YUMAQ₁

f.
1. Su və ya su və sabun, yaxud başqa bir maye ilə təmizləmək. Əllərini yumaq. Əl-üzünü yumaq. Ayaqlarını yumaq. Paltar yumaq.
– Bahadır üzünü yuyub çay içməyə getdi. N.Nərimanov.
Bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. C.Məmmədquluzadə.
Müşgünaz başını yuyub quruladıqdan sonra güzgünün qabağına gəldi. Ə.Vəliyev.

2. Çarparaq, toxunaraq dağıtmaq, aparmaq (yağış, dəniz, çay). Dalğalar sahili yuyur.
– Su bütün əkinləri yuyub aparmışdı. Ə.Sadıq.

3. məc. Əvəzini vermək, doğrultmaq (“günahını”, “təqsirini” sözləri ilə).
[Heydər bəy:] Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə … yuyam. M.F.Axundzadə.
[Əxistan:] Söyləsin bir mənə əyan Səbahi; Neylə yuyacaqdır ağır günahi? M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YUMAQ I YUMAQ (paltar və s. haqqında) Paltarı yuyub qurtaranda ananın ürəyinə birdən qəribə bir həvəs gəldi
  • YUMAQ ip — sap
  • YUMAQ dağıtmaq — aparmaq
  • YUMAQ təmizləmək

Etimologiya

  • YUMAQ Bu feil mənbələrdə cumaq kimi verilib. Cu isə “su” deməkdir. Deməli, yumaq sözü su ilə bağlıdır. Eləcə də cummaq (özünü suya atmaq), çamır (suyu çox o
YUMAQ₂
YUMAQCA
OBASTAN VİKİ
Gövdəsiz yumaqotu
Gövdəsiz yumaqotu (lat. Carlina acanthifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü.
Yumaqotu
Yumaqotu (lat. Carlina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Yumaqvari zəngçiçəyi
Yumaqvari zəngçiçəyi (lat. Campanula glomerata) - zəngçiçəyi cinsinə aid bitki növü.

Digər lüğətlərdə

авеню́ вольт-ампе́р куш назя́бнуть ни то ни се перемора́живание подкрепля́ться провока́торский стади́йность трапп трикли́ний апте́карь многосло́вность пацанёнок пите́йный этого никуда́ не денешь локы ошукать calla hooklet keepnet officious обвешиваться озвучивать развод