yasavulluq
yasəməni
OBASTAN VİKİ
Yasəmən
Yasəmən (lat. Syringa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. Bura Cənub-Şərqi Avropada (Macarıstan, Balkanlar) və Asiyada yabanı halda bitən 10 növ daxildir. Ətirli çiçəkləri olan bu sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bü gülü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmənin cövhərini xaricdən istifadə edərkən baş ağrılarına kömək edir. Ətirli çiçəkləri olan yasəmənin sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Yasəmən gülünü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmən güllərinin kompresi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə edilən yasəmən yarpaqlarından məlhəm ereksiyanı gücləndirir.
Adi yasəmən
Adi yasəmən (lat. Syringa vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Balkan yarımadasında, Sankt-Peterburqdan Yekaterinburq bölgəsinədək, Qərbi Sibirdə Tayqanın cənub zonasında, meşə-çöl və çöl zonalarında, Orta Asiyada, Şərqi Sibirin cənubunda, Uzaq Şərqin orta və cənub hissəsində becərilir. Karpatda təbii relikt arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 2-8 m olan, çoxgövdəli, yarpağı tökülən koldur. Qabığı boz və ya boz-qonur, cavan bitkilərin qabığı hamardır. Zoğları iki, bəzən bir tumurcuqla qurtarır. Tumurcuqlarda pulcuqları xaçvari yerləşir. Yarpaqları üzbəüz, sadə, uzunluğu 4-12 sm və eni 3-8 sm, bünövrəsi ürəkvari və ya düz kəsikli, ucu biz, yaşıl, çılpaq, möhkəm, kənarları bütöv, saplaqların uzunluğu 3 sm-dir. Çiçəkləri bənövşəyidən ağ rəngədək olmaqla, ətirli, 6-10 x 5-8 mm, uzun müddət tökülməyən, piramidal, cüt, düz dayanan və ya sallaq, uzunluğu 10-20 sm olan süpürgələrə yığılmışdır.
Həqiqi yasəmən
Həqiqi yasəmən (Jasminum officinale) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Dırmaşan koldur. Yarpaqları 5-7 sayda yarpaqcıqlıdır. Yarpaqcıqları uzunsov-lansetvari, sivriləşmiş, yan tərəfdəkilər oturaq, yuxarıdakılar uzunqanadlı, saplaqlıdırlar. Çiçəkləri ağ, ətirli, çətirvari, azçıçəkli çiçək qrupunda toplanmışlar. Kasacıq qədəhvari, tacı ətirli, yumurtavari, sivriləşmiş, borucuğu ensizdir. == Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyun, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir. Arandan aşağı dağ qurşağına kimi meşə talasında və kolluqlarda rast gəlinir. Dərman bitkisidir.
Tüklü yasəmən
Tüklü yasəmən (lat. Syringa villosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. Çində Pekinin yaxınlığında, Xubey və Şensi əyalətlərində yayılmışdır. Hündürlüyü 4 m-dək olan, sıx yarpaqlı koldur. Cavan budaqları sarı-boz rəngli tükcüklərlə örtülmüşdür. İki illik bitkilərin budaqları boz-qonur-sarı rəngli, çılpaqdır. Saplağın uzunluğu 1-1,5 sm-dir. Yarpaq ayası uzunsov formalı, aşağı və ya yuxarıya daralmış, uzunluğu 4-16 sm və eni 3,5-6 sm, üstü hamar, yaşıl, alt tərəfi yayılmış, yapışıq, əsasən damarcıqların ətrafında yerləşmiş, ağ tükcüklü və ya çılpaq, açıq yaşıl rənglidir. Çiçək qrupunun uzunluğu 15-30 sm, düz dayanan, süpürgəvari, ensiz-piramidal və ya silindrik formalı, keçən ilki zoğların uclarında yerləşmiş, alt tərəfində iki cüt yarpaqlıdır. Çiçək qrupunun oxu çılpaq və ya məxməri tükcüklü, budaqları məxməri və uzun tükcüklərlə seyrək örtülmüşdür.
Yasəmən Malik
Məmmədova Yasəmən Yəhya qızı — Azərbaycan aktrisası. Yasəmən Məmmədova 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1985-ci ildən H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir. O, geniş diapazona malik aktrisadır. Məlahətli səsi ona dramatik rollarla yanaşı musiqili tamaşalarda da oynamağa imkan verir. Belə ki, Sumqayıt teatrında tamaşaya qoyulmuş "Arşın mal alan" (Ü. Hacıbəyov), "Subaylarınızdan görəsiniz (İsi Məlikzadə və S. Ələskərov) kimi operetto və musiqili komediyada da Asya və Səməni rollarını özünəməxsus şrixlərlə oynaya bilmişdir. Bundan başqa o, Gülzar (S. S. Axundov, "Tamahkar"), müğənni (H. Cavid, "Afət"), Vera (V. Şukşin, "Diribaş adamlar"), Aytən (N. Hikmət, "Bayramın birinci günü", Seda (V. Səmədoğlu, "Bəxt üzüyü"), Ermek (Ç. Aytmatov, "Əsrə bərabər gün"), Şəhrəbanı xanım (M. F. Axundov, "Müsyo Cordan və dərviş Məstəli şah"), Burla xatun (F. Məhərrəmov, "Oğuzlar") və s. rolları oynamışdır. Bakı şəhərində keçirilən klassik tamaşalar festivalında C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərində oynadığı Zeynəb, festivallar festivalında oynadığı Naza (Ə. Qiyas, "Qarışqa yuvası") və monotamaşalar festivalında oynadığı Qaçqın qarı (V. Əlixanlı, "Başdaşı") aktrisaya tamaşaçı rəğbəti qazandıraraq, uğur gətirmişdir. Y. Məmmədova tez-tez film-tamaşalara da dəvət olunur.
Yasəmən Məmmədova
Məmmədova Yasəmən Yəhya qızı — Azərbaycan aktrisası. Yasəmən Məmmədova 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1985-ci ildən H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir. O, geniş diapazona malik aktrisadır. Məlahətli səsi ona dramatik rollarla yanaşı musiqili tamaşalarda da oynamağa imkan verir. Belə ki, Sumqayıt teatrında tamaşaya qoyulmuş "Arşın mal alan" (Ü. Hacıbəyov), "Subaylarınızdan görəsiniz (İsi Məlikzadə və S. Ələskərov) kimi operetto və musiqili komediyada da Asya və Səməni rollarını özünəməxsus şrixlərlə oynaya bilmişdir. Bundan başqa o, Gülzar (S. S. Axundov, "Tamahkar"), müğənni (H. Cavid, "Afət"), Vera (V. Şukşin, "Diribaş adamlar"), Aytən (N. Hikmət, "Bayramın birinci günü", Seda (V. Səmədoğlu, "Bəxt üzüyü"), Ermek (Ç. Aytmatov, "Əsrə bərabər gün"), Şəhrəbanı xanım (M. F. Axundov, "Müsyo Cordan və dərviş Məstəli şah"), Burla xatun (F. Məhərrəmov, "Oğuzlar") və s. rolları oynamışdır. Bakı şəhərində keçirilən klassik tamaşalar festivalında C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərində oynadığı Zeynəb, festivallar festivalında oynadığı Naza (Ə. Qiyas, "Qarışqa yuvası") və monotamaşalar festivalında oynadığı Qaçqın qarı (V. Əlixanlı, "Başdaşı") aktrisaya tamaşaçı rəğbəti qazandıraraq, uğur gətirmişdir. Y. Məmmədova tez-tez film-tamaşalara da dəvət olunur.
Yasəmən Ramazanova
Yasəmən Allahverdi qızı Ramazanova (25 yanvar 1958, Tumbul) — C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası və rejissoru. Komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın xalq artisti (2008), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. Yasəmən Ramazanova 1958-ci il 25 yanvarda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tunbul kəndində anadan olmuşdur. 1981-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu(indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirmişdi. Həmin ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa və rejissor işləyir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrının səhnəsində ifa etdiyi obrazlar Nina, Göyərçin, İsmət, Afət ("Şeyx Sənan", "Uçurum", "Ana","Afət" Hüseyn Cavid) Gültəkin ("Aydın" Cəfər Cabbarlı) Gülnaz ("O olmasın bu olsun" Üzeyir Hacıbəyov) Ənbər ("Füdzi dağında qonaqlıq" Çingiz Aytmatov, Kaltey Məhəmmədcanov) Zenfira ("Qaraçılar" Aleksandr Puşkin) İnanc xatun ("Atabəylər" Nəriman Həsənzadə) Lamiyə ("Dodaqdan qəlbə" Rəşad Nuri Güntəkin) Ceyran xanım ("Ağa Məhəmməd şah Qacar" Əli Əmirli) və s. Yasəmən Ramazanova həm də teatrda rejissor kimi fəaliyyət göstərib. Y. Ramazanova H. Cavidin "Afət", C. Xuqayevin "Mənim qaynanam" tamaşalarının rejissoru olmuşdur.2005-ci ildən 2016-cı ilə kimi M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışıb. Teatrın səhnsəində H. Cavidin "Ana", C Kərimovanın "Nəğməkar bülbül", Ş. Qüdrətoğlunun "Ağ atlı oğlan", A. Şaiqin "Yazıya pozu yoxdur", "Gözəl bahar" , Z. Vedilinin "Təpəgöz" , C. Məmmədquluzadənin "Çay dəstgahı" əsərlərini tamaşaya qoymuşdur.2009-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Bununla yanaşı Yasəmən Ramazanova 1980-ci illərdən başlayaraq Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə də sıx əməkdaşlıq edib. Telviziya və radioda hazırlanan müxtəlif tamaşalarda aktrisa, bəzi verilişlərdə isə aparıcı kimi çıxış edib.
Yasəmən Smit
Yasəmən Smit (21 noyabr 1984, Amsterdam) — Niderlandı təmsil edən su poloçusu. Yasəmən Smit, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Yasəmən inqilabı
Tunisin paytaxtı Tunis şəhərində də kasıblar küçələrə çıxmağa başlayıblar. Paytaxtda əsasən, fəhlələrin yaşadıqları Ettadamen məhəlləsində yüzlərlə gənc mağazalara hücum çəkib, bir bankı yandırıb. Polis onlara qarşı güc tətbiq edib. Hökumət bu vaxta qədər baş verən olaylarda 21 nəfərin öldüyünü açıqlayıb. Ancaq hüquq müdafiəçiləri ölənlərin sayının 50 nəfəri keçdiyini iddia edirlər. Tunis hakimiyyəti ölkədə komendant saatı tətbiq edib. Lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bir həftədən artıqdır ki, ölkədə işsizliyə, qiymət artımına və korrupsiyaya etiraz edən yoxsulların aksiyalarının səngiməməsidir. Komendant saatı saat 20:00-dan saat 06:00-a qədər insanların və nəqliyyatın hərəkətinin qadağan edilməsini nəzərdə tutur. Ölkədəki bütün məktəblər və universitetlər artıq bağlanıb. Bu arada Tunis prezidenti Zin əl-Abidin bin Əli ölkədə 300 min yeni iş yeri yaradılacağına söz verib.
Yasəmən mənənəsi
Yasəmən mənənəsi (lat. Prociphilus bumeliae, Schrk., 1801) — Azərbaycanda yasəmən rast gəlinən hər yer bir yerdə onları tapmaq mümkündür. Qara-qəhvəyi başa malik olub orta və arxa tutqun qəhvəyidir, ön döş və qarın da yaşıl olub tutqun yaşıl olub tutqun yaşıl zolaqlara malikdir. Borucuq və və quyruqcuq yoxdur. Qanadlıların qarın hissəsində az miqdarda mum maddəsi, həmçinin bədənin digər hissələrində tozcuq maddəsi vardır ki, onlar bədənə mavi-qara kölgə vermiş olur. Bədənin uzunluğu 1,55, eni isə 0,88, bığcığı 1,05 mm-dir. III buğum 0,29, IV-0,21, V-0,17, VI-19 mm-dir. Bundan əlavə bığcığın III buğumunda 18-19, IV isə cəmisi 6-7 əlavə rinari olur. Qalan buğumların hər birisində bir ədəd olmaqla əlavə rinariya təsadüf edilir. Azərbaycanda yasəmən rast gəlinən hər bir yerdə onları tapmaq mümkündür.
Yasəmən rəngi
Yasəmən rəngi – yasəmən çiçəklərinin orta rəngini əks etdirən solğun bir bənövşəyi ton olan bir rəngdir. Bəzi yasəmən çiçəklərinin rəngləri solğun, parlaq və tünd yasəmən çiçəklərinin rəngi tonlarında olur. Bəzi yasəmən gülünün çiçəkləri qırmızı-bənövşəyi rəngdə olur. İlk dəfə olaraq 1775-ci ildə İngiltərədə yasəmən rəngi olaraq qeydə alınıb.
Yasəmən çayı
Jasmin çayı — Jasmin gülləri əlavə edilmiş çay. Sonq sülaləsi (960-1279) zamanı əmələ gəlmişdir. Normalda jasmin çayı yaşıl çay və ya ağ çaya əsaslanır. Jasmin çayının dadı xoşagələn şirindir. Çinin ən məşhur ətirli çayıdır.
Yasəmən Şahin
Yasəmən Şahin (d. 25 iyun 1988) — Türkiyəni təmsil edən həndbolçu. Yasəmən Şahin, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Yasəmən Şahin, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Amur yasəməni
Amur yasəməni (lat. Syringa amurensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Uzaq Şərqdə bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m, diametri 20-30 sm olan, sıx çətirli ağacdır. Yarpaq ayaları enli-yumurtavari və ya ellipsvari olub, zəif qırışlıdır. Çiçəkləri ətirli, ağ rəngli, diametri təxminən 6-8 mm, uzunluğu 25 sm-ə qədər olan sıx süpürgə çiçək qrupuna yığılmışdır. İyul ayında 3 həftəyə qədər müntəzəm və bol çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir, uzunluğu 1,5 sm, eni 0,3-0,4 sm olan, iki laylarla açılan qutucuqlardan ibarətdir. Meyvəsinin qabığı tünd boz və ya qonur rənglidir. == Ekologiyası == Balvericidir. Tez böyüyür.
Fars yasəməni
Fars yasəməni (lat. Syringa × persica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Əfqan yasəməninin kəsilmiş yarpaq yasəmənlə çarpazlaşması yolu ilə alınmışdır. == Botaniki təsviri == İran yasəməni 2 m-dək hündürlüyündə, çox şaxələnmiş budaqları olan koldur. Cavan budaqları çox zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, pulcuqlu, sallaq, nazikdir. Yarpaqları kağızvari və ya dərili, hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları bölünmüş deyil, neştərvari, enli-neştərvari və ya ensiz-oval formalı, eni 1 sm-dək, bünövrəyə tərəf daralmış, ucu bizdir. Çiçək qrupları çoxçıçəkli, yuxarı yan tumurcuqlardan inkişaf edir, uzunluğu 5-10 sm və eni 5-7,5 sm, yumurtavari formalı, şaxələnmiş, nazik oxludur. Yan çiçək qrupları budaqlardan qısadır.
Hind yasəməni
Yasəmənyarpaq katalpa
Yasəmənyarpaq katalpa (lat. Catalpa bignonioides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. Şimali Amerikada yayılmışdır. Çətirli, enli, hündürlüyü 20 m olan, yumru ağacdır.Yarpaqları adi yasəmən yarpağına bənzəyir, lakin ondan böyükdür, üst tərəfi açıq-yaşıl, altı tüklü olub, iridir.Enli yumurtavari və ya ürəkşəkilli yarpaqları 10-20 sm uzunluğunda. 10-15 sm enindədir. Çiçəkləri ağ rəngli, 3sm enində, az ətirli, qırmızı-qəhvəyi, qonur xallarla örütülü olub, çoxçiçəkli süpürgə çiçək qrupunda yerləşir. İyun-iyul aylarında çiçəkləyir. İkicinslidir, kasacığı ikiyə bölünmüşdür, dişiciyi 1, erkəkcikləri 5 ədəd olub, yalnız ikisində tozcuq əmələ gəlir.Meyvələrin uzunluğu 15-20 sm, qalınlığı 6-8 mm olan uzun qutucuqlardır, toxumları qanadlıdır. Qışadavamlı, isti, rütubət və işıqsevəndir. Torpağa tələbkar deyil.
Yasəmənçiçək topulqa
Yasəmənçiçək topulqa (lat. Spiraea × syringiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Rusiyanın meşə və yarımsəhra zonasının şimal sərhəddində bitir. Hündürlüyü 1,2 m-dək, sıx budaqlı, lansetvari yarpaqlı, enli, piramidal süpürgələrdə bənövşəyi-qırmızı, xırda çiçəkləri olan koldur. İyuldan şaxtalar düşəndən çiçəkləyir. Meyvələri oktyabrda yetişir. Qışa davamlılığı ortadır. Azərbaycanda bir çox rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir. Canlı hasarlarda və bordürlərdə xüsusilə effektlidir.
Çin yasəməni
Çin yasəməni (lat. Syringa × chinensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. Yarpağı tökülən koldur. 1777-ci ildə Ruan Botanika Bağında (Fransa) aşkar olunan bu hibrid fars yasəməni və adi yasəmənin çarpazlaşdırılması nəticəsində əmələ gəlmişdir. Hündürlüyü 3-6 m, enli-yumurtavari və ya piramidal çətirli koldur. Qabığı boz rəngli, soyulandır. Budaqları nazik, düz dayanan və ya qövsvari olmaqla yuxarıya doğru əyilmişdir. Yarpaqların uzunluğu 4-8 sm, eni 2-4 sm, yumurtavari və ya yumurtavari-neştərvari formalı, yuxarısında ucu biz, bünövrəsi yumru, çılpaq, yarımdərili, parlaq yaşıl rəngli, alt tərəfi bir az açıqdır. Saplaqları nazik, uzunluğu 1,2 sm-dir. Çiçəkləri bənövşəyi, qırmızımtıl və ya bənövşəyi-qırmızımtıl rəngli, güclü xoş qoxuludur.
İran yasəməni
Qafqazda (Ermənistan) təbii arealı vardır. Zəngilanda (Mülk, Daştun kəndləri) və Had-rutda təbii halda yayılmışdır. Azərbaycanın nadir bitki növüdür. CR B1ab(i,ii,iii,iv). Enliyarpaqlı meşələrin kənarında rast gəlinir. Arealı geniş deyildir. Azərbaycanda təbii ehtiyatı məlum səbəblərdən dəqiq təyin edilməmişdir. Iran yasəməninin hündürlüyü birdən iki metrədək olan, şaxələnmiş budaqlı koldur. Cavan budaqları zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, sallaq, nazikdir.

Digər lüğətlərdə