Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yenibağ
Yenibağ — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə.
Yeniabad
Yeniabad (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. ‎Yeniabad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Yeniarx
Yeniarx (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Yeniarx (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlar Etibar Məmmədov Etibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - Parazitoloq Etibar Aslanov — Etibar Babayev — Etibar Əliyev Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılov Etibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov (kimyaçı) — Azərbaycan alimi.
Yenbay
Yenbay (vyet. Yên Bái) — Vyetnamın şimalında şəhər, Yenbay vilayətinin paytaxtı. 9 fevral 1930-cu ildə Yenbayda yerləşən Tonkin korpusunun 4-cü alayının bir hissəsi Fransa zabitlərinə qarşı üsyan qaldırmışdı. Üsyan eyni alayın qüvvələri tərəfindən yatırılmışdı, lakin bu, 1930–1931-ci illərdə Fransa hökmranlığına qarşı bu cür genişmiqyaslı qiyamın başlanğıcı olmuşdu. Mütləq hündürlüyü dəniz səviyyəsindən 45 metr yüksəkdir. Ölkənin paytaxtı Hanoy şəhərindən 160 km, Hoşimin şəhərindən isə 1,879 km məsafədə yerləşir.
Yeniabad (Şəmkir)
Yeniabad (əvvəlki adı: Bitdili) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 1789 nəfərdir ki, onunda 897 nəfəri kişi, 892 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. CIRTDANLARIN tarixi: FIRILDAQ necə dönüb "xalq hərəkatı" oldu.
Yeniabad bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yeniarx (Ağdaş)
Yeniarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsində kənd.
Yeniarx (Bicar)
Yeniarx (fars. ينگي ارخ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 164 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Yeniarx (Göyçay)
Yeniarx — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Yeniarx oyk., sadə. Ağdaş r-nunun Yuxarı Nemətabad i.ə.v.-də kənd. Düzənlikdədir; Ağdaş r-nunun Aşağı Zeynəddin i.ə.v.-də kənd Düzənlikdədir. Kəndlər XVIII əsrdə Türyançaydan çəkilmiş Yeniarx adlı arxın kənarında salındığına görə belə adlandırılmışdır; Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Kənd Yeniarxın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. 2019-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1486 nəfər əhali yaşayır. Kənddə Yeniarx kənd məscidi dini icması fəaliyyət göstərir.
Yeniarx bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yenicag.az
"Yeni Çağ" — Aqil Ələsgərin təsisçisi və rəhbəri olduğu, Azərbaycanda fəaliyyət göstərən hökumətəmeyilli media-qrup. 1 fevral 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin rəsmi saytı yenicag.az 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb. "Yenicag.az" İA 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir. Saytın rəhbəri Aqil Ələsgərdir. İnformasiya agentliyi Azərbaycan xəbərlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində fəaliyyət göstərir. "Yenicag.az"ın dəstəyi ilə Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayevanın "Erməni zindanında 8 gün" kitabı nəşr olunub. Türkiyədəki 15 iyul çevriliş cəhdindən əvvəl bu cəhdi həyata keçirən şəbəkənin ifşasında fəaliyyət göstərən media qrupun təsisçisi və rəhbəri Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi fəaliyyətinə həsr olunmuş "Terrorun Gülən üzü" və "Səssiz işğal" kitablarını çap etdirib. 2016-cı ilin dekabrından "Yenicag.az"ın türk (Yenicag.info) və rusdilli (Yenicag.ru) versiyaları fəaliyyətə başlayıb. Hal-hazırda "Yeni Çağ" Media Qrupuna "Yenicag.az" ( (az.)), "novayaepoxa.com" (Новая Эпоха) ( (rus.)) və "Yenicag.info" ( (türk.)), 2018-ci ildən isə "yenicag.tv" domenləri daxildir.
Yenilər Qrupu
Yenilər Qrupu, 1940-cı ildə Léopold Lévinin tələbələri tərəfindən yaradılmış sənət qrupudur. Qurulmaya Nuri İyem, Avni Arbaş, Səlim Turan, Nejad Devrim, Kamal Sönmezler, Turqut Atalay, Mümtaz Yener, Ferruh Başağa, Haşmet Akal və Abidin Dino, Faruk Morel, Yusuf Karatay və İlhan Arakon kimi sənətçilər qatılıb. İkinci Dünya Müharibəsinin sonlarında sosrealizm cərəyanının rəssamlıqda əksi kimi qəbul edilir. Qrupun yaradılmasında əsas məqsəd Qərbin təsiri altında olan və ictimaiyyətdən uzaqlaşdırılan rəssamlıq sənətini yenidən cəmiyyətə tanıtmaq və yerli problemlər vasitəsilə sosial problemlərə işıq salmaq idi. Bu çərçivədə İstanbul limanları və orada yaşamaq üçün mübarizə aparan insanlar haqqında öz müşahidələri əsasında bir sıra obrazlı rəsmlər çəkən qrup üzvləri bu əsərləri ilk dəfə 10 may 1941-ci ildə Beyoğludakı Jurnalistlər Klubunda sərgiləmişlər, daha sonra Cağaloğluda təşkil edilən Port City İstanbul temalı tədbirdə sərgilərdə sərgilədilər. Buna görə də formasiya Liman Rəssamları adlanır. Çörək (Mumtaz Yener), Balıq Auksionu (Selim Turan), Son Qədəh (Avni Arbaş), Körpünün Altında Uşaqlar (Kemal Sönmezler), Səyahət Var Mahnısı (Nuri İyem), Halk Pazarı (Fethi Karakaş), Fahişəxana Qadını (Agop) Arad) sərgiyə daxil edilmişdir. daxil edilən əsərlərdən bəziləridir. Bu əsərlərin ümumi mövzusu o vaxta qədər çox az müzakirə olunan ictimai həyatdır. Bu baxımdan Yenilər Qrupu digər rəssam qruplarından fərqlənirdi.
Etibar Babayev
Etibar Adil oğlu Babayev (15 dekabr 1950, Bakı) — Əməkdar jurnalist; pedaqoq; "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri; Bakı Slavyan Universitetinin professoru. == Həyatı == Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə H. Cavid adına 132 nömrəli orta məktəbi, 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası üzrə İkinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Şair-dramaturq Adil Babayevin (1925–1977) oğludur. == Siyasi fəaliyyəti == Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975–1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı (1979–1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981–1988) kimi məsul vəzifələrdə çalışıb. 1981–1989-cu illərdə Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989–1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifələrində çalışıb.
Etibar Cəbrayıloğlu
İsmayılov Etibar Cəbrayıl oğlu (11 dekabr 1967, Lənkəran) — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı. == Həyatı == Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.1986-1988-ci illərdə Qazaxıstan şəhərində hərbi xidmətdə olub. 1991-96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb. == Jurnalist fəaliyyəti == 1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan "Çeşmə" qəzeti ilə fəal əməkdaşlıq edib. "Elin səsi" qəzetində müxbir, "Lənkəran" qəzetində redaktor müavini olub.1996-ci ildən Bakıya köçdükdən sonra "Press-fakt" qəzetində müxbir, şöbə müdiri, "Bu gün" qəzetində baş redaktor müavini, "Yeni Müsavat" qəzetində informasiya şöbəsinin müdiri, "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetlərində baş redaktor müavini, "Politika" qəzetində baş redaktor, "Üç nöqtə" qəzetində şöbə redaktoru, "Hesabat" jurnalında koordinator, "Gün səhər" qəzetində şöbə redaktoru, baş redaktor müavini, "Biz+" jurnalında baş redaktor müavini, "Haqqın nuru" qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.Vaxtilə 1990-cı illərdə "Yasamaldan məktublar" adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır. 2007-ci ildən "Ədalət" qəzeti ilə əməkdaşlıq edir.
Etibar Cəfərov
Etibar Elkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. == Həyatı == 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Etibar Elçiyev
Etibar Elçiyev (10 may 1972, Tetritskaro rayonu, Kvemo-Kartli) — kik-boksinq üzrə Gürcüstan idmançısı, "maqnit adam" təxəllüslü Ginnes kitabı rekordçusu. == Həyatı == Etibar Elçiyev 1972-ci ildə Gürcüstan SSR Tetriskaro (keçmiş Ağbulaq) rayonunun Kosalar kəndində anadan olmuşdur. Hazırda Marneuli şəhərində yaşayır. Milliyyətcə azərbaycanlıdır. == Uğurları == Etibar Elçiyev 2011-ci ilin dekabr ayında öz bədənində 50 metal qaşıq saxlamaqla Ginnes rekordlarını təzələmişdir. Bundan əvvəlki rekord 2009-cu ildə bədənində 17 qaşıq saxlamış kanadalı Aaron Caissieyə məxsus idi. Bundan sonra o, 26 saniyə ərzində 14 kiloqramlıq dəmir lövhəni və onun üzərində dayanan 92 kq. çəkisi olan adamı saxlayıb. Yükün birlikdə çəkisi 106 kq. təşkil edib.
Etibar Erkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. == Həyatı == 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Etibar Etibarlı
Etibar Etibarlı — şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Rəsul Rza adına ədəbi mükafatın laureatı, Prezident təqaüdçüsü. == Həyat və fəaliyyəti == Etibar Etibarlı 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olmuşdur. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirmişdir. Bir müddət "Yeni Şirvan" rayon qəzetində işləmiş , sonra isə AzTV-nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərmişdir. Uşaq yaşlarından şeirə həvəs göstərmişdir. 1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləmişdir. === Bədii fəaliyyəti === İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunmuşdur. "Ulduz" jurnalının 1969-cu il 10-cu nömrəsində şair Nəbi Xəzri onun haqqında "Uğurlu yol" məqaləsi yazmış, onu ümidverən bir gənc şair kimi ədəbi aləmə təqdim etmiş: Etibar Etibarlının isə həmin nömrədə iki səhifə həcmində şeirləri çap olunmuşdur. 1975-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olmuşdur. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş "Kommunist" qəzetində, daha sonra "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAc-da (Dövlət İnormasiya Agentliyində) işləmişdir.
Etibar Hacıyev
Hacıyev Etibar Firudin oğlu (5 aprel 1971, Zod, Vardenis rayonu – 15 iyun 1992, Aşağı Ağcakənd, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür. == Döyüşlərdə iştirakı == 1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Etibar Hüseynov
Etibar Əli oğlu Hüseynov (29 yanvar 1968, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı. == Həyatı == Hüseynov Etibar 29 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 1980-cı ildə atasının iş yerinin dəyişməsi ilə əlaqədar Şəmkir rayonuna köçüb. 1986–88 ci illərdə Moskva şəhərində hərbi xidmətini çəkir. Hərbi xidmətdən döndükdən sonra Qarabağ hadisələri ilə bağlı başlayan tələbə hərəkatına qoşulur. 1988-ci il noyabrında Meydan hadisələri və 1991-ci ilin 28 mayında BDU-nun qarşısında saxlanılaraq 15 sutka həbs olunur. == Təhsili == Nəsimi rayon 247 nömrəli məktəbdə 1-ci sinifə gedib. Şəmkir rayonunun Kür qəsəbəsində Lenin adına Beynənmiləl orta məktəbi bitirir və 1985-ci ildə İnşaat Mühəndisliyi inustutunun (hazırkı Memarlıq Universitetinin) mülki-sənaye tikintisi fakultəsinə daxil olub. 92–93-cü illərdə Azərbaycan jurnalistlər Birliyi nəzdindəki Bakı Jurnalistika institutunda, daha sonra isə 2004-cü ildə ikinci təhsil kimi BDU-nin Mexanika-Riyaziyyat fakultəsində təhsil alıb. == Fəaliyyəti == 1992-ci ildə Jurnalist fəaliyyətinə müstəqil "7 gün" qəzetində başlayıb.
Etibar Həsənov
Etibar Həsənzadə
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019). == Həyatı == Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. == Yaradıcılıq fəaliyyəti == Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.
Etibar Mahmudov
Zənzibar
Zənzibar və ya Zangibar — Afrikanın şərqində, iki adadan ibarət və Tanzaniya dövlətinə bağlı muxtar bölgə. Zənzibar əsas ada olan Zangibar adasından və Pemba adasından ibarətdir. Paytaxtı Stoun Taun şəhəridir. İqtisadiyyatı ədviyyata və turizmə əsaslanır. Zənzibar əsil adı Forrux Bulsara olan və "Queen" rok qrupunun solisti olan Freddi Merkurinin doğum yeridir. Merkuri Stoun Taunda anadan olmuşdur. Zənzibar dünyanın ən tanınmış ədviyyat ixracatçılarından biridir. Zənzibar Şirazdan qaçıb gəlmiş iranlı köçkünlər tərəfindən yaradılmışdır. Fars dilində "Zangi bar"– "zəncilər sahili" deməkdir. 1503–1698-ci ildə Zənzibar Portuqaliyanın hakimiyyətində qalmışdır.
Zəngbar (Bostanabad)
Zəngbar (fars. زنگبار‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (11 ailə).
Zəngibar (Germi)
Zəngibar (fars. زنگبار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 151 nəfər yaşayır (29 ailə).
Zənzibar (şəhər)
Zənzibar (suah. Jiji la Zanzibar, ing. Zanzibar City) — Tanzaniya, Zangibar adasının qərb sahilində yerləşən şəhər. Muxtar Zənzibarın inzibati mərkəzi və inzibati vahidləri: Qərbi Zanzibar bölgələri və Zənzibar rayonlarının şəhəri. Əhali (Zənzibar şəhəri (Suahili Mjini ((suah. Mjini) və ya Jiji la Zanzibar)) bölgəsində - 205 870 nəfər (2002), 256 543 nəfər (2008), 129 097 nəfər (2009). Şəhərin yerindəki ilk yaşayış yeri 16-cı əsrdə quruldu; şəhər kölə ticarətinin mərkəzi idi. 1840 — 1856-cı illərdə Musat və Oman Sultanlığının paytaxtı Səid ibn Sultanın rəhbərliyi altında. Şəhərin böyük hissəsi ərəb üslubunda mərcan daşından tikilmiş evlərlə qurulmuşdur və dar küçələrin labirentidir; Damları düz olan iki və üç mərtəbəli evlər həyətlərin ətrafında möhkəm bir divarla boyanmış panjurlar və ızgaralar, balıq, lotus və zəncir simvolik şəkilləri olan oyma qapılarla birləşdirilmişdir. Məscidlər, Ərəb qalası, Sultanlar Sarayı; 19-cu əsrin sonlarındakı Avropa binaları: Anqlikan kilsəsi, kilsə.
Zənzibar boğazı
Zənzibar boğazı – Afrikanın cənub-şərqində, Zənzibar adasını Tanzaniyanın materik hissəsindən ayıran boğaz. Tanzaniyanın paytaxtından 400 kilometr məsafədə yerləşir. Zənzibar şəhəri və limanı boğazın sahilindədir. Boğaz Afrikanın sahil şelfində yerləşir. Uzunluğu təxminən 100 kilometrə, eni 40 kilometrə, dərinliyi 40 metrə qədərdir. Boğazın ucqarlarında dərinlik 1000 metrə çatır. Son buzlaşma dövründə boğazın dərinliyi mövcud səviyyədən 121 ± 5 m az idi. Orta qabarma və çəkilmənin hündürlüyü 4 metrdir. Suyun temperaturu fəsildən asılı olaraq 24 ° C ilə 30 ° C arasında dəyişir. Boğaz ətrafında olan körfəzdə mərcan qayaları vardır.
Zənzibar bəbiri
Zanzibar bəbiri (lat. Panthera pardus adersi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Zənzibar sultanlığı
Zənzibar sultanlığı (suah. Usultani wa Zanzibar; ərəb. سلطنة زنجبار‎, Sulṭanat Zanjībār) — XIX əsrdən 12 yanvar 1964-cü ilə qədər mövcud olmuş dövlət. 1964-cü ildən Tanzaniya Birləşmiş Respublikasının bir hissəsidir. Zənzibar Omandan (Maskat sultanlığı) olan Bu Səidi sülaləsinin kiçik üzvlərinə bir mülk olaraq həkk olunmuşdur. Zənzibar sultanının hakimiyyəti Şərqi Afrika sahillərinə, Ozi çayı üzərindəki Dalqado burnu ilə Kipini arasında, əlavə olaraq Unquca (Zanzibar adası), Pemba və başqa adalara qədər uzanırdı. Aktiv qul ticarəti, həmçinin ədviyyat, fil sümüyü və s. ticarəti var idi. Zənzibarda genişmiqyaslı tikinti prosesi gedirdi. Oman sultanlarının ən güclüsü olan Səid ibn Sultan 1853-cü ildə fəth edilmiş Şərqi Afrika ərazilərinə nəzarət etmək üçün hətta dövlətin paytaxtını Maskatdan Zənzibara köçürməyi planlaşdırırdı.