Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm.
O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlayıb, bəzi bəhanələr ilə məndən qaçıb gedirlər…
[Məstur:] Yad kəsə bağlıdır bütün yollar; Buna, zənnimcə, bircə tədbir var.
□ Bir kəs – bir adam, kimsə.
[Leyla:] Bir kəsim varsa mənim; Harun, yenə sənsən və sən.
[Leyla xanım:] Bir kəs yoxdur, qardaş, təkəm…
[Hacı:] Baxdım, yox idi yaxında bir kəs; Gəldi qulağıma bir həzin səs.
Heç kəs – kimsə, heç kim, bir nəfər də, bir adam da. Otaqda heç kəs yoxdur. Küçələrdə heç kəs yox idi. Heç kəsə bir söz demə.
– [Hacı Murad:] …Heç kəsi buraya qoymazsan.
Nə qədər ki, Cavahir atasının evində idi, heç kəs bunun işini təqdir etməyirdi.
Hər kəs – 1) hər bir adam, hər biri, hər şəxs. Hər kəsdən bacarığına görə, hər kəsə tələbinə görə.
// Hamı. Oğul atasının təbiətini hər kəsdən yaxşı bilirdi.
Hər kəs baxıb həqiqətdə, əncir ağacının dibində şamın yandığını görürdü…