YAYAN

Piyada. (“Koroğlu” dastanının lüğəti)

Digər dastanlarda yayax şəklində rast gəlinir.

İki əsgər bir-birinə varanda,

Aralığa quru dava salanda,

At yorulub yerdə yayan qalanda,

Qara polat şol qılıncın günüdür.

                                                  (“El şairləri”)

                             *

Müqayisə et:

O nədir ki, bu dünyada zatı yox?

O nədir ki, tikişi yox, qatı yox?

O nədir ki, yayax gedir, atı yox?

Çarx dolanır, bir tükənməz yolu var.

O yalandı, bu dünyada zatı yox,

O göydü ki, tikişi yox, qatı yox.

Aydı, gündü, yayax gedir, atı yox,

Çarx dolanır, bir tükənməz yolu var.

                                            (“Heydər bəy” dastanı)

YAYAN
YAYQANMAQ

Digər lüğətlərdə