Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşiq olmaq
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Şirin
Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır. Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir.
Yakobun yuxusu
Yakobun yuxusu (isp. El sueño de Jacob) — 1639-cu ildə İspaniya telebrist rəssamı Xose de Ribera (Lo Spagnoletto) tərəfindən çəkilmiş rəsm əsəri. Ölçüləri 179 sm × 233 sm təşkil edir və hazırda Madrid şəhərindəki Prado muzeyinin 1-ci mərtəbəsinin 9-cu salonunda sərgilənir. Rəsmdə sol əlini başına dayayaraq mürgüləyən Yakob və arxasında bir ağac təsvir olunur. Arxaplanın digər tərəfində yuxuda gördüyü pilləkəni görmək mümkündür. Bu pilləkan taxta pilləkən deyil, işıq pilləkənidir və mələklər bu pilləkən vasitəsilə qalxıb düşürlər. == İstinadlar == == Xarici keçidlər == El sueño de Jacob, El Prado Jusepe de Ribera, 1591-1652 , Issued in connection with an exhibition held Sept. 18-Nov. 29, 1992, Metropolitan Museum of Art, New York (see pages: 135-137).
Yaqubun yuxusu
Yakobun yuxusu (isp. El sueño de Jacob) — 1639-cu ildə İspaniya telebrist rəssamı Xose de Ribera (Lo Spagnoletto) tərəfindən çəkilmiş rəsm əsəri. Ölçüləri 179 sm × 233 sm təşkil edir və hazırda Madrid şəhərindəki Prado muzeyinin 1-ci mərtəbəsinin 9-cu salonunda sərgilənir. Rəsmdə sol əlini başına dayayaraq mürgüləyən Yakob və arxasında bir ağac təsvir olunur. Arxaplanın digər tərəfində yuxuda gördüyü pilləkəni görmək mümkündür. Bu pilləkan taxta pilləkən deyil, işıq pilləkənidir və mələklər bu pilləkən vasitəsilə qalxıb düşürlər. == İstinadlar == == Xarici keçidlər == El sueño de Jacob, El Prado Jusepe de Ribera, 1591-1652 , Issued in connection with an exhibition held Sept. 18-Nov. 29, 1992, Metropolitan Museum of Art, New York (see pages: 135-137).
Adil Şirin
Adil Şirin (1 iyul 1955, Ərikli, Laçın rayonu) — şair. == Həyatı == Adil Şirinov 1 iyul 1955-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub. Xankəndi Pedaqoji İnstitutunun filologiya fakultəsinin məzunudur. Adil Şirin bir neçə şeirlər kitabının müəllifidir. 1978–1984 illərdə Laçın rayonunda müəllimlik etmişdir. 1985-ci ildən Bakı şəhərində yaşayan Adil Şirin bir çox qəzet və jurnallarıda müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildən Azərbaycan Dövlət radiosunda "İctimai Həyat" proqramları redaksiyasında işə başlamışdır. 1986-cı ildə "Sovet kəndi" qəzetində işləməyə göndərilən şair, müxbirlikdən şöbə müdiriyinə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ildə "Vətən Cəmiyyəti"ndə işə başlamış, 1992-ci ildə "Ədalət" qəzetində şöbə müdirliyi etmiş, eyni ilin sonunda isə könüllü olaraq yeni qurulan Azərbaycan Ordusuna qatılaraq Qarabağda döyüşmək üçün cəbhəyə getmişdir. Daha sonra Müdafiə Nazirliyində "Döyüş Texnikaları" jurnalını çıxarmağa başlamış, 2002-ci ilə qədər həmin jurnalın baş redaktoru vəzifəsində çalışmışdır.
Aslan Şirin
Aslan Adil oğlu Şirinov (25 aprel 1969, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Aslan Adil oğlu Şirin 25 aprel 1969-cu ildə Bakıda anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyoluğu fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor götürülən Aslan Şirin teatrın səhnəsində bir çox maraqlı rolları ifa etmişdir. İlk dəfə kamera qarşısına hələ 16 yaşında "Bəyin oğurlanması" filmində epizodik rolla keçən Aslan Şirin, sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dəvətnamə" (Həmid), "Bir yay günü" (Əhmədağa) əsərlərinin teletamaşalarında oynayıb. "Azəbaycanfilm"in istehsal etdiyi "Ümid" (Ağamirov), "Bəylik dərsi", "Təklif" kinolentinə çəkilib. == Mükafatlar == Aslan Şirinov 2002-ci ildə Gənclər və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı aktyoru" nominasiyasına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Aşıq Şirin
AŞIQ ŞİRİN - ustad aşıq == Həyatı == 1847-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olmuşdur. Aşıq Şirin həm də yaradıcı aşıq olmuşdur.
Fəvziyya Şirin
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Qəsri-Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Qəsri Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Solmaz Şirin
İxtiyar Şirin
İxtiyar Əlibala oğlu Şirinov (İxtiyar Şirin) (23 iyul 1952, Dünyamalılar, Jdanov rayonu – 14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş Prokuroru (1992–1993), Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri (1992–1993). == Həyatı == 23 iyul 1952-ci ildə hazırkı Beyləqan rayonunun Dünyamallılar kəndində anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 16 oktyabr 1992-ci ildə İxtiyar Şirinova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilib. 14 sentyabr 1993-cü ildə isə bu rütbədən məhrum edilib. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb. 14 noyabr 2022-ci il tarixində vəfat etmişdir. == Siyasi fəaliyyəti == 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatlardan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdi.
Şirin Axundov
Şirin Məşədi Hüseyn oğlu Axundov (1878, Salyan, Cavad qəzası – 28 oktyabr 1927, Bakı) — Azərbaycan tarzəni. == Həyatı == Sadıq Əsəd oğlunun tar ifaçılığı məktəbinin davamçısı olmuşdur. Xalq arasında «Səlyanlı Şirin» kimi çağırılırdı. Öz dövrünün məşhur muğam ustadlarından tar ifaçılığının və muğam sənətinin sirlərinə dərindən yiyələnmişdi. O, əsasən müşayiətçi tarzən kimi tanınmışdı. Bir çox xanəndələrlə sənət yoldaşı olmuş, Cabbar Qaryağdı oğlunu, Məşədi Məmməd Fərzəliyevi, İslam Abdullayevi, Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şirin Axundov 1903-cü ildən başlayaraq, uzun illər boyu görkəmli xanəndə Ələsgər Abdullayevlə birgə çalışmışdır. Bu ansamblın məclislərdə və konsertlərdə çıxışları böyük rəğbətlə qarşılanır və muğam biliciləri tərəfindən yüksək qiymətləndirilirdi. Onların ifasından qrammofon vallarında bir neçə səsyazısı yadigar qalmışdır; 1914-cü ildə Macarıstanın «Premyer-Rekord» səsyazma şirkəti tərəfindən «Çahargah», «Mirzə Hüseyn Segahı», «Hasar», «Müxalif» muğamları vala yazılmışdır. Bundan əlavə, Şirin Axundov İslam Abdullayevin oxuduğu muğam və təsnifləri də müşayiət etmişdir.
Şirin Bünyatova
Şirin Teymur qızı Bünyatova (d.1963, Bakı şəhəri) — Azərbaycan tarixçisi, etnoqraf alim, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü. == Fəaliyyəti == Şirin Bünyatova 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1979-cu ildə 7 saylı orta məktəbi qızıl medalla bitirmiş və 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. === Elmi fəaliyyəti === 1984-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, fərqlənmə diplomu ilə bitirib. 1984-cü ildə AMEA-nın Tarix İnstitutunun aspiranturasına əyani şöbəyə (etnoqrafya ixtisası üzrə) daxil olmuşdur. 1991-ci ildə "Nizaminin əsərlərində etnografik məsələlər” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2008-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri doktoru dərəcəsi almışdır. === Əmək fəaliyyəti === 1987-cü ildən institutun "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi" fəaliyyəti göstərmiş; 1990-ci ildə AMEA-nın Etnoqrafiya və Arxeologya İnstitutun kiçik elmi isçi olmuş; 1991-ci ildə AMEA-nın Etnoqrafiya və Arxeologiya İnstitutun elmi isçi olmuş; 1993-cü ildə AMEA-nın Etnoqrafiya və Arxeologiya İnstitutun baş elmi isçi vəzifədə olmuş; 1992-1998 -ci illər ərzində 44 saylı orta məktəbdə müəllim vəzifəsində işləmiş; 1996-1998-ci illərdə isə Təfəkkür Universitetində dərs demiş; 2005-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini saat hesabı müəllimə fəaliyyəti göstərmiş; 2009-cu ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin yarım ştat müəllimi işləmiş; 2009-cu ildən Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasında dosent işləmiş. 2011-ci ildən Bakı Dövlət Universitetinin tam ştat Arxeologiya və Etnoqrafiya kafedrasinda müəllim işləyir.
Şirin Ebadi
Şirin Ebadi (fars. شیرین عبادی‎; 21 iyun 1947[…], Həmədan) — İran hüquq müdafiəçisi, 2003-cü il Nobel Sülh mükafatı laureatı. == Həyatı == 1947-ci ildə Həmədanda anadan olmuşdur. Atası Məhəmmədəli İbadi ticarət hüququ üzrə ilk alimlərdən biri olmuşdur. Şirin Ebadi Nobel Sülh Mükafatını 2003-cü ildə almışdır. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilmişdir. Ebadi 2009-cu ilin iyununda Brüsseldə keçirilən etiraz aksiyalarında iştirak edərək, Mahmud Əhmədinejadın prezident seçilməsini tanımamağa çağırıb. Bundan sonra 2009-cu ilin noyabr ayında İran hökuməti Şirin Ebadiyə 2003-cü ildə təqdim olunan diplom və medalı müsadirə edib. Bu barədə Osloda yerləşən Nobel komissiyasına məlumat daxil olub. Komissiya bildirib ki, Nobel mükafatının müsadirə olunması – bu mükafatın 108 illik tarixində ilk belə hadisədir.
Şirin Hanter
Şirin Hanter və ya Şirin Təhmasib-ABŞ-nin Cənubi Qafqaz və Yaxın Şərq siyasəti üzrə analitik və Corctaun Universitetinin professoru olan İran azərbaycanlısı elm xadimi. 2019-cu ilə qədər Prince Şahzadə Əlvaled İbn Təlal Müsəl-Xristian Anlaşma Mərkəzinin araşdırmaçı-professoru idi. O, burada 2005-ci ildən çalışmaqda idi. O, 2019-cu ildən burannı fəxri araşdırmaçısı oldu. == Fəaliyyəti == Pəhləvi sülaləsinin hakimiyyəti dövründə, 1965-ci ildən 1979-cu ilə qədər Şirin İran XİN-də diplomat kimi fəaliyyət göstərmişdir. 1983-cü ildən 2005-ci ilə kimi Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çalışmış, İslam Proqramının direktoru, Orta Şərq Proqramının direktor müavini (1983-2002) olmuşdur. Həmçinin o, Corc Mason Universitetində və Vaşinqton Kollecində dərslər vermişdir. O, Carnegie Korperasiyasının akademik araşdırmaçısı olmuşdur. 1993-cü ildən 1997-ci ilə qədər Şirin Brüsseldə yerləşən Avropa Siyasət Araşdırmaları Mərkəzində qonaq araşdırmaçı olmuş və Aralıq Dənizi Proqramını icra etmişdir. Bundan başqa o, Brookings İnistitutunda qonaq müəllim kimi, Harvard Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzində araşdırmaçı kimi çalışmışdır.
Şirin Kükü
Şirin Kükü - Qəzvin bölgəsinin yerli və ənənəvi yeməklərindən biri. == Lazım olan ərzaqlar == 500 qram qaynadılmış kartof 4 ədəd yumurta 30 qram dilimlənmiş badam 30 qram dilimlənmiş püstə 15 qram zirinc Lazım olan miqdarda əridilmiş zəfəran 1 çay qaşığı qabartma tozu 3 yemək qaşığı qatıq 1 stəkan şəkər tozu 4 yemək qaşığı gülab 100 qram yağ Yarım stəkan su Lazım olan miqdarda duz və istiot == Hazırlanma qaydası == Öncədən qaynadılmış kartofların qabıqlarını soyub, rəndələyin. Sonra yumurtaları başqa bir qaba sındırıb, hamar olana qədər çəngəl ilə qarışdırıb, kartofa əlavə edin. Kartofa az miqdarda duz və istiot əlavə edin . Sonra qatıq və qabartma tozunu üzərinə töküb, qaşıqla maddələri tamamilə əmilənə kimi qarışdırın. Kükü şərbətini hazırlamaq üçün balaca bir qazana su tökün, şəkər, zəfəran və gül suyunu əlavə edib, orta istilikdə qaynadın. Sonra şərbətə püstə və badam dilimlərini və zirinci əlavə edin. Tonqal üstünə bir tava qoyub, istilənmək üçün içinə biraz zeytun yağı tökün. Sonra kükü maddələrini tavanın hər yerinə yaydırıb və bir qaşığın arxası ilə düzəldin. Kükünün bir yanı qonur olduqda, başqa yanının qonur olması üçün onu çevirin.
Şirin Mirzəyev
Şirin Vəli oğlu Mirzəyev (5 yanvar 1947, Xankəndi – 18 iyun 1992, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır. Daha sonra 1976-cı ildə öz sinif yoldaşı Flora Qasımova ilə ailə qurur. Bu evlilikdən onların iki uşağı dünyaya gəlir. 1988-ci ildə Moskvada Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi.
Şirin Məlikova
Şirin Məlikova (tam adı: Məlikova Şirin Yaşar qızı; 4 noyabr 1978, Bakı) — Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru,Azərbaycan Milli Xalça Muzeyinin direktoru (2016-2023), Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi. == Həyatı == Şirin Yaşar qızı Məlikova Bakı şəhərində anadan olub. == Təhsili == Şirin Məlikova 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsinə daxil olub, 1999-cu ildə təhsil ocağını fərqlənmə diplomu iləntamamlamışdır. 1999–2001-ci illər ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Təsviri incəsənət tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistraturasında oxuyub və təhsilini fərqlənmə diplomu ilə tamamlamışdır. 2001-ci ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun dissertantı olub. 2007-ci ildə "Azərbaycan XIV–XVIII əsrlər bədii parça və tikmələri" mövzusunda dissertasiya müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. == Əmək fəaliyyəti == 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" kafedrasında , 2012-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "İncəsənət tarixi" kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir.2019-cu ildən dosent vəzifəsini icra edir. 2011-ci ildən Heydər Əliyev Fondunun incəsənət sahəsində eksperti olaraq həm Azərbaycanda, həm də xaricdə bir sıra beynəlxalq sərgi və festivalların təşkilatçılarından olmuşdur. 2016-2023-cü illərdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru çalışıb.
Şirin Rzayev
Şirin Həsən oğlu Rzayev (25 aprel 1942, Kirovabad – 14 fevral 2020) — dirijor, pedaqoq; Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1985), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Kamera orkestrinin bədii rəhbəri. == Həyatı == Şirin Rzayev 1942-ci il aprel ayının 25-də Gəncə şəhərində anadan olub. 14 fevral 2020-ci ildə vəfat etmişdir. === Təhsili === 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor—dirijorluğu fakültəsini əla diplomla bitirmişdir. == Fəaliyyəti == 1968—1969-cu illərdə Konservatoriyada müəllim, 1969-1974-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə Şirin Rzayev Gəncədə ilk dəfə Simfonik Orkestr yaratmış və onun baş dirijoru kimi 1980-ci illərin sonunadək fəaliyyət göstərmişdir. Görkəmli bəstəkarlarımız Q.Qarayev, F.Əmirov, C.Cahangirov və böyük dirijorumuz Niyazi bu simfonik orkestrin fəaliyyətinə yüksək qiymət vermişlər. 1970—1985-ci illərdə Şirin Rzayev Gəncədə keçirilən "Mahnı bayramları"nın baş dirijoru və ya musiqi rəhbəri olmuşdur. 1980—1992-ci illərdə yaradıcısı olduğu "Şərəfxanlı" El nəğmələri teatrının bədii rəhbəri olmuşdur. 1981-ci ildə Moskvada keçirilmiş ümumittifaq müsabiqəsində “ Şərəfxanlı ”El nəğmələri teatrı birinci yeri tutmuş və Şirin Rzayev “ Qızıl medalla ” təltif olunmuşdur.
Humayın Yuxusu (1985)
== Məzmun == Film oyuncaqları ilə pis rəftar edən Humay haqqındadır. Ancaq sən demə, oyuncaqların da canı varmış. Onlar da küsüb üz döndərə bilərmiş. Bunu başa düşən Humay yuxusundan ayılandan sonra öz pis xasiyyətindən əl çəkir. Multiplikasiya filmi uşaqlara ətrafındakılara məhəbbətlə, qayğıyla, həssaslıqla yanaşmağı öyrədir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Mahnının mətni: Eldar Baxış Mahnı ifa edən: Flora Kərimova Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov, Arifə Hatəmi, Firəngiz Qurbanova (sonuncu şəxs titrlərdə yoxdur) Rəssam: Hüseyn Cavid İsmayılov Montaj edən: Nisə Hacıyeva Redaktor: Ramiz Rövşən (R.Əliyev kimi) Direktor: Faiq Abdullayev === Filmi səsləndirənlər === Eldəniz Rəsulov — top (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — karandaş (titrlərdə yoxdur) Həmidə Ömərova — Humay (Titrlerde yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
I Osmanın yuxusu
I Osmanın yuxusu və ya Osman Qazinin yuxusu — Osmanlı imperiyasının qurucusu I Osman barəsində danışılan dövlətin qurulması haqda rəvayət. Rəvayətə görə Osman bəy yuxusunda Şeyx Ədəbalının qoynunda ayın doğub öz qoynunan girdiyini və göbəyindən çıxan ağacın bütün dünyanı örtdüyünü görmüşdü. Oruc bəy yuxunun Osman Qaziyə yox atası Ərtoğrul Qaziyə aid olduğunu demişdir. Onun rəvayətinə görə də şeyxin qoynunda çıxan ay Ərtoğrulun qoynuna girir. Sonra isə göbəyində çıxan ağacın kölgəsindən dağlar görsənir. == Yuxu == Yuxu Aşıqpaşazadə tarixində belədir: == Dəqiqiliyi == Bir çox alim yuxunun Osman Qazinin ölümündən yüz ildən çox müddət sonra — XV əsrdə ortaya çıxdığını və sonrakı dövrdə yaradıldığını qəbul edir.
Ölüm yuxusu (roman)
Ölüm yuxusu – Azərbaycan yazıçısı Vaqif Sultanlının 1987-ci ildə yayınlanmış real və şərti-metaforik üslubun qovuşuğunda yazdığı miniatür roman == Məzmun == Vaqif Sultanlının bədii yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış "Ölüm yuxusu" romanında təsvir obyekti kimi seçilən yolun çəkilişi fonunda məzarlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Təsvir olunan hadisələrin xaos kontekstində təqdimi obrazların xarakter cizgilərini, mənəvi dünyasının gizli çalarlarını bütün yönlərilə aşkarlamağa imkan verir. Gərgin, dramatik konflikt fonunda davam edən, qəbiristanlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan romanda mənəvi-əxlaqi dəyərlərdən imtina olunması ölümlə eyniləşdirilir. == Nəşr tarixi == "Ölüm yuxusu" romanı ilk dəfə "Yazıçı" nəşriyyatında müəllifin "Sönmüş ulduzlar" (1988) adlı kitabında müəyyən ixtisarla yayınlanmışdır. Roman tam şəkildə 1992-ci ildə "İnsan dənizi" romanı ilə birlikdə "Gənclik" nəşriyyatında yayınlanmışdır. 2002-ci ildə "Turan" nəşriyyatında eyniadlı kitabda nəşr olunmuş, 2010-cu ildə Azərnəşrdə yayınlanan "Heçlik vadisi" adlı kitaba daxil edilmişdir. == Ədəbi tənqiddə == "Ölüm yuxusu" romanı haqqında Azərbaycan və dünya mətbuatında çox sayda məqalə dərc olunmuşdur. Roman haqqında prof. Tamilla Aliyeva (Türkiyə), dr. Əhməd Sami El Aydi (Misir), Vinsent Valş (Böyük Britaniya), dr.
Cəngavərin yuxusu (Rafael)
Cəngavərin yuxusu (it. Sogno del cavaliere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Bu əsər hal-hazırda Böyük Britaniyanın London şəhərində Milli sərgi muzeyində saxlanılır.
Qış yuxusu (film)
Qış yuxusu (türk. Kış Uykusu) — Nuri Bilge Ceylan tərəfindən çəkilmiş 2014-cü il istehsalı Türkiyə filmi. Film 2014 Kann Film Festivalında Qızıl Palma qazanmışdır. Film ayrıca eyni festivalda FIPRESCI mükafatına da layiq görülmüşdür. Filmin ilk nümayişi festival daxilində 16 may 2014-cü ildə edilmişdir. Rejissorluğunu Yılmaz Güneyin etdiyi "Yol"un ardından Qızıl Palma qazanan ikinci Türkiyə filmidir. == Məzmun == Aydın təqaüdçü bir oyunçudur; aktyorluğu buraxdıqdan sonra Orta Anadoluda öz halında kiçik bir hoteldə çalışaraq günlərini keçirər. Həyatında isə iki qadın vardır: özünə hər anlamda uzaq və soyuq olan gənc arvadı Nihal və boşanmış olan bacısı Necla.
Şirin Xalmuratova
Şirin Xalmuratova (qaraqalpaqca:Shirin Xalmuratova; 11 oktyabr 1949, Daşkənd – 6 mart 2013) — Qaraqalpaq şairi və publisisti == Həyatı == Şirin Uteşovna Xalmuratova 11 oktyabr 1949-cu ildə Özbəkistan SSR-in Daşkənd şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nukus Dövlət İnstitutunun tarix və filologiya fakültəsində təhsil almışdır. "Bilik", "Kniqolyubov" cəmiyyətlərində çalışmışdır. Uzun illər "Sovet Karakalpakstanı" qəzetinin xüsusi müxbiri olmuşdur. === Ailəsi === Şirin Xalmuratova yazıçı, şair və tərcüməçi Uzakbay Pirjanovun həyat yoldaşı olmuşdur. Bu nikahdan onların Lira Pirjanova, Gözəl Pirjanova, Erpolat Pirjanov, Aysultan Pirjanova və Muxtar Pirjanov adlı övladları dünyaya gəlmişdir. === Vəfatı === Şirin Xalmuratova 6 mart 2013-cü ildə vəfat etmişdir. == Yaradıcılığı == Şirin Xalmuratova bədii yaradıcılığa erkən başlasa da, uzun müddət əsərlərini nəşr etdirməmişdir. Müəllifin sağlığında "On səkkizinci bahar", "Sevimli insanlar" kimi kitabları nəşr olunmuşdur. Onun şeirləri həmçinin 1974-cü ildə "Karakalpakstan" nəşriyyatı tərəfindən nəşr olunan qaraqalpaq şairlərinin poetik axtarışlarından ibarət "Amu nəğmələri" məcmuəsinə daxil edilmişdir.
Şirin Xatun
Şirin Xatun (1450 – bilinmir, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Abdullahın doğum tarixinə əsasən, 1450-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1464-cü ildə Şahzadə Abdullahı, 1475-ci ildə isə Aynişah Sultanı dünyaya gətirdi. 1480-ci ildə oğlu Şahzadə Abdullah qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Trabzon sancaqbəyi təyin edilən oğlu və qızı Aynişah Sultanla birlikdə Trabzona yola düşdü. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Atasının taxta çıxmasından bir müddət sonra oğlunun vəzifə yeri dəyişdirildi və ana-oğul Qaraman əyalətinə yollandı.
Şirin Xəlilov
Şirin Heydər oğlu Xəlilov - Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının birinci müavini-Qərargah rəisi, general-mayor. == Həyatı == Xəlilov Şirin Heydər oğlu 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Didivar kəndində anadan olmuşdur. 1973-1975-ci illərdə SSRİ DİN-in Daxili Qоşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1975-1979-cu illərdə SSRİ DİN-in Orconikidze Ali Hərbi Komandanlıq Məktəbində təhsil almışdır. 1979-1991-ci illərdə SSRİ DİN-in Daxili Qоşunlarında taqım komandiri, bölük komandirinin tərbiyə işləri üzrə müavini, bölük komandiri, tabor komandirinin müavini-qərargah rəisi, əməliyyat şöbəsi rəisinin baş köməkçisi vəzifələrində xidmət etmişdir. 1991-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in sərəncamına göndərilmişdir. 1991-1995-ci illərdə Azərbaycan Respublikası DİN-in xüsusi təyinatlı milis dəstəsində bölük komandirinin müavini, Naxçıvan Muxtar Respublikası DİN-in qərargahının əməliyyat bölməsində baş inspektor, kadrlarla peşə hazırlığı üzrə inspektor, katibliyin rəisi vəzifələrində işləmişdir. 1995-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qоşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir. 1995-2003-cü illərdə DİN-in Daxili Qоşunlarında Baş İdarənin əməliyyat şöbəsində baş zabit, hərbi hissə (briqada) kоmandirinin müavini – qərargah rəisi, Baş İdarənin döyüş hazırlığı şöbəsində xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə baş zabit, hərbi hissə (alay) kоmandiri vəzifələrində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2003-cü il tarixli 50 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qоşunları Kоmandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.
Sirin Əbdulnur
Sirin Əbdulnur (ərəb. سيرين عبد النور‎; 21 fevral 1977, Abadiyeh[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livanlı müğənni və aktrisadir. Onun ilk albomu 2004-cü ildə çıxıb. 2006-cı ildə ərəb. عليك عيوني‎ adlı ikinci albomunu buraxdı və bu albomda yer alan Gözlərimə baxsan (ərəb. لو بص في عيني‎) mahnısı çox məşhur oldu.
Olmaq və Olmamaq (Ernest Heminquey)
Olmaq və Olmamaq Ernest Heminqueyin 1937-ci ildə Çarlz Skribnerin Oğulları tərəfindən nəşr olunmuş romanıdır. Kitab Florida ştatının Key West şəhərindən olan balıqçı gəmisinin kapitanı Harri Morqandan bəhs edir . “Olmaq və Olmamaq” Heminqueyin “ Bahar selindən” sonra ABŞ-da yazdığı ikinci romanı idi. 1935-1937-ci illər arasında arabir yazılan və İspaniya Vətəndaş Müharibəsi zamanı İspaniyadan irəli-geri səyahət edərkən yenidən işlənmiş roman 1930-cu illərdə Key West və Kubanı təsvir edir və həmin vaxt və məkan haqqında sosial şərh verir. Heminqueyin bioqrafı Jeffrey Meyers romanı yazarkən Heminqueyin İspaniya Vətəndaş Müharibəsində Respublikaçı fraksiyaya verdiyi dəstəyin məruz qaldığı marksist ideologiyadan çox təsirləndiyini təsvir etdi . Əsər qarışıq tənqidi qarşılandı. Roman, Heminqueyin əvvəllər dövri mətbuatda dərc olunmuş iki qısa hekayəsindən (“Bir səfər” və “Təccarın qayıdışı”) başlanğıc fəsillərindən və daha sonra yazılan, təxminən üçdə ikisini təşkil edən bir novelladan qaynaqlanır. kitab. Hekayə müxtəlif vaxtlarda, müxtəlif personajlar tərəfindən müxtəlif nöqteyi-nəzərdən izah edilir və personajların adları həmin fəsli kimin nəql etdiyini göstərmək üçün tez-tez fəsil başlıqları altında verilir. == Xülasə == Heminquey Harrini Depressiya Dövrünün adi bir işçisi kimi təsvir edir , dəhşətli iqtisadi qüvvələr tərəfindən Kuba və Florida arasında qaçaqmalçılıqla məşğul olan qara bazar fəaliyyətinə məcbur edilir .
Şirin badam
Şirin badam (lat.
Kola dərin quyusu
Kola dərin quyusu (rus. Кольская сверхглубокая скважина) — dünyada ən dərin quyu olub elmi əhəmiyyət kəsb edir. SSRİ-də son dərəcə dərin quyular sisteminin bir hissəsi olmuşdur. Nikel qəsəbəsindən 15 km şərqdə və Zapolyarnıy şəhərindən 12 km qərbdə yerləşir. 1997-ci ildə o, Ginnesin Rekordlar Kitabına yer qabığına ən dərin insan nüfuzetməsi kimi daxil edilmişdir və bu günə qədər də bu rekord qalmaqdadır. O, həmçinin Maersk Oil BD-04A neft quyusunun (12 290 m, Qətər) qazıldığı 2008-ci ilə qədər dünyanın ən uzun quyusu olmuşdur. Hazırda isə, ən uzun quyu Saxalin şelfində neft hasilatı üçün qazılan Z-44 Çayvodur (Rusiya) - 15 km (rekord 2017-ci ildə müəyyən edilib). 1970-ci ildən 1991-ci ilə qədər fasilələrlə aparılan qazma işləri nəticəsində Kola quyusunun dərinliyi 12 262 metrə çatmışdır. Onun yuxarı hissəsinin diametri 92 sm, aşağı hissəsinin diametri 21,5 sm-dir. 1994-cü ildə bir sıra qəzalardan sonra quyu bağlanmışdır.
Alman səlib yürüşü
Alman səlib yürüşü, həmçinin Reynland qırğınları (ivr. ‏גזירות תתנ"ו‏‎) — tarixdə Birinci səlib yürüşünün ilk mərhələsi kimi xatırlanır. Hadisə 1096-cı ildə fransız və alman kəndlilərinin cəngavərlərlə əlbir olub Avropada yəhudi icmalarına qarşı talanlara başlamasına müvafiq olaraq adlandırılmışdır. Tarixdə bu hadisə ilk antisemitizm kütləvi xalq hərəkatı kimi tanınmaqdadır. Bu hərəkat sonrakı əsrlər boyu geniş yayılaraq yekunda Holokostla nəticələnmişdir. == Tarixi == Yəhudilər əleyhinə əhval-ruhiyə Avropada yüzilliklərlə mövcud olmuşdur. VII əsrdə katoliklər tərəfindən yəhudilərin kütləvi xristianlaşdırılması, 888-ci ildə Fransanın Meç şəhərində baş vermiş, 1000-ci ildə Miladın minillik yubileyində olan iğtişaşlar, 1066-cı ildə Trir şəhərindən yəhudilərin qovulması kimi hadisələr buna misaldır. Lakin xristian dünyası tarixçiləri tərəfindən bütün bunlar ənənəvi olaraq yəhudi icmasının qanundan kənar, hüquqsuz olması ilə izah edilir. İspaniyada VIII əsrdə Rekonkista getdiyi bir dövrdə Pireneyə gəlmiş xaçlı cəngavərlər müsəlmanlarla yanaşı, yəhudiləri də qanına qəltan edirdilər. Cəngavər özbaşınalığı elə bir həddə çatmışdı ki, 1063-cü ildə papa II Aleksandr buna — yəhudilərin öldürülməsinə, eləcə də 1007–1012-ci illərdə geniş vüsət almış, yəhudilərin Fransada kral II Robert və Almaniyada II Henrix tərəfindən məcburi xristianlaşdırılmasına qarşı çıxmağa məcbur olmuşdur.