Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qayvan
Qayvan (蓋碗/盖碗; hərfən— “qapaqlı qab”) – ənənəvi Çin çay mərasimində istifadə edilən çay dəmləmək üçün qab. Bəzən (蓋杯 gay bey — “qapaqlı fincan”) və ya 焗盅 (szyu çjun — “istiliyi saxlayan qab”) da adlandırırlar. == Tarixi == Qayvan — qabın müasir adıdır. O Min sülaləsi dövründə ixtira olunmuşdur. Min sülaləsi dövründən qabaq çay hazırlandığı qabdan fincanlara süzülürdü. Bu baxımdan qayvan çayın dəmləndiyi qabdan birbaşa fincana süzülməsinin qarşısını alan qab kimi ixtira edilmişdi. O dövrdə qayvanlar daha böyük idilər. Müasir qayvan- fincan (80-250 ml), qapaq və nəlbəkidən ibarət dəstdir. Nəlbəki torpağı, qapaq səmanı, fincan isə onların arasında olan insanı təcəssüm etdirir. == İstifadəsi == Qayvandan həm çaynik kimi, həm də fincan kimi istifadə etmək olar.
Tayvan
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bununla da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Tayvan boğazı
Tayvan boğazı (çin. 臺灣海峽), Boğazın əvvəl ki adı Formoz boğazı olmuşdur. Tayvan boğazı Şərqi Çin dənizi ilə Cənubi Çin dənizini birləşdirir. Boğazın uzunluğu 400 km ,eni isə 130–380 km təşkil edir. Ən dayaz yeri 60 m, ən dərin yeri isə 1773 m təşkil edir. Qışda axınlar cənub-gərbə ,yayda isə şimal-şərqə doru istiqamətlənir. Axının qücü 6,5 km/s catır. Boğazın materik sahilləri çox girintili-cıxıntılıdır, adalarla zəngindir. Tayvan sahilləri isə əksinədir. Boğazın cənubunda Penxu arxipelaqı vardır.
Tayvan serousu
Tayvan serousu (lat. Capricornis swinhoei) —Tayvan ərazisində yaşayan yeganə boşbuynuzlulara aid endemik növ. Növün latın adı Robert Svoynonun (1836–1877) şərəfinə adlandırılmışdır. == Xarici görünüşü == Serou cinsinə aid olan ən kiçik növ bədənin uzunluğu 80–115 sm arasında dəyişir. Hündürlüyü 60 sm olur. Çəkisi 30 kq olur. Bel nahiyəsindən tünd zolaq keçir. Buynuzunun uzunluğu 15 sm-dir. == Həyat tərzi == Əsasən qayalı dağ qayalıqlarında və meşəliklərdən ibarət 1000–2000 m, bəzən isə 3000 metr yüksəkliklərdə yaşaya bilirlər. Qida dalınca əsasən səhər və gecə radələrinə hərəkət edirlər.
Tayvan (ada)
Tayvan — (Çincə: 臺灣 ya da 台灣, pinyin: táiwān) həmçinin Formosa adıyla da tanınır. Tayvan Sakit okeandan və Çinin şərq sahilindən 150 km uzaqlıqda yerləşən bir adadır. Beynəlxalq siyasi və iqtisadi baxımdan Çin Respublikasına aiddir. Mərkəzin coğrafi koordinatları - 23 ° 30 '. w., 121 ° 00 'şərq. İdarəetmə formasına görə respublikadır. Pul vahidi Tayvan yuanıdır. 16 dairə və 5 bələdiyyədən ibarətdir. Qaosyun, Tayçjun, Tszilun, Pindun və Yualin böyük şəhərləri hesab olunur. Əhalisi 22,2 mln nəfərdir.
Tayvan (dəqiqləşdirmə)
Tayvan
Yavan dili
Yava dili (Yavanca: basa Jawa (yav. ꦧꦱꦗꦮ), ind. bahasa Jawa) İndoneziyanın Yava adasının mərkəzi və şərq hissələrindən yaşayan Yava xalqının danışan dilidir. Avstroneziya dillərinin bir hissəsidir və buna görə də İndoneziya dili və digər Malay sortlarına bağlıdır. Yava dili 3 tarixi inkişaf dövrü keçirmişdir: qədim (kavi (12-13. əsrlərədək)), orta (12-13. əsrlərdən 17. əsrədək), yeni Yava dili (17. əsrdən indiyədək). Yava dilində ən qədim kitabə 732-ci ilə, ən qədim yazılı abidə isə 809-cu ilə aiddir.
Yavan pələngi
Yava pələngi (lat. Panthera tigris sondaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Tayvan Milli Universiteti
Tayvan Milli Universiteti (çin. 國立臺灣大學) — Tayvanın Taybey şəhərinin Daan rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin və Asiyanın ən nüfuzlu ali təhsil ocaqlarından biridir. == Tarixi == Tayvan Milli Universitetinin tarixi Taihoku İmperator Universitetinin yaradılması ilə əlaqədardır. 1928-ci ildə Yaponiya müstəmləkə hakimiyyəti tərəfindən yaradılmış həmin universitet Yaponiyanın İmperator Universitetinin bir hissəsi kimi fəaliyyət göstərir. Universitetin ilk prezidenti Şidehara Tan Taikara Hirosi təyin olunur. Həmin dövrdə Taihoku İmperator Universiteti iki akademik bölmədən - Ədəbiyyat və siyasət, Kənd təsərrüfatı bölmələrindən ibarət olur. 1943-cü ildə universitetə Tibb, sonradan isə Mühəndislik bölmələri əlavə olunur. Eyni zamanda həmin ildə Cənubi Humanitar Elmlər Tədqiqatları İnstitutu və Cənubi Resurs Elmi-Tədqiqat İnstitutu yaradılır. Hər bir bölmə və institut xüsusi kitabxanaya malik olur. 1945-ci ilədək universitetdə Dəqiq elmlər bölməsi yaradılır, tələbələrin sayı isə 382 nəfərə çatır.
Yeni Tayvan dolları
Yeni Tayvan dolları (Ənənəvi Çin yazısı: 新台币/新台币, Sadələşdirilmiş Çin yazısı: 新台币, Pinyin: Xīntáibì; işarəsi: NT$; ISO 4217: TWD) ya da sadəcə Tayvan dolları, - Tayvan valyutasıdır. Valyuta kodu TWD, NT$ dollar qısaldılmış yazılışıdır. 1949-cu ildən Tayvanın rəsmi valyutasıdır. İlk dəfə Tayvan Bankı tərəfindən çap edilmişdir, 2000-ci ildən isə çapı Çin Respublikasının Mərkəzi Bankı]tərəfindən həyata keçirilir. Yeni Tayvan dollarının iki ədəd sub hissəsi vardır; bir dənəsi jiao (角) və bir dollar on dənə jiaoa bölünür; o biri isə fen (分) və bir dollar 100 ədəd fenə bölünür.
Çin Tayvan Respublikası
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bununla da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Turan FK (Yaypan)
Turon Futbol Klubu, hazırda Özbəkistan Pro Liqasında çıxış edən Özbəkistanın futbol klubudur. == Tarixi == "Turon" futbol klubu 2017-ci ildə Özbəkistanda yaradılıb. O, peşəkar liqada debütünü 2019-cu ildə Özbəkistan Pro Liqasının B qrupunda edib. Pro Liqada (B Liqa) ilk mövsümündə Kuçlu Pro Liqanın A qrupuna yüksəldi. 2020-ci il mövsümündə komandanın tərkibi bir sıra güclü futbolçularla gücləndirildi və Pro Liqada böyük intriqa yaratdı. Mövsümün sonunda Fərqanə "İstiqlal" stadionunda "Neftçi" ilə qarşılaşan Fərqanə derbisində qalib gələrək Özbəkistanın Pro Liqasının çempionu olub və Superliqaya vəsiqə qazanıb. Mövsümün sonunda Özbəkistan Futbol Assosiasiyasının mükafatlandırma mərasimində o, xüsusi mükafata layiq görülüb. 2021-ci il mövsümündən əvvəl Klub rəhbərliyi komandada bir sıra dəyişikliklər edib və komandanın yeni loqosu təqdim olunub. 2021-ci il mövsümünə qədər o, heyətini bir sıra təcrübəli legionerlər və Özbəkistan millisinin sabiq futbolçuları ilə gücləndirib. 2021-ci ildə Super Liqada ilk mövsümündə klub təcrübə çatışmazlığı səbəbindən Pro Liqaya düşdü.
Tayvan kütləvi informasiya vasitələri
Tayvan kütləvi informasiya vasitələri — Tayvanın kütləvi informasiya vasitələri. == Dövri nəşrlər == Tayvanda 600-dən çox qəzet və jurnal nəşr olunur. Dövri nəşrlərin çoxu ingilis dilindədir və onların hamısı Taybey şəhərində buraxılır. === Qəzetlər === İngilis dilində olan əsas qəzetlər bunlardır: "İn dependent Evening Post" qəzeti 1947-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir. "İndependent Morning Post" qəzeti 1988-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir. "Commercial Times" qəzeti 1978-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 250 min nüsxədir. "China Post" qəzeti 1952-ci ildən etibarən gündəlik nəşr olunur.
Tayvan 2018 Qış Olimpiya Oyunlarında
Tayvan 2018 Qış Olimpiya Oyunlarında 2 idman növü üzrə 4 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == === Kanki sürmə ayrışları === ==== Kanki ilə qaçış ==== Kecən dəfəki olimpiya yarışmaları ilə müayisədə bu idman yarışlarında dəyişikliklər baş vermişdir. Bura mass-start əlavə edilmişdir ki, burada idmançılar 16 dövrə vururlar. Həmçinin 1994-cü ildən bəri ilk dəfə olaraq kanki srənlər 500 m məsafəni 1 dəfə qət edəcəklər. Kvotalar 2017/2018 illər dünya kubokuna əsasən müəyyən edilir. Bu yarışma əsasında siyahı tərtib edilmişdir. Bu siyahıya əsasən Tayvan 4 nominasiya üzrə təmsil olunmaq hüququ əldə etmişdir. Tayvan bu Qış Olimpiya oyunlarında bu sahə üzrə debütantlardan olmuşdur. kişilər fərdi yarışlar qadınlar fərdi yarışlar === Xizək idmanı === Olimpiya oyunlarında iştirak etmək üçün 2017/2018 il dünya kubokunda göstərdiyi performans 1 yanvar 2018-ci il reytinqinə əsasən kvota müəyyən edilir. Tayvan təsnifatda əsasən 1 iştirakçı kvotası əldə etmişdir.
Haynan
Haynan (çin. 海南; dənizin cənubu) — Çinin cənubunda yerləşən Cənubi Çin dənizində yerləşən ada. Adada eyniadlı vilayət yerləşir. Adanın və vilayətin mərkəzi Haykou şəhəridir. Son iyirmi il ərzində adı əlayət şəhərindən 1,5 milyon əhalisi olan meqapolisə çevrilmişdir. Digər iri şəhərləri isə Sanya, Dunfan, Dançjoy və Syonhay şəhərləridir. Vilayətin əhalisi 8 671 518 nəfər təşkil edir. 2010-cu il məlumatına görə vilayət əhali sayı baxımından Çinin 29 əyalətidir. == Coğrafiyası == Tropik ada olaraq Çinin cənubunda yerləşir. Havay adaları ilə eyni enlikdə yerləşir.
Heyvan
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Karvan
Karvan — tarixən quru nəqliyyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir == Tarixi == Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. == Tarixi == V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Sarvan
Şəhərlər Gürcüstan Sarvan (şəhər) — Gürcüstanın Aşağı Kartli diyarında şəhər, Sarvan bələdiyyəsinin inzibati mərkəzi. Kəndlər Azərbaycan Sarvan (Salyan) — Azərbaycanın Salyan rayonunun inzibati ərazi vahidində kənd. Sarvan (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Gürcüstan Sarvan (kənd) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Bələdiyyələr Azərbaycan Sarvan bələdiyyəsi (Salyan) — Azərbaycanın Salyan rayonunda bələdiyyə. Gürcüstan Sarvan bələdiyyəsi (Borçalı) — Gürcüstanın Aşağı Kartli diyarında inzibati-ərazi vahidi.
Saypan
Saypan (ing. Saipan) — Şimali Marian adalarının paytaxtı; ada-şəhər. == Əhalisi == Ada-şəhərin əhalisi 62,4 min nəfərdir (2000), bu ölkə əhalisinin dörddə üçü deməkdir. Əsas ünsiyyət kkimi ingilis dilindən istifadə edilir. Məişətdə yerli xalqın dili olan çamorro geniş yayılıb. Şəhərdə Çin, Banqladeş, Filippin, Tailand, Vyetnam, Kamboca, yaponiya və Koreyadan gələnlər çox saydadırlar.
Taytan
Taytan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km cənub-şərqdə, Vedibasar çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində "kiçik dağ", "təpə" mənasında işlənən tay (tey) sözü ilə türk dilində "dərə, dar dərin dərə", "təpə" mənasında işlənən tan (q) < //ton) (q) sözünün birləşməsindən əmələ gəlmişdir. "Tay" coğrafi termin kimi "tərəf, sahil" mənasında da işlənir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 177 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 262 nəfər, 1914-cü ildə 288 nəfər, 1916-cı ildə 366 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə azərbaycanlıları ermənilər öz doğma ocaqlırından qovmuşlar. Xaricdən (İran və Türkiyədən) gələn ermənilər bu kənddə yerləşdirilmişdir.
Vaqvan
Vaqvan — Yuxarı Qarabagda İbrahim xana məxsus kəndlərdən birinin adı İndi Ağdam r-nunda Bağbanlar kəndinin adında qalır.
Vayqan
Vayqan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,091 nəfər və 1,095 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Yalman
Yalman — Azərbaycan Respublikasının Göyçay rayonunun Yalman kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Yalman oyk, sadə. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə kəndindən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1024 nəfər əhali yaşayır.
Yalvaç
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. == Peyğəmbərlik == Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
Yanvar
Yanvar — Qriqorian təqvimində ilin birinci ayı, 31 gündən ibarətdir. Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma tanrısı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur. Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir. Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı"deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur. Yanvar sözünün ilkin mənası qapı deməkdir. Yanvar ayı başlanğıc,zaman tanrısı olan Yunusun adından götürülmüşdür. Yanus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu. Üzünün biri qabağa yəni gələcəyə baxırdısa,digəri arxaya,yəni keçmişə nəzər salırdı.
Yarğan
Yarğan — nisbətən hündür-düzənlik sahələrə aid olur. Yarğanın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması yarğanın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması İlə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Yarğan – mənfi xətti relyef forması, dar, dik yamaclı, yuxarı hissədə şaxələnmiş, yanları çılpaq olur. Uzunluğu bir neçə km, eni və dərinliyi bir neçə 10 m-ə çatır. Adətən tez yuyulan çökmə süxurlarda inkişaf edib, dövrü olaraq davam edən yağış və qar sularının axını nəticəsində əmələ gəlir. (rus. овраг, ing. gulch, gully, ravine) Yarğanlar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır.
Yaylaq
Yaylaq — mal–qaranın yay zamanı otarıldığı ərazi, yer. Maldarlıq meydana gəldikdən sonra yaylaqlardan geniş istifadə olunur. Azərbaycanda yaylaqların əksəriyyəti dəniz səviyyəsindən orta hesabla 2800 m-ə qədər yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp çəmənlikləri qoyunçuluğun qədim yaylaqları sayılır. Yaylaq həm də sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeridir. Azərbaycanda təqribən 6 minillik tarixi olan yaylaqlardan indi də geniş istifadə olunur. Yaylaq Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biridir. Yaylaqlar, adətən, yüksək dağlıq yerlərdə, alp çəmənliklərində yerləşir. İlin 3-4 ayını yaylaqlarda keçirən maldar elatlar burada alaçıq və dəyələrdə yaşayırdılar. Yaylaqlara köçmə və yurdsalma qaydalarında, əsasən, su mənbələrinə yaxınlıq və otlaq qayğıları, həmçinin qohumluq münasibətləri üstün yer tuturdu.
Yaylar
Yaylar — maşınqayırmada çox geniş tətbiq olunan maşın hissəsidir, Onlar zərbə və təkan yüklərini yumşaltmaq, enerjini yığmaq və tədriclə işçi mexanizmə ötürmək (məsələn, saat mexanizmində), qüvvəni ölçmək (dinamometrlərdə, tərəzinin yayı), sıxıcı qüvvə yaratmaq (tormozlarda)və s. funksiyaları yerinə yetirmək üçün istifadə olunur. == Növləri == === Deformasiyasına görə: === Dartılmaya; Sıxılmaya; Burulmaya Əyilməyə işləyən yaylar === Konstruksiyasına görə: === Vintvari silindirk; Konusvari; Teleskopik; Nimçəvarı; Halqavarı; Çubuqşəkilli; Yastı spiral; Təbəqəli — ressorlar. === Xarakteristikasına görə: === Sabit; Dəyişən sərtlikli; Daxili sürtünməsiz; Daxili sürtünməli. == Mənbə == Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri — Bakı, "Maarif", 2002, 596 səh.
Yağdan
Yağdan (erm. Յաղդան) — Ermənistan Respublikasının Loru mərzində kənd. Kənd 1818–1821–ci illərdə Osmanlı İmperiyasından köçürülmüş yunanlar tərəfindən salınıb. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Yağdan bələdiyyəsi"ni (erm. Յաղդան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de-yure) daimi əhalisi 233 nəfərdir.
Zaysan
Zaysan — Qazaxıstanda şəhər, Şərqi Qazaxıstan vilayətinin Zaysan rayonunun inzibati mərkəzi. Səng silsiləsinin ətəklərində, Janqiztobe dəmir yolu stansiyasından 378 km cənub-şərqdə (Semipalatinsk - Almatı xəttində) yerləşir. Hava limanı var. Zaysan, əsasən ətli və yunlu qoyunçuluq yetişdirən böyük bir heyvandarlıq bölgəsinin mərkəzidir. == Tarixi == Dairə fərmanları əyalətə çevrildi, 1857-ci ildə bölgələrin meydana gəlməsi dövründə Zaysan bölgəsi yaradıldı və Zaysan postu mahalın inzibati və siyasi mərkəzi oldu. Şəhərdə bir rayon idarəsi, gömrük, xəzinə, post-teleqraf bürosu və şəxsi köməkçi təsərrüfatı var idi. 1880-ci ildə şəhəri Semipalatinsklə birləşdirən teleqraf xətti çəkildi. Zaysan postunu iki hissəyə bölən Zhemeny çayının şərq hissəsi "Kazak Sloboda" adlanmağa başladı və böyük bir küçədən ibarət idi və qərb hissəsində 3-4 küçə, Asiyalılar üçün ibtidai məktəb, Potanin taxta kilsə, bir icra məmuru evi, ticarət zalı, 110 kərpic və 7 taxta ev yazdı. Daxili və xarici ticarət üçün əlverişli olan Zaysan şəhəri sürətlə genişləndi, Qərbi Çin və Monqolustan ilə qarşılıqlı ticarət gücləndi. Hər il may ayında təşkil edilən Nikolskaya Yarmarkası ticarət həcmini artırdı.
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.