Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amur yasəməni
Amur yasəməni (lat. Syringa amurensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Uzaq Şərqdə bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m, diametri 20-30 sm olan, sıx çətirli ağacdır. Yarpaq ayaları enli-yumurtavari və ya ellipsvari olub, zəif qırışlıdır. Çiçəkləri ətirli, ağ rəngli, diametri təxminən 6-8 mm, uzunluğu 25 sm-ə qədər olan sıx süpürgə çiçək qrupuna yığılmışdır. İyul ayında 3 həftəyə qədər müntəzəm və bol çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir, uzunluğu 1,5 sm, eni 0,3-0,4 sm olan, iki laylarla açılan qutucuqlardan ibarətdir. Meyvəsinin qabığı tünd boz və ya qonur rənglidir. == Ekologiyası == Balvericidir. Tez böyüyür.
Fars yasəməni
Fars yasəməni (lat. Syringa × persica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Əfqan yasəməninin kəsilmiş yarpaq yasəmənlə çarpazlaşması yolu ilə alınmışdır. == Botaniki təsviri == İran yasəməni 2 m-dək hündürlüyündə, çox şaxələnmiş budaqları olan koldur. Cavan budaqları çox zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, pulcuqlu, sallaq, nazikdir. Yarpaqları kağızvari və ya dərili, hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları bölünmüş deyil, neştərvari, enli-neştərvari və ya ensiz-oval formalı, eni 1 sm-dək, bünövrəyə tərəf daralmış, ucu bizdir. Çiçək qrupları çoxçıçəkli, yuxarı yan tumurcuqlardan inkişaf edir, uzunluğu 5-10 sm və eni 5-7,5 sm, yumurtavari formalı, şaxələnmiş, nazik oxludur. Yan çiçək qrupları budaqlardan qısadır.
Hind yasəməni
Çin yasəməni
Çin yasəməni (lat. Syringa × chinensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Yarpağı tökülən koldur. 1777-ci ildə Ruan Botanika Bağında (Fransa) aşkar olunan bu hibrid fars yasəməni və adi yasəmənin çarpazlaşdırılması nəticəsində əmələ gəlmişdir. == Botaniki təsviri == Hündürlüyü 3-6 m, enli-yumurtavari və ya piramidal çətirli koldur. Qabığı boz rəngli, soyulandır. Budaqları nazik, düz dayanan və ya qövsvari olmaqla yuxarıya doğru əyilmişdir. Yarpaqların uzunluğu 4-8 sm, eni 2-4 sm, yumurtavari və ya yumurtavari-neştərvari formalı, yuxarısında ucu biz, bünövrəsi yumru, çılpaq, yarımdərili, parlaq yaşıl rəngli, alt tərəfi bir az açıqdır. Saplaqları nazik, uzunluğu 1,2 sm-dir. Çiçəkləri bənövşəyi, qırmızımtıl və ya bənövşəyi-qırmızımtıl rəngli, güclü xoş qoxuludur.
İran yasəməni
== Ümumi yayılması == Qafqazda (Ermənistan) təbii arealı vardır. == Azərbaycanda yayılması == Zəngilanda (Mülk, Daştun kəndləri) və Had-rutda təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitki növüdür. CR B1ab(i,ii,iii,iv). == Bitdiyi yer == Enliyarpaqlı meşələrin kənarında rast gəlinir. == Təbii ehtiyatı == Arealı geniş deyildir. == Becərilməsi == Azərbaycanda təbii ehtiyatı məlum səbəblərdən dəqiq təyin edilməmişdir. == Bioloji xüsusiyyətləri == Iran yasəməninin hündürlüyü birdən iki metrədək olan, şaxələnmiş budaqlı koldur. Cavan budaqları zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, sallaq, nazikdir.
Yasəmən
Yasəmən (lat. Syringa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Bura Cənub-Şərqi Avropada (Macarıstan, Balkanlar) və Asiyada yabanı halda bitən 10 növ daxildir. Ətirli çiçəkləri olan bu sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bü gülü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmənin cövhərini xaricdən istifadə edərkən baş ağrılarına kömək edir. == İstifadəsi == Ətirli çiçəkləri olan yasəmənin sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Yasəmən gülünü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmən güllərinin kompresi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə edilən yasəmən yarpaqlarından məlhəm ereksiyanı gücləndirir.
Adi yasəmən
Adi yasəmən (lat. Syringa vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Balkan yarımadasında, Sankt-Peterburqdan Yekaterinburq bölgəsinədək, Qərbi Sibirdə Tayqanın cənub zonasında, meşə-çöl və çöl zonalarında, Orta Asiyada, Şərqi Sibirin cənubunda, Uzaq Şərqin orta və cənub hissəsində becərilir. Karpatda təbii relikt arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 2-8 m olan, çoxgövdəli, yarpağı tökülən koldur. Qabığı boz və ya boz-qonur, cavan bitkilərin qabığı hamardır. Zoğları iki, bəzən bir tumurcuqla qurtarır. Tumurcuqlarda pulcuqları xaçvari yerləşir. Yarpaqları üzbəüz, sadə, uzunluğu 4-12 sm və eni 3-8 sm, bünövrəsi ürəkvari və ya düz kəsikli, ucu biz, yaşıl, çılpaq, möhkəm, kənarları bütöv, saplaqların uzunluğu 3 sm-dir. Çiçəkləri bənövşəyidən ağ rəngədək olmaqla, ətirli, 6-10 x 5-8 mm, uzun müddət tökülməyən, piramidal, cüt, düz dayanan və ya sallaq, uzunluğu 10-20 sm olan süpürgələrə yığılmışdır.
Həqiqi yasəmən
Həqiqi yasəmən (Jasminum officinale) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Dırmaşan koldur. Yarpaqları 5-7 sayda yarpaqcıqlıdır. Yarpaqcıqları uzunsov-lansetvari, sivriləşmiş, yan tərəfdəkilər oturaq, yuxarıdakılar uzunqanadlı, saplaqlıdırlar. Çiçəkləri ağ, ətirli, çətirvari, azçıçəkli çiçək qrupunda toplanmışlar. Kasacıq qədəhvari, tacı ətirli, yumurtavari, sivriləşmiş, borucuğu ensizdir. == Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyun, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir. Arandan aşağı dağ qurşağına kimi meşə talasında və kolluqlarda rast gəlinir. Dərman bitkisidir.
Tüklü yasəmən
Tüklü yasəmən (lat. Syringa villosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Çində Pekinin yaxınlığında, Xubey və Şensi əyalətlərində yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 4 m-dək olan, sıx yarpaqlı koldur. Cavan budaqları sarı-boz rəngli tükcüklərlə örtülmüşdür. İki illik bitkilərin budaqları boz-qonur-sarı rəngli, çılpaqdır. Saplağın uzunluğu 1-1,5 sm-dir. Yarpaq ayası uzunsov formalı, aşağı və ya yuxarıya daralmış, uzunluğu 4-16 sm və eni 3,5-6 sm, üstü hamar, yaşıl, alt tərəfi yayılmış, yapışıq, əsasən damarcıqların ətrafında yerləşmiş, ağ tükcüklü və ya çılpaq, açıq yaşıl rənglidir. Çiçək qrupunun uzunluğu 15-30 sm, düz dayanan, süpürgəvari, ensiz-piramidal və ya silindrik formalı, keçən ilki zoğların uclarında yerləşmiş, alt tərəfində iki cüt yarpaqlıdır. Çiçək qrupunun oxu çılpaq və ya məxməri tükcüklü, budaqları məxməri və uzun tükcüklərlə seyrək örtülmüşdür.
Yasəmən Malik
Məmmədova Yasəmən Yəhya qızı — Azərbaycan aktrisası. == Həyatı == Yasəmən Məmmədova 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1985-ci ildən H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir. O, geniş diapazona malik aktrisadır. Məlahətli səsi ona dramatik rollarla yanaşı musiqili tamaşalarda da oynamağa imkan verir. Belə ki, Sumqayıt teatrında tamaşaya qoyulmuş "Arşın mal alan" (Ü. Hacıbəyov), "Subaylarınızdan görəsiniz (İsi Məlikzadə və S. Ələskərov) kimi operetto və musiqili komediyada da Asya və Səməni rollarını özünəməxsus şrixlərlə oynaya bilmişdir. Bundan başqa o, Gülzar (S. S. Axundov, "Tamahkar"), müğənni (H. Cavid, "Afət"), Vera (V. Şukşin, "Diribaş adamlar"), Aytən (N. Hikmət, "Bayramın birinci günü", Seda (V. Səmədoğlu, "Bəxt üzüyü"), Ermek (Ç. Aytmatov, "Əsrə bərabər gün"), Şəhrəbanı xanım (M. F. Axundov, "Müsyo Cordan və dərviş Məstəli şah"), Burla xatun (F. Məhərrəmov, "Oğuzlar") və s. rolları oynamışdır. Bakı şəhərində keçirilən klassik tamaşalar festivalında C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərində oynadığı Zeynəb, festivallar festivalında oynadığı Naza (Ə. Qiyas, "Qarışqa yuvası") və monotamaşalar festivalında oynadığı Qaçqın qarı (V. Əlixanlı, "Başdaşı") aktrisaya tamaşaçı rəğbəti qazandıraraq, uğur gətirmişdir. Y. Məmmədova tez-tez film-tamaşalara da dəvət olunur.
Yasəmən Məmmədova
Məmmədova Yasəmən Yəhya qızı — Azərbaycan aktrisası. == Həyatı == Yasəmən Məmmədova 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1985-ci ildən H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir. O, geniş diapazona malik aktrisadır. Məlahətli səsi ona dramatik rollarla yanaşı musiqili tamaşalarda da oynamağa imkan verir. Belə ki, Sumqayıt teatrında tamaşaya qoyulmuş "Arşın mal alan" (Ü. Hacıbəyov), "Subaylarınızdan görəsiniz (İsi Məlikzadə və S. Ələskərov) kimi operetto və musiqili komediyada da Asya və Səməni rollarını özünəməxsus şrixlərlə oynaya bilmişdir. Bundan başqa o, Gülzar (S. S. Axundov, "Tamahkar"), müğənni (H. Cavid, "Afət"), Vera (V. Şukşin, "Diribaş adamlar"), Aytən (N. Hikmət, "Bayramın birinci günü", Seda (V. Səmədoğlu, "Bəxt üzüyü"), Ermek (Ç. Aytmatov, "Əsrə bərabər gün"), Şəhrəbanı xanım (M. F. Axundov, "Müsyo Cordan və dərviş Məstəli şah"), Burla xatun (F. Məhərrəmov, "Oğuzlar") və s. rolları oynamışdır. Bakı şəhərində keçirilən klassik tamaşalar festivalında C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərində oynadığı Zeynəb, festivallar festivalında oynadığı Naza (Ə. Qiyas, "Qarışqa yuvası") və monotamaşalar festivalında oynadığı Qaçqın qarı (V. Əlixanlı, "Başdaşı") aktrisaya tamaşaçı rəğbəti qazandıraraq, uğur gətirmişdir. Y. Məmmədova tez-tez film-tamaşalara da dəvət olunur.
Yasəmən Ramazanova
Yasəmən Allahverdi qızı Ramazanova (25 yanvar 1958, Tumbul) — C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası və rejissoru. Komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın xalq artisti (2008), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Yasəmən Ramazanova 1958-ci il 25 yanvarda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tunbul kəndində anadan olmuşdur. 1981-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu(indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirmişdi. Həmin ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa və rejissor işləyir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrının səhnəsində ifa etdiyi obrazlar Nina,Göyərçin,İsmət,Afət ("Şeyx Sənan", "Uçurum", "Ana","Afət" Hüseyn Cavid) Gültəkin ("Aydın" Cəfər Cabbarlı) Gülnaz ("O olmasın bu olsun" Üzeyir Hacıbəyov) Ənbər ("Füdzi dağında qonaqlıq" Çingiz Aytmatov, Kaltey Məhəmmədcanov) Zenfira ("Qaraçılar" Aleksandr Puşkin) İnanc xatun ("Atabəylər" Nəriman Həsənzadə) Lamiyə ("Dodaqdan qəlbə" Rəşad Nuri Güntəkin) Ceyran xanım ("Ağa Məhəmməd şah Qacar" Əli Əmirli) və s.Yasəmən Ramazanova həmdə teatrda rejissor kimi fəaliyyət göstərib.Y.Ramazanova H.Cavidin "Afət", C.Xuqayevin "Mənim qaynanam" tamaşalarının rejissoru olmuşdur.2005-ci ildən 2016-cı ilə kimi M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışıb.Teatrın səhnsəində H.Cavidin "Ana", C Kərimovanın "Nəğməkar bülbül", Ş.Qüdrətoğlunun "Ağ atlı oğlan", A.Şaiqin "Yazıya pozu yoxdur", "Gözəl bahar" , Z.Vedilinin "Təpəgöz" , C.Məmmədquluzadənin "Çay dəstgahı" əsərlərini tamaşaya qoymuşdur.2009-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Bununla yanaşı Yasəmən Ramazanova 1980-ci illərdən başlayaraq Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə də sıx əməkdaşlıq edib. Telviziya və radioda hazırlanan müxtəlif tamaşalarda aktrisa, bəzi verilişlərdə isə aparıcı kimi çıxış edib. Eyni zamanda dövlət əhəmiyyətli tədbirlərin aparıcısı olaraq ictimai işlərdə də fəallıq göstərib. Hətta Azərbaycan komsomolunun 31 və Ümumittifaq komsomolunun 19-cu Qurlrutayının nümayəndəsi olub. Bu isə o zamanlar hər bir gəncin ən böyük arzusu idi.
Yasəmən Smit
Yasəmən Smit (21 noyabr 1984, Amsterdam) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Yasəmən Smit, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Yasəmən inqilabı
Tunisin paytaxtı Tunis şəhərində də kasıblar küçələrə çıxmağa başlayıblar. Paytaxtda əsasən, fəhlələrin yaşadıqları Ettadamen məhəlləsində yüzlərlə gənc mağazalara hücum çəkib, bir bankı yandırıb. Polis onlara qarşı güc tətbiq edib. Hökumət bu vaxta qədər baş verən olaylarda 21 nəfərin öldüyünü açıqlayıb. Ancaq hüquq müdafiəçiləri ölənlərin sayının 50 nəfəri keçdiyini iddia edirlər. Tunis hakimiyyəti ölkədə komendant saatı tətbiq edib. Lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bir həftədən artıqdır ki, ölkədə işsizliyə, qiymət artımına və korrupsiyaya etiraz edən yoxsulların aksiyalarının səngiməməsidir. Komendant saatı saat 20:00-dan saat 06:00-a qədər insanların və nəqliyyatın hərəkətinin qadağan edilməsini nəzərdə tutur. Ölkədəki bütün məktəblər və universitetlər artıq bağlanıb. Bu arada Tunis prezidenti Zin əl-Abidin bin Əli ölkədə 300 min yeni iş yeri yaradılacağına söz verib.
Yasəmən mənənəsi
Yasəmən mənənəsi (lat. Prociphilus bumeliae, Schrk., 1801) — Azərbaycanda yasəmən rast gəlinən hər yer bir yerdə onları tapmaq mümkündür. == Xarici quruluşu == Qara-qəhvəyi başa malik olub orta və arxa tutqun qəhvəyidir, ön döş və qarın da yaşıl olub tutqun yaşıl olub tutqun yaşıl zolaqlara malikdir. Borucuq və və quyruqcuq yoxdur. Qanadlıların qarın hissəsində az miqdarda mum maddəsi, həmçinin bədənin digər hissələrində tozcuq maddəsi vardır ki, onlar bədənə mavi-qara kölgə vermiş olur. Bədənin uzunluğu 1,55, eni isə 0,88, bığcığı 1,05 mm-dir. III buğum 0,29, IV-0,21, V-0,17, VI-19 mm-dir. Bundan əlavə bığcığın III buğumunda 18-19, IV isə cəmisi 6-7 əlavə rinari olur. Qalan buğumların hər birisində bir ədəd olmaqla əlavə rinariya təsadüf edilir. == Yayılması == Azərbaycanda yasəmən rast gəlinən hər bir yerdə onları tapmaq mümkündür.
Yasəmən rəngi
== Ümumi məlumat == Yasəmən rəngi – yasəmən çiçəklərinin orta rəngini əks etdirən solğun bir bənövşəyi ton olan bir rəngdir. Bəzi yasəmən çiçəklərinin rəngləri solğun, parlaq və tünd yasəmən çiçəklərinin rəngi tonlarında olur. Bəzi yasəmən gülünün çiçəkləri qırmızı-bənövşəyi rəngdə olur. İlk dəfə olaraq 1775-ci ildə İngiltərədə yasəmən rəngi olaraq qeydə alınıb.
Yasəmən çayı
Jasmin çayı — Jasmin gülləri əlavə edilmiş çay. Sonq sülaləsi (960-1279) zamanı əmələ gəlmişdir. Normalda jasmin çayı yaşıl çay və ya ağ çaya əsaslanır. Jasmin çayının dadı xoşagələn şirindir. Çinin ən məşhur ətirli çayıdır.
Yasəmən Şahin
Yasəmən Şahin (d. 25 iyun 1988) — Türkiyəni təmsil edən həndbolçu. Yasəmən Şahin, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Yasəmən Şahin, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. Selscc == Tərif və məna == Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Yasəmin Adar
Yasəmin Adar 1991-ci il dekabr ayının 6-da anadan olub. Türkiyə qadın idmançıları arasında 75 kq iştirak edir və Avropa çempionatında da iştirak etmişdir. == Şəxsi həyatı == Yasəmin Adarın atası çörəkçidir və adı Naim Adardır. Anası Ayşegül isə Balıkesirdəndir. Qaziosmanpaşa məktəbini bitirdikdən sonra o idman dərslərini Balıkesir Universitetində davam eləmişdir. Hal-hazırda Niğdə müəllim işləyir. == İdman karyerası == Adar məktəb və univeristet illərində Türkiyə çempionu Aslan Selhanlının tələbəsi olmuşdur. O anadan olduğu yerdə Trakya Birliyində oynamışdır. Əvvəllər Adar 72 kq çıxış edirdi. 2012-ci ildə Kanadanın Alberta şəhərində oyunlar zamanı dünya çempionu olur.
Yasəmin Öztürk
Yasemin Öztürk (25 fevral 1974, Ankara) — Aktrisa. == Həyatı == Yasemin Öztürk 25 fevral 1974-cü ildə Ankarada anadan olub. Bilkent Universitetinin teatr fakültəsində təhsil alıb. Bir çox TV proqramlarında kiçik rollardan sonra, TRT telekanalında yayımlanan Koçum mənim adlı teleserialında baş rolda çəkilir.
Rəşid Yasəmi
Qulamrza Rəşid Yasəmi (fars. غلامرضا رشید یاسمی‎; 19 noyabr 1896, Gəhvarə, Kirmanşah ostanı – 9 may 1951, Tehran) — kürd mənşəli İran şairi, tərcüməçisi, akademiki və ədəbiyyat xadimi. == Həyatı == Qulamrza Rəşid Yasəmi 1895-ci ildə İranın Kirmanşah ostanında anadan olmuşdur. O, ibtidai təhsilini Kirmanşahda başa vurmuş, 1912-ci ildə Tehrana köçmüşdür. Rəşid Yasəmi orta məktəbi fransızdilli Sen-Luis məktəbində bitirmişdir. O, təhsilini başa vurduqdan sonra 1918-ci ildə "Danışkadə" ədəbi cəmiyyətinin yaradıcılarından biri olmuşdur. Rəşid Yasəmi həmçinin, "Şəfəq-e Sorx" qəzetində məqalə və tədqiqat dərc etdirmişdir. O, kürd, fransız, ingilis, ərəb və pəhləvi dillərini bilirdi. Rəşid Yasəminin 4 oğlu və 2 qızı olmuşdur. O, 1951-ci ildə insultdan vəfat etmişdir.
Səməni (rəqs)
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Səməni halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. == Faydası == Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası «jenşen»dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. == Hazırlanma texnologiyası == Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
Səməni rəqsi
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Semeni
Yasemin Anagöz
Yasemin Əcəm Anagöz (türk. Yasemin Ecem Anagöz; 14 oktyabr 1998, İzmir) — Türkiyəli idmançı. Məşğul olduğu idman növu oxatmadır. Olimpiya və Avropa Oyunlarının iştirakçısı olub. == Bioqrafiya == Yasemin Ecem Angagöz 14 oktyabr 1998-ci ildə Türkiyənin İzmir şəhərində dünyaya gəlib. Hal hazırda "Göztepe" klubunda çıxış edir . == Karyera == Yasemin Anagöz ölkəsini 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında təmsil edib. O Avropa oyunlarında 1/4 finala qədər yüksəlir ancaq burada Yunan oxatan Evangelia Psarraya 0: 6 hesabı ilə məğlub olur . Avropa oyunlarında göstərdiyi nəticəyə görə 13-cu yeri tutur. 2015-ci ildə Kopenhagendə keçirilən Dünya Çempionatında fərdi və komanda yarışlarında iştirak edir.
Yasemin Öztürk
Yasemin Öztürk (25 fevral 1974, Ankara) — Aktrisa. == Həyatı == Yasemin Öztürk 25 fevral 1974-cü ildə Ankarada anadan olub. Bilkent Universitetinin teatr fakültəsində təhsil alıb. Bir çox TV proqramlarında kiçik rollardan sonra, TRT telekanalında yayımlanan Koçum mənim adlı teleserialında baş rolda çəkilir.
Hind yaseni
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.