yavalıq
yavan-yavan
OBASTAN VİKİ
Yavan dili
Yava dili (Yavanca: basa Jawa (yav. ꦧꦱꦗꦮ), ind. bahasa Jawa) İndoneziyanın Yava adasının mərkəzi və şərq hissələrindən yaşayan Yava xalqının danışan dilidir. Avstroneziya dillərinin bir hissəsidir və buna görə də İndoneziya dili və digər Malay sortlarına bağlıdır. Yava dili 3 tarixi inkişaf dövrü keçirmişdir: qədim (kavi (12-13. əsrlərədək)), orta (12-13. əsrlərdən 17. əsrədək), yeni Yava dili (17. əsrdən indiyədək). Yava dilində ən qədim kitabə 732-ci ilə, ən qədim yazılı abidə isə 809-cu ilə aiddir.
Yavan pələngi
Yava pələngi (lat. Panthera tigris sondaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Yavantrop
Yavantrop və ya Ngandong və yaxud soloy (lat. Javanthropus soloensis) — qazıntı adamı. Yava adasında, Ngandong yaxınlığındakı Solo çayı vadisində tapılmışdır. Yavantropda həm arxantropların, həm də paleoantropların morfoloji xüsusiyyətləri var. Buna görə də bəzi tədqiqatçılar yavantropu "soloy" pitekantropu, digərləri isə "soloy" paleoantropu adlandırır. Antropologiyaya aid ədəbiyyatda sonuncu daha çox işlədilir. ASE, V cild, Bakı, 1981, səh.

Digər lüğətlərdə