüşü — 1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi. Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilər və II Mehmed məğlub oldu. Osmanlı sultanı zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Ağqoyunlu hökmdarı bu təklifi qəbul etmədi və Tərcan istiqamətində hərəkətə başladı. == Tarixi == 1472-ci ilin baharında Osmanlılara qarşı müharibəyə başlamış Ağqoyunlu dövləti döyüş əməliyyatları keçirərək Tokatı, Qeysəriyyəni, Aksarayı və Akşehiri zəbt etdi və Qaramana daxil oldu. Lakin əsas qüvvələrdən ayrı düşmüş, yorğun Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında ağır məğlubiyyətə uğradılar. Qışın düşməsi ilə əlaqədar olaraq hər iki tərəf əməliyyatı dayandırdı. II Mehmed Uzun Həsənə məktub göndərdi. 1473-cü ilin baharında ona qarşı səfərə çıxacağını bildirdi. 1473-cü ildə Fərat sahilində iki ordu qarşı-qarşıya gəldi.
Malatya ili
Malatya ili — Türkiyədə il. == Əhalisi == Hazırda Malatyada 800 000 nəfər türk, 400 000 nəfər kürd, 1 500 nəfər yezit və 200 nəfər azərbaycanlı yaşayır. == Kənd təsərrüfatı == Malatyada banan, kələm, keşniş, kök, qarpız, balqabaq, pambıq bitkiləri becərilir. == Malatyalı məşhurlar == Kamal Sunal-məşhur türk aktyoru, Şaban ləqəbi ilə məşhurdur.
Dаlаyаn ağəsmə