Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Humus
Humus, xumus və ya hummus (ərəb. حُمُّص‎) — Orta Şərqdə geniş yayılmış, yəhudi və ərəb xörəyi. Noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır.
Rumus
Rumus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Haqqında == Üstüpü bələdiyyəsinin ərazisində, rayon mərkəzindən 45 km şimal-qərbdə, dağlıq ərazidədir. Hazıda kənddə yaşayış yoxdur. Oranın torpaq və yaylaqlarından qonşu kədlərin əhalisi istifadə edir. Yerli əhali arasında Urmus da adlandırılır.
Xumus
Humus, xumus və ya hummus (ərəb. حُمُّص‎) — Orta Şərqdə geniş yayılmış, yəhudi və ərəb xörəyi. Noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır.
Yunus
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
Arif Yunus
Arif Seyfulla oğlu Yunusov (12 yanvar 1955, Bakı) — Azərbaycan Sülh və Demokratiya İnstitutunun Konfliktologiya və Miqrasiya şöbəsinin rəhbəri, tarix elmləri namizədi, konfliktoloq.
Kamran Yunus
Kamran Yunis (5 dekabr 1974, Bakı) — Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası, "ARRI", "Altın Şafran", "Vaqif Səmədoğlu" mükafatları laureatı. == Həyatı == Kamran Yunis 5 dekabr 1974-cü ildə, əslən Balakənli olsa da, Bakıda anadan olub. 1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlu, Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrının sənətçisi olub. Rusiya, İran, Amerika, Misir, Türkiyə, İtaliya, Hindistanın beynəlxalq film festivallarının iştirakçısı olub. Odlar Yurdu Azərbaycan filmi "ARRİ" mükafatına layiq görülüb. 2015-ci ildə Türkiyədə Xəlvətdə qalmış müdrik filmi "Altun şafran" mükafatına layiq görülüb. Sənətçinin çəkildiyi Rami filmi 2007-ci ildə Hinistanın New Delhi şəhərində keçirilən Asian film festivalında "opening film" (açılış filmi) olub. Rami filminə görə 2007-ci ildə dünyanın bir çox dövlətlərində, ən məşhur qəzetlər (The New York Times, New Delhi Times) məhz ondan yazıb.
Gümüş
Gümüş (Ag) – kimyəvi element, D. İ. Меndeleyevin kimyəvi elementlərin dövrü sisteminin beşinci periodunun əlavə yarımqrupunun kimyəvi elementi. Atom nömrəsi 47-dir. Ag (lat. Argentum) simvolu ilə göstərilir. Gümüş nəcib metal olaraq plastikdir, gümüşü-ağ rəngdədir. Ərimə temperaturu – 961.9 °C, qaynama temperaturu 1950 °C, bərkliyi — 10,5 g/см³. Əksər birləşmələrdə +1 oksidləşmə dərəcəsindədir. Gümüş çoxdan qiymətli bir metal kimi qiymətləndirilmişdir. Gümüş bəzən qızılla yanaşı bir çox külçə sikkədə istifadə olunur. Miqdarca qızıldan daha çox mövcud olsa da, təbii metal kimi çox azdır.
Umus
Li Siçonq (Uyğ. - Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. == Həyatı == Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. == Çindəki həyatı == İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Gümüş (Dərəçiçək)
Gümüş — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd == Tarixi == Rayon mərkəzindən 16 km cənub-qərbdə, Zəngi çayının yanında, Alapars kəndinin yaxınlığında yerləşmişdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Gümüş filiz yataqları olduğu üçün kənd Gümüş adlandırılmışdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 48 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 311 nəfər, 1914 - cü ildə 796 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Onların yerində ermənilər məskunlaşdırılmışdır. Gümüşün 1918-ci ildə 820 nəfər əhalisi olmuşdur. Kəndi elə yandırmışlar ki, bir həftə belə tüstü ilə birlikdə yanan insan bədəninin qoxusu xeyli aralıdan hiss olunmuşdur. Bununla da “əzabkeş” ermənilər Gümüşə də birdəfəlik sahib olmuşlar.
Gümüş Minillik
Gümüş Minillik (シルバーミレニアム, Shirubāmireniamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" mediafranşizində istifadə olunan qavrayış. Gümüş Minillik Seylor döyüşçülərinin reinkarnasiya olmamalarından qabaq Ay Krallığında hökm sürən təntənəli dövrdür. Bu dövrdə Ay Krallığı və digər planetlər sülh şəraitində yaşamışdır. Gümüş Minillik ilə personajların keçmiş həyatları əlaqələnir. Orijinal Gümüş Minillik qədim Qızıl dövrü kimi təsvir olunmuşdur. İnsanlar sülh içərisində yaşayırdılar, seriyada yer alan Yer və Ay Krallıqları arasındakı münasibətlər yaxşı idi. İngilis dublajına görə Ay Krallığı 1000 il əvvəl, orijinal manqaya görə isə krallıq tarix öncəsi dövrdə mövcud olmuşdur. Adına baxmayaraq, Gümüş Minillik 1000 ildən daha uzun çəkmişdir. Ay Krallığının başçısı seriyanın yan personajlarından biri olan Kraliça Serenitidir və krallığın sarayı Sereniti dənizində yerləşir. Ay Krallığı seriyanın əsas personajları olan Şahzadə Sereniti və Seylor döyüşçülərinin vətənidir.
Gümüş medal
Gümüş medal — mükafat olaraq istifadə edilən medal növlərindən biri. İdmanda gümüş medal, adətən yarışda ikinci yeri qazanan iştirakçıya təqdim edilir. Birinci və üçüncü yeri tutan qaliblər müvafiq olaraq qızıl medal və bürünc medallarla mükafatlandırılır. == Olimpiya oyunları == 2004-ci ildən başlayaraq və Afina Olimpiya oyunlarının, ənənələrindən uzaqlaşdılar və medal hər iki tərəfin təşkilatçılarının unikal dizaynına əsasən hazırlandı.
Gümüş qol
Gümüş qol — futbolda pley-off mərhələsinin oyunlarında əsas vaxt (90 dəqiqə) başa çatdıqdan sonra bərabər nəticə olan halda qalibi müəyyənləşdirmək üçün 2003–2004-cü illərdə istifadə olunan üsul. Eyni anda əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət 2 hissə) təyin edilir. Qaydaya görə, əgər hər hansı əlavə hissə ərzində komanda qol vurarsa, onda əvvələr tətbiq olunan "qızıl qol" qaydasından fərqli olaraq oyun bitmir və həmin hissənin sonuna qədər davam edir, daha dəqiq isə əgər ilk əlavə hissə qalibi müəyyənləşdirsə, onda ikinci əlavə hissə oynanılmır və oyun bitmiş sayılır. Əgər ilk əlavə hissə başa çatdıqdan sonra hesab heç-heçə olarsa, onda əlavə vaxt tam oynanılır. Əgər əlavə vaxt keçdikdən sonra heç bir komanda qol vura bilmədisə və ya eyni sayda qol vurdusa, onda qalib əvvəlki kimi penalti seriyası vasitəsilə müəyyən olunur. 2004-cü ildə keçirilən UEFA Avropa çempionatı "Gümüş qol"un tətbiq edildiyi yeganə böyük turnir olmuşdur, özü də bu üsulun taleyi hələ turnirin başlamasından əvvəl həll olunmuşdu, çünki 2004-cü ilin fevral ayında "iki overtaym və penalti" klassik formatının qaytarılması qəbul olundu. Matçın nəticəsinə təsir edən yeganə "gümüş qol"u helə məhz bu turnirdə vuruldu, qol Yunanıstan — Çexiya arasında oynanılan yarımfinalın birinci əlavə hissəsində vurulmuşdur. Qolun müəllifi Yunıstan millisinin oyunçusu Trayanos Dellas olmuşdur. Maraqlıdır ki, ilk "qızıl qol"u da məhz Çexiya yığması 1996 Avropa çempionatının finalında buraxmışdır. "Gümüş qol" qaydasının qüvvədə olduğu zamanı əlavə vaxtda vurulan qalan bütün qollar əlavə olunan ikinci hissədə qeydə alınmışdır, beləliklə bir qayda olaraq oyunların nəticələrinə təsir göstərməmişdir.
Gümüş qıjı
Gümüş qıjı(lat. Cyathea dealbata)-Qıjı cinsinə aid bitki növü. Ağacın yüksəkliyi 10 m qədər yetişər. Gümüş qıjının yarpağı, Yeni Zelandiyanın Milli Gülü dür.
Gümüş rəngi
Gümüşü – rəng çaları.
Gümüş samur
Gümüş samur (ing. Silver Sable) və ya əsl adı ilə Silver Sablinova – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan personaj. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur. Gümüş samur muzdlu döyüşçü, Silver Sable International şirkətinin sahibi və cinayətkar ovçusudur. Əsasən Hörümçək-adamın müttəfiqi kimi göstərilir. 2017-ci ilin martında Sony Pictures Gümüş samur və Qara pişik personajları üçün ortaq film çəkəcəklərini anons etmişdi. "Gümüş və Qara" adlanacaq filmin istehsalı yubadılmış, sonda 2018-ci ilin avqustunda film ləğv olunmuşdur. Əvəzinə hər personaj üçün ayrıca film çəkmək qərarı alınmışdır. "Gümüş samur" filmi üçün studiya ssenaristlər axtarır. == Nəşrolunma tarixi == Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış personaj ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur.
Gümüş standartı
Gümüş standartı — gümüşə əsaslanan pul sistemi. == Tarixi == Gümüş standartı Bizans imperiyasının dağılmasından sonra yarandı və düz XIX əsrə qədər hakim sistem idi. XVI əsrdə Potosi yaxınlığındakı Serro Rikoda böyük gümüş yataqları tapıldıqdan sonra beynəlxalq gümüş standartı ispan pesosu ilə əlaqələndirildi. Bu gümüş ispan dollarları təxminən dörd yüz il ərzində beynəlxalq ticarətdə dünya valyutası sayılırdı. === Ləğv olunması === 1704-cü ildə, Anna Stüart kraliça elan edildikdən sonra, Britaniya Vest Hindistanı dublonlar, ispan qızıl sikkələri ilə birlikdə qızıl standartını tətbiq edən ilk bölgələrdən biri oldu. 1717-ci ildə Kral zərbxanasının rəhbəri ser İsaak Nyuton gümüş və qızıl arasında yeni bir məzənnə tətbiq etdi və bu nəticədə Böyük Britaniya faktiki olaraq qızıl standartına keçdi. Napoleon müharibələrindən sonra Böyük Britaniya qızıl soverenləri tətbiq etdi və 1821-ci ildə rəsmi olaraq qızıl standartını qəbul etdi. Eyni zamanda, Latın Amerikasındakı inqilablar Potosi və Limadakı zərbxanalarda istehsal olunan gümüş dollarların (peso) tədarükünü dayandırdı. Britaniya qızıl standartı ilk olaraq bəzi Britaniya koloniyalarına, xüsusən də Avstraliya və Cənubi Afrika müstəmləkələrinə yayıldı, amma Şimali Amerika müstəmləkələri, Britaniya Hindistanı və Cənub-Şərqi Asiyaya yayılmadı. Kanada əyaləti 1853-cü ildə, Nyufaundlend koloniyası isə 1865-ci ildə qızıl standartını qəbul etdi.
Leyla Yunus
Leyla Yunus (21 dekabr 1955, Bakı) — hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri, Milli Şuranın üzvü. == Həyatı == Leyla Yunus 21 dekabr 1956-cı ildə Bakıda doğulub. === Təhsili === Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, antik ədəbiyyatı üzrə ixtisaslaşıb. === İctimai-siyasi fəaliyyəti === 1980-ci illərin sonunda Azərbaycanda başlayan demokratik hərəkatının fəal iştirakçısı olub. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının yaradıcılarından biri sayılır. 1992–1993-cü illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, Leyla Yunus Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib. Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Leyla Yunus 1994-cü ildən bütün fəaliyyətini əsasən bu sahəyə yönəldərək siyasi məhbus problemi ilə məşğuldur. == Ailəsi == Evlidir, həyat yoldaşı Arif Yunus tarixçidir.Dinara Yunusova adında bir qızları var. == Mükafatları və fəxri adları == İnsan hüquqları və demokratik azadlıqlar sahəsində fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb, Fransanın "Şərəf Legionu Kavaleri" ordeniylə təltif edilib.
Məhəmməd Yunus
Məhəmməd Yunus (28 iyun 1940[…], Çittaqonq, Britaniya Hindistanı) — Banqladeşli sosial sahibkar, bankir, iqtisadçı və vətəndaş cəmiyyəti lideri. Grameen Bankını təsis etdiyinə və mikrokredit və mikromaliyyə konsepsiyalarına öncülük etdiyinə görə Nobel sülh mükafatına layiq görülmüşdür. Bu kreditlər ənənəvi bank kreditlərini ala bilməyəcək qədər yoxsul sahibkarlara verilir. Yunus və Grameen Bank birlikdə "təməldən iqtisadi və sosial inkişafı yaratmaq üçün mikro kreditlər sahəsində göstərdikləri səylərə görə" Nobel sülh mükafatına layiq görülüblər. Norveç Nobel Komitəsi bildirib ki, “əhalinin böyük qrupları yoxsulluqdan qurtulmağın yollarını tapmasa, davamlı sülh əldə edilə bilməz”, "mədəniyyətlər və sivilizasiyalar arasında Yunus və Grameen Bank göstərdilər ki, hətta ən yoxsul təbəqə belə öz inkişafını təmin etmək üçün çalışa bilər". Yunus bir sıra digər milli və beynəlxalq mükafatlara layiq görülüb. 2009-cu ildə ABŞ-nin Prezident Azadlıq medalı və 2010-cu ildə Konqresin Qızıl medalı ilə təltif olunub.2008-ci ildə "Foreign Policy" jurnalının "Top 100 Global Thinkers" siyahısında 2-ci yerdə qərarlaşıb.2011-ci ilin fevral ayında Yunus Saskiya Bruysten, Sopfia Eysenmann və Hans Reytz ilə birlikdə Yunus Social Business – Global Initiatives (YSB) şirkətini təsis edir. YSB bütün dünyada sosial problemləri həll etmək üçün sosial biznesləri yaradır və onlara səlahiyyətlər verir. Yunusun yeni, humanist kapitalizm vizyonunun beynəlxalq icra qolu kimi, YSB inkişaf etməkdə olan ölkələrdə sosial bizneslər üçün inkubator fondlarını idarə edir və şirkətlərə, hökumətlərə, fondlara və QHT-lərə məsləhət xidmətləri göstərir. 2012-ci ildə Şotlandiyanın Qlazqo Kaledoniya Universitetinin rektoru olub, 2018-ci ilə qədər bu vəzifəni tutub.
Qəyyur Yunus
Qəyyur Habil oğlu Yunusov (d. 26 mart 1948, Bakı) — rəngkar, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının xalq rəssamı (2015). == Həyatı == Yunusov Qəyyur Habil oğlu 1948-ci il martın 26-da Bakının Əmircan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1967–1971-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin (indiki İncəsənət Kolleci), 1971–1977-ci illərdə Tbilisi Rəssamlıq Akademiyasının rəngkarlıq fakültələrində təhsil almışdır. 1972-ci ildən sərgilərin iştirakçısıdır. 1980-ci ildə Azərbaycan Rəssamlar İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.Qəyyur Yunusov hələ uşaqlıq illərində doğulduğu Əmircan kəndində yaxın qohumu Səttar Bəhlulzadənin emalatxanasına gələrək onun necə rəsmlər çəkdiklərini müşahidə etmişdir. O, Səttar Bəhlulzadənin tələbəsi olmuş və sənətin müxtəlif üslublarını mənimsəmişdir.Qəyyur Yunus doğulduğu Əmircan kəndi haqqında demişdir: == Yaradıcılığı == Qəyyur Yunusun yaradıcılığında lirik, mənzərələr yer alsa da, rəssama daha çox qadın portretləri şöhrət gətirib. Onun dini-fəlsəfi baxışları, gözəlliyə sevgisi çəkdiyi rəngkarlıq əsərlərində müşahidə olunur. Qəyyur Yunusun yaradıcılığının başlıca kulminasiyası qadın surətləri hesab olunur. Müəllif Azərbaycan qadını obrazının zəriflik və nəcibliyi ilə təsvir edilməsinin əsas səbəblərindən biri kimi isə – "Allah gözəldir və gözəlliyi sevir" prinsipi ilə əsaslandırır.
Sinan Gümüş
Sinan Gümüş (15 yanvar 1994) — Türkiyənin Super Liqa klubu "Antalyaspor"-da hücumçu kimi çıxış edən alman peşəkar futbolçu.
Sərbəst gümüş
Sərbəst gümüş – Ag — Kubik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Küstelit (10 %-dək və daha çox miqdarda Au), animikit (Sb), çilenit (Bi), misli gümüş və b. == Xassələri == Rəng – gümüşü-ağ, çox vaxt sarı və qəhvəyi çalarlı dəyişkən rəng alır; oksidləşdikdə qaralır; Mineralın cizgisinin rəngi – gümüşü-ağ, parıltılı; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 9,6-12; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqvari, tikanlı, qabıqlı; Başqa xassələr – döyülən, əyilən və plastikdir; ən yaxşı elektrik və istilik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, oktaedrik, dodekaedrik, bəzən sap şəkilli kristallar – viskerlər; İkiləşmə: {111} üzrə sadə; Mineral aqreqatları: püruzlar, məftil formalı, eşilmiş məftil şəkilli, mamıraoxşar əmələgəlmələr, lövhəciklər, dendritlər, külçələr. == Mənşəyi və yayılması == Hipogen sərbəst gümüş hidrotermal yolla əmələ gəlir və adətən kalsit, barit və gümüş-arsenid damarlarında qeyd olunur. Məşhur Kobalt yatağında (Ontario əyaləti, Kanada) gümüşün bir neçə yüz kiloqramlıq külçə və lövhələri tapılmışdır. Hipergen sərbəst gümüşə bəzən çox iri külçələr şəklində qurğuşun-sink, gümüş və kolçedan-polimetal yataqlarında rast gəlinir. O, mis mineralları ilə birlikdə az miqdarda misli qumdaşlarında və şistlərdə qeyd edilir. Bəzən səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: argentit, pirargirit, prustit, stefanit, polibazit, qalenit, kobaltin, arsenopirit, nikelin, uraninit, kalsit, barit, dolomit və b.
Vaşinqtona yürüş
İş və azadlıq uğrunda Vaşinqtona yürüş (ing. March on Washington for Jobs and Freedom) — ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Linkoln memorialının ətrafında 28 avqust 1963-cü ildə 200–300 min insanın iştirakı ilə baş tutan dinc nümayiş. Nümayişdə Martin Lüter Kinq özünün məşhur "Mənim bir arzum var" nitqini səsləndirmiş, bir sıra digər siyasi və ictimai fəal şəxslər, sənətçilər iştirak və çıxış etmişlər. Yürüş iştirakçılarının 80%-ni qaradərililər, 20%-ni isə ağlar və digər irqlərin nümayəndələri təşkil edirdilər. Yürüş təşkilatçılarından 10 nəfər elə həmin gün ABŞ prezidenti Con Kennedi tərəfindən qəbul edilərək onların tələbləri dinlənilmişdir. Yürüş hüquq-müdafiə və fəhlə təşkilatları, dini qurumlar tərəfindən təşkil edilmişdi. Yürüşün nəticəsi olaraq ABŞ Konqresi ictimai yerlərdə seqreqasiyanı qadağan edən "Vətəndaş hüquqları haqda qanun" (1964) və qaradərililərə ağlarla eyni seçki hüquqları verən "Seçki hüquqları haqda qanun"u qəbul etdi. Hər 5 ildən bir Vaşinqtona yürüşün yubileyi münasibətilə yürüşlər təşkil edilir. Onlardan ən məşhuru 1988-ci ildə "Bizim hələ də bir arzumuz var!" şüarı ilə keçirilən 25 illik yubiley yürüşü olmuşdur. 2013-cü ildə yürüşün 50 illik yubileyi münasibətilə prezident Barak Obama 1963-cü ildəki yürüşün 16 nəfər iştirakçısını "Prezident Azadlıq medalı" ilə təltif etmişdir.
Yunus Oğuz
Yunus Oğuz (22 iyul 1960, Əli-Bayramlı) — Milli Vəhdət Partiyasının sədri (2000-2023), Vəhdət Partiyası sədrinin sabiq birinci müavini (1998-2000), Xalq Azadlıq Partiyasının sədri (1997-1998; 1990), Azərbaycan Xalq Cəbhəsi sədrinin müavini, İdarə Heyətinin üzvü, jurnalist. == Həyatı == Yunus Oğuz 1960-cı il iyulun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978–1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979–1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. == İctimai-siyasi fəaliyyəti == 1988-ci ildən də Milli Azadlıq hərəkatına aktiv qoşulub.
Yunus Paşa
Yunis Paşa (ö. 1517) — Yavuz Sultan Səlim dönəmində 23 yanvar 1517 - 13 sentyabr 1517 tarixlərində ümumilikdə 7 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı, Osmanlıların Misirdəki ilk bəylərbəyi. == Həyatı == Dövrün mənbələrində həyatının ilk illəri haqqında və saraya necə alınması barədə məlumat yoxdur. Buna baxmayaraq bəzi araşdırmalarda alban əsili olduğu və dəvşirilərək saraya alındığı bilinir. II Bəyazid dönəminə aid xəzinə dəftərlərində qapıçıbaşı olaraq qeyd olunur. 1501-1505 tarixlərində qapıçıbaşı olmuş, ardından 10 sentyabr tarixində yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. Ehtimal olunur ki, hələ qapıçıbaşı ikən II Bəyazidin qızı Səlcuq Sultanın Mustafa Paşaoğlu Mehmed bəylə olan evliliyindən doğulan Aslıhan xanım Sultanla evləndirilmişdir. Bu evlilik haqqında ilk yazılı mənbə isə 19 fevral 1502 tarixli xəzinə dəftərləridir. 5 il davam edən yeniçəri ağalığı dövründə 1509 tarixli İstanbul zəlzələsinə şahid oldu və İstanbulun yenidən bərpasında vəzifələndirildi. Şahqulu ağa Təkəli üsyanı əsnasında üsyanı yatırmaqla vəzifələndirilən Sədrəzəm Əli Paşanın rəhbərlik etdiyi yeniçərilərlə getməyərək paytaxtda qaldı.
Yunus Peyğəmbər
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
Kuruş
Kuruş - (öncədən quruş) bir çox ölkələrdə fərqli zamanlarda istifadə edilen pul vahidi. Osmanlı vaxtında Kuruş, Türkiyədə ilk dəfə 1687 (hicri 1099)-ci ildə sultan II Süleyman'ın dönəmində istifadə edilmişdir.
Nuquş
Nuquş (rus. Нугуш, başq. Нөгөш dinlə) — Başqırdıstanda çay, Ağidel çayının sağ qolu. Uzunluğu 235 km-dir. == Ümumi məlumat == Nuquş çayı Yurmatau silsiləsindən başlayır və Cənubi Ural dağlarından keçir. Çay əsasən qar suları ilə qidalanır; Bir qayda olaraq, noyabrın birinci yarısında, çay donur - aprel ayının ikinci yarısında buzlar əriyir. Nuquş Başqırdıstanda ən sürətlə axan çay hesab olunur. Yazda Nuquş çayında böyük ərintilər çox məşhurdur. Axı, turistlər mənzərəli dağlar arasında demək olar ki, qeyri-yaşayış sahələrindən keçirlər. Bundan əlavə, yol boyunca Kuperli şəlaləsi və əsl kanyon olan Pyatilistnik kimi təbiətin inciləri var.
Qumuq
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Ural-Altay dillərinin türk dili qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. == Antropoloji tip == Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. == Rusiya federasiyası üzrə == Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.
Qumux
Qumux — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Baş Laysqi kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qumux kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 1035 nəfər təşkil edir ki, onun da 518 nəfəri kişi, 517 nəfəri isə qadındır. Qumux kəndinin əhalisin ilk məskunlaşma yeri kimi tarixi faktlarda Dagıstanın Qazıqumux dairəsi olduğu göstərilir; Dairə əhalisinin bir hissəsi XIX əsrin ortalarında Şəki rayonu ərazisinə köçmüşdürlər.
Ququş
Ququş (əsl adı Faiqə Atəşin) ― İranın məşhur müğənnisi və aktrisası. XX əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuşdur. İrandan əlavə Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da böyük şöhrət qazanmışdır. 1945–1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi. İran İslam İnqilabından öncə onu "İran musiqisinin qızıl (şah) balığı ("شاه‌ماهی موسیقی ایران") adlandırmışdılar. == Həyatı == Ququş 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanlı mənşəli valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. == Coğrafi mövqeyi == Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. == Tarixi == 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Rumul
Rumul (fr. Roumoules, oks. Romolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04172. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 722 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Yemiş
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Yumor
Yumor — həyatdakı gülünc, komik hadisələri, insanların zəif cəhətlərini və nöqsanlarını əks etdirən, gülüş doğuran əsərlər; ədəbiyyatda tərbiyəvi əhəmiyyət daşıyan tənqidi gülüşün bir növü. Yumor gülüş və onu doğuran obrazdır, müəllifin hadisə və faktlara ironiyaya nisbətən daha sərt münasibətidir. Lakin yumor da hələ inkarçı və rəqib gülüşü deyil, daha çox məişət və yoldaş gülüşüdür. Ona görə bir çox hallarda ironiya ilə yumorun sərhədi mübahisəli olur. Yumora dost gülüşü də deyilir və qəzetlərdəki satirik səhifələrdə xüsusi rubrika kimi aparılır. Yumorun mühüm formalarından biri lətifələrdir. Bəzi qəzetlər müəllif yaradıcılığı olan lətifələri də yumor rubrikası ilə dərc edirlər. Şifahi xalq ədəbiyyatında xalq yumorundan geniş istifadə edilir. Tapmacalarda, el deyimlərində yumor mühüm yer tutur. Molla Nəsrəddinin lətifələri Azərbaycan xalqı içərisində geniş yayılmışdır.
Yutub
YouTube (azərb. Yutub‎) — dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında Google tərəfindən satın alınmışdır. "Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxmışdır. == Tarixi == Əvvəllər PayPal-da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim videoların e-mail on yollanıla bilməməsi üzərinə 15 fevral 2005-ci ildə yaradılmasına baxmayaraq monetar problemlər səbəbi ilə ilk video 23 aprel 2005-ci ildə Jawed Karim tərəfindən yüklənmişdir. YouTube 9 oktyabr 2006-cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır. Bu Google tarixindəki ən böyük alqıdır. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılmışdır. == İş sistemi == YouTube video formatı olaraq Flash Video Formatı (*.
Çumış
Çumış çayı — Rusiyanın Kemerov vilayəti və Altay diyarı ərazisindən axan çay. Ob çayının sağ qolunu təşkil edir. == Coğrafi yerləşməsi == Çayın uzunluğu 644 km, hövzəsinin sahəsi isə 23 900 km² təşkil edir. Öz başlanğıclarını Kemerov vilayətinin ərazisində Qara-Çumış və Tom-Çumış çaylarının birləşməsindən götürür. Mənsəbə yaxın iki qola ayrılır. Barnaul şəhərindən 88 km aşağıda Ob çayına tökülür. == Hidrologiya == Çumış çayı əsasən qar suları ilə qidalanır. İllik su sərfiyyatı mənsəbə 74 km qalmış 146 m³/s təşkil edir. Çay noyabrın birinciyarısında donur. Aprelin ikinci yarısında isə buzdan azad olur.
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> == Tarixi == Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Anar Yusub
Yusubov Anar Abdul Vahid oğlu — Azərbaycanlı bəstəkar və kamança ifaçısı. == Həyatı == Yusubov Anar Abdul Vahid oğlu 6 yanvar 1989 cu ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == İlk musiqi təhsilini 1998–2004 cü illərdə Fikrət Əmirov adına incəsənət məktəbinin "Kamança" sinfində almışdır. 2004–2008 ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecində; 2008–2012 ci illərdə isə Azərbaycan Milli Konservatoriyasında təhsil almışdır. 2014–2016 cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Magistr dərəcəsi almışdır.2020 ci ildə Almaniyanın Rostock şəhərində "Rostock Universiteti" nə Kompyuter elmləri ixtisasına qəbul olmuşdur. Hal hazırda ikinci təhsilini alır == Səhnə fəaliyyəti == Peşəkar səhnə fəaliyyəti illərində Respublikanın xalq artistləri Səkinə İsmayılova və Simarə İmanova ilə illərlə işləmişdir. == İştirak etdiyi beynəlxalq festivallar == Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya, Avstriya, Slovakiya, Serbiya, Hindistan və bir çox ölkələrdə konsert proqramları və festivallarda çıxış etmişdir. 2011-ci il 14–21 mart "Muğam aləmi" II Beynəlxalq Muğam Festivalı 2012-ci il 20–27 aprel "Cappadocia geceleri" Festivalı 2013-cu il 1–3 fevral Hindistanın Kolkata şəhərində "Sufi-sutra"Festivalı. Muğam ve Raganın sintezini hindistanli musiqiçilərlə birlikdə etmişdir. Bu layihe "Muraağam"adlanır.
Cumuə Surəsi
62-ci surə
Durmuş Yılmaz
Durmuş Yılmaz (1947, Uşak) – türkiyəli iqtisadçı, bürökrat və siyasətçi. == Həyatı == Uşakın Eşme ilçəsinin Qaracağmərli kəndində anadan olmuşdur. İlk və orta məktəbini Uşakda tamamlamışdır. Lisey təhsilini Ankara Kupça və Kadastr Peşə iseyində tamamlamışdır. Muğlada Xəritə və Katastr texniki işçisi olaraq çalışarkən Muğla Turqutrəis liseyindən normal lisey diplomu almışdır. Ankara Universiteti Hüquq fakültəsində 3 il hüquq təhsili almışdır. 1970-ci ildə Milli Təhsil Nazirliyinin açmış olduğu dövlət təqaüdü imtahanından keçərək, İngiltərəyə Ticarət nazirliyi adından iqtisadiyyat təhsili almağa göndərilmişdir.London Şəhər Universitetində bakalavr, London Universitetində magistr təhsili almışdır. == Fəaliyyəti == 1980-ci ildə Türkiyə Respublika Mərkəzi Bankası kambiyo şöbəsinin müdirliyinə təyin edilmişdir. Xarici Borc Ertələmə, Valyuta Mübadiləsi və Valyuta Rezerv İdarəçiliyi sahələrində çalışmışdır. 1993-cü ildə Valyuta İşləri idarəsinin müdirinin köməkçisi, 1997-ci ildə Valyuta Risk İdarəçiliyi, Kreditlər, Valyuta və Effektiv Bazarlar ilə Açıq Bazar İşlərinə nəzarət edən Bazarlar Ümumi Müdirliyinin ümumi müdir köməkçiliyinə, 2002-ci ildə müdirliyə təyin edilmişdir.
Kumul xanlığı
Kumul xanlığı — (uyğ. قۇمۇل خانلىقى) Hamian çökəkliyində yerləşən feodal türk dövləti (Monqolustanın Xoşun ərazisi daxil). Kumul xanları Çağatay ulusu xanlarının birbaşa nəslindən idilər. 1696-cı ildə Sin dövlətinin asıllığını qəbul etmişdilər. 1930-cu ildə Çin Respublikasının Sintszyan vilayətinin qubernatoru Tsin Şujen tərəfindən ləğv edilmişdir. Müsir dövrdə xanlıq indiki Sincanın Hami vilayətinin ərazisini əhatə edirdi. == Tarixi == === Yaranması === Min İmparatorluğu turfanlar və Min arasındakı qarşıdurmada böyük rol oynayan Kumul Xanlığı ilə (başqa adı Kara-Del) xərac vernə səviyyəsində münasibətlər qurmuşdu. Xanlıq Minə xərac verirdi. Səid Babanın xan olduğu vaxt Kumul Xanlığı 1646-cı ildə Sin sülaləsinin Min sülaləsinə qarşı üsyanı zamanı Min sülaləsi dəstəkləyən çinli müsəlmanlara kömək göstərirdi. Min tərəfdarlarının məğlubiyyətindən və Kumul şahzadəsi Turumtainin döyüşlərdə Sin qoşunu tərəfindən öldürüldüyündən sonra Kumul xanlığı Sin sülaləsinin hakimiyyətini qəbul etdi.
Kumul üsyanı
Kumul üsyanı — 1931-1934-cü illəri əhatə edən və Haminin uyğur əhalisinin çıxışları ilə başlayan Çin Respublikasının Sincan əyalətindəki müsəlman xalqların milli azadlıq hərəkatı. Üsyanın əsas hərəkətverici qüvvəsi uyğurların milli və islami birlikləri olsa da, onun tərkibi çoxmillətli idi. Əsasən Şərqi Türkistanda yaşayan müsəlman xalqlar: qazaxlar, qırğızlar və hueylər üsyanda iştirak edirdi. Sincan əyalətinin valisi Sin Şurenin Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi və mürtəce siyasət yürütməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini də: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Huey hərbi birliklərinin komandiri general Ma Çonq Sincan valisi Sin Şureni devirmək istəyirdi. Homindan isə Sovet İttifaqı ilə əlaqələri səbəbiylə Şurenin dəyişməsini istəyirdi və buna görə də Sini qubernator kimi tanıdığını göstərərək, üsyana ilk vaxtlarda müdaxilə etmədi. Üsyan genişləndikcə uyğur üsyançıları qırğız üsyançıları ilə birlikdə ayrı-ayrılıqda müstəqillik mübarizəsinə başladıqda genişmiqyaslı döyüşlərə çevrildi.
Kuyucaklı Yusuf
Kuyucaklı Yusuf, 1937-ci ildə o zamana qədər hekayə yazarı kimi tanınan Sabahattin Ali tərəfindən nəşr olunan ilk romandır. Baş qəhrəman Yusuf, Türk ədəbiyyatının ən romantik personajlarından biri sayılır. Roman, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi 'nin 100 təməl əsər tərəfindən tövsiyə edilən orta məktəb şagirdləri siyahısında yer alır. Roman 1985-ci ildə eyni adlı Feyzi Tuna tərəfindən sinemaya uyğunlaşdırıldı. == Mövzu == 1903-cü ildə Aydının Kuyucak mahalında bir ər və arvadın öldürülməsini araşdırmaq üçün gedən Nazilli mahal valisi Salahattin bəy, valideynlərinin gözü qarşısında öldürülən 9 yaşlı oğlu Yusufu evləndi və götürdü. Salahattin bəy, özündən 15 yaş kiçik Şahinde Hanımla evlidir. Həm yaş, həm də mizaç baxımından fikir ayrılığı yaşadığı arvadı ilə münasibətləri, Yusufu evə gətirəndə daha da pisləşir. Şahin ərinin evə gətirdiyi bu kəndli uşağını övladlığa götürmür. Yusuf evin kiçik qızı Muazzez ilə ər-arvad arasında narahatlıq içində böyüyür. İlçe valisi, Yusufu evə gətirməsindən bir il sonra Edremitə təyin edildi; Yusuf xoşbəxt uşaqlıq sərf Edremit evdə ər-arvad arasında mübahisələrin gətirdiyi narahatlıq baxmayaraq.
Kürşat Duymuş
Kürşat Duymuş (d.1 fevral, 1979) - Türkiyə futbolçusu. == Karyerası == Kürşat peşəkar futbolçu kimi ilk addımlarını 1998-ci ildə Etimesgut Şekerspor klubunda atıb. Növbəti illərdə Çaykur Rizəspor, Trabzonspor, Beşiktaş, Ankaraspor, Kayserispor, Kartalspor kimi klubların heyətində çıxış edib. 2009-cu ilin sonunda Bakı ilə 1.5 illik müqavilə imzalayıb. Duymuş peşəkar futbolçu karyerası ərzində iki dəfə U-18, 18 dəfə U-21, 3 dəfə Türkiyə milli komandalarının formasını geyib.