Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Say Yes (Mişel Uilyams mahnısı)
"Say Yes" ABŞ müğənnisi Mişel Vilyamsın keçmiş "Destiny's Child" qrupunun üzvləri Beyonse və Kelli Roulandla birgə ifa etdiyi mahnıdır. Mahnıda xor tərəfindən ifa olunan "when Jesus say yes, nobody can say no" sözləri məşhur Nigeriya ilahisindən götürülmüşdür. 2005-ci ildə "Destiny's Child" qrupunun dağılmasından sonra "Say Yes" mahnısı hər üç qrup üzvünü bir gə iştirakı ilə ifa edilmiş və ekranlaşdırılmış ilk musiqi əsəridir. "Say Yes" mahnısının klipi rəsmən 18 iyun 2014-cü ildə təqdim edilmişdir. == Fon == Orijinalda "When Jesus Says Yes" adlanan Nigeriya mahnısı əsasında yazılmış "Say Yes" mahnısının prodüsseri Harmoni Samuelsdir. Vilyams mahnının demo versiyasını keçmiş qrup üzvləri Beyonse Noulz və Kelli Roulanda göndərir və sonradan onlar mahnıda qonaq ifaçı kimi iştiraka razılaşırlar. "Rap-up Magazine" jurnalına verdiyi müsahibədə Beyonse mahnıda qonaq ifaçı kimi qərar verməsindən danışır və deyir: "Bu mahnı o qədər ilhamlandırıcıdır ki…bu cür mahnılar çox azdır və mən bu mahnının bir hissəsi olmaqdan fəxr edirəm." == Hit-paradlarda == "Say Yes" BK hit paradlarında 106-cı yerdə debüt etmişdir. Çıxışının ilk həftəsində Fransada mahnı 151-ci yerdə debüt etmişdir. "Say Yes" Vilyamsın Fransa hit paradına daxil olan ilk solo sinqlıdır. ABŞ-də "Billboard Gospel Songs" hit-paradında mahnı beşinci yerdə, "Gospel Digital Songs chart" hit-paradında isə birinci yerdə debüt etmişdir.
Say Yes (Mişel Vilyamsın mahnısı)
"Say Yes" ABŞ müğənnisi Mişel Vilyamsın keçmiş "Destiny's Child" qrupunun üzvləri Beyonse və Kelli Roulandla birgə ifa etdiyi mahnıdır. Mahnıda xor tərəfindən ifa olunan "when Jesus say yes, nobody can say no" sözləri məşhur Nigeriya ilahisindən götürülmüşdür. 2005-ci ildə "Destiny's Child" qrupunun dağılmasından sonra "Say Yes" mahnısı hər üç qrup üzvünü bir gə iştirakı ilə ifa edilmiş və ekranlaşdırılmış ilk musiqi əsəridir. "Say Yes" mahnısının klipi rəsmən 18 iyun 2014-cü ildə təqdim edilmişdir. == Fon == Orijinalda "When Jesus Says Yes" adlanan Nigeriya mahnısı əsasında yazılmış "Say Yes" mahnısının prodüsseri Harmoni Samuelsdir. Vilyams mahnının demo versiyasını keçmiş qrup üzvləri Beyonse Noulz və Kelli Roulanda göndərir və sonradan onlar mahnıda qonaq ifaçı kimi iştiraka razılaşırlar. "Rap-up Magazine" jurnalına verdiyi müsahibədə Beyonse mahnıda qonaq ifaçı kimi qərar verməsindən danışır və deyir: "Bu mahnı o qədər ilhamlandırıcıdır ki…bu cür mahnılar çox azdır və mən bu mahnının bir hissəsi olmaqdan fəxr edirəm." == Hit-paradlarda == "Say Yes" BK hit paradlarında 106-cı yerdə debüt etmişdir. Çıxışının ilk həftəsində Fransada mahnı 151-ci yerdə debüt etmişdir. "Say Yes" Vilyamsın Fransa hit paradına daxil olan ilk solo sinqlıdır. ABŞ-də "Billboard Gospel Songs" hit-paradında mahnı beşinci yerdə, "Gospel Digital Songs chart" hit-paradında isə birinci yerdə debüt etmişdir.
I Loved Yesterday
I Loved Yesterday — Yui albomu.
I Yese
Yese — Kartli çarı. Kartli kralı Levan şahzadə Tinatin Avalişvilinin oğlu, Kartli çarı "XI Georgi"nin qardaşı.. == Həyatı == Yese 1680-ci ildə qəyyum Levanın və ikinci həyat toldaşı Tinatin Avalişvilinin oğlu olaraq doğulmuşdu. Müsəlman olduqdan sonra Əliqulu xan adını götürən Yese 1708-1709-cu illərdə Kirman naibi, 1709-1711-ci illərdə isə Kirman bəylərbəyi olmuşdu. 1711-1714-cü illərdə isə Səfəvi ordusunun topçubaşı (artilleriya üzrə baş komandan) olmuşdu. == Hakimiyyəti == 1714-cü ilin martında VI Vaxtanq İslamı qəbul etmədiyi üçün onun yerinə çar olmuşdu. II David ilə ittifaq quran çar 1716-cı ilin iyunu çarlıqdan kənarlaşdırılaraq yerinə VI Vaxtanq gəldi. == Həbs və dini dəyişiklik == Yesse Telaviyə köçdü və III Bakarın qəyyumluğu altında yaşamağa başladı. 1721-ci ildə VI Vaxtanq tərəfindən Kartli ədalət naziri təyin edildi. II Konstantin Baqrationinin hücuma hazırlaşdığını eşidən Yese 1723-cü ildə Osmanlıya qaçaraq sünni oldu və 1724-cü ildə Mustafa paşa adı ilə çar elan edildi.
Milena Yesenka
Milena Yesenka (çex. Milena Jesenská 10 avqust 1896, Praqa, Sisleytaniya – 17 may 1944[…], Ravensburyuk həbs düşərgəsi) — Çex əsilli yazıçı, jurnalist və tərcüməçi. Frans Kafka ilə olan şəxsi münasibətləri ilə tanınmışdır. Frans Kafka tərəfindən 1920-ci ildə yazılmış Milenaya məktublar əsərində Kafka və Milena arasında qısa müdddət davam etmiş sevgi məktubları təsvir olunmuşdur. Siyasi fəaliyyəti səbəbindən 1944-cü ildə Nasist Almaniyası tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərilmiş və elə həmin düşərgədə tutduğu böyrək çatışmazlığı səbəbindən 47 yaşında vəfat etmişdir. == Həyatı == Milena Yesenka 1896-cı ilin 10 avqust tarixində Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, kübar cəmiyyətə mənsub bir ailədə anadan olmuşdur. Elit cəmiyyətin şərtlərini və həyat standartlarından imtina etdiyi üçün atası ilə münasibətləri pisləşmiş və atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanaya göndərilməsinin əsəs səbəblərindən biri də yəhudi-alman kökənli şəxsə (Ernst Pollak) aşiq olması və bu sevginin atası tərəfindən rədd edilməsi idi. Ruhi əsəb xəstəxanasında qaldığı bir il, Milenanın həyatının ən ağır dövrlərindən biri hesab olunur. Mənəvi sarsıntılar keçirdən yazıçı düşdüyü vəziyyətdən xilas olmaq üçün narkotik maddələr belə qəbul etməyə başlamışdır.
Motown 25: Yesterday, Today, Forever
Motown 25: Yesterday, Today, Forever - 1983 - cü ildə Motown şirkətinin iyirmi beş illik yubileyi münasibəti ilə təşkil edilmiş xüsusi televiziya konsert proqramı. Konsertin prodüsserliyini Syuzan de Pass etmişdir.
Sergey Yesenin
Sergey Aleksandroviç Yesenin (21 sentyabr (3 oktyabr) 1895[…] – 28 dekabr 1925[…], Leninqrad, SSRİ) — XX əsrin əvvəllərində yazıb-yaratmış rus şairi. Adı həmin dövrün ən böyük şairləri – Aleksandr Blok, Vladimir Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin ən lirik Rus şairlərindən hesab olunur. O, 1924–1925-ci illərdə bir müddət Bakıda olmuş, yaradıcılığının ən məhsuldar dövrünü də demək olar ki, Bakıda yaşamışdır. == Həyatı == Sergey Yesenin 20 iyun 1924-ci il tarixdə qələmə aldığı tərcümeyi-halında yazır: "Mən 1895-ci il sentyabrın 21-də (yeni tarixlə oktyabrın 3-də) Ryazan qəzası və Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində anadan olmuşam. Atam – kəndli Aleksandr Nikitiç Yesenin, anam isə Tatyana Fyodorovnadır. Uşaqlığım kəndin Matovo adlanan başqa hissəsində, ana tərəfdən nənə-babamın yanında keçib. İlk xatirələrim üç-dörd yaşım olan vaxtlara aiddir. Meşə, böyük arxlı yol xatirimdədir. Nənəm bizdən təxminən 40 verst aralıda yerləşən Radovetski monastırına gedir. Onun əlindəki əsadan yapışıb, yorğunluqdan ayaqlarımı zorla sürüyürəm, nənəm isə hey deyir: "Gedək, gedək, quzum, Allah xoşbəxtlik verər".
Sergey Yeseninin Bakıya Səfəri (1925)
== Məzmun == Kinolent görkəmli rus şairi Sergey Yeseninin Bakı səfərindən, Azərbaycan xalqının mənəviyyatı və məişəti, adət-ənənəsi ilə tanışlığından bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Sergey Yeseninin Bakıya səfəri (film, 1925)
== Məzmun == Kinolent görkəmli rus şairi Sergey Yeseninin Bakı səfərindən, Azərbaycan xalqının mənəviyyatı və məişəti, adət-ənənəsi ilə tanışlığından bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Yesai Həsən-Cəlalyan
Katolikos Esaya yaxud Yesai, Yesaya (bilinmir – 1728) — Albanların LXXXIX katolikosu, tarixçi. == Katolikosluğu == Xaçın məliyi III Vəlicanın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Onun dövründə Şah Sultan Hüseyn Səfəvi tərəfindən rəsmən Qarabağ yepiskopluğu, Gəncə yepiskopluğu, Qaşqatağ yepiskopluğu, Zərzibil yepiskopluğu və Şamaxı yepiskopluğu Alban Həvari Kilsəsinin təsir dairəsi kimi tanındı. Esayanın dövründə həm də Alban kilsəsi Erməni Qriqoryan Kilsəsinin üstünlüyü rəsmən tanıdı. Katolikosluğunun 4-cü ilində Katolikos V Nerses öz yurisdiksiyasını elan etdi. Erməni patriarxı Katolikos I Aleksandr Cuğayetsi Esayanı müdafiə etməyə davam etdi. 1711-ci ildə İsrail Ori ilə Həştərxana gedən Esaya tezliklə geri qayıtmalı oldu. Esayanın diplomatik missiyaları 1723-cü ildə I Pyotrun Xəzəryanı bölgələri işğal etməsi ilə nəticələndi. 1719 və 1721-ci ildə Katolikos I Astvasaturu ziyarətə getmişdi.
Yesai Əbu Musa
Yesai Əbu Musa (və ya İsa ibn İstifanus; bilinmir – bilinmir) – Mənşəcə Qafqaz albanlarından olan Beyləqan hakimi. == Pavlikanlara qarşı mübarizəsi == "Ağvan tarixi"ndə qeyd edilmişdir ki, təqribən 830/1-ci ildə pavlikianlar Bercor vilayətinə və Artsak əyalətindəki Ureas, Kamakaş, Həkəri və Tapat kəndlərinə basqın etmişdilər, lakin knyaz Stepan Ablasad onları Babəkin köməyi ilə məğlub etdi. Erməni tarixinin 279 (830–831)-cu ilində pavlikian başçıları Davon və Şapux knyaz Ablasadı öldürdülər və yenidən üsyan edən pavlikianlar Qoroz qalasında möhkəmləndilər və "Ağvan tarixi"nin verdiyi məlumata görə, 12 il ərzində Arranın aşağıdakı vilayətlərini əllərində saxladılar: Yuxarı Vaykunik Bercor, Sisakan [və Kotak], [Mivs] Haband, Amaras, Pazkank, Mxank və Tri . "Bundan sonra Ablasadın yaxın adamları onun qatillərini tutub əzabla öldürdülər və Ablasadın bacısı oğlu olub, dinclik sevən və Əbu Musa adlanan Yesai həmin vilayətləri tutdu [və] hamısına hökmranlıq etdi"'. Erməni tarixinin 289 (840–841)-cu ilində pavlikianlar yenidən üsyan qaldırdılar və mənbəyin verdiyi məlumata görə, Sisan Cor və Amaras mahallarını talayıb viran etdilər. Əbu Musa adlanan Yesai də onlara qarşı qalxaraq darmadağın etdi. Gördüyümüz kimi, bu zaman güclü və nüfuzlu knyaz olan Yesainin əhəmiyyəti yüksəldi. == Babəklə münasibətləri == Əbu Musa digər alban knyazları kimi əvvəlcə Babəklə ittifaqda olmuşdur. Babəkin zəifləməsi və kəndlilərin verə bilmədiyi taxılı feodallardan yığması Əbu Musanı ondan uzaqlaşdırmışdır. Bəzz qalası ərəblər tərəfindən işğal ediləndə Babək Səhlin yanına , onun qardaşı Abdullah isə Beyləqana gəlir və Yesai Əbu Musa Abdullahı Afşinə təhvil verir .
Yesdikan (Xoy)
Yesdikan (fars. يزدكان‎‎) - (azərb. Yesdikan,یَزدیکان‎) (yerli deyiş. Yestikan یئستیکان) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Anlamı == Kəndi adı iki hissədən ibarətdir.yəzdi yaxudda yesti, azərbaycan dilindəki yastı (düz,ovalığ) sözünün bir şəkili olaraq, kan, gan və ya qan isə qədim türk dillərində kənd deməkdir. Bunlara görə demək olar ki Yəzdikan elə həmən Yastıkənddir və düz yerdə salınmış yaşayış yeri mənası verir. == Coğrafiya == Yəzdikan kəndi Xoydan 29 kilometr cənub-qərbdə və dəmiryolunun üstündə yerləşir. Şimaldan Babəkan, güneydən Görpiran və Şıxlar Zeyvəsi, şərqdən Boylapuş, Xan Dizə və Qaratəpə, qərbdən isə İstəran kəndləri ilə həmsərhəddir. Kəndin iqlimi mülayim olsada, qış ayları çox soyuq və qarlı keçir. Yəzdikanda illik yağıntının miqdarı 254 mm-dir.
Yessentuki
Yessentuki — Rusiya Federasiyasında yerləşən şəhər. Stavropol diyarına daxildir. == Tarixi == Müasir Yessentuki kurort şəhəri kimi məşhurdur. Şimali Qafqazda Stavropol ölkəsində Esentuk çayının üzərində yerləşir. Mineral mədənləri ilə məşhurdur. Şəhərin kənarında Tambukan gölündən palçıq müalicəsində istifadə edirlər. Qədim türkcə əsənduk (esenluk, esenlik) "sağlıq, sağlamlıq, xoşbəxtlik" deməkdir. (Radlov, 874; Malov, 316) "Esendük~ esenduk" noqay dilində də sağlamlıq deməkdir.1. Həqiqətən vurğunun da sözün sonuncudan əvvəlki hecaya düşməsi (sondakı u saf hecası onun yunan dilinə məxsus söz sayılması kimi saxta mülahizəyə dayaq durur) şəhərin adının mənşəcə təmiz türk sözü olması fikrinə inamı artırır. Türk dillərində, o cümlədən dilimizin qədim qatlarında sağlıq, sağ-salamat olmaq (Əgər sağdır, əsəndir, axşam olmadın genə mən sana gəlürəm; Ordım sağ-əsən degil isə başınıza çarə edin (KDQ) mənasında istifadə olunmuşdur.
Yessentuki (mineral su)
Yessentuki mineral suyu — Rusiyanın Yessentuki şəhərində çıxarılan mineral su. Yessentuki № 20, Yessentuki № 17, Yessentuki № 4, Yessentuki № 2 növləri mövcuddur. == Tarixi == Kurort şəhəri olan Yessentukinin quruluş günü 27 avqustda qeyd olunur.1798-ci ildə Yessentuki çayının sağ sahilində Rusiyanın cənub sərhədlərini qorumaq üçün hərbi qüsurlar bərpa olunmuşdur.
Yessika Kamilo
Yessika Kamilo (23 fevral 1993) — Dominikan Respublikasını təmsil edən oxatan. Yessika Kamilo Dominikan Respublikasını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yessika Kamilo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Çoi Mi-Sun ilə üz-üzə gəldi. Həmin görüşdə Yessika Kamilo rəqibinə 0:6 hesabı ilə uduzdu.
Yesuagen
Yesuagen (yaxud Esuagen və Asuagen) — Qafqaz Albaniyası çarı. Onun dövründə köhnə əlifbanın təkmilləşdirilməsi yolu ilə yeni Alban əlifbası yarandı. Bu barədə Moisey Kalankatlı, eləcə də V – VIII əsrlərin erməni müəllifləri Koryun, Movses Xorenli xəbər verirlər. II Yezdəgirdin bacısı ilə evlənmişdi. 444-cü ildə II Vaçe tərəfindən əvəz olundu. == Ailəsi == Moisey Kalankatlının verdiyi məlumata görə çar Yesuagenin 4 övladı olmuşdur: II Vaçe — taxtda onu əvəz etmişdi Xoçkorik — qeyri-qanuni oğlu idi III Vaçaqan Adsız bir qız — Girdman knyazı Barzabod Mehrani ilə evlənmişdi. == Yesuagenin nişanı == Yesuagenin monoqramı 1975-ci ildə fransız alim Filipp Ginyo tərəfindən yayımlanan Sasani şahlarının möhürlərinin arasında Mürtəzalı Hacıyev tərəfindən tapılmış, S.Y.Qasımova tərəfindən çar Yesuagenə aid olduğu təsdiqlənmişdir. Möhür ay ilahəsi ilə əlaqəlidir.
Yesugey
Yesugey (monq. Есүхэй баатар (1134 - 1171) — Borucigin soyundan olan monqol başçısı, Çingiz xanın atası. == Həyatı == Monqolustan çölləri tatar türklərinin əlində idi və onlarla monqollar arasında tez-tez amansız döyüşlər baş verirdi. Belə döyüşlərdən birində tatarlar Yesugey bahadurun atası Bartan bahaduru əsir aldılar. Sonra da onu monqolların köhnə düşməni olan Çjurçjenlərə satdılar. Sonuncular da Ambaqay xanı Çin imperatoruna təslim etdilər. Çün imperatoru isə Monqolustan səhralarında müstəqil dövlət qurmaq fikrinə düşərək mərkəzi hakimiyyətə tabe olmaq istəməyən Bartan bahadur qəddarcasına qətlə yetirdi. Bu arada tatarlar monqolların onlardan Bartan bahadurun qisasını alacağından ehtiyat edərək ələ aldıqları gizli qatil vasitəsəi ilə Yesugey bahaduru zəhərlədilər. Yesugey bahadurun ölümündən sonra onun qurduğu dövlət dağıldı.
Yesugey bahadur
Yesugey (monq. Есүхэй баатар (1134 - 1171) — Borucigin soyundan olan monqol başçısı, Çingiz xanın atası. == Həyatı == Monqolustan çölləri tatar türklərinin əlində idi və onlarla monqollar arasında tez-tez amansız döyüşlər baş verirdi. Belə döyüşlərdən birində tatarlar Yesugey bahadurun atası Bartan bahaduru əsir aldılar. Sonra da onu monqolların köhnə düşməni olan Çjurçjenlərə satdılar. Sonuncular da Ambaqay xanı Çin imperatoruna təslim etdilər. Çün imperatoru isə Monqolustan səhralarında müstəqil dövlət qurmaq fikrinə düşərək mərkəzi hakimiyyətə tabe olmaq istəməyən Bartan bahadur qəddarcasına qətlə yetirdi. Bu arada tatarlar monqolların onlardan Bartan bahadurun qisasını alacağından ehtiyat edərək ələ aldıqları gizli qatil vasitəsəi ilə Yesugey bahaduru zəhərlədilər. Yesugey bahadurun ölümündən sonra onun qurduğu dövlət dağıldı.
Yesui Bayar
Yesui Bayar (21 iyul 2000) — Monqolustanlı üzgüçü. Yesui Bayar Monqolustanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yesui Bayar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.40 saniyəlik nəticəsi ilə 60-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Çingiz Yesenamanov
Çingiz Yesenamanov (10 mart 1989-cu ildə anadan olub) — Hücumçu kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Kayrat AFK futzal klubunda çıxış edir.
İosif Yesman
İosif Qavriloviç Yesman (1 dekabr 1868, Vileyka[d], Vilen quberniyası[d] – 30 iyun 1955, Bakı) — Hidravlika sahəsində görkəmli sovet alimi, Azərbaycan SSR EA-nın akademiki (1945), Əmək Qəhrəmanı (1937), texnika elmləri doktoru (1933), professor (1933), Azərbaycan SSR Əməkdar elm xadimi (1927). == Həyatı == İosif Yesman 1 dekabr 1868-ci ildə Belarusiyanın Vileyka şəhərində anadan olmuşdur. Ali təhsilini 1892-ci ildə Sant-Peterburq Texnoloji İnstitutunun Mexanika şöbəsində almışdır. == Akademik fəaliyyəti == İosif Yesman adyunkt elmi dərəcəsini 1913-cü ildə, elmlər doktoru elmi dərəcəsini və professor elmi adını 1933-cü ildə almışdır. Azərbaycan EA-nın ilk 15 təsisçisindən biri olan İosif Yesman 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika-texnika elmləri və neft bölməsi üzrə həqiqi üzvü (akademik) seçilmişdir.Yesmanın elmi işləri, əsasən, hidravlika və hidromaşınqayırmaya, porşenli və mərkəzdənqaşma nasoslarının nəzəriyyə və hesablamalarına həsr olunmuşdur. Bir çox SES-lərin layihələndirilməsində iştirak etmişdir. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur. == Əmək fəaliyyəti == İosif Yesman 1914-1917-ci ildə Peterburq Politexnik İnstitunda professor, dekan, 1919–1922-ci illərdə Vladiqafqaz Politexnik İnstitunun rektoru vəzifəsini icra etmişdir. 1922-1924-cü illərdə Azərbaycan Politexnik İnstitutunda professor, kafedra müdiri olmuşdur.1924-1953-cü illərdə "Azneft"in məsləhətçisi olan İosif Yesman 1926-1929-cu illərdə Azərbaycan SSR Dövlət Elmi Şurasının üzvü, 1928-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun rektoru kimi fəaliyyət göstərmişdir. 1928-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun üzvü, 1932-1935-ci illərdə SSRİ EA Zaqaf­qaziya filialının Azər­bay­can şöbəsinin sektorunun müdiri vəzifəsini icra etmişdir.İosif Yesman 1935-1945-ci illərdə SSRİ EA Azərbaycan filialın­da Energetika sek­to­runun müdiri, 1945–1955-ci illərdə Azərbaycan SSR EA-nın Energetika İnsti­tutunun direktoru, 1945-1950-ci illərdə AEA Fizika-Texnika elmləri və Neft bölmə­sinin sədri vəzi­fələrində çalışmışdır.1943-cü ildə Yesmanın 75 illiyi və elmi-texniki fəaliyyətinin 50 illiyi ilə bağlı olaraq Azərbaycan SSR EA Energetika İnstitutuna onun adı verilmişdir.
Şahmərdan Yesenov
Şahmərdan Yesenov (qaz. Шахмардан Есенұлы Есенов; 5 avqust 1927 və ya 1927, Şiyeli vilayəti[d], Qızılorda vilayəti – 28 sentyabr 1994 və ya 1994, Almatı) — Qazaxıstan alimi və dövlət xadimi, Qazaxıstan SSR Geologiya naziri (1961-1967, 1974-1978), geoloq, Qazaxıstan SSR Elmlər Akademiyasının akademiki (1967), Qazaxıstan SSR Elmlər Akademiyasının prezidenti 1967-1974) Geoloji və Mineralogiya Elmləri Doktoru (1970), Lenin mükafatı laureatı (1966), Qazaxıstan SSR Dövlət Mükafatı laureatı (1972). Sov.İKP Mərkəzi Komitəsinin namizəd üzvü (1971-1976). Qazaxıstanın geologiya elminin və geoloji xidmətinin inkişafına böyük töhfə verdi. == Həyatı == 1944-cü ildə Qızılorda pedaqoji texnikumu bitirmişdir. 1949-cu ildə Qazaxıstan Mədən-Metallurgiya İnstitutunu (indiki — K. İ. Satpayev adına Qazaxıstan Milli Texniki Universiteti) bitirib. Əvvəlcə Cezqazqan kompleks geoloji kəşfiyyat ekspedisiyasında geoloq, sonra Cezqazqan kompleks geoloji kəşfiyyat ekspedisiyasının baş mühəndisi vəzifələrində çalışmışdır. 1953-cü ildə 45 saylı seçki dairəsi üçün Cezqazqan Bölgə Şurasının millət vəkili seçildi. 1955-ci ildə 144 saylı seçki dairəsi üçün Cezqazqan Şəhər Şurasının millət vəkili seçildi. 1959-cu ildə Çulak-Tauski seçki dairəsində 5-ci çağırış Qazaxıstan SSR Ali Sovetinin deputatı seçildi.
Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti
Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti (qaz. Шахмардан Есенов атындағы Каспий мемлекеттік технологиялар және инжиниринг университеті, həmçinin Yessenov University, XDTVNU, Университет Есенова kimi tanınır) — Qazaxıstanda çoxsahəli bir ali təhsil müəssisəsidir. Universitetin indiki adı ona Qazaxıstan geologiya elminin və geoloji xidmətinin inkişafına böyük töhfə verən görkəmli qazax alimi Şahmərdan Yessenovun şərəfinə verilmişdir. Hazırda Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti 43 bakalavr, 18 magistr və 5 doktorluq ixtisası üzrə təhsil xidmətləri göstərir. Universitetdə üç tədris korpusu, üç yataqxana, üç məşq meydançası, hovuzlu idman kompleksi var. Universitetdə 16-dan çox elmlər doktoru və 169 elmlər namizədi olmaqla 350-dən çox müəllim dərs deyir. 7 mindən çox tələbə təhsil alır. == Tarixi == Universitetin tarixi 1976-cı ildə Mangistau ərazi istehsalat kompleksi üçün mühəndis kadrları hazırlamaq üçün Qazaxıstan Politexnik İnstitutunun ümumi texniki fakültəsinin Mangışlak bölgəsinin Şevçenko (indiki Aktau) şəhərində təşkil olunmasından başlayır. Ümumi texniki fakültəni çoxsahəli bir fakültəyə çevirən yeni ixtisasların açılmasına ehtiyac yarandı. 1990-cı ildə Politexnik İnstitutunun ümumi texniki fakültəsi V.I.Lenin adına Qazaxıstan Politexnik İnstitutunun (V.İ.Lenin adına QazPTİ) Mangistau filialına çevrildi.
Yessentuki bayrağı
Yessentuki bayrağı — Rusiya Federasiyasının Stavropol diyarının Yessentuki kurort şəhərinin bələdiyyəsinin bayrağı və əsas, rəsmi simvoludur. Bu bayraq 27 dekabr 2005-ci ildə Yessentuki Şəhər Şurasının 11 saylı qərarı ilə təsdiq edilmişdir və 19 may 2006-cı ildə ona qeydiyyat nömrəsi verilməklə Rusiya Federasiyası Dövlət Heraldika Reyestrinə daxil edilmişdir. Yessentuki şəhərinin bayrağının yaradılması və istifadəsinin məqsədləri bunlardır: şəhər ərazisinin bütövlüyünün, onun vətəndaşlarının birliyinin və qarşılıqlı fəaliyyətinin, ərazi və tarixi davamlılığın görünən simvolunu yaratmaq və şəhər sakinlərinin vətəndaşlıq, vətənpərvərlik, tarixi yaddaşa, milli, mədəni və digər adət-ənənələrə hörmətini əks etdirmək. == Bayrağın yaranması və əsaslandırılması == Yessentuki bayrağının təsviri Yessentuki Şəhər Şurasının 11 saylı qərarı ilə belə əsaslandırılmışdır: "Yessentuki kurort şəhərinin bələdiyyəsinin bayrağı, eni panelin eninin səkkizdə bir hissəsi olan diaqonal ağ xaç ilə kəsilmiş, eni uzunluğa nisbəti 2:3 olan düzbucaqlı bir paneldir. Üst və alt künclər qırmızı, yan künclər mavi rəngdədir. Mərkəzdə, hər şeyin üstündə, kurort şəhəri Yessentuki şəhər gerbinin fiquru var: dirəyə doğru uçan, pəncələrində sarı gürz tutan sarı qartal. Gürz daşıyan qartal gücü və səxavəti bildirir, həmçinin bir zamanlar Yessentukidə kəndlər salan Terek kazaklarının simvoludur. İlan olan kasa ədalətin, mərhəmətin, gücün və zənginliyin simvoludur. == Tarixi == === 2002-ci il versiyası === Yessentukinin ilk bayrağının layihəsi 2002-ci ildə Memarlıq Departamentinin mütəxəssisi V. A. Oxonko tərəfindən onun icra etdiyi şəhərin gerbi əsasında hazırlanmışdır. Bayraq diaqonal olaraq bölünmüş düzbucaqlı panel idi.
AES
Atom elektrik stansiyası — bir və ya daha çox nüvə reaktorunun yanacaq olaraq radioaktiv maddələri istifadə edərək elektrik enerjisi hasil etdiyi təsisat. Radioaktiv maddələr istifadə edildiyinə görə digər elektrik stansiyalarından fərqli olaraq AES-lərdə daha güclü təhlükəsizlik tədbirləri həyata keçirilir.
Pyes
Pyes (fr. Pièce - hissə, parça, əsər) — səhnədə göstərilmək üçün yazılmış dram əsəri. Strukturuna görə pyes obrazların dialoq və monoloqlarından və müəllifin qeydləri olan remarkalardan ibarət əsərdir. Pyes anlayışının özü formal xarakter daşıyır və hər hansı bir stil və ya emosionallıq kəsb etmir. Bu səbəbdən pyes müəllifi əsərin janrını başlıqda qeyd edir: klassik olaraq, dram, komediya və faciə. Bəzən isə "üç hissəli dialoq", "pyes-parabola" və s. qeydlər mövcud olur. == Pyesin növləri == Komediya Komediyalar yumor üçün nəzərdə tutulmuş tamaşalardır. Komediyalarda hazırcavab, qeyri-adi personajlar, qəribə halların sayı çox olur. Bəzi komediyalar cəmiyyətin bütün qrupları üçün deyil, müəyyən yaş qrupları üçün nəzərdə.
SES
Su elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meylli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
VES
Verilənlərin emal sistemləri (VES) — verilənlərin operativ emalına yönəlmiş sistemlərdir. VES-nin əsas məqsədi verilənlərin operativ emalıdır və bu cür sistemlərdə verilənlər bir-neçə aydan çox saxlanılmırlar. Verilənlər köhnəldikdə onlar verilənlər bazasindan (VB) silinir və ya arxivə göndərilir. Təbii ki, müxtəlif sistemlərdən yığılmış bu cür verilənlər müxtəlif struktura, formata və standarta malikdir. Nəticədə VES-nin uzun müddətli istismarı ərzində yığılmış və təşkilat üçün çox qiymətli informasiyalar istifadə olunmamış qalır. Yığılmış və analiz üçün hazırlanmış verilənlərin tam, səmərəli istifadəsində müxtəlif analiz üsullarından (statistik analiz, dinamik interaktiv çoxölçülü analiz, intellektual analiz) istifadə edilir. Qərarların qəbulunu dəstəkləyən sistemlər (QQDS) korporativ şəbəkələrdə, VES-də yığılmış böyuk tutumlu verilənlər üzərində çoxölçülü, dinamik, interaktiv, intelektual analiz aparmaqla gizli tendensiyaları üzə çıxarır, verilənlər arasında qanunauyğunluqları tapır və qərarların qəbul edilməsi üçün istifadə edilir. == Mənbə == Пржиялковский В. В. Сложный анализ данных большого объема: новые перспективы компьютеризации // СУБД. — 1996. — № 4. — С. 71–83.
Yas
Yas və ya matəm – sevilən insanın itkisinin ardınca baş verən kədərin təcrübi, habelə emosional ifadəsi.Bir ifadə kimi yas həm də vəfat edən şəxsin ardınca təşkil olunan və bir sıra məxsusi elementlər və hərəkətlər toplusu ilə müşayiət olunan rəsmi və ya qeyri-rəsmi tədbirləri də ifadə edir. Bu zaman, əksərən qara rəngli libaslardan istifadə olunur. Lakin dünyanın fərqli yerlərində başqa formada paltarların da məxsusi olaraq yas, yaxud matəm üçün seçildiyi də müşahidə olunur. Şəxsin itkisinin emosional təsirlərinə ən çox məruz qalan şəxs, ya da şəxslərdə sosial fəaliyyətlərdən çəkinmə, özünə qapanma, vəfat edənin xatirəsini yad etmə kimi psixoloji məqamlar özünü büruzə verir. Bəzən sözügedən hadisədən mütəəssir olanların dini rituallara yönəldiyi də məlumdur. Yas mərasimlərinin forması mədəni, coğrafi, habelə dini amillərlə birbaşa bağlıdır. Bununla yanaşı, qeyd olunan mərasimlərin mahiyyəti arasında da bir sıra fərqlər mövcuddur. Məsələn, bəzən hansısa dövlət rəhbərinin vəfatı üzərinə ölkə miqyasında rəsmi matəm elan oluna bilər. Bu zaman bir sıra xüsusi protokol qaydaları əsasında ölmüş rəhbərin xatirəsi ailə üzvlərinin, rəsmi şəxslərin, zaman-zaman kütlələrin iştirakı ilə yad edilir. Matəm saxlamağın sosial normaları və qaydaları cəmiyyətdən cəmiyyətə dəyişir.
Yem
== Yem bitkiləri == Becərilən yem bitkiləri-kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillik bitkilər, siloslu və dənli Y.b. aiddir. Azərbaycan respublikasında birillik və çoxillik yem otları, şalğam, yemlik, yerkökü, yem çuğunduru, turneps, kartof (yemlik sortları), yerarmudu, yemlik qarpız və qabaq, qarğıdalı, günəbaxan, yem kələmi və s. becərilir. Yaşıl yem üçün dənli-paxlalı (noxud, soya, mərci) və dənli yemlər (çovdar, vələmir, arpa, darı) bitkilər, dənli yemlər almaq üçün çöl noxudu, at paxlası, noxud, vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur. == Yem əmsalı == İstifadə olunan yem kütləsinin, yemi istifadə edənin çəkisinin artımına nisbəti (onların kimyəvi tərkibindən asılı olmayaraq). Y.ə. sənaye heyvanlarının inkişafı üçün yem resurslarının effektivliyini göstərir. == Yem norması == Heyvanların sağlam saxlanmasını v ə yüksək məhsuldarlığını təmin etmək üçün zəruri qidalı maddələrin miqdarı.
Yen
Yen,(円) Yaponiyanın pul vahidi, dünyanın əsas valyuta ehtiyatlarından biri. Yenin simvolu ¥ hərfi qəbul olunmuşdur. Qızl və gümüş pul kimi 1869–1871-ci illərdə buraxılmışdır. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yer
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri , Venera , Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
YÖS
YÖS (türk. Yabancı Öğrenci Sınavı) — bu imtahan Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün Universitetlərə qəbul imtahandır. YÖS imtahanı Türkiyədə yalnız bakalavr təhsili üçündür. 2010-cu ilə qədər ÖSYM tərəfindən keçirilirdi, ancaq 2011-ci ildə verilən qərara görə hər universitet öz imtahanını keçirməlidir.
İES
İstilik elektrik stansiyası (İES) ― üzvi yanacağın (neft, qaz, daş kömür, biokütlə və s.) enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyadır. == İstilik elektrik stansiyaların tipləri == İES-lər aşağıdakı amillərə görə bir-birindən fərqlənirlər. === Buraxılan enerjiyə görə === Bu əlamətə görə İES-lər kondensasiyalı elektrik stansiyası (KES) və istilik elektrik mərkəzlərinə (İEM) ayrılırlar. KES-lərdə kondensasiyalı turbinlər qoyulur və ancaq elektrik enerjisi istehsal edirlər. KES-lərdən fərqli olaraq İEM-lər tələbatçıları həm elektrik enerjisi, həm də ki, istilik enerjisi (buxar və isti su) ilə təmin edirlər. Belə stansiyalarda təzyiqə görə tənzimləmə ayrımı olan kondensasiyalı turbinlər və yaxud da əks təzyiqli turbinlər qoyulur. İstilik tələbatına görə İEM-lər sənaye tipli, istiləşdirmə tipli və sənaye-istiləşdirmə tipli istilik elektrik mərkəzlərinə ayrılırlar. İES-lərdə istehsal olunan elektrik enerjisinin təxminən 2/3 hissəsi KES-lərdə və 1/3 hissəsi isə İEM-lərdə hasil edilir. === İES-lərdə qoyulan turbinlərin tiplərinə görə === Bu əlamətə görə İES-lər buxar turbinli, qaz turbinli və buxar-qaz turbinli stansiyalara ayrılırlar. Buxar turbinli stansiyalardakı turbinlərin gücü 150 (160), 200 (210), 300, 500, 800 və 1200 MVt olur.
Akkuyu AES
Akkuyu AES (türk. Akkuyu Nükleer Güç Santrali) — Mersin vilayətinin Gülnar ilçəsində Yanisli məhəlləsinin Akkuyu səmtində tikintisi davam edən nüvə stansiyası. İnşasının tamamlanması halında Türkiyənin ilk nüvə enerji stansiyası olacaq. İkitərəfli dövlətlərarası razılaşma nəticəsində Akkuyu yatağı Rusiyanın Atomstroyexport ASM-yə qarşılıqsız təhvil verilmişdir. Rus ictimai şirkəti burada nüvə stansiyası tikərək, əldə edəcəyi elektrik enerjisini 15 illik alış zəmanəti ilə Türkiyə tərəfinə satacaqdır. İstehsalın istismara veriləcəyi tarix 2023 olaraq düşünülür. 1200 MW-lıq dörd modullardan ibarət ümumilikdə 4800 MW'lıq heyəti gücü ilə tək başına Türkiyənin elektrik istehsalının təxminə 6%-ni qarşılayacaqdır. == Tikinti mərhələsi == 14 aprel 2015-ci ildə Türkiyə Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız ilə birlikdə Mersin valisi Özdəmir Çakacak, ROSATOM müdiri Sergey Kiriyenko və Akkuyu Nüvə A.Ş. Baş Menecer Fuad Axundovun da qatıldığı mərasimlə dəniz quruluşları və limanın təməli qoyuldu. Təməl qoyulduqdan sonra Krienkon, Cengiz İnşaatın dəniz quruluşları və limanı 394 milyon dollar qarşılığında tender qazandığını elan etdi. Bünövrənin qoyulma mərasimindən sonra girişdəki dəmir qapı ətraf mühit fəalları tərəfindən qarşısı kəsilmişdir.
Araz SES
Araz SES (tam adı: Araz Su Elektrik Stansiyası) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Araz çayı, Araz su anbarı üzəində su elektrik stansiyası. Araz SES-in inşasına 1964 cü ildə başlanılmış və 1970 ci ildə bitirilmiş 1971 ci ildə istismara verilmişdir. SES SSRI dövründə Azərbaycan SSR iləİran dövləti arasındakı razılaşma əsasında inşa edilmişdir. SES torpaq tipli bəndə malik olub, uzunluğu 900 m hündürlüyü isə 40 m-dir. SES 11 MVt gücə malik 2 hidroaqreqat turbinlə təmin olunmuşdur. SES-in ümumi gücü 22 MVt olub istehsal potensialı 148 milyon KVt-saatdir. SES hərbiri İran və Azərbaycan ərazisində yerləşməklə iki binaya malikdir. Hər bir bina özlüyündə 11 MVt gücə malik 2 hidroaqreqat turbinə malikdir.
Azərbaycan İES
Azərbaycan İES (tam adı: Azərbaycan İstilik Elektrik Stansiyası) — Azərbaycan İstilik Elektrik Stansiyası Mingəçevirdə, hər biri 300 MVt gücündə olan 8 aqreqatdan ibarət olan istilik elektrik stansiyasıdır . Bölmələr 1981 və 1990-cı illərdə mərhələli şəkildə açıldı və Taqanroq (qazan), LMZ Russia (turbin) və Elektrosila (generator) tərəfindən inşa edilmişdir. Qarabağ kanalı soyutma suyunun mənbəyidir. Zavodun bacaları 320 metr hündürlükdədir. Yanacaqla işləyən elektrik stansiyadır. == Tarixi == Tikintisinə 1974-cü ildə başlanmışdır. Ümumi gücü 2400 meqavat olan “Azərbaycan İstilik Elektrik Stansiyası”-nın birinci enerji bloku 1981-ci ildə, səkkizinci enerji bloku isə 1990-cı ildə istismara verilmişdir.Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası kimi birinci bloku olmaqla 1981-ci il oktyabrın 20-də istimara buraxılır. Bu tarix Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamına əsasən, hər il “Energetiklər Günü” kimi qeyd edilir. == Qəzalar == 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə "Azərbaycan İstilik Elektrik Stansiyası"-nda baş vermiş qəza nəticəsində ölkənin yarıdan çoxu qaranlığa qərq olur. Qəza açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi ilə müşahidə olunur.
Ağ yel
Ağ yel - Azərbaycan ərazisində, yüksək temperatur və aşağı rütubəti ilə seçilən külək. == Ümumi məlumat == Ağ yellər mürəkkəb meteoroloji hadisədir və havanın aşağı nisbi rütubətinin (30%-dən az) , havanın yüksək temperaturunun ( 25 C-dən yuxarı) , küləyin böyük sürətinin (5 m/san-dən çox) birgə təsiri ilə xarakterizə olunur.Belə kompleks amillər yüksək buxarlanmaya səbəb olur ki, bu da bitkilərin su balansının pozulmasına gətirib çıxarır. Nəticədə kənd təsərrüfatı bitkilərinə öldürücü ziyan dəyir, məhsuldarlıqları aşağı düşür. Ağ yellər bitkiçiliyə mənfi təsir edən əsas amillərdəndir. Onların geniş şəkildə öyrənilməsinə keçən əsrin əvvəllərində başlanmış və sonrakı dövrlərdə inkişaf etdirilmişdir. Bu sahənin inkişafında kemiş SSRİ alimlərinin qatqısı çox mühim rol oynayır. Ağ yel kimi təhlükəli hadisəyə qarşı mübarizə tədbirlərinin görülməsi üçün onların təsir gücünü və coğrafi arealını müəyyənləşdirmək lazımdır. Azərbaycanda Kür-Araz ovalığı, Naxçıvan MR ərazisinin 1500 metr yüksəkliyi olan ərazilərdə, Böyük və Kiçik Qafqazın dağətəyi ərazilərində müşahidə edilir. Bu hava axını ölkəmiz üçün yerli hava kütlələrindən biridir. Onlar əsən zaman temperature 35°-40 °C-yə qədər artır, hətta bəzi hallarda daha çox olur.
Arpaçay SES
Arpaçay Su Elektrik Stansiyası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Açılışı 9 sentyabr 2013-cü ildə olub. Arpaçay Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “2008-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Gücü 20,5 meqavat olan su elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.
BES adaları
Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar. == Statistika == == İqtisadiyyatı == === Pul vahidi === 1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır. == İqlimi == Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır.
Bekme SES
Bekhme SES (ərəb. سد بخمة‎) — İraqın Kürdüstan hissəsində, tikinti mərhələsində su elektrik stansiyası. Dəclənin sol qolu olan Böyük Zab çayı üzərində tikilir. SES-in tikintisi 1979-cu ildə başlanmış, lakin İran-İraq müharibəsi nəticəsində yarımçıq qalmışdır. Müharibədən sonra layihənin tikintikisi 1988-ci ildə davam etdirilmiş, lakin bir neçə ildən sonra İraqa tətbiq olunan sanksiyalara görə yenidən dayandırılmışdır. Odur ki, Körfəz müharibəsi zamanı layihə tamamilə dayandırılmışdır.
Biləv SES
Biləv SES (tam adı: Biləv Su Elektrik Stansiyası) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən su elektrik stansiyası. Stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir.Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün suyun tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür.Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk əşyalardan təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir.Bu anbardan su poladdan hazırlanan və uzunluğu 1540 metr olan təzyiq borusu ilə stansiya binasına verilir.
Bolo Yen
Yan Sze (ing. Bolo Yeung, kantonca:楊斯; 3 iyul 1946) — Çin və ABŞ aktyoru, döyüş ustasıdır. == Həyatı == Bolo Yen 3 iyul 1946-cı ildə Çin Xalq Respublikasının Quandun əyalətinin inzibati mərkəzi olan Quançjouda doğulmuşdur. 10 yaşı tamam olduqdan sonra bir çox çin vətəndaşları kimi kunq-fu sənəti lə məşğul olmağa başlayır. Döyüş sənətləri ilə bərabər Bolo Yen bodibildinqlə məşğul olur və bir müddət keçdikdən sonra 1970-ci ildə "Cənab Honq Konq" yarışmasının qalibi olur. Həmin ildən başlayaraq "Shaw Brothers Studio" kompaniyasının istehsal etdiyi filmlərdə pis obraz rolları alaraq, çəkilməyə başlayır. Bolo Yen bu studiyanı 1971-ci ildə tərk edir. "Winston" markalı siqaretin reklamında Bolo Yen Brüs Li ilə tanış olur və Brüs Li onu Əjdahanın çıxışı filmində dəvət edir. 1974-cü ildə Türkiyə-Honkonq əməkdaşlığı sayəsində çəkilən və Cüneyt Arkının rol aldığı "Karateçilər İstanbulda" filmində Mister Yanq rolunu ifa edir. Ona ilk populyarlıq isə 1988-ci ildə Frenk Dyuksun həyatından bəhs edən döyüş filmi janrında çəkilən Qanlı idman filmində "Çonq Li" rolu gətirir.
Boquçan SES
Boquçan SES (rus. Богучанская ГЭС) — Rusiyada Anqara çayı üzərində inşa edilmiş su elektrik stansiyası. Krasnoyarsk diyarının Kejemski rayonunun Kodinsk şəhərində yerləşir. 2997 MVt layihə gücü olan Boquçan SES, Rusiyanın ən iri su elektrik stansiyaları sırasına daxildir. 1974-cü ildə tikintisinə başlanılan SES, 2014-cü ildə istismara verilib. Boquçan SES Rusiyanın hidroenergetika tarixində tikilmə müddətinə görə rekord sayılır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Boquçan SES ilə əlaqəli mediafayllar var.
Buşehr AES
Buşehr atom elektrik stansiyası, İranın Buşehr şəhərinin cənub-şərqinin 17 kilometrlığında (11 mil) Heleyle və Bəndərqah balıqçılıq kəndləri arasında Fars körfəzi boyunca yerləşir. Zavod üç tektonik plitələr qovşağında yerləşir.İranda və eyni zamanda Yaxın Şərqdə ilk Atom Elektrik Stansiyası olan Buşehrin inşaasına 1975-ci ildə Almaniyanın Siemens kompaniyasının Kraftwerk Union AG filialı tərəfindən başlayıb. Lakin 1979-cu ildə İranda İslam İnqilabı, daha sonra isə İraqla silahlı münaqişənin baş verməsi nəticəsində tikinti dayandırılır və müqavilə pozulur. 1995-cı ilin yanvarın 8-də Buşir AES-nin birinci enerji blokunun tikintisinin başa çatdırılması barədə Rusiya ilə müqavilə bağlanılır, 1998-ci ildə isə Atomstroyeksport dövlət şirkəti tərəfindən bütün obyektin tikintisinin açar təslimi barədə saziş imzalanır. == Sentyabr 2011 rəsmi açılış == Zavod 3 Sentyabr 2011 üzrə elektrik əlavə etməyi milli elektrik şəbəkəyə başlamış və rəsmi açılış 12 sentyabr keçirilmişdir. == Təhlükəsizlik == Rusiyanın dövlət nüvə enerji müəssisəsi ROSATOM illər uzunu təxirə salınan Buşir zavodununun tikintisini nəhayət bitirdikdən sonra iranlı işçilərə zavodu idarə etmək üçün təlimlər keçirlər. Onlar siniflərdə operator təlimləri keçirirlər. Bundan başqa onların bütün halları əhatə edən simulyatorları var. Bu simulyatorlar qərb standartlarına uyğun gəlir. Pilotların təlim keçdikləri aviasiya simulyatorları kimi, nüvə enerji operatorları da problemlər və gözlənilməz fövqəladə hallar zamanı gerçək həyatda təlafat və fəlakətə səbəb ola biləcək səhvlər etməmək üçün təlimlər keçirlər.
Cilian Eyes
Culian Emyes və ya Culian Emis (ing. Julian Charles Becket Amyes) - Böyük Britaniya rejissoru və prodüseridir. Həyat yoldaşı Böyük Britaniya aktrisası Enn Allandır.
Dnepr SES
Dnepr SES (ukr. Дніпровська ГЕС), həmçinin DneproHES (rus. ДнепроГЭС), daha əvvəl — V.İ.Lenin adına Dnepr SES — Ukraynanın cənubundakı Zaporojye şəhərində Dnepr çayı üzərində qurulmuş su elektrik stansiyası. Bu, Dnepr su elektrik stansiyaları kaskadının beşinci mərhələsidir. Ukraynanın ən böyük su elektrik stansiyası olan Dnepr SES 1932-1956-cı illərdə SSRİ və Avropanın ən böyük su elektrik stansiyası olmuşdur. Dnepr su elektrik stansiyasının tikintisi QOELRO planı ilə nəzərdə tutulmuşdu, stansiya bu plana uyğun olaraq tikilmiş ən böyük elektrik stansiyası oldu. Onun tikintisinə 1927-ci ildə başlanmış, ilk hidroaqreqatlar 1932-ci ildə istismara verilmiş, 1939-cu ildə isə Dnepr SES-in tikintisi başa çatdırılmışdır. Elektrik stansiyası SSRİ-də sənayeləşmənin ən məşhur simvollarından birinə çevrildi, eyni zamanda Zaporojyedə böyük sənaye müəssisələri kompleksi tikildi. Böyük miqdarda ucuz elektrik enerjisi istehsal etməklə yanaşı, Dnepr SES Dnepr relslərini su altında saxlamaqla Dneprdə fasiləsiz naviqasiyanın təmin edilməsi problemini həll etdi. Böyük Vətən müharibəsi illərində Dnepr su elektrik stansiyası əvvəlcə sovet, sonra isə alman qoşunları tərəfindən partladıldı.
Donni Yen
Donni Yen (çin. 甄子丹, ing. Donnie Yen, 27 iyul 1963, Quançjou) — Honkonq aktyoru, döyüş sənəti ustası, rejissor, prodüser və hərəkət xeoqrafı.Yen Honkonq film ulduzlarından biridir. Yen Tai Çi, Boks, Kikboksinq, Citkundo, Hapkido, Taekvondo, Karate, Muay Tay, Güləş, Cüdo, Vin Çun və uşu sahələrini yaxşı bilir və bir sıra döyüş sənətlərində bacarıq nümayiş etdirdir. 2000-ci illərin əvvəllərində Asiyanın ən populyar film ulduzlarından biri olan Yen davamlı olaraq Asiyanın ən çox qazanan aktyorlarından biri olub. Yen 2013-cü ildə dörd filmdən və altı reklamdan 220 milyon Honkonq dolları (28.4 milyon ABŞ dolları) qazandı.Yen, Çində Vin Çun-un populyarlaşmasına töhfə verdiyinə görə bir çoxları tərəfindən qiymətləndirilir. O, kassa uğuru qazanan İp Man filmində Vin Çun İp Man rolunu oynayır. Bu Çin qanadında və Asiyanın digər bölgələrində yüzlərlə yeni Vin Çun məktəblərinin açılmasına səbəb oldu. İp Manın böyük oğlu İp Çun, ailənin sənətini populyarlaşdırdığı və atasının irsinin xatırlanmasına imkan verdiyi üçün Yenə minnətdar olduğunu da qeyd etdi. Ayrıca Xarici filmində Çirrut İmve və Üç iks: Ksander Keycin qayıdışı filmində isə Xian rolunu oynadığı üçün beynəlxalq səviyyədə tanınmışdır.
Filipp Hes
Filipp Hes (alm. Philipp Heß‎; 28 noyabr 1887 – 4 noyabr 1934, Miluoki, Viskonsin) — alman Yunan-Roma güləşçisi, dünya çempionatının mükafatçısı. == Həyatı == Filipp Hes 1887-ci ildə anadan olub. 1919-cu ildə o, Almaniya çempionluğunu qazandı. 1920-ci ildə dünya çempionatının gümüş medalına yiyələndi. 1921-ci ildə Avropa çempionatının bürünc mükafatçısı oldu. 1923-cü ildə ABŞ-yə mühacirət etdi və ömrünün sonuna qədər Miluoki şəhərində alman idman klubunun prezidenti idi.
Yeş Atid
Yeş Atid (ivr. ‏יֵשׁ עָתִיד‏‎) — İsraildə mərkəzçi siyasi partiyadır. Yair Lapid tərəfindən 2012-ci ildə təsis edilmiş və İsrail cəmiyyətinin mərkəzi hesab etdiyi şeyi təmsil etməyə çalışır: dünyəvi orta sinif. Əsasən vətəndaş, sosial-iqtisadi və idarəetmə məsələlərinə, hökumət islahatı və ultra-pravoslavlar üçün hərbi azadolma layihələrinə son qoyulması ilə xarakterizə edilir. 2013-cü ildə etdiyi ilk seçkidə, Yeş Atid, 120 yerlik Knessetdə 19 yer qazanaraq, ikinci yeri tutdu. Bundan sonra Benyamin Netanyahunun Likud başçılıq etdiyi koalisiyaya daxil oldu. 2015 seçkisində partiya Netanyahunu dəstəkləməkdən imtina etdi; Əhəmiyyətli bir geriləmədən əziyyət çəkdikdən və yer itirəndən sonra müxalifətə qoşuldu.
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Fəs
Fəs — kişi baş geyimi. Adı Mərakeşin Fəs şəhərindən götürülmüşdür. Osmanlı İmperiyası və ondan asılı olan ölkələrin şəhər əhalisi və kənd ziyalıları arasında dəbdə olmuşdur. Gənclər, əsasən, qırmızı və ya yaşıl rəngli, yaşlılar isə qara və ya tünd rəngli fəs qoyurdu. Fəs kəsik konus formasında astarlı olur, yuxarı kəsiyə rəngli saplardan 10—15 sm uzunluqda qotaz bənd edilirdi. Mahud və digər qiymətli parçalardan tikilirdi. Əyanlara məxsus fəslərin qotazları qiymztli qaş və muncuqlarla bəzədilirdi. 1826—1925 illərdə qara qotazlı qırmızı fəs Türkiyədə məmur və əsgərlərin rəsmi baş geyimi olmuşdur.
Keş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. == Səsin sürəti == Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Teş
Teş (fr. Têche) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38500. Kommunanın 2012-ci il üçün əhalisi 581 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 162 ilə 411 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 27 km qərbdə yerləşir.
Yəsr
Yəsr (ərəb. يسر‎, fr. Issers) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətinin ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin orta hissəsində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 68 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 30 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008 -ci ildə əhalinin sayı 32 580 nəfər idi.
Yəsə
Bu böyük peyğəmbərin adı Qur`anda iki dəfə gəlib, bir dəfə "Ə`nam" surəsinin 86-cı ayəsində, bir dəfə isə "Sad" surəsinin 48-ci ayəsində. Qabaqda qeyd olunduğu kimi, bütün müfəssirlər və tarixçilər onu İlyasın şagirdi və canişini bilirlər. Tövratda ibri olduğuna görə onun adı Yəşədir. Amma ərəb dilində ona Yəsə deyirlər. Müfəssirlərin nəzərinə görə, o Uxtubun oğludur. "Qamusi-müqəddəs"də isə onu Şafatın oğlu bilirlər və Abil Mühəvvələdə sakin oldu. Nuhu təsdiqləyirlər. "E`lami-Qur`anda" "Kitabe-padşahan" kitabının on doqquzuncu fəslində nəql olunur: İlya (deyəsən həmin İlyas) öz səfərində Yəsə ilə rastlaşır. Yəsə yer şumlayırdı. İlya Yəsəyə dedi ki, gəl mənimlə gedək.
Yəşt
Yəşt ("pərəstiş", "tərif") — "Avesta"nın dünyagörüşü və ədəbi-bədii cəhətdən fövqəladə dərəcədə qiymətli və maraqlı hissəsidir. Yaştlarda hindlilərin Vedalarında mövcud olan bənzərli materialla səsləşən çoxsaylı epik motivlər, mifoloji surət və süjetlər saxlanılmışdır. Bu süjetlərin bir qismi sonralar Firdovsi tərəfindən "Şahnamə" əsərində istifadə edilmişdir.
Altmış beş
Altmış beş — say sistemində ədədlərdən biridir. Altmış dörddən sonra, altmış altıdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 5, 13 və 65 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == Quranda "İnsan" sözü 65 dəfə işlənir. Maraqlısı odur ki, insanın yaradılış mərhələlərini ifadə edən sözlərin də birlikdə cəmi 65 dəfə səslənir. İnsanın yaradılış mərhələlərini ifadə edən sözlər isə bunlardır: "torpaq" (17 dəfə), "Nütfə" (12 dəfə), "Embrion" (6 dəfə), "Bir Tikə Ət" ifadəsi (3 dəfə), "Sümük" (15 dəfə), "Ət" (12 dəfə).
ABŞ-yə immiqrasiya
ABŞ-də immiqrasiya — ABŞ-ni immiqrasiya ölkəsi adlandırırlar. == Tarixi == ABŞ ərazisinin sürətlə genişlənməsi, eləcə də ərazinin məskunlaşması və mənimsənilməsi külli miqdarda əhali tələb edirdi. Həmçinin dünyanın digər ərazilərində (əsasən də Avropada) sosial-iqtisadi şərait (aqrar, dini, milli vəziyyət, aclıq, siyasi təqib) əhali və əmək ehtiyatlarını ABŞ-yə cəlb etdi. Okean boyunca qitələrarası miqrasiyanın artması feodal məhdudiyyətlərinin ləğvinə səbəb oldu və əhali hüquqi cəhətdən müstəqillik qazandı. İmmiqrasiya dəniz və sonra hava nəqliyyatında olan proqreslə bağlı daha geniş vüsət aldı. İmmiqrantların sayının qeydiyyatı 1820-ci ildən aparılır və 1820-ci ildən indiyə qədər ABŞ-yə 60 mln. nəfər əhali (Avropa 67 %, Asiya 10 %, Amerika 21 %, digər regionlar 2 %) immiqrasiya etmışdir. Aşağıdakı immiqrasiya dövrləri ayrılır: === Birinci dövr === I dövr – XVII əsrin əvvəllərindən 1820-ci ilə qədər davam etmişdir. İmmiqrantlar əsasən Böyük Britaniya adalarındandır (ingilislər, şotlandlar, irlandlar). Cənuba gələnlər varlı torpaq sahibləri olduğundan onlar özləri ilə plantasiyalarda işləmək üçün kasıb əhali gətirmişlər.